Ardını oxu...
Bəzən Yol Patrul Xidməti (YPX) əməkdaşı sürücünün alkoqol maddələrin istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyətini müəyyənləşdirmək üçün ondan nəfəs verməsini tələb edir. Bu vəziyyətdə daha çox “Bir ho elə” kimi müraciət edilir. Bunun nəticəsidir ki, el arasında “Ə, bir ho elə” kimi deyim yayılıb. Ümumiyyətlə patrul əməkdaşı sürücünün içkili olmasında şübhələnərkən belə primitiv üsuldan istifadə etməli deyil. Həmdə bu sürücüyə qarşı hörmətsizlik sayıla bilər.Belə bir hadisə ilə Gəncə sakini Samux rayonun ərazisndə rastlaşıb.
Bu haqda Dünyanınsəsi.Az saytına Gəncə şəhər sakini Mövsümov Samir Xaliq oğlu tərəfindən video-şikayət göndərilib.
Şikayətçi qeyd edir ki, 19.06.2023-cü il tarixdə hərəkətdə olarkən onu Samux Rayon Polis Şöbəsinin Yol paturul Xidmətinin Elgün adlı əməkdaşı saxlayıb.YPX əməkdaşı sürücünün içkili olmasını aşkar etmək üçün ondan nəfəs verməsini tələb edib. Sürcü isə polisin tələbinə razlaşaraq ona nəfəs verib.Nəticədə məlum olub ki, guya sürücü sərxoşdur.Amma polisin bu cür testinə etiraz edən şikayətçi onunla razlaşmayıb.YPX əməkdaşı isə protokol tərtib edərək maşını cərimə meydançasına yerləşdirib.Şikayətçi Samux rayonundan Gəncədə yerləşən rayonlararası Narkoloji Disponserə gələrək yenidən müayinə olunmasını tələb edib.Narkoloji Disponserdə şikayətçi müayinə olduqda məlum olur ki, nəyin ki, spirt qoxusu gəlir heç onda bu əlamət yoxdur.Yəni sürücü spirtli içki qəbul etməyib.Bu haqda da sürücüyə müayinə protokolu da verilib.
Ardını oxu...Ardını oxu...
Buna baxmayaraq bu gün Samux RPŞ-nin baş bilənləri sürücüdən 400 manat pul tələb edirlər.Buradan aydın olur ki, Samux RPŞ-nin YPX Bölməsinin əməkdaşı Yol Patrul Xidməti haqqında təlimatın müvafiq maddəsinin tələblərini kobud surətdə pozub.
Qeyd edək ki,hər halda saxlanılan hər bir sürücü tibbi müayinəyə göndərilmir və alkotesterdən keçirilmir. Onun ya hərəkətlərində müəyyən şübhə doğurduqda, ya da nəfəsində alkoqolun qoxusu olanda əlbəttə, sürücü bu cür müayinədən keçirilir. Amma bu göstəricilər ilə sürücü razılaşmazsa, onda o, məcburi qayda da müayinədən keçirilir.

Yol Patrul Xidməti haqqında təlimatın 3-cü müddəasında Yol-patrul xidmətinin aparılmasında göstərilir.

3.3.8. Alkotester yol polisi müfəttişləri tərəfindən nəqliyyat vasitəsi sürücüsünün alkoqol maddələrin istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyətini müəyyənləşdirmək üçün tətbiq edilir.

3.3.8.1. Alkotester onların istismarı üzrə Təlimata müvafiq qaydada istifadə edilir.

3.3.8.2. Müayinənin nəticəsi yol polisi müfəttişi tərəfindən müayinə olunan şəxsə bildirilir. Yalnız müayinə olunan şəxs öz sərxoşluğunu etiraf edərək müayinənin nəticəsilə razı olduqda, müfəttiş bu halı qanunvericiliklə müəyyən edilmiş qaydada sənədləşdirir.

3.3.8.3. Şəxs alkotesterin göstəricisi ilə razılaşmadıqda təkrar tibbi müayinə olunması üçün səhiyyə müəssisəsinə aparılır.

3.3.8.4. Nəqliyyat vasitəsini idarə edən şəxs onun sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya onun sərxoşluq əlamətləri özünü aşkar biruzə verdikdə, belə şəxs məcburi qaydada tibbi müayinədən keçirilir. Sürücü tibbi müayinəyə aparılarkən tibbi müayinəyə göndərmə protokolu tərtib olunur (Təlimata 17 saylı əlavə).
Redaksiya olaraq inanırıq ki, DİN rəhbərliyinə müraciət edən şikayətçinin haqlı tələbi araşdırılaraq ona qarşı bu cür hərəkət sərgiləyən əməkdaş haqqında qanunamüvafiq formada ölçü götürüləcəkdir.
Gəncə sakinin DİN rəhbərliyinə ünvanlanmış olan Video-Şikayətini təqdim edirik:

 
 
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad və Xaçmaz rayon şöbələrində əməliyyat keçirilib.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat zamanı Cəlilabad rayon şöbəsinin mülki işçisi həbs edilib.
Xaçmaz rayonunda keçirilən əməliyyat zamanı isə şöbə rəisi Rahim Ağayev də saxlanılıb.
Etibarlı mənbələrdən saytımıza daxil olan məlumata görə, yaxın zamanda Binəqədi Rayon Səfərbərlik və hərbi xidmətə çağırış idarəsində də həbslər gözlənilir.
Məlumat verən mənbə onu da bildirir ki, Binəqədi Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin rəisi Həsənov Nicat Zəfər oğlu ciddi təşviş içərisindədir və ciddi şəkildə otağında təmizləmə əməliyyatı aparır.
Onu da bildirək ki, Nicat Həsənov 01.01.1981 təvəllüdlüdür, daha öncə digər rayonların hərbi komissarı vəzifələrində çalışıb. 22.12.2019 tarixindən Binəqədi Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış idarəsinin rəisidir. Onu da qeyd edək ki, əvvəllər də Nicat Həsənovdan dəfələrlə külli miqdarda rüşvət aldığı ilə bağlı şikayətlər olub.
Şikayətlərin olmasına baxmayaraq, "Ağsaqqal"ının bircə nəfər olmasını əlində rəhbər tutan Nicat Həsənovun dayaqları getdikcə zəifləyir. İstər Səfər Əbiyevin dövründə, istərsə də Arzu Rəhimovun dövründə Nicat Həsənov özünü sanki ərköyünlər kimi aparıb.
gundelik baki.com
Teref.az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az
Ardını oxu...
Xəbər verildiyi kimi, ötən həftənin sonlarında paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə məxsus “Uğur-2” yaşayış kompleksində liftin qırılıb və hadisə nəticəsində 29 iyun axşam saatlarında baş verən hadisə nəticəsində 6 nəfər müxtəlif bədən xəsarətləri alıb.

Dövlət qurumları nə deyir?

TƏBİB-dən bildirilib ki, qurumun tabeliyində olan Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları çağırış əsasında hadisə yerinə cəlb edilib: “Dörd nəfər qadın müxtəlif travmalarla TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub”.

Daha sonra yaralıların hər birinə zəruri tibbi xidmət göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.

Bundan başqa, “Uğur-2” yaşayış binalarından baş verən hadisə ilə əlaqədar Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır. Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, hadisə nəticəsində şəxslərin xəsarət alması və xəsarətin dərəcəsi təyin olunmuş məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən müəyyən ediləcək. “Hadisənin baş vermə səbəbləri tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq”.

Qeyd edim ki, bu, baş verən hadisə və onun ətrafında cərayan edən proseslərin rəsmi hissəsidir. Bir də bu hadisələrin görünməyən tərəfləri var.

Ancaq baş verən hadisə ilə bağlı çox ciddi məqamlar üzə çıxıb.

“Uğur-2” yaşayış kompleksidir, əhalinin talandığı yer?

Əvvəlcə, bir məsələyə aydınlıq gətirək. “Uğur-2” yaşayış kompleksi 2005-ci ildən istifadəyə verilib və “Akkord” Sənaye və Tikinti Korporasiyasının Bakıxanov qəsəbəsində inşa etdiyi 8 binadan ibarət yaşayış kompleksidir.

Hər biri 20 mərtəbədən ibarən 8 binanın birinci mərtəbələri ticarət məqsədi ilə istifadə olunur. Ümumilikdə isə kompleksdə 1850 mənzil mövcuddur. Toplam 7000 nəfər yaxın sakinin yaşadığı bildirilir.

Bundan əlavə, kompleksin 3 binasının altında 700-1000 maşının yerləşə biləcəyi avtomobil parkinqi də fəaliyyət göstərir.
Elə bu səbəbdəndir ki, “Uğur-2”də hər zaman ya əl dəyişikliyi, ya şirkət dəyişikliyi baş verib. Çünki böyük bir kompleks “Akkord”dakı “görünməyən şəbəkə” üçün külli miqdarda gəlir mənbəyi olub və hazırda da gəlir mənbəyi olaraq qalır. Bu “şəbəkə”a daxil olan adamların sayı həddindən artıq azdır. Daha doğrusu, məhdud dairədən ibarətdir. Elə bu səbəbdəndir ki, həmin qrup çoxlarının diqqət mərkəzinə düşməyib. Lakin son hadisə, yəni liftin qırılması, nəticədə bir neçə şəxsin xəsarət alması həmin “şəbəkə”ni üzə çıxmasına, narahat olmasına və qorxuya düşməsinə səbəb olub. Hərçənd onlar özlərini yenə gizlətmək üçün önə başqalarını veriblər. Halbuki həmin adamların sözügedən “şəbəkə” üçün pul yığmaqdan başqa heç bir funksiyaları yoxdur.

İndi isə keçək əsas mətləbə və işin detallarına.

Quraşdırılan liftlərin istismar müddəti bitibmi?

Hazırda “Uğur-2” yaşayış kompleksində liftlər hələ 2005-ci ildə quraşdırılıb. Həmin vaxt dövlət başçısı İlham Əliyev kompleksin açılışına gələcəyi səbəbindən liftlərin quraşdırılması tez-bazar həyata keçirilib. Hətta bu iş o qədər tez həyata keçirilib ki, onun texniki təhlüksəzilik səviyyəsi nəzərə alınmayıb.

Çin istehsalı olan liftlərin istismar müddəti isə demək olar ki, bitib. Çünki uzun zamandır düzgün quraşdırılmayan və lazımi səviyyədə təmir olunmayan liftlər hələ xeyli əvvəldən sakinlər üçün problemə çevrilib. Bununla bağlı, yerli komendantlığa edilən saysız-hesabsız müraciətlərin də heç bir nəticəsi olmayıb. Ona görə ki, yerli komendantlıq məhz “Akkord”da əyləşmiş qrupun təlimatına əsasən liftləri dəyişmək əvəzinə, kosmetik təmir etməklə kifayətlənib. Səbəbi isə çox sadədədir: Quraşdırılandan bəri lift pulu adı ilə yığılan pulların hamısı mənimsənilib. Üstəlik, yığılan pulların heç biri rəsmi sənədə keçirilməyib.

Sakinlər çox əvvəldən liftlərin durumunun pis olduğunu, bunun faciə ilə bitəcəyi barədə rəhbərliyə xəbərdarlıqlar edib. Hətta bir neçə il bundan əvvəl kompleksdəki binalardan birində analoji qəza olsa da, bəlli “şəbəkə” məsələni ört-basdır etməyə nail olub. İkinci hadisədən sonra isə narahatlıq olsa da, onlar elə zənn edirlər ki, məsələni yenə pulla ört-basdır edə biləcəklər.

Qədirovun “jeton” biznesi

Qeyd edək ki, hal hazırda “Uğur-2” yaşayış kompleksinə Həşim Qədirov rəhbərlik edir. Daha doğrusu, kağız üzərində mövcud olan “ProLife” MMC adlı şirkətin yönəticisi funksiyasını həyata keçirir.
H.Qədirov uzun müddət “Uğur-2”də fəhlə və adi işçi kimi fəaliyyət göstərib. Lakin fərdi “bacarıq”, “çoxbilmişliyi” sayəsində komendant postuna sahiblənib. Düzdür, burada təkcə sadaladığımız bu məziyyətlər deyil, həm də onun digər cəhətləri də az rolu oynamayıb.

“Uğur-2”də uzun zamandır ki, H.Qədirov maraqlı “eksperiment”lər həyata keçirir. Həmin “eksperiment”lərdən biri də “jeton” biznesidir.

Adi plastik düymədən ibarət olan və “Sədərək” Ticarət Mərkəzində satılan qiyməti 10-15 qəpik olan bu “jeton”lar Qədirov və himayəçilərin əsl gəlir mənbələrindən biridir. Belə ki, sözügedən “jeton”lara sahib olmadan liftdən istifadə etmək mümkün deyil. 6 aydan bir məqsədli şəkildə dəyişdirilən bu ”jeton”ları isə sakinlərə 10 manata satırlar. Təsəvvür edin ki, 8 yaşayış binasında 1850 mənzil var. Hər mənzildə ən azı iki nəfər bu “jetona” ehtiyac duyur. Bu da hər 6 aydan bir 37 min manat, illik isə 74 min manat pul yığılması deməkdir.

Elə zənn etməyin ki, bu pullar komendant H.Qədirovun təbirincə desək, “liftlərin təmiri və ya yenidən qurulmasına sərf olunur”. Əksinə, həmin pullar Qədirov və onu himayə edənlərin əlavə qazanc mənbələrindən biridir. Məhz bunun nəticəsidir ki, “Uğur-2” kompleksinin komendantı qısa müddətdə dəyəri 60 min manat olan “BMW f10” markalı avtomobilə sahib olub.

Bu siyahıya qiyməti 100-150 min manatlıq ticarət obyektlərini də əlavə etsək, o zaman yığılan pulların hara xərcləndiyini görmək mümkündür.

Xatırladaq ki, sakinlərə məcburi qaydada “jeton” satılması qanunaziddir, qadağandır. “Jeton” sakinlərə pulsuz verilməlidir. Bunu özləri də bilirlər, lakin sakinlərin sadəlöhvlüyündən istifadə edərək, uzun zamandır biznesə çeviriblər.

Kommunal pulu hara gedir?

“Uğur-2” yaşayış kompleksində hər ay mənzilbaşına 27 manatdan kommunal pulu yığılır. Ayda təxminən 50 min manata (illik isə 600 min manata yaxın) yaxın yığılan pulların çox az qismi zibillərin daşınması, kompleksin həyətinin səliqəli saxlanılması üçün sərf olunur. Bundan başqa, elektrik və su xərclərinə də aylıq pul ödənilir. Halbuki, hazırda da “ProLife” MMC-nin su pulu borcu olduğu deyilir.
Qeyd edək ki, kommunal pullarının yığılması prosesinə H.Qədirovun bacısı oğlu rəhbərlik edir.

Həmin pulların ödənişi heç də hər hansı ödəniş terminalı vasitəsilə həyata keçirilmir. Sakinlər sakit tərzdə komendantlığa gələrək, orada ödəniş edir və əvəzində çek alırlar. Qanuna əsasən isə yaşayış kompleksini idarə edən “ProLife” MMC sakinlərə ödəniş müqabilində çek verməməlidir. Sakinlər pullarını hesaba köçürməlidirlər. Bunun üçün bank hesabı olmalı və MMC də həmin hesabdan pul çəkərək, lazım olan istiqamətlərə sərf etməlidir.
Lakin H.Qədirov və onun himayədarları bu cür köçürmədən qazanc əldə edə bilmədiklərindən, elə “dədə-baba qaydası”na üstünlük verirlər. Təqdim etdikləri çeklərin isə nə kökü var, nə də mənbəyi məlumdur. Yığılan pullar bir kassaya toplanır. Bundan sonra əsl “əməliyyat” başlayır. Hesabı-kitabı olmayan bu pullar ayrı-ayrı şəxslərin məqsədlərinə sərf olunur.

Hərçənd, yığılan pullar kompleksin abadlığına, liftlərin yenilənməsinə, habelə, bu qəbildən olan işlərə sərf olunmalıdır. Lakin Qədirov və himayədarları üçün bu sadaladıqlarımızın heç bir əhəmiyyəti yoxdur.

Ayda 30 min gəlir gətirən parkinq

Yuxarıda qeyd etmişdik ki, “Uğur-2” yaşayış kompleksinin nəzdində 700-1000 maşın yerləşəcək avtomobil parkinqi mövcuddur. Bu parkinqdə avtomobilini saxlamaq istəyən sakin ayda 30 manatından keçməlidir. Bu da ayda 30 min manata yaxın əlavə qazanc deməkdir.
“Uğur-2”nin komendantlığı bu pulları da rəsmi qeydiyyata almır. Alsa belə, yalnız cüzi bir hissəsini göstərməklə kifayətlənir. Bu da ona görə, lazımdır ki, yerdə qalan vəsaiti asanlıqla mənimsəyə bilsinlər.

Bütün bunlar “Uğur-2” yaşayış kompleksində baş verən hadisələrin çüzi bir qismidir.

Məsələn, bir ildə 4 MMC dəyişdirmək kimin ağlının məhsuludur? Bu MMC-lərin 1,5 milyon manatlıq vergi borcu niyə gizlədilir və Sabunçu Vergi Xidməti İdarəsinin məsələdə hansı marağı var?

Eləcə də bir sıra sakinlər “köhnə kommunal borc” şantajı ilə üz-üzə qalıb. Niyə?

Yaxud internet provayder olan Ailə TV “Uğur-2” kompleksində ötürücü stansiya quraşdırmaq üçün illik nə qədər pul ödəyir? Və ən əsası “Akkord”un baş ofisində bu işlərə rəhbərlik edən şəxs kimdir?

Samir Feyruzov, jurnalist
 //aztoday.az//
 
Ardını oxu...
Nərimanov Tibb Mərkəzinin baş direktoru, 5 saylı Xəstəxananın baş həkimi Fazil Alməmmədovla bağlı ilginc faktlar üzı çıxmaqdadır... "Təzadlar"ın ötən saylarında (eləcə də qəzetin eyni adlı rəsmi saytında) Nərimanov Tibb Mərkəzinin baş direktoru, 5 saylı Xəstəxananın baş həkimi Fazil Alməmmədovla bağlı ilginc faktlara istinadla araşdırma yazı dərc edilmişdir. Adı çəkilən hər iki qurumdan olan şikayətçilərin redaksiyamıza verdiyi məlumatlarda inanılmaz faktlar qeyd edilirdi. Onların bir çoxu istintaq araşdırmasının predmeti olduğundan araşdırılması üçün tərəfimizdən aidiyyəti hüquq mühafizə orqanlarına rəsmi qaydada göndərilməkdədir... Lakin bəzi faktlar var ki, bu barədə "Media haqqında" Qanunun tələblərinı uyğun olaraq jurnalist mövqe və şərhləri verilməkdədir...
5 saylı Xəstəxananın əsaslı təmirinə ayrılan milyonlar və baş həkim Fazil Alməmmədovun bu təmirdəki rolu...
Beləliklə, "Təzadlar"ın araşdırmalarından sonra məlum olur ki, "İCBARİ TİBBİ SIĞORTA ÜZRƏ DÖVLƏT AGENTLİYİ" PUBLİK HÜQUQİ ŞƏXS tərəfindın Nərimanov Tibb Mərkəzinin tabeliyindəki 5 nömrəli şəhər kliniki xəstəxanasının əsas inzibati binası, korpus və köməkçi binalarının yenidənqurma layihəsi ilə əlaqədar layihə-smeta sənədlərinin hazırlanması xidmətlərinin" satın alınması" üçün tender elan edilib... 27 oktyabr 2022-ci ildə Dövlət Agentliyi, hətta bu tenderdə qalib elan edilmiş "SOFT-CONSULTING" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə də bağlayıb, adı çəkilən MMC-yə135.035,31 AZN pul vəsaiti də ayrılıb.
İndi sual yaranır: təkcı layihə sənədinə 135 min manat ayrılmış xəstəxananın görəsən əsaslı təmirinı nə qədər vəsait ayrılıb və məntiqlə vı müqavilı şərtlərinə görəş artıq xəstəxanada təmir başlamalı idi... Lakin "Təzadlar"ın əməkdaşları bu gün 5 saylı xəstəxanada olublar və rəhmətlik Brejnevin vaxtından qalan unitazlar, cırılmış linoliumlar, san-uzel avadanlığı, çirkab içində olan palata divan- korovatları və s. öz yerindədir...
Yeri gəlmişkən, əməkdaşlarımızın xəstəxanada tibb personalı ilə söhbətləri isə ayrıca yazının mövzusudur. Onlar baş həkimin barəsində inanılmaz faktlar söylədilər... Bu barədə də az sonra...
Bəs Nərimanov Tibb Mərkəzinin tabeliyindəki 8 saylı poliklinikada təmir nə yerdədir?
"...Nərimanov Tibb Mərkəzinin baş direktoru Fazil Alməmmədovun xeyir-duası ilə bizim poliklinikanın da təmirinı neçə aydır pul ayrıldığını eşidirik, amma səs-soraq yoxdur...".
Bu sözlər isə adı çəkilən Tibb Mərkəzinin işçilərinin elektron poçtumuza göndərdikləri şikayət məktubundandır...
Bəs onların narazılığı nədəndir? Məlum olur ki, "İCBARİ TİBBİ SIĞORTA ÜZRƏ DÖVLƏT AGENTLİYİ" PUBLİK HÜQUQİ ŞƏXS “"Nərimanov Tibb Mərkəzinin" tabeliyindəki Bakı şəhəri, Nərimanov rayonu, Hidayətzadə küçəsi, 11 ünvanında yerləşən 8 nömrəli Şəhər poliklinikasının inzibati binasının yenə də əsaslı təmiri ilə əlaqədar layihə-smeta sənədlərinin hazırlanması və tikinti müddətində müəllif nəzarətinin həyata keçirilməsi xidmətlərinin” satın alınması üçün "TFM-SMART PROJECT" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ ilə tender elan edib... Və MMC gözlənildiyi kimi qalib olub. Təsəvvür edin, 70.670,2 AZN pul adi bir poliklinikanın layihə- smeta sənədlərinin təmirinə (25.10.2022) ayrılırsaş görün təmirinə nə qədər vəsait silinməlidir...
Baş həkim Fazil Alməmmədova bu da bəs etməyib... Özünün baş direktoru olduğu "NƏRİMANOV TİBB MƏRKƏZİ" PUBLİK HÜQUQİ ŞƏXSİ də yaddan çıxarmayıb. Beləliklə, Nərimanov Tibb Mərkəzi tərəfindən tikili və avadanlıqların cari təmiri xidmətlərinin satın alınması üçün "SMART BUILDING" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 13.09.2022-ci ildə tenderə girir, həmin MMC qalib də çıxır... Və 99.854,54 AZN pul da belə gedir...
- Bəs tenderdə qalib çıxarılan "SOFT-CONSULTING", "TFM-SMART PROJECT" və "SMART BUILDING" kimi MMC-lərin Fazil Alməmmədova nə kimi bağlılığı var???
(Davamı var)
"Təzadlar"ın Araşdırma Qrupu
 

Ardını oxu...
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmrilə Kəlbəcər rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Haqverdi Əkbərov Kəlbəcər rayonunun komendantı təyin olundu. Təbii ki, təyin olunan komendantın qarşısına qanunverciliyiə uyğun olaraq bir sıra olduqca mühüm və məsuliyyətli vəzifələr qoyuldu.Bunlardan bir də işğaldan azad olunmuş Kəlbəcər ərazisində icazəsiz səfərlərdən turmuş həmçinin də qanunsuz biznes fəaliyyəti ilə məşğul olmada kimlərərinsə qarşının alınması, bu sahədə maarifləndirmə işlərinin aparılmasıdır. Bu zaman ortaya suallar çıxır:

Ötən dövr ərzində Polis rəisi və onun rəhbərlik etdiyi polis şöbəsinin əməkdaşları rayon ərazisinə qanunsuz səfərlərin qarşını nə dərəcdə ala bildilər?

Yaxud da qanunsuz səfər edənlərin rayondan topladıqları qiymətli qənimətlərin Murovun bu üzünə keçirilməsinə qadağa qoya bildilərmi?
Bunlar qalsın bir yana.Kəlbəcərdə hərbiçilərin abtomatlarının oğurlanması hadisəsi ilə bağlı hərbi prokurorluq cinayət işini necə ört-basdır etdi? Bu gün avtomat oğurluğu hadisəsində adı keçən Qaraşov Əhməd Telman oğluna müstəsna səlahiyyətləri kim verib ki, adam rayonda taksi fəliyyəi ilə məşğul olur?
Kəlbəcərdə hər kəsin yaxşı tanıdığ Saməddin adlı şəxs rayonda həm ərzaq mağazası işlədir həm də restoran.Bu gün Kəlbəcərlilər üçün qəzəb doğuran hərəkətlərdən biri də odur ki, sözügedən restoranda bir şiş kabab 8 manata satılır.Demək olar ki, həm market də həm də restoranda qiymətlər od tutub yanır.Burada sanki “dərə xəvət, tülkü bəydir” deyimi öz təsdiqini tapır.
İndi deyin görək, hörmətli cənablar, rayona dövlət səviyyəsində qayıdış olmadığı təqdirdə Əhməd Qaraşova eləcə də Saməddin adlı şəxsə burada əbədi məskunlaşmasına kimlər icazə verib?
Digər qalmaqal yaradan məmur özbaşınalığı isə yaylaq ərazilərinə mal-qoyun apararan fermerlərdən sürü başına 2 başdan haqq alınması iddiasıdır.
Gözə görünməyən cənab əlahəzirət ağanın mal-qara sürüləri eləcə də at ilxıları isə füsunkar təbiəti olan Kəlbəcər meşələrinə də qənim kəsilib.Niyə Təbii Sərvətlər və Ekologiya nazirliyinin müvafiq qurumları bu rayonun meşələrinədə monitorinqlər aparmır?
Redaksiya olarq inanırıq ki, aidiyyatı qurumlar yuxarıda qeyd etdiyimiz faktlarları araşdırıb qanunamüvafiq formada ölçü götürəcəkdir.
Səsləndirilən ittihmlarla bağlı qarşı tərəflərin də mövqeyini dərc edə bilərik.
 //dunyaninsesi.az//
 

Ardını oxu...
     

Səkinə Sadıqovanın pulun hesabına təpiklə açdığı qapılar artıq onun üzünə bağlanıb… 2019-cu ildən Sumqayıt Səhiyə Şöbəsinin müdiri, hazırda Sumqayıt Tibb Mərkəzinin direktoru Səkinə Sadıqova barəsində yazmaq istəyərkən qeyri-ixtiyari yada “dəlilik kağızı” düşdü. Xatırlatma üçün qeyd edək ki, el arasında dəlilik kağızı deyilən hal, səhiyyədə, 9-B, yəni xəstəliklər cədvəlinin 22-C maddəsini nəzərdə tutur.
Məlumat üçün qeyd edək ki, xəstəliklər cədvəlinin 22-C maddəsinə görə xəstə bilinən adama nəinki vəzifə tutmaq olmaz, bu şəxslər hec hərbi xidmətə aparılmır, hətta bu şəxslərə avtomobil sürməyə icazə verilmir. Yəqin oxucuda “dəlilik kazğızı”nın nə olduğu barədə müəyyən təsəvvür yarandı. Çoxsaylı oxucularımız düşünə bilər ki, bunun, yəni 9-B-nin, “dəlilik kağızı”nın Səkinə Sadıqovaya nə dəxli..?
Xatırlatma üçün qeyd edək ki, 250 mindən artıq əhalisi olan Sumqayıt şəhərinin səhiyyəsinə, ( indi isə Allah qoymasa həm də Abşeron və Xızı rayonlarının ) rəhbərlik edən Səkinə Sadıqovanın ruhu dispanserdə müalicə olunması barədə xəbərlər yayılır, amma Səkinə Sadıqova bircə dəfə də bu xəbəri təkzib etməyib. Səkinə Sadıqova özü də kollektiv arasında deyir ki, “Mən vergiliyəm”, guya buna “vergi verilib”. Bütün bunlar onu göstərir ki, bu boyda vəzifəni daşıyan şəxsin ƏQLİNDƏ problem var. Adamın yadına lap molla ilə qarı məsələsi düşür. Molla qoca qarının süd verməyən inəyinə süd duası yazır və qarı da sevinir. Sonra məlum olur ki, molla dua əvəzinə qarının ünvanına “SALAM” göndərib. İndi Səkinə Sadıqova da həmin qoca qarının durumuna düşüb. Və vəziyyətdən çıxmaq üçün ora-bura çabalayır, ağlına gələni danışır...
Bəli, Səkinə Sadıqova son zamanlar hər yerdə deyir ki, mənim istənilən qədər pulum da var, yuxarıda oturan adamlarım da... Səkinə deyir ki, qoy Hesablama Palatası, Maliyyə Nazirliyi, Hüquq-Mühafizə Orqanları özlərini yorub barəmdə yoxlamalar aparmasınlar, materiallar toplamasınlar, pulum da var, adamım da, verib məsələni həll edəcəm. Hətta Səkinə Sadıqova məclislərdə deyir ki, PUL KİMDƏDİRSƏ, QANUN DA ONUN TƏRƏFİNDƏDİR. Səkinə Sadıqovanın bu sayıqlaması, Azərbaycan dövlətinə, dövlətçiliyinə qara yaxmaqdır. Bu hələ harasıdır..?
Səkinə Sadıqova ölkə mediasına da ironiya ilə mesaj göndərir ki, nə qədər yazırsınız yazın, yazdıqlarınız elə kağız üzərində qalacaq. Səkinə Sadıqovaya demək istəyirik ki, bütün sivil dünyada media-mətbuat 4-cü hakimiyyət hesab edilir, ay Səkinə...bu sənin üçün mollanın duası-zad deyil ee... Səkinə Sadıqova az qala rəsmi qurumları ittiham edir ki, onlara lazım olan pulu verirəm, hətta deyir ki, mediaya da pul vermək istədim götürmədilər...
Bütün bunlar onu göstərir ki, Səkinə Sadıqova ölkə səhiyyəsinə sanki bazar kimi yanaşır, üzr istəyirik, özünü sanki bazar adamı kimi aparır... Səkinə Sadıqova doğrudan da dövlət məmuru adına yaraşmayan ifadələrdən istifadə edərək bildirir ki, istənilən qapını təpiklə açıram, TƏBİB-də, Hüquq-Mühafizə Orqanlarında ən yüksək vəzifədə işləyən dostlarım var...
Bir sözlə, Səkinənin hərəkətləri, davranışı, danışdıqları normal ağılın məhsulu deyil. Bu adam deyir ki, pulun varsa, nə istəyirsən elə, səni həbs etmək istəyənləri qapına gətir, qapının dalında saxla, sonra da haqqını ver...vəssəlam... Səkinə Sadıqovaya deyirik ki, müdriklər deyib kİ, yerin də qulağı var, ay Səkinə, danışdıqların gərəkən ünvana çatar, gəlib sənin əlini-qolunu bağlayıb, elə öz kabinetindəncə apararlar. Dilini dinc saxla, ay Səkinə...
Səkinə Sadıqovaya deyirik ki, özün də görürsən ki, bu yazıda sənin şəhid ailəsini incitməyin, bayram günlərində işçilərin əmək haqqını kəsməyin, 3 milyon dövlət vəsaitini mənimsəməyin, belindəki 713 min dollarlıq kəmər barədə, haqqında Cinayət Məcəlləsinin 3 maddəsi ilə cinayət işinin başlanması, keçirdiyin saxta tenderlər, Təcili Yardım Stansiyasının sürücülərindən işə qəbul üçün aldığın 10 minlər... Təcili yardım maşınlarına ayrılan yanacağı, ehtiyat hissələrini satdırmağın, 300 minlik şəhərin səhiyyəsinə dövlətin ayırdığı dərman preparatlarını özəl apteklərdə satdırmağın, dövlətin quruma verdiyi 100 kömpüterin içini sökərək qiymətli metal kimi satmağın və s barədə yazmadıq. Bilirsən niyə..? Çünki bu əməllərin barədə artıq dövlət qurumları xəbər tutublar. Və yəqin ki, yaxın zamanda layiq olduğun məkana səni aparacaqlar. Çünki sən cəmiyyət və ictimaiyyət üçün təhlükəlisən. Təkcə rüşvətə və korrupsiyaya görə yox, həm də AĞIL probleminə görə... 9-B-nin səni xilas edəcəyinə də ümid etmə...
Artıq səni Səhiyyə Nazirlıriyinin ( Teymur Musayev), TƏBİB-in ( Vüqar Qurbanov, Araz Nəsirov ) rəhbərliyi də xilas edə bilməyəcək, çünki sənin həmin məclisdə danışdığın söhbətlərdən hamının xəbəri var. //gundelik-baku.com//

     

Ardını oxu...
     

Qəbələnin icra başçısı Səbuhi Abdullayevbütün görəvi boyunca məhz hazırki Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova güvəndi... onun çətiri altında fırlandı. Günü bu gün də Səbuhi Abdullayevin himayədarı Kəmaləddin Heydərovdur. Elə buna görə də kimsə Qəbələnin icra başçısına söz deyə bilmir. Hər halda anlaşılanı budur.

DİA.AZ bildirir ki, bu səbəbdən də özünü güvəndə hiss edən Səbuhi müəllim hətta canını bu millətin, bu dövlətin uğrunda fəda edənıərin haqqına belə girməyə cəsarət edir. Bu cəsarətin altında yalnız bir izahı yaza bilərik: ÖZBAŞINALIQ...

DİA.AZ bildirir ki, hazırda Mingəçevirdə yaşayan Şəhid ailəsi Qəbələdə onlara dövlət tərəfindən ayrılmış torpaq sahəsinin zəbt olunmasını bu günlərdə biliblər. Bu işin altında isə icra başçısı Səbuhi Abdullayevin imzası var.

Redaksiyamıza şikayət edən şəhid ailəsi Gülmayə Mövsümovanın üzləşdiyi problemlə bağlı daha geniş materialımızı təqdim edəcəyik. Hər halda, bunun özü müddətdir ki, Səbuhi müəllim Şəhid ailəsindən oğurladığı 35 sot torpağı geri qaytarsın... harda? Bu barədə geniş materialımız olacaq. Hər halda bu faktlar yetərlidir ki, Səbuhi müəllim qarışıq Qəbələnin daha bir neçə AKULASINI dövlət dama bassın...

Bizi izləməkdə davam edin. Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...


 
Ardını oxu...
 



Bu milyardlar  dövlətə  qaytarılmalıdır.... Ötən yazılarımızın birində  23 ildən çox   mühüm vəzifələrdə işləmiş ( 1995-2000-ci illərdə  Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı, 2001-ci ildən  2018-ci ilədək Bakı Şəhər İcra Hakimiyyətinin başçısı,  2018-ci ildən  Azərbaycan Respublikası Baş nazirinin müavini  və  hazırda təqaüdçüdür )  Hacıbala Abutalıbovun “qara kassir”i  olan şəxsdən bəhs etmişdik.

Təsəvvür edirsiniz  23 ildən artıq mühüm vəzifələrdə  işləmiş vəzifəli şəxsin “dəftər-kitab”ına nəzarət edən, qara kassiri olan şəxsin özünün  nə boyda varidatı var. “Qara kassir”in, “qara mühasibat”lığın  nə olduğunu  bilənlər  başa düşür ki, söhbət  nədən gedir. Qara kassirə keçməzdən öncə Hacıbala Abutalıbovun 23 illik fəaliyyətinə, qazandığı milyardlara  nəzər  salaq ki, “qara kassir”in  əkişdirdiklərini  hesablaya bilək. 
Deməli, Hacıbala Abutalıbov  23 ildə  milyardlara sahib olub. Təkcə onu qeyd edək ki, 2018-ci ildə işdən çıxacağını bilən Hacıbala Abutalıbov 12 sahibkarı aldadaraq onlardan 100 MİLYON MANAT pul alıb və  sonra vəzifəsi ilə vidalaşıb. Həmin aldanmış sahibkarlar neçə ildir ki, Hacıbala Abutalıbovu TUTMAĞA çalışırlar. Biz  Hacıbala Abutalıbovun yüz milyonluq mülklərinin bir hissəsini  qeyd edirik.  
Buyurun bu əmlakın bir qisminə nəzər salın: Nərimanov rayonundakı Yaşıl bazar və Keşlə bazarı. Füzuli  küçəsi 39 ünvandakı “sürüşən bina”nın birinci mərtəbəsi. Nizami rayonundakı Mehdi Abbasov küçəsində “Bakelektrikşəbəkə”nin anbarları və qarajını da özəlləşdirilib və hazırda icarə əsasında obyekt işləyir. Bakı Avtovağzal Kompleksinin qarşısında 3 mərtəbəli restoran. Rəşid Behbudov küçəsində, XDU-nin yanında 7 mərtəbəli Biznes mərkəzi. Hüseyn Cavid bağındakı çay evi. Nərimanov rayonunda Bakı şəhər Ticarət Departamentinin yerləşdiyi inzibati bina. Binəqədi rayonunda Heydər məscidinin yanındakı çoxmərtəbəli Mərasim evi. Balaxanı qəsəbəsində bir zavod. Yasamal rayonunun Qurban Xəlilov küçəsində, Vergilər Xidmətinin arxasındakı parkda bir neçə kafe. Və oğlu İsrafilin Londonda, Türkiyədəki 100 milyonluq mülkləri... 
Bəli, əlahəzrət məntiq deyir ki, Hacıbala Abutalıbovun bütün gizlinləri ortaya çıxmalıdır. Bu Hacıbala Abutalıbovun haqqında bildiklərimizin cüzi bir hissəsi. İndi isə  keçək “qara mühasib”ə... İlk öncə məlumat  üçün onu qeyd edək ki, söhbət Bakı ŞİH-nin Maliyyə İdarəsindən getmir.... Söhbət Hacıbala Abutalıbovun  şəxsi  “buxqalter”indən, “qlavbux”undan, loru dildə desək  “xəzinədar”ı  Bəhruzdan gedir. Bu adamın 23 ildə oğurladığı  dövlət vəsaiti 100 milyonlar  səviyyəsindədir. Görəsən, bu günədək  nə üçün hüquq-mühafizə orqanları Bəhruz Mehdiyevi sorğu-sual  etməyiblər, nə üçün soruşmayıblar ki, dövlətdən 600-800 manat maaş alan kəsdə bu qədər sərvət haradandır..? 
Təsəvvür edirsiniz, Bakıda tikilən hər yeni binada Bəhruza  məxsus mənzillər var. Əgər hüquq-mühafizə orqanlarına maraqlı olarsa, biz bir media olaraq Bəhruz  Mehdiyevin yüz milyonluq mülklərinin, obyektlərinin dəqiq  siyahısını təqdim edə bilərik. Yeri gəlmişkən, Bəhruz Mehdiyevə dəstək verənlərdən biri də Səbael rayon prokuroru, mərhum Məhəmməd Əsədovun oğlu  Natiq Əsədovdur. Özünü  Əhməd Əhmədzadənin kürəkəni kimi, başqa vəzifəli məmurların yaxını kimi  təqdim edən  Natiq Əsədova deyirəm ki, sənin mərhum atanı ayaqqabısından tanıyan və dəfnində yaxından iştirak edən mən olmuşam.  Amma atalar demişkən, “oddan kül...” məsəlidir.
Bu gün sən Bəhruz kimiləri müdafiə edirsən. Çox heyflər olsun ki, o kişinin ocağında  sənin kimi birisi var. Elə bilirsən etdiklərin cavabsız qalacaq, Əsədov..? 
Bəli o Əsədov ki, Zəngilan məclislərindən çox vaxt qovulur, heç kim onu bir Zəngilanlı kimi tanımır. Amma uzun müddətdir ki, özünün çoxlu biznes obyektləri olan Səbail kimi rayonda prokurorluq edir. Axı prokuror kimi bir rayonda uzun müddət qalmağın bir adı var. Rüşvətin, korrupsiyanın kökünü kəsə bilməmək. Yuxarılara verilən hesabatlar heçdə olduğu kimi deyildir. Amma Səbail rayon prokuroru Əsədov uzun illərdir ki, Səbaildə prokuror vəzifəsində çalışır. 
Bu mövzu ilə bağlı geniş araşdırmamız növbəti yazımızda olacaq. O ki, qaldı Bəhruz Mehdiyevə, Bəhruz Mehdiyevin ayda 600-800 manat arası aldığı məvaciblə 100 milyonlara necə sahib olması haqqında yazılarımızı oxuyacaqsınız.

P.S. Qumar oyunları, eyş-işrət məclisləri barədə Gürcüstandan reportaj olacaq. Bizi izləyin.



Ardını oxu...
Teref.az olaraq Saatlı rayon Mollavaizli kəndi sakini Əliyev Asim Əvəz oğlu tərəfindən yazılmış və bir nüsxəsidə poçtumuza daxil olmuş şikayət məktubunu təqdim edirik. Şikayətçi yazır:
İnternet media və xəbər portallarına
Surəti (məlumat üçün): Saatlı rayon Prokurorluğuna
Əliyev Asim Əvəz oğlu tərəfindən
Ünvan : Saatlı rayon Mollavaizli kəndi
E-mail : asimaliyev1@mail.ru
ŞİKAYƏT
Sahibkar öz şadlıq sarayını şəhid anasının adına keçirərək qanunsuz işlərinin
üzərini ört basdır etmək və mənə təziq göstərmək istəyir!
Ölkəmizdə fəaliyyət göstərən şadlıq sarayları ictimai iaşə obyekti hesab edilir və
hər bir vətəndaş şadlıq sarayının fəaliyyətində qanun pozuntularının olub olmaması
barədə qanuni formada araşdırma apara bilər ki, bu da istehlakçı olaraq bizim
hüququmuzdur. Çünkü bu şadlıq saraylarında biz və bizim yaxınlarımız toylarda
iştirak edirik. Belə ki, mən “İnformasiya əldə etmək haqqında” Azərbaycan
Respublikasının Qanununa əsasən bir çox dövlət qurumlarına Saatlı rayonu
H.Əliyev prospekti 56 ünvanında yerləşən “Xəyal” şadlıq sarayının fəaliyyəti ilə
bağlı informasiya sorğusu ünvanlamışam. Mənim sorğuma verilən cavabları sizin
diqqətinizə çatdırıram.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən sorğuma verilən cavabda qeyd
edilib ki, Saatlı rayonu H.Əliyev prospekti 58 ünvanında yerləşən “Xəyal” şadlıq
sarayına dair Tikintilərin Dövlət reyestrində hər hansı məlumat yoxdur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən sorğuma verilən cavabda qeyd edilib
ki, “Xəyal” şadlıq sarayında 22.10.2022-ci il tarixində Xəzər Kompleks Ekoloji
Monitorinq İdarəsinin əməkdaşları tərəfindən ətraf mühitə atılan zərərli maddələrin
miqdarının müəyyən edilməsi üçün ölçmə işləri aparılmış və nəticənin ətraf mühit
üçün yol verilən normadan artıq olduğu müəyyən olunmuşdur. Bununla bağlı
“Xəyal” şadlıq sarayının rəhbəri Hüseynov Bəxtiyar Hüseyn oğlu barəsində AR
İXM-nin 233.1-ci maddəsi ilə 2500 manat miqdarında cərimə tətbiq edilmiş və
nöqsanların aradan qaldırılması üçün məcburi göstəriş verilmişdir. Cərimə qərarı
könüllü ödənilmədiyi üçün məcburi icra olunması məqsədi ilə Saatlı rayon İcra və
- 2-
Probasiya şöbəsinə göndərilmişdir.
Qida Təhlükəsizliyi Agentliyindən sorğuma verilən cavabda qeyd edilir ki,
Agentlik tərəfindən Saatlı rayonu, H. Əliyev prospekti 56 ünvanında fəaliyyət
göstərən "Xəyal" şadlıq evində 10.11-14-11.2022-ci il tarixində yoxlama
keçirilmişdir. Yoxlama zamanı qida ilə təmasda olan obliqat qrupuna daxil olan
şəxslərin işə qəbul olunmazdan əvvəl və işlədikləri müddət ərzində məcburi tibbi
müayinədən keçmədiyi və tibbi arayışla təmin olunmadığı, mətbəx sahəsinin
sanitar-gigiyenik ye sanitar texniki vəziyyətinin qeyri-qənaətbəxş olduğu və şadlıq
evində təqdim edilən qidaların müşayiətedici sənədlərinin mövcud olmadığı
müəyyən edilmişdir. Aşkar edilmiş nöqsanlarla bağlı “Xəyal” şadlıq evinin vəzifəli
şəxsi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati
xəta haqqında protokol tərtib olunmuş, həmin protokol əsasında inzibati tənbeh
vermə haqqında qərar qəbul edilmişdir.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Muğan regional
Dövlət Yanğın Nəzarəti İdarəsindən sorğuma verilən cavabda qeyd edilir ki,
“Xəyal” şadlıq sarayının istismarı Dövlət Yanğın Nəzarəti Xidməti ilə müvafiq
qaydada razılaşdırılmayıb, yanğınxəbərverici siqnalizasiya sistemi quraşdırılmayıb,
ilkin yanğınsöndürmə vasitələri ilə tam təchiz edilməyib, elektrin təsərrüfatı
“Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun olaraq
istismar olunmur, yanğın zamanı insanların köçürülməsi üçün təxliyə planı
tərtib edilməyib, çardaq hissənin taxta konstruksiyaları odadavamlı məhlulla
hopdurulmayıb, elektrik naqillərinin izolyasiyasının gərginliyə qarşı
müqavimətinin yoxlanılması barədə akt mövcud deyil, yanğın təhlükəsizliyinin
təmin edilməsi dair yanğına qarşı rejim müəyyən edilməyib, yanğınxəbərverici
siqnalizasiya sistemi quraşdırılmayıb, obyektin ərazisində hidrant və yanğın su
hovuzu mövcud deyil və tüstüyə qarşı müdafiə sistemi ilə təmin edilməyib.
Belə ki, Saatlı rayonu H.Əliyev prospekti 56 ünvanında yerləşən “Xəyal” şadlıq
sarayı ilə bağlı mənə bir verilmiş bütün cavablardan məlum olur ki, bu şadlıq
sarayında heç bir şey qaydasında deyil. “Xəyal” şadlıq sarayı Dövlət Şəhərsalma
və Arxitektura Komitəsində qeydiyyatda deyil, Ekoloji olaraq ətraf mühitə zərər
verir, Qida təhlükəsizliyi sahəsində çox ciddi nöqsanlar var və ən əsası isə Yanğın
təhlükəsizliyi sahəsində çox ciddi nöqsanlar var. Bəs bu şadlıq sarayı necə
fəaliyyət göstərir? “Xəyal” şadlıq sarayında yanğın təhlükəsizliyi sahəsində
çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya
sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı
müəyyən edilir. Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının
davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə
genişlənərək faciəni qaçılmaz edə bilər. Məhz bu səbəbdən də mən Fövqəladə
Hallar Nazirliyinə müraciət edərək bu şadlıq sarayının fəaliyyətinin
dayandırılmasını xahiş etdim. Hələki müraciətimə düzgün baxılmadığı üçün
aidiyyatı üzrə şikayət etmişəm. Çünkü bu şadlıq sarayında toy zamanı baş verə
biləcək yanğın hadisəsində çox sayda insan tələfatı ola bilər. Buna göz yumaq?
Lakin mənim bu müraciətimdən sonra “Xəyal” şadlıq sarayının sahibi, sahibkar
- 3-
Hüseynov Bəxtiyar Hüseyn oğlu təcili olaraq “Xəyal” şadlıq sarayını keçirdi şəhid
anasının adına (həmin şəhid anası onun yaxın qohumudur, adını qeyd etmək
istəmirəm). Səbəb isə bu qədər qanun pozuntusunun üzərini ört-basdır etmək və
cərimələri ödəməmək idi. Bu şəxs fikirləşir ki, əgər şadlıq sarayını şəhid anasının
adına keçirsə qanunsuz işlərini davam etdirə bilər və ona kimsə gözün üstə qaşın
var deməyəcək. Mən şəxsən eşitdikdə Bəxtiyar, öz şadlıq sarayını şəhid anasının
adına keçirib çox sevindim ki, şəhid ailəsi də buradan xeyir görər, sonra öyrəndim
ki öz yaxın qohumudur. Adama deyərlər əgər belə şəhid ailəsi düşünən adamsansa
nəyə görə onların evləri qəzalı vəziyyətdə olanda ev tikmirdin və həmin şəhid
anası efirə çıxıb cənab Prezident İlham Əliyevə müraciət edirdi?
https://www.youtube.com/watch?v=-nVR2uQQKHo (həmin müraciət)
Əlbətdə ki, mən bu məsələni bu qədər ictimailəşdirmək fikrində deyildim. Lakin
mənə zəng gəldi ki, səndən şikayət var Saatlı rayon Prokuroru səni çağırır. Bir neçə
gündən sonra isə məni Saatlı rayon Polis Şöbəsinin təhqiqatçısı şöbəyə dəvət etdi.
Səbəb isə “Xəyal” şadlıq sarayının sahibkarı olan şəhid anasının məndən şikayət
etməsi idi. Təbii ki, şikayət tamamilə əsassızdır. Ekologiya və Təbii Sərvətlər
Nazirliyindən gələn məktubda “Xəyal” şadlıq sarayının rəhbəri Hüseynov Bəxtiyar
Hüseyn oğlu olaraq qeyd edilib. Təkrar qeyd edirəm ki, bütün bu qanunsuz
əməllərini ört-basdır etmək üçün təcili olaraq şadlıq sarayını keçirdi qohumu olan
şəhid anasının adına və sonra da həmin şəhid anasının adından məndən şikayət
olundu. Əminliklə deyə bilərəm ki, həmin şəhid anasının edilən şikayətdən xəbəri
belə yoxdur, sadəcə olaraq sahibkar Hüseynov Bəxtiyar Hüseyn oğlu şəhid
anasının əli və hüquq-mühafizə orqanlarının vasitəsi ilə mənə qarşı təziqlər
göstərmək istəyir ki, mən şikayətlərimi dayandırım.
Dövlət qurumlarının verdiyi cavablardan açıq-aşkar görünür ki, “Xəyal” şadlıq
sarayında hər sahədə qanunsuz hallar var və ən əsası da qida və yanğın
təhlükəsizliyi sahəsində olan ciddi nöqsanlar sabah faciə ilə nəticələnə bilər. Əgər
bu faciə zamanı insan tələfatı olarsa buna görə cavabı kim verəcək? Əgər mən
bugün istehlakçı olaraq tam qanuni formada şikayət edərək şadlıq sarayının
bağlanmasını istəyirəmsə bu mənim hüququmdur. Burada heç bir qanunsuz hal
yoxdur. O zaman bütün sahibkarlar öz bizneslərini şəhid ailəsinin adına keçirib
istədiyi qanun pozuntusunu edə və cərimələri ödəməyə bilər fikri yaranır. Əgər bir
sahibkar şəhid anasının adından istifadə edərək etdiyi qanun pozuntularını örtbasdır etmək və sadə bir vətəndaşa təziq göstərmək istəyirsə buna deyiləcək sözüm
yoxdur. Ümüd edirəm ki, aidiyyatı qurumlar bu şəxs barədə qanuni ölçü götürəcək.
Bu müraciətimə görə məsuliyyət mənə aiddir və buna görə də medai
nümayəndələrindən xahiş edirəm bu müraciətimi saytlarda işıqlandırsınlar.
Müraciətimdə bəhs etdiyim bütün dövlət qurumlarının məktublarını əlavə edirəm.

İmza: Asim "liyev
Tarix: 4 iyul 2023-cü il
 

Ardını oxu...
 


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin ( TƏBİB) icraçı direktoru Vüqar Qurbanovun ölkə səhiyyəsini bərbad  duruma salması ilə bağlı ölkə mediasında kifayət qədər yazılıb. Birincisi, Vüqar Qurbanov bir-biri ilə heç bir əlaqəsi olmayan doğum evlərini, diş poliklinikalarını, uşaq xəstəxanalarını birləşdirib Tibb Mərkəzləri yaradıb. 
İkincisi, ən dəhşətlisi odur ki, bu xəstəxanalarda çalışan peşəkar, təcrübəli həkimləri vəzifələrdən uzaqlaşdırıb, öz “revizor”, savadsız dost-tanışlarını Tibbi Mərkəzlərə direktor təyin edir. Bir dəfə yazmışdıq ki, bəzi məmurların məqsədi rüşvət və korrupsiyanı BİR ƏLDƏ CƏMLƏMƏKDİR. 
Sözün qısası, Vüqar Qurbanovun səhiyyə sahəsindəki islahatları ölkə səhiyyəsini fəlakətə aparır. Ən dəhşətlisi odur ki, Vüqar Qurbanov ölkədəki ən yaşlı adamları tapıb Tibbi Mərkəzlərə rəhbər qoyur. Məsələn, iki ay öncə Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin yaydığı rəsmi məlumatdan bəlli olurdu ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə həkim-terapevt Eldar Abbasov Nizami Tibb Mərkəzinin direktoru vəzifəsinə təyin olunub. 
İndi gəlin görək, Eldar Ababsov kimdir, nəçidir, bunun keçmişi kim olub ki, paytaxt Bakının Nizami rayonunda fəaliyyət göstərən bütün tibb müəssisələri bu adamın ixtiyarına verilib... 
Deməli, Eldar Abbasov əvvəllər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər idarəsində hərbi həkim komissiyasının baş həkimi işləyib. Daha sonra vəzifədəki qohumlarının dəstəyi ilə Abşeron TSEK-ə sədr gətirilib. Eldar Abbasov Komissiya rəhbəri olarkən hərbi xidmətdən yayınmaq istəyən gənclərə saxta əlillik dərəcəsi verməkdə də ad çıxarıb. Və bu yolla yüz minlər qazanıb. Eldar Abbasov yüksək vəzifədə işləyən qohumlarının sayəsində vəzifədən vəzifəyə yüksəlib. Bu adamın Abşeron TSEK-də etdiyi əməllər birbaşa cinayət məsuliyyətindən xəbər verirdi. Abşeron sakinləri müxtəlif dövlət qurumlarına şikayət edərək bildirirdilər ki, Eldar Abbasov əlil olan şəxsləri süründürür, pul tələb edir, fiziki qüsurlu insanlara deyir ki, gedin filan qədər gətirin sizə qrup müəyyən edim. Onun «şərtləri» ilə razılaşmayan vətəndaşlar əlillik dərəcəsi ala bilməzdi. Həqiqi xəstəliyi olan, lakin Eldar Abbasovun istəklərini yerinə yetirmək imkanında olmayan şəxslər TSEK sədrinin qəzəbinə tuş gələrək get-gələ salınırdılar. Komissiya rəhbərinin yersiz tələblərinə razılıq verən vətəndaşlar isə qısa müddətdə əlillik qrupu ala bilərdilər. Saxta sənədlərlə komissiya tərəfindən əlil kimi qeydiyyata alınan insanların sayı onlarla, yüzlərlə bəlkə də minlərlədir.
İndi gördünüzmü, bütün bu cinayət əməlləri ortada olduğu halda TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Eldar Abbasovu Nizami Tibb Mərkəzinə direktor təyin edib. Bəlkə, Vüqar Qurbanov bu yaxınlarda 70 yaşı tamam olan Eldar Abbasovun qaşına-gözünə aşiq olub..? Əlbəttə, puluna... 
Onu da qeyd edək ki, Vüqar Qurbanov Nurməmməd Yarıyevi də Nizami Tibb Mərkəzinə direktor təyin etmişdi, indi sorağı istintaq orqanlarından gəlir. Səni də Nurməmmədin aqibəti gözləyir, Eldar Abbasov... 
Bu yaxınlarda Eldar Abbasovun Tibbi Mərkəzdə apardığı yoxlamalar zamanı Məleykə adlı bir nəfər işçi özünü 2-ci mərtəbədən ataraq, intihar edib. Məleykə xanım xəstəxanada olmasına baxmayaraq, biz Məleykə xanım haqqında bilgilər olan şəxslərin danışdıqlarını oxucularımıza çatdıracağıq. Bəllidir ki, hansısa səbəb olmadan, Tibbi Mərkəzin işçisi özünü 2-ci mərtəbədən ataraq canına qıyırsa, onda onun səhhətində psixi problemlər var. Yox əgər kimsə onu işdən çıxarmaqla hədələyibsə onda həmin məsuliyyət hədələyənin üzərində qalır. Bu haqda geniş araşdırmamız növbəti yazımızda olacaq.
P.S. Deyirəm, bu yaşlı adamlar nə üçün gedib istirahət etmək haqqında düşünmürlər?


 

Dünyapress TV

Xəbər lenti