Ardını oxu...
Mediatv.az xəbər portalının redaksiyasına Neftçala 50 saylı yol istismar idarəsi rəhbərliyində oturuşmuş Babayevlər sülaləsindən şikayət daxil olub. Bildirilir ki, hal-hazırda təqaüddə olan keçmiş idarə rəisi Füzuli Babayev oğlu Ruslan Babayevi öz yerinə təyin etdirib: “Neçə illərdir ki, idarəni “yeyib-daĝıdan” Füzuli Babayevin Həsənabad yolunun üstündə iki mərtəbəli restoranı, yolun saĝ tərəfində marketləri var. Obyektlərinin qapısına kimi asfalt çəkdirib. Rayon Mərkəzi Xəstəxanasının yanında oĝluna villa tikdirib. Ṣorkənd kəndində qır biṣirən karyeri, çöldə camış ferması var. Bakıda saysız-hesabsız evi, obyektləri var”.Maraqlıdır ki, yol istismar idarələrinin rəhbər vəzifəli şəxslərinin ölçüyəgəlməz kapitala yiyələnmələri, övladlarını, qohum-əqrəbasını rəhbərlik etdikləri strukturlarda vəzifələrə təyin etmələri, idarələrin vəsaitlərini öz ata malı kimi bioloji varislərinə ötürmələri, yaxın adamlarının adına açdıqları firmalarla korruptiv işbirliyi qurmaları barədə məlumatlar artıq cəmiyyətdə adi hal kimi qarşılanır. Zaman-zaman kütləvi informasiya vasitələrində Yol İstismar İdarələrinin rəislərinin var-dövlətinin uzun siyahısı dərc olunur və demək olar ki, heç kimdə təəccüb doğurmur. Sanki qəbul olunub ki, belə də olmalıdır. Və bu mənfi stereotip Saleh Məmmədovun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə rəhbərlik etdiyi dövrdə oturuşub.Mediatv.az olaraq internet üzərindən araşdırma apararaq başqa misallar da çəkə bilərik:
35 saylı Sabirabad rayon Yol İstismar İdarəsinin rəisi Əliqulu Babaşov oturduğu kreslonu atası Məmmədqulu Babaşovdan, 42 saylı Tərtər Yol İstismar İdarəsinin rəisi Ramil Bayramov tutduğu vəzifəni öz atası Əliqulu Bayramovdan təhvil alıb. Saleh Məmmədov vaxtilə yaxın dostu olmuş Zahid Nuriyevi “17 saylı Xüsusi Təyinatlı Yol İstismar İdarəsi” MMC-də rəis vəzifəsindən azad etsə də, yerinə onun oğlu Vüqar Nuriyevi təyin etdi. Zahid Nuriyevin kürəkəni Müşfiq isə Yol İstismar İdarəsində rəis işləyir. AAYDA-nın sifarişi əsasında çəkilən yolu Ağcabədi 33 saylı Yol İstismar İdarəsinin rəisi Vidadi Hüseynovun oğluna məxsus MMC tikib, sonrakı halda ata oğlunun çəkdiyi yolu istismara qəbul edir. Yol tikintisinə aid olan inşaat materialları idarə rəisinin qum, çınqıl karxanasından təmin edilir.
Başqa bir yol idarəsinin rəisi Əliheybət Şirinovun dəyəri milyon manatlarla ölçülən Biləsuvar,Siyəzən rayonlarında,Hövsan qəsəbəsində zavodları var.Əliheybət Şirinovun biznes imperiyasına Hacıqabul rayonunda 50 hektarlıq parnik, Sabirabad rayonunda təkər zavodu, Hacıqabul rayonunda 7-10 minə yaxın xırda buynuzlu, 2-3 min baş isə iri buynuzlu heyvandan ibarət olan fermer təsərrüfatı daxildir.Əliheybət Şirinovun 13-ə yaxın daş karxanası var.Dəvəçi rayonunda böyük parnik, avtomobil salonları, Nardaranda bir neçə villa da Əliheybət Şirinovun əmlaklarının,eləcə də Yol tikintisində istifadə etmək üçün 100-ə yaxın yük maşınını Şirinovun əmlakları siyahisinə daxildir. Onun hətta Türkiyədə də əmlakları da var. Xırdalanda fəaliyyət göstərən Beton zavodu da ona məxsusdur.
Avtomobil Yolları Dövlət Agentliyi 19 saylı Xüsusi Təyinatlı Yol İdarəsində yaşanan biabırçılıq,milli mentalitetə sığmayan, ədəb-ərkandan kənar bir haldır. Belə ki, adı çəkilən bu şəxsin iddiasına görə 19 saylı Xüsusi Təyinatlı Yol İdarəsinin müdiri Nazim Eynallı onun həyat yoldaşı ilə intim münasibətdə olur və belə bir səbəbdən də, xanımı Zümrüd Atakişiyeva dünyaya uşaq gətirir. Mehman Atakişiyev verdiyi açıqlamasında onu da qeyd edir ki, “Mən idarədə kaçeqarçı (fəhlə) işləyirdim, elə hallar olurdu ki, sutka ərzində 24 saat işdə olurdum. Günlərin birində gördüm ki, Nazim Eynallı həyat yoldaşıma mobil telefon, hətta Dubaydan gətirdiyi bahalı ətir də alıb. Bütün bunların hər biri məndə müəyyən şübhələrin baş qaldırması ilə nəticələndi. Hətta, günlərin birində həyat yoldaşım Zümrüd Atakişiyeva, idarə rəisindən uşağa qaldığını da dilə gətirdi.
Saleh Məmmədovun rəhbərliyi altında işdəyən idarə rəislərinin milyonlar qazanmaqdan tutmuş,məişət pozğunluğuna kimi hallara rast gəlmək mümkündür.Qanunlarda görəsən hansı boşluqlar vardır ki bu idarə rəisləri milyonlar “oğurlaya” bilirlər? Bu işin maraqlı tərəflərindən biri də ondan ibarətdir ki,əksər idarə rəisləri pensiya yaşları çatanda öz vəzifələrini övladlarına ötürürlər.
Axı, bu idarə rəhbərləri hansı xidmətlərinə görə Saleh Məmmədovu razı salırlar ki, onlara bu qədər geniş imtiyazlar verilir, vəzifə kürsüləri onların şəcərəsinə bağışlanır, cinayətlərinə göz yumulur? Yolların keyfiyyətindən oğurladıqlarına görəmi?
Yazıda adları çəkilən şəxslərin mövqelərini dərc etməyə hazırıq..
Araşdırmamız davam edir..
araz.az xəbər portalı.
 
Ardını oxu...
Bu sahibkarlar, Zakir Fərəcovun təqsiri ucbatından, ölkənin üçüncü bu böyük şəhərində gördükləri yüksək məsuliyyət tələb edən alqışalayiq işlərinə görə, onlara çatacaq milyonlarla halal qazanc pullarını hələ də ala bilməyiblər.
Yenixeber.org: Sumqayıtda baş verənlər və icra başçısı Zakir Fərəcovun iş adamlarına qarşı haqsızlığı ilə bağlı dərc olunan tənqidi yazılar, çoxdandır ki, ölkənin media vasitələrini, sosial şəbəkələri, eləcə də, araz.az xəbər portalını belə zəbt edib. Dərc olunan yazılardakı, internet səhifələrindəki və sosial şəbəkələrdəki şərh yönlü açıqlamalarda Sumqayıtın icra başçısının və onun hakim komandasındakı əlaltılarının haqsızlığı ilə üzləşənlərin başlarına gətirilənlər tam çılpaqlığı ilə ortaya qoyulur. Ən əsası odur ki, bu yazı, açıqlama və şərhlərdə, nədən, indiyədək bu haqlı şikayətlərə yuxarılardan reaksiya olmadığı, Zakir Fərəcovun və onun cinayət ortaqlarının cəzalandırılmamaları və onların aşkar həyata keçirdiyi özbaşınalıqlara hüquqi qiymətin verilmədiyi önə çəkilir. Di gəl ki, bütün bunlar, daha dəqiq desək, qanunların Zakir Fərəcov adı qarşısında niyə acizanə “boyun bükdüyü” barədə xüsusi olaraq vurğulananlar, reallıq və gerçəkləri, hələ ki, dəyişmir. Çox təəssüf ki, bu yazıların mövzusunu daha çox icra başçısının və onun əlaltısı olan digər yuksək vəzifə sahiblərinin hegemonluqları, sahibkarları daha dözülməz duruma salmaları, sıravi vətəndaşlara, hətta dövlətə meydan oxumaları təşkil etsə də, necə deyərlər, onların xətirlərinə dəyən tapılmır ki, tapılmır. Belə olmasaydı, — elə, götürək Gündüz Əliyevi, — o da çoxdan həbsdə olardı. Çünki Gündüz Əliyevin törətdiyi cinayətlərdən biri, bu yaxınlarda rəsmən ortaya çıxarıldı. Di gəl ki, məhkəmə də, necə deyərlər, onun xətrinə dəymədi və mövcud qanunlarımızın gücü bir daha heçə endirildi.

Həmin yazı, açıqlama və şərhlərdə göstərildiyi kimi, dəhşət ondadır ki, Zakir Fərəcov adlı bəlanın sumqayıtlılara yaşatdığı problemlərin həllinə biganə qalmaq, cəmiyyətdə hakimiyyətə qarşı narazı kütlənin formalaşmasına şərait yaratmaq deməkdir. Bütün bunlar, sanki o deməkdir ki, Sumqayıt icra başçısı və onun cinayət ortaqları öz şəxsi mənafeləri naminə, məqsədli şəkildə hakimiyyətə qarşı yırtıcı siyasət önünə keçənlərin sıralarına qoşulublar və son vaxtlar “dəmir barmaqlıqlar” arxasına göndərilən yüksək səlahiyyət sahibi məmurlar kimi, onların da, bu acı taleyi yaşamalarının artıq vaxtı yetişib.

Ümumiyyətlə, Zakir Fərəcovun özünün və Gündüz Əliyev kimi vəzifə sahibləri cinayət ortaqlarının qanunlar çərçivəsinə sığmayan bəd əməlləri barədə, ölkənin mətbu orqanları ilə bərabər, araz.az xəbər portalı da, dəhşət doğuran fakt və sübutlarla zəngin çox yazılar verib. Əksəriyyəti isə, iş adamlarını aldadaraq, Sumqayıtda abadlaşdırma, təmir-tikinti işlərinə cəlb edən və sonradan onlara çatacaq halal milyonlarla qazanc pullarını verməkdən imtina edən icra başçısının haqsız əməlləri barəsində olan yazılardır. Həmin yazılarda xüsusi olaraq o qeyd olunub ki, Sumqayıt şəhərinin girişində və ayrı-ayrı yerlərində, daha çox, Dənizkənarı Bulvarın təmir-tikintisi və abadlaşdırılma işlərinə büdcədən ayrılan və bu önəmli işləri xərclənməsi nəzərdə tutulan milyonların iş görən firma və şirkətlərə verilməməsi sahibkarların haqlı narazılıqlarına səbəb olub. Daha doğrusu, icra başçısı və onun cinayət ortaqları olan vəzifə sahibləri hər zamankı metodlarından günü bu günədək yararlanmaqdadırlar. Bəzi iş adamlarını hədələməklə, bəzilərini polis idarələrində, həbsxana divarları arxasında işgəncələrə məruz qoymaqla istəklərinə qismən çatıblar da. Hətta susdura bilmədikləri iş adamlarını müdafiə edən dövlət strukturlarının və mətbu orqanların rəhbərlərinə da, əzələ nümayiş etdirə biliblər. Bunun acı nəticəsidir ki, onların indiyədək bu barədə əlaqədar dövlət qurumlarının rəhbərlərindən tutmuş, ölkə başçısına belə ünvanladıqları şikayət məktublarına ciddi bir reaksiya olmayıb. Heç yerdən onlara kömək edən tapılmayıb. Həmin iş adamları, bu günlərdə də, milyonlarla pullarını hələ də ala bilmədiklərinə görə, kömək üçün ölkə başçısına daha bir Müraciət göndəriblər. Elə, araz.az-ın da, deyilənlər barədə yazıları çox
olduğundan, daha bir geniş yeni yazı ilə, dəyərli oxucularımızın dəyərli vaxtlarını almağı lazım bilmədik. Onlara da, məsləhət gördük ki, iş adamlarının bir nüsxəsini araz.az-ın redaksiyasına göndərdikləri və olduğu kimi indi dərc etdiyimiz aşağıdakı Müraciəti oxumaları kifayətdir ki, yuxarıda deyilənlər barədə daha ətraflı məlumatları olsun:

“Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarına

Surəti:
Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti, çox hörmətli Mehriban xanım Əliyevaya

Surəti:
Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevə

Möhtərəm Prezident!
Sizin ölkə vətəndaşlarına göstərdiyiniz diqqət və qayğı danılmazdır. Sahibkarlığın inkişafı üçün atdığınız qəti addımlar və iş adamlarına göstərdiyiniz əvəzolunmaz köməklik, biz sahibkarlar tərəfindən həmişə yüksək səviyyədə qiymətləndirilib. İnanırıq ki, bundan sonrakı dövrlərdə də, biz sahibkarların yanında olub, hüquqlarımızın qorunması istiqamətində əlinizdən gələn köməkliyi edəcəksiniz. Sizi mühüm dövlət işlərinizdən ayırmaq istəməsək də, buna məcburuq. Çünki, iş adamları olaraq, Sumqayıtın tikinti-təmir, abadlıq işləri meydançalarında icra başçısı Zakir Fərəcov və digər vəzifə sahibləri tərəfindən gərgin işlərə cəlb olunanlardan və indiyədək gördüyümüz işlərə görə, bizə çatacaq milyonlarla pullarımızı, tam olaraq, hələ də ala bilməmişik. Konkret desək, indinin özündə də, şəhər rəhbərliyi tərəfindən, 2016-cı ilin fevral ayından sentyabr ayına kimi olan dövrdə Sumiqayıtda həyata keçirdiyimiz yüksək səviyyəli quruculuq, təmir-tikinti və abadlıq işlərinə görə bizə çatacaq 3 milyon manata yaxın borc qalığı var.

Qeyd edək ki, o zaman, Sumqayıt şəhər bulvarının salınması, abadlıq işlərinin görülməsi bizə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən tapşırılmışdı. Zakir Fərəcov bizə müxtəlif vədlər verərək, əlimizdən gələni etməyi, qısa zaman ərzində bulvarın abadlaşdırılmasını ciddi şəkildə tapşırmışdı. Bütün görəcəyimiz çətin və yüksək məsuliyyət tələb edən vacib işlər üçün, bizə, halal qazanc pullarımızı tam alacağımızı vəd etmişdi. Lakin başçı bizim başımıza min cür oyunlar gətirib, ümumilikdə, bu işlər üçün ayrılan 12 milyon manata yaxın pul vəsaitinin 4 milyonunu verib, sonradan qalan 8 milyon manatı verməkdən imtina etdi. Bu işlər üçün sərf olunan texnikanı, mal-materialları aldığımız firma və şirkətlərin rəhbərlərinin, eləcə də gərgin durumdan işlətdiyimiz yüzlərlə usta və fəhlənin təkidli tələbləri ilə, dəfələrlə Şəhər İcra Hakimiyyətindən sahibkarlara çatası bu pulu qəti şəkildə tələb etsək də, bizə bu pullar ödənilmədi, bunun əvəzində isə, biz başçının təhdidləri ilə qarşılaşdıq, hətta onun göstərişi ilə, zərərçəkmiş kimi tanınan biz sahibkarların arasında həbsxana divarları arasına salınanımız da oldu.

Daha doğrusu, bu işləri həyata keçirən iş adamları olaraq, bizim, dəfələrlə Sumqayıt Şəhər İcra Hakimiyyətinə gedərək, bizə çatacaq halal qazanc pullarımızı tələb etməyimiz Zakir Fərəcovu açmadı və onun tələblər dolu göstərişi ilə, cinayət ortaqları vəzifə sahibləri mətbuata verdikləri açıqlamalarında yalandan bildirdilər ki, guya, İcra Hakimiyyəti tender həyata keçirib. 8 milyon manat da, guya, tenderin qalibi şirkət qurumun hesabına köçürülüb və zərərçəkmiş şəxslərin pulları həmin qurum rəhbərindədir.

Möhtərəm Prezident!

Deyilənlərin hamısı yalan, şər-böhtan idi. Qəti şəkildə deyirik ki, bu işlərin görülməsi üçün, onda hər hansı tender həyata keçirilmədi. Hətta şirkətin hesabına Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən pul da köçürülmədi. Dənizkənarı Bulvarın salınması üçün ayrılan həmin məbləğdə ən böyük pul vəsaiti, əlbəəl, işləri həyata keçirən şirkət rəhbərinin özünə verildi. Verilən həmin pulların hamısı da, təyinatı üzrə xərcləndi, yəni bulvarda iş görənlərə ödənildi. Bəli, təxminən 4 milyon manata yaxın pul vəsaiti Şəhər İcra Hakimiyyəti tərəfindən ödənilsə də, sonradan, hansısa səbəbdən qalan 8 milyon manat pul şirkət rəhbərinə ödənilmədi. Daha doğrusu, bu pulun, guya, şirkət rəhbərliyi tərəfindən mənimsənildiyi iddia edilərək, onun barəsində cinayət işi başlandı. İstintaqı aparan dövlət qurumlarının və məhkəmənin rəhbər şəxsləri də, necə deyərlər, başçının dedikləri ilə, “oturub, durdular”. Şər-böhtanla olsa da, şirkət rəhbərini həbsxana divarları arxasına göndərməyə nail oldular.

Ən dəhşətlisi odur ki, deyilənlərin yalan və şər-böhtan olduğunu, başçının özü və cinayət ortaqları olan vəzifə sahibləri sonradan etdikləri ilə təsdiqlədilər. Yəni, həmin 8 milyon manat pulun yarıdan çoxunu, “canımızı boğazımıza yığmaqla”, uzun müddətdə qırıq-qırıq yenə də o şirkət rəhbərinin əlbəəl özünə verdilər. Onda dəhşət doğuran belə bir sual ortaya çıxır ki, axı, əvvəlcədən dedikləri kimi, əgər tender qalibi şirkət rəhbərinə həmin pulu vermişdilərsə, onda həmin pulun yarıdan çoxunu sonradan necə ödəyə bildilər?! Bu, qatı bir cinayət deyilmi?!.

Möhtərəm Prezident!

Yeri gəlmişkən, onu da qeyd etmək istəyirik ki, Sumqayıt şəhərində quruculuq, təmir-tikinti və abadlıq işlərinin görülməsi üçün, Sizin verdiyiniz sərəncamlarla, dövlət büdcəsindən milyonlara pul vəsaiti ayrılıb və Sumqayıt Şəhər İcra Hakimiyyətinin hesabına köçürülüb. Lakin həmin pulların hansı formada xərclənməsi barədə, ortada heç bir məlumat mövcud deyil. Eyni zamanda, həmin vəsaitin neçə milyonunun Sumqayıtdakı dəniz ətrafı bulvarın salınmasına xərclənməsi məlum deyil. Sizin 13 oktyabr, 2015-ci il tarixili Sərəncamınızla Sumqayıt şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün də, 3,7 milyon manat pul vəsaiti ayrılıb.15 dekabr, 2015-ci ildə isə, Sizin digər bir Sərəncamınızla, Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və zəruri təmir işlərinin həyata keçirilməsi üçün, 5 milyon manat pul ayrılıb. 03 mart, 2016-cı ildə verdiyiniz Sərəncamınız isə, Sumqayıt şəhərindəki çoxmənzilli binalarda zəruri təmir işlərinin davam etdirilməsi məqsədi ilə, 9 milyon, o cümlədən çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi üçün 6,5 milyon, lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 2,5 milyon manat pul ayrılıb.
10 iyun, 2016-cı ildə verdiyiniz Sərəncamla Sumqayıt şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün, 10 milyon, o cümlədən çox mənzilli binaların dam örtüklərinin dəyişdirilməsi üçün 5 milyon, şəhər avtomobil yollarının əsaslı təmiri üçün 5 milyon manat ayrılıb. 27 sentyabr, 2016-cı ildəki Sərəncamla da, Siz, Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və şəhər avtomobil yollarının əsaslı təmir işlərinin davam etdirilməsi üçün, 5 milyon manat ayırmısınız. Lakinbu qədər pul vəsaiti şəhərin balansına verildiyi halda, onların dəniz kənarı bulvarın salınmasına xərclənməməsi xeyli suallar ortaya çıxarır: Axı, Bulvarın salınmasına nə qədər pul vəsaiti sərf olunub?! Həmin pullar kimə verilib?! Onun verilməsini təsdiq edən sənədlər mövcuddurmu?! Və s., və i.

Bu işləri həyata keçirən iş adamının məlum həbsindən sonra, öz pullarımızı Şəhər İcra Hakimiyyətindən tam olaraq ala bilməmişik. Belə ki, icra başçısı və onun əlaltıları olan cinayət ortaqları hər vəchlə günahı onun üzərinə atmağa çalışıblar. Lakin həmişə görünən tək sübut o olub ki, Şəhər İcra Hakimiyyəti tərəfindən, rəsmi olaraq, ona heç vaxt pul vəsaiti ödənilməyib. Yəni, o, pul alarkən hər hansı sənədə imza atmayıb, eyni zamanda, onun şirkətinə də pul vəsaiti köçürülməyib. Belə qanunsuzluqların olduğu halda, onun həbs edilməsi də, ikiqat qanunsuzluq idi.

Bir daha qeyd edirik ki, biz, zərərçəkmiş sahibkarlar olaraq, dəfələrlə, Şəhər İcra Hakimiyyətindən öz pullarımızı, haqqımızı tələb etmişik. Lakin burada günahı əsas işləri görən şirkət rəhbərinin üzərinə atmaqla, məsuliyyətdən yaxa qurtarmağa çalışıblar. Biz zərərçəkənləri düşdüyümüz zərərdən xilas etməyə can atan kimsəni tapmaq müşkül məsələyə çevrilib. Hətta Şəhər İcra Hakimiyyətindən, Sumqayıtın giriş yolunun və Dənizkənarı Bulvarın tikintisi, yenidən qurulması, abadlaşdırılması və yaşıllaşdırılması işləri ilə əlaqədar, sual dolu müraciətlərimizə cavab verilməsini və həmin cavabları təsdiq edən sənədlərin surətinin bizə verilməsini də xahiş etmişik. Lakin suallara cavab vermək əvəzinə, həmişə, orda bizi başqa istiqamətə yönləndirməyə çalışıblar.

Zərərçəkmiş vətəndaşları şəhərin abadlaşdırma işlərinə həmin əsas şirkətin və Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin rəhbər şəxsləri cəlb etsələr də, onlara çatacaq pul vəsaiti Şəhər icra Hakimiyyətinin rəhbərliyi tərəfindən ödənilməli idi. Lakin rəhbərlik bu vəsaiti ödəməkdən boyun qaçıraraq, pulun, guya, həmin şirkətə verildiyini iddia edib. Halbuki, bir daha qeyd edirik ki, ortada, həmin pulun ona verilməsini təsdiq edən hər hansı sübut mövcud deyil. Bir də, necə olur ki, həmin şirkət rəhbəri həbsə atılır, amma əsl günahkar Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin rəhbəri azadlıqda əlini-qolunu sallayaraq, şəstlə gəzib həmişə. Axı, o, zərərçəkmiş biz sahibkarları başçının adından dəfələrlə aldadaraq, bizə dəymiş ziyanın tam olaraq ödəniləcəyini vəd edib. Lakin verdiyi vədlərini boşa çıxarmaqla yanaşı, bizi polislə də dəfələrlə hədələyib.

Biz sahibkarlar həmişə başımızın üzərində Böyük Allahımızı gördüyümüz üçün, qəti şəkildə deyirik ki, incidilən həmin şirkət rəhbəri ona tapşırılan tapşırıqları layiqincə yerinə yetirib, Dənizkənarı Bulvarın salınmasını, ona tapşırılan digər bütün yüksək məsuliyyət tələb edən vacib işləri həmişə uğurla başa çatdırıb. Lakin bu xidmətlərinə görə, o, mükafatlandırılmaq əvəzinə, cəzalandırılacaq, hətta həbsə də atılıb. Elə, bütün bunlara görə, bir daha qəti surətdə deyirik ki, əliəyri vəzifə sahiblərinin törətdikləri ədalətsizlik, qanunsuzluq və saxtakarlığın sübuta ehtiyacı olmayan və mövcud qanunlarımız çərçivəsinə sığmayan xoşagəlməzlik əlamətləridir.

Möhtərəm Prezident!

Yuxarıda qeyd etdiklərimizi əsas götürərək, Sizdən xahiş edirik ki, halal pullarımızı almaqda bizə köməklik göstərəsiniz! Çünki başqa üz tutacağımız ümid yerimiz qalmayıb və bu çətin durumumuzda nə edəcəyimizi də bilmirik. Tam ümid edir və inanırıq ki, Sizin şəxsi nəzarətiniz altında bu məsələ ədalətli şəkildə araşdırılacaq və haqq-ədalət öz yerini tapacaq. Çarəsiz qalan biz iş adamlarına edəcəyiniz köməyə görə, Sizə qabaqcadan dərin minnətdarlığımızı da çatdırırıq!”.

Mövzu ciddi olduğundan, daim diqqətimizdədir. Bu mövzu ətrafında baş verənləri qələmə almaq üçün, həmişə hazırıq. Bizi izləməyinizi məsləhət görürük!

Əıi HÜSEYN,
İlham ƏSƏDOV,
Malik MİRZƏ,
 
Ardını oxu...
Sumqayıt evdə fərdi təhsil məktəbinin müəllimləri olaraq Abşeron-Xızı Regional idarəsinin rəhbərliyindən narazıyıq. Məktəbimizdə özbaşnalıq tüğyan edir, ancaq şikayətə baxan yoxdur. Xüsusi təhsil siniflərində oxuyan şagirdlərin 300 saat dərsini direktor Vladim İbrahimov öz yaxınlarına, tanışlarına satdı, arvadı Səidə İbrahimovanın bütün tanışlarına, rəfiqələrinə saat hesabı dərs verdi, öz bacısı İsmayılova Müşgünaza dərhal 36 saat dərs verib. Təkcə Müşgünaz deyil, bacısının gəlini, hətta oğlunun nişanlısına da xüsusi təhsil siniflərindən dərs ayırıb. Oktyabrın 27-də V.İbrahimovun oğlunun toyu olacaq və indidən kollektiv xəbərdar edilib ki, 100 manatdan az pul yazdıran olsa dərsi əlindən alınacaq. Maaşımız da hələ verilməyib, nə edəcəyimizi bilmirik.
Teref.az yazır ki, reaksiyamızın poçtuna daxil olan şikayətdə müəllif bu iddialarla çıxış edib. Müəllif fikirlərini davam etdirərək davam edir:
Evdə fərdi təhsil məktəbində direktor V.İbrahimov olsa da məktəbi keçmiş direktor əvəzi İmanov Yadigar, Adıgözəlova Xatirə və Aqilova Elnurə idarə edir. Bu şəxslərin işi araşdırılsa xeyli gizli faktlar üzə çıxar. Hər biri bu ilki dərs bölgüsündən çox "karlı" çıxıblar. Aqilova Elnurə direktor əvəzi olanda etdiyi əməllərə görə şiddətli töhmət alsa belə yenə də 36 saat dərs yükü var, dərsə getmir, ya evdə oturur, ya da məktəbdə.
İmanov Yadigar (22 bal-36 saat) (biologiya fənnindən diaqnostik imtahandan keçsə də, kimya dərsi də verilib),
Adıgözəlova Xatirə (32 bal-36 saat) (seminariya diplomu ilə işləyir, ali təhsilli müəllimlərə isə saat hesabı dərs verilmir),
İsmayıllı Tünzalə (19 bal-36 saat)(aylıq pul yığan),
Şıxəliyeva Yeganə (7 bal-36 saat) keçmiş direktorun qohumu,
Yadigarova Vüsalə (18 bal-36 saat) (işə 2 həftədə 1 dəfə gəlir),
Aqilova Elnurə (24 bal-36 saat) şiddətli töhmətlə hələ də təhsil sistemində çalışır, yaxınlarda tibbi-pedaqoji komissiyaya gedəcəyi deyilir.
İmanova İradə (21 bal-36 saat) (öz "kruq"unda aylıq yığıb təhvil verir) ötən dərs ilində 2 günlük müavinliyiylə yadda qalıb.
Siyahını uzatmaq da olar, ancag mənasızdı. Abşeron-Xızı təhsil idarəsinin rəhbərliyi də, Təhsil nazirliyi də bilir ki, 36 saat dərs yükü olan müəllimlər onun yarıdan çoxuna getmirlər. Onlara heç maraqlı deyil, maraqlı olsaydı çoxdan komissiya göndərib 5 günə necə 36 saat dərs demək, hələ məktəbdə də gəlib xəlvət otaqlarda zarafatlaşmaq olar, bir araşdırardılar.
Məktəbdə söz gəzir ki, yaxın vaxtlarda V.İbrahimov yola salınacaq, yenidən Y.İmanov direktor təyin olunacaq. Buna 1, ya 2 nəfər "taksiyə minəcək" deyə çox sevinə bilər, ancaq biz imtahanla direktor təyin olunsa sevinə bilərik.
Bütün mətbuatı məktəbdəki durumu araşdırmağa dəvət edirik.
Teref.az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyinidə dərc etməyə hazırıq!
Teref.az
Ardını oxu...
Mingəçevir şəhər Uşaq İncəsənət Məktəbində baş verənləri eşitdikcə lap adamın başından papaq qalxır. Təbii ki, bu papağı olanlara aiddir.

Görün,mədəniyyət ocağı adlanan bu məktəbdə nələr baş verir: Məktəbdə qalmaqallı dərs bölügüsü, məktəbdə aylıq pul yığımı, məktəbdə müəllimlərin üstünə artıq dərs yazıb pulu ayın sonunda yarı bölmək,məktədə aşk macəraları, 3 müəllimənin qrup şəklində külli miqdarda qızıl dələduzluğu, məktəbdə vəzifələr uğurunda otaqlarda cızılan planlar,”zavuç” Vüqar Musayevin direktoru Esmira Salamova ilə qurduğu oyunlar və daha nələr...!
Teref.az yazır ki, bu iddia ilə redaksiyamıza göndərdiyi məqalə müəllifi çıxış edir. Məqalə müəıllifi davam edərək yazır:
Məktəbin içərsindəki mənbənin redaksiyamıza göndərdiyi məlumatdan isə lap “qan iyi”, daha doğrusu para iyi gəlir. Belə ki, məktəbin müəllimlərindən biri iddia edir ki, İncəsənət məktəbinin direktoru Esmira Salamova və onun himayə etdiyi müavini Vüqar Musayev deyir ki, nə bizdən yazanlar, nə də narzılar bizə heçə nə edə bilməz. Bura Azərbaycandı,pulun varsa,yuxarı vəzifədə adamın varsa, sən güclüsən, qanun ikinci dərəcəlidir. Bəli, hətta bu qədər irəli gediblər. Mətbutda çıxan son sevgi hadisəsindən sonra məktəbinin direktoru(əslində isə direktor əvəzi) Esmira Salamova “padruqa”larına deyib ki, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinə 10(on) min manat pul verib.Yerini bərkidib,Vüqarı da yuxarıdan tapşırıblar. Onda belə çxıır ki, Salamova pulu idarə rəisi Aydın Bəşirova verib?

Bu zaman sual olunur cənab Aydın Bəşirovun marağı nədir ki, vakant direktor yerini müsabiqəyə çıxarmır? Burada rol oynayan paradır, yoxsa yuxardakı kəsərli əllərdir?

Hələ bu azmış kimi xanım Salamova sevimlisi, adı heç də yaxşı işlərdə hallanmayan şöbə müdiri Aytən Kərimovaya da vəzifə söz verib. Plana görə hazırkı müavin Vüqar Musayev DRESdəki musiqi məktəbinin hayhayı gedib vay-vayı qalan direktoru Qəzənfər Xabarovun yerinə gedir, Aytən Kərimova isə babat şirinlik qarşılığında Vüqarın yerinə “zavuç” gəlir. Bu planın baş “arxetektor”u isə vaxtı ilə Ü.Hacıbəyli adına müsiqi məktəbin direktoru Vüsal Məmmədovun yanında işləmiş və təqaüdə göndərilmiş Vüqar Musayevin anası Məlahət Musayevadır. Elə Vüqar Musayevin musiqidəki yolunu taksi yolundan məktəb yoluna da məhz Vüsal Məmmədov döndərib.
Teref.az yazır ki, məqalə müəllifi axırda Mingəçevirin bu sahəhəyə məsul olan idarələrinə müraciət edərək yazır:
Ey qibleyi-aləm Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi, ey qibleyi-yardım Mingəçevir Mədəniyyət sektoru, doğurdan, sizin Mingəçevir şəhər Uşaq İncəsənət Məktəbində baş verənlərdən xəbəriniz yoxdur? Bəlkə də...Nə bilmək olar ey, bura Azərbaycandadı axı..

Qeyd edək ki, iddiada adı keçən şəxslərin və qurumların mövqeyini işıqlandıra bilərik.
Teref.az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az
 
Ardını oxu...
Ucar şəhəri H.Əliyev prospekti ev 129 A mənzil 13 sakini Əliyev Nizami Əlisaab oğlu tərəfindən

ŞİKAYƏT

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti tərəfindən mənə qarşı edilən qanunsuzluğa görə intihar etmək həddindəyəm.
Belə ki, mən uzun müddətdir ki, Ucar Elektrik Şəbəkəsəində elektrik mantyoru vəzifəsində işləyirəm. 2022-ci ilin sentyabr ayında iş zamanı yüksək elektrik cəryanı vurması nəticəsində ağır xəsarət alıb əmək qabiliyyıətimi itirmişəm.Baxmayaraq ki, uzun müddətdir ki, stasionar müalicələr alıram amma sağalmamışam.Buna görə çox əziyyət çəkirəm.
Qanunla mənə əlillik təyin edilməli olsada Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi mənə imtina verib qeyd edir ki, «Səbəb diaqnoz əlillik əlaməti təyin etməməsi»
Bu tam qanunsuz imtinadır ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi vermişdir.Çünki istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində aldığım xəsarətə görə sol qolum işləmir ayaq barmaqlarımı ambutasiya olunub, ayağımı yerə basa bilmirəm köməkçi vasitəsi ilə hərəkət edirəm.Bir ildən çoxdur ki, bulletendə olub müalicələr alsamda əmək qabiliyyətim bərpa olunmayıb.

Mənim xəsarətim “Elektrik cərəyanının təsiri , Keçirilmiş elektrotravma nəticəsində bədənin müxtəlif nahiyələrində olan yanıqların qalıq əlamətləri. Oynaqların kontrakturası, Hər iki ayağın IV,V barmaqlarının kontrakturası.Dərinin anesteziyası , Çapıqlarda hissiyyat pozğunluğu. Digər dəqiqləşdirilmiş donmaların, termiki və kimyəvi yanığın nəticələri, Sol qulaq seyvanının,sol çiyin qurşağının,sol bazunun bayır səthinin,sağ saidin ön səthinin,hər iki pəncənin alt səthinin III dərəcəli elektrik yanığından sonrakı ağrılı,dartıcı hipertrofik çapıqları.Digər daimi ağrı, Daimi ağrı sindromu. Elektrik cərəyanının təsiri , Keçirilmiş elektrotravma nəticəsində bədənin müxtəlif nahiyələrində olan yanıqların qalıq əlamətləri”.

Hazırda da əsa vasitəsi ilə güc bəla ilə yeriyirəm sol qolum tamam işləmir.Bəlkədə pul versəydim mənə əlillik təyin edərdilər.Çünki elə adamlar tanıyıram ki, əmək qabiliyyətinə malik tam sağlam olsalarda onlara əlillik təyin edilib.
Mənim isə maddi imkanım yoxdur deyə zülm əziyyət çəkirəm süründürməçliyə məruz qalmışam.İşimə qayıtsam işləyə bilməyəcəm çünki sol qolum işləmir yeriməyə çətinlik çəkirəm.

Mən Prezident cənab İlham Əliyevdən, Mehriban xanım Əliyevadan. Nazir cənab Sahil Babayevdən və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri cənab Anar Bayramovdan xahiş edirəm bunları nəzərə alıb obyektiv araşdırıb mənə əlillik dərəcəsi təyin olunmasını köməklik göstərəsiniz.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 

Ardını oxu...
Günlərdir ki, sosial şəbəkələrdə və sosial mediada 271 nömrəli tam orta məktəb barəsində qalmaqallı məlumatlar yayımlanır. Qeyd edim ki, dərc olunan məlumatlar fərqli şəxslərin sözügedən məktəbin direktor və bəzi müəllimləri barəsindəki narazılıqlarını əks etdirir.

"DogruXeber.az" bildirir ki, ötən həftənin cümə günü Tərlan Babayev adlı istifadəçi tərəfindən yayımlanması üçün, agentliyimizə məxsus "Kanal14" facebook qrupumuza belə bir müraciət göndərilib:

"Sabunçu rayonu Bakıxanov qəsəbəsi 271-nömrəli məktəbdə bizim ailəmizə qarşı bir qrup rüşvətxor müəllimlər tərəfindən təxribata çəkilib. Təhsil nazirliyindən məktəbi dəyişməyə bizə kömək etməsini istəyirik! Səbəb, müəllimlər günündə müəllimlərə rüşvət vermədiyimə görə 2-ci övladıma qarşı Məmmədova Təranə tərəfindən yad münasibət göstərilməsi və övladım Babayev İsanı yanına çağıraraq dur yanımda kim nə etdi mənə de övladım etiraz etsə də üstünə qışqıraraq dur burda deyib. Təranə müəllimə övladıma qışqıraraq deyib ki, burda olanları gedib evdə demə. Övladımı öz sinif yoldaşları qarşısında sındıraraq alçaldıb və psixoloji travmaya məruz qoyub. Müstəqil psixoloquları övladımı yoxlamağa dəvət edirəm. Hüquq mühafizə orqanlarını əzilmiş hüquqlarımızın müdafiəsinə çağrıram!"

Ardını oxu...

Valideyinin müraciəti ilə əlaqədar qarşı tərəfin də mövqeyini öyrənmək məqsədilə 271 nömrəli tam orta məktəbi ilə telefon əlaqəsi saxladıq. Dəstəyi qaldıran xanıma özümüzü təqdim edib, direktor ilə bizi əlaqələndirməsini xahiş etdik. Xanım bizi bir neçə dəqiqə telefonda gözlətdikdən sonra cavab verdi ki, - "Direktor iclasdadır və xahiş etdi ki, bir saat sonra zəng edəsiniz".
Sağollaşıb dəstəyi asdıqq.

Aradan təqribən 3 saat keçdikdən sonra yenidən zəng etdik. Bu dəfə də dəstəyi həmin xanım qaldırdı və direktorun hələ də iclasda olduğunu dedi.
Sual verdik, - "Artıq üç saat keçib, bu qədər iclasmı olar?"

Xanım cavab verdi ki, "həmin uşağın valideynləri ilə iclaslardadır direktor səhərdən, yaxşı bir dəqiqə gözləyin ".

Qeyd edək ki, biz xanıma zəngimizin məqsədini bildirməmişdik, amma xanım artıq söhbətin kimdən, nədən gedəcəyini anlamışdı. Demək ki, deyilənlər doğru idi.

Əlqərəz...

Bir neçə dəqiqə telefonda gözlədikdən sonra, özünü direktor müavini kimi təqdim edən başqa bir xanım dəstəyi qaldırdı, zəngimizin məqsədini soruşdu. Vətəndaşın narazılığını bildirdik. Xanım cavab verdi ki, "Bura dövlət müəssisəsiddir, bu barədə biz özbaşına heç bir açıqlama verə bilmirik, bizə Təhsil Nazirliyindən cavab gəlməlidir ki, hansı mediaya necə açıqlama verək, ondan sonra mən sizə zəng edərəm."

Lakin, hələ də nə heç bir zəng, nə də açıqlama yoxdur.
Görünür Elm və Təhsil Nazirliyinin bütün təhsil müəssisələrində baş verənlərdən xəbəri var və birbaşa özü bütün bunları ört-basdır etməyə çalışır. Əks halda mətbuata açıqlama verməkdən bu qədər çəkinməzdilər.

Hər halda nazirliyin bu qədər etiraz və narazılıqlar qarşısında susması və təhsil müəssisələrini susdurması belə deməyə əsas verir...
 //"DogruXeber.az"//

 

Ardını oxu...
DİA.AZ bildirir ki, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsi 12 ünvandakı ikimərtəbəli binanın 6-cı mənzilində yaşayan Mir Yəhya Yusifli Mir Baba oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Cənab Prezident!

Sizə bildirirəm ki, mən Mir Yəhya Yusifli Mir Baba oğlu 1990-cı ildən bəri Bakıxanov qəsəbəsinin Aşıq Alı küçəsi 12 ünvandakı ikimərtəbəli binanın 6-cı mənzilində yaşayıram.

Mən yaşadığım məhəllədə 5 ikimərtəbəli bina var. Bu binalar 1959-cu ildə neftçi ailələri üçün məhz elə neftçilərin özləri tərəfindən tikilmişdir. Elə buna görə də həmin binalar bu gün də öz möhkəmliyini və davamlılığını qoruyub saxlamışdır.

Nəzərinizə çatdırıram ki, 4-5 il bundan öncə bu binaları söküb, yerində çoxmənzilli binalar tikmək istəyən bir neçə şirkət gəlib mənzillərimizi ölçüb getmişlər. Sonuncudan başqa, qalan şirkətlər həyətdə olan yardımçı təsərrüfat tikilisini mənzilin ayrılmaz hissəsi kimi qeydə alaraq, buna da 50 % olmaqla mənzil sahəsi hesablanıb veriləcəyini bildirmişlər.

Bir il olar ki, “Memarlıq Şəhərciyi 2021 MMC” şirkətinin əməkdaşları gəlib yenidən sakinlərin mənzillərini ölçdülər. Lakin bu zaman həyətdəki yardımçı təsərrüfat tikilisini, eləcə də evin girişindəki yay eyvanını ölçmədilər və qeydə də almadılar. Bundan başqa, onlar mənə bildirdilər ki, mətbəxin, dəhlizin və sanitar qovşağının sahəsini 50 % olaraq hesablayacaqlar. Hansı ki, onlar mənzilin ayrılmaz hissəsi olmaqla daxili sxemə aiddir və mətbəxin qapısı mənzilin içərisindəki dəhlizə açılır və ümumi mənzil vahid bir tavan altındadır. Təbii ki, buna görə də mən onlarla razılaşmadım.

Qeyd edim ki, digər sakinlərin də mənzilləri ölçülərkən bir çox ədalətsiz yanaşmalara yol verilirdi. Bütün bunlar da sakinlərin böyük narazılığna səbəb olmuşdur.

Nəzərinizə çatdırım ki, 1993-cü ildə Ali Məclis tərəfindən qəbul olunmuş qanuna əsasən, mənzillərin küçəyə baxmayan artırmaları mənzilin ümumi tərkibiniə aid edilən sahə kimi hesablanır.

Nəhayət, bir neçə ay öncə həmin şirkət düz bizim binanın qabağında özünə ofis qurduqdan sonra sakinləri ora dəvət edərək, mənimlə də söhbət etdilər. Bu zaman onlar yenə də mənə bildirdilər ki, mətbəxin, dəhlizin və sanitar qovşağın sahəsini 50 % olaraq hesablayacaqlar, hansı ki, onlar mənzilin daxilində olmaqla, mətbəxin qapısı mənzilin içərisindəki dəhlizə açılır və o mənzillə birlikdə vahid bir tavan altındadır. Təbii ki, mən də onlarla razılaşa bilməzdim.

Bildirmək istəyirəm ki, mən bura köçəndən sonra mənzildə hər hansı əlavə tikinti aparmamışam və yalnız evimi rahatlığımıza və imkanıma uyğun əsaslı təmir etmişəm.

Bundan iki gün sonra həmin “Memarlıq Şəhərciyi 2021 MMC” şirkətindən mənə məktub gəldi (məktub yazıya əlavə edilir). Mən bir daha onların hüzuruna getdim. Orada çalışan qızlar bildirdilər ki, “20 dəqiqə gözləyin, şirkət rəhbərliyi gəlib sizinlə söhbət edərlər”. Gözlədim, lakin heç kim gəlmədi. Mən ofis işçilərinə bildirdim ki, mənə göndərdiyiniz məktubda yazılanlar əsassızdır, bizim bina heç də qəzalı vəziyyətdə deyil. Əgər belə olsaydı, Fövqəladə Hallar Nazirliyinin yoxlama qurumları bura gəmiş olardı, binada yoxlama aparardı, nəticələri barədə bizə də məlumat verərdi. Əgər qəzalı olmuş olsaydı, ya bizi buradan köçürər, ya da dövlət dərhal başqa təxirəsalımaz tədbirlər görərdi.

Bundan sonra mən onlara bildirdim ki, həqiqi qəzalı binalar bizim məhəllədən 50 metr aralıda olan taxtadan tikilmiş binalardır. Həmin binaların sakinləri də səbrsizliklə evlərinin sökülməsini ğözləyirlər. Yaxşı olar ki, əvvəlcə həmin binaları (2 mərtəbəli 3 taxta binanı) söküb, yerində yeni çoxmənzilli bina tiksinlər və sökülən binaların, eləcə də bizim binaların sakinlərinə də oradan mənzil verdikdən sonra bütün məhəlləni söksünlər.

Mənzil sahiblərinin əksəriyyəti ahıl yaşda olan insanlarıq. Mən də bu ahıl yaşımda öz evimdə rahat yaşamaq istəyirəm, kirayə evdə ölmək istəmirəm. Yeri gəlmişkən qeyd edim ki, yaxın dostum olan bir qohumum da tikinti şirkətindən mənzil gözləyərkən kirayə qaldığı evdə rəhmətə getdi.

Əlavə olaraq diqqətə çatdırmaq istəyirəm ki, mənzil tikinti şirkətləri bir çox hallarda İcra strukturları - BŞİH və s. dövlət qurumların adından çıxış edir, onlardan mandat aldıqlarını bildirərək qanunsuz və ədalətsiz davranışlarının üstünü ört-basdır etməyə çalışırlar ki, bu da vətəndaşların ciddi narazılığına səbəb olur. Son vaxtlar belə hallarla tez-tez rastlaşırıq. Vətəndaşla hakimiyyətin həmrəyliyinə daha çox zərurət olduğu indiki tarixi məqamda bu kimi halların qarşısını almağa təşəbbüs etməyən və ya bunu istəməyən qurumların yönəticilərinin davranışlarını başa düşmək çox çətindir. Onların əsas məqsədi bəlli deyil - şəhərimizi daha da müasirləşdirmək, abadlaşdırmaq, yoxsa vətəndaşların narazılığını artırmaq?

Yuxarıda qeyd etdiklərimi nəzərə alaraq, hazırda yaşadığımız mənzilin sahəsinə adekvat olan mənzil sahəsi ilə təmin oluna bilməyimiz üçün sakinlər adından bizə dəstək olmağınızı Sizdən xahiş edirəm”.

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 
Ardını oxu...
Şirkətin adı bəlkə hörmətli şeyximizin soyadından götürülüb…?
Biz bir media olaraq özəl biznesin, sahibkarlığın nəinki əleyhinə deyilik, əksinə bu sahənin inkişafının tərəfindəyik.
Çünki özəl biznes dövlətin çiynindəki yükü azaldır, yeni iş yerləri yaradır, rəqabət mühitinin nəticəsi olaraq qiymətlərin azalmasına təsir edir və s.
Amma təəssüf ki, ölkəmizdə fəaliyyət göstərən özəl biznes sahəsində xeyli problemlər yaranıb.
Qiymətlər nəinki ucuzlaşmır, əksinə günbəgün artır.
Digər tərəfdən məşğulluq problemi də, yəni insanların iş yeri ilə təmin olunmasında da ciddi problemlər var.
Belə ki, özəl sektorda vətəndaşlar qanuni yolla, yəni rəsmi müqavilə əsasında deyil, sadəcə, müqaviləsiz işə qəbul edilirlər, onların əmək haqqları qanuni yolla deyil, nəğd yolla ödənilir, bu isə ciddi vergidən yayınma deməkdir. Bu özəl sektorda neçə illərdir ki, qara mühasibatlıq hökm sürür və daha nələr...
Bu qanunsuz əməllər səhiyyə sahəsində, özəl apteklərin fəaliyyətində özünü daha çox göstərir.
Belə qanunsuz əməllər törədən şirkətlərdən biri də “Paşa-K” firmasıdır.
Məlumat üçün qeyd edək ki, hüquqi şəxs kimi 08 fevral 1996-cı il tarixində təsis edilərək, Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş bu şirkət əczaçılıq mallarının topdan və pərakəndə satışı ilə məşğuldur.
Təkcə topdan satışı ilə deyil, həm də bu şirkətin xeyli sayda özəl aptekləri fəaliyyət göstərir.
Firma dərman preparatlarının və digər tibbi məhsulların topdan satışını həyata keçirmək məqsədi ilə Səhiyyə Nazirliyindən 20.10.2015-ci il tarixdə 086503 saylı lisenziya almışdır. Firma həmin lisenziyalar əsasında Bakı, Sumqayıt, Mingəçevir, Xırdalan, Lənkəran, Masallı, Cəlilabad, Biləsuvar, Qəbələ və Astara şəhərlərində dərman preparatlarının pərakəndə satışını həyata keçirir.
Firmanın dərman, qida əlavələri, tibbi ləvazımatları, zərdab və vaksinlərin saxlanılması üçün xeyli sayda anbarı var.
Şirkətin dərman vasitələrini satış obyektlərinə çatdırılması üçün 40-dan artıq nəqliyyat vasitəsi var.
“Paşa-K” firması eyni zamanda “VEFA İLAC Pharmaceuticals”, “Sebapharma GmbH”, “İLKO İLAC”, “DEVA”, “Berlin Chemie”, “Pharma Zentrale”, "Medial D&P" LTD ilə əməkdaşlıq edir. “Sandoz D.D.”, “EGİS Pharmaceuticals”, “Farmsintez”, “Mosximpreparat im.Semaşko”, “Bukayev RU”, “Europharma”, “Lekxim”, “Omnifarma”, “Medibase SRL, “Biofarma S.A.”, “Grupo Reig Jofre”, “J.Uriach Company”, “İBSS Biomed S.A.”, “Sumerian Trade”, “Bilim İlac”, “Mersin İlac”, “Şahin Tibbi İlac”, “Borisovski zavod”, “Mega” və digər tanınmış əczaçılıq şirkətlərinin dərmanlarını alaraq ölkəyə gətirir.
“Paşa-K” firması öz reklamında qeyd edir ki, məqsədimiz vətəndaşların qayğısına qalmaq, onları keyfiyyətli dərmanla təmin etməkdən ibarətdir.
Amma alıcıların şikayətlərindən bəlli olur ki, “Paşa-K”nın apteklərində qiymətlər çox baha, keyfiyyət isə çox aşağıdır.
Bunlar hələ harasıdır..?
“Paşa-K” firması dəfələrlə gömrük -keçid qaydalarını pozduğu üçün cəzalandırılıb.
Belə ki, “Paşa-K” firmasına gömrük qaydaları əleyhinə olan ( Gömrük nəzarəti altında olan, o cümlədən şərti buraxılmış mallar və ya nəqliyyat vasitələri ilə qanunsuz əməliyyatlar aparılması) fəaliyyətinə görə, şirkətə qarşı inzibati tədbirlər görülüb.
Görəsən, özünə PAŞA adını götürən və bu ada layiq olmayan fəaliyyətlə məşğul olan firmanın bu adın çətiri altında gizlənməsininn səbəbi nədir..?
Bizdə olan məlumata görə, əslən Cənub bölgəsindən, daha doğrusu, Lənkərandan olan... Şirinov soyadlı şəxs bu firmaya rəhbərlik edir.
Əcəba, olmaya şirkətin adı hörmətli Şeyximizin soyadı PAŞA-zadə ilə bağlıdır..?
Sözün qısası, firmanın rəhbərliyinin nəzərinə çatdırırq ki, PAŞA-lıq təkcə sözdə olmur, əməldə olur. Çalışın hansısa ad altında gizlənməyin, vətəndaşlara düzgün xidmət edin və dövlətin vergisini vaxtında ödəyin.
Əks təqdirdə firmanızın adı köməyinizə çatmayacaq.
P.S. Nə üçün "Paşa-K" firmasının dərmanlarının qutuları dəyişir? //gundelik-baku.com//
 
Hörmətli dostlar,
QHT Agentliyi nə qədər “tənqid dəhlizini” daraltsa da, məni və bəzi həmkarlarımı qərəzlilikdə ittiham etsə də reallıq ortadadır.
Kim tənqid edirsə, dərhal media həmin şəxsin üzərinə şığıyır, onun haqqında video materiallar hazırlayır, cəmiyyətə cinayətkar kimi təqdim olunur. Eynilə Ramiz Mehdiyev-Əli Həsənov metologiyası özünü büruzə verir.
Soruşan yoxdur ki, bu il maliyyələşdirilən 448 layihədən yalnız 2-3 layihədə qüsur aşkarlanıb? Bu layihələrin keyfiyyətini suşi, kofe, bal reklamları edən əməkdaşlarmı yoxladı?
Təbii ki, xeyir. Bunlar sadəcə tənqid edənlərin ağzını yummaq üçündür. Bir qurumun fəaliyyətindəki qüsurları demək nə dövlətə qarşı cinayət deyil, nə də cəmiyyətə hörmətsizlik deyil.
Əksinə, 3-5 manat qrant almaq üçün yarınmaq və qüsurları gizlətmək cinayətdir.
Diqqətinizi QHT Agentliyinin son 6 aylıq fəaliyyətinə yönəltmək və Nizamnamə məqsədlərinə nə qədər nail olmaları barədə suallarla müşahidə etmək istəyirəm:
1. QHT-lər barədə qanunvericiliyin təkmilləşdirilməsi üçün konkret nə işlər görüldü?
2. Qrant haqqında qanunun təkmilləşdirilməsi üçün konkret nə işlər görüldü?
3. QHT-lərə tətbiq olunan maliyyə sanksiyalarının azaldılması üçün hansı tədbirlər həyata keçirildi?
4. Böyük Qayıdış və digər əhəmiyyətli dövlət proqramlarında, yol xəritələrində QHT-lər icraçı qismində təmsil olundumu?
5. QHT-lərin qeydiyyat prosedurunun sadələşdirilməsi istiqamətində addımlar atıldımı?
6. QHT-lərin regionlarda tədbirlər keçirməsi üçün icazə sistemi ləğv olundumu?
7. Bakı, Sumqayıt, Gəncə və digər regionlarda mövcud olan boş dövlət əmlaklarının QHT-lər tərəfindən icarə olunub istifadəsinə şərait yaradıldımı?
8. Avropa ölkələrindən heç olmasa biri ilə beynəlxalq əlaqələr quruldumu?
9. Xarici fondlara çıxış imkanına şərait yaradıldımı?
10. Beynəlxalq QHT hərəkatlarında təmsil olunmağımız üçün iş görüldümü?
11. QHT-lərə hər hansı sosial sifarişlərin verilməsi təşviq edildimi?
12. QHT-lərin biznes qurumları ilə əməkdaşlığının real nəticələri görsəndimi?
13. Qrant verən dövlət qurumlarının qrant siyasətinin düzgün həyata keçirilməsi, orada şəffaflığın bərpa olunması, öz ictimai şura üzvlərinin həmin nazirlikdən qrant maliyyələşməsinin qarşısının alınması üçün əməli işlər görüldümü?
14. QHT-lərin məlumatlarının aparıcı media agentliklərində dərc olunmasına köməklik göstərildimi? (qeyd: ötən dəfə bildirmişdim, 5 əsas media agentliyi və saytda 448 qalib QHT-dən cəmi 8 QHT-nin xəbəri getmişdir)
15. İctimai iştirakçılıq haqqında qanunda 2 ildir deyilən dəyişikliklər edildimi?
16. QHT Günü təsis edildimi?
17. İllərdi xidmətləri olan QHT sədrləri dövlət mükafatlarına təqdim edildimi? (Qadın komitəsindəki təltif istisna olmaqla. 20-30 sədrin birlikdə təltifindən söhbət gedir).
18. Bir dəfə də olsun ağır yaşayış şəraiti olan QHT sədrlərinin ev problemi ilə bağlı məsələ qaldırıldımı?
Sualların sayını kifayət qədər uzatmaq olar. Özünüzün də dediyiniz kimi QHT Agentliyi təkcə qrant paylayan qurum deyil, bu QHT sektorunun inkişafı və problemlərinin həllinə cavabdeh qurumdur.
Mən dəvət edirəm hər kəsi, gəlin bu məsələlər ətrafında iş aparaq.
Bu sektorun inkişafı üçün ciddi işlər görülməlidir, alternativ maliyyə mənbələrinə çıxış əldə edilməlidir.
Onsuz da QHT Agentliyinin qrant paylayacağı QHT-lər yuxarı-aşağı bəllidir.
Samir Adigozelli
Teref.az
Ardını oxu...
Ağsu rayonunda fəaliyyət göstərən "Şöhlətoğlu” İstirahət Mərkəzi ilə bağlı qalmaqal davam edir. İstirahət mərkəzinin sahibi Novruz Gülməmmədov obyektin ərazisini zəbt etməkdə ittiham olunur.
Teref.az yazır ki, illərdir davam edən "Şöhlətoğlu " İstirahət mərkəzi ilə Ekologiya Nazirliyi arasında gedən çəkişmələr artıq məhkəmə çəkişmələrinə gəlib çıxıb. Verilən məlumnata görə "Şöhlətoğlu " İstirahət mərkəzi 5 hektar meşəni məhv edib və buna görə qanun qarşısında cavab verməlidir.
Teref.az-a verilən məlumata görə "Şöhlətoğlu " İstirahət mərkəzi məhkəməyə verilib.. İşə Ağsu rayon məhkəməsində baxılacaq.
"Şöhlətoğlu " obyektin sahibi Novruz Gülməmmədova Azərbaycan Respublikasl Cinayət Məcəlləsinin 188.1, 188.2, 188.3 maddələri ilə cinayət işi açılıb və Ağsu rayon məhkəməsi işə baxır.
Novruz Gülməmmədov hektarlara meşəni zəbt edib və həmin ərazidə meşəni tamamilə məhv edib qanunsuz tikililər inşa edib..
Teref.az olaraq qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq!
Teref.az
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Peyk görüntülərinə baxsaz aydın görünür ki həmin ərazi əvvəlki illər sıx meşəlik olub.
Ardını oxu...
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti