1672579133_15849621605760137365_1200x630.jpg

Azərbaycan Dövlət Aqrar Universitetinin bir qrup professor-müəllim heyəti adından professor Qurban Əliyev  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlanıb. Müraciətdə deyilir: İnam Kərimovun Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri vəzifəsinə təyin olunması cəmiyyətdə çox güclü maraqla qarşılansa da bir müddət keçəndən sonra məlum oldu ki, bu adam aqrar sahəni anlamır və bu sahədən tam xəbərsizdir. Şəki rayonunda ipəkçiliyin inkişafı ilə bağlı tədbirdə İnam Kərimov baramanı təqdim edənlərdən soruşur ki,Siz baramanı gündə neçə dəfə suvarırsınız? Təqdim edən şəxslər isə deyib ki, cənab Nazir, barama yemləndirilir, suvarılmır. Göründüyü kimi, nazir baramanın yemləndirilməsi və ya suvarılması məsələsindən bixəbərdir.
İnam Kərimov aqrar sahəyə nabələdliyi ilə  illərlə aqrar sferada formalaşan kadr korpusunu tamamilə məhv etdi. Özü ilə ASAN Xidmətdə çalışan tarix, ədəbiyyat müəllimlərini, özünün dost-aşnalarını Kənd Təsərrüfatı Nazirliyində və xüsusilə də, bütün rayonların Aqrar İnkişaf  Mərkəzlərinə direktor vəzifələrinə  işə götürdü.İnam Kərimov özünün tarix müəllimi olan dostunu baytarlıq idarəsinə rəis təyin edib. Bir soruşan yoxdur ki, Cənab Nazir, tarix müəllimi hara, baytarlıq idarəsi hara..?  Eynən bunu kimi, özünün saxta maliyyə məsələlərinin və bir çox yeyinti layihələrinin üzərini ört-basdır etmək məqsədilə tez-tələsik öz yaxın qohumu olan Zəfər Qurbanova da Azərbaycan Dövlət Aqrar Üniversitetinin rektoru vəzifəsini həvalə etdi.
b_400_300_16777215_00_https___mediatv.az_uploads_posts_2023-01_1672578347_zefer-qurbanov.jpg
Zəfər Qurbanov

Zəfər Qurbanov texnika elmləri namizədidir, neft sənayesi üzrə mütəxəssisdir. Zəfər Qurbanov aqrar sektora, onun istehsalat həyatına tanış sima deyil, aqrar sahədən heç bir məlumatı olmayan yad bir adamdır. Bu adam elə hesab edir ki, aqrar sahə və kənd təsərrüfatı sahəsi başqa-başqa məfhumlardır.
  Bunlar əyani sübutdur ki, İnam Kərimov ixtisas sahibləri olan mütəxəssisləri yox, güclü  yerlibazlıq edərək  yaxın  qohum  və  əqrabasını müvafiq strukturlara yerləşdirir.Eləcə də bu günlərdə Əhməd Məlikov ADAU-ya tədris işləri üzrə prorektor təyin olundu.
1672577501_ehmed-melikov.jpg 














 

Əhməd Məlikov

Əhməd Məlikov Azərbaycan Texnologiya Universitetində müəllim işləyirdi. Xəmir qarışdıran qurğu üzrə müdafiə edib, aqrar sahənin mütəxəssisi deyil. Bu adam Azərbaycan Texnologiya Universitetinin keçmiş rektoru Telman Məlikovun qardaşıdır. Telman Məlikovun kürəkəni Elnur Əliyev isə Mikayıl Cabbarovun ən yaxın adamıdır, onun birinci müavinidir.
b_400_300_16777215_00_https___mediatv.az_uploads_posts_2023-01_1672577846_telman-melikov.jpg Telman Məlikov

 Son dövrlərdə ADAU-da 3 dəfə olan ölkə Prezidenti universitetdə nümunəvi tələbə evi, nümunəvi tədris korpusu, nümunəvi maddi-texniki baza  yaratdı. Zəfər Qurbanov isə aqrar universiteti nəinki regionda, hətta beynəlxalq səviyyədə tanıtmaq  əvəzinə  universiteti müxtəlif məmurların təsiri altına saldı.
b_400_300_16777215_00_https___mediatv.az_uploads_posts_2023-01_1672578090_elnur-eliyev.jpg Elnur Əliyev

 Digər tərəfdən universitet həm də Tədris hissəsinin müdiri Elay Zeynallı, Elm  şöbəsinin müdiri Elçin Nəsirov, Keyfiyyətin Təminatı və strateji inkişaf şöbəsinin müdiri Mehman Kərimovun hegemonluğuna keçib. Bu şəxslər heç bir elmlər doktorunu, heç bir professoru saymır, öz bildiklərini edirlər. Zəfər Qurbanov isə daxili nəzarət şöbəsinə Kamran adlı bir şəxs təyin edib. Bu adam tələbələrin davamiyyətini yoxlamır,əllərində jurnal professor - müəllim heyətini yoxlayır.
b_400_300_16777215_00_https___mediatv.az_uploads_posts_2023-01_1672578274_mikayil-cabbarov-ve-elnur-eliyevarxada.jpg Bu gün Aqrar Universitetdə pislə yaxşının, savadlı ilə savadsızın yeri bilinmir. Vəzifələrə dərəcəsi olmayan adamlar təyin olunur. Bu günlərdə "Əkinçilik, genetika və seleksiya" kafedrasına keçirilən kafedra müdiri seçkisində aqrar elmləri doktoru, professor Nizami Seyidəliyev kənarlaşdırılaraq bu sahəyə tamamilə yad olan, Şəmkir rayonunun sabiq icra başçısı Aslan Aslanovun bacısı qızı Aynur Həsənovanı müdir seçdi. Aynur Həsənovanın anası Ema Aslanova Gəncə Dövlət Universitetinin kafedra müdiridir. Onun dərsləri kafedranın digər müəllimləri tərəfindən tədris olunub, bu xanım latın əlifbası ilə yaza bilmir. Bu gün universitetdə tələbədən rüşvət yığan, müəllimliyə belə ləkə olan şəxslər vəzifələrə təyin olunur. Aqrar Universitetdə quşçuluq təsərrüfatı məhv edilmək üzrədir. Universitetin parnik təsərrüfatı ləğv olunub. Zəfər Qurbanov heyvandarlıq təsərrüfatında heyvanların sayının azaldılması haqqında da göstəriş verib. İxtisasları bağlayır, tələbələrin sayını aşağı salır. Bu da Cənab Prezidentin iqtisadi inkişaf konstektində apardığı kadr siyasətinə böyük zərbədir  və onun Sərəncamına  hörmətsizlikdir. Zəfər Qurbanovun ADAU-ya rektor əvəzi təyin olunduğu gündən nəzərə çarpacaq bir fəaliyyəti  olmamışdır. Hər gün iclas keçirir və bu 4-5 saatlarla davam edən mənasız iclasların hamısında yalnız özü danışır, özünü tərifləyir. Zəfər Qurbanov ancaq tələbələrlə görüşür, professor-müəllim heyəti ilə normal bir görüşü olmayıb. Zəfər Qurbanov İnam Kərimovun kadrıdır. Əhməd Məlikov isə Mikayıl Cabbarovun kadrıdır. Hər ikisini məqsədi rektor olmaqdır. Rektorluq uğrunda mübarizə gedir, savaş gedir. "İki qoçun başı bir qazanda qaynamaz" deyib atalar... Amma İnam Kərimov  tədbirdə vəzifədən qovulan mədəniyyət naziri ilə birgə onlara bildirilməsinə baxmayaraq Respublika Prezidentinin stolunda oturaraq öz siyasi kursuna zərbə vurdu. Ona görə də rektorluq uğrunda mübarizədə Zəfər Qurbanovu müdafiə etmək iqtidarında deyil, bu savaşda Mikayıl Cabbarovun kadrı olan Əhməd Məlikovun qalib gələcəyi açıq-aydın görünür. Hətta artıq Əhməd Məlikov Göygöl  rayonunda Gilavar restoranında dostları ilə yeyib içərkən,Zəfər Qurbanovun qatarının getdiyini bildirmiş və bunu süfrə arxasında tostlarla qeyd etmişlər.Lakin hər iki namizəd aqrar sahəyə tamamilə yad olduğundan yüksək ixtisaslı, aqrar sahəni dərindən bilən professor-müəllim heyətinə malik bir universiteti idarə etmək qeyri ixtisas sahibi üçün böyük çətinliklər törədir.
Mərhum akademik Cəlal Əliyevin dediyi kimi torpaqda yetişib, torpaqda  böyüyən ən azından elmlər doktoru, professorlar bu universitetdə çalışıblar. Ona görə də aqrar sahəni dərindən bilən mütəxəssslər bu universiteti inkişaf etdirə bilər.ADAU-da magistr, bakalavr, yüksək  ixtisaslı elmlər doktoru, fəlsəfə doktoru hazırlanırsa, ən azından bu universitetə  aqrar sahəyə tam bələd olan şəxsin rəhbərlik etməsi daha münasibdir.Seyid Cəfər Pişəvəri adına humanitar gimnaziyanı bitirib fars dili mütəxəssisi olan, daha sonralar  Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirərək beynəlxalq hüquq üzrə mütəxəssis olan İnam Kərimov  aqrar sahəyə necə zərbə vurursa, onun yaxın qohumu, neft sənayesi üzrə mütəxəssis olan Zəfər Qurbanov da, ADAU-nu elə məhv edir. Aqrar sahə çox spesifik sahədir, bu sahəni idarə etmək üçün illərin təcrübəsi lazımdır, yəni akademik Cəlal Əliyevin ifadəsi ilə desək,  idarə edən mütəxəssis “asfaltda yox, torpaqda doğulmalıdır”. Ümid edirik ki, ölkə rəhbəri bu universitetin   aqrar sahədən tamamilə məlumatsız   şəxslərə həvalə etməsi haqqında ciddi bir tədbir görəcəkdir.

Bölmənin digər xəbərləri

27 Noyabr 2024 Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... - O GÖRÜNMƏZDİRMİ?
27 Noyabr 2024 Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
27 Noyabr 2024 Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu
27 Noyabr 2024 ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
26 Noyabr 2024 “Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
26 Noyabr 2024 Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - TƏFƏRRÜAT
26 Noyabr 2024 "Kristal Abşeron"un "Aznet"lə soyğunçu monopoliyası: ...
26 Noyabr 2024 Avtopark müdiri İdarə rəisi Samir Cəbrayılovun özbaşına əməllərindən Prezidentə müraciət etdi
26 Noyabr 2024 Sumqayıtda antisanitariya: "Zibil qabları günlərlə daşınmır" - FOTO
26 Noyabr 2024 Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? – FOTO/VİDEO
26 Noyabr 2024 Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
26 Noyabr 2024 Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
25 Noyabr 2024 Xalqa qarşı açılan AYNA-lı: indi də bu qurumun əməkdaşları ağac dalında gizlənib...
25 Noyabr 2024 Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
25 Noyabr 2024 Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
25 Noyabr 2024 Mürsəl İbrahimovun menyusunə Xidmətin Nərimanov idarəsində “X5” rüzgarı əsir...
25 Noyabr 2024 Mərkəzi Aran Təhsil İdarəsinin Yevlax hissəsində aləm dəyib bir-birinə.
25 Noyabr 2024 Aptek müdürü işçisini vəhşicəsinə döydü - anbaan VİDEOLAR
25 Noyabr 2024 Ucar rayonunun qaziləri Ucar RMX-ndan Prezidentə şikayət etdilər - ŞİKAYƏT -VİDEO
25 Noyabr 2024 Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...

Dünyapress TV

Xəbər lenti