Kəmaləddin Qafarov deputat mandatını nazir kreslosuna dəyişməyi düşünür? - İDDİA
Son günlər ərzində deputatlardan biri - adı müxtəlif qalmaqallarda hallanan Kəmaləddin Qafarovla bağlı ilginc informasiyalar yayılıb. DİA.AZ bildirir ki, bəzi qaynaqlar Qafarovun nazir postuna tədarük gördüyünü iddia edirlər.

Məlumata görə, məhz bu səbəbdən Qafarov mediada özünütəbliğə ciddi vəsait xərcləməyə başlayıb. Hazır məqalələri öz adından yaydıran deputat eyni zamanda yerli KİV-də hərşeyşünas ekspert kimi də görünərək özünü açıq şəkildə yeni posta hazırlamaqdadır.

Kimdir Qafarov? O, nazir postuna gətirilə bilərmi? Dia.az olaraq bu yöndə müəyyən araşdırmalar apardıq.

Məlum olur ki, deputat Kəmaləddin Qafarovun müxtəlif sahələrdə biznesi var, lakin onun əsas gəlir mənbəyi məhz dərman satışındandır. “AzəriMed” MMC şirkəti Kəmaləddin Qafarovun ən böyük dərman firmasıdır. Şirkət həm də “Tibbi Market”də tibbi ləvazimatların və avadanlıqların satışını həyata keçirir. O cümlədən, “Zəfəran” apteklər şəbəkəsi və “Zəfəran Hospital” da şirkətə daxildir. Şirkət kağız üzərində Kəmaləddin Qafarovun yaxın qohumu Canliya Qafarova Rəhim qızının adınadır. “Kanon” MMC Qafarovun digər firmasıdır. Şirkətə “Kanon” apteklər şəbəkəsi daxildir.

Qanuni təmsilçisi Kəmaləddin Qafarovun əmisi oğlu Hüsaməddin Qafarovun olduğu “Shafran” MMC də dolayısı ilə deputata məxsusdur. Deputatın dərman biznesinə “Avestafarm” MMC, “Naturalist” firması da daxildir. “Naturalist” firmasının təsisçisi kağız üzərində Qafarovun qardaşı Cəlaləddin Qafarovdur.

Mediada yayılan məlumatlara görə, Kəmaləddin Qafarovun əczaçılıq biznesi ölkə sərhədlərinin hüdudlarını aşır. Misal üçün, Gürcüstanda fəaliyyət göstərən, Tbilisi, İsani-Samqor rayonu, Qorqasali küçəsi 41 ünvanında hüquqi qeydiyyatda olan “Helios Pharma” LTD-nin də K.Qafarova məxsus olduğu deyilir. Şirkət Tamara Qamzaşvili adlı gürcü qadın tərəfindən idarə olunur. Eləcə də yunan Kiprində fəaliyyət göstərən “SALİDONT LTD”-nin də deputatın biznes imperiyasına bağlı olduğuna dair məlumatlar yayılıb.

Dərman biznesində böyük paya sahib olan K.Qafarov həm də Milli Onkologiya Mərkəzinin direktor müavinidir və dövlətin bura ayırdığı pulların böyük əksəriyyətinin deputata məxsus “AzəriMed” şirkətinə transfer edildiyi, dərmanların oradan alındığı haqda məlumatlar var. Milli Onkologiya Mərkəzinin “AzəriMed”lə imzaladığı rəsmi müqavilələr də bunu deməyə əsas verir. Onkologiya Mərkəzində dəhşətli bahalığın arxasında da məhz Kəmaləddin Qafarov dayanır.

Kəmaləddin Qafarovun biznesi dərman sahəsi ilə də yekunlaşmır. Paytaxtın ən dəbdəbəli və bahalı şadlıq evlərindən olan “Versal Palace” Qafarovlar aləsinə məxsusdur. “Versal Palace” MMC tərəfindən idarə olunan şadlıq evinin qanuni təmsilçisi deputatın qardaşı Cəlaləddin Qafarovdur.

Qanun deputatların biznes fəaliyyətini qadağan edir, lakin göründüyü kimi, bunun Kəmaləddin Qafarova aidiyyəti yoxdur. O, qanunverici orqanda əyləşsə də, müxtəlif şəxslər üzərindən biznesini idarə etməyə davam edir və ölkədə dərmanların “əl yandıran” qiymətlərinin əsas səbəbkarıdır. Amma Milli Məclisin kürsüsündən “dərmanlar ucuzdur” çıxışını edəcək qədər də yalan danışır.

Görünür, Milli Məclisdəki deputat mandatı Kəmaləddin Qafarova xalqı təmsil etmək üçün yox, biznesini qorumaq və yeri gələndə qanunsuz fəaliyyətlərini legitimləşdirmək üçün lazımdır.

Kamaləddin Qafarov “Naxçıvan klanı”nın nümayəndəsi kimi tanınır və onun biznesinin çiçəklənməsində Vasif Talıbov faktoru da rol oynayıb. Elə buna görə də Qafarovun nazirliklə bağlı xəyallarının arzu olaraq qalacağı daha çox inandırıcıdır.

Məsələ ilə bağlı Teref.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 

Bölmənin digər xəbərləri

26 Noyabr 2024 “Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
26 Noyabr 2024 Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - TƏFƏRRÜAT
26 Noyabr 2024 "Kristal Abşeron"un "Aznet"lə soyğunçu monopoliyası: ...
26 Noyabr 2024 Avtopark müdiri İdarə rəisi Samir Cəbrayılovun özbaşına əməllərindən Prezidentə müraciət etdi
26 Noyabr 2024 Sumqayıtda antisanitariya: "Zibil qabları günlərlə daşınmır" - FOTO
26 Noyabr 2024 Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? – FOTO/VİDEO
26 Noyabr 2024 Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
26 Noyabr 2024 Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
25 Noyabr 2024 Xalqa qarşı açılan AYNA-lı: indi də bu qurumun əməkdaşları ağac dalında gizlənib...
25 Noyabr 2024 Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
25 Noyabr 2024 Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
25 Noyabr 2024 Mürsəl İbrahimovun menyusunə Xidmətin Nərimanov idarəsində “X5” rüzgarı əsir...
25 Noyabr 2024 Mərkəzi Aran Təhsil İdarəsinin Yevlax hissəsində aləm dəyib bir-birinə.
25 Noyabr 2024 Aptek müdürü işçisini vəhşicəsinə döydü - anbaan VİDEOLAR
25 Noyabr 2024 Ucar rayonunun qaziləri Ucar RMX-ndan Prezidentə şikayət etdilər - ŞİKAYƏT -VİDEO
25 Noyabr 2024 Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
24 Noyabr 2024 Qazaxın icra başçısının dəlixanaya saldığı məmur danışdı
24 Noyabr 2024 Ağsu RİH “tender kralı“ kimi tanınan ATF şirkətinə 707 manat ödəyəcək - Yenə yol təmir edirlər
23 Noyabr 2024 Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23 Noyabr 2024 “İnnovasiya və Təchizat Mərkəzi”ndə əməlli-başlı özbaşınalıqdı – Cənab Qurbanov nə fikirləşir…

Dünyapress TV

Xəbər lenti