“Xidməthaqqı adı ilə 20 mini öz şirkətinə transfer edib” - İTTİHAM
“6-cı mərtəbə” şirkətinin tikdiyi və Nərimanov rayonunun İsmayıl Hidayətzadə küçəsi 7A ünvanında yerləşən “Rahat Yaşam” kompleksinin bir qrup sakini yaşadıqları binada xidməthaqqının artırılmasından narazıdır.

Teref.az xəbər verir ki, “Qafqazinfo”ya müraciət edən sakinlər binanın tikintisinə rəhbərlik etmiş Atəş Təhməzlinin oğlu Şahbaz Təhməzlinin onların razılığı olmadan binaya kommunal xidmətlər göstərdiyini bildirib: “Şahbaz Təhməzli binanı bir neçə il belə idarə etdikdən sonra Ədliyyə Nazirliyinə müraciət edərək “Nərimanov 22” MMMC-də (mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti) qeydiyyatdan keçirdi və öz qohumlarından ibarət idarə heyəti qurdu. Biz bunu gördükdən sonra düşündük ki, MMMC-nin təşkili üçün toplanan imzalar saxtadır və ya imza toplanarkən məsələnin mahiyyəti düzgün izah olunmayıb. Halbuki Mülki Məcəllədə MMMC-nin təşkili və qiyabi səsvermənin qaydaları fərqlidir. Əvvəlcədən sahə mülkiyyətçilərinin yığıncağının gündəliyində olan məsələlər sakinlərə ətraflı elan olunmalı və səsvermə keçirilməlidir. Bundan əlavə, Şahbaz müəllim binanın idarəetməsini təsisçisi olduğu “Rahat Yaşam” MMC-yə həvalə edib. İl ərzində xidməthaqqı adı ilə MMMC-dən 20 min manat pulu öz şirkətinə transfer edib. İşin sifarişçisi də, podratçısı da eyni insandır. Burada hansı şəffaflıqdan söhbət gedə bilər?! İllərdir hesabat tələbimiz cavabsız qalır, 6 ayda bir dəfə standart hesabat liftin qarşısına yapışdırılır. Qanuna görə, MMMC qeyri-kommersiya təşkilatıdır və onun məqsədi mənfəət götürmək, mənfəəti iştirakçılar arasında bölmək deyil”.

Sakinlər əlavə ediblər ki, son olaraq süni şişirdilmiş xərclər göstərilməklə binada yığılan kommunal xərc tarifi hər kvadrat metr üçün 39 qəpikdən 46 qəpiyə qaldırılıb: “Avqustun 1-də tarif artımını hər sakinin telefonuna SMS göndərməklə bildirdilər. MMMC tərəfindən təqdim edilən xərclərdən məlum olur ki, 2022-ci ildə hər ay 7249, 2023-cü ildə isə 7779 manat xərc çəkilib. Yığılan vəsait barədə isə məlumat verilmir. Özlərinin təqdim etdiyi hesabata görə, binanın yaşayış sahəsi 22 600 kvadrat metrdir. Bu da 39 qəpikdən hər ay 8814 manat edir. Lakin artıq vəsaitin toplanmasına baxmayaraq, özbaşına olaraq tarifi artırırlar. 4-cü girişdəki lift dəfələrlə xarab olsa da, əsaslı təmir edilmir. İçməli su anbarından evə gələn su həddindən artıq çirklidir, lakin heç bir tədbir görülmür”.

Vətəndaşlar qeyd ediblər ki, bir müddət əvvəl toplanaraq MMMC-nin ümumi yığıncağını çağırıblar və yekun protokolu Şahbaz Təhməzliyə təqdim ediblər: “Ondan özünün və idarə heyətinin istefasını tələb etsək də, hərəkətsizlik göstərir. Vəzifə səlahiyyətlərini aşaraq cəmiyyətin ali idarəedici orqanı olan ümumi yığıncağın qərarına tabe olmur”.

Məsələ ilə bağlı “Rahat Yaşam” şirkəti ilə əlaqə saxladıq. Şirkət rəhbəri Şahbaz Təhməzli açıqlamasında sakinlərin iddialarını təkzib etdi. O bildirdi ki, bina sakinlərinə toplanmış vəsaitə uyğun xidmət göstərilir.

***

Şahbaz Təhməzli saytımızla yenidən əlaqə saxlayaraq bildirib ki, hər bir sahədə özünəmüvafiq şəkildə ciddi qiymət artımları baş vermişdir. O əlavə edib ki, bina sakinlərini tarifin aşağı salınması ilə bağlı aldadaraq imza yığıb daha sonra həmin imzaları MMMC-nin sədrinin dəyşilməsi ilə bağlı istifadə edən bir qrup (5-6 nəfər) şəxs öz maraqlarını güdən, vaxtilə MMMC-nin göstərdiyi xidmətlərə görə aylıq xidmət haqqını ödəməyən mülkiyyətçilərdir: “Mənzil Məcəlləsinin 137.10 maddənin tələbinə uyğun olaraq mülkiyyət hüququ əldə etmiş lakin mənzildə yaşamayan mülkiyyətçilərin endirim tələbinə rədd cavabı verdiyimiz, əksinə məhkəməyə verilmələri haqqında qərar qəbul edib pretenziya göndərdikdən sonra bu hal baş vermişdir. Hal-hazırda ödəniş etməyən sakinlərin cəmiyyətə ödəməli olduğu ümumilikdə borc 20.000 AZN-dən çoxdur. Şikayət edən yoldaşların bir qismi binanın aylıq kommunal xidmət haqqı xərclərini ödəməyən sakinlərdir. Onların əsas məqsədi debitor olan mülkiyyətçiləri bir araya gətirib binada xaos yaradaraq köhnə borcları sıfırlamaq və heç bir texniki, əmlak və hüquqi bazası olmadan binada idarəetmə aparmaq istəyirlər. Yaşadıqları binada bu kimi addımlarının sərt formada qarşısını aldığım üçün bir neçə həftə bundan öncə məni hədələyərək, məsələni mətbuatda işləyən tanışları vasitəsilə işıqlandıracaqlarını qeyd etmişdilər.

Mən isə sədrliyim dövründə Mənzil Məcəlləsini və digər qanunvericilik aktlarının tələbinə uyğun olaraq müasir və şəffaf xidmət qurmuşam.

Tarif artımı və hesabat məsələsinə gəldikdə isə onu deyə bilərəm ki, sakinlərimiz düzgün qeyd edirlər tarif artımı 0,39 AZN (otuz doqquz qəpikdən) 0,46 AZN (qırx altı qəpiyə) artırılıb. Bu addım da məhz qanunun tələbinə uyğun olaraq aparılmışdır. Yəni hər birimizin bildiyi dünayada baş verən Pandemiyadan sonra bütün dünyada infilyasyanın artması, ölkəmizdən də yan keçməmişdir. Beləliklə minimum əmək haqqının və digər tarif artımları hər bir sahədə olduğu kimi bu sahədədə müəyyən xərclərin artmasına gətirib çıxarıb. Buna nəzərən artan xərclər tərəfimdən hesablanaraq, əvvəlcə bütün sakinlərə bildiriş formasında təqdim edilərək maarifləndirmə işləri təşkil edildikdən sonra Mənzil Məcəlləsinin tələbinə uyğun olaraq 50%+1 yetərsayla yeni büdcə təsdiqləndikdən sonra tarif artımı həyata keçirilmişdir. Sonda onuda qeyd edim ki, son 6 ildə binamızda tarif artımı sabit olaraq qalıb”.
 

Bölmənin digər xəbərləri

26 Noyabr 2024 “Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
26 Noyabr 2024 Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - TƏFƏRRÜAT
26 Noyabr 2024 "Kristal Abşeron"un "Aznet"lə soyğunçu monopoliyası: ...
26 Noyabr 2024 Avtopark müdiri İdarə rəisi Samir Cəbrayılovun özbaşına əməllərindən Prezidentə müraciət etdi
26 Noyabr 2024 Sumqayıtda antisanitariya: "Zibil qabları günlərlə daşınmır" - FOTO
26 Noyabr 2024 Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? – FOTO/VİDEO
26 Noyabr 2024 Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
26 Noyabr 2024 Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
25 Noyabr 2024 Xalqa qarşı açılan AYNA-lı: indi də bu qurumun əməkdaşları ağac dalında gizlənib...
25 Noyabr 2024 Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
25 Noyabr 2024 Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
25 Noyabr 2024 Mürsəl İbrahimovun menyusunə Xidmətin Nərimanov idarəsində “X5” rüzgarı əsir...
25 Noyabr 2024 Mərkəzi Aran Təhsil İdarəsinin Yevlax hissəsində aləm dəyib bir-birinə.
25 Noyabr 2024 Aptek müdürü işçisini vəhşicəsinə döydü - anbaan VİDEOLAR
25 Noyabr 2024 Ucar rayonunun qaziləri Ucar RMX-ndan Prezidentə şikayət etdilər - ŞİKAYƏT -VİDEO
25 Noyabr 2024 Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
24 Noyabr 2024 Qazaxın icra başçısının dəlixanaya saldığı məmur danışdı
24 Noyabr 2024 Ağsu RİH “tender kralı“ kimi tanınan ATF şirkətinə 707 manat ödəyəcək - Yenə yol təmir edirlər
23 Noyabr 2024 Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23 Noyabr 2024 “İnnovasiya və Təchizat Mərkəzi”ndə əməlli-başlı özbaşınalıqdı – Cənab Qurbanov nə fikirləşir…

Dünyapress TV

Xəbər lenti