Bakı şəhəri Yaşıllaşdırma Təsərrüfatı Birliyində silinən MİLYONLAR
Bakı şəhəri Yaşıllaşdırma Təsərrüfatı Birliyində çalışmış alim–aqronom Xanəhməd Əsgərov zaman-zaman mətbuatda çıxış edərək, Abşeron yarımadasında, əsasən də Bakı şəhərində quruyan ağacların əsas səbəbinin normal suvarmanın tətbiq edilməməsi, budama işlərinin aqrotexniki qaydalar gözlənilmədən aparılması, ağacların təmizlənməməsi və bu zaman gövdənin qəsdən, ya həddən ziyadə budanması ilə əlaqələndirib.
Bu günlərdə “HürriyyətTV”-yə müsahibə verən mütəxəssis Yaşıllaşdırma Təsərrüfatı Birliyinə son üç-dörd il ərzində üç dəfə direktor dəyişdirildiyini xatırladıb: “Əvvəlki direktor mərhum Vaqif Novruzov həmin vəzifədə 27 il işləmişdi. Ondan sonra təyin olunan SOCAR-ın işçisi olmuş Elşən elə ilk vaxtdan mənim yanıma gəldi. Təsərrüfatın nəzdində ağac bəzək bitkiləri sovxozunun rəisi idim. Dedi ki, “nə edirsən elə, pul çıxsın”. Sərgi Mərkəzinin arxasında 2013-cü ildən bu yana ildə 3 milyon ədəd hərəsi 50 qəpikdən gül yetişdirmişəm. Mənimki kimi daha 4 sex vardı. Ancaq bizim sexdə yetişdirilən gülləri götürsələr də, onları Arzu İsmayılova adlı qadının adına olan firmadan alıbmışlar kimi sənədləşdirir, pulu onun “Aksessbank”dakı hesabımna köçürür, sonra da nağdlaşdıraraq mənimsəyirlər. Az işləməyinə baxmayaraq Elşən şəkili qohumlarını, sonra onu əvəz eləyən Həsrət Əmrahov da Oğuz rayonundan olan həmyerlilərini başına yığmışdı. Hazırki direktor, əvvəllər hərbi komissar işləmiş Mirdamət Seyidov da öz Ordubadlı qohumlarını vəzifələrə yerləşdirir. Hamısı da işə gələn gündən zəhmət çəkməklə deyil, pul yığmaqla məşğuldurlar. Təcrübəli aqronomları işdən kənarlaşdıraraq, sürücüsü Razini özünə müşavir, qardaşı nəvəsini isə Hövsan sahəsinə texnik təyin edib. Mirdamət Seyidov bayramlarda ayrılan mükafatları sahə rəislərinə və qohumlarına pay-püşk edir, digər zəhmətkeşlərə vermir. Sahə rəislərinə də ona görə “qayğı” göstərir ki, onlar pul siulinən saxta sənədlərə qol çəksinlər”.

Xanəhməd Əsgərov: “40 quyunun qazılmasına yetəcək qədər pulu 8 quyunun təmirinə siliblər”

Mediatv.az bildirir ki, alim-aqronom Birliyin fəaliyyətində maxinasiya və korrupsiyaya misal çəkdiyi bir sıra rəqəmləri də açıqlayıb: “2019-cu ildə 8 su quyusunun təmiri üçün “Meliorasiya və Su Təsərrüfatı” Agentliyinə 55 min manat pul köçürülüb. Halbuki, təmir deyiləndə quyunun yalnız 200 manatlıq motorunu dəyişdirirlər. O qədər pula 40 yeni quyu inşa etmək olar. Elə həmin il texnika almaq adı ilə 750 min manat “Ximekspert-2000” şirkətinə pul köçürülüb. Ağac-bəzək toxumlarını almaq üçün Arzu İsmayılovanın firmasına 950 min manat ötürülüb. Son dörd ilin hər birində eyni təyinatla 950 mindən az olmayan məbləğdə köçürüb, götürüb mənimsəyiblər. “Ximekspert-2000” şirkətinı 2019-cu ildə daha 3 milyon 97 min manat guya gübrə üçün ödənilib. Halbuki, mən işlədiyim 20 il ərzində cəmi iki dəfə xaricdən toxum gətirtmişdim, qalan illərdə özüm toxum istehsal etmişdim. Gübrə kimi də yalnız üzvi gübrələrdən istifadə etməklə kifayətlənirdim. Sual olunur: Görəsən o qədər gübrə hansı nəqliyyatla daşınıb, o nəqliyyata yol vərəqələri, yanacaq sərfi yazılıbmı? Gübrə saxlanılması üçün hansı anbara yerləşdirilibmiş? Elə bir anbar varmı? Toxuma olduğu kimi gübrəyə də tələbnamə yazılmalı, sahə rəisləri təhvil almalıydılar. Bütün bu proseslər sənədlərdə əksini tapıbmı? – Yox! Bundan başqa, ağaclar sulanmır. Sulanmadığı halda ağaclara gübrə vermək qurumanı daha da tezləşdirərdi. Sovxoz guya səmərəli işləmədiyinə görə 2019-cu ildə Arzu İsmayılovaya məxsus “İmpexs” MMC firmasının hesabına 730 min manat köçürüblər. 18 oktyabr 2019-cu ildə əkin materialı almaq adı ilə 2 milyon 800 min manat “Ximekspert-2000” şirkətinə köçürüblər. Halbuki, sovxozun əkdiyin aparıb basdırırlar. Sovxoz baş idarənin dotasiyasında otura-otura “Ximekspert”-2000” firmasına 470 min köçürtdürüblər. Bu onun üçün edilib ki, baş idarənin özünün həmin şirkətə köçürdüyü pulun məbləği böyük görünməsin. 2019-cu ilin noyabr ayında əkin materialı üçün adı çəkilən şirkətə 2 milyon 870 min köçürüblər. Həmin ilin dekabrında “İmpeks” MMC-yə əkin materialı üçün 1 milyon 626 min köçürüblər. Sual olunr: Bəs sovxoz nəyə lazımdır? Quyuların İstismarı İdarəsinə 2019-2020-ci illərdə 660 min manat bir, 458 min manat bir, 141 min manat bir, 133 min manat bir köçürüblər. 29.dekabr 2020-ci il tarixdə quyuların təmiri üçün 700 min, yenilərinin qazılması üçün 1 milyon manat köçürüblər. Gəlin yoxlayaq görək, həmin quyulıar harda qazılıb? 2020-ci ildə 717 min manat avtonəqliyyat idarəsinə köçürüblər, minlərlə maşına saxta “putyovka” yazılıb. İkinci növbə işləyənlər üçün yalandan pullar yazılır. “Qrup” MMC – yə 2020-ci ildə 254 min manat texnika - mexanizm alınması üçün köçürüblər, heç nə alınbmayıb. 2020-ci ildə Arzunun firmasına əkin materialı almaq adı ilə 929 min manat köçürülüb. Axırıncı dəfə Binədəki 4 nömrəli sexdən 3000 şam ağacı aparılıb, guya Arzu verib. Sexin rəisi, əvvəllər 27 il “JEK” rəisi işləmiş Əmiraslan isə səsini belə çıxarmayıb. Cari 2023-cü ildə isə qeyd etdiyim təyinatlar üzrə silinən məbləğlər əvvəlki illərdə olduğundan daha artıqdır”.

Paytaxtın yaşıllaşdırma təsərrüfatı əkin sahəsinin həcmini üç dəfə artıq göstərib

Mütəxəssis bir vacib məsələni də vurğulayıb ki, Birliyin balansında 4,5 min hektar sahə olsa da, 13,5 min hektar sahəyə “forma-2” sənədi bağlayır, yerinə yetirilən işlərin həcmini bilərəkdən “şişirdirlər”. Hər hektara 4 nəfər işçi qulluq etməli olduğu halda 1 nəfərin əməyini istismar edirlər. Şikayətçi həmçinin bildirib ki, baş prokurorluq onun uzun müddətdir yazdığı məktublarda göstərdiyi faktları araşdırıb hüquqi ölçü götürmək əvəzinə gah Bakı Şəhər İcra Hakimiyyətinə, gah da Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərib. Heç bir qurum faktlara hüquqi qiymət verilməsində həvəsli görünmür. Prezidentə yazdıqları isə Administrasiyanın məktublar şöbəsində “it-bata” salınır.
 

Bölmənin digər xəbərləri

26 Noyabr 2024 “Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
26 Noyabr 2024 Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - TƏFƏRRÜAT
26 Noyabr 2024 "Kristal Abşeron"un "Aznet"lə soyğunçu monopoliyası: ...
26 Noyabr 2024 Avtopark müdiri İdarə rəisi Samir Cəbrayılovun özbaşına əməllərindən Prezidentə müraciət etdi
26 Noyabr 2024 Sumqayıtda antisanitariya: "Zibil qabları günlərlə daşınmır" - FOTO
26 Noyabr 2024 Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? – FOTO/VİDEO
26 Noyabr 2024 Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
26 Noyabr 2024 Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
25 Noyabr 2024 Xalqa qarşı açılan AYNA-lı: indi də bu qurumun əməkdaşları ağac dalında gizlənib...
25 Noyabr 2024 Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
25 Noyabr 2024 Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
25 Noyabr 2024 Mürsəl İbrahimovun menyusunə Xidmətin Nərimanov idarəsində “X5” rüzgarı əsir...
25 Noyabr 2024 Mərkəzi Aran Təhsil İdarəsinin Yevlax hissəsində aləm dəyib bir-birinə.
25 Noyabr 2024 Aptek müdürü işçisini vəhşicəsinə döydü - anbaan VİDEOLAR
25 Noyabr 2024 Ucar rayonunun qaziləri Ucar RMX-ndan Prezidentə şikayət etdilər - ŞİKAYƏT -VİDEO
25 Noyabr 2024 Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
24 Noyabr 2024 Qazaxın icra başçısının dəlixanaya saldığı məmur danışdı
24 Noyabr 2024 Ağsu RİH “tender kralı“ kimi tanınan ATF şirkətinə 707 manat ödəyəcək - Yenə yol təmir edirlər
23 Noyabr 2024 Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23 Noyabr 2024 “İnnovasiya və Təchizat Mərkəzi”ndə əməlli-başlı özbaşınalıqdı – Cənab Qurbanov nə fikirləşir…

Dünyapress TV

Xəbər lenti