İcra başçısı Baş Prokurorluğun ittiham irəli sürdüyü məmura yeni vəzifə verib - Şirvanda şübhəli tender
Şirvan Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi "Aztimont” Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə satınalma müqaviləsi bağlayıb.

Qaynarinfo xəbər verir ki, maliyyə dəyəri 578 616,13 AZN təşkil edən müqavilədə Şirvan şəhərində yolların əsaslı təmiri işlərinin satın alınması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Aztimont” ASC 20 iyul 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 50 432 AZN olan şirkətin hüquqi ünvanı Sabirabad rayonu Qalağayn kəndində yerləşir. ASC-nin qanuni təmsilçisi Veysəlov Nəriman Mikayıl oğludur.

"Aztimont” ASC 2011-ci ilə qədər "Sabirabad Tikinti-23” ASC adı altında fəaliyyət göstərib. Daha sonra ASC-nin adı dəyişdirilib və şirkət 2021-ci ilə qədər "Azərtikinti-Quraşdırma-Servis-23” ASC adlanıb. 2021-ci ildən isə "Aztimont”a çevrilib.

Şirkətin ilk qanuni təmsilçisi Bağırov Xosrov Məhəmməd olub. Daha sonra onu Şirinov Şöhrət Ağaşirin oğlu əvəzləyib. Ağaşirin Şirinovdan sonra qanuni təmsilçi Allahverdiyev Emin Allahverdi oğlu olub. Emin Allahverdiyevi hazırki qanuni təmsilçi Nəriman Veysəlov əvəzləyib.

Açıq mənbələrdə şirkət haqqında heç bir məlumata rast gəlinmir. ASC-nin qanuni təmsilçiləri olmuş şəxslərlə barədə hər hansı məlumat yoxdur.

Dövlət satınalmalarının vahid elektron portalına yerləşdirilən məlumatlardan aydın olur ki, şirkət tenderlərdə fəal iştirak edir və əsasən iri məbləğli satınalma müsabiqələrinin qlibi seçilir. "Aztimont” ASC-nin hazırda 58 292,74 AZN vergi borcu var. "Dövlət satınalmaları haqqında” Qanun vergi borcu olan şirkətlərin tenderdə iştirakını qadağan edir. Amma hansısa səbəbdən bu qadağa "Aztimont” ASC üçün keçərli olmayıb.

Mediada gedən məlumatlardan məlum olur ki, ASC cari ilin iyun ayında Beyləqan Rayon İcra Hakimiyyəti başçısının Beyləqan Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin keçirdiyi tenderin qalibi olub. Həmin vaxt da şirkətin vergi borcu olub.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovdur. O, 2019-cu ildən şəhərə rəhbərlik edir.

İlqar Abbasovun 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi isə Pünhan Mənsimovdur. Pünhan Mənsimov bundan əvvəl Şirvan Şəhər İcra Hakimiyyəti başçısının Hacıqəhrəmanlı qəsəbə inzibati ərazi vahidi üzrə nümayəndəsi olub.

2020-ci ildə Pünhan Mənsimov karantin rejimi qaydalarını pozmaqda ittiham edilib. Baş Prokurorluğun yaydığı bu barədə məlumatdan aydın olur ki, Pünhan Mənsimovun vəzifə saxtakarlığı etməklə xüsusi karantin rejimi qaydalarını pozaraq sərbəst hərəkət etmək istəyən şəxslərə qanunsuz olaraq arayışlar verdiyinə dair əsaslı şübhələr müəyyən olunub. O, Şirvan Şəhər İcra Hakimiyyəti başçısının əmri ilə işdən azad edilib.

Toplanmış materiallar üzrə Şirvan şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işləri başlanıb.

Bu cinayət işindən sonra Pünhan Mənsimovun yenidən icra nümayəndəsi vəzifəsinə necə təyinat alması barədə sualın cavabı açıq qalır.
 

Bölmənin digər xəbərləri

01 May 2025 Özbaşınalıqları planetlərə sığmayan Venera Xəlilova - 151 saylı bağçada nə baş verir?
01 May 2025 ŞƏRUR RAYON MƏRKƏZİ XƏSTƏXANASINDA CÜTLÜYÜN ƏMƏLLƏRİ
01 May 2025 Məktəbə yoxlama gəldi: şagird direktoru İFŞA ETDİ... - BUNA GÖRƏ DƏ...
01 May 2025 Samux Mərkəzi Xəstəxanasında tender oyunu
01 May 2025 Bərdədə genefondumuza divan tutulur
01 May 2025 Buralarda təhsil yoxdur... amma YEYİNTİ VAR! - İLGİNC İDDİA
01 May 2025 İZMİR` klinikasında pasiyenti bu hala saldılar - FOTOFAKT
01 May 2025  Dövlət qurumları başıbəlalı şirkətlə anlaşıb - TƏFƏRRÜAT
01 May 2025 “Ailə Park” MTK Nərimanov rayonunda "Yasıl Terror" törədir -ANBAAN VİDEO
30 Aprel 2025 Rauf Əliyevə cinayət işi açılıb, amma məmurlar yenə bina tikməsinə icazə verir - Deyəsən cəza cinayətkara yox, xalqa kəsilir
30 Aprel 2025 İcra məmurunun oğluna verilən milyonluq tenderlər -TƏFƏRRÜAT
30 Aprel 2025 Binəqədinin icra başçısı deməsin ki, `BUNU DA BİLMİRƏM...` - BU NƏDİ BELƏ?..
30 Aprel 2025 'Medihol' klinikasında başına oyun açdılar - Foto-fakt
30 Aprel 2025 Salyanda bir idarədə adı olub özü olmayanlar "işləyir"
30 Aprel 2025 "Yeni Klinika"da hökm sürən qanunsuzluqlar: 400-ə yaxın əməkdaşından hər birindən məcburi 100 AZN/MÜRACİƏT
30 Aprel 2025 Səbail rayon məhkəməsinin hakimi Azər Tağıyevə ETİRAZ
30 Aprel 2025 Bu rayonun başçısından ağlasığmaz saxtakarlıq: Görün bir ərazini neçə şirkətə satıblar - FOTOFAKTLAR
30 Aprel 2025 “MedAura”nın həkimi Yaqub Asadidən şikayət... - Burnum çürüyür, iltihab axır kömək edin....FOİTO/VİDEO
30 Aprel 2025 HEYDƏR ƏLİYEVİN POSTERİNİ SÖKDÜRDÜ, YERİNDƏ OBYEKT TİKDİRDİ... – İcra hakimiyyəti Vüqar Sədibəylinin qanunsuz tikinti apardığını təsdiqlədi VİDEO
30 Aprel 2025 “İnvest M.Construction” şirkət həkimlərlə münaqişələri bitmir-Video

Dünyapress TV

Xəbər lenti