Səkinə Sadıxova xəstələrə deyir ki, DÖVLƏT  XƏSTƏLƏRƏ  DƏRMAN VERMİR... 
2019-cu ildən Sumqayıt Səhiyyə şöbəsinin müdiri, hazırda Sumqayıt Tibb Mərkəzinin ( Publik Hüquqi Şəxs) direktoru olan Səkinə Sadıxova bir az çətinə düşəndə, ayağı büdrəyən kimi  deyir ki, mən Sumqayıtda  YAP-ın sədr müaviniyəm, YAP-çı  qadınların rəhbəriyəm... Səkinə Sadıxova, sənin YAP sədrinin müavini olmağın, yaxud Sumqayıtda YAP-çı qadınlara rəhbərlik etməyin səni törətdiyin cinayət əməllərindən sığortalamır... 
Bu gün həbsxanalarda nə qədər keçmiş icra başçısı, nazir müavini, hətta nazirlər  cəzasını çəkir. Məgər sən onlardan üstünsən..? Səkinə Sadıxova, sən ölkənin sənaye şəhəri olan Sumqayıtda TƏBİB-in rəhbərisən. 
Deyirsən ki, 300 minlik Sumqayıt şəhərində YAP-çı qadınlara rəhbrəlik edirəm... Həmin o qadınlar səndən hansı nümunəni götürə bilərlər..? İnanın Səkinə Sadıxova 3 ildir ki, həmin YAP-çı qadınlardan birini övladı ilə bərabər sürüm-sürüm süründürür. Həyat yoldaşını itirmiş, övladını xaricdə təkbaşına oxudan xanıma "get əlin hara qəlbidirsə, ora qoy" deyərək vəzifə səlahiyyətindən sui istifadə edən birisindən nə gözləmək olar. Bunun bircə adı var, etinasızlıq.
Ölkəmizdə şəhidlərin hər dəqiqə anıldığı, anaların göz yaşları içində olduğu zaman özünə təmtəraqlı tədbirlər keçirisən, 700 min dollar dəyərində olan kəmərini belinə taxıb FOTOSESSİYA edirsən...
İndi özün de, sən bu halınla  kimə nümunə, örnək ola bilərsən..? Hələ utanıb-qızarmadan deyirsən YAP dalımda durub... Bu günədək o qədər sənin kimi YAP-çıları partiyadan qovublar. Sən də onlardan biri olacaqsan... Səkinə Sadıqova deyirsən ki, arxamda o boyda TƏBİB dayanıb... Deməli TƏBİB  rəhbərliyi də sənin əməllərinə şərikdir... 
Bəli, Sumqayıt səhiyyəsində hamı bilir ki, sən özündən tariflər  yaratmısan. Məsələn, 
1. Təcili yardımda sürücü işə düzəlmək - 1000 AZN 
2. Tibb bacısı  işə düzəlmək - 3000-5000 AZN 
3. Həkim işə düzəlmək - 5000 AZN 
4. Tibb müəssisələrindən köcürmə - 3000 AZN 
Bir sözlə, Səkinə Sadıqova Sumqayıt səhiyyəsində əməlli-başlı bazar açıb. Bütün bunlar azmış kimi, Səkinə Sadıqova tabeçiliyində olan Şəhər Təcili Yardım Stansiaysına ayrılan benzini, sürtkü yağlarını, avtomobil ehtiyyat hissələrini satır və deyir ki, qoy sürücülər ehtiyyat hissələrini və benzini öz ciblərindən alsınlar. Məhz buna görə də, aparılan yoxlamalar nəticəsində əldə olunan faktlar onu göstərir ki, Səkinə Sadıqova rəhbərlik etdiyi bütün müəssisələrdə böyük saxtakarlıqlara yol verib. 
Təkcə bir faktı qeyd edə bilərik ki, prokurorluğun Səkinə Sadıqovanın tabeçiliyində olan, Sumqayıt Səhiyyəsinin Təcili Yardım qarajında aparılan yoxlama zamanı yol verilən yeyintilərə görə, 300 000 manat çatışmazlıq aşkarlanıb. Bu boyda cinayət əməllərin var, ay Səkinə Sadıxova... 
Bu hələ harasıdır..? Səkinə Sadıqova, keçirdiyin saxta tenderlərdən qazandıqların, dövlət tərəfindən xəstəxanalara ayrılan dərman preparatlarını öz malın kimi apteklərdə satdırmağın barədə kifayət qədər faktlar var. Sən utanıb-qızarmadan xəstələrə deyirsən ki, DÖVLƏT XƏSTƏLƏRƏ DƏRMAN VERMİR. Səkinə Sadıqova bu sözləri ilə dövləti vətəndaşların gözündən salır. Səkinə Sadıqova dövlət tərəfindən Sumqayıt Səhiyyəsinə verilən 100 kompüterin içini-platasını sökərək qiymətli əlvan metal kimi satıb... 
Bütün bunları qoyaq bir kənara və gələk əsas mətləb üstünə. Belə ki, bir müddət əvvəl mediada Maliyyə Nazirliyi və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Sumqayıt şəhər səhiyyəsində yoxlama apardığı  və orada 6 milyon 427 min manat yeyinti olduğu barədə rəsmi məlumat yayılmışdı. Daha dəqiq desək, faktla bağlı Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin üç maddəsi ilə Səkinə Sadıqova barəsində cinayət işi qaldırılıb. Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Amma təəssüf ki, bu günədək Səkinə Sadaıqova barəsində konkret  tədbir görülməyib. 
Təsəvvür edirsiniz, bu adam barəsində 6 milyon 427 min manat yeyinti ilə bağlı CM-nin 3 maddəsi ilə cinayət işi açılıb. Amma Səkinə Sadıxova heç nə olmayıb kimi oturub vəzifəsində. Biz hələ Səkinə Sadıxovanın  saxta diplomla, 44 yaşlı, aşbaz  Elnarə Arif qızı Məmmədovanı Sumqayıt Tibb Mərkəzinin Kadrlar şöbəsinə müdir təyin etməsini demirik. 
Bizim yazılarımızdan sonra, aşbaz Elnarəni Sumqayıtda TƏBİB-in kadrlar idarəsindən çıxararaq, 1 nömrəli poliklinikaya mütəxəssis göndərdiniz. Bilmirik burada nə sirr varsa, TƏBİB rəhbərliyi Vüqar Qurbanov öz vəzifəsini itirməyə hazırdır, amma Səkinə Sadıxovanı vəzifədən azad etməyə yox. TƏBİB rəhbəri Vüqar Qurbanov, İcbari Tibbi Sığortanın rəhbəri Zaur Əliyev, Səkinə Sadıxovanın bir nömrəli müdafiəçisi Araz Nəsirov bu şəxslər bilməlidirlər ki, Sumqayıt Səhiyyəsi bir neçə ildir ki, sanki başsız qalıb. Rüşvətin, korrupsiyanın mənbəyini aşkar etməyin zamanıdır cənablar. Axı siz nə vaxta qədər barəsində rüşvət və korrupsiya maddələri ilə cinayət işi qaldırılan Səkinə Sadıxovanı həbsdən qoruyacaqsınız. Görəsən, TƏBİB kadr sarıdan bu qədərmi kasaddır ki, Səkinə Sadıxovanın yerinə namizədləri yoxdur. 
Sözün qısası, biz inanırıq ki, TƏBİB rəhbəri Vüqar Qurbanov bu boyda cinayət əməllərini törədən Səkinə Sadıxovanı nə qədər müdafiə etsə də, o, törətdiyi cinayət əməllərinin məsuliyyətindən yaxasını qurtara bilməyəcək. Bəli, Səkinə Sadıxovanın bu yaxınlarda səsli-küylü həbsi qaçılmazdır.