Ardını oxu...
Dövlət Turizm Agentliyi İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisindəki evlərin, həmçinin Dərəməhəllə və Xarabiyan məhəllələri arasındaki küçənin tarixi mühitə uyğunlaşdırılması işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.
Qaynarinfo xəbər verir ki, tenderin qalibi “İsmayıllı Tikinti-27” Açıq Səhmdar Cəmiyyəti (ASC) seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 695.741,49 AZN-dir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “İsmayıllı Tikinti-27” ASC 5 iyun 1999-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 339 144 AZN olan ASC-nin hüquqi ünvanı İsmayıllı rayonu, İsmayıllı şəhəri, M.Orucov küçəsi, ev 100-də yerləşir. ASC-nin qanuni təmsilçisi Əliyev Azad Gülməmməd oğludur. Azad Əliyev həm də ASC-nin İdarə Heyətinin sədridir.
“İsmayılli Tikinti-27” ASC-nin adı keyfiyyətsiz beton satmaqda hallanır. Bir müddət əvvəl bu barədə mediada geniş material yer alıb. Vüsal Həsənov adlı şəxs iddia edib ki, “İsmayıllı Tikinti-27” ASC ona keyfiyyətsiz beton satıb. Vüsal Həsənov dediklərini əsaslandırmaq üçün bununla bağlı video da paylaşıb.
2018-ci ildə isə “İsmayıllı Tikinti-27” ASC-nin adı rüşvət qalmaqalında hallanıb. İsmayıllı rayon prokurorunun böyük köməkçisi Faiq Quliyevin qanunsuz əməlləri barədə daxil olmuş vətəndaş müraciəti əsasında baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
Araşdırma zamanı Faiq Quliyevin xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar “İsmayıllı Tikinti-27” ASC-nin idarə heyətinin sədri Azad Əliyevdən sonuncuya məxsus qum-çınqıl karxanasının fəaliyyəti ilə bağlı aparılmış araşdırmanın nəticəsində barəsində cinayət işinin başlanmaması üçün, yəni edəcəyi qanunsuz hərəkətlərə görə 14 iyul 2018-ci il tarixdə, İsmayıllı rayon prokurorluğunun inzibati binasında külli miqdarda pul vəsaitini rüşvət kimi şəxsən Azad Əliyevdən almasına əsaslı şübhələr müəyyən edilib.
İstintaq zamanı, həmçinin Faiq Quliyevin 17-18 iyul tarixlərində Qalib Süleymanova məxsus karxananın fəaliyyəti ilə bağlı aparılmış araşdırma zamanı sonuncunun cinayət məsuliyyətinə cəlb olunmaması müqabilində İsmayılli rayon prokurorluğunun inzibati binasında ondan külli miqdarda rüşvət almasına da əsaslı şübhələr müəyyən edilib.
Faiq Quliyevin rayon prokurorluğunda olan xidməti otağına baxış keçirilərkən seyfdə rüşvət kimi aldığı pul vəsaiti aşkar edilərək maddi sübut kimi götürülüb.
İş üzrə Faiq Quliyevə Cinayət Məcəlləsinin 311.3.2 (təkrar rüşvət alma ) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Faiq Quliyev 8 il müddətinə azadlıqdan məhrum edilib. Şəki Apellyasiya Məhkəməsi onun cəzasını 6 ilə endirib.
 
Ardını oxu...
“Mozalan” satirik kino jurnalında görmüsünüz. Məşhur aktyor Fazil Salayevin oynadığı bir obraz vardı. Adam həmişə içkili olur, metroya buraxmırlar. O da metronun girişindəki milis nəfərindən soruşur: “Orda – aşağıda qatarlar o yana gedir, bu yana gedir. Hə?”
Bəli, Bakıda, yerin altında altında qatarlar o yana-bu yana gedib gəlir. Bax, həmin o qatarların vaqonlarının çoxu elə “Mozalan” dövründən qalıb. O vaqonlar artıq çoxdan köhnəlib. Nə içində kondisoner quraşdırılıb, nə əməlli-başlı bir havalandırma sistemi var.

Üstəlik darkeş, narahat. Bu, komfortsuz, nasaz qatarlar qapısından bacasına insanla dolur və yerin altında elə o yana gedir, bu yana gedir. İnsanlar vaqonlarda hətta ayaq üstə dayanmağa da yer tapmır. Basabas düşür, sıxlıqdan-havasızlıqdan sərnişinlərin ürəyi dayanır az qala.

Sərnişin o qədər çox olur ki, bəzən vaqondan düşənlər çatdırıb düşənə qədər minənlər çatdırıb vaqona minə bilmir. Bir də görürsən, bayırdan bir səs gəldi: “Mehriban olun! Bur az da, bir az da mehriban olun!”

Bir dəfə oxşar vəziyyətlərdən birində jurnalist Zamin Hacı bayırdan gələn: “Bir az da mehriban olun!” çağırışına vaqonun içindən belə cavab vermişdi: “Qardaş vallah mehriban olmaqdan da keçib, burda qohum olmuşuq artıq”. Bax belə.

Ramiz Rövşən bir şeirində belə demişdi:

“Hələ ki, bu metro düşüb baxtına,

Axına qoşulub sən də axarsan.

Girib "Baksovet"də yerin altına,

Montində xortlayıb yerdən çıxarsan”.

Doğrusu, bu qədər adam hər gün yerin altına girib, oradan da, şair demiş, “xortlayıb” yerdən çıxa bilirsə, böyük işdir... Hamısına milli qəhrəman adı vermək lazımdır.

Çünki... Çünki Bakı Metropoliteninin rəhbərliyi dövlətin metroya ayırdığı dotasiyaları qəhrəmancasına “əridir”. Deyir ki, “O sınıq-salxaq vaqonlar, o da siz. Minin, gedin”. Vəssəlam.
Bizimyol.info
Ardını oxu...
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ötən gündən Bakı Nəqliyyat Agentliyində (BNA) əməliyyata başlayıb.

TEREF.AZ Axar.az-a istinadən xəbər verir ki, BNA-da korrupsiyaya qarşı əməliyyat aparılması haqda məlumat bu qurumdakı illərdir dilə gətirilən problemləri yenidən aktuallaşdırıb.

Zəruri olaraq qeyd edək ki, 2015-ci ildə Birinci Avropa Oyunlarına görə Bakıya gətirilən ən müasir avtobusların “Bakı Bus”un tərkibinə, “Bakı Bus”un isə BNA-ya tabe edilməsi ilə bu qurum gündəmə gəlmişdi. İlk vaxtla dövlətin vəsaiti ilə alınan ən müasir və komfortlu avtobusların xəttə buraxılması əhalidə böyük məmnunluq yaratsa da, qısa müddətdə qurumun yarıtmaz fəaliyyəti üzə çıxdı.

BNA özündən əvvəlki strukturun milyonlarla vəsaitə özəl şirkətlərə satdığı marşrut xətlərini bir-bir tenderə çıxarıb, nəzarətinə qaytarmaqla ciddi “islahata” başladı. Nə qədər qəribə də olsa, bu islahat ictimai dəstək də qazandı. Çünki BNA-nın yeni marşrutlarda xəttə buraxdığı ən lüks avtobusların rahatlığı etiraza heç bir səbəb qoymurdu.

Ancaq az müddət sonra bəlli oldu ki, BNA “zərərlə işləyir”, üstəlik ən müasir avtobuslar getdikcə sıradan çıxır. BNA rəhbərliyi isə köhnələn detalları yeniləmək əvəzinə son model avtobusları “ölüxanaya” çevirməklə məşğuldur. Belə ki, sıradan çıxan detallar digər avtobuslardan təmin edilirdi və nəticədə 700-dən artıq avtobusun 300-ü “ehtiyat hissəsi” funksiyasını yerinə yetirməklə, sıradan çıxarılmışdı.

Nəqliyyat eksperti Elməddin Muradlı mediaya açıqlamasında bildirmişdi ki, BNA “daxili imkanlar hesabına təmir” deyərkən, bunu nəzərdə tuturmuş: “Hesablama Palatası da üzə çıxardı ki, BNA “daxil imkanlar hesabına” deyəndə bir avtobusu söküb hissələrini digər avtobusa yığmağı nəzərdə tuturmuş. Neçə avtobus artıq “sklet” vəziyyətindədir. Dövlət şirkətini bu vəziyyətə salıb bir daha bizə sübut etdilər ki, ictimai nəqliyyat sektorunda yalnız özəl şirkətlər olmalıdır”.

BNA yalnız Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərkibinə veriləndən sonra “ehtiyat hissəsi kimi istifadə edilən” avtobusların təmir edilərək, hissə-hissə xəttə buraxılmasına başlanıldı.

BNA rəhbəri Vüsal Kərimlinin ən səs-küylü qərarlarından biri də sürücülərin vahid formadan istifadəsi ilə bağlıdır. Məlum oldu ki, bir sürücünün uniforması 800 manata (? – red.) hazırlanır. Bu rəqəmin qeyri-real olduğu və həddən artıq şişirdilməsi barədə danışan ekspertlər vaxtaşırı öz şübhələrini bildirirdilər.

Vüsal Kərimlinin tender adı ilə milyonlarla vəsaiti özünə yaxın şirkətlərə verməsi də bir neçə dəfə medianın diqqət mərkəzində olub.

Bir müddət öncə “Unikal” BNA-ya ayrılan onmilyonlarla manat vəsaitin Vüsal Kərimliyə yaxın şirkətlər arasında bölüşdürüldüyünü yazmışdı.

2022-ci il ərzində tender layihələrinin qalibi edilmiş şirkətlər:

CIG AZERBAİJAN MMC – 985.413.7 AZN

ADVENTA CO MMC – 498.308.58 AZN

FIRE SECURITY MMC – 1.890.450.03 AZN

SM CONSTRUCTION SUPPLIES MMC – 2.340.394.3 AZN

N TENSILE MMC – 160.305.83 AZN

ARIS MMC – 3 tender layihəsi birlikdə – 1.995.714 AZN

ORN GROUP MMC – 644.992 AZN

FLEX GROUP MMC – 541.996 AZN

SEAR SUPPLY MMC – 2 tender layihəsi üzrə 1.577.038 AZN

A4 PLAZA MMC – 138.924.35 AZN

TECHMASTER”MMC – 3.178.565.64 AZN

“BNA rəhbərinin ən ilginc yeyinti “fəndi” isə “Bakıkart”la bağlıdır. “Bakıkart”ın idarəçisi “K Group” şirkətidir. Yeraltı və yerüstü sərnişindaşıma üzrə kartlara yüklənən hər gediş haqqı məbləğinin 5 faizi xidmət haqqı olaraq məhz “K Group”a çatır. Sərnişindaşıma şirkətlərinin sahibləri indiyədək dəfələrlə BNA rəhbərliyinə müraciət edərək həmin faizin kifayət qədər yüksək olduğunu bildirib və aşağı salınmasını istəyiblər. Onların bu haqlı irad və istəyi isə Vüsal Kərimli tərəfindən hər dəfə rədd olunub. Səbəb kifayət qədər aydındır.

Oxumağa dəyər: Türkiyəlı nazir “Rosatom” rəhbəri ilə “Akkuyu” AES-i müzakirə edib
Qeyd edək ki, adıçəkilən şirkəti BNA rəhbəri öncə öz adına qeydiyyatdan keçirib. Hətta şirkətin rəsmi saytının – bakikart.az domeni də Kərimlinin adına qeydə alınıb. Lakin sonradan bu cür rəsmi sənədləşmələrin artıq geniş ictimaiyyətə açıq olduğunu öyrənən Agentlik rəhbəri bu dəfə şirkət və saytı öz adından çıxararaq yaxın adamlarının adına rəsmiləşdirib”, – məqalədə bildirilirdi.

Qeyd edək ki, bu tənqidlərə BNA heç vaxt cavab verməyib.
Ardını oxu...
Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub - red.) İstintaq Baş İdarəsinin sabiq rəisi, hazırda həbsdə olan Mövlam Şixəliyev və digərlərinin cinayət işi üzrə 36 zərərçəkən ölkə rəhbərliyinə müraciət edib.

Həmin müraciətlərində zərərçəkənlər onlara qarşı MTN-də törədilən cinayətlərin tam və hərtərəfli araşdırılmasını, qanunsuz olaraq məhkum olunmalarına baxmayaraq, barələrindəki məhkəmə hökmlərinin bu günə qədər ləğv olunmadığını, onlara bəraət verilmədiyini yazırlar.

Surəti redaksiyamıza göndərilən məktubu təqdim edirik:

- Biz, Sizin fərmanınızla ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev və digərlərinin cinayət əməllərindən zərər çəkən bir qrup Azərbaycan vətəndaşıyıq. Bu il iyulun 24-də verdiyiniz sərəncamla bizlərə qarşı ağır, xüsusilə ağır cinayətlər törətmiş Mövlam Məmmədismayıl oğlu Şixəliyev general-mayor ali hərbi rütbəsindən, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenindən, “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medallarından məhrum edilib. Sahib Yunus oğlu Ələkbərov və Yasin Seyfulla oğlu Məmmədov rütbələrindən və “Vətən uğrunda” medalından məhrum ediliblər.

Bu, biz zərərçəkənlərdə bizlərə qarşı MTN-də törədilən cinayətlərin tam şəkildə, hərtərəfli araşdırılacağına ümidlər yaratdı. Sizin yüksək diqqətinizə çatdırmaq istəyirik ki, bu gün Baş Prokurorluq və məhkəmələr Mövlam Şixəliyevin, onun yüksək rütbəli himayədarlarının, rəhbərlərindən olduğu mütəşəkkil cinayətkar quldur dəstənin cinayətlərini tam və hərtərəfli araşdırmaqdan açıq şəkildə yayınır və bu cinayət işini bir növ siyasi oyuna çevirirlər.

Möhtərəm cənab Prezident,

Əksəriyyətmiz iş adamlarıyıq və sizin yürütdüyünüz siyasəti dəstəkləyirik. Zərərçəkənlərə qarşı MTN-də cinayətlər eyni sxem üzrə törədilib. Hər kəsi tutublar, girov saxlayıblar, ailələrimizdən külli miqdarda pul tələb ediblər. Tələb etdikləri pulu vermədiyimz üçün barəmizdə qondarma cinayət işi başladıblar. Ailələrimizi bizləri uzunmüddətli həbsə göndərəcəkləri ilə hədələyib tələb etdikləri külli miqdarda pulu alıblar. Bundan sonra bizləri xəstəlik adı ilə girovluqdan azad edib barəmizdə işi məhkəməyə göndəriblər. Məhkəmələrdə isə bu gün vəzifədə olan, vaxtilə yerləşdirdikləri hakimlərin əli ilə barəmizdə saxta hökmlər verdiriblər. Həmin saxta hökmlər bu gün də qüvvədədir. Sizin qətiyətiniz sayəsində MTN-dəki mütəşəkkil cinayətkar quldur dəstə darmadağın edildi. Lakin bu gün də onların bizlərə qarşı cinayətləri tam olaraq araşdırılmayıb, bizlərdən hədə-qorxu ilə alınan pullar geri qaytarılmayıb. Barəmizdəki uydurma ittihamlar üzrə saxta hökmlər bu gün də qüvvədədir.

Sizin rəhbərliyiniz altında Eldar Mahmudov Azərbaycan vətəndaşına, sahibkarlığına qənim kəsilən quldurbaşı dəstəsi ilə birgə ifşa olundu. Mövlam Şixəliyevgil Eldar Mahmudovun rəhbərliyi altında həddindən artıq azğınlaşmışdılar. Təsəvvür edin ki, hər kəsdən fantastik məbləğlər tələb edirdilər.

İş üzrə 32 zərərçəkən, 4 zərərçəkənin qanuni nümayəndəsi var. Həmin 4 nəfərdən 3 nəfəri onlara qarşı törədilən cinayətin nəticəsində ürəkləri partlayıb, intihar edib ölüblər.

Zərərçəkən Cahangir Məmmədov da bunların əlindən özünü öldürüb. Bu adam adi bir sürücü olub. 2012-ci ildə ondan 100 min dollar alıblar. Adam da azadlığa çıxıb, 2 övladını, ailəsini qoyub və özünü öldürüb. Bunu Mövlam Şixəliyev edib. Bu adamlar cinayətkardılar. Zakir Qaralov, Rüstəm Usubov Eldar Mahmudovun, Mövlam Şixəliyevin cinayət ortaqlarıdır. Bu gün Mövlam Şixəliyevin varidatı 100 milyonlarla dollarla ölçülür. Bu adamlar Azərbaycan sahibkarlığına, Azərbaycan iqtisadiyyatına böyük zərbə vurublar. Bu gün Azərbaycanın büdcəsi 25 milyard yox, 50 milyard ola bilərdi. Mövlam Şixəliyev və digərlərinin cinayət işi üzrə məhkəmə istintaqı zamanı məlum oldu ki, keçmiş baş prokuror Zakir Qaralov və onun 1-ci müavini Rüstəm Usubov mütəşəkkil cinayətkar quldur dəstənin aktiv üzvləri, rəhbərləri olublar. Həmin vəzifəli şəxslər Mövlam Şixəliyevi, onun bütün dəstəsini yaxından himayə ediblər.

Zakir Qaralovla Rüstəm Usubov Eldar Mahmudovla əlbir olmaqla Mövlam Şixəliyevə rəhbərlik etməklə ağır, xüsusilə ağır cinayət törədiblər. Buna baxmayaraq, bu gün vəzifədən çıxarılsalar da, barələrində cinayət təqibi aparılmayıb, ali hərbi rütbələrdən də müvafiq olaraq məhrum edilməyiblər.

Zakir Qaralov, Rüstəm Usubov, Mövlam Şixəliyev və başının quldur dəstəsinin birbaşa iştirakı ilə biz vətəndaşların girov götürülməsinə şərait yaradıb, bunlar da girov götürülən vətəndaşlardan pul və mal alandan sonra barəmizdə qondarma cinayət işini məhkəməyə göndərirdilər.

Həmin zaman Zakir Qaralovla Rüstəm Usubov “həbs” qəti imkan tədbirinin dəyişdirilməsində də bilavasitə iştirak edirdilər. Həbs adı ilə girov götürülmüş Azərbaycan vətəndaşlarından alınan pulun bölgüsündə də Zakir Qaralovla Rüstəm Usubovun xüsusi payı olub.

Mövlam Şixəliyevə və dəstənin hazırda həbsdə olan digər üzvlərinə yanlış, natamam ittihamlar verilib. Belə ki, Mövlam Şixəliyevin rəhbərlik etdiyi mütəşəkkil cinayətkar quldur dəstəsinin cinayət işi üzrə biz zərərçəkmiş şəxs qismində cəlb olunsaq da, məhkəmənin hökm və qərarında bizə vurulan ziyanın əhatə dairəsi aydın şəkildə göstərilməyib. Bəzi cinayətlərdə isə bizlərə əhəmiyyətli vurulan ziyan, heç bir hüquqi qiymət verilmədən əsassız olaraq işdən çıxarılıb və gizlədilib. Ən vacibi isə Mövlam Şixəliyevin müavini Təhsin Ağayevin adı cinayət işindən çıxarılıb və onun əməlinə bu günə kimi qanunamüvafiq hüquqi qiymət verilməyib.

Bizə münasibətdə çıxarılan prokurorluğun qərar və məhkəmə hökmü qanuni və əsaslı deyil. Bu qeyri-konkretlik iş üzrə təkrar olaraq hamımıza eyni qaydada tətbiq olunub. Bu qeyri-konkretlik istintaq və məhkəmənin səriştəsizliyindən deyil, məqsədli şəkildə gerçəkləşib və zərərçəkmişlərin hamısına tətbiq olunub. Məqsəd isə birdir - gələcəkdə zərərçəkmişlərin hüquqlarını məhdudlaşdırmaq, barələrində məhkəmələr tərəfindən çıxarılmış saxta hökm və qərarların mübahisələndirilməsinin qarşısını almaq. Bu saxtakarlığın əsası baş prokuror Zakir Qaralov və onun müavini Rüstəm Usubov tərəfindən istintaqın ilkin mərhələsində qoyulub və məhkəmə istintaqında, hökm və qərarlarda təsdiqini tapıb.

Barələrindəki cinayət işləri məhkəmələrə elə bu şəkildə göndərilib. Məhkəmələrdə biz zərərçəkənlər bu məsələləri dəfələrlə qaldırmaqla cinayət işinin materiallarının ibtidai istintaqa qaytarılmasını tələb etmişik. Onların cinayət əməllərinin tam və hərtərəfli araşdırılmasını tələb etmişik. Lakin məhkəmələr bu haqda vəsatətlərimizi baxılmamış saxlayıblar.

Sizin iyulun 24-ə Mövlam Şixəliyevin ali hərbi rütbədən məhrum edilməsinə dair sərəncamınız bizdə bu məsələyə yenidən qayıtmağa, onun rəhbərliyi ilə törədilən cinayətlərin tam və hərtərəfli araşdırılmasına ümidlər yaratdı.

Bunların quldurluğu üzündən Azərbaycanda sahibkarlıq çökdü.

Mövlam Şixəliyevin Azərbaycanda saysız-hesabsız imarətləri, biznesi var. Bundan başqa, Dubayda, Türkiyədə, Çexiyada biznesi, villaları var. İstintaq İdarəsinin rəisi olan bu zat bu qədər pulu haradan alıb?

İttiham aktında mal-mülkünün, varidatının cəmi 10 faizi belə göstərilmir. Biz zərərçəkənlər onun xeyli əmlakını müəyyən edib sənədləşdirmişik. Məhkəməyə də, Baş Prokurorluğa da təqdim edəcəyik ki, müsadirəyə hazırlasınlar.

Möhtərəm cənab Prezident,

Sizdən xahiş edirik ki, saxtakar prokuror və rüşvətxor hakimlərdən bizi müdafiə edəsiniz, bizlərə qarşı Milli Təhlükəsizlik Nazirliyində Mövlam Şixəliyevin rəhbərliyi altında törədilən cinayətlərin tam, hərtərəfli araşdırılmasının təmin olunmasına, qanunsuz olaraq məhkum edilməmizlə bağlı cinayət işlərinə yenidən baxılmasına göstəriş verəsiniz.

Musavat.com
 
Ardını oxu...
Mənzil tikintisi respublikamızın şəhər və iri yaşayış məskənlərində uzun illərdir ki, geniş vüsət alıb.İnsanların mənzil tikintisinə olan tələbatının ödənilməsi dövlətin xüsusi diqqət mərkəzində saxlanılır.Tələbat isə çox böyükdür və dövlətimiz onun həll edilməsindən ötrü özəl tikinti sektorunun xidmətindən faydalanmağı qarşıya məqsəd qoymuşdur.Bu istiqamətdə uzun illərdir ki , məqsədyönlü fəaliyyət göstərilir.Lakin təəssüflər olsun ki, öz borcunu vicdanla yerinə yetirən şirkətlərlə yanaşı insanların səbr kasasını daşıran işbaz dəstələri də yox deyildir.Belələri adamların inamından sui- istifadə edərək onların hüquqlarını nəinki pozur tapdalayır, özbaşnalıq edərək qanunsuz gəlir əldə etməyə çalışır, qısaca desək hərki -,hərkilik edir, qayda -qanun tanımaq istəmirlər.
Bu sırada adı birincilərdən biri kimi qeyd olunan “Sultan”Mtk barədə danışmaq yerinə düşərdi.
Şirkət respublikamızın müxtəlif ərazilərində hündürmərtəbəli binaların tikintisi ilə məşğuldur.
Xırdalan və Sumqayıt şəhərlərində şirkətiin fəaliyyəti xüsusilə geniş əhatə dairəsinə malikdir.İnşa edilən 15-21mərtəbli binaların reklamı diqqət mərkəzində saxlanılır.Tərif nə tərif, adamları cəlb eləmək üçün nələr demirlər?Qazı, suyu, istilik və lllift sistemlərinin tərifinə tərif çatmaz.Guya da çıxarış da verilir
Amma yerində tanış olanda görürsən ki, yaxşı yaxşı heç nə yoxdur sadaladıqlarında.Keyfiyyətsiz tikintidən şikayətlənən kim, 10 ildən bəri sənədlərini ala bilməyən kim, yalan vədlərlə aldadılan kim… İnsanlar beziblər əllərindəm.Müxtəlif instansiyalara müraciət olunsa da, heç bir nəticəsi hələ də yoxdur.Sumqayıtda Nəriman Nərimanov küçəsində şirkətinin tikdiyi bina on il əvvəl kəm-kəsirlə istismara qəbul olunub.Çatışmazlıqların tezliklə aradan qaldırılmasına söz verilsə də yerinə yetirilməyib.
Artıq 20 il keçməsinə baxmayaraq sakinlərin payçı -mükiyyətçi, saglam yaşayış hüquqları sosial təcavüzə məruz qalıb.Onlar müxtəlif icra strukturlarına müraciət ediblər, əllərində məhkəmə qətnaməsi olanlar da var.Amma nə xeyri, hörmətli icra başçısının göstərişinə də məhəl qoyan yoxdur.Vətəndaşlar qarşıdurmaya, provakasiysya cəlb edilir, müqavilə öhdəlikləri yerinə yetirilmir.
Mənzillərin özəlləşdirilməsi üçün verilən sənədlərə görə pul tələb olunur.Mənzil mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin yaradılmasına mane olunur.Mtk-nın ləğv edilməsi, idarəetmənin sakinlərə verilməsi, əmlaka sərəncam hüquqları kobudcasına pozulur.
Sakinlərdən kommunal adıyla pul toplayıb saxta qəbzlər verirlər.
Vaxtaşırı lift pulu verməyənləri liftdə saxlamaqla cəzalandırırlar.Binaya sahiblik edən Tahir Abbasov 3 aydan bir lifti dayandırır.700 manat verməyəni liftdə “girov”saxlayır.
Su, qaz, işıq sayğaclarına, çıxarışa görə qanunsuz olaraq pul tələb olunur.
Bina sakini Aytac Əliyeva belə bir duruma düşüb.Liftdən telefonla baş verənlər barədə anasına məlumat verir.Deyir ki, Tahir Abbasov ondan 700 manat lift pulu tələb edir.Vermədiyinə görə başına bu oyunu açır.Üz tutmadığı ünvan Tahir Abbasovun “Sultanlıq”iddiasının qarşısına hələ ki, sədd /
PS: Mövzunu diqqətdə saxlayacağıq
/aktualxeber.az
 
 
 

Ardını oxu...
“Oğuzun icra başçısı Eyvaz Qurbanov rayondakı meşələri məhv edir… — İcra başçısının qardaşı Mahir Qurbanov rayonun daş, qum, çınqılını satmaqla məşğuldur… Başçının qudası Elşad Yusifov isə dövlət vəsaitini talan edir…”

Belə bir başlıqlı xəbərlə Gundelikbaku.com saytı iddialı bir məlumat paylaşıb. Sayt Oğuz rayonu İcra Hakimiyyətinin Başçısı Qurbanovun həyat yoluna da nəzər yetirib: “Eyvaz Qurbanov 1963-cü ildə Oğuz rayonunda anadan olub, orta məktəbi bitirəndə ali məktəbə daxil ola bilməyib və bir neçə il sonra, dəqiq desək, 1984–1988-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda oxuyub. 1984–1999-cu illərdə Tofiq Bəhramov adına Respublika Stadionunun direktoru vəzifəsində işləyib, 2005–2010-cu illərdə isə Oğuz-Qəbələ seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub, sonra deputat ola bilməyib və… 20 aprel 2011-ci il tarixdən bu günədək Oğuz Rayonu İcra Hakimiyyətinin başçısıdır. Fikir verdinizmi, bu adam 1984-cü ildə 1-ci kurs tələbəsi olanda ölkənin ən böyük Republika Stadionunun direktoru olub. Bu necə ola bilərdi..? Sonra bu adam 5 il Oğuzun deputatı olub və etimadı doğrultmadığı üçün 2-ci dəfə deputat olmayıb və Oğuzun icra başçısı olub…”

Sayt icra başçısının 12 illik fəaliyyətinə də diqqət yönəldib:

“Cənab başçı bu illər ərzində Oğuzun meşələrinin hesabına milyonlar qazanıb və yaşıllıqları məhv edib. Bu hələ harasıdır..? İcra başçısının qardaşı MAHİR QURBANOV Oğuz rayonunun Daşağıl çayının hövzəsində daş, qum-çınqıl istehsal edən şirkət sahibidir. Dəfələrlə Ekologiya Nazirliyi ona xəbərdarlıq etsə də, faydası olmayıb. Mahir Qurbanov da qardaşı kimi ağacları məhv edir, ekologiyaya ciddi ziyan vurur, çayın təbii yatağını məhv edir.

İndi isə keçək icra başçısının qudası Elşad Yusifovun əməllərinə. Bəli, Eyvaz Qurbanovun qudası, maliyyə idarəsinin rəisi olan Elşad Yusifov dövlət vəsaitlərini talayır, tenderləri öz yaxın qohumlarına, dostlarına verirlər. Oğuzlular deyir ki, icra başçısı ancaq öz qohum-əqrəbası üçün çalışır. Rayonda təmir-tikinti, abadlıq adı altında milyonlarla dövlət vəsaiti mənimsənilir.

Təsəvvür edirsiniz, icra başçısı Calut yolunun üstündəki 3 hektar ərazini qanunsuz olaraq satıb. İcra başçısı Oğuzun mərkəzində özü üçün ikimərtəbəli böyük ticarət mərkəzi tikdirib.

Deməli, icra başçısının bütün obyektləri yaxın qohumlarının adınadır. Oğuzda bir qarış da boş torpaq qoymayıb. Hamısını qohumlarının adına özəlləşdirib. 5 hektar torpaq sahəsinin bir sotunu 5-6 min manatdan satır. Dövlətin Oğuzdakı yola ayırdığı 4.5 milyon manat mənimsənilib.

Bu adam özü Oğuzlu olsa da, sanki bu yurda qənim kəsilib. İcra başçısının adamları gün ərzində Oğuz meşələrindən ən azı 20 «Kamaz» odun daşıyırlar. Bir «Kamaz» odunun qiyməti 600 manatdır. Dövlətin yol tikintisinə ayırdığı pulların hesabına icra başçısı Oğuzun kəndlərinin birində 3 mərtəbəli villa tikdirib. Rayondakı bütün yol, tikinti, inşaat, abadlıq işləri ancaq iki şirkətə verilir: “Rövşən Oğuz Qrup” və “Uğan” MMC. Bu şirkətlər də icra başçısının özünə yaxın şəxslərə məxsusdur…”

Yəqin, T.Bəhramov stadionunda direktorluğu dövründə Eyvaz Qurbanovun gözü top diyirlənən hamarlığa, düzənliyə öyrənişib. O üzdən Oğuzun da ağaclarını məhv edir ki, əl-ayağa dolaşmasın. Amma stadionda “keçəl” yerlər olsa da, heç olmasa bir az yaşıl qazon tapılırdı. Əgər Eyvaz Qurbanova “qırmızı kart” göstərilməsə, Oğuzda yaşıllıq adına heç nə qalmayacaq.

“Deryaz.az”
 

Ardını oxu...
2023-2024-cü dərs ilinin başlanmasına hələ iki aya yaxın müddət qalıb. Şagirdlər də, valideynlər də bu isti yay günlərində tətilin dadını çıxarmaqdadırlar. Amma ola bilsin ki, yeni dərs ili bütün məktəblərdə heç də eyni gündə başlamasın. Daha doğrusu ehtimal var ki, Bakının Nəsimi rayonu ərazisində yerləşən 164 saylı tam orta məktəbdə tətillər sentyabrın 15-dən sonra da davam etsin. Amma bu baş verərsə, sözügedən məktəbdə sentyabr tətilləri tam fərqli mahiyyət kəsb edəcək. Bu barədə 164 saylı məktəbin bir qrup müəllimi tərəfindən AİA.Az-a ünvanlanan müraciətdə məlumat verilir. Həmçinin məktubda vurğulanır ki, redaksiyamıza müraciət etməklə müəllimlər qarşılaşdıqları problemləri mətbuat vasitəsilə Elm və təhsil naziri Emin Əmrullayevin və birbaşa ölkə rəhbərliyinin diqqətinə çatdırmaq niyyətindədirlər.

Məktəbin pedaqoji heyətini təmsil edən müəllimlər konkret olaraq bildirirlər ki, bu orta təhsil müəssisəsinə rəhbərlik edən direktor Kəmalə Qədirova onları qeyri-etik davranışı, kobud rəftarı, təhdid və hədələri ilə əməlli-başlı bezdirib. Buna görə də müəllimlər qərara gəliblər ki, əgər yeni tədris ili başlayana qədər Təhsil Nazirliyi tərəfindən məktəbin direktoruna qarşı ciddi tədbirlər görülməsə, sentyabrın 15-də bütün pedaqoji heyət ilk dərs gününü boykot edərək qeyri-müəyyən müddətə tətilə başlayacaqlar. Hərçənd elə müraciətin özündə də şikayətçilər bildirirlər ki, Təhsil Nazirliyi tərəfindən direktor Kəmalə Qədirovaya qarşı hər-hansı tədbirin görüləcəyinə çox az ümid edirlər. Bunun da öz subyektiv səbəbi var və bir qədər sonra biz bu məsələyə qayıdacağıq. Hələlik isə, 164 saylı məktəbdə direktor-müəllim münasibətlərinin hansı əsaslar üzərində formalaşmasına dair redaksiyamıza daxil olan müraciətdə təqdim edilən açıqlamaları nəzərdən keçirək.

İlk növbədə məlumatda qeyd olunur ki, 2022-2023-cü təhsil ilndə sözügedən məktəbdə rus və Azərbaycan bölmələrində ümumilikdə 53 sinifdə 1500 nəfərə yaxın şagird təhsil alıb. O cümlədən 22 ibtidai sinifdə şagirdlərin sayı 600 nəfərdən çox olub. Bu şagirdlərə dərs deyən müəllimlərin sayı isə 120 nəfərə yaxın olub. Əlbəttə ki, bu statistik göstəricilər direktorun müəllimlərə qarşı kobud rəftarı üçün əsas və yaxud da bəhanə ola bilməz. Amma bizə olunan müraciətdə təqdim edilən növbəti rəqəmlər barədə bunu demək olmaz. Çünki bu rəqəmlər artıq necə deyərlər, “qara mühasibatlıq” göstəricilərinə aiddir. Beləliklə, təqdim olunan məlumatlarda bildirilir ki, direktor Kəmalə Qədirova ibtidai sinif müəllimlərinin böyük əksəriyyətindən, təxminən 18-20 müəllimdən hər ay 200 manat məbləğində “aylıq haqq” tələb edir və alır. Kəmalə xanım bu tələbi belə əsaslandırır ki, həmin müəllimlər bəzi şagirdlərini dərs saatlarından sonra əlavə hazırlıq məqsədilə saxlayırlar. 5-11 siniflərə dərs deyən fənn müəllimlərinə isə fərqli “tariflər” tətbiq olunur. Müəllimlərin İddiasına görə direktor onlardan dərsdən əlavə hazırlaşdırdıqları şagirdlərin sayına görə, 50 manatdan 100 manata qədər pul alır. Bu “maliyyə proqramı” da təxminən 40 nəfərdən artıq müəllimi əhatə edir. Əlbəttə ki, 10-cu və 11-ci sinif şagirdlərinin hazırlıq tələbatları bir qədər fərqli olur. Əksər hallarda onlar ümumiyyətlə təhsil aldıqları orta məktəbə gəlməməyə və həmin zamanı müxtəlif tədris-hazırlıq kurslarında keçirməyə üstünlük verirlər. Aldığımız məlumata görə, 164 saylı məktəbdə gənclərin bu tələbatlarının da qarşılanması mümkündür. Əlbəttə ki, onların valideynlərinin pulları hesabına. Müəyyən ödəniş qarşılığında şagird məktəbə gəlmir, amma bu barədə sinif jurnalında qeydiyyt aparılmır. Onun qiymətləri isə yeri-yerində yazılır. Amma bizə təqdim edilən məlumatlara görə, Kəmalə Qədirovanın valideynlərdən pul almaq üçün başqa bəhanələri də var. Bu bəhanələri isə direktor hər gün telefonla zəng edərək məktəbə çağırdığı və öz kabinetində qəbul etdiyi valideynlərə bağlı qapı arxasında, həm də individual qaydada təqdim edir.

İddialara görə Kəmalə xanımın daha bir maxinasiyası da məktəbə, xüsusilə də rus bölməsinə qəbulla bağlıdır. Son illər ölkəmizdə rus dilinə marağın artması nəticəsində bəzi məktəblərdə rus bölməsi üzrə şagird yerlərinin müəyyən edilmiş sayı tələbatdan aşağı olur. Bu kimi hallarda da Kəmalə Qədirova rəhbərlik etdiyi məktəbin əhatə dairəsindən kənar ərazilərdə yaşayan valideynlərin “köməyinə” gəlir. Əlbəttə ki, yenə də müəyyən ödəniş müqabilində. Həmin valideynlər öz uşaqlarını əvvəlcə ərazi üzrə məktəblərdə qeydiyyata aldırırlar. Sentyabrın sonlarında isə, həmin uşaqlar 164 saylı məktəbə köçürülürlər. Əgər Kəmalə xanımın buna necə nail olduğu ilə maraqlanırsınızsa, bu barədə də bir qədər sonra məlumat verəcəyik. Həmçinin müəllimlərin iddiasına görə, Kəmalə Qədirova valideynlərə qəbul yerləri məhdud olan elitar lisey və gimnaziyalara qəbul məsələlərində də vasitəçi xidmətlərini təklif edir. Qeyd edək ki, aldığımız məlumatlarda məktəb direktorunun işə qəbul və rus dili müəllimlərinin sertifikatlaşdırılması məsələlərini də özü üçün gəlir mənbəyinə çevirə bildiyi iddia olunur. Hətta bu məqsədlə direktora pul verdikləri iddia edilən bir neçə müəllimin də adları təqdim olunur. Lakin bu məqamla bağlı hələ ki, araşdırma apardığımıza görə, etik qaydalara riayət edərək həmin müəllimlərin adlarını çəkməyi məqsədəuyğun hesab etmirik.

Təbii ki, bütün bu qeyri-qanuni əməllər böyük pullar gətirir. Təqdim olunan məlumatda iddia olunur ki, bu böyük pullar sayəsində Qədirovlar ailəsi 10-dan artıq daşınmaz əmlakın, o cümlədən metronun “28 may” stansiyasının yaxınlığında, “Grand Market”in yerləşdiyi yeni tikili binada, Dillər Universitetinin yaxınlığında yeni tikili binada, rəhbərlik etdiyi məktəbə yaxın ərazidə yerləşən daha bir yeni tikili binada hər biri bir milyon manat civarında qiymətləndirilə biləcək iri sahəli mənzillərin, Sumqayıt zonasında, dənizkənarı ərazidə fəaliyyət göstərən “Amor” istirahət mərkəzinin yaxınlığında dəbdəbli villanın, metronun “Xalqlar dostluğu” stansiyasının yaxınlığında yerləşən və hazırlıq kursları kimi fəaliyyət göstərən böyük bir obyektin sahib olublar. Ailənin hər bir üzvünün isə şəxsi bahalı avtomobili var. Əlbəttə, bəlkə də böyük bir ailə biznesinə sahib olan insanlar üçün bu sərvətə sahib olmaq normal hesab edilə bilər. Amma məsələ bundadır ki, Kəmalə Qədirovanın həyat yoldaşı da elə təhsil sahəsində çalışır. Yəni bu insanların aylıq məvacibləri heç bir halda onlara belə bir var-dövlətə sahib olmaq imkanı verə bilməz.

Hə, elə bu məqamda da Kəmalə Qədirovanın yuxarıda bəhs edilən çoxsaylı maxinasiyaları necə həyata keçirə bilməsinə dair aldığımız açıqlamanı təqdim etmək istərdik. Məsələ bundadır ki, Kəmalə xanımın həyat yoldaşı Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirovdur. Aldığımız məlumatlarda da vurğulanır ki, məhz onun sayəsində 164 saylı məktəbin direktoru yuxarıda qeyd olunan bütün qanunsuzluqları rahatlıqla və tam cəzasızlıq şəraitində həyata keçirə bilir. Fərzəli Qədirov nazirlikdə hələ sabiq nazir Misir Mərdanovun vaxtından işləyir. Nə məsələdirsə, Təhsil Nazirliyinin strukturlarında indiyədək aparılan heç bir kadr islahatları Fərzəli müəllimin mövqelərini zəiflədə bilməyib. Əksinə, ildən-ilə onun özünün də, Kəmalə xanımın da işləri daha yaxşı gedir. Redaksiyamıza təqdim olunan məlumatda bildirilir ki, məktəb direktoru rəhbərlik etdiyi kollektivin üzvlərini də məhz Fərzəli müəllimin “qisası” ilə təhdid edir. Buna görə də müəllimlər Təhsil Nazirliyi tərəfindən Kəmalə Qədirovaya qarşı hansısa tədbirin görüləcəyinə çox da ümid bəsləmirlər. Yeri gəlmişkən deyilənə görə, Fərzəli Qədirov öz oğlunun da məhz elə mövcud əlaqələri sayəsində İngitərədə doktoranturada dövlət proqramı üzrə təhsil almasına nail olub. Bu isə dövlətimizə 350 000 manata başa gələcək.

Sonda bir məqamı da qeyd edək ki, Fərzəli Qədirov barəsində internet resurslarında məlumat axtararkən çox maraqlı materiallara rast gəldik. Məsələn, hələ 2017-ci ildə dərc olunmuş bir materialda Təhsil Nazirliyinin “QARANLIQ ADAMI” adlandırılan Fərzəli Qədirovdan çoxsaylı şikayətlərin olduğu və onun öz ailəsinin də bu sektorda imkanlarını genişləndirdiyi bildirilir. Belə çıxır ki, ötən 6 il ərzində Qədirovlar öz cəzasızlıqlarını təmin edə biliblərsə, deməli onların indi də “sudan quru çıxma” ehtimalları kifayət qədər yüksəkdir. Görəsən bu vəziyyət həqiqətən də 164 saylı məktəbdə müəllimlərin tətilinə səbəb ola bilərmi?

P.S.
Qeyd etdiyimiz kimi, bu material redaksiyamıza Bakının Nəsimi rayonu 164 saylı tam orta məktəbin bir qrup müəllimi tərəfindən ünvanlanmış müraciət əsasında hazırlanıb. Materialı dərc etməzdən öncə onun mətnini Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə və Bakı şəhəri üzrə Təhsil idarəsinə münasibət bildirmələri üçün göndərdik. Bakı şəhəri üzrə Təhsil idarəsindən aldığımız cavabın mətnini olduğu kimi təqdim edirik.

164 nömrəli tam orta məktəbdən verilmiş məlumatda qeyd olunur ki, müraciət məktəbin və pedaqoji kollektivin nüfuzuna xələl gətirmək, məktəbin nailiyyətlərinə kölgə salmaq, təhsilin inkişafı naminə fədakarlıqla çalışan kollektivi ruhdan salmaq, qarşıya qoyulmuş vəzifələrin qanunauyğun, keyfiyyətlə və obyektiv yerinə yetirilməsinə mane olmaq məqsədi daşıyır. Müraciətdə irəli sürülən iddialar əsassız və qərəzlidir.
Məktəb barədə yazılan müraciətdə heç bir müəllimin adı göstərilməyib. “Vətəndaşların müraciətlərinə baxılması haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən, yazılı müraciət vətəndaş tərəfindən imzalanmalı, vətəndaşın adı, soyadı, atasının adı, ünvanı və yaxud işlədiyi yer göstərilməlidir. Həmin məlumatlar göstərilmədikdə müraciət anonim sayılır və qanunvericiliyə əsasən, anonim müraciətlərə baxılmır.

P.S Beləliklə, mətnin özündə də qeyd olunur ki, Bakı şəhəri üzrə Təhsil idarəsinin redaksiyamıza ünvanladığı cavab heç bir araşdırma aparılmadan, sadəcə olaraq 164 saylı məktəbdən təqdim olunan məlumat əsasında hazırlanıb. Aydındır ki, həmin məktəbin direktoru istənilən halda ona ünvanlanan sorğuya fərqli cavab verməyəcək. Ən azından, alıdığımız müraciətdə irəli sürülən ittihamların məhz ona qarşı olduğuna görə. Gözləmək olardı ki, müraciətdə yer alan iddiaların yoxlanması məqsədilə Təhsil idarəsinin rəhbərliyi tərəfindən hansısa bir işçi qrup və ya komissiya yaradılar və həqiqətin müəyyən edilməsi üçün müvafiq araşdırma aparılar. Lakin bu baş vermədi. Operativliyin təmin edilməsi naminə məsələyə Təhsil idarəsinin deyil, müəllimlər tərəfindən ittiham edilən məktəb direktorunun münasibəti bizə təqdim olundu. Əlbəttə ki, bu da onların öz haqqlarıdır. Hətta obyektivlik şübhə altında qalsa da.
Öz tərəfimizdən biz yalnız bir məqama aydınlıq gətirmək istəyirik. Dövlət idarələrinə ünvanlanan müraciətlə kütləvi informasiya vasitəsinə olunan müraciət bir qədər fərqli mahiyyət daşıyır. Bizə verilən cavabın müəllifi israr edir ki, müraciət edənlərin adları göstərilmədiyindən həmin şəxslərin müraciətləri anonim sayılır. Bu, yanlış yanaşmadır. Ona görə ki, müraciət edənlər bizə özlərini təqdim ediblər. Sadəcə olaraq, artıq məqalənin özündə göstərilən səbəblərdən hələ ki, adlarının açıqlanmasını istəmirlər. Bu isə tamamilə qanunidir. Məsələ bundadır ki, Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanununun II Fəsilinin (Kütləvi informasiya azadlığının əsasları) 11-ci Maddəsinin (İnformasiyanın yayılmasına, informasiya mənbəyinin açıqlanmasına yol verilməyən xüsusi hallar) 1-ci hissəsinin 2-ci bəndində deyilir: kütləvi informasiya vasitəsi redaksiyasının və ya jurnalistin adının bildirilməməsi şərtilə məlumat vermiş şəxsin kimliyini göstərməsinə yol verilmir.
Həmin maddənin 2-ci hissəsində deyilir: kütləvi informasiya vasitəsinin məlumatın dərc olunmasına (efirə verilməsinə) məsul redaktoru və (və ya) jurnalist istintaqda, yaxud məhkəmə icraatında olan işlə əlaqədar qanunla müəyyən edilmiş hallardan başqa, informasiya mənbəyini açıqlamağa məcbur edilə bilməz.
Həmin maddənin 3-cü hissəsində deyilir: Redaktor və ya jurnalist aşağıdakı hallarda məhkəmə tərəfindən öz mənbəyini açıqlamağa məcbur edilə bilər:
insan həyatının müdafiəsi üçün;
ağır cinayətin qarşısını almaq məqsədilə;
ağır cinayət törətməkdə ittiham olunan, yaxud təqsirli bilinən şəxsin müdafiəsi üçün.

Ümid edirik ki, Elm və Təhsil Nazirliyi tərəfindən problemə fərqli yanaşma nümayiş etdiriləcək və məsələnin obyektiv şəkildə araşdırılması təmin olunacaq.

AİA.Az
 
Ardını oxu...
Bakıda fəaliyyət göstərın bəzi tikinti şirkətlərinə sakinlərin etimadsızlıq göstərməsi, fəaliyyətlərindən narazıçılıqları baş alıb getməkdədir Onların özbaşnalıqları , qanunsuz əməlləri elə yarandığı gündən başlayıb.Həm də son həddə çatan bu narazılıq təkcə şirkətin tikdiyi binalarda yaşayacaq sakinlər tərəfindən deyil,həm də hündürmərtəbəli binaların inşaatçıları tərəfindən olub.
Əvvəlcə onu deyək ki, bu tikinti maqnatı hələ 2019- -cu ildə İsmayıllı,Agsu və Şamaxı rayonlarında baş verən zəlzələ zamanı oradakı kəndlərdə evi qəzalı vəziyyətə düşmüş adamlara yeni həyət evləri tikdikləri zamanı xoşagəlməz fəaliyyəti ilə ailəsinə çörək pulu qazanan zəhmətkeş insanlaara zəhmət haqlarını verməməkdə ad çıxarıb.İnsanlar qanuni işə qəbul olunmaları, vaxtı- vaxtında əmək haqqı almaları, dövlətə vergi ödənişi ediləcəyi barədə razılıq əldə etmişdilər şirkət rəhbərliyi təmsilçiləri ilə.Amma bütün respublika bildi ki,onlara qarşı haqsızlıq edilib.
Sonra buna bənzər hadisə Mtk-nın Bakıda tikdiyi binalarda da təkrarlandı.16 nəfərdən ibarət dam örtüyü işlərini həyata keçirən briqadanı neçə dəfə aldadıb haqqına girmək olar?
Şirkətin direktoru olmuş İlqar Rəhimov barədə Binəqədi ərazisində bina tikərkən çoxsaylı agacları kəsdirdiyi üçün məhkəmə qətnaməsi çıxarılması çoxlarının yaxşı yadıdadır.
Mtk-nın hazırkı müdiri Elvin Adil oğlu Rəhimov da öz sələfi kimi şikayətçi sakinlərə qarşı aqressiv mövqe sərgiləyir, “kimə,hara istəyirsiniz gedib deyin”deyə kimsədən qorxusu olmadığını amiranə surətdə bəyan eləməkdən çəkinmir.
Kimdir Elvin Rəhimov? Beş dəfə Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin təcridxanasında saxlanılıb.Onlardan 4-ü dələduzluğa, biri isə qadına təcavüzə görə baş verib.Görün kimi oturublar vəzifə başında. “Mahal”Mtk-nın hələ zəlzələ ilə bağlı dağılmış və qəzalı evlərin təmiri və tikintisi ilə bağlı tender keçirilmədən qanunsuz fəaliyyət göstərməsi,FHN-nin pul vermədiyi ilə bağlı işçiləri aldadaraq əmək haqqlarını verməməsi, əslində isə pulun verildiyi və başqa təyinata xərcləndiyi, vəsaitin mənimsənildiyi , işçilərlə bərabər evsiz qalanların da başına oyun gətirildiyi barədə deyilənlərdən nə nəticə çıxaran oldu,nər də şikayətin bir nəticəsi.O vaxt evsiz qalan insanlardan da təmir-tikinti işləri aparmaqdan ötrü pul tələb edirdilər şikayətçilərin dediyinə görə.
Bütün qaranlıq, fırıldaqçılıq işləri bu şirkətin boyuna biçilib deyəsən.
“Mahal”Mtk-nın “Easy Konstraktion”podratçı şirkətinin başına gətirdiyi oyunlar da məhkəmə ilə sonuclanıb.Şirkət rəhbəri Cavid Salayev o zaman “Mahal”Mtk-da 370 min manatdan çox alacaqları olduğunu demişdi.Hətta onların avadanlıqlarını belə girov saxlayıbmışlar.
Hansını deyəsən?
İndi də Bayıl qəsəbəsi Xanlar küçəsi 57 ünvanda yerləşən hündürmərtəbəli binasının sakinləri Nazirlər kabineti qarşısında 3-4 ay fasilədən sonra yenidən aksiya keçiriblər.
Aksiya sakinləri özbaşına traktorla zorla uçurub sökdükləri evlərin yerində,həm də çoxları qəzalı vəziyyətdə olmayan evlərin belə guya Mehriban xanım Əliyevanın layihəsi əsasında müasir tipli hündürmərtəbəli evlər tikilərək onlarla təhvil veriləcəyini söz vermişdilər.Sakinlərlə 2017-ci ildə üç illik müqavilə imzalanıb, onların kirayə haqlarının ödənilməsini də öz üzərinə götürüb.
O vaxtdan 6 il keçib.Bir çox ailələr onlara kirayə haqqı verilmədiyini söyləyirlər.
Eyni zamanda onlara verilməli mənzillərin sahəsini binadakı mənzillərin otaqlarını iki yerə bölməklə, məsələn,50 kv. metrlik mənzilin yerinə 40 kv.metrlik mənzil sırımağa çalışmaqla,və yaxud 150 kv.metrlik mənzili ortadan tikib ayıraraq iki ailə arasında bölməklə insanları “yola verməyə”çalışıblar.Birinə balkon düşür, birinə yox, birinə pəncərə düşür,o birinə yox .
Binanın tikintisi zamanı Nazirlər Kabineti tərəfindən proyektə dəyişiklik edilib.
Şirkətin qanunsuz olaraq orada yaşayan və yaşamayan hər adamdan hər kv.metrə görə 0.60 manat tələb edildiyi bildirilir.Kommunal xərclər adı altında qanunsuz olaraq pullar yığılır.Halbuki buna istismara veriləndən 6 ay sonra sakinlərin yaratdıqları cəmiyyət tərəfindən idarə olunmalıdır.O da qeyd olunur ki, tikinti zamanı kənara çıxmalar olub, bina tam istifadəyə qəbul olunmayıb.
Adamlara bildiriblər ki, şikayət edən, aksiyada iştirak edənləri peşman edəcəklər.”Kimə istəyirsinizsə şikayət edin,heç kim bizə heç nə deyə bilməz”.
Adamlar E.Rəhimovun arxalı olduğunu,heç kimin ona bata bilməyəcəyi ilə onları hədələdiyini bildirirlər.
R.Rəhimovun atası Adil Rəhimovun uzun illər Heydər Əliyev adına Neft Emalı zavodunun direktorunun birinci müavini işlədiyini söyləyirlər.
2011-ci ildə “Şöhrət”ordeni ilə təltif olunub.2014-2019-cu illərdi neft sənayesi sahəsində səmərəli fəaliyyətinə görə Prezident təqaüdü alıb.A.Rəhimov şəxsi əlaqələri və nüfuzu sayəsində tikinti sahəsində geniş biznes şəbəkəsi qurubr və oglu Elvin bu biznesə rəhbərlik edir.Həm də özbaşnalıq, qanunsuzluq edib insanların hüquqlarını tapdalayaraq rəhbərlik edir.Buna nə ad vermək olar?
Ona görə də, adamlar proyektdə dəyişiklik edən Nazirlər Kabinetinə üz tutublar, mənzil probleminin həllinə cavab istəyirlər.
Dövlət başçısı hörmətli Prezidentimiz İlham Əliyev cənabları və Mehriban Əliyevanı son ümid yeri bilir, onlardan pozulmuş hüquqlarının bərpa edilməsində yardım diləyirlər.
 //aktualxeber.az//
 
Ardını oxu...
Göyçay şəhər sakini, müəyyən səbəblərdən adının çəkilməsini istəməyən qadın sahibkar tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə aidiyyəti orqanlara müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Hörmətli cənablar!

Mən, bir qadın sahibkar kimi, sizlərdən xahiş və tələb edirəm ki, problemimə ciddi yanaşasız.

Bu yazını oxuyan səlahiyyətli nümayəndələrdən kömək istəyirəm. Göyçay şəhərində qanunsuzluq baş alıb gedir. Belə ki, bir qrup şəxs əlbir olaraq, gübrə və kənd təsərrüfatı təyinatlı dərmanlara ayrılmış vəsaitləri qanunsuz olaraq nəğdləşdirirərək, cinayət əməli törədirlər. Hansı ki, dövlət büdcəsindən hər il kənd təsərrüfatı məhsullarının əkilməsi üçün küllü miqdara vəsait ayrılır. Həmin pulun 25 faizi supsidiya kartlarına nəğd şəkildə vurulur. Qalan 75 faizi isə kənd təsərrüfatı təyinatlı dərmanların, gübrələrin, toxumların alınmasına ayrıldığı üçün həmin məbləğin kartlardan nəğd şəkildə çıxarılması qanunla qadağandır. Həmin vəsaitdən yalnız satış mərkəzlərindən kənd təsərrüfatı təyinatlı dərmanların, gübrələrin, toxumların alınması üçün alış-veriş etmək məqsədilə və kartlardan həmin satış mərkəzlərinin hesablarına köçürülməsi yolu ilə istifadə edilməlidir.

Göyşayda bir qrup şəxs həmin vəsaiti qanunsuz yolla 75 faizlə (100 manata 75 manat ödəməklə - müəl.) nəğdləşdirirlər. Yəni nəğdləşdirilmiş pulun 75 faizi fermerlərə verilir. Qalan 25 faizini isə həmin şəxslər tərəfindən mənimsənilir. Bu isə Azərbaycan Respublikasının Kənd Təsərrüfatına küllü miqdarda ziyan vurur. Gübrə və dərmanlar kağız üzərində “torpağa verildiyi” üçün əkin sahələri dərmansız və gübrəsiz qalır ki, bu da ölkədə kənd təsərrüfatının inkişafına böyük ziyan vurur. Ona görə də, bu korrupsiya şəbəkəsinin törətdiyi ağır cinayətin obyektiv araşdırılıb, təcili tədbirlər görülməsinə zərurət vardır.

Göyçay və İsmayıllı rayonlarında bu cinayətkar şəbəkəni vəzifəli şəxslər himayə edirlər. Çünki bu cür qanunsuz yollarla külli miqdara vəsait əldə edirlər. İtirən isə Azərbaycan dövləti olur ki, nəticədə də kənd təsərrüfatına ciddi ziyanlar dəyir.

İsmayıllı rayonunda bu işə Sədyar adlı şəxs və iki oğlu, Göyçay rayonunda isə Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Göyçay şöbəsinin rəis müavini Rafael Əliyevin ailə üzvü Abid Əliyev baxır. Abid Əliyev bir neçə il əvvəl özünə “2-ci qrup müharibə əlili” dərəcəsi təyin etdirə bilib. Hansı ki, Abid Əliyev yaralanmayıb, onda heç bir əlillik əlaməti yoxdur.

Belə şəxslər əlbir olub, Azərbaycan dövlətinə külli miqdarda ziyanlar vursalar da, onların barəsində heç bir tədbir görülmür.

Şikayətimdə qeyd etdiyim cinayət əməllərini təsdiq edən konkret və mötəbər subutlarım da var(videoçəklişlər).

Cənab Prezident!

Mən mətbuat vasitəsi ilə Sizdən xahiş edirəm ki, bu şəxslərin cinayət əməllərinə hüquqi qiymət verilməsinə və qanuni tədbir görülməsinə köməklik edəsiniz”.
 
Ardını oxu...
Teref.az yazır ki, aşağıdakı sosial postu ünlü jurnalist, "Gündəminfo.az" saytının baş redaktoru Razı Abbnasbəyli paylaşıb.
"Razi Abasbəyli
2 мин. · Апшеронский район, Хырдалан ·
Bizi bu "xeyriyyəçi" hacılardan qoruyun. Lütfən. Zülmlə, balamizin boğazından kəsdik. Yolumuz yox idi. Yol çəkdik. Qazımız yox idi pul yığdıq qaz çəkdik. Suyumuz yox idi. Pul yığdıq su çəkdik. Kanalizasiya yox idi. Pul yığdıq kanalizasiya çəkdik. İndi naxçıvanlı bir Hacı Sunay əfəndi gəlib 2 mərtəbəli evi böyüdüb bina tikir. Asfaltı dağıdır. Yolumuzu saatlarla kəsir. Adam da deyir əlimdə sənədim var, əccəb edirəm. Biri araşdırsın lütfən. Axı biz illərdir zülmlə qurduğumuz bu küçəyə göz bəbəyimiz kimi baxdıq. Ağac əkdik, işıqlandırma qoyduq. Buna görəmi? Nədir axı bizim günahımız???"



Teref.az olaraq qeyd etmək istəyirik ki, Masazır qəsəbəsi Abşeron rayonunda yerləşir. İcra başçısıda Abdin Fərzəliyevdir.
Ardını oxu...
Ardını oxu...
 
 
 

Dünyapress TV

Xəbər lenti