Adı müxtəlif qalmaqallarda hallanan və əsasən müğənnilərə, əyləncəyə maraq göstərməsi ilə diqqətə gələn İsmayıllı rayon icra hakimiyyətinin başçısı Nahid Bağırovla bağlı yaxın günlərdə qərar veriləcək. Xatırladaq ki, bu barədə xəbəri keçənlərdə yayınlamışdıq və məsələ ilə əlaqədar "DİA-AZ"ın əldə etdiyi son bilgilərdən aydın olur ki, artıq Bağırovu kimin əvəz edəcəyi də məlumdur.
Mötəbər mənbə iddia edir ki, bu dəfə İsmayıllıya İsmayıllı camaatı ilə dil tapa biləcək şəxsin rəhbər təyin olunacağı gözlənilir: "Həmin şəxs hazırda RİH-də yüksək vəzifə tutur və əslən İsmayıllıdandır..."
Bu arada "DİA-AZ"a yerli sakinlər də öz başçıları ilə bağlı fikirlərini yollayamaqdadırlar. Biz də Nahid Bağırov haqqında sıravi vətəndaşların nə düşündüyünün maraqlı olacağını təxmin edərək həmin rəylərdən bəzilərini olduğu kimi təqdim edirik:
***
Araz Shukur: NƏ??? YEYİNTİ???? BİZDƏ???? OLAAAA BİLMƏƏƏƏZZZZZZZ!
user46629860678354: Bir defe iwle bagli qebulunda oldum. Getmeyime pewman oldum.
Abbasov: heç bunu görən olub ki 5ildi bizi aldadır yeyib icirde bizde yayda susuz qlrlrlq
Elşən Vüqarlı: Nahid özünə hörmət qoyan adam deyil. ... həyat tərzi keçirən qadınlarla əylənir...
***
Hər halda bu rəylər ciddiyə alınmalıdır və görünəni odur ki, gərəkən qurumlar da nəhayətdə Bağırovun fəaliyyətinə uyğun qiyməti verəcək...