İsmayıllıda melorasiya idarəsinin növbəti oyunu
Ötən il Aşıqbayram su anbarı əsaslı şəkildə təmir olunub və burada yenidən hər-hansı təmirə ehtiyac yoxdur.
Ancaq bu gün görünən budur ki, həmin su anbarının suyu bağlanıb və nəticədə anbar susuzdur.
Məqsəd nədir? Məlumdur ki, milyarder Fərhad Əhmədov həmin su anbarını alıb orada istirahət mərkəzləri tikmək istəyirdi.Buna görə həmin anbara milyarder 20 tondan çox balıq buraxdırmışdır.
Sonradan dövlət səviyyəsində bu layihə üçün icazə verilmədi və Fərhad Əhmədov buranı tərk etdi.
İsmayıllı meliorasiya idarəsinə Elşad Quliyev yeni müdir təyin olunduqdan sonra əsl hoqqalar başladı.
Axı yeni müdir bu qədər balığdan vaz keçə bilməzdi.
Yeni müdir dərhal su anbarının mühafizəsini gücləndirmək üçün ətrafına adamlar topladı və güya anbarı qoruyur əslində isə anbardakı balığları qoruyur və onların böyüməsini gözləyirdi.
Budur balıqlar artıq böyüyüb və meliorasiya idarəsi yeni iddialar irəli sürdü ki,bəs anbarda təmir -tikinti işlərinə ehtiyac var və buna görə su azaldılmalıdır.



Nəhayət anbar quruduldu və balıqlar tor ilə tutularaq satılmağa başladı.
Dərd burasındadır ki, bütün bu oyunlar 6 saylı ekologiya və təbii sərvətlər idarəsinin gözləri qarşısında baş verir, ancaq tədbir görülmür.
Çünki ekologiya rəisi Namiq müəllimin payı da çatdırılır.
Tor ilə balıqların tutulması, onların kütləvi məhvinə səbəb olur bəs ekologiya rəisi hara baxır?
Əgər bu anbar əvvəlki rəis Fazil Həsənovun rəhbərliyi zamanı yaxşı təmir olunmayıbsa bəs niyə cəza tədbirləri görülmür?
Suallar çoxdur cavab verən yoxdur.
Hazırki müdir isə balığ biznesinə girişdiyi üçün gözü ayağının altını görmür.
Günün -günorta vaxtı talançılıq baş verir ancaq tədbir görən yoxdur.
Rayona cavabdeh qurumlar balığ kababı yeməyə girişib.

Redaksiyamıza su anbarının yaxınlığında yerləşən kəntdə yaşayan mənbəmizə təşəkkür edirik.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.



Mənbə: «Azerinfo.info»
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
 

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Rauf Əliyevə cinayət işi açılıb, amma məmurlar yenə bina tikməsinə icazə verir - Deyəsən cəza cinayətkara yox, xalqa kəsilir
30 Aprel 2025 İcra məmurunun oğluna verilən milyonluq tenderlər -TƏFƏRRÜAT
30 Aprel 2025 Binəqədinin icra başçısı deməsin ki, `BUNU DA BİLMİRƏM...` - BU NƏDİ BELƏ?..
30 Aprel 2025 'Medihol' klinikasında başına oyun açdılar - Foto-fakt
30 Aprel 2025 Salyanda bir idarədə adı olub özü olmayanlar "işləyir"
30 Aprel 2025 "Yeni Klinika"da hökm sürən qanunsuzluqlar: 400-ə yaxın əməkdaşından hər birindən məcburi 100 AZN/MÜRACİƏT
30 Aprel 2025 Səbail rayon məhkəməsinin hakimi Azər Tağıyevə ETİRAZ
30 Aprel 2025 Bu rayonun başçısından ağlasığmaz saxtakarlıq: Görün bir ərazini neçə şirkətə satıblar - FOTOFAKTLAR
30 Aprel 2025 “MedAura”nın həkimi Yaqub Asadidən şikayət... - Burnum çürüyür, iltihab axır kömək edin....FOİTO/VİDEO
30 Aprel 2025 HEYDƏR ƏLİYEVİN POSTERİNİ SÖKDÜRDÜ, YERİNDƏ OBYEKT TİKDİRDİ... – İcra hakimiyyəti Vüqar Sədibəylinin qanunsuz tikinti apardığını təsdiqlədi VİDEO
30 Aprel 2025 “İnvest M.Construction” şirkət həkimlərlə münaqişələri bitmir-Video
30 Aprel 2025 Gözdən əlilin pensiyası Ədliyyə Nazirliyinin sərəncamı ilə kəsilib?!
30 Aprel 2025 Qaradağda tenderleri udan “Qara Qaya” şirkəti…..
30 Aprel 2025 TƏBİB-in ƏRKÖYÜNÜ... - Vüqar Qurbanov pişik balasını daşıyan kimi bu xanımı ora-bura daşıyır...
29 Aprel 2025 Saleh Məmmədov restorana sifarişlə yol çəkdərir?-Video
29 Aprel 2025 Nəsimi rayonunda binanın zirzəmisində kim qanunsuz obyekt tikir?-Video
29 Aprel 2025 Hacıqabul sakinlərinin ÇƏKİLMƏZ CƏFALARI - VİDEO
29 Aprel 2025 Abşeron RMX-nın direktoru bacısını baş həkim təyin edib? - BU NƏDİ BELƏ?
29 Aprel 2025 "Bu kollecin tələbələri bəlkə İqtisad Universitetinin, Ada və BDU-nun tələbələridir xəbərləri yoxdur?"
29 Aprel 2025 ″AQROTARIM″ MMC-nin qalib seçildiyi ŞÜBHƏLİ TENDERLƏR - əgər araşdırma aparılarsa...

Dünyapress TV

Xəbər lenti