Redaksiyamıza iki gün əvvəl İsmayıllıdan ilginc informasiya daxil olmuşdu. Söhbət Aşıqbayram su anbarı ilə bağlı idi. Qeyd olunan yazı dərc olunduqdan sonra əraziyə yaxın kəndlərdə yaşayan insanların müraciətləri artmağa başladı.
Bəli şikayətçi bildirir ki, deyilənlər həqiqətdir və bu məsələ ilə bağlı təxminən bir ay əvvəl rayon icra hakimiyyətinin başçısı Nahid Bağırovun qəbulunda da olublar. Biz başçıya bildirdik ki,gölün suyu qəsdən azaldılıb və məqsəd aydındır ancaq mal-qaramız palçığa batır və xüsusi texnika olmasa onları xilas edə bilmirik. Cənab başçı məsələ ilə bağlı öz göstərişini verdi ancaq müdir Elşad Quliyev onu eşitmədi və bu gün mənzərə göz qabağındadır.Həqiqətən meliorasiya rəisi balıq alverinə girişib və bu işi bir qrup idmançı və Qarabağ qazilərinin əli ilə həyata keçirir. Hörmətli redaksiya: Elşad Quliyev qoçularına deyib ki,işinizi görün və kim sizə mane olsa əzişdirin qorxmayın lazım olsa yaxın qohumum korrupsiya idarəsində işləyir sizə kömək edəcək.Bu adam bilinmir ki, dövlət qulluqçusudur ya balıq alverçisi. Hörmətli redaksiya: Biz sizə video çarxlar göndəririk və burada açıqca görünür ki, balıq tor ilə necə tutulub məhv olunur. Bütün bunlar 6-saylı regional ekologiya və təbii sərvətlər idarəsinin gözləri qarşısında baş verir, ancaq onlar dinə bilmir çünki bu işdən onlara da pay düşür. Balıq tutulub "Dərə" kafesi adlanan yerdə satılır. Bütün sifarişçilər oradan gəlib alıb aparırlar. Xahiş edirik bu məsələnin daha çox ictimailəşməsi işində bizə kömək edəsiniz. Yaxın günlərdə biz bir qrup kənd sakinləri yenidən rayon icra hakimiyyətinə şikayət etmək üçün gedəcəyik. Əlimizdə olan foto və video çəkilişləri tədricən sizə göndərəcəyik.Ancaq xahiş edirik ki, bu materialları it-bata salmayasınız çünki bir xeyli yerli və respublikanın başqa yerlərində olan saytlara, YouTube kanallarına müraciət edərək kömək istəmişik aldığımız cavab bu olub ki, Elşad müəllim dostumuzdur bizlik deyil.Yəqin onlara da balıq kababı yedizdirirlər?
Əvvəlcədən təşəkkür edirik Hörmətlə bir qrup İsmayıllı sakini.
Mövzu tərəfimizdən araşdırılır.
Mənbə: azerinfo.info Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)
Ölkə səhiyyəsində son illər aparılan islahatlar nəticəsində xeyli irəlləyişlər olsada, bu hələki tibb sahəsini tam əhatə eləməyib. Bir çox xəstəxana və tibb məntəqlərində hələdə hələdə rüşvət, xəstələrə baxımsızlıq və sair problemlər qalmaqdadır.
Belə problemli qurumlardan biri də uzun müddətdir ki, ölkə mətbuatının gündəmindən düşməyən Sabirabad Sabirabad rayon Mərkəzi Xəstəxanasıdır. Bir müddət öncə Sabirabad rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyinatı baş verdi. Belə ki, adı müxtəlif növ korrupsiyada və qurumu idarə edə bilməməkdə hallanan Ənvər Lumanov vəzifəsindən çıxarıldı və yerinə tibb üzrə fəlsəfə doktoru Həsən Hüseynov təyin edildi. Ancaq Həsən Hüseynovun Sabirabad xəstəxanasına direktor təyin edilməsindən sonra da adı çəkilən qurumda yenə problemlər qalmaqda davam edir.
AzFakt.com-a daxil olan məlumata görə Sabirabad xəstəxanasında yeni direktor yenə də köhnə “komanda”üzvüləri ilə işləməkdə davam edir. Belə ki, xəstəxananın uşaq doğum şöbəsinin baş tibb bacısı Sevinc Hüseynova Həsən Hüseynovun ən yaxın adamı olmaqla bərabər, həmdə keçmişdə olduğu yenə də qurumu qeyri – rəsmi idarə edir. Baş tibb bacısı vəzifəsinidə üstələyən Sevinc Hüseynova direktor və baş həkimdən sonra xəstəxanada üçüncü şəxs olduğu bildirilir.
Məlumat mənbəmiz qeyd edir ki, idarəçiliyin Sevinc Hüseynova verilməsi yeni direktor Həsən Hüseynovada sərf edir. Çünki baş tibb bacısı özünün sərt və kobud xasiyyəti ilə xəstəxanada nizam intizam yaradır. Ancaq getdikcə güclənən və direktoruda “ovucuna” alan Sevinc Hüseynovanın tibbi personala yuxarıdan aşağı baxması, hətta onları təhqir eləməkdən belə çəkinməməsi o anlama gəlir ki, Sevinc Hüseynova keçmiş xələfi Lalə Dadaşovanın etdiklərindən nəticə çıxartmayıb. Bu o, Lalə Dadaşova idi ki, Sevinc Hüseynovanın bütün iplərini əlinə alaraq, tərpənməyə qoymurdu…
Mənbə: "AzFakt.com" Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)
Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
“İki dövlət bir millət” qardaşlığının Qordi düyünü: Qarabağı inşa edənlər xidmət haqlarını niyə ala bilmirlər? “Dədə Qorqud” filmində el ağsaqqalının dilindən səsləndirilən bir aforizm var: “Torpağı əkib-becərmədin qorumağa, qoruya bilmədinsə əkib becərməyə dəyməz”. Yəqin ki, bu aforizmin müəllifi Dədə Qorqudun özü yox, filmi ssenariləşdirən yazıçı Anardır. Müəllifi kim olursa olsun, bu fikirlər böyük fəlsəfi anlam ehtiva edir.
Həqiqətən də istənilən torpaq parçası yalnız uğrunda qan tökməklə vətənləşmir, həm də üzərində qurulan iqtisadi təsisatlarla öz həqiqi möhtəvasına bürünür. Bu baxımdan, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması üçün nə qədər vəsait xərclənsə azdır və etiraf edək ki, ölkə rəhbərliyi də bunun fərqindədir, işğaldan azad olunmuş ərazilərimizin inşası üçün milyardlarla manat vəsait ayırıb.
Məlumata görə, təkcə 2023-cü il üçün dövlət büdcə layihəsində Böyük Qayıdış layihəsi çərçivəsində işğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası ilə bağlı 3 milyard manat nəzərdə tutulub. Eyni böyük fədakarlığın digər illərdə də edildiyini görürük. Büdcədən 2021-ci ildə bərpa prosesinə 2.2 milyard, 2022-ci ildə isə 2 milyard 670 milyon manat ayrılıb. Bu isə o deməkdir ki, 3 il ərzində (2021-2023-cü illər) Qarabağ və Şərqi Zəngəzurun bərpa və yenidənqurmasına yalnız dövlət büdcəsindən 7 milyard 870 milyon (hardasa 8 milyard) manat xərclənib. Qarşılamağa hazırlaşdığımız 2024-cü ildə bu istiqamətə ayrılan vəsait daha böyükdür. Növbəti ilin dövlət büdcəsində Qarabağın bərpasına 4 milyard manat vəsaitin yönləndirilməsi proqnozlaşdırılır. Üst-üstə toplayanda, 44 günlük müharibədən sonra keçən 4 il ərzində Qarabağın yenidən inşasına hardasa 12 milyard manat xərclənəcək. Rəsmi məlumatlara inansaq, kifayət qədər böyük olan bu vəsait sayəsində Qarabağda ağıllı kənd və şəhərlər, yeni körpülər, yollar, müasir aeroportlar tikilir, digər infrastruktur layihələri həyata keçirilir. Üstəlik, bütün bu xərclər dövlət büdcəsindən ayrılanlardır. Xarici sərmayədarların da bu inşa prosesinə qoşulduğu və böyük vəsaitlər xərclədiyi sirr deyil. Bəs, ayrılan bu vəsaitlər təyinatı üzrə xərclənilirmi? Bu xərclər tikinti sektorunda çalışanların gün-güzaranına necə təsir göstərir?
Sözsüz ki, bu qədər böyük vəsaitin təkcə Qarabağın yenidən inşasına ayrıldığını düşünən hər kəs, böyük ehtimalla, yuxarıdakı suala belə cavab verərdi: inşaatçılarımız yağ-bal içərisində yaşayır, qaz vurub qazan doldururlar.
Nə yazıq ki, inşaat sektorunda işləyənlərlə söhbətimizdə vəziyyətin tamamilə başqa cür olduğunu təsbit etdik. Sən demə, dövlətin inşaata ayırdığı bu pullar onların yox, onların adından istifadə edən bir qrup şəxslərin ciblərini doldurur. İşləyən, tenikaları bu ağır işdə məhv olan real inşaatçılardır, pulu qazananar isə podratçı, subpodratçı şirkətlər. Onlar vasitəsilə tikinti sektorunda iş tapmaq yarışına girən kiçik inşaat şirkətləri isə ayrılan vəsaitin yalnız cüzi qismini qazanırlar. Təbii ki, kağız üzərində. Ən pisi isə odur ki, sənədlərdə qazandıqlarını belə, reallıqda ala bilmirlər. Nəticədə bir çoxları lizinq vasitəsilə aldıqları krediti belə ödəyə bilmir, iflasa uğrayırlar. Ovqat.com-a bu barədə xeyli şikayətlər daxil olur və biz də həmin şikayətlərdən birini araşdırmağa qərar verdik.
Şikayətçi Səməd Niftaliyevin iddiasına görə, onun 2 ekskavatoru 4 ay boyunca Qarabağın müxtəlif bölgələrində işləyib. Amma indiyədək o, işverən şirkətdən 11 min manat pulunu ala bilməyib.
Fərdi sahibkar Səməd Niftaliyevlə İcraçı şirkət “Alfa Construction Company” arasında bağlanan müqaviləyə görə, hər ekskavatorun bir aylıq işi üçün 16 min manat ödənilməlidir. Sahibkara 4 ay müddətində cəmi 32 min manat pul yazılıb. Həmin məbləğin isə sadəcə üçdə ikisi - 21 min manatı verilib. Səməd Niftalıyev bağlanan müqavilə ilə yazılan xidmət haqqı arasındakı bu fərqi hava şəraitinin uyğunsuzluğu ilə əlaqələndirib. Xüsusilə qış və yaz aylarında Qarabağda havalar yağmurlu keçdiyindən ekskavatorlar işləməyib. Nəticədə fərdi sahibkara xidmət haqqı da yazılmayıb. Halbuki, bağlanan müqavilədə bu cür şəraitlərdə məsuliyyət işverən tərəfin üzərinə düşür və ekskavatorun sahibinə xidmət haqqının ödənilməsi nəzərdə tutulur. “Alfa Construction Company” şirkəti isə texnikanın işlədiyi günlərə müftə ödənişdən boyun qaçırıb. Sahibkar da naç-naçar onunla razılaşıb. Nəticədə 32 min manat borc yaranıb. Hardasa 4 ay müddətində 2 texnikanın bir ay xidmət haqqı dəyərində. Di gəl ki, işverən şirkət bu vəsaiti də tam ödəmək istəmir. Müştərilərinə bayram hədiyyəsi vəd edən "Alfa" şirkəti neçə ailənin bayram süfrəsini boş qoyub Şikayəti araşdırmaq üçün “Alfa Construcion Company”nin ofisində olduq. Bizi şirkətin rəhbəri Mehdi adlı şəxs qarşıladı. Mehdi müəllimlə baş tutan qısa söhbətimiz zamanı o, həqiqətən də şikayətçilərə borclu olduqlarını təsdiqlədi. Pulu ödəməmələrinin səbəbini isə podratçı şirkətdən vəsait ala bilməmələri ilə əlaqələndirdi. Məlum oldu ki, “Alfa Constriction Company” əslində layihənin rəhbəri deyil. Layihə Türkiyənin “Polat Yol Yapı” şikəti tərəfindən həyata keçirilir. Podratçı şirkət görülən işlərin haqqını “Alfa Constriction Company”yə ödəmədiyindən o da istər-istəməz fərdi sahibkarların haqqını verə bilmir. "Alfa"nın Rövşən adlı qoçusu da var. Təsadüfidirmi? Əlbəttə ki, yox. Koroğlunun da əsl adı Rövşən deyildimi?
Özünü tikinti şirkətinin qoçusu kimi aparan Rövşən adlı vətəndaşın kobud müdaxiləsi sayəsində familiyasını belə öyrənməyə macal tapmadığımız Mehdi müəllim bildirdi ki, “Polat Yol Yapı” şirkətindən görülən işlərin haqqının ödənilməsi dəfələrlə tələb edib. Türk şirkəti isə nəinki borcunu ödəməyib, əksinə “Alfa Constriction Company”ni borclu çıxarıb. Özü də nə qədər? Hardasa 172 min manatdan çox. Bəs, “Polat Yol Yapı” bu iddianı irəli sürərkən nəyə istinad edir? Nə yazıq ki, Mehdi müəllimdən bu sualımıza cavab ala bilmədik. Söhbətimizin şirin yerində içəriyə daxil olan Rövşən adlı “tikinti qoçusu” başılovlu içəri girərək, bizdən jurnalist vəsiqəsi tələb etdi. Təbii ki, biz də öz növbəmizə dəvətsiz qonağımızın bu tələbini yerinə yetirməyə borclu olmadığımızı onun diqqətinə çatdırdıq. O isə bizi polislə qorxudaraq, Mehdi müəllimlə söhbətimizə son verməyimizi tələb etdi. Biz də qoçu ritorikası ilə danışmağa maraqlı olmadığımızdan aradakı gərginliyi artırmamaq və mövzunun davamını “Polat Yol Yapı” şirkətinin nümayəndələri ilə davam etdirmək qərarına gəldik. Yeri gəlmişkən, Mehdi müəllimlə söhbətləşərkən, içəriyə bir başqa şikayətçi daxil oldu. Anar Həsənov adlı şikayətçi də fərdi sahibkardır. Onun da bir ekskavatoru “Alfa Construction Campany”nin vasitəçiliyi ilə “Polat Yol Yapı”nın obyektlərində işləyir. O da iyul ayından indiyədək şirkətdən 36 min manatını ala bilməyib.
Ofisin binasından çıxarkən, binanın qarşısında xeyli şikayətçi ilə qarşılaşdıq. Onlar da buraya məşhur filmdə deyildiyi kimi, “bir abbası”larını istəməyə gəlmişdilər. Nə illah etdimsə, mənə açıqlama vermək istəmədilər. Bildirdilər ki, Mehdi müəllimlə danışıblar, o, şəxsi evini satıb dekabrın 5-nə qədər borclarını qaytaracağına söz verib. Biz də şikayətçilərə “inşallah, Allah bazar versin” deyib yolumuza davam etdik və məsləhət gördük ki, “işdir, şayət pullarını vəd edilən vaxtda ala bilməsələr, bizim qapımızı döyə bilərlər”.
“Alfa Construction Campany”nin ofisindən ayrılarkən “Polat Yol Yapı”nın layihə direktoru Burhan Bayrakçıya zəng etdim. O, maliyyə işlərinə baxmadığını və bu səbəbdən də sualımızı cavablandıra bilməyəcəyini bildirdi. Biz də “Polat Yol Yapı”nın təsisçisi Aydın Polatı aradıq. Aydın əfəndi jurnalist olduğumuzu və onun inşaat obyektlərində çalışan işçilərin xidmət haqqı ilə maraqlandığımızı eşidəndə cin atına mindi. Elə çığırıb bağırdı ki, nə dediyini anlamaqda çətinlik çəkdik. Bircə onu eşitdik ki, bizim heç kimə borcumuz yoxdur. “Alfa Construction Campany” hesab edirsə ki, bizdən alacağı var, zəhmət çəkib məhkəməyə müraciət edə bilər. Bir sözlə, Qarabağı və Şərqi Zəngəzuru yenidən inşa edən işçilərin ümidləri nə vaxtsa podratçı və subpodratçı şirkətlərinin iddialarına baxacağı güman olunan Azərbaycan məhkəmələrinə qalıb. Bu da “bir millət iki dövlət” qardaşlığının Qarabağın yenidən bərpa quruculuğunda düyünlənən son həlqəsi. Qorxuram ki, kimlərinsə acgözlüyü nəticəsində bu həlqə Qordi düyününə çevrilsin.
Fərdi sahibkarla söhbətimiz zamanı bu ehtimalın onları da narahat etdiyi hiss olunurdu. Şikayətçilər soruşurdular ki, Azərbaycan hökuməti öz yerli şirkətlərimizi kənarda qoyub niyə işi xarici şirkətlərə verir. Xarici şirkət isə texnikası olan yerli müəssisələr və fərdi sahibkarlarla yox, adından başqa heç nəyi olmayan, qapısında ancaq qoçu saxlayan “Alfa Construction Company” ilə quru adından və kirayəyə götürdüyü ofisindən başqa heç nəyi olmayan qurumlarla podratçı müqaviləsi bağlayır, nəticədə zərərə düşənlər yerli sahibkarlar olurlar. Axı bu fərdi sahibkarlar inşaat sektoruna ayrılmış vəsaitdən qazandıqları 5-10 manatla həm təsərrüfatlarını maliyyələşdirir, həm də aldıqları texnikanın kreditlərini ödəyirlər. İşləyib pul ala bilməyəndə isə həm texnikaları sıradan çıxır, həm də öhdəlik borclarını ödəyə bilmirlər. Heydər Oğuz, Ovqat.com
"Bərdədəki 5 nömrəli neft terminalı bazasının müdiri Hacı Hacıyev qanunu da, Allahı da saymır. Heç olmasa ad-soyadından utanıb insafla işləsin. Axı eşitdiyimizə görə o da əvvəllər zəhmətlə çörək yeyib, "KAMAZ" sürücüsü olub,yük daşıyıb. Heç olmasa keçmişini xatırlayıb nahaq iş görməkdən çəkinsin. Ərazidə bir neçə rayona xidmət edən bu müəssisənin rəhbərindən şikayət var. Tərtər rayonunun Köçərli kəndi ərazisində,Bərdə,Ağdam,Tərtər,Ağcabədi dördyolunda yerləşən yanacaqdoldurma məntəqəsinin müdiri Səfərov Əhməd Sabir oğlu bizə ünvanladığı müraciətində SOKAR PETROLEUM QÇS 5 nömrəli Bərdə neft terminalı bazasının müdiri,Allaha bəndəlik etməyən,əməkdaşlıq etdiyi insanlarla qarşı haqsızlıq edən Hacıyev Hacı və iş içraçısı Həsənov Əvəz adlı şəxslərdən şikayət edir. Beləki,şikayətdə göstərilir ki,yuxarıda adı gedən bazanın məsul işçiləri müqavilədə imzalanmış şərtlərə və müddəalara əməl etmirlər və üzərlərinə düşən öhdəlikləri icra ermitlər. Əhməd Səfərova limitində göstərilən qədər və bəzən də tamamilə məhsulu verməkdən imtina edirlər. Müqavilədə göstərilir ki,alıcı qəbul etdiyi məhsulu satıcının neft terminalı bazasından daşınmasını öz nəqliyyat vasitələri və vəsaiti hesabına həyata keçirir. Onlar müqavilədə qeyd edilmiş bu maddənidə pozurlar.Şikayətçinin dediyinə görə təhlükəli yüklərin daşınmasını həyata keçirən,lisenziyası mövcud olan nəqliyyat vasitəsi olsa da,satışı həyata keçirən baza buna icazə vermir. Bunun da məlum səbəbləri var".
Bu barədə NÖVBƏTİ YAZIDA...
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)
Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
"Təlim-tərbiyyə ailədən, mühitdən, bagcadan, məktəbdən başlayır. Uşaq bagcada, məktəbdə müəllimlərin necə pulgirliyini min bir sifətini görürsə bu ona təsirsiz qalmır. Bakının Nəsimi rayonundakı 162 nömrəli körpələr evi-uşaq bağçasının müdirəsi Maya Yunisovadan mətbuat ara-sıra yazıb. Bu xanım bağçanı elə bil özəlləşdirib. Öz qaydaları,öz rüsumları var. Pul harınlığı ona dövlət müəssisənin rəhbəri olduğunu unutdurub. Hər uşağın bağçaya götürülməsi üçün tələb etdiyi puldan başqa aylıq haqq da yığır. Bir şikayətçi qadının dediyinə görə hələki 50 manat istəyirlər. İmkansız,tək qadın uşağı min bir əziyyətlə böyüdür. Mina xanımın aylıq haqqını verə bilməyib, Bunun üstündə bağça müdirəsinin qəzəbinə tuş gəlib. İndi uşağını bağçadan çıxardır.Deyir,heç kimdən qorxmuram. Tabe olduğu yer Elm və Təhsil Nazirliyidir. Bəlkə "heç kim" deyəndə onları nəzərdə tutur. Hər halda nazirliklə hesablaşsaydı,bu dərəcədə harın olmazdı. Bunun gözünü pul o dərəcədə örtüb ki,heç nəyi görmür. Cənab nazir Emin Əmrullayev,uşaqlar gələcəyimizdir deyirik. Amma uşaqları rüşvətxor,insafsız müdirlərə,rəislərə etibar edirsiniz. Xahiş edirəm bu məsələnin bir həll yolu tapılsın". Şikayətçi: Sima Babayeva Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)
Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
Ötən il Aşıqbayram su anbarı əsaslı şəkildə təmir olunub və burada yenidən hər-hansı təmirə ehtiyac yoxdur. Ancaq bu gün görünən budur ki, həmin su anbarının suyu bağlanıb və nəticədə anbar susuzdur. Məqsəd nədir? Məlumdur ki, milyarder Fərhad Əhmədov həmin su anbarını alıb orada istirahət mərkəzləri tikmək istəyirdi.Buna görə həmin anbara milyarder 20 tondan çox balıq buraxdırmışdır. Sonradan dövlət səviyyəsində bu layihə üçün icazə verilmədi və Fərhad Əhmədov buranı tərk etdi. İsmayıllı meliorasiya idarəsinə Elşad Quliyev yeni müdir təyin olunduqdan sonra əsl hoqqalar başladı. Axı yeni müdir bu qədər balığdan vaz keçə bilməzdi. Yeni müdir dərhal su anbarının mühafizəsini gücləndirmək üçün ətrafına adamlar topladı və güya anbarı qoruyur əslində isə anbardakı balığları qoruyur və onların böyüməsini gözləyirdi. Budur balıqlar artıq böyüyüb və meliorasiya idarəsi yeni iddialar irəli sürdü ki,bəs anbarda təmir -tikinti işlərinə ehtiyac var və buna görə su azaldılmalıdır.
Nəhayət anbar quruduldu və balıqlar tor ilə tutularaq satılmağa başladı. Dərd burasındadır ki, bütün bu oyunlar 6 saylı ekologiya və təbii sərvətlər idarəsinin gözləri qarşısında baş verir, ancaq tədbir görülmür. Çünki ekologiya rəisi Namiq müəllimin payı da çatdırılır. Tor ilə balıqların tutulması, onların kütləvi məhvinə səbəb olur bəs ekologiya rəisi hara baxır? Əgər bu anbar əvvəlki rəis Fazil Həsənovun rəhbərliyi zamanı yaxşı təmir olunmayıbsa bəs niyə cəza tədbirləri görülmür? Suallar çoxdur cavab verən yoxdur. Hazırki müdir isə balığ biznesinə girişdiyi üçün gözü ayağının altını görmür. Günün -günorta vaxtı talançılıq baş verir ancaq tədbir görən yoxdur. Rayona cavabdeh qurumlar balığ kababı yeməyə girişib.
Redaksiyamıza su anbarının yaxınlığında yerləşən kəntdə yaşayan mənbəmizə təşəkkür edirik.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Mənbə: «Azerinfo.info» Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)
Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
Göyçay Rayon Elnur Seyidov adına Ulaşlı-Şıxlı kənd tam orta məktəbinin direktoru şagirdlərdən pul yıgdırır
Qaynar.media-nın elektron poctuna daxil olan məlumatda bildirilir ki, "Göyçay Rayon Elnur Seyidov adına Ulaşlı-Şıxlı kənd tam orta məktəbində şagirdlərdən hər ay pul yıgılır. Məktəbin direktoru Aynur Mahmudova gənc oldugundan məktəb başlı başına buraxılıb. Kənd camaatı arasında sorgu apardıq. Məlum oldu ki, müəllimlər vaxtında işə gəlmir, dərslər vaxtında keçirilmir. Xahiş edirik Regional təhsil idarəsi və rayon üzrə sektor bu barədə açıqlama versin. Gənc direktor bildirir ki,mənim arxamda Təhsil Nazirliyindən nümayəndə və icra hakimiyyətindən nümayəndə dayanıb. Bu nümayəndələrin kimliyi ictimaiyyət ücün acıqlansın."
Göyçay Rayon Elnur Seyidov adına Ulaşlı-Şıxlı kənd tam orta məktəbinin direkktoru ilə telefon əlaqəsi yaratmaq cəhtimiz baş tutmadı.
"(Bu ilin) oktyabr ayının ın 6-da saat 17 radələrində Tərtər rayonunun Çaylı kəndi ərazisində rayonun Həsənqaya kənd sakini 1989-cu il təvəllüdlü Yaquar Əliheydər oğlu Hadıyev piyada əleyhinə minaya düşməsi nəticəsində həlak olub". Bu barədə həmin gün DİN-in mətbuat xidmətindən rəsmi məlumat verilib. Yaquar Hadıyev əvvəllər Tərtərdə ordu sıralarında MAXE kimi xidmət göstərib, sonra isə xidmətdən uzaqlaşdırılıb və mal-qara otarmaqla məşğul olub. 3 azyaşlı övladı qalıb. Bu ilin mart ayında minaya düşərək sol ayağını itirib, yuxarıdakı məlumatda isə bildirilir ki, oktyabrın 6-da təkrar minaya düşərək həlak olub. Amma yaxınları onun minaya düşməsinə şübhə etsələr də bu barədə harasa müraciət etməkdən çəkinirlər. Bu da səbəbsiz deyil. Əvvələ, ona görə ki, Yaquar Hadıyevin nəşi yuyularkən onun bədənində tapılan yeganə xəsarət izi ürək nahiyəsindəki güllə yarasına bənzəyən kiçik dəlik olub. İkinci səbəb isə daha ciddidir. Bu, Yaquar Hadıyevin telefonundan tapılmış və onun ölümündən öncə çəkdiyi bir neçə videogörüntüdür. Həmin görüntüləri çəkərkən mərhum çəkdiklərinin kimlər olduğunu öz səsi ilə izah edib. Videogörüntülərdən hələlik birini sizin və Baş Prokurorluğun diqqətinə təqdim edirəm. Ümid edirəm, ölkə prokurorluğu buna reaksiya verəcək və Yaquar Hadıyevin nəşi müayinə üçün eksqumasiya olunacaq. Sadəcə buna ümid edirəm, amma inanmıram. Ona görə də hələlik əlavə nəsə yazmağa ehtiyac duymuram... Elman Mehdiyev Teref. Xocanın Blogu Səhifəmiz hamnın üzünə açıqdı
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev 9-cu sinif şagirdini döyüb.
Xaçmaz şəhər 4 saylı tam orta məktəbdə yaşanıb. Təhsil ocağına yoxlamaya gələn R.Hacıyev həmin məktəbin şagirdi 2007-ci il təvəllüdlü Mirzəyev Nizam Ramiz oğlunu döyüb. Məktəblinin valideynləri bu iddia ilə Xaçmaz rayon Polis Şöbəsinə müraciət ediblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şimal regional qrupundan bildirilib ki, hadisə ilə bağlı müraciət daxil olub. Hazırda Xaçmaz RPŞ-nın təhqiqat bölməsində müvafiq araşdırma aparılır.
Qeyd edək ki, bu Rüfət Hacıyevin adının hallandığı ilk qalmaqallı hadisə deyil. Bir müddət öncə iclasa mobil telefonla gəldiyi üçün ona Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı Elnur Rzayev tərəfindən irad tutulmuşdu. İradla razılaşmayan Rüfət Hacıyev icra başçısı tərəfindən iclasdan qovulmuşdu. (APA)