Ardını oxu...
Sumqayıt şəhər sakini Ramil Əfəndizadə “Doktor.az” klinikasından şikayətçidir.
O, Bakupost.az -a deyib ki, “Doktor.az” klinikasında həkim səhlənkarlığı ucbatından qızı ölümlə üzləşib, sağlamlığına ciddi ziyan vurulub.
Belə ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 1-ci kurs tələbəsi Z.Əfəndizadə iyunun 2-də mədə-bağırsağında narahatlıq hiss edib. O anası ilə birlikdə Sumqayıt şəhərində yerləşən “Doktor.az” klinikasına gedib. Kassada 180 manat ödəniş edilməsi tələb olunub.
Pul köçürüldükdən sonra 17 yaşlı qızı kran suyu ilə klizma etmək istəyiblər. Anası irad bildirdikdən sonra isə həmin su distillə olunmuş su ilə dəyişdirilib.

Daha sonra pasiyentə narkoz verilib, mədə-bağırsağı endoskopik diaqnostika ilə müayinə edilib. Atasının sözlərinə görə, yeniyetmə narkozdan ayıldıqdan sonra evə buraxılıb. Evdə isə onun halı pisləşib:
“Uşaq narkozdan ayılandan 5 dəqiqə sonra evə buraxıblar. Xəstəxanadan evə 20 dəqiqəlik yol var. Uşaq evə çatdıqda halı pisləşib, təzyiqi 0-a düşüb. Məlum oldu ki, narkozdan anafilaktik şok keçirib. Dərhal 13-cü mikrorayondan təcili tibbi yardımı çağırdıq. Onların həkimi evin içində saat yarım ərzində uşağın həyatını xilas etmək üçün mübarizə apardı. Daha sonra oksigen balonu olan əlavə təcili tibbi yardım gəldi. Uşağı bir az özünə gətirdilər, təzyiqini 0-dan 40-a qaldırdılar”.
Ramil Əfəndizadə bildirib ki, uşaq özünə gəldikdən sonra onu Sumqayıt şəhər Travmatologiya Xəstəxanasına aparıblar:
“Günorta saat 2-də oraya gəldik. Orada baş həkim Rauf və daha 3-4 həkim uşağa əllərindən gələn ilkin yardımı göstərdilər. Axşam saat 7-ə qədər ona iynələr, sistemlər vuruldu. Uşağı özünə gətirə bilmirdilər ki, Bakıya, Mərkəzi Klinikaya aparaq. 5 saatlıq həkim mücadiləsindən sonra qızım bir az özünə gəldi”.

Z.Əfəndizadə yalnız bunda sonra qızının Bakıya - Mərkəzi Klinikayaa aparıldığını bildirib:
“Qızım 4 gün orada yatdı. Baş həkim Kamran doktor və digər həkimlər onun vəziyyəti ilə bağlı bütün bilgilərə sahib idilər. 4 gün sonra Kardiologiya şöbəsinin müdiri Firdovsi həkim dedi ki, uşaq təcili olaraq Türkiyəyə aparılmalıdır. Uşağın anafilaktik şok keçirdiyini, ürəyinin zədələndiyini, qanının zəhərləndiyini, bütün bakteriya və virusların oyandığını bildirdi”.
Yeniyetmənin atası bildirib ki, qızı İstanbul şəhərində yerləşən “Medical Park” klinikasında 1 həftə ərzində müalicə alıb və sağalıb:
“Gecə saat 5-də təcili tibbi yardımla hava limanına yola düşdük. Yoldaşım, mən və qızım Türkiyənin İstanbul şəhərinə getdik. Oranın hava limanında da bizi təcili tibbi yardım maşını qarşıladı. Qızım İstanbulda “Medical Park” xəstəxanasında qan zəhərlənməsi, Anafilaktik şok səbəbilə 6 gün yatdı. Uşaq bu müddət ərzində sağaldı. 2-3 gün onun tam özünə gəlməsini gözlədikdən sonra evə qayıtdıq. Hazırda vəziyyəti qənaətbəxşdir. Nə yaxşı demək olar, nə də pis”.
Ramil Əfəndizadə “Doktor.az” klinikasının anestezioloqu Şakir Baxşəliyevin məsuliyyətdən boyun qaçırdığını bildirib:
“Şakir həkim deyir ki, mənlik bir şey yoxdur. Mənim günahım deyil”.
Şikayətçi məsələ ilə bağlı Daxili İşlər Nazirliyi (DİN), Sumqayıt şəhər prokuroluğu, Sumqayıt Şəhər Baş Polis İdarəsinin 1-ci polis bölməsinə məlumat verdiyini də qeyd edib:
“Hadisə baş verən kimi DİN-in 102 qaynar xəttinə 3-4 dəfə ard-arda zəng edib şikayətimi bildirmişəm. Travmatologiya Xəstəxanasında olanda Sumqayıtın 1-ci polis bölməsinin əməkdaşları ora gəlib. Onlara da izahatımı və ərizəmi vermişəm. Qurban bayramından iki gün öncə də Sumqayıt şəhər prokurorluğuna lazım olan bütün sənədləri və ərizəmi təqdim etmişəm. Bütün sənədlər əlimdədir. "Doktor.az"ın bizə verdiyi ilk kağız da var. Bu sənəddə qızımın narkoza girməzdən əvvəl müayinə edildiyi və sağlam olduğu qeyd olunub. Bunu klinikanın özünə də təqdim etmişəm”.
Zərəçəkmişlər aidiyyəti qurumların məsələyə diqqət göstərilməsini,onlara maddi və mənəvi ziyan vuran şəxslərin ağır şəkildə cəzalandırılmasını tələb eder.
Məsələ ilə bağlı “Doktor.az” klinikasına ünvanlanan suallarımız cavabsız qaldı.
***
20:15
"Doktor.az" klinikasının direktoru Cəmaləddin Kəlbalıyev Bakupost.az -la əlaqə saxladı.
O, məsələ ilə bağlı Prokurorluğun araşdırma apardığını bildirib:
"Xəstə sterilləşdirilmiş su ilə imalə olunub. Lakin hamı bilir ki, lazım olanda istənilən su ilə imalə olunmada problem yoxdur. O, buradan sağlam ayrılıb. Onu saat 6-7 radələrində təcili tibbi yardım aparıb. Təzyiqi müəyyən qədər düşüb. Lakin təzyiqin 0-a enməsi barədə məlumat yalandır. Təzyiqi 0-a düşən insan yaşaya bilər? Xəstənin atasına izah etmişik ki, gedin, hüquq-mühafizə orqanlarına müraciət edin. Həkimin bir günahı varsa, cəzasını çəkəcək. Mərkəzi Klinika da, Türkiyədəki həkim də deyir ki, bizim həkimdə günah yoxdur. Hal-hazırda məsələ ilə bağlı bütün sənədləri Prokurorluğa təqdim etmişik, araşdırma aparılır. Hər şei araşdlrmanln nəticələrində bəlli olacaq".
Direktor vurğulayıb ki, şikayətçinin verdiyi məlumatlar şantaj xarakterlidir:
"Uşağın anasının da 1-2 il əvvəl kardioloji problemi olub, Bakıda hansısa klinikada stend qoyublar. Daha sonra onları da şantaj edib pullarını alıblar. Bizə də deyirlər ki, 15 min dollar xərcimiz çıxıb, onu ödəyin. Xəstənin atası Türkiyədəki həkimlərə deyib ki, sənəddə filan şeyləri qeyd edin, gedib pul tələb edəcəm.
Müayinə zamanı anası da yanında olub. Deyib ki, iynəni niyə tibb bacısı vurdu, həkim vursun. Bu cür bəhanələr gətirirlər. Yalanlarını öz sözləri ilə təsdiq edirlər. Deyirlər ki, həkim narkotik qəbul edib. 35 ilin həkiminə o sözü demək olar? İndi həkim də iddia qaldırıb, yoxlansın, o da təzminat tələb etsin? Biz onların üzərinə getmirik, xalqın xidmətində durmağa çalışırıq.
Biz onu dəvət etmişik ki, həkim tanışınız varsa, gəlin, bizim həkimlərlə müzakirə etsinlər. Həkimin problemi olubsa, cəzalansın. Heç bir həkimlə gəlməyib. Bir gün deyir, pula görə gəlməmişəm, bir gün deyir, pulumu verin, bir gün deyir, Prokurorluq da işə düzgün baxmır".
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Salyan Rayon İcra Hakimiyyəti Başçısının Salyan şəhəri üzrə Nümayəndiliyi “A+H Təmir Tikinti” MMC ilə satınalma müqaviləsi imzalayıb. Müqavilədə Salyan şəhərnin küçələrinin işıqlandırılması işləri üzrə materialların alınması nəzərdə tutulur. Buna görə qurum şirkətə 45 024.08 AZN ödəyəcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “A+H Təmir Tikinti” MMC 28 oktyabr 2011-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 50 AZN olan şirkətin hüquqi ünvanı Şirvan şəhəri, Rəsulzadə küçəsi, ev 27V/1T-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə Abasov Vüqar Mehman oğludur.
“A+H Təmir Tikinti” MMC 11 ildir fəaliyyət göstərməsinə baxmayaraq açıq mənbələrdə barəsində hər hansı məlumat yoxdur. Şirkətin əlaqə telefonları və saytına da rast gəlinmir.
Dövlət satınalmalarının vahid internet portalına nəzər saldıqda məlum olur ki, şirkət əsasən Salyan Rayon İcra Hakimiyyəti və sözügedən rayondakı qurumların tenderlərinin qalibi olur.
Şirkətin qalibi olduğu tenderlərin şərtlərinə diqqət etdikdə MMC-nin çoxfprofilli olduğu üzə çıxır. Məsələn, Salyan şəhər icra nümayənliyinə işıqlandırma ilə bağlı materiallar satan şirkət ötən il Salyanda kənd yollarının təmir ilə bağlı Salyan Rayon İcra Hakimiyyəti ilə 150 min manatlıq müqavilə imzalayıb.
Yaxud da şirkətin ötən il Salyan Suvarma Sistemləri İdarəsi ilə bağladığı 30 min manatlıq müqavilədən aydın olur ki, şirkət həm də buldozer təmir edir.
Beləliklə, “A+H Təmir Tikinti” MMC inşaat şirkəti olsa da, elektrik materialları, maşın mexanizmləri, nəqliyyat vasitələri üçün ehtiyat hissələri və tikinti materialları da satır.
MMC-nin “çoxprofilli” olması müəyyən şübhələrə yol açır. Ekspertlər bildirir ki, adətən bu tip şirkətlər tender oyunlarında iştirak üçün yaradılır.(reportyor.info) Xatırladaq ki, bundan əvvəl S.Hətəmov qalmaqallı görüntülərlə gündəmə gəlmişdi. Həmin videokadrları diqqətinizə çtdırırıq:

 
Ardını oxu...
Dünən başında Balababa Rzayevin dayandığı “Azərenerji” ASC ilə bağlı bir məlumatı paylaşdıq. Xəbərdən də aydın olurdu ki, "Azenerji" 6/10/35/110 kV-luq xətlərdə elektrik enerjisinin ötürülməsi, qəbul olunması, çevirilməsi və paylanılması üçün müxtəlif malların satın alınması ilə bağlı tenderə yekun vurub.

DİA.AZ-ın məlumatına qeyd olunurdu ki, tələblərə cavab verən, ən aşağı qiymət təklif edən “Smart Energy Solutions” QSC tenderin qalibi müəyyən olunub.

Qalib gəlmiş təşkilatla müvafiq satınalma müqaviləsi imzalanıb. Onu da bildirək ki, ilk dəfə deyil ki, başında Balababa Rzayevin dayandığı həşəmətli "Azenerji" milyonları “Smart Energy Solutions” QSC-yə ötürür. Aydın olurdu ki, “Smart Energy Services” MMC şirkəti 2022-ci ilin təkcə son 6 ayında Balababa müəllimin yedək "kantoru" olan «Azərişıq» ASC-dən 30 milyrn manata yaxın həcmdə tender sifarişi alıb...

Daha ətraflı aşağıdakı metrialda:

Balababa Rzayevin bala-bala tender oyunları... - BU DA FAKT!!!

İndi isə aydın olur ki, tenderi tenderə calayan "Aznereji" daha bir şübhəli ortağa büdcə pullarını ötürməkdədir.

Aydın olur ki, "Azərenerji" ATSC "Müxtəlif növ inşaat mallarının satınalınması" tenderinin nəticələrini elan edib.

DİA.AZ xəbər verir ki, qalib "Constructor Supply Services" MMC (VÖEN: 3101632501) olub.

Şirkətlə 978 869 manat məbləğində müqavilə imzalanıb.

Biz dia.az olaraq sözügedən şirkətlə və ümumiyyətlə "Azenerji"nin digər tender partnyorları ilə bağlı araşdırma materialı hazırlayırıq və yaxın günlərdə həmin materialı təqdim edəcəyik.

Buna qədərsə, dözlətin müvafiq qurumlarının gərəkən təftişi keçirəcəyinə də ümid edirik. Hər halda, sonuncu olaraq tender qazandırılan "Constructor Supply Services" MMC də "az aşın duzu deyil"...

Bu barədə növbəti yazıda.

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
 
Ardını oxu...
Salyanın ictra başçısının saysız mülkləri Yardımlıdan Bakıya, Bakıdan Ağcabədiyə qədər uzanır...

Günümüzün reallıqlarından biri də hazırda bir sıra mühüm dövlət postlarına keçmiş biznesmenlərin təyin olunmasıdır. Elə ölkəmizdə siyasətə və ya dövlət idarəçiliyinə biznesdən gələn kifayət qədər şəxs var ki, onların fəaliyyəti yalnız müsbət dəyərləndirilir.

Amma bir reallıq da var ki, bu həmişə belə olmur. Hər halda bu yazımızın qəhrəmanı olan Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovla bağlı sitiuasiya tamamilə fərqlidir. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumatlara görə bir vaxtlar daş karxanasının müdiri işləmiş Sevindik Hətəmov icra başçısı təyin olunandan sonra da özünü “karyer müdiri” kimi aparır, bu sahədəki biznesini durmadan genişləndirir, Salyanın problemləri isə “dizə çıxıb”.

Xatırladaq ki, 1997-ci ildən “Güzdək” daş karxanasına direktor vəzifəsinə yiyələnən S.Hətəmov burada özünə əməlli-başlı “gün ağlaya” bilib. “Güzdək” daş karxanasındakı fəaliyyəti artıq ona böyük kapital, hörmət və lazımı dairələrə giriş fürsəti tanıtmışdı. 2005-ci ildə deputat mandatı qazanan S.Hətəmov artıq sıradan biri deyildi. Bir müddət YAP Laçın rayon təşkilatının sədri, daha sonra Prezidenti Administrasiyasında baş məsləhətçi vəzifəsində çalışan Sevindik Hətəmov 2012-ci ilin aprel ayında Yardımlı rayonuna, 4 mart 2016-cı il tarixdə isə Salyana icra başçısı vəzifəsinə təyin olunur və bu günə qədər də həmin vəzifədə çalışır.

Əslən laçınlı olan icra başçısının hansı vəzifələri tutmasından asılı olmayaraq hər zaman “karyer biznesi”nə sadiq qalıb və hazırda da onun bir neçə daş karxanası var. Onu da bildirək ki, Yardımlıda, ardınca Salyanda “hakimi mütləq” olan S.Hətəmovun karxana biznesi problemsiz ötüşməyib. Məsələn bir neçə il öncə Güzdəkdəki karxanasında Abşeronun icra başçısı Zakir Fərəcovun təzyiqi ilə üzləşərək məğlub olan S.Hətəmov daha sonra eyni aqibəti Qaradağın icra başçısı Süleyman Mikayılovla yaşayıb.

Sevindik Hətəmovun qarşısına ölkə başçısı ciddi tapşırıqlar qoyduğu halda, icra başçısı isə öz şəxsi maraqlarının əsirinə çevirilib. O, yaxın qohumu, həmin vaxt “Zamin bank” ASC-nin Gənclik filialının direktoru işləyən Mahir Abbaszadənin Laçın rayonundan millət vəkili seçilməsi üçün milyonlar xərcləyib. Ona görə də M.Abbaszadə də hər zaman onu yuxarı dairələrdə müdafiə edir.

Sevinsik Hətəmov yaxın qohumları üçün də ağ gün ağlayıb. Belə ki, bacısı Nəsilənin əri Fərruxu Bakı şəhərində yerləşən Laçın köçkün məktəbinin direktoru təyin etdirib. Digər bacısının əri Oktay onun Qaradağdakı daş karxanalarını idarə edir. Oktayın oğlu Cəmil Məmmədovu Sumqayıt şəhərində Hərbi Prokurorluğa işə düzəldib .

S.Hətəmov Ağcəbədi rayonu ərazisində Laçın rayonuna aid qış yatağında 250 baş iri-buynuzlu və 1400 baş xırda-buynuzlu heyvandan ibarət böyük bir ferma yaradıb. Həmin heyvandarlıq fermasını qayınatası Cənnət kişinin adına rəsmiləşdirib və hətta həmin ferma üçün Sahibkarlığa Kömək Milli Fondundan xeyli kredit də ayırtdırıb.

Bakıda Həsən Əliyev küçəsində “milyonerlər” məhəlləsində bacısı Lətifənin adına 4 mərtəbəli villa alıb.

Oğlu Xətainin öz şəxsi nüfuzundan və əlaqələrindən istifadə edərək Bakı şəhəri 3 saylı “Asan Xidmət” Mərkəzinə müavin vəzifəsinə təyin etdirib. Qızı Günayı isə Neftçilər xəstəxanasında UZİ aparatı üzrə həkim vəzifəsinə yerləşdirib. Oğlu Xətai və qızı Günay isə dəyəri 150 min dollar son model “Range-Rover” markalı maşınlarla işə gedirlər.

Sevindik Hətəmov Nabranda möhtəşəm bir istirahət mərkəzini yeznəsi Oktayın adına alıb. Bakının mərkəzində S.Hətəmovun 8 yerdə topdansatış mağazalar şəbəkəsi var.

BDU-nun yaxınlığında “Meqa-Siti” yaşayış kompleksində ikisi 4, üçü isə 3 otaqdan ibarət 5 mənzili alıb.

Kompleksdə yerləşən “İdman-sağlamlıq” mərkəzini də bacısı Nəcibənin adına alaraq icarəyə verib. Həmin yaşayış kompleksi ilə üzbəüz gözəllik salonu da Sevindik Hətəmova məxsus obyektlərdən biridir.

Bütün bunlardan əlavə yazmadığımız daha bir çox mülklərə sahib olan icra başçısı barədə daha geniş məqaləni yaxın günlərdə oxucularımıza təqdim edəcəyik.

Xatırladaq ki, həbs olunan icra başçıları da çoxlu obyektlərə və başqalarının adına rəsmiləşdirilmiş bizneslərə sahib idilər. Aktualxeber.az olaraq bildirək ki, bizim bu yazımız yəqin ki, əlaqədar orqanlar və DTX üçün də maraqlı sayıla bilər. Qarşı tərəfi də dinləməyə hazırıq.

pia.az

Ardını oxu...
DogruXeber.az: - Şapka” Mamed kimi tanınan Məmməd Musayevin ömür yoluna nəzər salanda məlum oldu ki, bu adam 52 yaşında alim olub. Bilənlər bilir ki, alim olanlar 28-30,uzağı 35 yaşında alim olur. Bu günkü alimlərin çoxu məmur olub milyonlar qazanandan sonra saxta yolla alimlik dərəcəsi almaq üçün müdafiə edib alim olanlardır. Sizi inandırıram ki, “Şapka” Mameddən soruşan olsa ki, hansı mövzuda müdafiə etmisən, müdafiə etdiyin mövzunun adı nə olub, yəqin ki, bilməz. Bütün bunları bir kənara qoyub, Məmməd Musayevin bankir kimi fəaliyyətinə nəzər salaq. 1992-ci ildə AXC hakimiyyəti dövründə Dövlət Bankının Qaradağ şöbəsinin, Aqrar Sənaye Bankının Əməliyyat idarəsinin rəisi, 1992-ci ildən Respublika Səhmdar Kommersiya Aqrar Sənaye Bankının İdarə Heyətinin Sədri olan,Məmməd Musayev AXC hakimiyyətdən gedəndən sonra da karyerasını davam etdirib.2001-ci ildən isə hal-hazıradək "Aqrarkredit" Səhmdar Kredit Təşkilatının İdarə Heyətinin Sədri vəzifəsində çalışır. Bəli, Azərbaycanda aqrar sahəyə ayrılan 100 milyonları mənimsəyən Məmməd Musayev məhz həmin dönəmdə “Şapka” ləqəbini qazanıb. Belə ki, aqrar sahədə
çalışanlara,sahibkarlara verilən kreditin “şapka”sını alaraq onlara kredit verib. İndi özünüz düşünün ki, aqrar sahədə çalışanlar bu cüzi kreditlə nə edə bilərdi..?
Bu gün kənd təsərrüfatı məhsullarının baha olmasının bir səbəbi də budur. Hələ bu harasıdır..? Məmməd Musayevin şəxsən təşəbbüsü ilə 1995-ci ildə Türkiyə Respublikasının "Ziraat" Bankı və Aqrar Sənaye Bankının birgə təsisçiliyi ilə "Azər-Türk Bank" Birgə Səhmdar Kommersiya Bankı yaradılmışdır. Bu həmin “Ziraat” Bankdır ki, “Şapka” Mamedlə birgə dövlətin Kənd Təsərrüfatı Nazirliyinə ayırdığı milyonlarla krediti mənimsəyib. Və “Ziraat” Bankın neqativ fəaliyyəti ölkədə hamıya məlumdur. Hansı ki, o milyonlar regionlarda aqrar sahənin inkişafına, yeni iş yerlərinin açılmasına və ən əsası ƏRZAQ BOLLUĞU üçün ayrılmışdı. “Şapka” Mamed özünü Azərbaycan cəmiyyətinə XEYRİYYƏÇİ kimi sırımağa çalışır. Hansı ki, öz həmyerliləri, yəni Qazax camaatı dəfələrlə mediada Məmməd Musayevin ünvanına nələr deməyiblər. Qazax rayon sakinləri yazır ki, özünü xeyriyyəçi adlandıran Məmməd Musayev rayondakı imkansız şəxslərin torpaq sahələrini, evlərini ələ keçirir...
Hətta bu adam öz dədə-baba evini ona satmaq istəməyən yaşlı qadına təzyiq üçün onun həbsxanadakı qızına da təsir yolları tapıb. İndi bu adamın mənəviyyatını təsəvvür edin... Həbsxanadakı əli-qolu bağlı qadına “kişilik göstərmək”. Bu nəinki milli-mənəvi dəyərlərə, heç insanlığa, kişiliyə yaraşan hal deyil. Məmməd Musayevin korrupsiya əməlləri barədə sabiq Baş prokuror Zakir Qaralova yazılan şikayətləri bir yerə yığsalar böyük təpə yaranar. Amma heç bir nəticə olmayıb. Savadlı bank mütəxəssisləri bilir ki, Məmməd Musayev qeyri-peşəkar, səriştəsiz, savadsız bank rəhbəri olub və həmişə öz mənfəətini güdüb. Əslində Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyev həbs ediləndə “Şapka Mamed” də həbs olunmalı idi.
Onu da qeyd edək ki, Məmməd Musayevin sahibi olduğu “Turanbank”ı oğlu Fuad Musayev idarə edir. “Şapka” Mamed utanıb-qızarmadan onun barəsində şikayət edənlərə deyir ki, mənim Prezidentlə şəklim var, məni şəxsən tanıyır, bütün işləri yuxarılarla danışıb həll edirəm... Məmməd Musayevin tanınmış ekstrasens Zirəddin Rzayevə sponsorluq etməsi, kimlərinsə dilini-ağzını bağlatması barədə də mediada çox yazılıb.
İndi isə Məmməd Musayevlə bağlı keçək lap son xəbərə. 3 gün öncə ölkə mediasında yayılan xəbərdən bəlli oldu ki, Məmməd Musayev “Türk-Azərbaycan” klinikasını alıb və qızı Xuraman xanımı klinikaya rəhbər təyin edib. Ən dəhşətlisi odur ki, “Şapka Mamed” klinikanın tanınmış həkimlərini işdən çıxartmaq üçün onları hədələyir. Bəli, sosial şəbəkədə tanınmış həkim-psixiatr Abdulla Şıxlinskinin "Şapka Mamed" kimi tanınan Məmməd Qurban oğlu Musayevin “Türk-Amerikan” klinikasını alması, onu qanunsuz olaraq işdən çıxarması və hədələnməsi haqda müraciəti yayılıb. Şikayətçi yazır ki, Məmməd və qızı Xuraman xanım həkimlərin maaş kartlarını özlərində saxlayıb, həmin kartlarla hansı özbaşınaqlıqları etdikləri məlum deyil.
Deməli, klinikada həkimlərin qəbulu üçün otaq çatmadığı bir vaxtda Xuraman xanım böyük bir otağı təmir etdirib, özünə istirahət otağı düzəltdirib. Həkim şikayətində yazır ki, klinikaya sığorta ilə gələn xəstələrə xidmət göstərilmir: “Pulsuz, xeyirsiz xəstələrdir” deyib başdansovdu yanaşılır. Klinikada həkim-terapevtin otağı axşam 20.00-dan sonra şəxsi qohumlar üçün görüş otağı kimi istifadə olunur. Psixiatr yazır ki, mən ona deyəndə ki, sənin qızın problemlidir, inanmır... İndi gördünüzmü, bankirin klinika almasını, klinikanı hansı məkana döndərməsini, onun qızının problemli olmasını və daha nələri...
Yazıda adları çəkilən hər bir şəxsin mövqeyini dərc etməyə hazırıq. //gundelik-baku.com//

Ardını oxu...
DİA.AZ: - "Azərbaycan Texniki Universitetinin (AzTU) təcrübəli müəllimlərindən bir qrupu yenə də yalnız universitetimizdə deyil, həm də ölkəmizin aşağıdan yuxarıyadək bütün təhsil sistemində yaranmış vəziyyətlə və bu vəziyyətin nəticələri olan faktlarla Respublika ictimaiyyətinə, əlaqədar rəsmi dövlət təşkilatlarına və vəzifəli şəxslərə müraciət etmək məcburiyyətindədir". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalənin ƏVVƏLİ BURADA: Vilayət müəllimin ƏYALƏT TƏFƏKKÜRÜ... - BUNUN BAŞQA ADI YOXDUR...

Məqalənin davamında deyilir: "Bu işlərin maliyyə tərəfləri hələ bir tərəfə qalsın, təhlükəsizlik aspektindən danışaq. V.Vəliyev özünün iqtisadçı təfəkkürü ilə elə düşünür ki, əgər divarlar daşıyıcı divarlar deyilsə, yəni binanın ağırlığını öz üzərində saxlamırsa, onları təhlükəsiz sökmək olar. Ancaq biz ona izah etməyə çalışaq ki, daşıyıcı olmayan divarlar da binanı horizontal müstəvidə deformasiyalardan, texniki dil ilə desək, horizontal müstəvidə rəqslərdən qoruyur və bu divarlar olmadıqda, bina yalnız dirəklər üzərində qaldıqda, bina horizontal müstəvidə, yəni eninə istiqamətdə çox yaxşı bir rəqsi hərəkət edən sistemə çevrilir. Yəni sadə dil ilə desək, azacıq zəlzələ baş versə, həmin bina dirəklər üzərində o yana, bu yana yellənəcək və çox güman ki, dirəklər bu rəqslərə davam gətirməyəcək və bina uçacaq. Bu təhlükə isə Türkiyədə bir neçə ay əvvəl baş verən zəlzələ fonunda bu gün çox aktualdır. Nəzərə alın ki, həmin binanın yuxarı mərtəbələrində bütün gün ərzində yüzlərlə, bəlkə, minlərlə tələbə otaqlarda dərs keçir, işçilər otaqlarda işləyir. Bu anda zəlzələ baş versə, nə ola bilər? Bakıda 2000-ci ildə baş verən 6,8 bal gücündə zəlzələ hələ də bizim yadımızdan çıxmayıb.
Deyirlər ki, Türkiyədəki zəlzələnin səhəri günü V.Vəliyev gəlib öz söküntülərini gəzib, gözdən keçirirmiş. Bəs görəsən Fövqəladə Hallar Nazirliyi bunlardan xəbərdardırmı və həmin binanı yoxlayıbmı? Bina artıq 1 ildir ki, belə sökülmüş vəziyyətdədir və yəqin ki, azı bir o qədər də belə qalacaq. Aşağıdakı fotoşəkildə həmin binanın 1-ci mərtəbəsi göstərilmişdir.

Ardını oxu...
Yeni tədris binasında 1-ci mərtəbədə binanın bu başından baxanda, o biri başına qədər açıq görünür. Ara divarlar sökülüb, bina yalnız dirəklər üzərində dayanır.

V.Vəliyev demək olar ki, bütün tədris binalarının 1-ci mərtəbələrini boşaltdırıb, oradan kafedraları, laboratoriyaları, müəllimlər otaqlarını sıxlaşdıraraq, yuxarı mərtəbələrə daşıtdırır. Xüsusən küçəyə çıxışı olan binaların 1-ci mərtəbələri onun gözüdoymayan tamahına tuş gəlir. Maraqlıdır, görəsən V.Vəliyev bu sahələri neyləyəcək. O özü belə bir xəbər buraxır ki, guya bu ərazilərdə elmi-tədqiqat institutları yaradacaq və elmlə məşğul olacaq və bu işlərə tələbələri də cəlb edəcək. Əvvəla ona sual veririk ki, o, AzTU-nun müəllimlərinin, texnika elmləri doktorlarının, professorların necə deyərlər, “qaymağını”, ən fəal və elmli nümayəndələrini universitetdən qaçırıb-dağıdıbsa, uzaqlaşdırıbsa, gələn gündən AzTU-nun elmi kadrlar potensialına müharibə elan edibsə, bu elmi-tədqiqat institutlarında kimləri işlədəcək? İkincisi, bir danışdırıb görsün onun universitetinin əksəriyyəti 200-250 bal ilə qəbul edilən tələbələri nə gündədirlər, heç olmazsa Azərbaycan dilində danışa bilirlərmi, heç olmazsa məktəb fizikasından Om qanununu, Nyuton qanunlarını bilirlərmi ki, elmlə də məşğul olsunlar? Onlarda heç olmazsa oxumaq həvəsi varmı ki, sonra da elmlə məşğul olsunlar? Həm də V.Vəliyev “yaratmaq arzusunda olduğu” bu elmi-tədqiqat institutlarının siyahısını və adlarını bu 4 ildə bəlkə 40 dəfə AzTU Elmi Şurasının qərarı ilə dəyişdirib. Görünür, əsas məqsəd başqadır: birincisi, gözdən pərdə asmaq və ikincisi, artıq məlum olub ki, 2-ci tədris binasının boşaldılmış 1-ci mərtəbəsi AzTU-nun hesabına təmir edilir ki (yenə də bu sonu görünməyən təmirlər), xarici şirkətə icarəyə verilsin. Baxın, küçəyə çıxışı olan binaların 1-ci mərtəbələri ona bu məqsədlə lazımdır. Yeri gəlmişkən qeyd edək ki, V.Vəliyev bu əməliyyatı, yəni universitet ərazilərini kənara icarəyə verməyi ADNSU-nin rektoru Mustafa Babanlıdan öyrənib. M.Babanlının bu sahədə çox “zəngin” təcrübəsi var.
V.Vəliyev özünü populyarlaşdırmaq, müasir dillə desək, özünə piar yaratmaq üçün Türkiyə faktorundan geniş istifadə edir, özünü “Turkiyəpərəst” kimi göstərməyə çalışır, halbuki, mahiyyətcə, praktiki əməlləri ilə 5-ci kolonun (keçmiş imperiyanın) maraqlarına xidmət edir. Cari tədris ilində o, əsabələri ilə birlikdə 3 dəfə Türkiyəni bu başdan o başa səfərə çıxıb, o universitet qalmayıb ki, onunla ikili diplom, birgə elmi-tədqiqat işləri (???) və əməkdaşlıq haqqında memorandum imzalamasın. Hər dəfə də fotoşəkillərini çəkdirib, universitetin saytına yerləşdirib. Türkiyədən Bakıya kim qonaq gəlirsə, V.Vəliyev dərhal onu AzTU-ya dəvət edir, əsabələri ilə birlikdə universitet söküntülərinin və xərabəliklərinin ərazisinə onları ekskursiyaya çıxararaq, bu ərazilərdə yaxın gələcəkdə görüləcək “gözəl-gözəl işlərin” planlarından onlara nağıllar danışır, yəni, “bağ belə, bostan belə”, bu yerlərdə filan-filan işlər görüləcək, dünya səviyyəsində elmi işlər qaynayacaq, hələ bəlkə, AzTU-nun həyətində kosmik gəminin start meydançası da qurulacaq və tələbələrimizin yaratdığı peyk kosmosa, yerətrafı orbitə çıxarılacaq... Hansı tələbələrin, o tələbələrin ki, AzTU-ya 200-250 bal ilə qəbul olunurlar və heç Nyuton qanunlarını bilmirlər, kvadrat tənliyi həll etməyi bacarmırlar?
Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov da özünün 5-ci kolona xidmət etməsi faktlarını ört-basdır etmək və guya ki, özünün qərb yönümlü olduğunu göstərmək üçün yəqin ki, universitetin adının ingilis abreviaturası ilə UNEC adlandırılmasına nail olub".

DAVAMI VAR...

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Ardını oxu...
     

Şəkildə gördüyünüz bu zabit oğlanı iki gün əvvəl nazir Kəmaləddin Heydərovun əmri ilə FHN sıralarından uzaqlaşdırıblar. Leytenant Məmmədov Toğrul Elşən oğlu FHN-nin tabeliyindəki Xüsusi Risqli Xilasetmə Xidmətində qulluq edib.

Atası Elşən Məmmədov Azinforum.az İnformasiya Portalına verdiyi eksklüziv videomüsahibədə oğlunun işdən çıxarılma səbəbini maraqlı və heyrətdoğuran amillərlə izah edib. Bildirib ki, oğlunun xidməti iş yeri olan ərazidə FHN-nin başqa iki qurumu da fəaliyyət göstərib. İnzibati bina Suraxanı rayonu ərazisində yerləşib.
Ardını oxu...
Toğrul görürki ərazi üzrə Yanğından Mühafizə İdarəsinin rəisi Vüqar İsmayılov özünün və atasının şəxsi maşınını inzibati binanın həyətində tabeçiliyindəki işçilərə yuduzdurur. Maşını yuyanların sırasında 44 günlük müharibənin iştirakçısı, 7 medalla mükafatlandırılan bir veteranın da olduğunu görəndə Leytenant Məmmədov dözə bilmir və rəis Vüqar İsmayılova öz iradını bildirir. Rəisin isə cavabı belə olur: “Ged öz işinlə məşğul ol”.
Ardını oxu...
Bundan sonra leytenant Məmmədov bütün bu mənzərənin fotolarını əldə edərək, yaşanan özbaşınalıqla bağlı nazir Kəmaləddin Heydərova şikayət ünvanlayır. Təbiidir ki, şikayətə faktı sübut edən fotoşəkilləri də əlavə edir. Atasının dediyinə görə, elə bundan sonra da Toğrulun qara günləri başlayır. FHN-nin Daxili Təhqiqat İdarəsinin apardığı yoxlamanın sonunda belə qərar verilir ki, şikayətdə qeyd olunan faktlar öz təsdiqini rapmadı. (?)
Ardını oxu...
Sonra şikayətçi leytenanta Vüqar İsmayılovla barışmaq təklif edilir, ancaq Toğrul yenə də məsələnin obyektiv araşdırılmasını tələb edir. Sonda çanaq Toğrulun başında çartlayır və onu nazirin əmri ilə işdən azad edirlər. İşdən çıxarılma ilə bağlı əmrin sürəti hələ də Toğrula təqdim olunmur. Yalnız rəhbərlikdən sevincək şəkildə gəlib deyiblər ki, özünə aid nə varsa götür və bunanı tərk et, sən tutduğun vəzifədən azadsan.

Şərh bölümündə Toğrul Məmmədovla olan videomüsahibənin və deyilən mənzərəni əks etdirən fotoları da təqdim edirik. Azinforum.az olaraq, müsahibədə adları çəkilən hər bir şəxsin də mövqeyinə yer verməyə hazır olduğumuzu bildiririk.

Ardını oxu...
İqtisadiyyat naziri Mikayıl Cabbarova və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin rəisi Cavanşir Nuriyevə göndərilən informasiya sorğusunda 3 saylı Nərimanov Tibb Mərkəzinin baş həkimi Fazil Alməmmədovun tenderlərlə bağlı müəmmalarına aydınlıq gətirilməsi xahiş olunub…

ƏVVƏLİ BURADA: Fazil Alməmmədovla bağlı ŞOK İDDİALAR... - BU NƏDİ BELƏ?

Beləliklə, ötən buraxılışda qeyd olunduğu kimi, sual üaranır: atası mebel oğurluğu üstündə 3 il azadlıqdan məhrum edilən, bir qardaşı Rusiyada külli miqdarda dövlət vəsaitini mənimsəməyə görə 5 müddətinə azadlıqdan məhrum edilən, digər qardaşı Tural Alməmmədov isə dövləti cinayətdə iştirak etdiyinə görə Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən «İŞİD»çilərə qarşı keçirilən əməliyyat zamanı atışmada öldürülən Nərimanov Tibb Mərkəzinin direktoru və paralel olaraq 5 saylı Kliniki Xəstəxananın baş həkimi Fazil Alməmmədov bu vəzifələrə kimlərin dəstəyi ilə təyinat alıb? Yaxud, belə məsul vəzifələrə təyinatlar zamanı şəxsin bütün sənədləri Prezident Administrasiyasının, DTX-nın, TƏBİB-in, Səhiyyə Nazirliyinin… süzgəsindən keçirilir. Bəs bu qurumlarda nədən bunlar aşkar olunmayıb, yaxud nəzərə alınmayıb???

Bu barədə az sonra. Hələlik onu deyək ki, F.Alməmmədovla bağlı daxil olan şikayətlərə aydınlıq gətirilməsi üçün təbii ki, onun özünə deyil, tabe olduğu qurumlara-Səhiyyə Nazirliynə və TƏBİB-ə aydınlıq gətirilməsi üçün sorğular göndərilmişdir. Amma…

TƏBİB-dən reaksiya yoxdursa, deməli…

Məntiq odur ki, adətən, belə ciddi araşdırma yazıları olanda maraqlı dövlət qurumları dərhal reaksiya verir və ya cavab haqqını təmin etdirir. Amma bu dəfə nə Səhiyyə Nazirliyindən, nə də TƏBİB-dən Fazil Alməmmədovla bağlı sorğu və yazılara susma görünür. Bu isə o deməkdir ki, bu cür əməllər sahibi ilə vidalaşmağı düşünürlər, nəinki onun əməllərinə ən azı aydınlıq gətirilməsini.

«Təzadlar» bununla bağlı araşdırmalarını davam etdirir. «Media haqqında» Qanunun tələblərini nəzərə alaraq bu gün İqtisadiyyat naziri Mikayıl Cabbarova və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin rəisi Cavanşir Nuriyevə informasiya sorğusu göndərdi. №-2023-06/07, 06.07.2023 və №-2023-06/04, 06.07.2023 saylı informasiya sorğusunda bir sıra qaranlıq suallara aydınlıq gətirilməsi xahiş olunub. İnanırıq ki, sorğumuz qanunun yol verdiyi müddətdə cavablandırılacaq və tədbirlər görüləcək. «Media haqqında» Qanunun 17-ci maddəsində isə deyilir: «Maddə 17. Məlumat almaq hüququ

17.1. Media subyektləri və jurnalistlər cəmiyyətdəki ictimai, siyasi, sosial və iqtisadi vəziyyət haqqında, dövlət orqanlarının (qurumlarının), bələdiyyələrin, müəssisə və təşkilatların, qeyri-hökumət təşkilatlarının, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə düzgün informasiya almaq hüququna malikdirlər. Bu hüquq qanunla müəyyənləşdirilmiş hallardan başqa məhdudlaşdırıla bilməz.

17.2. Dövlət orqanları (qurumları), bələdiyyələr, müəssisə və təşkilatlar, qeyri-hökumət təşkilatları, siyasi partiyalar, vəzifəli şəxslər öz fəaliyyətləri haqqında informasiyanı media subyektlərinin və jurnalistlərin yazılı və şifahi sorğusu əsasında, habelə mətbuat konfransları və ya brifinqlər keçirmək yolu ilə yaxud başqa formalarda verirlər.

17.3. İnformasiya əldə edilməsi barədə yazılı sorğuya “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyənləşdirilmiş qaydada və müddətdə baxılır. Həmin Qanunda göstərilən müddətdə həmin informasiya öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 (iyirmi dörd) saatdan gec olmayaraq cavab verilməlidir.

17.4. Media subyektləri və jurnalistlər məlumatı verməkdən imtina edən dövlət orqanlarından (qurumlarından), bələdiyyələrdən, müəssisə və təşkilatlardan, qeyri-hökumət təşkilatlarından, siyasi partiyalardan və ya vəzifəli şəxslərdən qanunla müəyyənləşdirilmiş qaydada şikayət etmək hüququna malikdir».

***

Redaksiyaya isə şikayətlər daxil olmaqdadır. Bu gün aldığımız məktubda deyilir: «…Hörmətli «Təzadlar», sizə onu da bildirək ki, Fazil Alməmmədov TƏBİB-in rəhbəri Vüqar Qurbanovla o dərəcədə yaxındır ki, hətta Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun drektoru Gülnaz Dadaşovanı da o direktor təyin etdirib. Gülnaz Dadaşova isə tender məsələlərində və başqa işlərdə F.Alməmmədova yaxından dəstək verir, mənəvi dayaq olur. İnstitutun tibb personalı dəfələrlə direktordan şikayət etsələr də, tədbir görülmür, çünki müdafiəçisi Fazil Alməmmədovdur. İnstitutun foyelərini, palatalarını… gəzin, görəcəksiniz ki, bura nə gündədir. Bəs direktor niyə həm də institutun cəfakeş personalına diqqət ayırmır? Buna vaxtı çatmırmsı, yoxsa nə…

Bunun isə özəl səbəbləri var, institutda hamı bilir. Təsəvvür edin ki, ötən ilin payızında 8 saylı poliklinikada 135 min manatlıq təmir işləri başa çatdırılmalı idi, sənəddə isə təmir işlərinin vaxtı bu ilin martında bitib. Amma sizin əməkdaşlar dünən poliklinikada olublar, yəqin görüblər ki, orda heç bir təmir işi yoxdur.

Atası, qardaşları… ağır cinayətlərdə həbs edilərək azadlıqdan məhrum edilmiş, bir qardaşı terrorçu kimi DTX tərəfindən öldürülən adam necə səhiyyəmizdə at oynada bilir axı?! Biz TƏBİB-ə F.Alməmmədovun qanunsuz əməlləri barədə şikayətlər və konkret faktlar göndəririk, amma Vüqar Qurbanov tədbir görmür. Deməli, əlbirdirlər, deyilmi? Siz bir jurnalist kimi yoxlaya bilərsiniz. 3 tenderin heç biri faktiki icra olunmayıb, amma pulları silinib. Məsələn, Nərimanov Tibb Mərkəzinə ayrılan vəsaitə faktiki olaraq demək olar heç bir iş görülməyib. Mərkəzin binasının 3-cü mərtəbəsində 3 il əvvəl qapılar dəyişdirilib, mərtəbənin həkimləri də bunu təsdiqləyə bilər. Onu da həkimlərin hesabına ediblər. Ən ucuz linoliumu «Antibakterial» adı altında yerə döşədilər. Bunu da yoxlamaq heç də problem deyil. Sənədlərdə baxın görün 1 kvm.-i neçəyədir… Hamıya məlumdur ki, tibb ocaqlarında antibakterial boya və linoliumdan istifadə edilir. Yəqinki Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəisi Məmməd Abasbəyli (keçmiş Tender Agentliyi) də bu məsələdə nəzarətini etməli, araşdırmalıdır. Ayrılan pulların icrası niyə nəzarətsiz buraxılır?

Onu da deyək ki, Fazil Alməmmədov 5 saylı Xəstəxananın idarəçiliyini yeni həyat yoldaşı olan Aygün xanıma həvalə edib. Hal-hazırda Aygün xanımın icazəsi olmadan burada heç bir iş görülə bilməz. Aygün xanım həkim heyətini yığır, iclas keçirir, illərlə iş təcrübəsi və stajı olan professor heyətini tənbeh edir, həkimlərə töhmət verir…».

***

Bu gün redaksiyaya həm də Fazil Alməmmədovun Respublika Kliniki Xəstəxanaya rəhbər vəzifələrə təyin etdirdiyi işçilərin qanunsuz hərəkətləri barədə məktub daxil olub… İnanılmazdır ki, bir nəfər TƏBİB-də istədiyini edir, Səhiyyə Nazirliyini saymır, dostu Vüqar Qurbanova (TƏBİB-in icraçı direktoru) təqdimat yazdırıb səhiyyə naziri Teymur Musayevi aldadırlar və yeznəsi -«şofer» Laçın Alməmmədovu «Səhiyyə əlaçısı» medalı ilə təltif etdirir??? Gülməlidir, həm də ağlamalı… Tanınmış səhiyyə işçiləri yox, «şofer» «Səhiyyə əlaçısı» olur???

(Davamı var)

«Təzadlar»ın Araşdırma Qrupu

Ardını oxu...
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə tabelı, rayonlarda yerləşən istismar idarələri tərəfindən elan olunmuş bir çox tenderlərin keçirilməsi prosedurunda ciddi qanun pozuntularına yol verilməsi barədə demək olar hər gün yeni məlumatlar yayılır. Sözügedən cəmiyyətə tabeli qurumların keçirdiyi tenderlərdə hər il yeni bir MMC qalib çıxarılır, müəyyən məqsədləri həyata keçirildikdən sonra o şirkətlərdən heç xəbər-ətər qalmır. Bu ilin başlanğıcından isə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə tabelı idarələr “VNM SERVİS” MMC ilə işbirliyinə başlayıblar. Səhmdar cəmiyyətin yerli idarələri cari ilin iyuniyul aylarında adıçəkilən MMC ilə 23 satınalma müqaviləsi bağlamışlar.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “VNM SERVİS” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 11.09.2019-cu il tarixdə dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, BİLƏCƏRİ ŞTQ, SUMQAYIT ŞOSSESİ (BİLƏCƏRİ QƏS.), ev 5, MOSKVA PR. qanuni təmsilçisi kimi isə Nağıyev Vüqar Məhəmməd oğlu qeyd olunub.

Açıq mənbələrdə MMC-nin barəsində olan məlumatlar bu qədərdir. Amma gəlin bu MMC-nin son bir ayda qalib olduğu tenderlərə nəzər salaq. Qeyd edək ki, MMC Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə tabelı idarələrdən başqa heç bir tenderin qalibi olmayıb.

Astara Suvarma Sistemləri İdarəsi tərəfindən keçirilmiş mexanizm və nəqliyyat vasitələri üçün ehtiyyat hissələrinin və sürtkü yağlarının satın alınması üzrə 24.982,72 manat məbləğində satınalma müqaviləsi 03.07.2023-cü il tarixdə;

Biləsuvar Suvarma Sistemləri İdarəsi tərəfindən keçirilmiş yağların və sürtkü materiallarının satın alınması üzrə 148.117,14 manat məbləğində satınalma müqaviləsi 03.07.2023-cü il tarixdə;

Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsi tərəfindən keçirilmiş yağ-sürtkü mallarının satınalınması üzrə 22.466,32 manat məbləğində satınalma müqaviləsi 03.07.2023-cü il tarixdə;

Ağcabədi Suvarma Sistemləri İdarəsi tərəfindən keçirilmiş maşın mexanizmlərin ehtiyyat hissələrinin satın alınması üzrə 163.152,7 manat məbləğində satınalma müqaviləsi 25.06.2023-cü il tarixdə;

Ağdaş Suvarma Sistemləri İdarəsi tərəfindən keçirilmiş avtomobillər üçün ehtiyat hissələrinin satın alınması üzrə 72.939,86 manat məbləğində satınalma müqaviləsi 25.06.2023-cü il tarixdə;

Neftçala Suvarma Sistemləri İdarəsi tərəfindən keçirilmiş maşın və mexanizmlər üçün yağ-sürtkü materiallarının satın alınması üzrə 12.504,46 manat məbləğində satınalma müqaviləsi 25.06.2023-cü il tarixdə;

İsmayıllı Suvarma Sistemləri İdarəsi tərəfindən keçirilmiş avtomaşın və mexanizmlər üçün ehtiyyat hissələrinin satın alınması üzrə 43.573,86 manat məbləğində satınalma müqaviləsi 24.06.2023-cü il tarixdə;

İsmayıllı Suvarma Sistemləri İdarəsi tərəfindən keçirilmiş mexanizmlər və avtomaşınlar üçün sürtkü materiallarının satın alınması üzrə 8.643,5 manat məbləğində satınalma müqaviləsi 24.06.2023-cü il tarixdə;

Cənubi Muğan Kanalı İstismarı İdarəsi tərəfindən cari təmir işləri üçün tikinti materiallarının və azqiymətli əşyaların satın alınması üzrə 84.716,18 manat məbləğində satınalma müqaviləsi 23.06.2023-cü il tarixdə;

Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsi tərəfindən torpaq qazan mexanizmlərin ( ekskovator, buldozer ) üçün ehiyat hissələrinin satın alınması üzrə 57.586,01 manat məbləğində satınalma müqaviləsi 23.06.2023-cü il tarixdə;

Yuxarı Xanbulançay Hidroqovşağı İstismar İdarəsi tərəfindən keçirilmiş sürtgü materiallarının satın alınması üzrə 5.723 manat məbləğində satınalma müqaviləsi 22.06.2023-cü il tarixdə;

Yuxarı Qarabağ Kanalı İstismarı İdarəsi tərəfindən keçirilmiş torpaq qazan mexanizimlərə və avtomobillərə ehtiyat hissələrinin satın alınması üzrə 64.334,28 manat məbləğində satınalma müqaviləsi 20.06.2023-cü il tarixdə;

Zaqatala Suvarma Sistemləri İdarəsi tərəfindən keçirilmiş maşın-mexanizm və avtonəqliyyat vasitələri üçün sürtkü yağlarının satın alınması üzrə 16.334,15 manat məbləğində satınalma müqaviləsi 19.06.2023-cü il tarixdə;

Cəlilabad Suvarma Sistemləri İdarəsi tərəfindən keçirilmiş sürtgü yağlarının satın alınması üzrə 20.515,72 manat məbləğində satınalma müqaviləsi 16.06.2023-cü il tarixdə;

Bəhramtəpə Hidroqovşağı İstismar İdarəsi tərəfindən keçirilmiş 42.415,35 manat məbləğində satınalma müqaviləsi 14.06.2023-cü il tarixdə;

Yevlax Suvarma Sistemləri İdarəsi tərəfindən keçirilmiş sürtgü materiallarının satın alınması üzrə 29.072,84 manat məbləğində satınalma müqaviləsi 12.06.2023-cü il tarixdə;

Bərdə Suvarma Sistemləri İdarəsi tərəfindən keçirilmiş 2023-cü ildə nəzərdə tutulan “Maşın mexanizmlərə və nəqliyyat vasitələrinə tələb olunan sürtkü yağlarının” satın alınması üzrə 25.417,2 manat məbləğində satınalma müqaviləsi 12.06.2023-cü il tarixdə;

Bərdə Suvarma Sistemləri İdarəsi tərəfindən keçirilmiş 2023-cü ildə nəzərdə tutulan “Nəqliyyat vasitələri üçün tələb olunan ehtiyat hissələrinin” satın alınması üzrə 8.942,04 manat məbləğində satınalma müqaviləsi 12.06.2023-cü il tarixdə;

Samux Suvarma Sistemləri İdarəsi tərəfindən keçirilmiş sürtgü və yağ materiallarının satın alınması üzrə 12.807,72 manat məbləğində satınalma müqaviləsi 09.06.2023-cü il tarixdə;

Laçın Suvarma Sistemləri İdarəsi tərəfindən keçirilmiş nəqliyyat vasitələri üçün ehtiyyat hissələrinin satın alınması üzrə 8.320,42 manat məbləğində satınalma müqaviləsi 09.06.2023-cü il tarixdə;

Mərkəzi-Muğan Kollektorlarının İstismarı İdarəsi tərəfindən keçirilmiş avtomaşın və mexanizmlər üçün sürtgü yağlarının satınalınması üzrə 44.511,96 manat məbləğində satınalma müqaviləsi 09.06.2023-cü il tarixdə;

Cənubi Muğan Kanalı İstismarı İdarəsi tərəfindən keçirilmiş mexanizmlər və nəqliyyat vasitələri üçün sürtkü yağlarının satınalınması üzrə 7.561,91 manat məbləğində satınalma müqaviləsi 08.06.2023-cü il tarixdə;

İmişli Suvarma Sistemləri İdarəsi tərəfindən keçirilmiş maşın və mexanizmlər üçün ehtiyyat hissələrinin satınalınması üzrə 120.743,5 manat məbləğində satınalma müqaviləsi 08.06.2023-cü il tarixdə;

Göründüyü kimi, dövlət sifarişlərinin hərəsi bir rayondan verilib. Nizamnamə kapitalı cəmi 10 manat olan, maddi-texniki bazası barədə heç bir məlumat olmayan “VNM SERVİS” MMC-nin bu işləri reallaşdırması bir az şübhələr doğurur. Görəsən MMC eyni anda, ayrı-ayrı rayonlarda maşın mexanizmləri üçün ehtiyyat hissələri ilə, sürtgü yaşları ilə necə təmin edir? Bu sifarişləri həyata keçirmək üçün MMC-nin, maddi-texniki bazası, ixtisaslaşdırılmış işçi qrupu varmı?

Qeyd edək ki, burada şəffalıqdan söhbət belə gedə bilməz. Bu inhisarçılığın bariz nümunəsidi. Bu azad rəqabətin açıq şəkildə pozulmasıdı. Bir MMC-nin ay yarım ərzində 23 açıq tender və kotirovka sorğusunda qalib olması satınalma prosedurlarında saxtakarlıqdan başqa bir şey deyil. Buna da, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti zəmin yaradır. Çox gümün ki, bu işlərin başında Səhmdar Cəmiyyətin sədr müavinlərindən biri, ya Rafiq Aslanov, ya da Zakir Quliyev dayanır. Bu, 2021-ci ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edilmiş, hazırda isə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri vəzifəsinin başında duran Zaur Mikayılov da ola bilər.

Aktualinfo.org

Ardını oxu...
Bir neçə gündür Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir neçə rayon şöbələrinin rəislərinin korupsiyya və rüşvətxorluq əməlləri ilə bağlı sözügedən hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat tədbirləri zamanı ifşa olunaraq həbsləri davam edir.

Hərbi komisarların həbsi demək olar ki, sosial şəbəkə istfadəçiləri tərəfindən bir mənalı qarşlanıb və hər kəs bu silsiləli həbslərə görə adı çekilən qurumun ünvanına "xoş sözlər" yağdırıblar.

Sosial şəbəkələrdə və media resuslarında ən çox şikayət olunan hərbi komissarlar Səlyan, Neftçala rayonlarıdır, sözügedən bölgədə yaşayan sakinlər sosial çəbəkə hesablarında hüquq-mühafizə orqanların da rayona dəvət edirlər, komissarlarının rüşvət, korupsiya, özbaşnalıq, bir sözlə komisarlığı bazara çevirdiklərindən şikayətləniblər.

Qeyd edək ki, sözügedən bölgələrdən Səlyan Şəhər hərbi komisarı Nurlan Abbasovdur, o, bundan öncə Hacıqabul rayon hərbis komisarlığının rəisi olub, elə Hacıqabul rayonunda işlədiyi dövürdə də barəsində media və sosial şəbəkələrdə kifayət qədər giley və şikayətlərə rast gəlmək olar.

Neftçala rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Tofiq Mehdiyevdir, demək olar ki, o da digər həmkarından heç də geri qalmır, internet resusları üzərindən axtarış versək onun da barəsində kifayət qədər vətəndaş şikayətinə rast gəlmək olar, hətta rayonda "bazarkom" adının aldığı da deyilir, komisarlığı açıq bazara çevirib, burada “Otpravka”nın qiyməti 500 manat, “neqodnu” kağızı isə 5000 manata satıldığı haqqda iddialara da rast gəlmək olar.

"Azərbaycan Reallığı" sözü gedən məsələ ilə bağlı kiçik araşdırma edib, etibarlı mənbələrdən daxil olan məlumata görə adı çəkilən hər iki hərbi komissar Arzu Rəhimovun yaxın kadırlarından sayıldığı bildirilir. Yaxın vaxtlarda hüquq-mühafizə orqanlarında sözügedən rayona baş çekəcəkləri heçdə sirr deyil, deyə sonda etibarlı mənbə bildirib.
"Azərbaycan Reallığı"
Teref.az olaraq yazda adı çəkilən şəxslərin də mövqeyin dərc etməyə hazırıq.
 

Dünyapress TV

Xəbər lenti