Nəsimi rayon ərazisində əxlaqsızlıq yuvaları sanki baş alıb gedir. Bir müddət öncə, Nəsimi rayonu ərazisində ağacların kəsilərək yerində ticarət obyektlərinin tikilməsi sosial şəbəkələrdə müzakirə predmetinə çevrilmişdir. Əvvəllər Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhməliyev olanda vətəndaşlar Nəsib Məhməliyevin vəzifədən getməyini gözləyirdilər. Çox keçmədi ki, Nəsib Məhməliyevi Asif Əsgərov əvəz etdi. Asif Əsgərov Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin olunduğu gündən ağaclar kəsilərək, yerində obyektlər tikilməyə başladı. Səkilər isə birbaşa ticarət obyektlərinin mərkəzinə çevrildi. Nəsimi rayonu ərazisində bir qarış yer tapmaq mümkün deyil ki, yeni bir yaşıllıq zolağı salasan. Amma uzun illik ağacları Nəsimi rayonunda hər addım başı kəsirlər, yerində isə obyektlər tikirlər.
Araşdırmamız davam edir. Mövzunu diqqətdə saxlayacağıq.