Ardını oxu...
Bu dərəcədə fəaliyyətsizlik olmaz axı.
Ötən il yay aylarında bacım oğlu Hüseynov İsmayılı bu "başçımızın" qəbuluna apardım, uşaq ali təhsilli, müharibə içtirakçısı, 3 medal sahibidir.
İş üçün müraciət etmişdik, tək qəbul etdi,məni qoymadılar qəbula, çox gözəl qarşılayıb, İsmayılın mütləq şəkildə işlə təmin olnmasının vacibliyini vurğulayıb və yaşadığı ərazi üzrə məşğulluq idarəsində qeydiyyata alınması üçün Goranboy rayonuna göndərib, mütləq işlə təmin etdirəcəyinə söz verib.
Hüseynov İsmayılın Atası Hüseynov Nəsib birinci Qarabağ müharibəsi veteranı idi,ağır xəstə idi,uzun illərdir iynə-dərmanla yaşayırdı, 4 ay öncə rəhmətə getdi.
Bir müddət əvvəl Kəlbəcər rayon icra hakimiyyətinin facebook səhifəsinə yazdım, edilən müraciətlərin şəxsən başçının özü tərəfindən nəzarətə alınmasını qeyd etdilər,amma heç bir xəbər yoxdur, sanki qurbağa gölünə daş atılıb.
İcra Hakimiyyəti başçısı rayon sakinini, müharibə veteranını,ali təhsilli gənc oğlanı işlə təmin etməkdə acizdirsə istefa versin, dövlətimizin büdcəsindən məvacib alıb yeməsin, cənab prezidentin ona göstərdiyi etimada xəyanət etməsin, bacarmırsa o kresloda oturmasın, durub bacardığı işin arxasıyla getsin.
Elman Nəbiyev
Teref.az
 
Ardını oxu...
"Normalda qış tətillərində hamımız Azərbaycana dönürdük. Amma quru sərhədlərin bağlı olması və AZAL-ın "dodaq uçurdan" qiymətləri, o uşaqları tətildə öz doğma ölkələrinə gəlməyə əngəl oldu. O uşaqlar hamısı bir ailənin ümidi idi. Amma o ümidlər artıq yoxdur".

Türkiyədə zəlzələ nəticəsində həyatlarını itirən 4 azərbaycanlı tələbənin dostu İbrahim İbrahimov sosial şəbəkədə bu paylaşımı etdikdən sonra yenidən AZAL-ın qiymətləri gündəmə gəlib.

Azərbaycan 2020-ci ilin martında Covid-19 pandemiyası zamanı virusun yayılmasının qarşısını almaq üçün ölkə sərhədlərini gəliş-gedişə bağlayıb. Virusa yoluxanların sayı azaldıqca maska qadağası götürülüb, kafe, restoranların qapısı açılsa da, ölkənin quru sərhədləri açılmadı.

Hazırda Azərbaycana gəliş-gediş yalnız hava nəqliyyatı yolu ilə mümkündür.

AZAL-ın rəsmi saytında olan məlumata görə, Bakı-İstanbul-Bakı reysi üzrə ən yaxın tarix olaraq 18 fevralda uçuş var. Bir nəfər üçün gediş bileti 273 manat 6 qəpik, gəliş bileti isə 245 manat 76 qəpikdir. Yəni, bir nəfər üçün gediş-gəliş bileti ümumilikdə 519 manat 36 qəpik təşkil edir.

Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov da təyyarə biletlərinin qiymətlərindən danışıb. Məmmədov bildirib ki, biletlərin baha olması səbəbi ilə azərbaycanlı tələbələr tətillərini təhsil aldıqları xarici ölkələrdə keçirmək məcburiyyətində qalırlar:
Deputat Ceyhun Məmmədov"İkinci məsələ, Türkiyədə zəlzələ ilə bağlı olaraq universitetlər distant tədrisə keçir və burada təhsil alan tələbələrimizin bir qismi tətil müddəti olduğu üçün vətənə qayıtmışdı. Onların kitabları, istifadə etdikləri ədəbiyyatlar var ki, biletlərin baha olması ilə əlaqədar qayıdıb, lazımlı əşyalarını gətirə bilmirlər".

Millət vəkili Aqil Abbas Abzas Media-ya açıqlamasında deyib ki, AZAL-a heç kimin gücü çatmır:

“Mən dəfələrlə həm mətbuatda, həm də parlamentdə AZAL-dan danışmışam. AZAL ayrı bir dövlətdir, ona heç kəsin gücü çatmır” – deyə o bildirib.

Aqil Abbas əlavə edib ki, Türkiyədəki tələbələrin ölkəyə qayıtması üçün dövlət özü pulsuz reys də təşkil edə bilər.

Millət vəkili Sabir Rüstəmxanlı deyib ki, indiki halda hava nəqliyyatında qiymətlərin artmasına yol vermək olmaz:

“Dövlətin etdikləri bir yana, ən ucqar rayonlardan tutmuş kimin əlinə nə keçirdi, yardım etməyə çalışırdı. Həmin o zəlzələ bölgəsində Azərbaycan vətəndaşları da olub, onların yaxınları da gedirlər. İndi burda təyyarə qiymətinin bahalaşdırılması nə deməkdir? Elə bu faciəni gözləyirdilər?Əlbəttə, yolverilməzdir” – deyə Sabir Rüstəmxanlı bildirib.

Səyahət yazarı Azər İsmayıl deyir ki, AZAL-ın göstərdiyi xidmətin keyfiyyəti ilə bağlı ciddi problemlər yoxdur, ancaq qiymətlər çox bahadır.

Onun sözlərinə görə, qiymətlərin aşağı olması üçün bazarda daha yaxşı rəqabət olmalıdır:

“AZAL-ın qiymətləri Azərbaycandakı gəlirlərlə müqayisədə yüksəkdir. Qiymətlərin aşağı olması üçün bazarda daha yaxşı rəqabət olmalıdır. Digər aviaşirkətlər də Azərbaycan bazarına gəlməlidir. Dövlət Mülki Aviasiya Agentliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi var. Bu qurumlar həmin aviaşirkətlərlə mütəmadi olaraq görüşlər keçirməlidirlər, onları Azərbaycana dəvət etməlidirlər. Hətta onları Azərbaycana gəlməyə təşviq etmək üçün aeroport xərclərindən azad etmək və ya bu xərcləri azaltmaq olar. AZAL görsə ki, başqa aviaşirkət onunla eyni istiqamətə 300 manata uçur, məcbur 500-ə uçmayacaq. Çünki 500 manata uçsa, bileti sata bilməyəcək”.

Səyahət yazarı deyir ki, “Buta Airways”in AZAL-ın alt şirkəti kimi yaradılmasında məqsəd həm də daha az xidmətə daha ucuz uçuşlar təşkil etmək olub. Ancaq bəzi hallarda “Buta Airways”in qiymətləri AZAL-dan daha baha olur:

“Mən düşünürəm ki, “Buta Airways” AZAL-ın tərkibindədirsə, alt şirkətdirsə, burada qiymətlər heç vaxt AZAL-dan baha olmalı deyil”.

Azərbaycan Hava Yollarına (AZAL) qiymət siyasətləri ilə bağlı sorğu göndərsək də, suallarımıza cavab verməyiblər.

AZAL rəsmi saytında Türkiyədən qayıdan tələbələr üçün endirim təklif edir. Tələbələr üçün 18 fevralda Azərbaycana gəliş bileti 260 manat, sıravi vətəndaş üçün 287 manatdır. Bu da cəmi 27 manat endirim edir. Ancaq endirimli qiymətə sərnişinin 10 kiloluq əl çantasından başqa yük götürmək icazəsi yoxdur.

6 fevralda Türkiyədə 7.4 ballıq zəlzələ baş verib. Bu saata olan rəsmi məlumata görə ölənlərin sayı 38 min nəfəri keçib.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə Türkiyədə zəlzələ nəticəsində 10 nəfər azərbaycanlı həlak olub, 565 nəfər ölkəyə təxliyyə olunub, 2 nəfər haqqında məlumat yoxdur. //abzas.org//
 
Ardını oxu...
Türkiyədə baş verən dəhşətli zəlzələ qanunsuz tikintilərin, inşaat zamanı tikinti normalarının pozulmasının insanlar üçün necə böyük faciəyə yol açdığını əyani şəkildə bir daha göstərdi. Eləcə də istismar qaydalarının pozulması, binaların, obyektərin təyinatının dəyişdirilməsi, bu zaman dayaq bloklarının, istinad divarlarının sökülməsi fəlakətin miqyasını genişləndirən amillərdəndir.

Hazırda hüquq-mühafizə orqanları məsuliyyət daşıyan tikinti maqnatlarını, onların sifarişlərini yerinə yetirən podratçı şirkətlərin rəhbərlərini kütləvi şəkildə həbs edir. Əlbəttə, nəzarət qurumları vaxtında öz işlərinə məsuliyyətlə yanaşsaydılar, bəlkə də faciənin miqyası bu qədər olmazdı. Sonradan görülən tədbirlərin faydası az olur...

Ötən 20 ildə yaşanan neft bumu Azərbaycanın, xüsusən paytaxt Bakının simasını tanınmaz dərəcədə dəyişib. Minlərlə yeni çoxmərtəbəli yaşayış binaları, villalar, fərdi evlər, ticarət mərkəzləri, restoranlar, iş mərkəzləri tikilərək istifadəyə verilib. Paytaxtın hazırkı mənzərəsi bu tikililərin bir çox hallarda qanunsuz, elementar tikinti normalarına riayət edilmədən ərsəyə gəldiyini göstərir. Bir-birinin içinə girən binalar, harada gəldi tikilən ticarət mərkəzləri, restoranlar, paytaxtın parklarını, bağlarını, dövlət qurumlarının ərazilərini zəbt etmiş villalar bundan xəbər verir.

Onların bir çoxu potensial təhlükə mənbəyidir, bəzən onlara təcili tibbi yardım, yanğınsöndürən maşınlarının yaxınlaşması belə mümkün deyil. Bir çoxlarının təyinatı dövlət qurumları ilə razılaşdırılmadan dəyişdirilib, bu zaman adi yanğın təhlükəsizliyi qaydalarına belə əməl olunmur.
Məsələn, “AzPolitika.info”ya daxil olan şikayət xaraketli məlumatların birində belə obyektlərdən bəhs olunur. Qeyd olunur ki, Nərimanov rayonu, Yəhya Bakuvi küçəsi 9 ünvanında yerləşən “Mingis” restoranı əvvəllər villa olub, daha sonra təyinatı dəyişdirilərək restoran kimi fəaliyyət göstərir. Amma bu barədə aidiyyatı dövlət qurumlarından hər hansı rəy, razılıq alınmayıb. Eyni zamanda yanğın təhlükəsizliyi ilə bağlı FHN-də qeydiyyata da götürülməyib. Yəni hazırda sənəddə yaşayış evi kimi qeyd olunsa da, iaşə xidməti göstərən obyekt olaraq fəaliyyətdədir.

Qaydalara görə, yaşayış üçün nəzərdə tutulmuş binalar, tikililər ticarət, iaşə obyektləri kimi fəaliyyət göstərirsə, dövlət qurumlarının rəyi alınmalıdır. Təyinatına uyğun olaraq bina istismara uyğunlaşdırılmalı, daxili rekonstruksiya zamanı tikinti normalarına, təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir. Belə obyektlərin sahibləri bir çox hallarda həm təyinatın dəyidirilməsi ilə bağlı rüsumu ödəməkdən, həm də kommunal haqları sahibkar kimi deyil, adi abonent kimi ödəməklə artıq məsrəflərdən yayınmağa çalışırlar. Məlumdur ki, ticarət, iaşə xidməti göstərən sahibkarlıq subyektləri işıq, qaz, su üçün daha yüksək tariflərlə ödəniş edirlər. “Mingis” restoranı kimi təyinatını dəyişdirmədən işləyən obyektlərdə əsas məqsədlərdən biri bu cür yayınmalara yol verməkdir. Əlbəttə, araşdırma aparılarsa, villanın restorana çevrilməsində, vergi, sosial ödənişlərdən tutmuş başqa “qənaət” faktları da tapmaq olar.

Qeyd edək ki, sözügedən şikayətdə yer alan iddialarla bağlı “Mingis” restoranı rəhbərliyinin mövqeyini almaq mümkün olmadı.
Ardını oxu...
Gəncənin Müşviq Cəfərov adlı bir deputatı var. O, ilk dəfədir ki, mandat sahibidir. Əvvəl isə Gəncədə gənclər və idman idarəsinin rəisi olub. Son 3 ildə isə Müşviq Cəfərovun Milli Məclisdə eşidən olmayıb. Eləcə də onun mətbuata müsahibələrinə nadir halda rast gəlmək olar. Yəni bir sıra deputat adı çəkmək olar ki, həm parlamentdə aktivdir, həm efirlərə çıxırlar , həm mediaya cari mövzularla bağlı açıqlamalar verirlər. Amma Müşviq Cəfərov istisnadır, “lal” deputatlar cərgəsində yer alır. Lakin birdən-birə Müşviq Cəfərov “dil açıb” və açıqlamasında “Azərlotereya”nın təşkil etdiyi mərc oyunlarının iqtisadi faydalarından, qumarın biznes mühitinə, vergi ödənişlərinə dividentlərindən dəm vurub.

Tribunainfo.az xəbər verir ki, deputat hətta irəli gedərək lotereya biznesinin inkişafının yeni iş yerlərinin yaradılmasına töhfə verdiyini bildirib. Onun fikrincə, sosial layihələrin təşkili üçün mənbə yaradılmasını, habelə dövlət büdcəsinə ödənilən vergilər lotereya oyunlarının olduqca güclü sosial-iqtisadi dividendlərinin olduğunu təsdiq edir.
Maraqlıdır, deputatı danışmağa nə vadar edib ? Ölkədə, dünyada maraqlı proseslər baş verir, aktual mövzular gündəmdə müzakirə edilir, heç birində Müşviq Cəfərovun rəyinə rast gəlmək olmur, amma deputat “MİSLİ “, “Poz, qazan” mərc oyunlarını, ölkədə kasıbın cibindəki son qəpiyi də əlindən alan, kütləvi şəkildə təşviq edilən qumara mədhiyyə yağdırıb. Halbuki bu qumarın kütləvi yayılması və təbliği, təşviqi heç də iş yerlərinin açılmasına xidmət etmir, əksinə, kasıb təbəqəni daha da müflis edir. Deputat isə nədənsə bu haqda tərif yağdırmağı özünə borc bilib. Hərçənd Müşviq Cəfərov ölkədə vacib olan başqa mövzularda münasibət bildirsə, daha çox cəmiyyət tərəfindən təqdir qazanar.
 
 
 
Ardını oxu...
Rəsəb Babaşovu sosial şəbəkədə linç etdilər - Fevralın 13-də Qazax rayonun icra başçısı Rəcəb Babaşov rayonunun Orta Salahlı kəndində yaşayan Axısqa türkləri ilə görüşüb və Türkiyədə baş vermiş faciə ilə bağlı başsağlığı verib.

Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat və fotolar icra hakimiyyətinin rəsmi saytında dərc olunub.

İcra başçısının bu addımı sosial şəbəkələrdə tənqid olunub.

İstifadəçilər R. Babaşovu Axısqa türklərinin tarixindən xəbərsiz olmaqda ittiham ediblər.

Bir müddət sonra isə məlumat və fotolar RİH rəsmi saytından götürülüb.

Məsələ ilə bağlı Qazax RİH-in İnformasiya təminatı və təhlili sektorunun müdiri Svetlana Qurbanova ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Naxçıvan Muxtar Respublikası (MR), Babək rayonu, Nehrəm kənd sakini Muradov Hikmət Baxşəli oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Həmin məktubu olduğu kimi dərc edirik:

“Mən, Muradov Hikmət Baxşəli oğlu, Babək rayon, Nehrəm kənd sakiniyəm. Hal-hazırda Babək rayonunun Araz kəndində yaşayıram.

2011-ci ilin aprel ayının 18-də Naxçıvan Muxtar Respublikasının “Aqrolizinq” səhimdar təşkilatı tərəfindən İran İslam Respublikasından gətirilmiş iribuynuzlu inəklərdən ailə təsərüffatını inkişaf elətdirmək üçün lizinq yolu ilə 2 baş inək götürdüm. Aprel ayında götürdüyüm inəklər 2011-ci ilin oktyabır ayının 16-da tələf oldu.

İnəklərdən biri xəstə olduğu müddətdə mən Baytarlıq İdarəsinin baş həkiminə müraciət etdim. Həkimlər inəyə baxış keçirdi. Nehrəm və Babək rayon baytarlıq idarəsinin baş həkimi 1 həftəlik müalicədən sonra (onu da qeyd edim ki, müalicə üçün müəyyən miqdarda pul xərcləmişəm) həkimlər müalicənin nəticə vermədiyini gördü və nəticədə inək tələf oldu. Respublika Baş Baytarlıq İdarəsinin baş həkimi Kamil müəllimi dəvət edərək, inəyi yarıb, laboratoriya analizi götürdülər. Nəticədə inəyin qarşısıalınmaz “KATARAL İSİTMƏ” xəstəliyi nəticəsində öldüyünü bildirdilər.

Bundan sonra müqavilənin şərtlərinə uyğun olaraq komissiya təşkil olundu və inəyin mənim üstümdən silinməsi üçün akt tərtib olundu.

Bu hadisələrdən sonra dəfələrlə “Aqrolizinq”in rəhbəri Vasim Məmmədova müraciət etməyimə baxmayaraq, inəyin ödənişi mənim üstümdən götürülmədi.

2015-ci ilin may ayında Babək rayon prokuroru İsrafil müəllim məni yanına çağırtdıraraq, faktla üzərimdən silinməsinə baxmayaraq, tələf olmuş inəyin pulunu məndən tələb etdi. Bildirmək istəyirəm ki, inəyin bir ədədinin qiyməti 3300 manatdır. İlkin olaraq məndən 660 manat alınmışdı. Mən İsrafil müəllimə müqaviləni göstərərək, onun şərtində “mübahisəli məsələlər məhkəmə yolu ilə həll edilməlidir”, - deyə bildirsəm də, o, məni təhqir edərək, hədə-qorxu gələrək geri qalan məbləğin günün sonunadək ödənilməsini, ödənilmədiyi təqdirdə məni şərliyərək tutduracağını bildirdi.

Mən də məcburiyyət qarşısında qalaraq həyat yoldaşıma aid olan nişan üzüyünü və digər zinət əşyalarını dəyərindən çox aşağı qiymətə sataraq (800 manata), əlavə də 200 manat borc alaraq Babək rayon prokuroru İsrafil müəllimə 1000 manat verdim. O, 1000 manatın az oluğunu bildirərək, məni prokurorluqda saxladı və “Naxçıvan Bank” ASC-dən əlavə olaraq kredit götürüb ona verməyimi tələb etdi.

12 iyun 2015-ci il tarixdə son çarə olaraq həyat yoldaşımın adına “Naxçıvan Bank”a müraciət etdim, onlar bizə 2000 manat dəyərində kredit verdi. 2000 manatı da İsrafil müəllimə verdikdən sonra bildirdim ki, məhkəməyə müraciət edəcəm.

Sonra mən Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasına müraciət edərək, özümə vəkil tutdum və başıma gələn hadisəni vəkilə danışdım. Vəkil Hakim müəllimin köməyi ilə İqtisadiyyat Məhkəməsinə müraciət etdim. Bunu eşidən İsrafil müəllim məni yanına çağıraraq, yenidən hədə-qorxu gəldi, şikayəti geri götürməsəm başımın ağrıyacağını bildirdi. Mən də məcburiyyət qarşısında qalaraq şikayətimi geri götürdüm.

Hörmətli redaksiya!

Sizdən xahiş edirəm ki, mənim yazdıqlarımı saytınız vasitəsilə işıqlandırasınız və mənim səsimi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə, Baş prokuror Kamran Əliyevə, DTX rəisi Əli Nağıyevə çatdırasınız.

Onu da nəzərinizə çatdırım ki, İsrafil müəllim hal-hazırda Naxçıvan Respublika Prokurorluğunda işləyir.

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq. //Hurriyyet.az/
 
Ardını oxu...
Əvvəlki illərdən fərqli olaraq, hakim komandaya yeni qatılan kadrların fəaliyyətindəki yarıtmazlıq üzə çıxan kimi ölkə başçısı onu dərhal kənarlaşdırır. Son 2-3 ildə bununla bağlı presedenlərin olması da bunu təsdiq edir.

DİA.AZ bildirir ki, Gununsesi.info-nun hökumətdəki mənbələrdən əldə etdiyi xəbərə görə, yaxın zamanlarda Azərbaycanın Gənclər və idman naziri Fərid Qayibov da öz postu ilə vidalaşacaq

Ardını oxu...

Bu barədə danışan mənbəmiz iddia edib ki, ötən dövr ərzində gənc nazirin qarşısına qoyulan vəzifələrə nail olunmayıb.

Məlumatda o da qeyd olunur ki, Fərid Qayıbovu bu postunda Milli Məclisin deputatlarından biri əvəz edəcək.

“Dövlət Məşğulluq Agentliyi “Bis Co” MMC ilə satınalma müqaviləsi imzalayıb.

Qaynarinfo xəbər verir ki, maliyyə dəyəri 918 040 AZN olan müqavilədə BACAR platformasının peşə hazırlığı modulu üçün kontent materiallarının hazırlanması işlərinin satın alınması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Bis Co” MMC 10 sentyabr 2009-cu il tarxidə qeydiyyatdan keçib. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Rəşid Behbudov küçəsi ev 1A, mənzil 13-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə Hüseynov Heydər Yusif oğludur.

Şirkətin əvvəlki qanuni təmsilçisi Hüseynli Fariz Heydər oğlu olub. Əldə etdiyimiz məlumata görə, Fariz Hüseynli Heydər Hüseynovun oğludur. 2019-cu ildə şirkətin reyestr məlumatlarında dəyişiklik edilib. Bununla MMC-nin qanuni təmsilçisi də dəyişib ki, bu da təsadüf deyil. Hələ 2019-cu ildə yerli mediada tirajlanan araşdırmada “Bis Co” MMC-nin əslində əmək və əhalinin sosila müdafiəsi nazirinin müavini Vüsal Nəsirlinin nəzarətində olduğu bildirilib. Həmin materialda Fariz Hüseynli nazir müavinin yaxın qohumu kimi təqdim edilib. “Bis Co” MMC ilə birgə iş gördüyünü deyən “Aqri Kon” MMC-nin qanuni təmsilçisi Elman Umudov da Fariz Hüseynlinin nazir müavini ilə qohum olduğunu təsdiqləyib.

Yeri gəlmişkən, 2019-cu ildə kənd təsərrüfatı malları ilə təminata görə “Aqri Kon” MMC və “Bis Co” MMC-yə 19 225 246 AZN vəsait ayrılıb.

“Aqri Kon” MMC-nin təşkilati hüquqi forması və qanuni təmsilçisi dəyişib. Şirkət Qapalı Səhmdar Cəmiyyətinə çevrilib. QSC-nin qanuni təmsilçisi isə Vəliyev Şirxan Nəsir oğludur.

 
Ardını oxu...
 
 
 
 
 
Ardını oxu...
Türkiyədə zəlzələdən zərərçəkənlərə dəstək məqsədi ilə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə daha bir humanitar yardım göndərilib.

Bu gün zəlzələ bölgəsinə uçan təyyarədə çadırlar və qızdırıcılar daxil olmaqla ümumilikdə 40 ton yardım yola salınıb.

Xatırladaq ki, Heydər Əliyev Fondu faciənin ilk günündən qardaş ölkəyə öz dəstəyini göstərib. Birinci vitse-prezident Mehriban Əliyevanın göstərişi ilə bundan əvvəl fevralın 9-da və 11-də faciədən zərər çəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, qızdırıcısı olan çadırlar, generatorlar, istilik radiatorları, çöl üçün qızdırıcılar, dizel yanacaqlı kaloriferlər, həmçinin axtarış-xilasetmə işlərinə dəstək məqsədi ilə ləvazimat və avadanlıqlar göndərilib.

Eyni zamanda, xatırladaq ki, Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə vətəndaşlardan toplanan isti geyim və avadanlıqlar da artıq Türkiyəyə yola salınıb.
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti