İmişlinin icra başçısı Şəhid ailəsi ilə NİYƏ YOLA GETMİR...
Çox təəssüflər olsun ki, bayrağımıza hörmətsizlik edən düşməndən bunun qisasını alan qeyrətli Azərbaycan oğullarının yerli məmurlar tərəfindən haqqları ayaqlar altına alınır, hələ bu da azmış kimi özlərindən "fantastik qərar qəbul edib" bayrağımıza qarşı aqressiya da nümayiş etdirirlər.

Mövzuya bu cür başlamağımızın səbəbi, barəsində sosial şəbəkələrdə və müstəqil mediada ara vermədən tənqid və narazılıq yayımlanan İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevin bayrağa görə şəhid ailəsini incitməsidir.

Belə ki, təqribən üç gün əvvəl İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsindən Elxan adlı şəhid atası "DogruXeber.az" informasiya agentliyinin rəhbəri Kamal Əsgərova zəng edərək, bir neçə müddətdir stress və əsəbdən həyat yoldaşı ilə özünün səhhətində problem yarandığını bildirib. Onun sözlərinə görə keçirdikləri əsəb və stressin səbəbkarı İmişli rayon İcra Hakimiyyətidir.

Elxan bəy deyir ki, - "Öz həyətimdə balaca bir muzey tikmişəm və orada oğlumun, həmçinin digər 80 şəhidin lövhələrini yerləşdirmişəm. Sözügedən muzeyin dam örtüyünü Azərbaycanımız bayrağının rəngləri ilə döşətdirmişəm. O, dam örtüyünü qurduğum gündən İmişli rayon İcra Hakimiyyətinin nümayəndələri bizə evimizdə rahatlıq vermirlər, məcbur edirlər ki, həmin dam örtüyünü söküm. Deyirlər olmaz. Bununla bağlı İcra Hakimiyyətində Şəhid ailələri və qazilərlə iş üzrə şöbənin müdiri İltizam müəllim də məni yanına çağırıb deyir magistral yoldan bayraq görünür, onu sökməlisən. Mənim oğlum o bayraq uğrunda qurban getdi, o bayrağa büküb mənə verdilər, indi niyə bayraq yasaq olub?

Neçə gündür yoldaşımın da, özümün də, qızımın da səhhətimizdə problem yaranıb, təzyiqimiz qalxıb əsəbdən. Xahiş edirəm mənə kömək edin, məni canlı yayıma qoşun dərdimi danışım, ictimaiyyət də eşitsin."

Kamal Əsgərov da onun bu istəyini qəbul edərək, canlı yayımla təmin edəcəyinə söz verib.
Əldə etdiyimiz məlumata görə Elxan ata bu barədə digər şəhid ailələrinə danışıb. Beləcə məsələ İcra Hakimiyyətinin qulağına çatıb və Elxan ata yayıma çıxmasın deyə gecə ilə onunla görüşüb məsələ ilə bağlı müəyyən vədlər verilib".

Məsələnin yalnız mətbuata bildirildikdən sonra həllini tapması idarəetmənin bərbad olmasının göstəricisidir.
Müdriklər deyir, "Bayraq bir millətin şərəfidir. Nə olursa olsun, yerlərə sərilməz!" Amma, nədənsə başımız üzərində olması da Elçin Rzayev və onun komandasında qıcıq yaradır.

Yeri gəlmişkən, ötən gün "DogruXeber .az" informasiya agentliyinin tabeliyində fəaliyyət göstərən "Kanal14" YouTube kanalında canlı yayımlanan"Kamalın zamanı" proqramında İmişli şəhər bələdiyyəsinin sədri Mehman İsmayılovun etiraf səs yazısı təkrar olaraq izləyicilərə təqdim olundu. Hansı ki, Mehman İsmayılov Kamal Əsgərovla telefon danışığı zamanı da etiraf edir ki, "Əsmər Əkbərovanın sadəcə adı gedirdi, özü işə gəlmirdi və ona deyilmişdi ki, hər dəfə maaşı alanda gətirib təhvil versin, onsuzda o, sosial alırdı. Amma, Əsmər Əkbərova hər dəfə pulun üstündən götürürdü, bir dəfə də hamısını götürüb Bakıya getdi, dənizin qırağında şəkil çəkdirib, məna deyir həkimə getmişdim. Ona görə mən də işdən çıxardım. Axı o, pul onun deyildi, götürməli deyildi ".

ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin redaksiyamızın sorğusuna verdiyi cavabda isə Əsmər Əkbərovanın güya işə gəlmədiyi üçün işdən çıxarıldığı bildirilir.

İmişli rayon prokurorluğu isə ümumiyyətlə səsini çıxarmır. Hazırda iş hansı mərhələdədir, yaxud ümumiyyətlə araşdırma aparılırmı bu barədə heç bir məlumat vermirlər.

Mövzu diqqətimizdədir və həllini tapana qədər təkrar qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Bölmənin digər xəbərləri

01 May 2025 Özbaşınalıqları planetlərə sığmayan Venera Xəlilova - 151 saylı bağçada nə baş verir?
01 May 2025 ŞƏRUR RAYON MƏRKƏZİ XƏSTƏXANASINDA CÜTLÜYÜN ƏMƏLLƏRİ
01 May 2025 Məktəbə yoxlama gəldi: şagird direktoru İFŞA ETDİ... - BUNA GÖRƏ DƏ...
01 May 2025 Samux Mərkəzi Xəstəxanasında tender oyunu
01 May 2025 Bərdədə genefondumuza divan tutulur
01 May 2025 Buralarda təhsil yoxdur... amma YEYİNTİ VAR! - İLGİNC İDDİA
01 May 2025 İZMİR` klinikasında pasiyenti bu hala saldılar - FOTOFAKT
01 May 2025  Dövlət qurumları başıbəlalı şirkətlə anlaşıb - TƏFƏRRÜAT
01 May 2025 “Ailə Park” MTK Nərimanov rayonunda "Yasıl Terror" törədir -ANBAAN VİDEO
30 Aprel 2025 Rauf Əliyevə cinayət işi açılıb, amma məmurlar yenə bina tikməsinə icazə verir - Deyəsən cəza cinayətkara yox, xalqa kəsilir
30 Aprel 2025 İcra məmurunun oğluna verilən milyonluq tenderlər -TƏFƏRRÜAT
30 Aprel 2025 Binəqədinin icra başçısı deməsin ki, `BUNU DA BİLMİRƏM...` - BU NƏDİ BELƏ?..
30 Aprel 2025 'Medihol' klinikasında başına oyun açdılar - Foto-fakt
30 Aprel 2025 Salyanda bir idarədə adı olub özü olmayanlar "işləyir"
30 Aprel 2025 "Yeni Klinika"da hökm sürən qanunsuzluqlar: 400-ə yaxın əməkdaşından hər birindən məcburi 100 AZN/MÜRACİƏT
30 Aprel 2025 Səbail rayon məhkəməsinin hakimi Azər Tağıyevə ETİRAZ
30 Aprel 2025 Bu rayonun başçısından ağlasığmaz saxtakarlıq: Görün bir ərazini neçə şirkətə satıblar - FOTOFAKTLAR
30 Aprel 2025 “MedAura”nın həkimi Yaqub Asadidən şikayət... - Burnum çürüyür, iltihab axır kömək edin....FOİTO/VİDEO
30 Aprel 2025 HEYDƏR ƏLİYEVİN POSTERİNİ SÖKDÜRDÜ, YERİNDƏ OBYEKT TİKDİRDİ... – İcra hakimiyyəti Vüqar Sədibəylinin qanunsuz tikinti apardığını təsdiqlədi VİDEO
30 Aprel 2025 “İnvest M.Construction” şirkət həkimlərlə münaqişələri bitmir-Video

Dünyapress TV

Xəbər lenti