Necə olur ki, ölkədə 45 illik tarixi olan Elmi-Tədqiqat Kardiologiya İnstitutu ola-ola, ürək-damar cərrahiyyələri adi özəl klinikalarda həyata keçirilir?”
Bu və ya digər suallara cavab tapmaq ümidi ilə “Təzadlar”a yazan şikayətçilər həm də soruşurlar: “Hörmətli redaksiya! İnstitutun gələcək taleyini düşünən varmı? Rəhbərlik nə işlə məşğuldur ki, ürək-damar xəstələri üzrə tanınmış mütəxəssislər böyük ənənəsi, tanınmış tibb personalı olan İnstitutdan adi özəl klinikalara işləməyə gedirlər???”.
Beləliklə, institutdan redaksiyamıza gələn şikayətçiləri fakt və maddi sübutları bizə təqdim etdilər, mümkün olanların ictimailəşdirilməsini xahiş etdilər.
Qeyd edirik ki, bu faktlar və qeyd olunanlar institutun direktoru Gülnaz Dadaşovaya və institutun etki@esehiyye.az elektron poçtuna mövqe bildirilməsi üçün göndərilmişdir.
Aşağıda bəzi məqamları təqdim edirik:
“Hörmətli “Təzadlar”! Biz, aşağıda məlum səbəbdən imzamızı göstərə bilmədiyimiz institutut əməkdaşları, yazıb Sizə dərin təşəkkürümüzü bildiririk ki, nəhayət, səsimizə səs verdiniz. Təsəvvür edin, fəaliyyət şüarını “Azad söz və jurnalist peşəkarlığı” yazan bir çox elektron medialar Sizdən götürüb paylaşdıqları yazıları sonradan səhifələrindən silirlər. Buna nə ad vermək olar? Lakin Siz obyektivlik nümayiş etdirərək problemləri qaldırırsınız və tədbir görülməsi üçün aidiyyəti ünvanlara göndərirsiniz. Aşağıda Sizə çalışdığımız Elmi-Tədqiqat Kardiologiya İnstitutundakı real vəziyyət barədə olanların bir qismini təqdim edirik.
İlk növbədə xatırladırıq ki, institutun direktoru Gülnaz Dadaşova hər yerdə özünü professor kimi təqdim edir. Siz Prezident yanında Ali Attestasiya Komissiyasının rəsmi saytına sorğu göndərin, bu adlı professor varmı? Eləcə də onun doktorluq işi barədə araşdırma aparmağınız yaxşı olar, çünki bildiyimiz qədər sizin bu sahədə yaxşı təcrübəniz var.
Hazırda institutda mövcud ab-hava elədir ki, istənilən mütəxəssislər uyğun özəl sahələrə getmək üçün yollar axtarırlar. Bir müddət əvvəl institutun elmi katibi Sona Qəhrəmanova əsassız olaraq işdən çıxarıldı. O, məhkəməyə müraciət etdi, Ali Məhkəmədə işinə bərpa qərarı verildi və əvvəlki vəzifəsinə qayıtdı, hətta direktor ona təzminat da ödəməli oldu. Sona xanım buradakı mühitdən bezib bir müddət əvvəl Azərbaycan Dövlət Tibb Universitetində işə getdi, elmi-pedoqoji fəaliyyətini orada davam etdirir. Sizə son zaman kəsiyində Gülnaz Dadaşovanın direktor təyinatından sonra Elmi-Tədqiqat Kardiologiya İnstitutundakı işini itirən, məcbur olub başqa tibb müəssisələrinə gedən təcrübəli həkimlərin siyahısını təqdim edirik: Elman Ələkbərov, Tibb elmləri doktoru idi, Rufanə Allahverdiyeva, Afaq Qəhrəmanova, Afət Quliyeva, Sona Qəhrəmanova... Təsəvvür edin, Kardiologiya İnstitutunun infarkt şöbəsinin rəhbərlərindən olmuş tibb elmləri doktoru Elman Ələkbərov özü mətbuata müsahibəsində görün nə deyir: “...İnstitutda respublikadakı ən böyük infarkt şöbəsinin rəhbəri idim. Amma son 2 ildə infarkt şöbəsinin rəhbəri kimi tematik xəstələri qəbul etməyə və elmi işləri aparmağa şərait yox idi. Bizi birinci mərtəbəyə endirib, bir otağa salıb, dedilər ki, bütün xəstələri qəbul edəcəksiz. Kiçik, dar otaqda 6 həkim hərəsi bir gündə 30 xəstə qəbul edirdi. Ağız deyəni qulaq eşitmirdi. Biz adi kardioloq həkim deyilik, elmi-tədqiqat institutu da poliklinika deyil. Nə yaşıma, nə titullarıma, nə elmi adma hörmət qoyurdular. Dünyanın harasında belə belə sistem var? Elmi Şuranın professoru xəstənin birini 1 manat 70 qəpikdən qəbul etməməlidir... Mən də bir neçə dəfə məsələni direktora dedim. Gah dedi, göstəriş Səhiyyə Nazirliyindən gəlib, sonra TƏBİB-in üstünə atdı. Sonra dedi, icbari tibbi sığorta belə deyir, pandemiyadır, düzələr, bir az dözün. Mən öz şəxsiyyətimə hörmət edən adamam. Bir müddət səbr etdim, sonra gördüm ki, yox, şərait yoxdur və olmayacaq. Ona görə ərizəmi yazdım. Elə yerdə işləmək mənə yaraşmazdı... Mən heç vaxt illərdir əziyyət verdiyim, alışdığım institutu, kollektivi tərk etməzdim. Hamı gəlib tökülür ki, gedək professor mənə baxsın, sığortadır, baxmalıdır. Halbuki biz sığortaya daxil deyilik, çünki biz elmi hissədəyik. Çox hörmətsiz şərait idi, müdiriyyət də bizi gah o otağa atdı, gah aşağı. Gördüm ki, böyüyə hörmət yoxdur, mən də belə şəraitdə işləyə bilməzdim...”.
Bundan başqa, 22 ildir burada çalışan Nurlana Rüstəmova da direktor Gülnaz Dadaşovanın etdiyi haqsızlıqlara və qərəzli münasibətlərinə dözə bilmədi. Riqa Elmlər Akademiyasında, eləcə də Rusiyada çalışan kəskin miokardlar üzrə mütəxəssis, reanimatoloq Nurlana Rüstəmova öz etirazını mətbuatda açıq şəkildə bildirib, amma yenə də faydası yoxdur.
Biləsiniz ki, institutda tematik xəstələr yoxdur, niyə, çünki baş həkim İcbari Tibbi Sığorta ilə gələn xəstələrin 90%-i özünə yaxın başqa klnikalara göndərtdirir. Hazırda Kardiologiya İnstitutunda elmi-tədqiqatlıqdan əsər-əlamət yoxdur, rəhbərlik isə bunu deyil, pul qazanmağı düşünür. Məsələn, İnstitutda müalicə alan xəstələr direktorun icbari tibbi sığorta ilə və ya sığortasız bütün angioqrafiya olunacaq xəstələr baş həkimləri və ya həkimləri direktorumuza rəğbətli “Kəpəz” klinikasına, Bakı Sağlamlıq Mərkəzinə, “Ege” hospitala və ya Kamran Musayevin Mərkəzi Klinikasına göndərilir. Bu xəstələrin 90 faizi isə bu klinikalarda anju, stentləmə, şuntlama əməliyyatları altına verilir. Hətta bəzilərinə təcili əməliyyat lazım olduğu deyilir. Beləliklə, həm tibbi sığorta fondundan külli miqdar vəsait cəlb olunur, həm də bu xidmətlərinə görə Kardiologiya İnstitutunun rəhbərliynə təbii ki, halallıq edilir. Biz “xəstə sayına görə aylıq haqq verilir” də yaza bilərdik, sabah siz də deyəcəksiniz ki, bunu necə sübüt edək? Amma külli institut kollektivi bilir ki, bu, belədir. Elə direktorun özü də.
Diqqətinizə daha bir vacib məsələni çatdırırıq, bunu Səhiyyə Nazirliyinin də ünvanına çatdırarsınız. Məsələn, direktor Gülnaz Dadaşova institutdan olan şikayətləri, biabırçılıqları, həkim-professorların, elmi işçilərin şəraitsiz mühitdə çalışmalarından diqqəti yayındırmaq üçün institutun 45 illik yubileyini keçirtdi. Ümumən 30 min manata başa gələn bu tədbirdən çəkilən klipə 7 min manat pul verilmişdir. İnstitut 1979-cu ildə yaradılıbsa, onda belə çıxır ki, 44 illiyi olmalıdır. Hətta 1979-cu ildə qərar verilmişdi, amma institut 1980-ci ildə açıldı. Bu hesabla 43 illiyi olmalı idi. Amma Dadaşova 45 illik yubileyi keçirdi. Açılışa isə institutun sabiq rəhbərləri dəvət olunmadı, amma açılışı Mərkəzi Klinik Xəstəxananın direktoru Kamran Musayev etdi. Niyə? Məgər Kamran Musayev bu institutun rəhbəri olmuşdu? Çünki bizdə anju sistemi yoxdur, bütün bahalı xəstələr Kamran Musayevin yanına göndərilir, orda isə bu işləri Firdovsi İbrahimov edir. Axı niyə anju aparatı bu boyda institutda olmamalıdır?
Bu boyda institutda hamam yoxdur. Xəstələr isə ağlara və qaralara bölünür. Klipə 7 min manat verib özünü reklamlatdıran direktor həmin pula onlarla kondisioner alıb hər bir palatalara qoydura bilərdi. İlin bu qızmarında ürək-damar xəstələri istilərə necə dözməlidir, insafları yoxdur bunların? Fazil Alməmmədovla hər şeyi məsləhətləşən direktor niyə bu məsələni də onunla birgə yoluna qoya bilmir? Təsəvvür edirsinizmi, burada qadın-kişi tualeti bir yerdədir.
TƏBİB-in və Shiyyə Nazirliyinin xüsusi qərarı var ki, dövlət xəstəxana və tibb müəssisələri firma dərmanları ala bilməz. Lakin institut firmalarla işləyir, xəstələrə deyirlər ki, tez sağalmaq istəyirsənsə, bu dərmanı al. Bu isə rəhbərlik üçün aylıq pul gəliri deməkdir, bunu hamı bilir.
Dəhşətli bir fakt: institutda tam lüks və yarımlüks otaqlar və bir də ümumi palatalar var. Burada 4 yarımlüks, 6 tam lüks otaqlar vardır. Yarımlüks otaqlar 40-50 manata, lüks otaqlar isə 50-70 manat arası verilir. Reanimasiyada isə 2 otaq var. Bu otaqlarda hamam və tualet olduğundan xəstələr ağlara bölünüb həmin palatalara yerləşdirilirlər.
Baş həkim özünə Azər Mirzəxanlı adlı bir şəxsi müavin gətirib. Cəlilabad DSMF-dən qanunsuz fəaliyyətinə görə iştən çıxarılan şəxsdir. Hamıya qul kimi baxır, söyür, təhqir edir. İnstitutda belə rəftar heç vaxt olmayıb. Gülnaz Dadaşovanın sürücüsü var, Qalib Abışov. Qalib Abışovun oğlu Natiq Abışov mühafizənin rəisidir. Direktor işə saat 12-də gəlir, 7 nəfər mühafizə onu müşaiyət edir, işdən gedəndə də elədir. Biz sizə videolar göndəririk, özünüz nəticə çıxarın. Direktor kimdən qorxur axı? Qalib Abışovun qardaşı Sadiq Abışov institutun təsərrüfat işləri müdiridir. Qalib Abışovun bacısı oğlu Xəyyam mühafizədədir, Digər qardaşı Natiq Abışovun həyat yoldaşı isə institutda qeydiyyatçı vəzifəsində çalışır.
Direktorun köməkçisi və ətrafında çoxsaylı gənc xanımlar var. Onların barəsində isə ayrıca videokadrlar göndəririk. Baxın və özünüz nəticə çıxarın. Araq, pivə, viski... butulkalarını görəndə təəccüblənməyin.
Direktorun baldızının oğlu İslam SOCAR-da işləyir, amma burada proqramist kimi ştatda saxlanılır. Hərbi çağırışçılarla bağlı məsələyə isə artıq Hərbi Prokurorluq araşdırma aparmaqdadır, sorğu verə bilərsiniz. Burada bütün məlum işlər müavin Azər Mirzəxanlının əli ilə görülür, baş həkim Rza Səmədov isə sakit adam olduğundan yalnız baxıb susur.
Direktor pandemiya zamanı Məhəmmədi kəndində modul tipli xəstəxana yaratdı. Xəstələri oraya 3-5 min manata qəbul edirdilər. Şikayətçi xəstələr var, Sizə göndərə bilərik. Direktorun ailə məhkəməsi barədə... (Bu barədə Ədliyyə Nazirliynə sorğu göndəriləcək.RED.).
Direktorun katibəsi Nailə Mustafayevanın burada özünü necə aparmasını bilmək istəyirsinizsə, əməkdaşınızı bura göndərin, bizim yazdıqlarımıza inanmaya da bilərsiniz...”.
(Davamı var)
-Bəs niyə institutda tibb personalı direktorun fəaliyyətindən narazılıqla danışanda Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədovun adını çəkirlər??? Axı institut mərkəzə tabe deyil. Bəs onda nə baş verir???
"Azərbaycan Reallığı"na video şikayət göndərən Abışov Faiq bildirir ki, yeganə tək övladı Masallı rayon hərbi komisarlığının əməkdaşları başda olmaqla onun oğlunu məcburi maşına başaraq Naxçıvan bölgəsinə hərbi xidmətə aparıblar. Anası ağır dializ xəstəsidir, 95 % əmək qabiliyyətini itirib, demək olar yalnız nəfəsi gedir gəlir.
Amma buna baxmayaq ölümlə çarpışan anaya baxan tək oğlu aprel ayında gəlib zorla maşına mindirib apardılar hərbi xidmətə. Anaya baxacaq başqa övlad da yoxdur. Hal-hazırda ananın sağlamlıq durumu ağırdır, ona baxan və qəyumluğda yoxdur.
Belə halda qanunvercilik övladın hərbi xidmətə aparılmasına möhlət hüququ verir amma Masallı rayon hərbi komissarlığı bu qanunları saya salmadı, bilərəkdən uşaqı daha ağır cəbhə bölgəsinə göndərdilər. Ölümcül vəziyyətdə olan ana dəfələrlə Masallı rayon hərbi komisarı Vüsal Şirinova dəfələrlə müraciət etməsinə baxmayaraq onu da saya salan olmayıb, heç veclərinədə deyil!
Bir ananın övladını 3200 metr yüksəklikdə dağın başına qaldırırlar amma övlad barədə anaya bir məlumat vermirlər, hansı ki, ana birinci qrup əlildir, özünü belə idarə edə bilmir. Azərbaycan qadınına bu qədər hörmətsizlik olar? sonda Abışov Faiq ölkə başçısı və digər adiyyəti qurumlardan kömək istəyib.
DİA.AZ "Azərbaycan Reallığı"na istinadla sözügedən video-şikayəti oxuculara təqdim edir:
Yazıda və videoda adı çəkilən hər kəsin mövqeyini dnləməyə hazırıq...
Xatırladaq ki, bu yaxınlarda aktualxeber.az saytında “ABŞERON-XIZI REGİONAL TƏHSİL İDARƏSİNDƏ TÖRƏDİLƏN QANUNSUZLUQLAR”, “Sələmçilikdə ad çıxarmış direktor” və “Vətəndaşları dövlətdən narazı salan Behbudovlar” başlıqlı məqalələr dərc etmişdik. Məqalələr redaksiyamıza müraciət etmiş Rzayev Vidadi Əsədulla oğlunun və digər şəxslərin verdiyi məlumatlar əsasında hazırlanmışdı. Həmin vətəndaşların iddia etdiklərinə görə Abşeron-Xızı Regional Təhsil İdarəsində və Qobudakı 3 nömrəli tam orta məktəbdə çox ciddi qanun pozuntuları var. Xüsusən də 3 nömrəli tam orta məktəbin direktoru Xuraman Behbudovanın 8 Martla əlaqəli müəllimələrin və valideyin komitələrinin israrı ilə hər şagirddən müəyyən məbləğdə pul tələb etdirməsi, repititor yanına gedən və adı 3 nömrəli tam orta məktəbdə olsa da əslində şəhər məktəblərində oxuyan şagirdlərin valideynlərindən 1000-1500 manat rüşvət alması, texniki işçiləri də rüşvətlə işə qəbul etməsindən bəhs etmişdik. X.Behbudova arxasında əmisi oğlu, adı daim müxtəlif korrupsiya olaylarında hallanan ƏƏSMN-nin Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudovun durduğunu deyir. Qohumuna arxalanaraq təhsil ocağını korrupsiya yuvasına çevirən X.Behbudova yığdığı çirkli pulları Qobu qəsəbəsində sələmə verməklə də ad çıxarıbdı. Onun havadarı olan əmisi oğlu isə vətəndaşları dövlətdən narazı salmaqla məşğuldur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinə 2020-ci ildə sədr təyin edilən Vüqar Behdudovun fəaliyyəti bütövlükdə hökumətin sosial siyasətini biabırçı duruma salıbdı. Xuraman Behbudovanın “krışası” onun kimi min manatlar deyil, milyonlar mənimsəməklə məşğuldur. Dünən Prezident İlham Əliyevin sərəncamı ilə Mirsaleh Miradil oğlu Seyidov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini – Penitensiar Xidmətin rəisi təyin edildi. Qeyd edək ki, o, bu təyinatadək Penitensiar Xidmətin Əməliyyat-Rejim İdarəsinin rəisi olub. Mirsaleh Seyidov həmin vəzifəyə 2016-cı ilin oktyabrında təyin edilibdi. Bu təyinata sevinməyənlər içərisində Xuraman və Vüqar Behbudovlar da varıydı. Bunun da əsaslı səbəbləri var. Belə ki, Xuramanın vətəndaşların etibarından sui-istifadə edərək külli miqdarda pullar aldığı vaxtlarda daim bacısı Könül və onun keçmiş polis zabiti olan həyat yoldaşı Xaqani Həsənov direktorun günahlarını öz boyunlarına götürüblər. Belə ki, işləri düzəlməyən insanlar şikayət edərkən həmişə Könül özünü qabağa verib məsuliyyəti üzərinə götürübdü. Bu minvalla 7 dəfə məhkumluq həyatı yaşamalı olan Könül xanımın yolu Mirsaleh Seyidovun nəzarətində olan həbsxanalardan keçməli olubdu. Behbudovlara da elə gəlir ki, M.Seyidov Vüqarın bacısı Esmira Behbudovanın çoxdankı əməllərinin heyfini onlardan çıxa bilər. Əslində isə bu belə deyi və bu barədə növbəti yazımızda açıqlama verəcəyik. Mövzuya qayıdacağıq və yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq. aktualxeber.az
Hörmətli Deryaz.az saytının oxucuları! Yazıb hər kəsin diqqətinə çatdırmaq istəyirik ki, bir müddət bundan öncə redaksiyamıza Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Qazax- Tovuz Regional Təhsil İdarəsinin Ağstafa rayon təhsil sektorunun müdiri Mədət Zeynalovla, adı çəkilən bu qurumun kargüzar mütəxəssisi Mustafayeva Afaq Rafayıl qızı arasında baş verən olaylarla bağlı xeyli məlumatlar daxil olmuşdu. Düzdür, daxil olan məlumatlar əsasında Deryaz.az saytında yazı yayımlanmazdan öncə, sektor müdiri Mədət Zeynalovla əlaqə saxladıq və qarşı tərəf olaraq ondan məsələlərə münasibət bildirməsini xahiş etdik. Təəssüflər olsun ki, adı çəkilən bu vəzifə sahibi redaksiyamıza daxil olan məlumatlarla bağlı heç bir münasibət bildirmədi, yaxud da bildirmək istəmədi. Mədət Zeynalovun belə bir yanaşmasından sonra məcbur olub 13 iyun 2023-cü il tarixdə Deryaz.az saytında “MƏDƏT ZEYNALOVUN HƏDIYYƏ ETDIYI FƏXRI AD NIYƏ ARVADINI QANE ETMƏYIB” başlıqlı yazı yayımladıq.
Qeyd edək ki, 18 iyun 2023-cü il tarixdə, saat 12:00 radələrində bir nəfər xanım 055-904-83- .. nömrəli mobil telefonla Deryaz.az saytının rəhbərliyinə məxsus 051-516-66- .. nömrəli mobil telefona zəng edir və özünün Nərgiz Musayeva adlı xanım olduğunu bildirir. Telefon danışığı zamanı həmin xanım “Mənim adım Nərgiz Musayevadır, Milli Təhlükəsizlik, MTN-nin mətbuat- informasiya şöbəsində çalışıram. Milli MTN-nin, milli təhlükəsizlik xidmətinin mətbuat xidmətinin rəhbəriyəm” də deyir. Bundan əlavə, həmin xanım telefon danışığı zamanı redaksiya rəhbərliyini müəyyən mənada təhdid də edir. Hətta o, redaksiya rəhbərliyinə “Sən 4 il həbs olunacaqsan və 5 min manat məbləğində cərimə də ediləcəksən” də deyir. Ümumiyyətlə, telefon danışığı zamanı özünü DTX-nin əməkdaşı deyə təqdim edən həmin xanımın danışdıqlarına qulaq asdıqdan sonra, redaksiya əməkdaşlarında müəyyən şübhələr baş qaldırır. Yəni, az sonra Deryaz.az saytı əməkdaşının apardığı jurnalist araşdırmaları zamanı bəlli olur ki, 055-904-83- .. nömrəli mobil telefon nömrəsi Mustafayeva Afaq Rafayıl qızına məxsusdur və sadəcə olaraq o, bir qədər qabaqdangəlmişlik etmək məqsədilə özünü qarşı tərəfə Nərgiz Musayeva deyə təqdim edir. Ola bilər ki, Afaq Mustafayeva bu cür addımını atmaqla hansısa məqsədinə nail olmaq istəyib. Amma, xanım Mustafayeva onu unudub ki, DTX-nin əməkdaşı olmadan hansısa məqsədini həyata keçirmək məqsədilə bu dövlət qurumunun adından sui-istifadə etmək hər kəsin əməlində, o cümlədən Afaq Mustafayevanın da əməlində cinayət məsuliyyətİ yaradır. Qeyd edək ki, bu məsələ ilə bağlı aiddiyyatı üzrə dövlət qurumlarına rəsmi qaydada müraciət etmişik ki, olayın varlığı tam dəqiqliklə araşdırılsın. Məsələnin düşündürücü tərəfi odur ki, Qazax- Tovuz Regional Təhsil İdarəsinin Ağstafa rayon təhsil sektorunun əməkdaşı olan Afaq Mustafayeva, hələ də atdığı addımının məsuliyyətinə əhəmiyyət vermir və o, qarşı tərəfi cəzalandırmaq məqsədilə Gədəbəy və Yasamal Rayon Məhkəmələrinə iddia tələbi ilə müraciət etməyi daha məqbul hesab edir. Daha biabırçı halın varlığı ondadır ki, iddia ərizəsində cavabdeh qismində qoyulan Tağıyev Habil Bəhlul oğlu Gədəbəy rayonunda anadan olsa da, bu gün onun nə yaşayış yerinin, nə də ki, qeydiyyat ünvanının Gədəbəy rayonuna heç bir aidiyyatı yoxdur. Bu da onu söyləməyə əsas verir ki, iddiaçılar Mustafayev Bayram Ruzman oğluna və Mustafayeva Afaq Rafayıl qızına hüquqi istiqamət verən, yaxud da hüquqi köməklik göstərən şəxs(lər) “müəkəmməl hüquqi təhsilə” sahibdirlər. Yəqin ki, Yasamal Rayon Məhkəməsində aparılacaq ədalətli məhkəmə araşdırmaları lazımi həqiqətləri üzə çıxarmağa imkan verəcək.
Redaksiyamıza daxil olan bəzi məlumatlara görə, Afaq Mustafayevanın belə bir addımlarını atması üçün Ağstafa rayon təhsil sektorunun müdiri Mədət Zeynalov “arxa cəbhə”də durur və o, bu xanıma daşıdığı vəzifəsinin imkanlarından sui-istifadə edərək müəyyən təsirlərini göstərir. Qeyd edək ki, sektor müdiri nə qədər “dağlara çəkilsə də”, bu şəxsin əməlləri müəyyən yollarla geniş ictimaiyyətin diqqətinə çatdırılır. Məsələn, son vaxtlar ayrı-ayrı media qurumlarında Mədəd Zeynalovun qanunsuz fəaliyyəti barədə silsilə tənqidi məqalələr yayımlanmaqdadır. Məqalələrdə qeyd olunur ki, bu rayonun təhsil sahəsində korrupsiya əməllərinin miqyası genişləndiyindən, Ağstafada təhsiln inkişafı istiqamətində faktiki olaraq heç bir əməli iş görülmür və məktəb direktorlarının hər biri “tasa” otuzdurulub. Belə bir səbəbdən də, bu rayonun təhsilində korrupsiya halları baş alıb getməkdədir. Adicə bir faktı qeyd edək ki, yayımlanan məqalələrdə müəlliflər qeyd edirlər ki, Ağstafa təhslinin “şefi” Mədəd Zeynalov, Bakı şəhərinin mərkəzində qiyməti 150 min manata yeni ev-villa alıb. Bundan əlavə, Rayon Təhsil şöbəsinin yaxınlığında bu şəxsə məxsus ət dükanı var ki, həmin dükanı Mədəd Zeynalovun dayısı Hidayət Məmmədov Hidayət işlədir. Deyilənə görə Hidayət Məmmədov ət dükanını işlətməkdən əlavə o, Mədəd Zeynalovun pul yığımı işlərinə də baxır.
Bundan başqa, Ağstafa təhslinin “şefi” rayonun 1 saylı tam orta məktəbində laborant vəzifəsində işləyən Hacıyeva Könül Arif qızını heç bir əsas olmadan işdən çıxarır və xanım Hacıyevanın işə bərpa olunması haqda məhkəmə qərarı olsa da, Mədəd Zeynalov 1 sayli tam orta məktəbin direktoru Ramiz Nəsirovla əlbir olaraq, çıxarılmış məhkəmə qərarının icra olunmasına imkan vermir. Yəni, bütün bunlar haqda bəzi media qurumlarında məqalələr yayımlanıb.
Mədəd Zeynalovun əməlləri ilə bağlı yayılan söz-söhbətlərdən biri də, bu şəxsin 01 oktyabr 2020-ci ildə sektor müdiri təyin olunduqdan təqribən 15-20 gün sonra sonra, Afaq Mustafayevanın həyat yoldaşı Bayram Mustafayevin 8 min manat pulun müqabilində rayonun Qaçaq Kərəm adına orta məktəbə direktor müavini vəzifəsinə təyin olunması olur. Qeyd edək ki, Bayram Mustafayev bugünkü vəzifəsindən əvvəl Ağstafanın Mərkəzi Bazarında ayaqqabı satmaqla məşğul olur, daha sonra rayonun Qaz İstismarı Sahəsində sosial işlə təmin olunur, daha sonra isə Mədəd Zeynalovun təyinatı bu şəxsin “bəxtini açır” və o, direktor müavini vəzifəsinə yüksəlir. Belə bir təyinatdan sonra kənd sakinləri arasında müəyyən söz-söhbətlər də baş qaldırır və hər kəs öz-özünə sual edir ki, görəsən bu ailə 8 min manatı necə və hardan əldə ediblər? Sən demə həmin vaxtlarda kasıbçılıqdan əziyyət çəkən Mustafayevlər ailəsi özlərində güc taparaq “riskə gedirlər” və bankdan kreditə pul götürürlər ki, Mədəd Zeynalovun maddi-maraqlarını təmin edə bilsinlər. Qeyd edək ki, bu kimi olaylarla bağlı bir neçə il bundan əvvəl bəzi media qurumlarında məqalələr yayımlansa da, nədənsə nə Mədəd Zeynalov, nə də ki, Mustafayevlər ailəsinin üzvləri bu kimi məsələlərdə susmağa və heç bir münasibət bildirməməyə qərar verirlər. Əldə etdiyimiz bəzi məlumatlara görə, Qaçaq Kərəm adına orta məktəbdə ciddi mənimsəmə faktları baş versə də, nədənsə Mədət Zeynalov baş verənlərə bu gün də göz yummaqda davam edir. Bütün bunlara baxmayaraq, biz bir media qurumu olaraq adı çəkilən bu təhsil ocağında lazımi yoxlamaların aparılması və nəticəsi barədə redaksiyamıza məlumat vermələrini xahiş etmişik.
Yayılan söz-söhbətlərdə o da qeyd olunur ki, Ağstafa rayon təhsil sektorunun müdiri Mədət Zeynalovun “əl gəzdirdiyi” ünvanlardan biri də, rayonun kənd və qəsəbələrindəki körpələr evi- uşaq bağçalarıdır. Məsələn, söylənilənlərə görə sektor müdiri ilk əvvəl körpələr evi- uşaq bağçalarına yoxlamalar göndərir, hansısa çatışmazlığı aşkara çıxartdıqdan sonra, çox keçmir ki, rəhbərliyə qarşı “səlib yürüşünə” başlayır. Bu sırada rayonun Həsənsu kəndindəki uşaq bağçasının müdirəsi Abbasova Zəkiyə Bəhram qızı da, oxşar aqibətlə üz-üzə qalan rəhbər şəxslərdəndir. Belə ki, bir müddət bundan əvvəl vəziyyət elə bir dözülməz həddə gəlib çatır ki, Zəkiyə xanım daşıdığı vəzifəsindən uzaqlaşmaq üçün Mədət Zeynalovun adına ərizə yazmalı olur. Amma, çox keçmir ki, Zəkiyə xanım Abbasovanın Ağstafa RİH-də işləyən qardaşı Nurəddin müəllim məsələyə müdaxilə etməli olur və sektor müdirinə təqdim olunan ərizə ləğv edilir. Rayonun Xətai kəndindəki uşaq bağçasının müdirəsi “Milka” ləqəbi ilə tanınan xanımın aqibəti isə tamam fərqli olur. Yəni, bu xanım Mədət Zeynalovun dözülməz idarəçiliyindən zinhara gəldiyi üçün ilk əvvəl sektor müdirinin adına işdən çıxmaq haqda ərizə yazır, təqribən bir ay keçdikdən sonra isə fikirindən daşınır. Yəni, daha sonra bu xanım yaxınları ilə məsləhətləşir və pozulmuş hüquqlarını müdafiə etdir və bir daha daşıdığı vəzifəsində qalmağı bacarır.
Məsələlərlə bağlı qarşı tərəfin də mövqeyini dinləyə bilərik. Mövzunu diqqətdə saxlayacağıq.
Orxan Mürsəlov: “Hazırda kənddə 53 hamilə qadın var və onların bu məsələ ilə bağlı bizə heç bir müraciəti daxil olmayıb” Məlumdur ki, 20 iyun 2023-cü il tarixdə Gədəbəy rayonunun Söyüdlü kənd sakinləri, bu kəndin yaxınlığında fəaliyyət göstərən qızıl emalı zavodunun tullantıları üçün süni göl yaradılmasına kəskin etiraz edərək aksiya keçirdilər. Sakinlərin etiraz etmələrinə əsas səbəb təkcə qızıl mədənləri üçün süni göl düzəltmək yox, eyni zamanda qızıl mədəni tullantılarının ləğvi və zavodun zəhərli tullantılarının ərazidən toplanılıb təmizləməsi tələbi idi. Qeyd edək ki, etirazın qarşısını almaq üçün polis qüvvələrindən əlavə, kənd sakinlərinin üzərinə daxili qoşun bölmələri də yeridildi. Diqqət yetirmək lazımdır ki, polis sakinlərə qarşı gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə etməklə etiraz aksiyasını yatırdırlar. Düzdür, Söyüdlü kəndində baş verən etirazları bəzi media orqanları xarici amillərlə əlaqələndirsələr də, əslində sakinlər süni gölün suyunun zəhərli olduğunu, kəndin içməli suyuna qarışdığını və bunun nəticəsində insanların sağlamlığına mənfi təsir göstərdiyini bildirirdilər. Eyni zamanda, aksiya iştirakçıları onu da qeyd edirdilər ki, yaradılan su hövzəsinə zəhərli maddələr toplanır, gölün kənd sakinlərinə məxsus örüş sahəsində salınması planlaşdırılır ki, bu da ekoloji vəziyyəti daha da ağırlaşdıracaq. Odur ki, etiraza əsas səbəb, məhz kənddə ikinci gölün yaradılmasına hazırlıq işlərinin görülməsi idi. Baş veən etiraz aksiyalarından sonra Azərbaycan Respublikasının Baş Naziri cənab Əli Əsədovun qərarı ilə, Söyüdlü kəndində vəziyyəti araşdırmaq üçün komissiya yaradıldı və komissiyaya tapşırıldı ki, kəndin tullantıxana sahəsində monitorinqlər aparılsın və mövcud vəziyyət qiymətləndirilsin, sakinlərin sağlamlığının və ətraf mühitin qorunması sahəsində vətəndaşların müraciətləri araşdırılsın, o cümlədən müvafiq təkliflər də hazırlansın. Bütün bunlar qalsın bir yana, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 avqust 2022-ci il tarixli sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunan Orxan Mürsəlovun etiraz aksiyaları zamanı ortaya qoyduğu mövqe, müxtəlif telekanallara verdiyi açıqlamalar və s. bu gün də müəyyən çevrənin daha çox müzakirə etdiyi əsas mövzulardandır. Baxmayaraq ki, 26 iyul 1986-cı il tarixdə anadan olan və 2010–2022-ci illərdə Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində və Ərazi-təşkilat məsələləri şöbəsində müxtəlif vəzifələrdə çalışan bu şəxs, məhz hadisələrin gedişi zamanı özünün olduqca bacarıqsız, hazırlıqsız kadr olduğunu, həmçinin yerli sakinlərin haqlı mövqeyini müdafiə etmək əzmində olmadığını ortaya qoydu. Bir anlığa diqqət yetirək ki, RİH-nin başçısı vəzifəsini daşıyan Orxan Mürsəlov baş verən olaylarla bağlı məsələlərə münasibət bildirərkən bunları qeyd edir: “Söyüdlü kəndi ərazisində yaradılan süni göl 11 ildir ki, fəaliyyət göstərir. Bu günə qədər həmin göllə bağlı bizə heç bir şikayət daxil olmayıb. Bu gün isə sakinlər gölün fəaliyyəti ilə bağlı narazılıqlar səsləndirirlər. Səsləndirilən iddialar isə sadəcə dedi-qodu xarakteri daşıyır. Göl rəsmi olaraq fəaliyyət göstərir, heç bir qeyri-qanuni fəaliyyətdən söhbət gedə bilməz. Vaxtaşırı göl nəzarətdə saxlanılır, texnikalar vasitəsilə gölün yerləşdiyi torpaq təzələnir, lazımi işlər görülür. Biz lazım gələrsə sakinlərin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərinin iştirakı ilə narazılığa səbəb olan gölə baxış keçirə bilərik. Həmçinin gölün sakinlərin sağlamlığına vurduğu ziyanla bağlı səsləndirilən iddialar da əsassızdır. Bunu aidiyyəti qurumların rəsmi məlumatları da təsdiqləyə bilər. İddialara görə hamilə qadınlar gölün yaratdığı səbəblərdən doğuş problemləri yaşayırlar. Doğuş problemləri ilə bağlı problem yaşanmır. Hazırda kənddə 53 hamilə qadın var və onların bu məsələ ilə bağlı bizə heç bir müraciəti daxil olmayıb”. Hörmətli oxucular! Hər kəs mövqeyini açıq şəkildə ifadə etsin ki, belə bir cavabların verilməsi RİH-nin başçısı vəzifəsini daşıyan şəxsə yaraşan cavablardırmı? Əsla yox! Orxan Mürsəlov rayon rəhbərliyinə təyin olunduğu gündən ötən 11 ay ərzində bircə dəfə Söyüdlü kəndində səyyar görüşünü keçirsəydi, yəqin ki, o halda sakinlər bu məsələ ilə bağlı ona çoxsaylı suallarını ünvanlayardılar. Deməli, rayonun rəhbəri olaraq bu şəxs ötən müddət ərzində Söyüdlü kənd sakinlərinin problemləri ilə maraqlanmayıb, yaxud da maraqlanmaq istəməyib. RİH-nin başçısı verdiyi açıqlamasında onu da bildirir ki, “Söyüdlü kəndi ərazisində yaradılan süni göl 11 ildir ki, fəaliyyət göstərir. Bu günə qədər həmin göllə bağlı bizə heç bir şikayət daxil olmayıb”. Orxan Mürsəlov 12 il ərzində PA-da çalışıb və görəsən o, əvvəlki vəzifələrini necə yerinə yetirib ki, ötən illər ərzində Söyüdlü kənd sakinlərinin qızıl emalı zavodunun yaratdığı fəsadlara qarşı təqribən 3-4 il bundan əvvəl etdikləri narazılıqlar haqda xəbəri olmayıb? Əgər bu şəxs PA-da işlədiyi müddət ərzində baş verənlərdən xəbəri olmayıbsa, o halda ortaya belə bir sual çıxır ki, bəs bu şəxs Söyüdlü kəndində 53 hamilə qadının olması haqda necə məlumatlı olur? Diqqət yetirmək lazımdır ki, Orxan Mürsəlov hadisələr baş verdiyi anlarda rayonun rəhbər şəxsi olaraq Söyüdlü kənd sakinlərinin yanında olmalı olduğu halda o, bu kəndin sakinlərinə “qarşı tərəf” deyə yanaşmasını ortaya qoyur. Sual oluna bilər ki, bəs RİH hansı tərəfdir? Görəsən bu nə yanaşmadır, bu nə düşüncədir? Yəni icra başçısının düşüncəsinə əsaslansaq RİH bir tərəfdir, Söyüdlü sakinləri isə qarşı tərəfdir. O halda ortaya belə bir sual çıxır ki, ölkə rəhbəri İlham Əliyev cənabları Orxan Mürsəlovu icra başçısı vəzifəsinə təyin edərkən, bu şəxsə verdiyi tapşırıqları o, niyə teztələsik unudur? Bir xatırlamanı yada salaq ki, 24 avqust 2020-ci il tarixdə Prezident İlham Əliyev Biləsuvar və Saatlı rayon icra hakimiyyətlərinə yeni başçı təyin edərkən, ümumi şəkildə hər bir vəzifə sahibinə lazımi tapşırığını vermişdi ki, “İnsanları qıcıqlandıra biləcək addımlar atmamalısınız. Özünüzü hamıdan yuxarıda hiss etməməlisiniz. Bəzi hallarda bəzi xırda səviyyəli məmurlar özlərini elə aparırlar ki, sanki bütün dünya bunlara borcludur. Özlərini ağa kimi, xan kimi aparırlar, insanlara yuxarıdan aşağı baxırlar. Mən dəfələrlə demişəm ki, Prezident başda olmaqla, bütün dövlət məmurları xalqın xidmətçisidir. Məhz buna görə biz bu vəzifədəyik». Bəli, bu rəhbər vəzifə sahibi olan hər kəsə, o cümlədən Orxan Mürsəlova da ölkə başçısı tərəfindən verilən tapşırıqlardır. Deməli, Gədəbəy RİH-nin başçısı Söyüdlü kənd sakinlərinin etiraz aksiyası zamanı özünəməxsus yanaşmasını ortaya qoymaqla bir daha onu göstərdi ki, o, sadə kənd sakinlərinin problemlərinə əhəmiyyət verməyən rəhbər şəxsdir. Yerlərdə dolaşan söz-söhbətlərə görə Orxan Mürsəlov vəzifəsinin icraasına başladıqdan az sonra, o, rayonda vəzifə sahibi olan bəzi şəxsləri heç bir əsas olmadan daşıdıqları vəzifələrindən uzaqlaşdırır və onların yerinə özünə bu və ya digər yollarla bağlı olan şəxsləri təyin edir. Söylənilənlərə görə RİH-nin başçısı bu yöndə atdığı hər bir addımını şəxsi maraqları təmin olunduqdan sonra atır. Deməli, ölkə rəhbərinin Orxan Mürsəlova verdiyi tapşırıqlar teztələsik unudulur ki, o, hadisələr baş verənə qədər bir dəfə də olsun ki, Söyüdlü kənd sakinlərinin problemləri ilə maraqlanmır. Yəni, “KİŞİ”nin başı “bazarlıq işləri”nə qarışır. Hələ bunlar harasıdır? Gədəbəy RİH-nin başçısı ətraf mühitə və ekologiyaya heç bir ziyan vurmadan sakinlərin istirahət etmələrinə lazımi şərait yaradan, yeni iş yerləri açmağa çalışan, bir sözlə Prezident İlham Əliyevin verdiyi tapşırıq və tövsiyyələr əsasında ölkəmizdə sahibkarlığın inkişaf etdirilməsinə dəstək vermək istəyən iş adamlarını da “gözümçıxdıya” salmaqla məşğul olur. Düşündürücü haldır ki, “məni bir az kənardan çəkin ki, heç olmasa yaxşı düşüm, eybəcər düşməyim” deyən icra başçısı, sakinlərin həyatını “söndürən” zəhərli göl yaradılarkən bir növ susqunluq edir, amma sakinlərə heç bir problem əmələ gətirməyən gölün yaradılmasında isə, sanki “əjdaha”ya dönür. Deməli, bu şəxsin başqa-başqa ambisiyaları var ki, o, bu kimi məsələlərdə belə bir yanaşmasını ortaya qoyur. Bu haqda apardığımız araşdırmalar yekunlaşdıqdan sonra hər kəsə ətraflı məlumatlar verəcəyik. Odur ki, bizi izləməyi unutmayın. Səslənən iddialarla bağlı qarşı tərəfin də mövqeyini dinləyə bilərik. GundemXeber.Az
Uzun müddətdir ki, dərdinə çarə tapılmayan Qazax Mərkəzi Rayon Xəstəxanasının stomotoloji şöbəsində çalışanlar, bu gün də özləri üçün “qaz vurub qazan doldurmaqla” məşğul olurlar. Yəni, “burda mənəm Bağdadda kor xəlifə” zərb- məsəli, deyəsən bu ünvanda lap yerinə düşür. Məsələn, redaksiyamıza şikayətçi Rəşad Əlisgəndərov adlı şəxs müraciət edərək bildirir ki, “Qazax MRX-ı dövlət səhiyyə müəssisəsi olsa da, burada hər kəs öz bildiyi kimi hərəkət edir. Yəni, ötən günlərin birində kəskin diş ağrısı səbəbindən yaxın qohumum ilə birlikdə Qazax MRX-nın stomotoloji şöbəsinə müraciət edik. Saat təqribən 18:00 radələri olardı, şöbənin qadın həkimləri iş otaqlarında xəstə qəbul edib işləyirdilər. Yaxınlaşıb onlara yaxın qohumumun kəskin diş ağrısı olduğunu və buna görə köməklik göstərilməsinin lazım olduğunu bildirdim. Qeyd edim ki, həmin vaxt diş həkimi iki nəfər qadın idi. Onlar bizə “Biz diş çəkmirik” deyərək, sanki bizi başlarından etmək istədilər. O halda onlara, siz bu şöbədə nə işlə məşğul olursunuz deyə sual etdim. Qadın həkimlərdən biri “Biz bura “zakaz”a gəlmişik” dedi və “sən mənim vaxtımı alma” deyib məni acıladı. Daha sonra o, “siz dəlisiniz, dəlixana Qazaxın o biri başındadır, gedin ora müraciət edin” dedi və bu yolla bizi təhqir etməkdən də çəkinmədi. Heç cür başa düşə bilmədik ki, həmin həkim belə bir ixtiyarı, belə bir arxayınçılığı kimdən və hardan alıb? Görəsən gecə-gündüz Qazax MRX-nın stomotoloji şöbəsində şəxsi ciblərinə işləyən həmin həkimlər, heç olmazsa səhiyyə naziri cənab Teymur Mustafayevi unudublarmı ki, onlar belə bir formada danışırlar?” Uzun müddətdir ki, dərdinə çarə tapılmayan Qazax Mərkəzi Rayon Xəstəxanasının stomotoloji şöbəsində çalışanlar, bu gün də özləri üçün “qaz vurub qazan doldurmaqla” məşğul olurlar. Yəni, “burda mənəm Bağdadda kor xəlifə” zərb- məsəli, deyəsən bu ünvanda lap yerinə düşür. Məsələn, redaksiyamıza şikayətçi Rəşad Əlisgəndərov adlı şəxs müraciət edərək bildirir ki, “Qazax MRX-ı dövlət səhiyyə müəssisəsi olsa da, burada hər kəs öz bildiyi kimi hərəkət edir. Yəni, ötən günlərin birində kəskin diş ağrısı səbəbindən yaxın qohumum ilə birlikdə Qazax MRX-nın stomotoloji şöbəsinə müraciət edik. Saat təqribən 18:00 radələri olardı, şöbənin qadın həkimləri iş otaqlarında xəstə qəbul edib işləyirdilər. Yaxınlaşıb onlara yaxın qohumumun kəskin diş ağrısı olduğunu və buna görə köməklik göstərilməsinin lazım olduğunu bildirdim. Qeyd edim ki, həmin vaxt diş həkimi iki nəfər qadın idi. Onlar bizə “Biz diş çəkmirik” deyərək, sanki bizi başlarından etmək istədilər. O halda onlara, siz bu şöbədə nə işlə məşğul olursunuz deyə sual etdim. Qadın həkimlərdən biri “Biz bura “zakaz”a gəlmişik” dedi və “sən mənim vaxtımı alma” deyib məni acıladı. Daha sonra o, “siz dəlisiniz, dəlixana Qazaxın o biri başındadır, gedin ora müraciət edin” dedi və bu yolla bizi təhqir etməkdən də çəkinmədi. Heç cür başa düşə bilmədik ki, həmin həkim belə bir ixtiyarı, belə bir arxayınçılığı kimdən və hardan alıb? Görəsən gecə-gündüz Qazax MRX-nın stomotoloji şöbəsində şəxsi ciblərinə işləyən həmin həkimlər, heç olmazsa səhiyyə naziri cənab Teymur Mustafayevi unudublarmı ki, onlar belə bir formada danışırlar?”
Maraqlı məqam o oldu ki, həmin vaxt bu səhiyyə müəssisəsində çalışan bir neçə nəfər işci bizə yaxınlaşaraq “Qaqa, stomotoloji şöbədə bütün avadanlıqlar həkimlərin şəxsi vəsaitləri hesabına alınır. Ona görə də bu şöbədə həkimlər haqqını verib işləyirlər. Heç RİH-nin başçısı Rəcəb Babaşov da bu şöbəyə girişə bilmir. Cünki, həkimlər haqlıdırlar. Gecə saat 24:00-a kimi həkimlər burada özəl klinikada çalışanlar kimi işləyirlər. Bəli, biz az sonra onu da öyrəndik ki, Qazax səhiyyəsinin direktoru Sevda xanım Məmmədovanın bacısı və qardaşı oğlu da stomotoloji şöbədə həkim işləyirlər. Ona görə də “arxalı köpək qurd basar” prinsipi bu şöbədə ayaq tutub yeriyir. Şikayətçi Rəşad Əlisgəndərov onu da bildirir ki, “RİH-nin başcısı məzuniyyətdə olduğundan hələlik gözləmə mövqeyindəyik. Onsuz da iş günlərinin birində Rəcəb Babaşovun qəbulunda olacağıq və bununla bağlı aidiyyətı üzrə dövlət qurumlarına da müraciət edəcəyik”. Dövlət səhiyyə müəsisəsinin gecə saat 24:00-a kimi işləməsi bir yana, burada işləyənlər stomotoloji şöbəni sanki ata-baba yurdu hesab edirlər. Onsuz da Qazax səhiyyəsindən ardarda mətbuatda tənqidi məqalələr yayımlanır. Amma, baş verənlərdən bir kimsə nəticə çıxarmır. Bəlkə ölkəmizin səhiyyə sahəsi rəhmətə gedib, mənim xəbərim yoxdur. Ola bilər ki, xəbərim olmasın!
Düşündürücü haldır ki, Qazax MRX-nın stomotoloji şöbəsində yerli sakinlərə baha qiymətə tibbi xidmət göstərənlər, xalqdan olsalar da, onlar bu gün xalqı bəyənmirlər. Çünki, harınlamış həkimlərə bir kimsə “dur” demir. Yəqin ki, bu cür gedişlə harınlamış həkimlərə ya icra hakimiyyəti və ya səhiyyə şöbəsi, ya da ki, nazirlik şərait yaradırlar. Deməli, Qazax MRX-nın stomotoloji şöbəsində çalışan həkimlər varlandıqca onların gözləri ayaqlarının altını görməyəcək. Çünki, bu şöbədə çalışanlar imkansız xəstələrə “dəlixana”ya getmələrini məsləhət bilirlər.
Düşündürücü haldır ki, Qazax MRX-nın stomotoloji şöbəsində yerli sakinlərə baha qiymətə tibbi xidmət göstərənlər, xalqdan olsalar da, onlar bu gün xalqı bəyənmirlər. Çünki, harınlamış həkimlərə bir kimsə “dur” demir. Yəqin ki, bu cür gedişlə harınlamış həkimlərə ya icra hakimiyyəti və ya səhiyyə şöbəsi, ya da ki, nazirlik şərait yaradırlar. Deməli, Qazax MRX-nın stomotoloji şöbəsində çalışan həkimlər varlandıqca onların gözləri ayaqlarının altını görməyəcək. Çünki, bu şöbədə çalışanlar imkansız xəstələrə “dəlixana”ya getmələrini məsləhət bilirlər P. S. Səslənən ittihamlarla bağlı baş həkim Allahverdi müəllimə zəng edib mövqeyini öyrənmək istədik. Bildirdi ki, mən burada heç kiməm, gedin nə sualınız varsa xəstəxananın direktoru Sevda həkimə ünvanlayın. Sevda xanım isə sualımıza anormal bir cavab verdi. «Bizim diş həkimləri diş çəkmirlər, müalicə edirlər. Birdəki mən araşdırdım, xəstəni gətirən vətəndaş içkili olub. Yaxşı ki, həkimlərimiz onları polisə verməyiblər»
Onu öyrənə bildik ki, xəstəni dəli adlandıraraq təhqir edib otağından qovan Günay, Ceyhunə və Nərmin həkim olub
Şamaxı rayon İqbal Rəsulov adına Muğanlı tam orta məktəbinin direktor müavini Rəsmiyyə Mirzəyevanın yeniyetmə yaşlı oğlu ilə bağlı paylaşılan video ikrah doğurib.
Belə ki, uşaq qəlyan çəkərkən görüntülənib.
Bu barədə sosioloq-jurnalist Elçin Bayramlı paylaşım edib.
O qeyd edib ki, bununla bağlı ona müraciət göndərilib. E.Bayramlı bununala bağlı tədbir göndərilməsi ilə bağlı müvafiq orqanlara çağırış edib. Həmin müraciəti olduğu kimi təqdim edirik: "Müvafiq orqanların nəzərinə. Mənə göndərilmiş bir müraciətə baxın və tədbir görün. Salam hörmətli Elçin müəllim ! Videoda gördüyünüz QƏLYAN çəkən oğlan Şamaxı rayon İqbal Rəsulov adına Muğanlı tam orta məktəbinin direktor müavini RƏSMİYYƏ MİRZƏYEVA-nin həmin məktəbin 7-ci sinfində oxuyan oğlu TƏVƏKKÜL MİRZƏZADƏ-dir. Dəfələrlə məktəbdə baş verən tərbiyəsizliklər, özbaşınalıqlar və qanun pozuntuları ilə bağlı lazımi qurumlara məlumat verilsə də heç bir ölçü götürülmür. Nəzərinizə çatdırım ki, bu məktəbdə QƏLYAN ÇƏKƏN aşağı sinif şagirdi təkcə bu oğlan deyil ! Xahiş edirəm, kömək edin, ölçü götürün. Bu videonun rəsmi qurumlara çatmasında köməklik göstərin. Xahiş edirəm, kömək edin! Gələcəyimiz olan uşaqları o məktəbda baş verən pis əməllərdən xilas edin!"
Zaman-zaman dövrü mətbuatda vəzifəsindən sui-istifadə edərək rəhbərlik etdiyi təhsil müəssisəsini öz şəxsi məqsəd və maraqları üçün qazanc obyektinə çevirən xanım məktəb direktoru barədə çeşidli məlumatların şahidi olmuşuq. Bu cür məlumatlara bu gündə rast gəlirik. Hətta daha betərlərinə belə. RealMedia.az bu dəfə də Beyləqanda daha bir qadın məktəb direktorunun, əndazəni aşan hərəkətləri barədə ilginc məlumatlar əldə edib. Belə ki, redaksiyamıza daxil olan məlumatlarda Beyləqan rayon F.Quliyev adına Eyvazallar kənd tam orta məktəbin drektoru Günel Cavadlının məktəbdə şagirdlərə 44 günlük Vətən müharibəsi şəhidlərinin fotolarını satdığı vurğulanır. Valideynlərdən verilən məlumatlara görə, Günel Cavadlı Beyləqan şəhidlərinin fotolarını xüsusi çərçivəyə saldırmaqla, bayrağımızla birlikdə 20 (iyirmi), bayrağsız isə 19 (on doqquz) manata şagirdlərə satır. Bu iyrənc alverin təşəbbüskarı və “ideya müəllifi” xanım direktorun özüdür. Xanım direktorun Vətən qəhrəmanlarımızın fotolarını alver predmetinə çevirməsi kənd sakinləri tərəfindən etirazla qarşılansa da, kənd ağsaqqalları və ziyalıları bu etirazı alovlanmağa qoymayıb, qarşısını alıblar. Bildirilir ki, xanım direktorun əri Rüfət Ələkbərli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) dələduzluq maddəsi ilə həbs edilib. Xatırladaq ki, hələ 04 noyabr 2022-ci ildə saytımızda “Beyləqanda məktəb direktorunun əri barədə cinayət işi açılıb – Həbsli axtarış verildi” sərlövhəli yazı dərc edilib. Hələ o vaxtı Beyləqan rayon Eyvazalılar tam kənd orta məktəbinə yeni təyin olunmuş xanım direktorunun ərinin barəsində həbsli axtarış elan olunduğunu yazmışdıq. Həmin vaxt xanım direktor Günel Cavadlının həyat yoldaşı olan Rüfət Ələkbərliyə qarşı Azərbaycan Respublikası CM-nin 178.2.4 və 342-ci (hərbi hissəni özbaşına tərk etmə)maddələri ilə barəsində cinayət işi açılıb və Rüfət Ələkbərli barəsində həbsli axtarış verilmişdir. O, Qarabağ qazisinə 28.000(iyirmi səkkiz min) manatlıq dələduzluq etməkdə iittiham olunurdu. Həmçinin, həmin yazımızda Rüfət Ələkbərli barəsində 26 000 min manat mülki idda barədə məhkəmə qətnaməsinin olduğu da qeyd edilmişdir. Hər halda əri dələduzluq və hərbi hissəni öz başına tərk etmə maddəsi ilə həbs olunan xanım dirlektordan bundan başqa nəsə gözləmək də olmaz. Görünür, o da ərini həbsdən çıxarmaq üçün Beyləqan şəhidlərinin fotoları üzərində alver etmək qərarını verib. Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq. RealMedia.az
İllərdir ki, susuzluqdan danışılanda hamımız bir ağızdan "Yezidə lənət" oxuyuruq ki, susuzluqdan yanan peyğəmbər ailəsinin üzvlərinə bir içim su verməyib. Hamımız da lap uşaqlıqdan düşünürdük ki, "İlahı sudan bol nə var ki, onu Yezid onu imamlardan əsirgəyib"...
Amma , sən demə su da tükənən nemət imiş. Qurban olduğum Rəbbim bəlkə də elə bizi - bütün insanları bir-birinə tanıtmaq üçün su qıtlığı siqnalını verdi. Bir balaca su azalan kimi içimizdəki "Yezidlər"i tanımağa başladıq.
Ömrü boyu özləri də "Yezidə lənət" deyən, "müəllim" deyə hörmətlə müraciət etdiyimiz, məclislərdə, tədbirlərdə sayıb, yuxarı başa keçirdiyimiz "Yezid müəllim"lərlə yavaş-yavaş aramız dəyməyə başladı.
Müasir dövrün "Yezid müəllim"lərinin inanıb, itaət etdikləri isə nə bir daşdır, nə də taxta parçası. Onların bir inancı, "səcdəgəh"ı var, o da pul - rüşvət. Hər halda, bunu son 4-5 ilin şikayətçisi olan fermerlər deyirlər. Doğrusu inanılması mümkünsüz iddia da deyil.
Əlqərəz...
Bir yandan deyirik mövzunu çox uzatmayaq, digər yandan da hər il əkin vaxtı su ola-ola susuzluqdan təsərrüfatı məhv olan, xərci və zəhməti hədər gedən kəndlilərin fəryadı ilə sızıldayan vicdanımız bu sahədəki səlahiyyətli şəxslərin layiq olduqları ifadələri qələmə almağa məcbur edir.
Bir müddət əvvəl Saatlı rayon sakinlərinin su tələbi ilə aksiya keçirdiklərini yəqin ki, çoxunuz xatırlayır. Amma, görünür Saatlı rayon Suvarma Sistemləri idarəsinin müdiri Tahir Rzayev, Su Təsərrüfatı birliyinin sədri olduğu deyilən Fərahim Qurbanov, 4 nömrəli Regional Sukanal İdarəsinin Saatlı Sukanal Sahəsinin rəisi olduğu deyilən Əlirza adlı şəxs və Tahir Rzayevin Bəylik kəndinə işçi təyin etdiyi 85 yaşlı ağsaqqal Səfdər kişi çoxdan unudub..
Bəli, biz bu adları təsadüfi çəkmədik.
Ötən həftənin şənbə günü "DogruXeber.az" informasiya agentliyinin tabeliyində fəaliyyət göstərən "Kanal14"ün canlı efirində "Kamalın zamanı" proqramına bağlanan Saatlı rayon Bəylik kənd sakini Əlimirzə Kazımov özünün və onun kimi bir neçə kənd sakinlərinin təsərrüfatının susuzluqdan məhv olmasında məhz bu adları çəkib və onları günahlandırıb.
Əlimirzə Kazımov bildirir ki, Saatlı rayon Suvarma Sistemləri idarəsi işini düzgün aparmır. 70-80 ha torpaq sahəsi əkən sahibkarlar var ki, o qədər torpaq sahəsini 1-2 günə tamamilə suvarıb bitirir, mənim kimi 2-3 ha əkin sahələri olanlar isə günlərlə sürünsək də çox zaman su əldə edə bilmirik, nəticədə əkin sahələrimiz susuzluqdan yanır. Həmkəndlimə dərdimi danışıram, deyir, "hamı pulunu verib suvarır, sən də ver". Deyirəm, mən də hər ha üçün 8 manat pul ödəyirəm, deyir, "biz hər ha üçün 10-20 manat veririk, bizə su verirlər."
Yeri gəlmişkən, Əlimirzə Kazımov onu da bildirdi ki, - "Mən ələ pul verməyə narazılıq etdim, dedim kodlarımı (ödəniş üçün hesab nömrəsi) verin, özüm terminaldan ödəyəcəm. Mənə kodu göndərib, dedilər hər ha üçün 8 manat ödəyəcəksən. Deyirəm, suyun kubu 2.70 manatdır, 8 niyə ödəyirəm? Mən nazirliyə müraciət edəcəm, mənə deyirlər nazirlik bilmir, onu biz özümüz hesablayırıq."
Baxın, Əlimirzə Kazımovun sözlərinə görə onlar su tapmasalar belə, hər suvarma vaxtı ödəniş edirlər. Özü də su bəndlərinə nəzarət edən (camaat arasında suyu bölüşdürən) 85 yaşlı Səfdər kişi necə hesablayırsa hər ha üçün 8 manat düşür.
Əlimirzə bəyin iddiasına görə heç kimin əkin sahəsinin yanında su sayğacı yoxdur, amma onlardan müəyyən kub hesabı ödəniş tələb olunur.
Qeyd edək ki, Əlimirzə Kazımovun müraciətində adı çəkilən şəxslərin də mövqeyini dinləmək məqsədilə elə canlı yayımdaca ilk növbədə Suvarma Sistemləri İdarəsinin müdiri Tahir Rzayevə zəng etdik, zəng çatmadı. Ardından Su Təsərrüfatı Birliyinin rəisi olduğu deyilən Fərahim Qurbanova zəng etdik, o da dəstəyi qaldırmadı. Onun ardından da adı çəkilən digər səlahiyyətli şəxslə - Saatlı rayon Sukanal İdarəsinin müdiri Əlirza adlı şəxslə telefon əlaqəsi saxladıq.
Düzdür, Əlirza bəy telefona cavab verdi, amma kaş ki, verməsəydi...
Bizim hörmətlə "müəllim" deyə xitab etdiyimiz şəxs, sən demə heç mətbuat nümayəndəsi ilə necə danışmalı olduğunu belə bilmirmiş, o ki, qaldı sıravi sakinlər ola...
Tələm-tələsik məsələni Su Təsərrüfatı Birliyinin rəisi Fərahim Qurbanovun üzərinə yönləndirib, telefonu söndürdü.
Əlimirzə Kazımovun sözlərinə görə idarə müdiri Əlirza onun telefon nömrəsini bloklayıb ki, ümumiyyətlə ondan zəng gəlməsin.
Kiçik - böyük səlahiyyət sahiblərinin özlərini bu qədər "əlçatmaz" hesab etmələri, hamıya yuxarıdan aşağı baxmaları, vətəndaşlarla kobud davranışları onu deməyə əsas verir ki, qəsdən vətəndaşlarda dövlətə-dövlətçiliyə qarşı narazılıq yaratmağa, onları kütləvi aksiyalara qaldırmağa çalışırlar.
Gördüyünüz kimi Bəylik kənd sakini adlarını çəkdiyi şəxslərin, eləcə də Su idarəsinin işçisi kimi tanıdıqları, lakin rəsmi işçi olub-olmadığını bilmədikləri 85 yaşlı Səfdər kişinin də vəzifələrindən, eləcə də vətəndaşlardan necə istifadə etdiklərindən bəhs edir.
Amma, bildirmək istəyirik ki, bu hələ hamısı deyil. Necə deyərlər, bu hələ "jurnalın üz qabığıdır".
Saatlı rayon sakini Asim Əliyev az müddət əvvəl bir neçə müstəqil saytların elektron ünvanlarına Tahir Rzayevin digər "gəlir yerləri" haqqında geniş tərkibli müraciət məktubu və videomateriallar göndərmişdi.
Sözügedən müraciətdə Saatlı rayon Suvarma Sistemləri İdarəsinin bağladığı tender müqavilələrindən və idarənin texnikalarının sahibkarlara günlük icarəyə verilməsindən bəhs edilib.
Diqqət etdinizsə, Əlimirzə Kazımov da uzun müddətdir su kanallarının və kollektorların təmizlənmədiyini vurğuladı. Elə biz özümüz də məlumatı dərc etmədən əvvəl internet üzərindən bu barədə hər hansı bir yeni xəbərin olub-olmadığını araşdırdıq. Saatlı rayonunda kollektorların təmizlənməsi barəsində 2021-ci ildən bəri heç bir yeni məlumata rast gəlmədik.
Asim Əliyev mətbuat vasitəsilə ölkə başçısına və Birinci Vitse-prezidentə ünvanladığı müraciətində dəfələrlə bu barədə "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Zaur Mikayılova və Azərbaycan Respublikasının Baş Prokurorluğuna məktub vasitəsilə müraciət etdiyini də qeyd etmişdi.
Bundan əlavə, "DogruXeber.az" informasiya portalında, eləcə də "Kanal14"ün canlı yayımında Zərdab rayon Suvarma Sistemləri İdarəsinin müdiri Əhliman Kərimovun da idarənin texnikalarını icarəyə verməsindən, "ölü canlar" saxlamasından, "tender oyunları"ndan dəfələrlə bəhs etmişdik. Üstəlik bütün bunlar barəsində redaksiyamız adından Azərbaycan Respublikasının Baş Prokurorluğuna da rəsmi müraciətlər ünvanlamışdıq.
Lakin, buvaxta qədər Baş Prokurorluq tərəfindən sözügedən idarənin rəhbəri barəsində hər hansı bir qanuni tədbirin görülməsinə dair heç bir məlumat almamışıq.
Sabirabad rayon Suvarma Sistemləri İdarəsinin müdiri Şafiq Heydərov də eyni "iş metodu" ilə çalışır ki, bunun da barəsində məlumatlar Sabirabad sakinləri tərəfindən "Kanal14" canlı efirində səsləndirilmişdi. Hətta, Sabirabad rayonunun ziyalı sakinlərindən biri olan Kazım (Cəbrayılov) Ağamikayıloğlu canlı yayımda Sabirabad rayon Suvarma Sistemləri İdarəsinin müdiri Şafiq Heydərovun oğlunun narkotik istifadəçisi kimi adının hallandırıldığını, eyni zamanda sözügedən idarənin rəhbərinin və məsul əməkdaşlarının içki düşkünü olduqlarını, iş saatlarında sərxoş olduqlarını, o idarənin də texnikalarının özəl şirkətlərə günlük icarəyə verildiyini bildirmişdi.
Bəlli ki, bütün bu qeyri-qanuni "ruzi"ni rayon Suvarma Sistemləri İdarələrinin müdirləri təkbaşına yemirlər. Elə olsaydı "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Zaur Mikayılovun buvaxta qədər gözü də görmüşdü, səsi də çoxdan çıxmışdı. Hələ onun maşın kolleksiyaları, ölkə xaricində (Londonda) villaları olan müavinlərini demirik.
Məlumdur ki, Zaur Mikayılovun Londonda 1 milyon manata yeni villa alması ilə media gündəmindən düşməyən müavini Rafiq Aslanov nə o villaları, nə də avtomobil kolleksiyasını "halalca maaşı" əldə etməyib.
Belə olan halda isə qurumun tez-tez bağladığı tender müqavilələrinin və bölgələrdə vətəndaşlardan alınan rüşvətlərin, "sahibsiz" maaş kartlarının, icarəyə verilən texnikaların, rüşvətə "satılan sular"ın kimlərə xidmət etdiyi barəsində qaranlıq sual qalmır.
Yeri gəlmişkən, Saatlı rayon sakini Asim Əliyev də bölgədə təxirə salınmış təmizləmənin səbəbinin texnikaların icarəyə verilməsi ilə Tahir Rzayevin özünə və özündən "yuxarıdakı adamı"na "çörək qazanması" olduğunu açıqlamışdı. (Bu barədə ətraflı məlumatlar sosial mediada)
Qeyd edək ki, Əlimirzə Kazımovun müraciətindən bəri başı "qazanc sezonu"na möhkəm qarışan Saatlı rayon Suya cavabdeh şəxslərindən heç biri redaksiyamızla əlaqə saxlayıb mövqe bildirməyiblər.
Biz yenə də öz adımızı və obyektivliyimizi qoruyaraq, adıçəkilən tərəflərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.