Ardını oxu...
Sumqayıtın abadlıq-quruculuq işlərində çalışan onlarla sahibkar adıçəkilən şəhərin icra başçısı Zakir Fərəcovdan pullarını ala bilmir. Bu barədə Gununsesi.info-nun elektron poçtuna yazan bir qrup sahibkar bildirir ki, icra başçısının təklifi ilə abadlıq və yenidənqurma işləri üçün tenderlərə qatılıblar. “2016-cı ilin mart ayından Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun dəvəti ilə onunla birgə razılaşma əsasından bu prosesə qatıldıq. Tenderlər şəhərin müxtəlif sahələrindəki abadlıq-quruculuq işləri ilə bağlı olub.
Zakir Fərəcov xüsusilə, yeni bulvarın üzərində dayanırdı. Deyirdi ki, bu işdə ona hamı dəstək olsun və yeni bulvar istifadəyə veriləndən sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunacaq. Beləcə uzun bir proses dövründə biz pul almadan bütün işləri başa vurduq. Sonradan pulumuzu tələb edərkən, Zakir Fərəcovun bizdən yayındığını gördük”.
Tikinti rəhbərləri yazır ki, Fərəcovun sözlərinə inanaraq, təmir-tikinti və yenidən qurma işləri ilə əlaqədar lazım olan avadanlıq və tikinti materiallarını nisyə alıblar: “Ümid edirdik ki, bizim pulumuzu ödəyəcək. Həmin mağazaların sahibləri də sağolsunlar ki, bizə anlayış göstərirdi”.
Şikayətçilər bildirir ki, işlərin görüldüyü vaxtda, veriləcək pullar şəhərin memarı Adil Xudadatov tərəfindən nağd şəkildə ödənilirdi: “Adil Xudadatovla aramızda yaranan münasibət nəticəsində onun tərəfindən bizə vmerilən verilən pullar şəhərdə fəaliyyət göstərən iş adamlarından və müxtəlif təşkilatlardan yığılıb verilirdi. Çünki, biz material üçün pul lazım olduğunu bildirdikdə deyirdi ki, hələ pul yığılmayıb, yığılan kimi çatdıracağam. Tikintilərdə çalışan işçilərin əmək haqlarını daxili imkandan və münasibətimiz olan imkanlı dost-tanışlardan pul almaqla ödəyirdik. Çünki, Z.Fərəcov və A.Xudadatov işlərin dayandırılmamasını xahiş edir və yaxın zamanlarda pulun ödənilməsinə söz verirdilər. Hətta, işin vaxtında təhvil verilməsi üçün yalvarırdı. Mən qeyd etdiyim kimi, imkanlar daxilində tapşırılan işi tam və keyfiyyətlə yerinə yetirdik. Buna görə müəyyən şəxslərdən götürdüyümüz tikinti materiallarının dəyərini və bu işə görə borc götürdüyüm şəxlərə borcumuzu hələ də ödəyə bilmirik. Gununsesi.info saytı vasitəsilə Azərbaycan prezidenti İlham Əliyevə üz tuturuq və xahiş edirik ki, Zakir Fərəcovun sahibkarlara olan borcunu qaytarmasına yardımçı olsun”.
Məsələ bağlı icra başçısının mobil telefonuna etdiyimiz zənglər cavabsız qaldı.
 
Ardını oxu...
Son günlər ərzində deputatlardan biri - adı müxtəlif qalmaqallarda hallanan Kəmaləddin Qafarovla bağlı ilginc informasiyalar yayılıb. DİA.AZ bildirir ki, bəzi qaynaqlar Qafarovun nazir postuna tədarük gördüyünü iddia edirlər.

Məlumata görə, məhz bu səbəbdən Qafarov mediada özünütəbliğə ciddi vəsait xərcləməyə başlayıb. Hazır məqalələri öz adından yaydıran deputat eyni zamanda yerli KİV-də hərşeyşünas ekspert kimi də görünərək özünü açıq şəkildə yeni posta hazırlamaqdadır.

Kimdir Qafarov? O, nazir postuna gətirilə bilərmi? Dia.az olaraq bu yöndə müəyyən araşdırmalar apardıq.

Məlum olur ki, deputat Kəmaləddin Qafarovun müxtəlif sahələrdə biznesi var, lakin onun əsas gəlir mənbəyi məhz dərman satışındandır. “AzəriMed” MMC şirkəti Kəmaləddin Qafarovun ən böyük dərman firmasıdır. Şirkət həm də “Tibbi Market”də tibbi ləvazimatların və avadanlıqların satışını həyata keçirir. O cümlədən, “Zəfəran” apteklər şəbəkəsi və “Zəfəran Hospital” da şirkətə daxildir. Şirkət kağız üzərində Kəmaləddin Qafarovun yaxın qohumu Canliya Qafarova Rəhim qızının adınadır. “Kanon” MMC Qafarovun digər firmasıdır. Şirkətə “Kanon” apteklər şəbəkəsi daxildir.

Qanuni təmsilçisi Kəmaləddin Qafarovun əmisi oğlu Hüsaməddin Qafarovun olduğu “Shafran” MMC də dolayısı ilə deputata məxsusdur. Deputatın dərman biznesinə “Avestafarm” MMC, “Naturalist” firması da daxildir. “Naturalist” firmasının təsisçisi kağız üzərində Qafarovun qardaşı Cəlaləddin Qafarovdur.

Mediada yayılan məlumatlara görə, Kəmaləddin Qafarovun əczaçılıq biznesi ölkə sərhədlərinin hüdudlarını aşır. Misal üçün, Gürcüstanda fəaliyyət göstərən, Tbilisi, İsani-Samqor rayonu, Qorqasali küçəsi 41 ünvanında hüquqi qeydiyyatda olan “Helios Pharma” LTD-nin də K.Qafarova məxsus olduğu deyilir. Şirkət Tamara Qamzaşvili adlı gürcü qadın tərəfindən idarə olunur. Eləcə də yunan Kiprində fəaliyyət göstərən “SALİDONT LTD”-nin də deputatın biznes imperiyasına bağlı olduğuna dair məlumatlar yayılıb.

Dərman biznesində böyük paya sahib olan K.Qafarov həm də Milli Onkologiya Mərkəzinin direktor müavinidir və dövlətin bura ayırdığı pulların böyük əksəriyyətinin deputata məxsus “AzəriMed” şirkətinə transfer edildiyi, dərmanların oradan alındığı haqda məlumatlar var. Milli Onkologiya Mərkəzinin “AzəriMed”lə imzaladığı rəsmi müqavilələr də bunu deməyə əsas verir. Onkologiya Mərkəzində dəhşətli bahalığın arxasında da məhz Kəmaləddin Qafarov dayanır.

Kəmaləddin Qafarovun biznesi dərman sahəsi ilə də yekunlaşmır. Paytaxtın ən dəbdəbəli və bahalı şadlıq evlərindən olan “Versal Palace” Qafarovlar aləsinə məxsusdur. “Versal Palace” MMC tərəfindən idarə olunan şadlıq evinin qanuni təmsilçisi deputatın qardaşı Cəlaləddin Qafarovdur.

Qanun deputatların biznes fəaliyyətini qadağan edir, lakin göründüyü kimi, bunun Kəmaləddin Qafarova aidiyyəti yoxdur. O, qanunverici orqanda əyləşsə də, müxtəlif şəxslər üzərindən biznesini idarə etməyə davam edir və ölkədə dərmanların “əl yandıran” qiymətlərinin əsas səbəbkarıdır. Amma Milli Məclisin kürsüsündən “dərmanlar ucuzdur” çıxışını edəcək qədər də yalan danışır.

Görünür, Milli Məclisdəki deputat mandatı Kəmaləddin Qafarova xalqı təmsil etmək üçün yox, biznesini qorumaq və yeri gələndə qanunsuz fəaliyyətlərini legitimləşdirmək üçün lazımdır.

Kamaləddin Qafarov “Naxçıvan klanı”nın nümayəndəsi kimi tanınır və onun biznesinin çiçəklənməsində Vasif Talıbov faktoru da rol oynayıb. Elə buna görə də Qafarovun nazirliklə bağlı xəyallarının arzu olaraq qalacağı daha çox inandırıcıdır.

Məsələ ilə bağlı Teref.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 

Ardını oxu...
Bakının Nərimanov rayonunun 8 nömrəli poliklinikasından ard-arda şikayətlər daxil olur.Məsələ budur ki,TƏBİB tabeliyindəki bu tibb müəssisəsinə deyilənə görə 70 min pul ayırıb. Amma pulun hara,necə xərclənməsini bilən,deyən yoxdur.Poliklinika ilə əlaqə saxlamaq isə qeyri mümkündü.Deyilənə görə poliklinikada hər şöbəyə tapşırılıb ki,öz ciblərinin hesabına otaqlarını təmir etsinlər.Həkimlərə yerə döşəmək üçün linoleum aldırırlar.Bir sözlə,dövlətin pulunun mənimsədildiyi iddia olunur.Məsələni dəqiqləşdirmək üçün poliklinikanın məsul bir şəxsi ilə əlaqə saxlamaq mümkün olmur.
70 min az pul deyil.Deyilənlər həqiqətdirsə,ciddi qanun pozuntusudur.Yox,əgər düzgün məlumat deyilsə,o halda,zəhmət olmasa,8 nömrəli poliklinika rəhbərliyi bu vəsaitin necə,hara sərf olunması barədə sənədləri media orqanı olaraq bizə də göstərsin.Hər halda hər şey göz qabağındadır.Sənədlərə də baxaq,otaqlara,avadanlıqlara da. Başqa şikayət isə sığorta sistemi tətbiq olunandan sonra daha çox hallanır.Bu da həkimlərə xəstə qəbulundan verilən xidmət haqqı faizləri ilə bağlıdır.Bu məsələdə də ciddi narazılıqlar var.
Nərimanov rayonu 8 nömrəli poliklinikanın rəhbərliyini,TƏBİBi bu problemi araşdırıb məlumat verməyə çağırırıq.
Qarşı tərəfin mövqeyini dərc edməyə hazırıq
 //aktualxeber.az//
 
Ardını oxu...
Respublika Klinik Xəstəxanasında 20-30 ildir orda çalışan tibbi heyət - istər həkimlər, istər tibb bacıları kütləvi şəkildə işdən çıxarılır. Əldə etdiyimiz məlumata görə, işdən çıxarılanların sayı 200 nəfəri keçib. Təbii ki, onların 90%-i öz ərizəsi ilə işdən çıxarılır.
 
 
Ardını oxu...
 
 
Onlardan biri ginekologiya şöbəsinin cərrah mama-ginekoloqu Bahar Novruzova 30 ildir çalışdığı xəstəxanadan necə “atıldığını” və başına gətirilənləri Medicina.az -a danışıb.
 
 
- Bahar xanım, Klinik xəstəxanadan çıxarılmağınız və ədalətsizlə üzləşməyinizlə bağlı dövlət qurumları, Mehriban xanıma və İcbari Sığorta rəhbərinə müraciət ünvanlamısız. Sizə qarşı nə baş verib, niyə 30 il çalışdığınız xəstəxanadan çıxarıldınız?
 
- Mən 30 ildir, bu xəstəxananın ən öndə gedən, ən ağır əməliyyatlarını icra edən cərrahı olmuşam. Bundan əlavə rayonlarda ağır xəstələr olanda məni göndəriblər. Yeganə kadr idim ki, ağır xəstələri vəziyyətdən çıxardığım üçün bəzən gecəylə maşına əyləşdirib bölgələrə göndəriblər.
İlham Əliyev və Heydər Əliyevin doğum günlərində bizi 1 həftəlik Naxçıvana həmişə məni göndərilər.
 
Bu vaxta qədər nə baş həkim, nə direktorlarla problemim olmayıb.
Nə baş verdisə, xəstəxanaya Elviz Qasımov direktor gələndən oldu.
 
 
Bizim şöbədə sığortadan qabaq da həmişə dərman problemi olub. Elə vacib qanaxma saxlayan dərmanlar var ki, verilməyib. Bizə şöbə müdirlərimiz deyib ki, başımız salamat olsun deyə, özünüzdə bu dərmanlar olsun. Biz də hətta apteklərdə olmayan dərmanı öz pulumuza alıb şöbədəki şkafımızda saxlayırdıq. Hətta fevralda Oksitatin adlı uşaqlığı yığan dərman olmadı, Naxçıvandakı apteklərdən gətizdirib həkimlər arasında bölüşdürmüşük. Əgər belə işləməsəydik, inanın çox xəstə ölərdi. Çünki gecə xəstə ağırlaşanda nə direktor haya yetəcək, nə baş həkim, nə dərmana cavabdeh şəxs.
 
Bu yay mən bir neçə həkimlə məzuniyyətdə idik. Bizə xəbər verdilər ki, xəstəxananın mühafisəzinin rəisi Pərviz girib şöbəyə, şkafları açıb dağıdıb, ordakı bizə məxsus şəxsi əşiyaları və dərmanları götürüb. Öz pulumuza düzəltdiyimiz dolabda əməliyyat geyimlərimizi atıb bayıra. Hətta alt paltarına kimi. Pərvizi də bu təzə direktor komandası ilə gətirib.
 
Sentyabrın 7-si gəlib şöbə müdirin yanına getdim, şikayət etdim. Sentyabrın 8-i əməliyyat otağının qarşısında 19 mama cərrahın təcili tibbi xidmət üçün dərman və ləvazimatlar, şok əleyhinə dərmanlar olan dolabları var idi. Yenə bu Pərviz yanındakılarla gəlib, onları heç bizə açdırmadan sındırıb, dərmanları, sapları yığıb apardı. Mən də bunu gördüm, şkafda mənim şəxsi dərmanlarımı yığdım ki, sabah növbədəyəm dərmansız qalacam. İşimi ehtiyatlı tutmaq üçün yığıb maşınıma apardım.
 
Sonra Pərviz gəldi ki, Bahar xanım, onları verin bizə, biz yoxlayıb tutuşdurmalıyıq, sizin olsa, sonra hara istəyirsiz aparın. Mən də razılaşdım. Özüm maşındakıları verdim. Guya seriyası ilə yoxlayacaq, əgər bizim olsa akt yazacağıq. Dedim lap yaxşı.
 
2 gün keçdi, xəbər çıxmadı. Hər yerə getdim, şöbə müdiri, ümumi şöbə, hamısı dedi bizə heç nə deyilməyib. 11-i mənim növbəmdə bir xəstə gəldi, cırılmış çapıqla, xəsətəxanada bir dənə sap yoxdur ki, əməliyyat edək. Xəstə ağrıdan ölür. Əməliyyatxananın baş tibb bacısı deyir ki, sap yoxdur. Mənim ehtiyatımı bu Pərviz aparıb. Haray saldım ki, xəstə öləcək. Hansı baş həkimin, müavinin qapısını döydüm dedilər, bilmirik get direktora, Elvizə. O da heç kimi qəbul etmir. Gələn günündən onun qapısı kollkektivin üzünə bağlıdır. Özü kimi istəyir qəbul edir. Qəbul günü də yoxdur. Məni o qədər fırlatdılar ki, xəstə də ölür. Axırda dedim bu dəqiqə TƏBİB-ə zəng edəcəm ki, xəstə ölür, dərmanımız, sapımız yoxdur tikək. Xəstənin adamı da yoxdur ki, göndərək alsın. Axırda həmin Pərvizə zəng edib, götürdüyü dərmanlarımdan verdilər.
 
Bu həngamədən sonra məni kadrlar şöbəsi çağırdı ki, gəlin, ərizənizi yazın. Hüquqşünas mənə dedi ki, sən xəstəxananın dərmanlarını götürüb çıxarmaqda təqsirləndirilirsən, ya indi könüllü çıx, ya da 70C ilə çıxarılırsan. Mən xəstəxanada bütün dərman işlərinə baxanların yanına, bütün şöbələrə getdim ki, məndən götürülən dərmanların xəstəxanaya qəbul seriyası yoxlanılıb, kim qərar verdi ki, bunlar xəstəxananındır?. Hamı dedi bizi işə qatma, biz dərman yoxlamamışıq.
Bəs əskiklik yoxdur, sərfiyyat düz, çıxar düz, dərmanlar necə oldu sizin oldu?
 
19 şkaf var şöbədə. Hər gün o əməliyyatxanaya girirdilər, görmürdülər 19 şkaf, ağzına kimi doludur?
Hüquqşünas məndən sübut istədi. Getdim akt yazdırdım, şöbənin 19 həkiminin hamısı qol çəkdi ki, bizə deyən olmayıb ki, dərman saxlamaq olmaz.
 
Mən dərman oğrusu olsam, onu açıq-aşkar, gündüz vaxtı maşına niyə aparıram?
Mənim Naxçıvandan qohumlarım belə şahiddir ki, biz tapılmayan dərmanları tanışlıqla ordan gətizdirimişik.
 
Mənə deyir, əlimizdə videoçəkiliş var. Mən də deyirəm sübut edin. O araşdırmanı kim edib, kim sübut etdi ki, o dərmanlar xəstəxanandır.
 
Həmkarların sədri də məni çağırdı ki, Elviz müəllim təlimat göndərib, sənin məsələn iclasa çıxarılacaq. Ora da çıxsa gərək, maddə ilə çıxasan. Nə qədər gec deyil, öz ərizənlə çıx. Adamı durduğu yerdə şərə salarlar? Mən vəkillə məsləhətləşdim, o da dedi ki, Həmkarlar təşkilatına maaşından pul tutulub. Həmkarlar işçini müdafiə etməlidir, direktordan asılı olmamalıdır. Onlar sənə deyə bilməz ərizəni yaz. İclası tələb et, qoy olsun, əlindəki sübutları da apar. Ərizəmi yazmadım, tələb etdim ki, həmkarların üzvlərinin 70%i olmasa o iclası qəbul etməyəcəm. Mən vəkillə getmək istədim, qoymadılar ki, bizim hüquqşünas ola –ola başqa vəkil olmaz. 10 nəfəri yığıblar, mən hər şeyi göstərdim. Yenə də üzümə durdular ki, sizə deyilib, dərman saxlamayın, siz əmrə tabe olmamısız.
 
Sonradan eşitdim ki, həmin o mühafizənin rəisi digər işçilərə hansı ki, onların da şkaflarnı açıb dərmanlarını yığmışdı, tibb bacısı ilə xəbər göndərmişdi ki, kim istəmir adı siyahıya düşsün, gəlib məni görsün ki, onun adını pozum. Onun şkafını təmizə çıxaraq. Elə adamlar var otaqda, şkafında nə qədər dərmanlar çıxıb, onlarln adı siyahıda olmadı, Elvizə verilmədir.
 
 
Ardını oxu...
 
 
Həmkarların iclasından sonra məni çağırdılar ki, sənin işinə 70C xitam verdik. Bəs bu qədər izahat. Bu qədər sübut. Yenə dedilər Elviz müəllimlikdir. 4 dəfə getmişdim, axırıncı dəfə getdim, dedilər vaxtı yoxdur, dedim bu gün məni qəbul etməyənə kimi burdan çıxmayacam, burda elə bir həngamə qopacaq ki, səsi respublikaya yayılacaq. Mən artıq dözə bilmərəm bu boyda tapdağa,
saymamazlığa. Qarşınızdakı uşaq deyil. Elviz bu xəstəxananın qapısını tanımayanda mən burda can qoymuşam.
 
Axırda məni qəbul etdi. Hər şeyi ona danışdım. Dedim, gecə növbəsində xəstə sığorta ilə gəlir, əllərində göndəriş, dərman istəyəndə göyə çıxırlar. Nəylə tikim, yorğan sapıyla? Allah eləməsin, xəstəyə nəsə olsun, qalırıq prokurorluq yollarında. Heç kim arxamızda durmur. Ona görə 200 manatımızdan keçib hər şeyi alırıq. Allah xətrinə sağalsın, təki düzəlsin. Dedi, mən özüm bu məsələni araşdıracam. Dedim, bəs məni 70C ilə çıxarırsız, oğru damğası vurursuz, araşdırıb sonra qərar verin. Mənə dedi, yaxşı, get onda ərizəni təzədən yaz. Mən də ailəmə məsləhətləşdim, özəldə də işləməyimə mane olmasın deyə, məcbur olub yazdım.
 
Təsəvvür edin, şöbədən əşyalarımı götürürəm, orda bir mədəniyyətsiz, hamıya söz atan baş tibb bacısı var, söz eşitdirir ki, mənə sataşanın axırı belə olar. Mənim də onunla nə sözüm? Nə var, nə var, neçə dəfə demişəm ki, dövlətin bizə verdiyi dərmanları niyə vermirsiz? Çünki məhz baş tibb bacısı aptekdən lazımi dərmanları qəbul edib gətirməlidir. Bizə eşitdirir ki, kiminsə bu şöbədə qalıb işləməsi mənim 2 dodağımın arasındadır. Əslində, bizim şöbədə mamaça diplomu olan işləməlidir. Bu tibb bacısı ola-ola gətirib qoyublar şöbəyə. Onun işi ancaq palatada xəstələri sorğu-sual edib, həkimlər barədə informasiya almaq, həkimləri güdməkdir. Xəstələr də onun əlindən bezmişdilər. Bizim şöbədə əsl repressiya gedir. Mən 57 yaşıma kimi belə şey görməmişəm.
Ardını oxu...
 
- Bahar xanım, siz əgər həmin gün dərmanları qutuda maşına aparmasaydız və etiraz etməsəydiz, sizi çıxarmayacaqdılar? Yoxsa elə əvvəldən sizə münasibət birmənalı deyildi? Tək sizi çıxarmaq istəyirdilər?
 
- Yox... Tək mən yox. Məndən qabaq nə qədər insanı çıxarıb. Arzu həkimi, Rəfiqə xanımı. Hərəsini bir bəhanə ilə ard-arda töhmət, xəbərdarlıq, axırda da ərizə. O şöbə neçə illərdir mənlə Sevil xanımın çiyinlərində idi. Onu da başlayıblar sıxışdırmağa. Onun da şkafından dərman çıxıb. Ona izahat yazdırırlar. Yenə də baş tibb bacısı Vüsalə ondan şikayət yazıb, guya, xəstələr narazıdır. Sevil xanımı izahata çağıranda, o xəstələrin hamısından izahat alıb ki, biz həkimdən razıyıq, bizdən bir manat da istəməyib. Aparıb qoyub hüquqşünasın qarşısına.
 
 
Təbii ki, mən haqsızlığıa dözmədim. Mehriban xanıma, TƏBİB sədrinə, Zaur Əliyevə məktublar yazdım və Zaur müəllimin qəbulunda oldum. Çox mədəni şəkildə qəbul etdi, dinlədi. Dedi, bu işi mən özüm araşdıracam.
 
Ondan sonra yoxlama komissiyası göndərib, bütün işçiləri danışdırırlar. Sual verirlər ki, uşaq doğulanda ailəyə pampers aldırırsız? Deyirik hə. 3 gün ərzində uşaq yeməyi, butul və pampers aldırırıq. Deyir, bəs xəstəxana sizə vermir pampers? Deyirik, yox. Məlum olur ki, son 2 ayda bura 7000 pampers verilib. Amma şöbəyə çatdırılmır.
 
Dedik, bizə inanmırsız, düşün şöbəyə, doğuş edən analardan soruşun ki, pampers veriblər, ya özünüz almısız. Yoxlayın pampersləri hərədə bir cür.
 
Mənə çatan məlumata görə, məlum olub ki, bu direktor gələndən Respublika Klinik xəstəxanasından son 6 ayda 250 işçi çıxarılıb, 300-dən çox yeni işçi qəbul edilib. Məqsəd də boş yer açıb, təzə adamlar götürməkdir. Onun da səbəbini yəqin komissiya araşdırar.
 
Mən hazırda özəldə çalışıram, hara getsəm, məni kimi cərraha ehtiyac var, işdən çıxanda neçə klinika mən çağırdı. Amma bu haqqımın da yerdə qalmasını istəmirəm. Ümid edirəm, bu araşdırmanın, yoxlamaların, müraciətlərin nəticəsi olacaq. Mən İcbari Tibbi Sığortanın rəhbəri Zaur müəllimdən də ədalətli yanaşma gözləyirəm. İstəyirəm ki, günahsızlığımı sübut edim!
 
 
Aygün Musayeva
MEDİCİNA.AZ
Ardını oxu...
Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2011-ci il tarixli Sərəncamı ilə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunan Əhəd Mikayıl oğlu Abıyev, 17 iyul 2023-cü il tarixdə daşıdığı həmin vəzifəsindən azad olundu. Qeyd edək ki, bu şəxs şəhər-rayon icra hakimiyyəti başçıları içərisində bəlkə də yeganə icra başçısı idi ki, onun adı daim qalmaqallarda, müxtəlif olaylarda və s. hallanırdı. Əhəd Abıyevi digər icra başçılarından fərqləndirən səbəblərdən biri də, bu şəxsin çox zaman Bakı şəhərində olması və özünəməxsus problemlərinin həlli ilə məşğul olması idi. Belə bir səbəblərdən idi ki, bu şəxsin icra başçısı olduğu Daşkəsəndə problemlərin varlığı, sanki adi həyat tərzinə çevrilmişdi. Bundan əlavə, bir müddət bundan öncə Daşkəsənin sabiq icra başçısı baş verən sel və daşqınlardan əziyyət çəkən sakinlərlə görüşə gedir, amma o, sakinlərlə görüşə at belində gedir. Sabiq icra başçısının belə bir addımı ictimaiyyət tərəfindən maraqla qarşılanır və bu addımı da Əhəd Abıyevi digər icra başçılarından fərqləndirir. Yadda qalan olaylardan biri də, 2017-ci ildə Daşkəsən rayonunda Novruz-Bahar bayramı şənliyi keçirilərkən, Əhəd Abıyevin meydanda qurulmuş boks arenasına çıxması və onun əlcək geyinərək rinqdə öz məharətini göstərməsi olur. Yəni, bu şəxsin keçirilən şənlikdə atdığı addım da yadda qalan məqamlardan olur.

Media üzərindən apardığımız araşdırmalar zamanı o da məlum olur ki, Əhəd Abıyev ötən 12 il ərzində Daşkəsəndəki filiz biznesindən, daş karxanalarının sahiblərindən, Xoşbulaq və Narzanda yerləşən istirahət mərkəzlərindən, ayrı-ayrı idarələrdən, müəssisələrdən və s. kimi gəlir gətirən sahələrdən o həddə aylıq “bac-xərac” toplayır ki, bu gün o, icra başçısı olmasa da, əslində ölkəmizin ən varlı milyonçusu, bəlkə də milyarder sabiq icra başçılarından biri hesab olunur. Məsələn, bir müddət bundan öncə internet televiziyalarından birinin aparıcısı qeyd etdi ki, Əhəd Abıyevin sahib olduğu var-dövlətin, yəni daşınar- daşınmaz əmlaklarını sayıb hesablamaq üçün saatlarla vaxt lazımdır.

Ötən illər ərzində sabiq icra başçısı atdığı addımları ilə yaddaşlarda elə bir formada iz buraxıb ki, bu şəxsin Daşkəsən RİH-nin başçısı postundan çıxarılması əksər sosial şəbəkə istifadəçilərinin əsas müzakirə etdiyi mövzulardan birinə çevrildi. Məsələn, sosial şəbəkə aktivləri yazırlar ki, “Əhəd Abıyev at belində yola salındı”, yaxud da, “o, cəzalandırıldı” deyə müəyyən yozumlar da sosial şəbəkələrdə yer alır. Amma, Əhəd Abıyevin vəzifə sahibi olduğu vaxtlarda, bu şəxsin bir kimsəyə məlum olmayan əməllərindən yazıb-pozan yox idi. Məsələn, bu gün Əhəd Abıyevlə bağlı bir olayı yenidən xatırlatmağa çalışacağıq. Belə ki, bu şəxs RİH-nin başçısı olarkən kimlərsə fərdi qaydada əllərində olan xüsusi cihazlarla daşların, qayaların altından qızıl-gümüş axtarıb tapırlar. Yəqin ki, sabiq icra başçısının tapılan qızıllardan, gümüşlərdən xəbəri olub və o, tapılan qızıllardan, gümüşlərdən istədiyi qədər paya da sahib olub. Daşkəsən sakinlərinə məxsus pay torpaq sahələrinin sabiq icra başçısı tərəfindən ələ keçirilməsi heç də eləbelə olmayıb. Hətta, bu şəxs elə hallar olur ki, özünü «straxovka» etmək üçün Prezidentin mühafizə xidmətinin rəisi cənab Bəylər Əyyubovun adından sui-istifadə etməkdən də çəkinmir. Bir sözlə, Daşkəsəndə hansı daşın altından qızıl-gümüş çıxıbsa, həmin qızıl-gümüşdən “DÖVLƏT BABA”nın xəbəri olmayıbsa, mütləqdir ki, Əhəd Abıyevin xəbəri olub.

Qeyd edək ki, bir-neçə il bundan öncə «Sədərk» Ticarət Mərkəzinin rəhbəri ilə kommersiya işləri quran Əhəd Abıyev özünə yaxın jurnalistlərdən birinə etibar edİir və o, hansısa məhsulların alış-verişini etmək məqsədilə “Sədərək” Ticarət Mərkəzinin rəhbəri Yusif Qədimbəyliyə bir çamodan yüzlük dollar göndərir. Həmin pulu aparan jurnalist qaqaş çamodanın dolu olduğunu görür və o, heç də tənbəllik etmir. Yəni, çamodandakı yüzlük dolların alt hissəsində olan “paçka” pulları dəyişir və həmin yerə saxta yolla hazırlanmış dollar “paçka”sını qoyur. Az sonra həmin çemodanı «Sədərək Yusif»ə təhvil verir. Çox keçmir ki, çamodandakı saxta pullara görə Yusif Qədimbəyli Əhəd Abıyevə odlu-alovlu telefon zəngi edir və vəziyyəti ona başa salır. Daha sonra, hər iki şəxs arasında böyük «razborka» başlayır. Baş verən belə bir olaylardan sonra həmin jurnalistin hansı səbəbdən həbs olunmasının, yaxud da götürülən yüzlük dollar paçkasının geri qaytarılmasının detalları bizə bəlli olmadı. Bəli, Əhəd Abıyevin icra başçısı olduğu dövrlərdə həyata keçirdiyi idarəçilik haqda, yaxud da qol qoyduğu əməllər barədə lazımi məlumatları əldə etdikdə o da bəlli olur ki, bu şəxs geniş imkana sahib olan vəzifə sahibi olub. Media üzərindən əldə etdiyimiz məlumatlar əsasında hazırladığımız bu yazıda, adı keçən Əhəd Abıyevin və digər şəxslərin də mövqeyini dinləməyə hazırıq.

Məqalədə göstərilən faktlara aydınlıq gətirilməsi üçün dəfələrlə hörmətli Əhəd Abıyevə zəng edib mesaj yazsaq da təssüf ki, Əhəd müəllim nə telefonumuza cavab vermədə, nə də mesaja..

Odur ki, qarşı tərəfin də, mövqeyini dərc etməyə hazırıq

Davamı var, biz izləyin.

Deryaz.az

Ardını oxu...
Hal hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yerli idarə və şöbələrində atılan addımlar hər kəsin daha çox nəzər-diqqətini cəlb edir desək, heç də yanılmarıq. Buna əsas səbəb, bu gün də Azərbaycanın təcavüzkar Ermənistan dövləti ilə müharibə şəraitində olması və Silahlı Qüvvələrimizin təkmilləşdirilməsi yöndə lazımi işlərin görülməsidir. Belə bir səbəblər üzündəndir ki, istər paytaxt Bakı şəhəri ərazisində, istərsə də digər şəhər və rayonlardakı idarələrdə, şöbələrdə yaşanan olaylar müəyyən çevrələrdə gündəlik müzakirə olunur, qol qoyulan qanunsuzluq əməlləri KİV nümayəndələri tərəfindən daim ictimailəşdirilir. Söz yox ki, baş verən qanunsuzluqlarla bağlı aidiyyəti dövlət qurumları tərəfindən müəyyən addımlar atılır və yeri gəldikdə bəzi vəzifə sahiblərinə qarşı lazımi cəza tədbirləri də görülür. Hal-hazırda fəaliyyəti müəyyən çevrələrdə ictimai müzakirələrə səbəb olan idarələrdən biri də, SHXÇDX-nin Nərimanov rayon idarəsinin olduğu bildirilir. Düzdür, həqiqət naminə qeyd edək ki, deryaz.az saytının redaksiyasına Nərimanov rayon idarəsi istisna olsa da, indiyə kimi digər idarə və şöbələrdə baş verən ciddi qanun pozuntuları ilə bağlı xeyli məlumatlar, çoxsaylı vətəndaş müraciətləri və s. daxil olub.



Bu günlərdə isə redaksiyamıza Bakı şəhəri, Nərimanov rayonu, ev-36, mən-34 ünvanında yaşayan Rzayeva Minaxanım Balaca qızı tərəfindən video-müraciət daxil olub. Adı çəkilən bu xanım təqdim etdiyi video-müraciətində qeyd edir ki, “Nəvəm Həsənzadə Hüseyn Zaur oğlunun həqiqi hərbi xidmətə çağırış yaşı çatdığı üçün o, ilk əvvəl Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon idarəsi tərəfindən tibbi müayinədən keçirildi və onda heç bir problemin olmadığı bildirildi. Belə bir səbəbdən də ona 23 oktyabr 2023-cü il tarixdə hərbi xidmətə getmək haqda çağırış vərəqəsi verildi, hətta Hüseyn Həsənzadəyə məxsus mobil telefona “N” saylı hərbi hissəyə düşməsi barədə “SMS” də gəldi. Elə ki, 23 oktyabrda SHXÇDX-nin Nərimanov rayon idarəsində olduq, o halda nəvəmi hərbi xidmətə deyil, məhz bu idarənin rəisi polkovnik Aqşin Əliyevin verdiyi tapşırıqlar əsasında təkrar müayinəyə göndərdilər. Müayinə zamanı həkimlər nəvəmin sol gözünə maye halında dərman tökdülər, az sonra isə bildirdilər ki, “Hüseyn Həsənzadənin gözündə problem var”. Bir sözlə, belə bir oyundan başımız çıxmadı. SHXÇDX-də təkrar müayinədən sonra nəvəmə 6 ay müddətinə möhlət vaxtı verdilər. Baxmayaraq, bir müddət bundan öncə Hüseyn Həsənzadə Zərifə Əliyeva adına Göz Xəstəlikləri İnstitunda gözündən müayinə olunmuşdu və ona hərhansı problemin olmadığı haqda rəsmi sənəd də verilmişdi.

Ardını oxu...

Belə bir olaylardan sonra ortaya düşündürücü suallar çıxır ki, əgər nəvəmin gözündə problem var idisə, nəyə görə çağırış vərəqəsi verilməzdən öncə, Nərimanov rayon idarəsində həkim müayinəsi zamanı onun gözündə problem aşkar olunmur? Hətta, ona 23 oktyabr 2023-cü il tarixdə həqiqi hərbi xidmətə getmək haqqında çağırış vərəqəsi də verilir? Bundan əlavə, Hüseyinə həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət yeri haqqında məlumat, yəni -“SMS” də gəlir.

Ardını oxu...

Qeyd edim ki, 26 oktyabr 2023-cü il tarixdə Hüseyn Həsənzadəni Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi-tibb baş idarəsində təkrar tibbi müayinədək keçirdik, o halda bir daha bəlli oldu ki, nəvəm hərbi xidmətə tam yararlıdır.”.

Ardını oxu...

Söz yox ki, deryaz.az saytı olaraq Minaxanım Rzayevanın redaksiyamıza təqdim etdiyi video-müraciəti əsas tutaraq Nərimanov rayon idarəsi ilə əlaqə saxladıq və qarşı tərəf olaraq qeyd olunan olaylara münasibət bildirmələrini xahiş etdik. O halda qarşı tərəfdən “Biz ünvanlanan suallara cavab vermək səlahiyyətində deyilik, siz baş idarə ilə əlaqə saxlayın” deyə cavab verildi. Bəli, belə bir cavabdan sonra SHXÇDX ilə əlaqə saxlayıb problemlərin varlığını bu dövlət qurumunda rəhbər vəzifə sahibi olan şəxslərin diqqətinə çatdırdıq. Təəssüflər olsun ki, ötən gün ərzində SHXÇDX-dən bir kimsə məsələlərə münasibət bildirmədi. Belə bir səbəbdən də, daxil olan video-müraciətdə qeyd olunan problemlərin, çatdırılan məlumatların operativliyini əsas tutaraq, əməkdaşımızın hazırladığı yazını bitərfli qaydada yayımlamağa məcbur olduq. Ümidvarıq ki, SHXÇDX –nin rəisi cənab Mürsəl İbrahimov Minaxanım Rzayevanın üzüzə qaldığı problemin araşdırılması yöndə aidiyyəti üzrə lazımi tapşırıqlarını verəcək. Qarşı tərəfin mövqeyini bir daha dinləməyə hazırıq.



Mövzuya qayıdacağıq.

Deryaz.az
Ardını oxu...
Qazax-Tovuz Regional Təhsil İdarəsinin Ağstafa Rayonu üzrə Təhsil Sektorunun tabeliyində olan şəhər məktəblərinin birində, birinci sinif şagirdini müəlliməsi döyür, sonra isə məktəbin dəhlizində sürüyür ki, direktorun kabinetinə gətirsin. Bu hadisəni isə təlim-tərbiyə işləri üzrə direktor müavini telefonu vasitəsi ilə lentə alır. Direktorun kabinetində özlərini mələk kimi, göstərib yenidən hadisəni lentə alırlar. Şagirdin müəllimi tərəfindən döyülməsini bilən valideyin, sektor müdirinə şikayət edir. Ağstafa rayonu üzrə təhsil sektorunun müdiri Mədəd Zeynalov valideyini xoş qarşılayır və məktəb direktoruna gücü çatmadığını, onun arxasında böyük gücün olduğunu bildirir. Hadisədən bir neçə gün keçməsinə baxmayaraq məsələni nə araşdırır, nə də Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyevə məruzə etmir. Valideyin çarəsiz durumda qalıb, nə edəcəyini bilmir. Məsləhətimizlə onun Rayon Prokurorluğuna müraciət etməsini tövsiyyə etdik. Uşağın atası Ağstafa Rayon Prokurorluğuna rəsmən müraciət etdi.
Bundan sonra qanunlarımızın aliliyini məktəbin direktoru, təlim-tərbiyə işləri üzrə direktorun müavini və sinif rəhbəri ilə birlikdə Ağstafa rayonu üzrə təhsil sektorunun müdiri Mədəd Zeynalov başa düşərlər.
Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərlə bərabər təhsil işçilərinin də borcudur. Bu borcun yerinə yetirilməsinə isə dövlət nəzarət edir.
Hələ ki, istintaqın gedişinə mane olmamaq üçün susqunluğumu qoruyuram. Vaxtı gələndə hadisə ilə bağlı ətraflı məlumat yayımlanacaq...
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dinləyə bilərik. Mövzunu diqqətdə saxlayacağıq.
Ələddin Qarayev
Teref.az
 
Ardını oxu...
Binəqədi İcra Hakimiyyəti, Ağasadiq Gəraybəyli küçəsində yerləşən 9 nömrəli yataqxananın 32 illik sakinlərini bu binadan çıxarmaq istəyir. Amma cəmi 30 500 manat müqabilində.
Teref.az “Meydan TV”yə istinadən xəbər verir ki, 5 ildir boşaldılmağa başlayan yataqxanada 37 ailə qalıb. Onlara təklif edilən məbləğdən narazıdırlar.
Yataqxana sakini Mehriban Rüstəmov deyir ki, İcra Hakimiyyəti yataqxanada olan 30 əlavə otağı hesablamır:
“91-ci ildən ailəm ilə burada yaşayırıq. İki uşağım var, anadangəlmə əlildirlər. Yoldaşım fəhlə işləyib, ev növbəsinə düşüb. Qaçqınlar gələndən sonra həmin ev qaçqınlara qaldı. O vaxtdan biz burada yaşayırıq. Sahibkarın nümayəndəsi bura gələndə birinci bizim evdən başladılar. Əlil qızım 10-cu mərtəbədə qalır, onun evindən başladılar ki, sahibkar bizə məlumat verib ki, artırmalara da pul hesablayıb verin. Bu məlumat bizim İcra Hakimiyyətinə çatdı. Burada 30 əlavə otaq var. Mətbəx, hamam, ayaqyolu. Bunları da otaq kimi nəzərə alıb, onların da pulunu mənimsəyirlər, bu artırmaların da pulunu öz hesablarına mənimsəyirlər”.
Yataqxana sakini Şəfiqə Hüseynova deyir, müvəqqəti olaraq yerləşdirildikləri yataqxanada 32 ildir ki, yaşayırlar. Yataqxana çoxdan onların özəl mülkünə çevrilib:
“Bizi müvəqqəti bura yerləşdirdilər ki, ev növbəsi olanda ev alacaqdıq. Yoldaşlarımız illərlə DSK-nın işçisi olub. Ev növbəsinə dayanıblar. Ev növbələri çatan vaxt müharibə başlayıb, yarımçıq qalıb. Buranı müvəqqəti veriblər bizə ki, yaşayaq. Biz də yaşayandan sonra prezidentimizin qərarı ilə buranı özəlləşdirdik. Hərənin özünə bir otaq da olsa, özəlləşdirmişik. Biz burada sakinik, sənədimiz var”.
Sakinlər danışır ki, İcra Hakimiyyəti artıq 2-ci dəfədir onları məhkəməyə verir. Amma heç bir halda narazı sakinlərlə razılaşmaq istəmir:
“İcra hakimiyyəti 37 ailəni məhkəməyə verdi, hamı getdi məhkəməyə. Məhkəmə baxılmamış qaldı, bizim xeyrimizə qaldı. İndi təzədən yenə veriblər. Mən başa düşmürəm niyə verirlər? Bizi niyə məcburi çıxardırlar? Axı bizim çıxarışımız var, öz evimizdir”.
Şikayətçilər onlara ev verilməsini tələb edir. 30 500 manata ev tapmağın mümkünsüzlüyündən danışırlar:
“Buranı söküb, yerində 6 mərtəbəli bina tikəcəklər. Biz də deyirik ki, yerində ev verin. Bir otaq deyil ? Birotaqlı ev verin. Birotaqlı ev 100-120 mindir. Ev almaq olmur. Uşaqlarımız da artıq böyüyüb. Gəldilər, dağıtdılar. Sonradan burada ev alanlar pulu götürüb çıxdı. Amma qanuni ev növbəsində, idarə işlərində ömrü boyu canlarını çürüdənlər burada yaşayırlar”.
Yataqxana sakinləri deyir ki, icra nümayəndələri onların buradakı yaşayışını daha da çətinləşdirmək üçün boş otaqları dağıdırlar:
“Lomu salırlar, vururlar. Uçmayan yeri də özləri uçurdurlar”.
Nəşr bildirir ki, sakinlərin şikayəti ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən açıqlama almaq mümkün olmayıb.


 
 
 
Ardını oxu...
Zaqatala şəhəri akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü lisey 19 sentyabr 2008-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə açılmışdır. Prezident liseyin müəllim kollektivi, şagirdlər və valideynlərlə görüşmüş, onların qarşısında çıxış etmişdir. Ölkə Prezidenti liseyin fənn kabinetləri və laboratoriyalarını gəzmiş, kompüter otağı, idman zalı ilə yaxından tanış olmuş və təhsil ocağı haqqında xoş fikirlər söyləmişdir.
Bəhruz Nəbili adaşı Regional Təhsil idarəsinin rəhbəri Bəhruz Mehdiyevin göstərişi ilə Akademik Zərifə Əliyeva adına Litseyə gələrək yoxlama aparıb. Yoxlamanın şəffav görüntüləri valideynin haqlı olduğunu göstərsədə verilən şirinlik valideyni haqsız direktor əvəzi Vüsalə Mahmudovanı haqqlı sayılmasına gətirib çıxarıb. İlqar Məmmədovun haqlı iddiaları yoxlanmamaqla yanaşı övladının məktəbə buraxılmasının qarşısı alınıb. Dİsttat təhsilin məcburiyyətini nəzərə aldıqda şagirdin təhsuilinə maniə yaratmaq özü bir cinayətdir ki, bunuda Vüsalə Mahmudova çox gözəl həyata keçirir. Xanım direktor keçmək naminə zərt idarəçilik nümayiş etdirməklə qanunların deyil rəhbərlərin qanunsuz buyruqlarını icra edə biləcəyini göstərir.
JURNALİSTİN TƏHSİL NAZİRLİYİ QARŞISINDA VERDİYİ MÜSAHİBƏ VƏ BUNDAN SONRA SOKTOR MÜDİRİ FUAD QARAYEVİN QƏBULUNDA OLUB!

FUAD QARAYEV VERDİYİ SÖZƏ ƏMƏL ETMƏDİ. O MƏSƏLƏNİ TAM ARAŞDIRARAQ KÖMƏKLİK EDƏCƏYİNİ DESƏDƏ ALTUNUN MƏKTƏBİNƏ QAYITMASI TƏMİN EDİLMƏYİB. ƏKSİNƏ GÖRÜNÜR SAXTA YOLLARLA ƏMƏKDAR MÜƏLLİM ADINI ALAN FUAD MÜƏLLİM QANUN POZUNTULARINA HAQQ QAZANDIRMAQDA MÜTƏXƏSİSLİK NÜMAYİŞ ETDİRDİ.
Vətəndaş bununla bağlı Təhsil Nazirliyinin qarşısında aksiyada keçirib. Vətəndaşın əslində Zaqatala üzrə Bakunews.az xəbər portalının əməkdaşı olan bölgə müxbiri olduğunu qeyd etməyimiz yerinə düşər. Jurnalistin övladı ilə bağlı apardığı mübarizədə Azərbaycan mediası tam dəstək verməkdədir. Nazirlik məsələlərə laqeyd yanaşması artıq qəbul edilən yanaşma deyil. Şəxs jurnalist olmasından istifadə etməmiş və vətəndaş olaraq haqqlarını müdafiə edərək övladının təhsilini bərbad edən şəxslə bağlı məlumatları vətəndaş olaraq ictimailəşdirmişdir. Vüsalə Mahmudovanın özbaşınalığı ilə bağlı Nazirliyin sektor müdiri Fuad Qarayev qəbul edərək məsələnin həll edilməsi üçün lazımi tədbirlər görüləcəyin vurğulayıb. 16.10.2023-cü il tarixində qəbulda olan İlqar Məmmədov bildirir ki, 25.10.2023-cü il tarixində övladı Altun Məmmədovu litseyə aparıb. Direktor əvəzləyən Vüsalə Mahmuddova onunla prinsipini övladına tətbiq etdiyi üçün Altunu sinif otaqına keçməsinə izin vermir. Müəllimin qanuni tələbi olsaydı bu günə qədər mənim övladımın qeydiyyatı Akedemik Zərifə Əliyeva adına Litseydə olması mümükün olmazdı. VAlideynin istəyi olmadan litseydən şagirdi çıxara bilmədikləri reallıqdır. O zaman bu şəxslərin atıqları addımın qanuna zidd olduğu aşikar deyilmi. Qanunun tələblərinə görə distat təhsil məcburidir. Amma V.Mahmudova Azərbaycan qanunlarını və Prezidentin tövsiyələrini heçə sayaraq Zərifə Əliyevanın adını daşıyan təhsil ocağında özbaşınalığını davam etdirə bilməsinin arxasında nə və kimlər durur?
TƏHSİL OCAĞINDA QANUNSUZ REMONT ADINA PUL YIĞILMASI VƏ İMTAHANDAN KƏSİLİB DEYƏ BİLDİRİLƏN UŞAĞIN ŞİRİNLİK QARŞILIĞINDA GERİ QAYTARILMASININ SUBUTLARI!

Bu günə qədər Vüsalə Mahmudovanın qanuna zidd addımlarından qeyd edilən bir neçə məqalə və videolar dərc edilib. Lakin Şəki-Zaqatala Regional Təhsil İdarəsinin rəhbəri Bəhruz Mehdiyevin medianın suallarına cavab verməməsi vətəndaşın əslində haqqlı olduğunu göstərir. Şəxs qanunun icrası əvəzinə özünü toxunulmaz əlçatmaz şəxsə çevirməklə yerli təhsil idarəsinin problemlərlə ələşməsini istəyir. Sonda kim qalib gələrsə məsələdən xəbərsiz olduğunu bildirməklə guyamki yoluna qoyan şəxsin özü olduğunu göstərmək üçün səhnəyə təşrif buyuracaq. Lakin qeyd edək ki, media olaraq dəfələrlə müraciətimizə baxmayaraq Bəhruz Mehdiyev münasibət bildirməkdən qaçaraq susqunluğunu qorumaqdadır. Nazirlik bu şəxsləri Regional idarələrə rəhbər təyin edərkən Nazirin əlçatmazlığı kimi əlçatmaz olmağı tapşırıb…?
Hazırda 25.10.2023-cü il tarixində Altun Məmmədzadə qeydiyyatda olduğu məktəbə buraxılmaması qanuna zidd deyil nədir?
Məsələ ilə bağlı Həm polis idarəsinə həmdə Zaqatala prokurorluğuna şikayət edən jurnalist İlqar Məmmədov övladı Altun Məmmədzadə təhsilinə maniə yaradan şəxslərlə bağlı ciddi ölçü götürülməsini istədiyini bildirib.


Jurnalist İlqar Məmmədov Fuad Qarayevə bildirdiyi məsələni araşdırdığını və yenədə Vüsalə Mahmudova ilə Bəhruz Mehdiyevin sözlərini mənə bildirməklə onların verdiyi qərarla razılaşmağımı istəyir. Bu isə ədalət prinsiplərinə ziddir deyə jurnalist bildirib. O qeyd edir ki, ölkədə litseylərdə keçirilən imtahanları əsas gətirməklə haqlı olduqların zənd edirlər. Lakin mən imtahan nəticəsinin V.Mahmudova tərəfindən saxtalaşdırıldığı və azyaşlı övladımın bir Aydan artıqdır ki, təhsilini almalı olduğu məktəbə girə bilmədiyindən şikayətçiyəm. Saxtalaşdırılmış imtaham nəticələri mənim öanasız övladımın gələcəyi ilə oynanılması deməkdir.
Məhs buna görədə mən Ali Baş Komandandan məni Vətəndaşlıqdan çıxararaq ölkəni təkr etməyimə şərait yaratmasını xahiş edirəm.
Məsələ ilə bağlı rəsmi qurumların mövqeyni dinləməyə hazırıq.

Mənbə: Bakunews.az
Ardını oxu...
Bu gün günorta saatlarında Nizami rayonunda, "Xalqlar dostluğu" metrostansiyasının qarşısında Nizami Rayon İcra Hakimiyyətinin, eləcə də

Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində Bakı Şəhər Ticarət və Xİdmət Departamentinin nümayəndələri ilə səyyar satıcılar arasında mübahisə yaşanıb.

Sitat.info-nun hadisə yerində olan əməkdaşı yaşanan gərginliyi videolentə alıb.

Çəkiliş zamanı özlərini təqdim etməyən şəxslər metrostansiyanın ətrafında göyərti və qadın saç aksesuarları satan satıcılardan taxta piştaxtanın dərhal yığışdırılmasını tələb ediblər.

Onlar söhbət zamanı bildiriblər ki, səyyar satışla məşğul olanlar qeyri-qanuni fəaliyyət göstərdikləri üçün satışa icazə verilmir. Özlərini təqdim etməyən şəxslər əvvəlcə çəkilişimizin qeyri-qanuni aparıldığını deyərək,

mane olmağa da cəhd göstərsələr də, daha sonra peşə fəaliyyətimizi davam etdirəyə nail olduq.

Uzun mübahisədən sonra bu şəxslərin Nizami Rayon İcra Hakimiyyətinin və Bakı Şəhər Ticarət və Xİdmət Departamentinin nümayəndələri olduğunu öyrənə bildik. Lakin heç biri özlərini təqdim etmədi.

Satıcılar bildirdilər ki, illədir ki, burada səyyar satışla məşğul olurlar. "10-15 ildir ki, satıcı işləyirəm. İllərdir ki, arabamda göyərti satıram. Yeganə qazanc yerimiz budur. Çox səliqəli, ətrafı çirkləndirmədən çörəkpulumu qazanıram.

Hamı razıdır. İndi mənə işləməyə imkan vermirlər. İcra hakimiyyətinin işçiləri gəlirlər ki, verin, biz də yeyək". Obyektivlik naminə Nizami Rayon İcra Hakimiyyətindən rəsmi məlumat almağa çalışdıq.

İH-nin ictimaiyyətlə əlaqədar şöbəsindən Cavid adlı şəxs suallarımıza cavab olaraq bildirdi ki, satıcılar həmin ərazidə qeyri-qanuni fəaliyyət göstərirlər. Onların səyyar satıcılıqla bağlı icazəsi yoxdur.

İcra hakimiyyəti nümayəndələri və müvafiq qurum birgə reyd keçirir.

Həmin videonu təqdim edirik.

Məğrur,
Sitat.info
 

Dünyapress TV

Xəbər lenti