Ardını oxu...
Mingəçevir Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi xüsusi texnikaların satınalınması ilə bağlı elan etdiyi tenderdə qalib olan şirkət "Unitexnika" MMC ilə müqavilə imzalayıb. Müqavilənin məbləği 129 min 92 manatdır.
"Unitexnika" MMC-nin nizamnamə kapitalı 10 AZN, qanuni təmsilçisi isə Edvin Mustafayev Valeh oğludur. Müqaviləyə görə, Mingəçevir Şəhər İcra Hakimiyyətinin tabeliyində olan MTK-ya teleskopik qaldırıcı səbət və mişar dəyirmanı alınmalıdır. Belə tenderlər az deyil, davamlı olaraq Mingəçevir Şəhər İcra Hakimiyyəti tender elan edir.
Nəzərinizə çatdıraq ki, 2022-ci il tarixli tender elanında qeyd olunub ki, Mingəçevir şəhər küçələrinin asfalt örtüyünün əsaslı təmirinə 2 milyon 169 min 787 manat vəsait ayrılıb. Sonradan aydın olur ki, 2023-cü il tarixdə Mingəçevir Şəhər İcra Hakimiyyəti adı qismən dəyişərək yolların və səkilərin əsaslı təmir işinə 2 milyon 184 min 640 manat maliyyə ayrılıb.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Gülməlidir, elə deyilmi? Diqqətlə yazıdakı tender məbləğinə, bir də ayrılan asfalt və səkilərin, yolların təmirinə baxın. Aydın olur ki, 2022-ci və 2023-cü ildə ayrılan tenderlər hər ikisi eyni təmirin icrasına yönəlir. Bu isə qaranlıq hallar və sual doğurur. Axı necə ola bilər ki, 2022-ci il tarixdə asfalt təmirinə, 2023-cü il tarixdə yolların, səkilərin təmirinə bu qədər vəsait ayrılsın? Hər iki eyni təmirin əsasıdır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "ATF" MMC 23 dekabr 2003-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Göyçay rayonunun Çayarxı kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi Muradov Təbriz Əzim oğludur. "Tender kralı" kimi tanınan "ATF” MMC Azad, Təbriz və Fəxrəddin Muradov qardaşlarına məxsusdur. Şirkətin adı da qardaşların adlarının baş hərflərinin birləşməsidir.
Ardı var...
Qarşı tərəfin mövqeyini dinləməyə hazııq..
Gəncə müxbiri Azər
siam.az
Səhifəmiz hamı üçün açıqdır..
Teref. Xocanın Blogu
 

Ardını oxu...
     

Hörmətli dostlar,
Son 1 həftə ərzində tarixi günlərimizlə əlaqədar QHT Agentliyi ilə bağlı məsələlərə yer ayırmadım. Hər şeydən öncə bizim üçün bu günlərdir.
Bir daha hər birinizi Zəfər Günümüz münasibətilə təbrik edir, Müzəffər Ali Baş Komandana, şanlı ordumuza sonsuz təşəkkür edirəm.
Bir neçə gün bundan öncə bir videomaterial paylaşıldı və mənim də böyük marağıma səbəb oldu. Ortada ciddi faktlar olduğu halda hər kəs susdu və üzərindən keçdi.
Kiçik bir araşdırma aparmaq məcuriyyətində qaldım.
Deməli QHT Agentliyinin ötən qrant müsabiqələrinin birində “satılıq” bir QHT qalib elan olunub.
İddia olunur ki, bu QHT-nin qalib olmasından Müşahidə Şurasının xəbəri yoxdur. Çünki qanunsuz bir əmələ Müşahidə Şurası imza atmazdı.
QHT-nin sədri rəsmi olaraq başqa bir şəxs olsa da, Agentliyin icraçı direktoru Aygün Əliyevanın rəfiqəsi Nahidə adlı bir xanımın adı qeyd olunub. Xanım isə QHT sektorunda deyil, əvvəllər Binəqədi İcra Hakimiyyətində, hazırda isə TƏBİB-də çalışır.
Layihəyə 9500 manat ayrılsa da, mediada bu layihənin icrasına aid bir xəbər tapmadıq. Demək ki, həmin vəsait sadəcə silinmək üçün öz QHT-lərinə köçürülüb.
Satılıq olan bu QHT ilə bağlı bütün sənədləri əldə etmişik və yaxın zamanlarda youtube kanalımız vasitəsilə hər bir detalı açıqlayacayıq.
Böyük ehtimal ki, bu kimi satılıq təşkilatların sayı və pul silinməsi üçün ayrılan vəsaitlərin həcmi çoxdur.
Faktı araşdırmaq və ölçü götürmək aidiyyəti qurumların işidir.
Biz sadəcə eşitdiyimiz və əldə edə bildiyimiz faktları ictimaiyyətin diqqətinə çatdırırıq. Anlayırıq ki, media vasitəsilə üzərimizə basqılar artacaq, amma bu dövlət vəsaitidir və Cənab Prezident bu vəsaiti QHT-lərin təşəbbüslərinin dəstəklənməsinə ayırıb.
Bu vəsait kimlərinsə şərikli biznesinə ayrılmayıb.
Belə saxtakarlıqların üzərindən keçilməsi başqa mətləblərdən xəbər verir.
Biz hər zaman dövlət maraqlarından çıxış edərək QHT Agentliyindəki saxtakarlıqları ifşa etmişik. İlk dəfə Agentliyin böyük vəsait sildiyi “Heydər Əliyevin Şuşa sevgisi” adlı tədbirlə bağlı, daha sonra 40-dan çox ölü QHT-yə qrant ayrılması faktlarını və s.
İnanırıq ki, kimlərinsə ört-bastır etməyə çalışdığı faktlarla QHT sektoru zamanla daha yaxından tanış olacaq.
Samir Adigozelli
Teref: Xocanın Blogu
Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
Ardını oxu...

     

Ardını oxu...
DogruXeber.az: - Şah İsmayıl Xətai yaşasaydı, onun adını daşıyan paytaxt rayonunun ta keçmiş icra başçısı Razim Məmmədovdan indiyədək məmurların nə kökə saldığına şahid olub bir bayatı qoşardı.

Şah babamızın adına olan rayona bu münasibətin sərgilənməsi həqiqətən təhqiramizdir. Səfəvilər dövlətinin - bütöv Azərbaycanın yaradılmasına ilk dəfə nail ola bilmiş Xətainin adı olan Bakı rayonunda indi məmurlar özlərini lap qızılbaşların düşməni Fərrux Yəsarın adamları kimi aparırlar. Soruşa bilərsiniz ki, məmuriyyət Xətai rayonunda nə edir belə? Daha nə etmir ki?! Dövlət qulluqçusu kimi vəzifəsinin öhdəsindən gəlmək istisna, hər bir əməlin yiyəsidirlər – yaşıllıqların məhvi, səkilərin, yolların zəbti, onların yerində yerli icra hakimiyyətinin sərəncamı ilə tikintilər...

Bakının heç bir rayonu bu dərəcədə qəsbə, hücuma məruz qalmayıb. Hətta sabiq başçısı Razim Məmmədovun gedişindən sonra da ağacların qırılması dayanmadı. Açığı, Xətaidə artıq ağac da qalmayıb, bu məmurlar və iş adamları kəsmək üçün hardan tapırlar, çox maraqlıdır. Sanki Xətai rayonun yadelli işğalçılar hücum edib və bu gözəl ərazilərdən intiqam alırlar. İntiqam demişkən, Rubrika.Az xəbər verir ki, informasiya portallarında diqqətimizi çəkən İntiqam Cümşüdov ad-soyadı oldu. Rayonun icra başçısı Rafiq Quliyevin komandasına daxildir. Əslində böyük bir vəzifə də yoxdur, amma bununla belə Xətai rayonunda özünü Səfəvi imperatoru kimi hiss etməkdədir.

Mətbuat iddia edir ki, Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin (MKTB) rəis müavini olan İntiqam Cümşüdov bəlkə də rəisdən də geniş imkanlara malikdir. Qəribədir ki, MKTB rəisinin müavini nə qədər maaş alır, nə qədər qazanır belə?! Axı dövlətin verdiyi məvaciblə Xətai kimi bahalı rayonun mərkəzi Gəncə prospektində çoxsaylı obyektlərə sahiblənmək asan iş deyil. Yəni Gəncə prospektində bir obyektin kvadratının neçə min olduğunu orada yaşayanlar əla bilirlər. Amma saytların da yazdığı kimi, rəis müavini vəzifəsini daşıyan İntiqam Cümşüdov həmin prospektdə bir yox, bir neçə əmlakın sahibidir. Belə iddialar səslənir ki, ona bu şəraiti yaradan icra başçısı Rafiq Quliyev olub.

Çünki aylıq əmək haqqısı 1000-1500 manat arasında dəyişən kiçik bir məmurun Gəncə prospektində dəyəri yüzminlərlə olan obyektlərə yiyələnməsi yalnız İH rəhbərinin dəstəyi ilə ola bilər. O zaman belə güman etmək olar ki, icra başçısı ya şərikdir, ya da onun adına çıxarmaqla məsuliyyətini yüngülləşdirib. Sual oluna bilər ki, hansı məsuliyyətdən söhbət gedir? Bunun da cavabı var – dövlət məmuru bizneslə məşğul ola bilməz. Əgər onun biznes obyektləri varsa, hansı yolla əldə etdiyi dərhal təftiş olunur. Bu halda obyektlərin büdcə pullarının silinməsi, yaxud maxinasiya yolu ilə əldə edildiyi aşkarlansa, korrupsiya elementi sayılacaq.

Görünür ki, İntiqam Cümşüdovun vəzifəsinin kiçik olması nəzərə alınaraq, diqqətdən kənarda qalacağı hesablanıb. Hər halda MKTB rəis müavini olan İntiqam Cümşüdovun bir “kiçik padşah” və ya zəngin məmur olduğu sirr deyil. Bu da onu diqqət mərkəzinə gətirib. Eyni zamanda, yuxarı instansiyalar onun fəaliyyətini və obyektlərə necə sahib olmasını təqib etməmiş deyillər. Ümumiyyətlə, Xətai rayonuna dövlətin ciddi nəzarətinə ehtiyac var. Əks halda rayondan əsər-əlamət qalmayacaq: yaşıllıqların məhvi, məmurların rayonu cənginə alması nəticəsində...

Ən dəhşətli məlumat ondan ibarətdir ki, Xətai rayonunda obyekt, ev və başqa tikililərin icra hakimiyyətindən inşasına “icazə” alınması məsələlərinə də məhz İntiqam Cümşüdovun baxdığı iddia edilir. Onun kifayət qədər fərasətli biri oluğu deyilir. Xətai rayonunda həm nüfuzu, həm geniş əlaqələri, həm də dili-dilçəyi olduğu üçün bu işlərin qeyri-rəsmi həlli məsələləri ona həvalə edilib. Deməli, İ.Cümşüdov yetərincə səriştəli, bacarıqlı və pul qazanmağı bilən məmurdur. Ona görə də icra başçısı rayondakı bu işləri ona tapşırıb, böyük etimad göstərib. Bu da təsadüfi deyil, təcrübəsi var. Çünki İntiqam Cümşüdov daha əvvəl də paytaxtın Binəqədi rayon başçısının Biləcəri qəsəbəsi üzrə ərazi icra nümayəndəsi işləyib. Ona görə də Xətai rayonunda MKTB rəisinin müavini işləyərkən təkcə bu vəzifəsi ilə fəaliyyət dairəsi məhdudlaşmayıb, həm də İH rəhbəri Rafiq Quliyevin rayondakı işlərini görməklə paralel özü də obyektlərə sahiblənib, varlanıb. Nə deyirik, məşhur el misalı var - “Bacarana can qurbandır”, amma baxır necə... Hər halda biz bu iddialarla bağlı adı çəkilən bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.//Rubrika.Az
 
Ardını oxu...

Xırdalan şəhər sakini Muradov Elçin Dadaş oğlu “Dəryaz” qəzetinə müraciət edərək, göz önündə baş verməkdə olan qanun pozuntusunun şahidi olmağa dəvət edib və məsələni mediada ictimailəşdirməyi xahiş edib.

Elçin Muradovun dəvətini qəbul edib onun yaşadığı Xırdalan şəhəri, Nizami küçəsi, 25-ci məhəllə, 1 nömrəli binanın həndəvərinə — haqqında bəhs etdiyi qanunsuz tikilinin inşa olunduğu ünvana getdik. Bayram tətili — Zəfər Günü olmasına baxmayaraq, usta və fəhələlər səylə çalışır və mişar daşlarından divar hörürdülər. Aşkar hiss olunurdu ki, onlara tikintini dayandıra biləcək əlaqədar təşkilatların iş günləri başlayana kimi tələssinlər. Elçin Muradov deyir ki, o, Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng vurandan sonra polis sahə müvəkkili hadisə yerinə gəlib və bircə onu deyib ki, “bu məsələ bizlik deyil”.  

Ardını oxu...

İndi isə təfərrüatlara keçək: İstedadlı rəssam olan Elçin Muradov sözügedən beşmərtəbəli binanın 33 saylı mənzilində yaşayır. Bugünə kimi bir çox Respublika və Beynəlxalq sərgilərdə iştirak edib, fərdi yaradıcılıq sərgiləri nümayiş olunub. Amma işləməsi üçün yaradıcılıq emalatxanası yoxdur. Özü və həmçinin üzvü olduğu Rəssamlar İttifaqı Abşeron Rayon İcra Hakimiyyətinin başçısına müraciət edib ki, yaşadığı binanın arxasındakı boş qeyri-yaşayış sahəsinin ona yaradıcılıq emalatxanası tikməsi üçün ayrılmasına köməklik göstərilsin. Lakin nə sabiq icra başçısı İradə Gülməmmədova, nə də hazırki rayon rəhbəri Abdin Fərzəliyev onun xahişini nəzərə almayıblar.

“Özüm ayrı-ayrı vaxtlarda Abşeron RİH-nin sabiq başçısı İradə xanım Gülməmmədovaya, Abşeron RİH-nin başçısı Abdin Fərzəliyevə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məktubla müraciət etsəm də, hər dəfə adı çəkilən bu qurumların səlahiyyətli şəxslərinin imzası ilə təsdiq olunmuş başdansovdu cavab məktubları verildi. Yəni, verilmiş cavab məktublarının əksəriyyətində “Qeyd etdiyiniz torpaq sahəsi ümumi istifadə üçün nəzərdə tutulduğundan, həmin yerdə tikinti işləri aparıla bilməz” və s. kimi cavablar verdilər. Belə bir cavab məktublarının verilməsinə baxmayaraq, bir müddət bundan öncə bir nəfər şəxs, qeyd olunan yerdə qazıntı işləri aparıb hansısa obyekt inşa etmək qərarına gəlir. Məsələnin maraqlı tərəfi odur ki, həmin şəxs bu yöndə niyyətini “çin etmək” üçün, “Biz qazi ailəsiyik” deməyi də unutmur. O halda sual oluna bilər ki, nədən belə bir tikinti işlərində “Qazi” adından sui-istifadə olunmalıdır? Axı, dövlətimiz tərəfindən imtiyaz sahibi olan hər kəsə, o cümlədən qazilərə də lazımi diqqət və qayğı göstərilir. Maraqlı odur ki, tikintini aparan şəxs bildirir ki, bu yeri mənə İcra başçısı Abdin Fərzəliyev verib”.

Ardını oxu...

Xırdalan bələdiyyəsi Elçin Muradova 14 oktyabr 2019-cu ildə məktubla cavab verib ki, sözügedən 40 kv-metrlik sahə ümumi istifadədə üçün nəzərdə tutulduğundan, ona xahişi ilə əlaqədar köməklik göstərilə bilməyəcək. Bələdiyyənin Elçin Muradova yazdığı 15 oktyabr 2022-ci il tarixli məktubunda isə bildirib ki, sözügedən sahənin yaxın müddətdə kiminsə adına sənədləşdirilməsi nəzərdə tutulmayıb. Torpaq sahəsinin hərraca çıxarılmasını və onun özünün də hərracda iştirakının təmin olunmasını bələdiyyədən israrla xahiş edən Elçin Muradova yerli özünüidarəetmə qurumunun sədri Orxan Musayev məktubda hətta tövsiyə edib ki, hər altı aydan bir yazılı və şifahi şəkildə öyrəbib sahənin aqibəti haqda məlumat alsın. Ancaq göründüyü kimi, Elçin Muradov aldadılıb; emalatxana üçün istədiyi yer onun və ümumiyyətlə, şəhər sakinlərinin xəbəri olmadan, hərrac elan edilmədən başqa bir pullu şəxsə satılıb.

Ardını oxu...

Bütün bunları müxbirimizə video-kamera önündə danışan (video təqdim olunur-red.) Elçin Muradov deyir ki, tikinti başlayanda qanunsuzluğa etiraz etdiyi vaxt bir nəfər cavan oğlan gəlib ona Vətən müharibəsi qazisi olduğunu və əlində heç bir sənədinin olmadığı halda məlum torpaq sahəsinin ona verildiyini bildirib. Maraqlıdır ki, qanunla ümumi istifadədə olan sahənin heç bir imtiyazlı şəxsə güzəştə gedilməsi nəzərdə tutlmayıb. Elçin Muradov bu qənaətdədir ki, rayon rəhbərliyi torpaq sahələrini qanunsuz satmaq üçün Vətən müharibəsi şəhidlərinin ailələrindən və qazilərindən sui-istifadə edir.

Xatırladaq ki, Elçin Muradov il yarım bundan əvvəl də eyni məsələ ilə əlaqədar “Dəryaz” qəzetinə müraciət etmiş və qəzetimizin “Deryaz.az” veb-saytında 22.06.2022-ci il tarixli “Abşeronda gödəniyyəti mədəniyyətdən üstün tutanlar” sərlövhəli məqalə dərc olunmuşdu. Görünür, ötən il yarım ərzində cənab Abdin Fərzəliyevin torpaq siyasətində qanunun xeyrinə heç nə dəyişməyib.

Mövzunu davam etdirəcəyik

Deryaz.az

 
Ardını oxu...

İlon Mask Azərbaycana niyə gəlmir – Milli Aerokosmik Agentliyin ərazisi keçmiş nazirin və spikerin qohumları tərəfindən zəbt olunub

Ardını oxu...

Azərbaycan Milli Aerokosmik Agentliyi — Azərbaycanın kosmik tədqiqat proqramlarını idarə edən dövlət qurumudur. Agentlik 1974-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının tərkibində «Kaspiy» Elmi Mərkəzi kimi fəaliyyət göstərib. 1981-ci ildə «Kaspiy» Elmi Mərkəzinin bazasında Kosmik Kəşfiyyat Elmi İstehsalat Birliyi yaradılıb. Azərbaycan Milli Aerokosmik Agentliyi 1992-ci ildə Ayaz Mütəllibovun 580 saylı fərmanı ilə Azərbaycan Milli Elmlər Akademiyasının «Kaspiy» Elmi Tədqiqat mərkəzinin yerinə təsis edilmişdir.

2006-cı ildə Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilmişdir. 2009-cu ildə Azərbaycan kosmik sənayesi, Prezident İlham Əliyevin sərəncamından sonra kosmik sənayenin inkişafı üzrə dövlət proqramı çərçivəsində inkişaf etdi. Proqram çərçivəsində, 2013-cü ilədək VSAT (Çox Kiçik Apertur Terminalı) yığımı və istehsalı üçün təkliflər verilməsi planlaşdırıldı. 30 iyun 2014-cü ildə agentlik, Airbus ilə əməkdaşlıq edərək Azersky müşahidə peykini buraxdı.

Agentliyin nəzdində Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutu, Elmi Tədqiqat Aerokosmik İnformatika İnstitutu, Ekologiya İnstitutu, Kosmik Cihazqayırma Təcrübi Zavodu, Cihazqayırma Xüsusi Dizayn Bürosu, Xüsusi Dizayn-Texnoloji Bürosu (Lənkəran şəhərində) fəaliyyət göstərir.

Azərbaycanda aerokosmik tədqiqatların əsasını məhz Tofiq İsmayılov 1978-ci ildən Agentliyin baş direktoru Tofiq İsmayılov təyin edilmişdir. Onun rəhbərliyi dönəmində Agentlik artıq ümumdünya əhəmiyyətli tədqiqatlar aparır, kosmik aparatların uçuşlarını tənzimləyən elmi cihazlarla bərabər, agentlik kosmik fəzadan Yer və su səthinin müşayiət edilməsi, okean və dənizlərin dibinin öyrənilməsi, planetimizin ekoloji durumunun müəyyən edilməsinə imkan verən cihazlar yaradır və istehsal edirdi. Görkəmli tədqiqatçı təbiətin ekoloji monitorinqinin keçirilməsində kosmik tədqiqatların imkanları və əhəmiyyətini uzaqgörənliklə anlayır, bu sahədə tədqiqatları genişləndirirdi. Hələ XX əsrin 70 — 80-ci illərində T.İsmayılov Xəzər dənizi və ətraf ərazilərə təhlükə yarada biləcək amillər barəsində xəbərdarlıq etmiş, onların qarşısının alınması yollarını göstərmişdi.

Bütün yuxarıda qeyd etdiklərimizlə məqsədimiz Azərbaycan Milli Aerokosmik Agentliyinin özünün və tabeliyində olan struktur vahidlərinin strateji əhəmiyyətini xatırlatmaqdır. Bununla belə, vurğulamağa dəyər ki, Agentliyin infrastrukturunu təşkil edən, balansında olan ərazi və obyektlər mühafizə olunmalı, hətta mənəvi cəhətdən köhnəldikdə belə aqibətini dövlət müəyyənləşdirilməli, ayrı-ayrı məmurlar tərəfindən satılıb pulu mınimsənilməməlidir. Ən pis halda Agentliyin müasir dövrün tələblərinə uyğun gəlməyən və daha ehtiyac qalmayan əmlakı ya dövlətin, ya da burada çalışan kollektivin mülkiyyətinə keçməlidir.

Amma müşahidələr başqa mənfi tendensiyanın getdiyini göstərir.

Dəryaz qəzetinin redaksiyasına məlumat verən mənbə bildirir ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ilə Süleyman Sani Axundov küçəsi ilə kəsişməsi. Paytaxtın gənc sakinləri bu ünvanda Mərkəzi Seçki Komisssiyasının inzibati binası ilə “Hollivud” otelini yaxşı tanısalar da, onların arasındakı nahiyədə hasarlanmış ərazinin taleyindən bixəbərdirlər. Bura Milli Aerokosmik Agentliyinin elmi-tədqiqat institutunun və cihazqayırma zavodunun ərazisi olub. Hasarın arxasında isə paytaxtda növbəti olacaq “göydələn” yaşayış binasının inşası gedir. Bəli, azərbaycanlı məmurların, iş adamlarının (çox vaxt elə məmur özü biznesmen olur) amerikalı milyarder İlon Maskdan fərqləri odur ki, ev tikib mənzil satmağı peyk uçurmaqdan daha perspektivli sayırlar. Bu tendensiya nə vaxta kimi davam edəcəksə, peyki də ya rusun, ya fransızın hesabına uçuracağıq, İlon Mask da Bakıya qonaq gəlməyi özünə sığışdırmayacaq, tədbirimizə olsa-olsa, on-layn qatılacaq.

Sözügedən ünvanda yaşayan orta və daha yuxarı yaşlı sakinlərlə apardığımız söhbətdən məlum oldu ki, mərhum Müdafiə Sənayesi naziri Yavər Camalovun dövründə necə olubsa, ərazi nazirin həyat yoldaşı tərəfindən “özününküləşdirilib” və sonra da 7 (yeddi) milyon manata hazırda bina tikən iş adamına satılıb. Sözsüz ki, bu məsələdə söz sahibi Aerokosmik Agentliyin direktor müavini Əlihüseyn Camalov (Yavəır Camalovun qardaşı) olub. Yan tərəfdə isə “Azərsu” ASC-nin balansında olan idarə yerləşibmiş. Həmin idarənin ərazisi də ASC-nin sabiq sədri, Milli Məclisin sabiq spikeri, hazırki deputat Oqtay Əsədov tərəfindən ələ keçirilib, hazırda qardaşının ixtiyarındadır, bina tikilib. 1985-ci ildən həmin ətrafda yaşayan ahıl yaşlı sakin deyir ki, o vaxt əhalinin maşın qarajları adambaşına 15 min manat ödənilərək alındı, əslində sakinlərə başqa seçim qoymadılar. O zaman ağaclar kəsildiyindən, yaşıllıqlar məhv edildiyindən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi burada iş görən şəxsləri məhkəməyə də verib, amma xeyri olmayıb.

Araşdırmalarımızı davam etdirmək məqsədilə ərazidə tikinti işləri aparan iş icraçısı ilə telefon əlaqəsi saxladıq. Birinci zəngimizə cavab verən iş icraçısı suallarımız dinlədi, rəhbərliyi məlumatlandıracağını və yenidən əlaqə saxlayacağını vəd etsə də, sonradan ünsiyyətdən yayındı. Əlbəttə, iş icraçısı belə böyük suallara cavab vermək iqtidarında olmayacaq qədər böyük adam deyil. Amma aşkar prosesdir ki, Azərbaycanda məmurlar vəzifəni özlərinin və yaxın adamlarının, varlanması, “yeddi arxa dönənlərinə” yetəcək qədər kapital toplamaq üçün fürsət hesab edirlər. Axı necə olur ki, misal çəkdiyimiz kimi strateji obyektlərin ərazisi hətta doğru-dürüst qərarla da özəlləşdirilməyə çıxarılırsa, məhz onu idarə edən şəxslkərin yaxın adamlarına – həyat yoldaşlarına, övladlarına, qardaş-bacılarına qismət olur? Nəticə çıxır ki, ən azından hərrac şəffaf keçirilməyib. Füersətcilliklə ucuz qiymətə öz əllərinə keçirib, sonra da baha satıblar.

Mövzuya qayıdacağıq.

Deryaz.az

Ardını oxu...
Rayon Təhsil Şöblərinin ləğv edilərək RTİ-lərin yaradılması müsbət bir addım olaraq cəmiyyət tərəfindən müsbət qarşılanmışdı. Lakin bəzi RTİ rəhbərləri bu prosesin başına elə oyun gətirdilər ki, hamı peşiman oldu. Belə əsrarəngiz və çoxçalarlı fəaliyyəti ilə seçilənlərdən biri də Abşeron-Xızı RTİ-nin müdiri İlhamə Abdullayevadır.
İlhamə Abdullayeva əsasən özünə sərfəli kadrları təyinetmə metoduna üstünlük verir. Onun kadrlarının kimliyinə gəlincə maraqlıdır ki imtahanlardan keçən, iki kəlmə sözü bir-birinin ardınca düzməyi bacarmayıb da super esse yazan, müsahibədə isə İlhamə xanımın sehrli çubuğu vasitəsilə hamar yolla irəliləyənlərin 90%-i rəfiqələri və keçmiş dostlarıdır desək, yanılmarıq. Xüsusən Ab.eron məktəblərindəki direktor təyinatları bunu deməyə əsas verir. Odur ki bir neçə ildən sonra bu regionda təhsilin bərbad hala düşdüyünü eşitsəniz, heç də təəccüblənməyin.
İlhamə xanımın təyinetmə metodunun əsrarəngizliyinin əsas xüsusiyyətlərindən biri əvvəlcə çox dolaşıq bir labirintin yaradılması, sonra bu labirintdən çıxış yolu kimi yeganə variantın olmasıdır. Bunu Evdə Fərdi Təhsil Məktəbinin timsalında izah edək.
Əvvəlcə qeyd edək ki, 21 saylı məktəbdən rüşvətxorluğa görə şikayət əsasında qovulan direktor Vladim İbrahimov ən məsuliyyətli işin başına gətirilib. Səbəb isə odur ki, İlhamə Abdullayeva Evdə Fərdi Təhsil məktəbinin keçmiş direktoru Mehman Adıgözəlovla gözəl bir sistem sayəsində milyonlarla gəlir əldə edirdi. Mehman Adıgözəlovun işdən azad edilməsi İlhamə xanımın da gəlirinə böyük təsir edirdi. Odur ki, elə sistemi onu quran Mehmanının vasitəsilə idarə edilməsi labüd hesab edilib. Mehmanın işdən azad edilməsindən sonra müavini olan Sevda Əliyevaya direktorluğun müvəqəti icrası həvalə edilir. Lakin bir müddət sonra öz maraqları naminə Sevda sistemdə dərs bölgülərində dəyişiklik etməklə İlhamə və Mehmanın biznesinə ziyan vurur. Bu dəfə həmin Sevda Əliyeva məktəbdən “sürgün edilir”. Fərli direktor tapa bilməyən İlhamə xanım İlham Mirzəyevi direktor əvəzi təyin edir. Çox keçmir ki, İlham da ayıq-sayıqlığı nəticəsində milyonların başının üstündən İlhamə və Mehmanın cibinə axmasına göz yuma bilmir. Bu niyyətindən xəbər tutan Mehman əlbir olduğu İlhamə xanıma məsələni danışır. İlhamə xanım isə öz növbəsində “katyoluna” toxunanın evini viran qoyur. Qısa müddətdə xəbər yayılır ki, sən demə İlham Mİrzəyev Evdə Fərdi Təhsil Məktəbində korrupsiya əməli ilə məşğul olurmuş. İ.Abdullayevanın iradəsindən kənar qərarlar verən İlham Mirzəyev də bunun bədəlini çox ağır ödəyir.
Növbəti qurban Ceyran Həsənova adlı xanım seçilir… Hansı ki bu gün də həmin məktəbdə müəllimə olaraq işləməkdə davam edir. Ceyranın direktoru əvəz etməsi isə yenə də Mehmanın razılığı və İlhamə xanımın qərarı ilə reallaşır. Ceyran Həsənova işlədiyi müddətdə deyilənlərə görə bir və ya iki dəfə o büdcəyə ehtiyac ucbatından yüngülvari toxunur. Və onun bu addımı da cəzasız qalmır. Bu dəfə Prokurorluğa şikayət daxil olur və Ceyran tutduğu mövqedən rahat şəkildə çıxarılır.
Burda bir haşiyə çıxaq. Sizcə, nöqsanı olmayan şəxsi tutduğu postdan necə endirmək olar?
Qeyd olunan gedişatlar dövründə Tibbi Komissiyanın sədri İsa Tərlanov da İlhamə xanımın qəzəbinə gəlir. Ümumi maraqlara xidmət etməkdən boyun qaçıran İsa Tərlanov tutduğu vəzifəsindən Sumqayıt Təhsil şöbəsinin rəhbəri tərəfindən azad edilir. Bu isə artıq Mehman-İlhamə cütlüyünün işlərində irəliləyişə səbəb olur.
Nəhayət, Ceyranın da cəzalanmasından sonra növbə Yadigar İmanova gəlir. Məktəbə direktor əvəzi təyin edilən Yadigar ilk günlərdə işinin rahat olacağını düşünür. Lakin oyunlar bitmədiyindən daim kənardan kimlərə nə qədər saat verilməli olduğu barədə göstəriş birbaşa Mehmanın özündən daxil olur. Çünki Yadigar özü də Mehman Adıgözəlovun təhsil mafiya quruplaşmasının üzvlərindəndir. Yadigarın Mehman tərəfindən açıq şəkildə idarə edilməsi bütün Sumqayıt əhalisinə məlum olur. Bu isə biabırçılığın pik nöqtəsi idi. Aşkara çıxan idarəçilik biabırçılığı tez zamanda təmizlənməli olduğundan Mehman təcili tədbir görmək zorunda qalır. Bu dəfə yeni bir kadr olan və 21 saylı məktəbdə barəsində şikayətlərin tükənmədiyi, lakin ona sadiq olan birini, yəni Vladim İbrahimovu Evdə Təhsilin rəhbəri kürsüsünə təyin etdirir. Çünki V.İbrahimovun da adı rüşvət və korrupsiyada hallandığından gözükölgəli idi və sözə baxacağına tam əminlik vardı. Çox maraqlıdır ki insan işdən azad edilməsinə baxmayaraq kreslonun kimə veriləcəyinə də özü qərar verir və özü də idarə edir. Vladim İbrahimovun əslində maket olduğunu Sumqayıtda bilməyən yoxdur. Amma Vladim müəllim də təcrübəli biri olduğundan Mehmanın ayağını hələlik çox tapdalamır. Çünki bilir ki, İlhamə xanımın həyat yoldaşı Cəmil Əliyev həmkəndlisi olsa da katyol məsələsində güzəştə gedəsi deyil. Bəlkə də özünə qalsa, Vladim müəllim o qədər də dərinə getməz, rüşvət mexanizmində bəzi güzəştlər edərdi. Lakin Mehman Adıgözəlovun “Domokl qılıncı” kimi başı üzərində dayanması və bu qılıncı da İlhamə xanımın mütəmadi olaraq itiləməsi ona bu imkanı vermir.
Daha ilginc faktlarla növbəti yazımızda tanış olacaqsınız. Məsələn, təlim-tərbiyə işləri üzrə direktor müavinliyindən ixtisara düşən, 3 yetim körpənin anasını uşaq bağçasına təsərrüfat müdiri təyin edilməsi kimi əndrabadi qərarı İlhamə Abdullayevadan başqa kim verə bilər?!
Mövzuya qayıdacağıq və yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq.

Mənbə: Aktualxeber.az
Təqdim etdi: DİA.AZ (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
Ardını oxu...
Bildiyimiz kimi, oktyabr ayının 6-da Masallı şəhərində 6 nəfərin zəhərlənməsi və 1 nəfərin xəsarət alması ilə nəticələnən yanğın baş verdi. Gözlənildiyi kimi, çox keçmədən, hətta yanğının baş vermə səbəbini araşdıran istintaq yekunlaşmadan bazarın yeri ayrı-ayrı sahibkarlara satılmağa başladı.
Xoşagəlməz hal budur ki, həndəvərdəki ağaclar tikintisinə başlanılan obyektin hörülməkdə olan divarları arasında qalıb. Masallıda ezamiyyətdə olarkən bu fakt diqqətimizi çəkdi və yerində foto-video çəkilişlər edərək maraqlandıq. Lakin obyektin sahibi və ətrafındakı adamlar bizim peşə fəaliyyətimizə mane olmağa çalışdılar. Ağacların aqibətini soruşanda sahibkar bildirdi ki, bütün işləri əlaqədar qurumlarla, o cümlədən, 1 saylı Lənkəran Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi ilə razılaşdırıb, icazəsini alıb.



Görünür, bütün maneələri pulla dəf etməyə öyrənişmiş iş adamı “dil tapdığı” məmurlara, eləcə də Regional İdarənin rəisi Ceyhun Hüseynova arxalanaraq biz jurnalistləri təhdid etdi, güc tətbiqi ilə xidməti vəsiqəmizi əlimizdən aldırmağa, bizi ərazidən zorla uzaqlaşdırmağa çalışdı. Yalnız Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng vurduğumuzdan sonra bizi sakit buraxdılar.



Xatırladaq ki, Ceyhun Hüseynov bu ilin iyul ayında 1 saylı Lənkəran Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə rəis təyin olunub. O, bu vəzifəyə qədər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəhbərliyində təmsil olunub və 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi olub və fəaliyyətində yetərincə qanunsuzluqlara yol verib. Ceyhun Həsənov 1 saylı RETSİ-də sabiq rəis Şakir Quliyevi əvəzləyib. Şakir Quliyev isə 11 saylı Bakı şəhəri üzrə Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf Mühitin Mühafizəsinə Nəzarət, ekoloji maarifləndirmə sektorunun, bioloji resurslar qrupunun baş məsləhətçi müfəttişi, qrup rəhbəri təyin olunub.
Lakin heç də təəccüblü olmadığı kimi, Ceyhun Hüseynovun 1 saylı TETSİ-nə rəis təyin olunmasından ötən bir neçə ay ərzində İdarənin nəzarət etdiyi ərazidə - Astara, Lerik, Lənkəran, Masallı, Yardımlı və Cəlilabad rayonlarında qanunsuzluq faktları intensiv şəkildə artıb. Onların sırasından bir çoxunu biz qeydə almışıq. Məsələn, bu ilin sentyabr ayının 27-si və 30-da Lerik rayonunun Piran kəndində Ləkərçay çayında aparılan qanunsuz qazıntı işlərini əks etdirən görüntüləri video-qeydə almışıq. Foto-qeydə aldığımız bir başqa görüntülər isə Vizəzəmin meşəbəyliyinin 23 saylı dolayında meşə ərazisində, ağacların qırılması hesabına açılmış ərazidə qanunsuz tikinti işlərinin aparıldığını göstərirdi. Belə düşünmək olar ki, Ceyhun Hüseynov İdarəni gözüyumulu idarə edir. O, regionda baş verən qanunsuzluqları “görmür”, amma qanunsuzluqlara imza atanlar onu “görürlər”.
Hərçənd, bu məqalədə məqsədimiz həmin faktları bir daha sadalamaq deyil. Ümid edirik ki, yazının əvvəlində bəhs etdiyimiz məsələyə Ekologiya və Təbii Sərvətlər Nazirliyi münasibət bildirəcəkdir.

Mənbə: Azerinfo.info
Təqdim etdi: DİA.AZ (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
 

Ardını oxu...
11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Yeyənkənd meşəbəyliyinin 16 saylı meşə dolayında 50 hektar ərazidə cari ilin əkin işlərinə hazırlıq gedir.

Bu barədə meşə gözətçiləri AzToday.az-ı məlumatlandırıblar. Onların sözlərinə görə, idarənin ştatda olan 30 fəhləsindən cəmi 10 nəfəri əkin işlərində iştirak edir, qalanları isə işləmədən maaşlarını alırlar:

“Rəhbərlik bizi məcburi şəkildə həmin əkinlərin hazırlıq işlərinə cəlb edir. İdarənin fəhləsi Məhəmməd Adiyev isə blogerlik edir və çəkdikləri videoları özünün “Tiktok” və “Youtube” kanallarına yerləşdirir…”.

Bütün növ saytların yığılması - EMBLEM.AZ
saytlarin yigilmasi
Gözətçilər qeyd edir ki, 50 hektar əkin sahəsinə kilometrlərlə mühafizə cəpəri çəkilir və həmin çəpərə adları “Qırmızı Kitab”a daxil edilmiş ağac cinslərindən 2 metr uzunluğunda payalar kəsilərək istifadə edilir. Bu isə göz önündə təbii bərpanın məhv olması deməkdir. Məşhur məsəldə olduğu kimi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəhbərliyi “qaş düzəldən yerdə vurub göz də çıxardır”.

Bu arada qeyd edək ki, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Göytəpə meşəbəyliyinin 13 saylı dolayında 10 hektara yaxın ərazidə 2020-ci ildə əkin və aqrobağlar salınmışdı. 1 il keçməmiş əkin və aqrobağlar baxımsızlıqdan məhv olunub .Bu batan əkin əkin və aqrobağların yerinə 2022 və 2023-cü illərdə yenidən əkinlər salınıb. Eyni ikinci salınan əkin birinci kimi baxımsızlıqdan mal-qaranın tapdağı altında sıradan çıxıb.

Meşə gözətçiləri Ekologiya və Təbii Sərvətlər Nazirliyindən 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əkin işlərinin yenidən yoxlanılmasını xahiş edirlər. Yoxlamalarda idarə rəhbərliyinin məsuliyyətsiliyi və yol verdiyi qanun qozuntularının üstünün acılacağına meşə gözətçiləri qəti şübhə eləmirlər.

Yeri gəlmişkən onu da bildirək ki, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində 480 min manat civarında debitor borclar yığılıb qalıb və rəhbərli bu borcların geri alınması çün demək olar heç bir iş görmür…

Meşə gözətçilərinin redaksiyamıza təqdim etdiyi korrupsiya faktları və qanun pozuntuları ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Müəllif: Rauf Ağayev - Mənbə: AzToday.az
Təqdim etdi: DİA.AZ (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
 
Ardını oxu...
44 günlük Qarabağ müharibsinin iştirakçısı, Masallı rayonu, Köçəkli kənd sakini Kərimov Araz Nəzər oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, ruhi xəstəxanada yatmasına baxmayaraq, ona sosial müavinat verilmir:

“Mən, Kərimov Araz Nəzər oğlu, yazaraq sizdən xahiş edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin başıma açdığı oyunu mətbuatda işıqlandırasınız.

44 günlük II Qarabağ müharibəsində iştirak etmişəm. Bunu fəxrlə deyirəm. 2 dəfə orta ağır səviyyədə yaralanmışam. Müharibə bitdikdən sonra 42 gün Maştağa ruhi əsəb dispanserində müalicə almışam. Müalicə vaxtı aşkar olundu ki, məndə şəxsiyyət pozuntusu xəstəliyi var. Yaddaşsızlıq və 1 gözümün zəifləməsi aşkar edilmişdir.

Bütün bu xəstəliklərə aid sənədlərimi Sosial Müdafiə Fonduna təqdim etsəm də, mənə imtina cavabı verirlər, əlillik dərəcəsi vermirlər.

1 övladım var, ailəmin yanında carəsiz vəziyyətdə qalmışam. Müalicə almağa, ailəmi dolandırmağa imkanım yoxdur. Əlimdə sənədlərim ola-ola Sosial Müdafiə Fondu imtina cavabı verir, guya sağalan xəstəyəm.

Mən sizin qəzet vasitəsilə Sahil Babayevə səslənirəm: “Sənin oğlun da, əzizin də mənim günümə düşsün və sənin kimi millətin qanını içənlərə möhtac qalasınız”.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən qəzetimizə verilən açıqlamada vətəndaşın şikayətinin araşdırılacağı bildirildi.
Jalə FAMİLQIZI
Teref: Xocanın Blogu
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
 

 

 

Paytaxt sakini Zümrüd İbrahimova məktəbdə şagirdlərə qarşı ayrı-seçkilik qoyulduğundan narazıdır.

Sozcu.az xəbər verir ki, o, bu barədə bakupost.az -a şikayətində bildirib.

Z.İbrahimovanın sözlərinə görə, övladı Namiq Axundov adına 1 nömrəli tam orta məktəbdə təhsil alır:

“Uşaq rus bölməsində oxuyur. İnformatika fənnindən ona Ləman Cəbiyeva dərs deyir. Müəllim yanına pullu hazırlığa gəlməyən şagirdlərə aşağı qiymətlər yazır, onlara münasibətdə obyektiv davranmır”.

41 yaşlı valideyin qeyd edib ki, Ləman Cəbiyeva onun yanında hazırlaşmayan uşaqlara müxtəlif üsullarla təzyiq göstərir:

“O, müəllim adına yaraşmayan hərəkətlər edir. Bu qanunsuz hərəkətləri etmək cəsarətini isə məktəbin direktoru Elida Rzayevadan alır. Ləman Cəbiyeva direktorun qanunsuzluqları hesabına 35 dərs saatı ilə təmin olunub. Halbuki, o, 9 dərs saatına uyğun MİQ imtahanı üzrə qəbul olunub. Ləman Cəbiyeva abituriyentləri məktəbin daxilində bir sinifdə hazırlaşdırır. Rus dilini bilmir. İnformatika, Rəqəmsal Bacarıqlar, STEAM dərslərini Azərbaycan dilində və qeyri-peşəkar formada keçir”.

Şikayətçi bildirib ki, L.Cəbiyevanın qanunsuz hərəkətlərinə görə qızı və digər sinif yoldaşında psixoloji sarsıntı və səhhətlərində müxtəlif problemlər yaranıb:

“Çox təəssüf ki, bu hadisələr Bakının mərkəzində yerləşən məktəblərin birində baş verir. Sayrtınız vasitəsilə aidiyyəti qurumlara müraciət etmək istəyirəm. Valideyn olaraq onlardan xahişim budur ki, qızımın anonimliyini qorumaq şərti ilə Ləman Cəbiyeva və direktor Elida Rzayevanın qanunsuz hərəkətləri barəsində qanunamüvafiq tədbirlər görəsünlər”.

Məsələ ilə bağlı Namiq Axundov adına 1 nömrəli tam orta məktəblə əlaqə saxladıq.

Təlim-tərbiyə işləri üzrə direktor müavini Oksana Əliyeva Bakupost.az -a “Direktora müraciət edin. Bu barədə səlahiyyətli şəxs deyiləm”, – deyərək dəstəyi asdı.

Məktəbdən isə qeyd edildi ki, direktor hazırda yerində yoxdur.

Dünyapress TV

Xəbər lenti