|
Xarici İşlər nazirinin sabiq müavini, diplomat (?) Nadir Hüseynov həqiqətən də “nadir tapıntı”dır. Bu adamın uzun illər ərzində spesifik və nadir üsullarla həyata keçirdiyi qanunsuzluqlar, antimilli fəaliyyət bu gün də çoxvektorlu şəkildə Azərbaycan dövlətinə zərər vurmaqdadır. 10 il xarici işlər nazirinin müavini vəzifəsini tutan N.Hüseynov 2020-ci ilin sentyabr ayında bu vəzifədən azad edildi. Əslində həmin ilin iyul ayında XİN-də həyata keçirilən əməliyyat dalğası ilk növbədə bu adamı da həbsə aparmalı idi, amma aparmadı. Vəzifədən çıxarılan, potensial məhkum N.Hüseynov xüsusi tapşırıqlar üzrə səfir təyin edildi. Nadir saxtakarlıqlara imza atan bu adam Nadir adının ona boş yerə verilmədiyini çoxdan sübuta yetirib. İndi isə əsl mətləbə gələk…
Nadir Hüseynov mentalitet, mənəviyyat və əxlaq qatilidir! Nə üçün?
Xalqımız bilmir ki, uzun illərdir Azərbaycana gəlib paytaxtımızda əxlaqsızlığı təbliğ edən, otellərdə, kirayə mənzillərdə, küçələrdə iyrənc həyat tərzi keçirən ərəbləri ölkəmizə gətirən “turist marşrut”un ideya müəllifi və əsl sahibi məhz Nadir Hüseynovdur!
Bəli, Azərbaycan xalqının qəzəb və söyüş subyektlərindən birinə çevrilən bu əxlaqsız təşəbbüsün müəllifi Nadir Hüseynovdur, xalqın mənəviyyatının alçadılması hesabına özünə xaniman – hökmdar səltənəti quran sabiq müavin! Ərəblər üçün hazırlanan tur paketə hava limanında viza, yüngül həyat tərzi keçirən müştərilərlə dolu otel otaqları daxil idi. Turist Bakıya gəlir, hava limanında ona viza verilir, sonra verilmiş viza qeydiyyata alınmır və alınan pul N.Hüseynovun başçılıq etdiyi dəstəyə çatır. O, viza blankları XİN-də çap olunduğundan və qeydiyyatı aparılmadığından ürəyi istədiyi qədər blank çap edə bilirdi. Bəs, ərəb turistlər üçün təşkil edilən bu şəraitdən əldə olunan çamadanlarla dollar hara daşınırdı? Təbii ki, Nərimanov rayonunda yerləşən və Nadir Hüseynova məxsus “Cənnət Gəncə” restoranına…
Nadir Hüseynovun daha bir nadir saxtakarlığına və rüşvət piramidasına diqqət edək.
Onun XİN-dəki kabinetinin çöldən tutacağı olmayıb, qapının açılması həmişə içəridən özü tərəfdən idarə olunub.
Nazir müavini vəzifəsindən əvvəl Konsulluq idarəsinin rəisi işləyən (12 il) N.Hüseynovun otağına girmək hər adama, eləcə də pul daşıyan kuryerlərin hamısına nəsib olmurdu. Həmin dövrdə bir arayışın appostil edilməsi, leqallaşdırılmasının dövlət rüsumu 5 manat olsa da, 400 manat ödəməli olurdun. 1 manat əksik ola bilməzdi. Nə üçün? Çünki Konsulluq İdarəsinin içində bütün otaqlar səsli kameralarla təchiz edilmişdi, N.Hüseynov da öz otağında oturub bütün prosesi izləyirdi. Adamın hər saatı, hər dəqiqəsi pul idi. Konsulluq idarəsindəki dəllallar da bilirdilər ki, otaqlar səsli kameralarla təchiz edilib, ona görə də “katyol”dan bir manat da olsun çəkə bilmirdilər. Əks təqdirdə, N.Hüseynov tərəfindən sərt şəkildə cəzalandırıla bilərdilər. Gündəlik 50 min dollardan artıq vizadan gələn pul diplomatik və xidməti pasportlardan əldə edilən qazancla rəqabət apara bilmirdi. Sizcə, N.Hüseynovun ölkədə pulla satdığı xidməti pasportların sayı nə qədər olardı? Dövlət qulluqçularının ümumi sayından daha artıq! Xidməti pasportları ayağını ölkədən kənara qoyan çox adamın cibində tapmaq olardı. 15 min manat pulunu verirdin, Avropa ölkələrində vizasız gəzirdin…
Bu cür saxtakarlıq, rüşvət və korrupsiya mexanizmi ilə milyonarla pul kütləsi əldə edən N.Hüseynov özünə sərhədsiz biznes ipmeriyası da qurub. Məsələn,
-Nəsimi bazarının yerində inşa edilən “Olympus Nəsimi Kompleksi” Nadir Hüseynova məxsusdur. Bu kompleksdə mənzillərin 1 kvadratı 2300 manatdan satışa çıxarılmışdı. Mənzillərin əksəriyyəti satılıb. Hazırda isə orada 3 otaqlı mənzil 250 min dollara satışa çıxarılıb. N.Hüseynov inşaat sektorunda təxminən 30-a yaxın şirkət və qurumla tender işləri də həyata keçirir.
-Nərimanov rayonu Əbdüləzəl Dəmirçizadə küçəsində yerləşən “Cənnət Gəncə” restoranı da N.Hüseynovun biznes kataloquna daxildir. Restoranda N.Hüseynova məxsus otaq var və bütün pullar məhz bu məkana daşınır.
Eləcə də, o, ərəb ölkələrində və Türkiyədə böyük biznesə sahibdir. Onun xaricdəki biznesini isə 37 yaşlı oğlu Məhəmməd Hüseynov idarə edir.
N.Hüseynov digər oğlu Hüseyn Hüseynovu XİN-ə yerləşdirib. H.Hüseynov Cenevrədə Birinci Katib və Londonda müşavir vəzifələrində işləyib, hazırda nazirlikdə şöbə müdiridir. O, hələ də qanunsuz işlərin hazırlanmasının və digər qanunazidd sənədləşmələrin aparılmasının əsas icraçısı kimi tanınır. N.Hüseynov onun korrupsiya piramidasına daş qoyan qohumlarının hər birini müxtəlif vəzifələrə təyin etdirməyə nail olub. Belə ki, qardaşı oğlu hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) Beynəlxalq əlaqələr idarəsində işləyir.
Dəhşətlisi budur ki, bu qədər qanunsuzluqlara imza atan N.Hüseynov döşündə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni gəzdirir.
O, yenidən revanş götürməyə ciddi-cəhdlə çalışır, öz zamanını gözləyir. Rüşvətxor olduğu qədər də təkəbbürlü, kinli və qisascıl olan N.Hüseynov XİN-i rüşvət müqabilində savadsız kadrlarla doldurub. Vaxtilə işçilərinin zənglərinə, salamına cavab verməyi özünə sığışdırmayan bu adamın XİN-ə və səfirliklərə yerləşdirdiyi xeyli sayda adamlar var. N.Hüseynova yaxın olan, rüşvət müqabilində ən “yağlı” səfirliklərə işə düzələn bu adamların hər biri müəyyən edilərək xarici siaysət idarəsindən uzaqlaşdırılmalıdırlar. O, fürsət gözləyir, inanır ki, nə vaxtsa yenidən milyonlara sahibləndiyi nazirlikdə yüksək vəzifə ala bilər. Amma Qatar çoxdan gedib. Bircə məsələ qalıb. Heç olmasa, ədalət bircə dəfə sona qədər zəfər çalsın. Bu adamın xalqın talanması, əxlaqının korlanması hesabına əldə etdiyi mülklər, şirkətlər, pullar əlindən alınsın, özü də müttəhim kürsüsündə əyləsin. Bizdən demək, gerisi hüquq mühafizə orqanlarının işidir.Turantv.az
Azərbaycan polisi 105 ildir səninlədir!
Bu gün Azərbaycan polisi yaradılmasının 105-ci ildönümünü qeyd edir.
Dövlətimizin və xalqımızın təhlükəsizliyinin keşiyində duran, öz vəzifə borcunu vicdanla yerinə yetirən bütün polis işçilərini peşə bayramları münasibətilə təbrik edir, onlara çətin və şərəfli xidmətlərində uğurlar arzu edirəm!
Bur daha Polis Günü münasibətilə başda cənab nazir Vilayət Eyvazov olmaqla bütün şəxsi heyəti təbrik edirəm!
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin sabiq bölmə rəisi, polis polkovniki Vaqif Əsədov