Sumqayıt evdə fərdi təhsil məktəbinin müəllimləri olaraq Abşeron-Xızı Regional idarəsinin rəhbərliyindən narazıyıq. Məktəbimizdə özbaşnalıq tüğyan edir, ancaq şikayətə baxan yoxdur. Xüsusi təhsil siniflərində oxuyan şagirdlərin 300 saat dərsini direktor Vladim İbrahimov öz yaxınlarına, tanışlarına satdı, arvadı Səidə İbrahimovanın bütün tanışlarına, rəfiqələrinə saat hesabı dərs verdi, öz bacısı İsmayılova Müşgünaza dərhal 36 saat dərs verib. Təkcə Müşgünaz deyil, bacısının gəlini, hətta oğlunun nişanlısına da xüsusi təhsil siniflərindən dərs ayırıb. Oktyabrın 27-də V.İbrahimovun oğlunun toyu olacaq və indidən kollektiv xəbərdar edilib ki, 100 manatdan az pul yazdıran olsa dərsi əlindən alınacaq. Maaşımız da hələ verilməyib, nə edəcəyimizi bilmirik. Teref.az yazır ki, reaksiyamızın poçtuna daxil olan şikayətdə müəllif bu iddialarla çıxış edib. Müəllif fikirlərini davam etdirərək davam edir: Evdə fərdi təhsil məktəbində direktor V.İbrahimov olsa da məktəbi keçmiş direktor əvəzi İmanov Yadigar, Adıgözəlova Xatirə və Aqilova Elnurə idarə edir. Bu şəxslərin işi araşdırılsa xeyli gizli faktlar üzə çıxar. Hər biri bu ilki dərs bölgüsündən çox "karlı" çıxıblar. Aqilova Elnurə direktor əvəzi olanda etdiyi əməllərə görə şiddətli töhmət alsa belə yenə də 36 saat dərs yükü var, dərsə getmir, ya evdə oturur, ya da məktəbdə. İmanov Yadigar (22 bal-36 saat) (biologiya fənnindən diaqnostik imtahandan keçsə də, kimya dərsi də verilib), Adıgözəlova Xatirə (32 bal-36 saat) (seminariya diplomu ilə işləyir, ali təhsilli müəllimlərə isə saat hesabı dərs verilmir), İsmayıllı Tünzalə (19 bal-36 saat)(aylıq pul yığan), Şıxəliyeva Yeganə (7 bal-36 saat) keçmiş direktorun qohumu, Yadigarova Vüsalə (18 bal-36 saat) (işə 2 həftədə 1 dəfə gəlir), Aqilova Elnurə (24 bal-36 saat) şiddətli töhmətlə hələ də təhsil sistemində çalışır, yaxınlarda tibbi-pedaqoji komissiyaya gedəcəyi deyilir. İmanova İradə (21 bal-36 saat) (öz "kruq"unda aylıq yığıb təhvil verir) ötən dərs ilində 2 günlük müavinliyiylə yadda qalıb. Siyahını uzatmaq da olar, ancag mənasızdı. Abşeron-Xızı təhsil idarəsinin rəhbərliyi də, Təhsil nazirliyi də bilir ki, 36 saat dərs yükü olan müəllimlər onun yarıdan çoxuna getmirlər. Onlara heç maraqlı deyil, maraqlı olsaydı çoxdan komissiya göndərib 5 günə necə 36 saat dərs demək, hələ məktəbdə də gəlib xəlvət otaqlarda zarafatlaşmaq olar, bir araşdırardılar. Məktəbdə söz gəzir ki, yaxın vaxtlarda V.İbrahimov yola salınacaq, yenidən Y.İmanov direktor təyin olunacaq. Buna 1, ya 2 nəfər "taksiyə minəcək" deyə çox sevinə bilər, ancaq biz imtahanla direktor təyin olunsa sevinə bilərik. Bütün mətbuatı məktəbdəki durumu araşdırmağa dəvət edirik. Teref.az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyinidə dərc etməyə hazırıq! Teref.az