Ardını oxu...
Naxçıvanda aparılan struktur və kadr islahatlarından sonra meydana çıxan, “Tikilməkdə olan layihələrin idarə edilməsi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradaraq ona rəhbərlik edən İsmayıl Məmmədovdan redaksiyamıza şikayət məktubları daxil olmaqda davam edir.

İsmayıl Məmmədovun rəhbərlik etdiyi MMC muxtar respublikada tikinti sektoruna nəzarət funksiyasını həyata keçirir. İddia edilir ki, MMC rəhbəri özünü Naxçıvanda xüsusi mandat verilmiş şəxs kimi aparır.

Bu MMC Naxçıvan Muxtar Respublikası Ali Məclisinin bu yaxınlarda ləğv edilmiş Naxçıvanşünaslıq Mərkəzinin binasında fəaliyyət göstərir.

Əvvəlcə onu qeyd edək ki, bu bina muxtar respublika ərazisindəki mühüm tarixi abidələrdən biridir.

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun icraçı direktoru, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev TNS-ə deyib ki, həmin bina 1840-cı ildə tikilib. Bu binada vaxtilə Çar Rusiyasının yerli orqanları, 1918-ci ildə isə Araz-Türk Cümhuriyyətinin parlamenti fəaliyyət göstərib.

Maraqlıdır ki, bu tarixi bina nəyə görə “Tikilməkdə olan layihələrin idarə edilməsi” Məhdud Məsuliyyətli Cəmiyyətinə icarəyə verilib? Həmin təşkilat isə bu tarixi binanın interyerini öz istədiyi kimi dəyişdirib, yəni abidəyə xələl gətirib. Halbuki muxtar respublikada bu binada fəaliyyət göstərə biləcək, iş şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan onlarla elm, təhsil və mədəniyyət müəssisəsi vardır.

Sən demə, bu bina heç tarix və mədəniyyət abidəsi kimi qeydə alınmayıb.

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinədən TNS-in soğusuna cavab olaraq bildirilib ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 4 sentyabr 2023-cü il tarixli sərəncamı ilə bu bina İqtisadiyyat Nazirliyinin sərəncamına verilib. Cari ilin sentyabr ayında “Tikilməkdə olan layihələrin idarə edilməsi” Məhdud Məsuliyyətli Cəmiyyəti nazirliyə müraciət edərək keçmiş Naxçıvanşünaslıq Mərkəzinin binasının onlara icarəyə verilməsinə köməklik göstərilməsini xahiş edib. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin məlumatına əsasən, qeyd olunan obyektin tarixi abidələr siyahısında olmadığı nəzərə alınaraq, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununa və “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, Naçıvan şəhəri, Nizami küçəsi 16 ünvanında yerləşən, 778,5 kvadratmetr olan qeyri-yaşayış sahəsi bir il müddətinə həmin MMC-yə icarəyə verilib. “Tikilməkdə olan layihələrin idarə edilməsi” Məhdud Məsuliyyətli Cəmiyyəti 59975,64 manat icarə haqqı ödəməlidir. Yəni, bu obyektin bir kvadratmetri həmin MMC-yə 6 manat 42 qəpiyə icarəyə verilib. İndiki dövrdə Naxçıvan şəhərinin mərkəzində icarəyə götürmək üçün bu qiymətə belə bir obyekt tapmağın mümkün olub olmadığını qiymətləndirməyi oxucuların ixtiyarına buraxırıq.

Əldə etdiyimiz məlumata görə, İsmayıl Məmmədovun rəhbərlik etdiyi MMC hələ icarə müqaviləsi bağlanmamışdan xeyli əvvəl, Naxçıvanşünaslıq Mərkəzi ləğv edildikdən sonra binada təmir işləri aparıb, orada fəaliyyətə başlayıb. Bütün bu faktlar İsmayıl Məmmədovun Naxçıvanda xüsusi səlahiyyətli şəxs olduğu iddialarını gücləndirir. Onun muxtar respublikada necə söz sahibinə çevrildiyi ilə bağlı tutarlı faktı yazının sonunda qeyd edəcəyik.

İndi isə keçək “Tikilməkdə olan layihələrin idarə edilməsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyinin muxtar respublikada tikintiləri dayandırması, tikilməkdə olan binaları qanunsuz şəkildə sökdürməsi məsələsinə. Fakt odur ki, İsmayıl Məmmədov muxtar respublikada istənilən tikinti obyektinin tikintisini dayandırır, istədiyi obyekti sökdürür.

Bir neçə misal çəkək. Bu MMC-nin təklifi və təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetinin tikilməkdə olan futbol stadionu sökülüb. Həmin obyektin tikintisinə sərf olunan yüz min manatlarla dövlət vəsaiti havaya uçub. Bu azmış kimi, İsmayıl Məmmədov universitetin tikilməkdə olan rektorluq binasının da sökdürülməsinə çalışır. Bu bina ilə bağlı Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin qüsur aktı var. Amma bu, binanın sökülməsinə əsas vermir. Nöqsanlar aradan qaldırıla, binanın tikintisi başa çatdırıla bilər. Bu binanın tikintisinə 2 milyon manat vəsait xərclənib. Deməli, dövlətin 2 milyon manatını heç bir rəsmi səlahiyyəti olmayan şəxs küçəyə atmaq fikrindədir.

İsmayıl Məmmədov heç bir əsas, səbəb və səlahiyyəti olmadan Naxçıvan Dövlət Universitetinin Texnologiyalar Parkının tikintisi dayandırıb. Muxtar respublikanın bir səlahiyyətli şəxsinin də cəsarəti çatmır ki, bu adamdan soruşsun görək, axı bu kimdir? Muxtar respublikanın Ali Məclisi də, Nazirlər Kabineti də hələ ki susur.

Bəs Naxçıvanda bu MMC tərəfindən tikilmədə olan obyektlərin sökülməsi, tikintisinin dayandırılması ilə bağlı aidiyyəti dövlət orqanlarının məlumatı varmı?

Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri İlqar Sadıqov TNS-ə açıqlamasında deyib ki, onların bu Məhdud Məsuliyyətli Cəmiyyətin fəaliyyəti barədə məlumatları yoxdur.

“Biz ancaq daxil olan layihələrə baxıb onların uyğunluğuna rəy veririk. Bizim funksional istiqamətimiz bundan ibarətdir. Tikintiyə nəzarət Fövqəladə Hallar Nazirliyinin səlahiyyətindədir”, – komitə sədri əlavə edib.

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinə göndərdiyimiz sorğuya isə hələ cavab verilməyib.

Naxçıvanda hansısa qanunsuz tikinti aparılıbsa, yaxud hansısa obyektdə qüsur aşkar edilibsə, bu sahəyə cavabdeh dövlət orqanları var. Bu barədə qanuni tədbir görmək həmin dövlət orqanlarının səlahiyyətindədir. Yenə həmin suala qayıdırıq. “Tikilməkdə olan layihələrin idarə edilməsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyi hansı səlahiyyətlə dövlətin işinə qarışır? Bu MMC dövlət orqanlarının inşa etdiyi, yaxud inşa etdirdiyi obyektləri necə sökdürür? Naxçıvanda bu qədərmi dərəbəylik hökm sürür?

Əgər sahibkar İsmayıl Məmmədovun avtomobili Naxçıvan Ali Məclisinin düz qarşısında, heç kimin avtomobilini saxlamağa, hətta ordan keçməyə belə icazəsi olmayan bir yerdə saxlanılırsa, deməli, o, xüsusi səlahiyyətli şəxsdir. Qanunlarla idarə olunan Azərbaycanda belə qanunsuzluqlara heç vaxt göz yumulmayacaq.

Naxçıvanda özünü xüsusi imtiyazlı şəxs kimi aparan və ona bu şəraiti yaradanlara ölkə Prezidentinin sözlərini xatırladırıq: “Qanun qarşısında hamı bərabərdir, heç kim toxunulmaz deyil, heç kimin heç bir xüsusi imtiyazları yoxdur”.

Mövzunu davam etdirəcəyik. //TNS//
QEYD: Naxçıvanda deyəsən züsusi səlahiyyətlilər gün gündən artıq...

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
 
Ardını oxu...
     

Ağdam rayon icra başçısı Vaqif Həsənovun müavini Vaqif Kazımov vətəndaşa qarşı pis rəftarı və söyüşləri hər kəsi doğrudanda şoka salıb. Ən əsası bu məmura yaraşmayan bu biabırçı addıma Vaqif Həsənov susacaqmı ? Bax bu sual altındadır..
Vaqif Həsənovun təyin etdiyi kadr Vaqif Kazımov iş vaxdı çayxanalarda damino oynamaqla vaxtını keçirməyi absurt dərəcədə yol verilməzdir…
Ağdam rayon sakini İlhami Nəsibov qeyd edir ki,Vaqif Kazımov ona qarşı pis,pis söyüşlərlə təhqir edərək tərbiyəsizlik nümyiş edib.
Onuda qeyd edək ki,İlhami Nəsibov Kanal21.az-ın Ağdam üzrə bölgə müxbiridir.
Ətraflı video sujetdə.

Turantv.az


Ardını oxu...
Son zamanlar sosial şəbəkələrdə Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeçilyində olan Kəlbəcər təhsil sektorunun rəhbəri Namiq Rəcəbov haqqında bəzi məktəb direktorlarının narazılığını əks etdirən qeydləri yayılır.
Qeyd edək ki, sonuncu belə bir qeydi Mingəçevirdə yerləşən 35 saylı Kəlbəcər orta məktəbinin direktoru Elşən Əzim səsləndirib. O, özünün sosial şəbəkə hesabında yazır: “Bürokratik əngəllər.. və ya vəzifə səlahiyyətləri tam dəqiqləşdirilməmiş təhsil sektorları.
Əmr deyilən xüsusi səlahiyyət tələb edən sənəd növünə və ya kərgüzarlıq növünə dərkənar qoymaq sindiromu…
Köhnə təhsil şöbəsi müdiri nostalgiyasından çıxa biləməyən sektor müdirləri…”
“Zənnimcə yuxarıda qeyd olunan mövzular mətbuatın əsas gündəmi olmalıdır” deyə Elşən Əzim fikirlərini tamamlayıb.
Bu narazılığı ilə bağlı Gununsesi.info-nun əməkdaşı adıçəkilən direktorla əlaqə saxlayıb.
Saytımıza açıqlamasında Elşən Əzim bunları deyib:

“Məktəb direktorlarının səlahiyyətinə müdaxilə olunur. Məktəb direktoru dərs bölgüsünə ilin istənilən vaxtı dəyişiklik etmək səlahiyyətindədir. Bunu qanun çərçivəsində edirsə, heç kimin etiraz etmək, icazə verməmək hüququ yoxdur. Əmrlərin yazılışında əmrin məzmunundan asılı olaraq mühasiblə, hüquqşünasla, məşğulluq mərkəzi ilə, məsləhətçilərlə müzakirə oluna bilər. Bu da əmr yazılmamışdan əvvəl onun layihəsinin müzakirəsi müstəvisində ola bilər, ancaq yazılmış əmrə bir başqasının dərkənar qoyması və o əmrin icrasının həmin dərkənardan sonra həyata keçirilməsi heç kərgüzarlıq qaydalarında nəzərdə tutulmayıb. Ümumiyyətlə özünün əmr vermək səlahiyyəti, möhürü olmayan şəxs əmr vermək səlahiyyəti olan şəxsin əmrinə necə icazə verə bilər? Ya o sektor müdirlərinin səlahiyyəti artırılsın, ya da direktorların səlahiyyəti rəsmi olaraq məhdudlaşdırılsın, birdəfəlik işimizi bilək”.
 //Gununsesi.info//


ŞƏRHİMİZ: Yəqin ki, Kəlbəcər rayonu coğrafi baxımdan azad olduğu kimi, bu cür məmurlardan da nəhayətdə qurula biləcək...
Ardını oxu...
Laçın şəhərində aşbaz işləyən Bakir Əliyev iddia edir ki, mənşəyi bilinməyən əti alıb mənə verdilər ki, bişir ustalar və fəhlələr yesin.
Laçında Rabitə İnşaatda Rabil müəllim fəhlələrə mənşəyi məlum olmayan ət yedirdir...AQTA-nın nəzərinə.
Bakir Əliyev buna etiraz edərək dalaşıb və işdən çıxıb. Qeyd edir ki, mənşəyi bilinməyən əti bişirib ustalara fəhlələr verə bilmərəm.

 
 
 
Ardını oxu...
Yerüstü Nəqliyyat Agentliyindən çox yazmışam.
Dedim bir az müşahidə edim,bəlkə nəticə çıxardalar.

Görürəm yox,agentliyin rəhbəri Anar Rzayev yenə öz əməllərini davam etdirir.
Şikayətlər də yenə davam edir.Çünki qaldırılan məsələlərə heç baxılmır da.
Bu adam Azərbaycan Yerüstü Nəqliyyat Agentliyini (AYNA) şəxsi mülki kimi idarə edir.

Arxasında nazir müavini Rəhman Hümmətov,qabağında da əlaltıları,ətrafına yığdığı qohum-əqrəbası.
Qaz vurub qazan doldururlar.Anar müəllim dövlətin işini,büdcəsini öz biznesinə çevirib.

Beynəlxalq yükdaşımaları,nəqliyyatdakı bütün yükdaşımalara az qala inhisara alıb.Dövlət rüsumu bir yana,Anar Rzayevin qoyduğu öz rüsumları var.
Razılaşmayan günlərlə gözləməli olur. Hələ TIR-lar saxladığı qarajları demirəm.
Məsələn,Xırdalanda 1 000 000 (bir milyon) dəyərində avtoqarajlarını qeyd etmək olar.

Bunlar barədə əvvəlki məqalələrdə ətraflı yazmışam.
Yerüstü Nəqliyyata cavabdeh şəxsin “yer altından” gördüyü işləri,işçilərə qarşı haqsızlığı,ixtisaslı işçilərin yerinə qohumlarını,dost-tanışı necə yığdığını göstərmişəm.

Anar Rzayev bu yeyintiləri hesabına yaxşı sərvət sahibi olub.
Qubada daş karxanası,müxtəlif yerlərdə iaşə obyektləri,Bakıda 60 mənzil,Novxanıda malikanə,Sədərək Ticarət Mərkəzində biznes əlaqələri Anar Rzayevi lap kommersant oliqarxa çevirib.

Onun hazırki fəaliyyəti,şikayətlər barədə qeydlərim olacaq.
Bunu isə xatırlatma kimi yazdım ki, Anar müəllim bəlkə mövqeyini bildirmək istəsə, buyursun.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Boyukmillet.com olaraq hər zaman həm şikayətçilərin, həm də qarşı tərəfin mövqeyini əks etdirməyə hazırıq.
Sima Babayeva
 
Ardını oxu...
Son dövrlərdə ökəni bürüyən özəl kilinikalarla bağlı problemlər bitmək bilmir. Bu klinikaların bir çoxunun adı çox bahalı qiymətləri və riskli xidmətləri ilə tez-tez mediada hallanır. Belə ki, fasiləsiz reklam yolu ilə özlərini peşəkar və yüksək savadlı həkim kimi qələmə verən bəzi şəxslər bu klinikaların pərdəsi altında pasiyentlərin başına oyun açır, lakin heç bir məsuliyyətə cəlb olunmurlar. Belə klinikalardan biri də Bakıda fəaliyyət göstərən “Doktor Med İnternational” klinikasıdır.

Klinikanın fəaliyyəti haqda saytımıza məlumat verən mənbənin dedyinə görə, klinikada həkim adı ilə təqdim olunan şəxslərin çoxunun ali tibbi təhsili yoxdur. Onlar hardasa 1-2 aylıq kursun kağızını alaraq həkim kimi pasiyentlərə xidmət gösfərir, onların xeyli pulunu alır, amma müalicələri heç bir effekt vermir.

Məsələn, exo-kardioqramma işi məşğul olan şəxs heç bir ali və ya orta ixtisas tibb təhsili olmadan, yalnız bir neçə aylıq kurs keçməklə bu müraciət edən xəstələri müayinə edir, laborator analiz götürür və təyinat verir, halbuki bu işlərə səlahiyyəti yoxdur, klinikanın qəbul şöbəsində (reseption) işləyir.

Klinikada cərrahiyə şöbəsi olmadığı halda burada kiçik cərrahi əməliyyatlar da aparılır, həm də adi otaqlarda xüsusi cərrahi təchizat olmayan yerlərdə. Xüsusən də, əli, ayağı şişmiş, qanqrena olmuş və ya olmaq üzrə olan şəkər xəstələrinin üzərində yarma üsulu ilə əməliyyatlar aparılır.

USM müayinəsini də tibbi təhsili olmayan, sertifikasiyadan keçməyən şəxs aparır. Saç əkilməsi üzrə lisenziyası olmayan şəxs tərəfindən bu əməliyyatlar aparılır.

İş o yerə gəlib ki, xəstənin rentgen aparatından keçirilməsini klinikanın mühafizəçisi aparır. Heç bir tibbi təhsili və bu sahədən anlayışı olmayan bir şəxsin belə təhlükəli bir müayinə aparatını işlətməsi insanların həyatı üçün ciddi təhlükə yaradır.

Mənbəmizin məlumatına görə, klinikadakı tibbi cihazların çoxu köhnə və qeyri-standart aparatlardır və çox vaxt düzgün diaqnoz qoya bilmir, başqa klinikalarda təkrar diaqnostika zamanı fərqli nəticələr çıxır. Üstəlik də, diaqnostika, müayinə və müalicə qiymətləri çox yüksəkdir.

Klinikada müxtəlif sahələr üzrə işləyən həkimlərin çoxunun həmin sahədə ali tibbi təhsili yoxdur. Onların arasında kosmetologiya, exo-kardioqramma, fizioterapiya, USM müayinəsi və sair sahələrdə çalışan şəxslər var. Əksər həkimlər sertifikasiyadan keçməyib və faktiki olaraq qanunsuz şəkildə həkim fəaliyyəti göstərirlər.

Bu şəxslər özlərini sosial şəbəkələrdə reklam etməklə müştəri cəlb edir və onların pulunu alır, amma müalicələrinin heç bir xeyri olmur. Müştəri sözünü elə-belə yazmadıq, bəli pasiyentlərə məhz müştəri gözü ilə baxırlar.

Klinika rəhbərliyi bu tibbi təhsilsiz şəxsləri həkim kimi işə götürə bilmədiyindən müxtəlif rəhbər və texniki vəzifələrə təyin edərək faktiki həkim kimi işlədir.

Mənbəmiz əgər Səhiyyə Nazirliyi və digər aidiyyatı orqanlar tərəfindən yoxlama aparılsa, klinikada çox sayda qanunsuzluq üzə çıxacağını deyir.

Yeri gəlmişkən, klinikanın xidmətlərindən istifadə etmiş və aldadılmış vətəndaşlar şikayətlərinin işıqlandırılması və araşdırılması üçün bizə müraciət edə bilərlər.

Məsələ ilə bağlı əlavə məlumat toplamağa çalışırıq. Mövzunu davam etdirəcəyik.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq

Analoq.az
 
Ardını oxu...
Dünyasını dəyişmiş yaxın-uzaq qohumlarının dəfni ilə qayğılanan hər kəs, xüsusilə də paytaxt sakinləri yaxşı bilirlər ki, Bakıda qəbir yerlərinin satılması əməlli-başlı gəlir gətirən biznesə çevrilib. Məlum olduğu kimi, qəbir yerləri rəsmi qiymətindən yüz dəfələrlə baha qiymətə satılır. Mental dəyərlərə sadiq olan azərbaycanlılar vəfat edən əzizlərini son mənzilə ehtiramla yola salmaq üçün pullarını əsirgəmir, narazı qaldıqları “od tutub yanan” qiymətlərə görə mübahisə etməyi ən azından təziyə mərasiminin davam etdiyi müddətdə qeyri-məqbul hesab edirlər.
Mediatv.az xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı ilə “Qəbiristanlıqların salınması və idarə olunması qaydaları” təsdiqlənib. Azərbaycan Konstitusiyasının, Mülki Məcəlləsinin və Şəhərsalma və Tikinti Məcəlləsinin, “Bələdiyyələrin statusu haqqında”, “Dini etiqad azadlığı haqqında” qanunun və başqa normativ hüquqi aktlarının tələbləri nəzərə alınmaqla hazırlanmış Qaydalara əsasən, qəbiristanlıqların idarə olunması bələdiyyələrə həvalə edilir. Yeni qəbiristanlığın salınması barədə qərarlar da bələdiyyə tərəfindən qəbul edilir. Həmçinin qəbiristanlığın ərazi planlaşdırılmasının sifarişçisi qismində bələdiyyə çıxış edir.

Fəqan Məlikov Rəfail Mehrəliyevi necə aldadır?

Ancaq çox maraqlıdır ki, paytaxtda bir sıra böyük qəbiristanlıqların (Sabunçuda “Birinci Zabrat qəbiristanlığı, Qaradağ rayonunda “Qurd qapısı” qəbiristanlığı,Buzovna qəbiristanlığı,Yasamal rayonunda Dövlət İmtahan Mərkəzinin arxasındakı qəbiristanlıq,Nizami rayon NZS qəsəbəsindəki qəbiristanlıq) idarə olunması yerli bələdiyyələrin ixtiyarına verilməyib, əvvəlki kimi Bakı Şəhər İcra Hakimiyyətinin tabeçiliyində olan Vətəndaşlıq Xidməti Trestinin sərəncamında qalıb.
Nazirlər Kabinetinin qəbul etdiyi qərarın tam icra olunmaması özü-özlüyündə müəyyən suallar doğurur. Elə bu sualları ehtiva edən 05.07.2023-cü il tarixli məktubla Bakı ŞİH-nin başçısı cənab Eldar Əzizova müraciət etdik və bu sualları doğuran məlumatların qanunauyğun surətdə tərəfimizdən araşdırılmasına şərait yaradılmasını xahiş etdik.
Bakı ŞİH-nin Mənzil – Kommunal Təsərrüfatı Departamenti (MKTD) bizim məktubumuzu ay yarım sonra 28.08.2023-cü il tarixli məktubuna qoşma edərək, müraciətimizə baxılması, nəticəsi barədə qısa müddətdə redaksiyamıza və Departamentə məlumat verilməsi üçün Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin müdiri Fəqan Məlikova göndərdi.

Öz növbəsində Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin müdiri F.Məlikov 02.11.2023-cü il tarixli (Departamentin məktubundan düz iki ay sonra) məktubu ilə redaksiyaya necə cavab göndərsə yaxşıdır: “Məlumat üçün bildiririk ki, “Qəbiristanlıqların salınması və idarə olunması qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarına əsasən balansımızda olan qəbiristanlıqların 90%-i Bakı şəhəri üzrə müvafiq rayon və qəsəbə bələdiyyələrinə təhvil verilmişdir (Fəxri və Şəhidlər Xiyabanı istisna olmaqla). Balansımızda olan Xəzər rayonu Buzovna, Sabunçu rayonu 1 və Qaradağ rayonu Ümumşəhər (“Qurd qapısı”) qəbiristanlıqlarında “Şəhidlər sektoru” olduğundan, həmin sektorlara tərəfimizdən xüsusi qulluq və nəzarət həyata keçirilir. Balansımızda qalan qəbiristanlıqların təhvil prosesi heç bir problem olmadan davam etdirilir”.
Göründüyü kimi, bu cavab məqbul olsaydı, onu bizə elə MKTD özü verərdi, Trestə həvalə etməzdi. Deməli, Departament sədri Rəfail Mehrəliyev Trest müdiri Fəqan Məlikovun işdəycələri barədə tam məlumatlı olmaya bilər və o üzdən təxmin edə bilər ki, Məlikov sadəcə redaksiyanın iddialarını birmənalı şəkildə rədd edəcək. İkincisi, Nazirlər Kabinetinin məlum tarixdə qəbiristanlıqların 90 %-nin deyil, hamısının, yəni 100%-nin bələdiyyələrə təhvil verilməsini qərara alıb, özü də üç ay (!) müddət ərzində.Görünür Fəqan Məlikov özünü Nazirlər Kabinetinin məsul şəxslərindən "ağıllı"sayır. Qəbiristanlıqların F.Məlikovun məktubunda qeyd edilən 90 %-i isə Trestin sabiq müdiri mərhum Cavanşir Tağıyevin rəhbərlik etdiyi dövrün son bir ilində yerli özünüidarəetmə qurumlarına təhvil verilib. C.Tağıyev 2019-cu ilin sonunda vəfat edəndən sonra Trestə müdir təyin olunanşəxs və hal-hazırki müdir F.Məlikov isə bu istiqamətdə heç bir addım atmayıb və qalan qəbiristanlıqları əlində saxlamağa çalışıb.
F.Məlikovun şəhid ruhları ilə alver etməsinin heç bir məntiqli izahı yoxdur. Ona görə ki,2-ci Vətən müharibəsindən sonra respublikanın hər yerində olduğu kimi, Bakıda da demək olar bütün qəbiristanlıqlarda, o cümlədən bələdiyyələrin balansına verilmişlərdə şəhid məzarları var. Bələdiyyələrin həmin şəhid məzarlarına laqeyd yanaşması barədə statistika yoxdur. Bundan başqa, Trestin şəhid məzarları üçün ayrılmış sektorlara görə bütöv qəbiristanlıqları öz balansında saxlamasına gərək yoxdur. Bundan başqa, Trest rəhbərliyi istəsəydi, yuxarıda adları çəkilən qəbiristanlıqları da NK-nın qərarına uyğun olaraq bələdiyyələrə təhvil verər, yalnız şəhid məzarlarına xidmət etmək ixtiyarının özündə qalması təşəbbüsü ilə çıxış edərdi. Yəni, Trestin yalnız şəhid məzarları üçün ayrılmış sektorlara görə bütöv qəbiristanlıqları öz balansında saxlamasına gərək yoxdur. Demək, Trest müdiri şəhidlərə məxsus olmayacaq qəbir yerlərinə nəzarəti özündə saxlamaqda maraqlıdır. Marağın da nədən ibarət olduğunu məqaləmizin əvvəlində bildirmişik.Bir də görəsən hansı qəbirastanlıqda “Şəhidlər sektoru” mövcuddur və Fəqan Məmmədov onlara hansı xüsusi qulluq gösdərir?
Davamı var....

Nyus.Az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!

Nyus.Az
 

Ardını oxu...
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarından rüşvət almamaqla bağlı iltizam alınıb.

DİA.AZ bildirir ki, bu barədə idarənin əməkdaşları AzToday.az-a məlumat verib. Məlumata görə, noyabrın 3-də 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin direktoru Nəsimi Nəsibov iclas keçirərək işçilərə bundan sonra rüşvət almamaq barədə xəbərdarlıq etməklə yanaşı onlardan bununla bağlı yazılı iltizam alıb. Nəsimi Nəsibov bunu nazir Muxtar Babayevin əmri ilə etdiyini də işçilərin nəzərinə çatdırıb.

İclasda daha sonra nazirliyin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində əkin yerləri ilə bağlı keçirdiyi auditin nəticələri müzakirə olunub. Direktor auditin nəticəsinə görə xəbərdarlıq aldığını və buna görə işçilərdən “sağ ol” gözlədiyini də deməyi unutmayıb. İşçilər isə bildirir ki, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində əkin işləri ilə bağlı vəziyyət çox bərbaddır, bu səbəbdən direktor başda olmaqla idarənin məsul şəxslərinin cinayət məsuliyyətinə cəlb olunması gözlənilirdi. Amma nədənsə, Muxtar Babayevin göndərdiyi audit yoxlamalarının nəticələri Nəsimi Nəsibov üçün ürəkaçan olub…

AzToday.az-a daxil olan məlumatlarda iddia olunur ki, bir-neçə meşə təsərrüfatının rəhbər şəxslərin rüşvət və korrupsiya əməllərinə görə həbs olunması 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəhbərliyini narahat edib. Bu narahatlıq fonunda yaşanan gərginlik bütün idarədə hər an hiss olunur. Daxili İşlər Nazirliyinin bir müddət əvvəl idarədə keçirdiyi əməliyyatın növbəti dəfə təkrar olunacağı yüksək ehtimal olaraq qalır…

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Ardını oxu...
Dünyasını dəyişmiş yaxın-uzaq qohumlarının dəfni ilə qayğılanan hər kəs, xüsusilə də paytaxt sakinləri yaxşı bilirlər ki, Bakıda qəbir yerlərinin satılması əməlli-başlı gəlir gətirən biznesə çevrilib. Məlum olduğu kimi, qəbir yerləri rəsmi qiymətindən yüz dəfələrlə baha qiymətə satılır. Mental dəyərlərə sadiq olan azərbaycanlılar vəfat edən əzizlərini son mənzilə ehtiramla yola salmaq üçün pullarını əsirgəmir, narazı qaldıqları “od tutub yanan” qiymətlərə görə mübahisə etməyi ən azından təziyə mərasiminin davam etdiyi müddətdə qeyri-məqbul hesab edirlər.
Mediatv.az xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı ilə “Qəbiristanlıqların salınması və idarə olunması qaydaları” təsdiqlənib. Azərbaycan Konstitusiyasının, Mülki Məcəlləsinin və Şəhərsalma və Tikinti Məcəlləsinin, “Bələdiyyələrin statusu haqqında”, “Dini etiqad azadlığı haqqında” qanunun və başqa normativ hüquqi aktlarının tələbləri nəzərə alınmaqla hazırlanmış Qaydalara əsasən, qəbiristanlıqların idarə olunması bələdiyyələrə həvalə edilir. Yeni qəbiristanlığın salınması barədə qərarlar da bələdiyyə tərəfindən qəbul edilir. Həmçinin qəbiristanlığın ərazi planlaşdırılmasının sifarişçisi qismində bələdiyyə çıxış edir.

Fəqan Məlikov Rəfail Mehrəliyevi necə aldadır?

Ancaq çox maraqlıdır ki, paytaxtda bir sıra böyük qəbiristanlıqların (Sabunçuda “Birinci Zabrat qəbiristanlığı, Qaradağ rayonunda “Qurd qapısı” qəbiristanlığı,Buzovna qəbiristanlığı,Yasamal rayonunda Dövlət İmtahan Mərkəzinin arxasındakı qəbiristanlıq,Nizami rayon NZS qəsəbəsindəki qəbiristanlıq) idarə olunması yerli bələdiyyələrin ixtiyarına verilməyib, əvvəlki kimi Bakı Şəhər İcra Hakimiyyətinin tabeçiliyində olan Vətəndaşlıq Xidməti Trestinin sərəncamında qalıb.
Nazirlər Kabinetinin qəbul etdiyi qərarın tam icra olunmaması özü-özlüyündə müəyyən suallar doğurur. Elə bu sualları ehtiva edən 05.07.2023-cü il tarixli məktubla Bakı ŞİH-nin başçısı cənab Eldar Əzizova müraciət etdik və bu sualları doğuran məlumatların qanunauyğun surətdə tərəfimizdən araşdırılmasına şərait yaradılmasını xahiş etdik.
Bakı ŞİH-nin Mənzil – Kommunal Təsərrüfatı Departamenti (MKTD) bizim məktubumuzu ay yarım sonra 28.08.2023-cü il tarixli məktubuna qoşma edərək, müraciətimizə baxılması, nəticəsi barədə qısa müddətdə redaksiyamıza və Departamentə məlumat verilməsi üçün Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin müdiri Fəqan Məlikova göndərdi.

Öz növbəsində Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin müdiri F.Məlikov 02.11.2023-cü il tarixli (Departamentin məktubundan düz iki ay sonra) məktubu ilə redaksiyaya necə cavab göndərsə yaxşıdır: “Məlumat üçün bildiririk ki, “Qəbiristanlıqların salınması və idarə olunması qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarına əsasən balansımızda olan qəbiristanlıqların 90%-i Bakı şəhəri üzrə müvafiq rayon və qəsəbə bələdiyyələrinə təhvil verilmişdir (Fəxri və Şəhidlər Xiyabanı istisna olmaqla). Balansımızda olan Xəzər rayonu Buzovna, Sabunçu rayonu 1 və Qaradağ rayonu Ümumşəhər (“Qurd qapısı”) qəbiristanlıqlarında “Şəhidlər sektoru” olduğundan, həmin sektorlara tərəfimizdən xüsusi qulluq və nəzarət həyata keçirilir. Balansımızda qalan qəbiristanlıqların təhvil prosesi heç bir problem olmadan davam etdirilir”.
Göründüyü kimi, bu cavab məqbul olsaydı, onu bizə elə MKTD özü verərdi, Trestə həvalə etməzdi. Deməli, Departament sədri Rəfail Mehrəliyev Trest müdiri Fəqan Məlikovun işdəycələri barədə tam məlumatlı olmaya bilər və o üzdən təxmin edə bilər ki, Məlikov sadəcə redaksiyanın iddialarını birmənalı şəkildə rədd edəcək. İkincisi, Nazirlər Kabinetinin məlum tarixdə qəbiristanlıqların 90 %-nin deyil, hamısının, yəni 100%-nin bələdiyyələrə təhvil verilməsini qərara alıb, özü də üç ay (!) müddət ərzində.Görünür Fəqan Məlikov özünü Nazirlər Kabinetinin məsul şəxslərindən "ağıllı"sayır. Qəbiristanlıqların F.Məlikovun məktubunda qeyd edilən 90 %-i isə Trestin sabiq müdiri mərhum Cavanşir Tağıyevin rəhbərlik etdiyi dövrün son bir ilində yerli özünüidarəetmə qurumlarına təhvil verilib. C.Tağıyev 2019-cu ilin sonunda vəfat edəndən sonra Trestə müdir təyin olunanşəxs və hal-hazırki müdir F.Məlikov isə bu istiqamətdə heç bir addım atmayıb və qalan qəbiristanlıqları əlində saxlamağa çalışıb.
F.Məlikovun şəhid ruhları ilə alver etməsinin heç bir məntiqli izahı yoxdur. Ona görə ki,2-ci Vətən müharibəsindən sonra respublikanın hər yerində olduğu kimi, Bakıda da demək olar bütün qəbiristanlıqlarda, o cümlədən bələdiyyələrin balansına verilmişlərdə şəhid məzarları var. Bələdiyyələrin həmin şəhid məzarlarına laqeyd yanaşması barədə statistika yoxdur. Bundan başqa, Trestin şəhid məzarları üçün ayrılmış sektorlara görə bütöv qəbiristanlıqları öz balansında saxlamasına gərək yoxdur. Bundan başqa, Trest rəhbərliyi istəsəydi, yuxarıda adları çəkilən qəbiristanlıqları da NK-nın qərarına uyğun olaraq bələdiyyələrə təhvil verər, yalnız şəhid məzarlarına xidmət etmək ixtiyarının özündə qalması təşəbbüsü ilə çıxış edərdi. Yəni, Trestin yalnız şəhid məzarları üçün ayrılmış sektorlara görə bütöv qəbiristanlıqları öz balansında saxlamasına gərək yoxdur. Demək, Trest müdiri şəhidlərə məxsus olmayacaq qəbir yerlərinə nəzarəti özündə saxlamaqda maraqlıdır. Marağın da nədən ibarət olduğunu məqaləmizin əvvəlində bildirmişik.Bir də görəsən hansı qəbirastanlıqda “Şəhidlər sektoru” mövcuddur və Fəqan Məmmədov onlara hansı xüsusi qulluq gösdərir?
Davamı var....

Nyus.Az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!

Nyus.Az
 

Dünyapress TV

Xəbər lenti