Ardını oxu...
Bir qrup istehsalçı və ixracatçı Prezidentə müraciət edib. Anaxeber.info bildirir ki, onlar gömrükdə üzləşdikləri problemdən yazıblar. Sahibkarların müraciətini təqdim edirik:

Cənab Prezident, bu gün dünyada qlobal müharibə, qida təhlükəsi, xəstəlik olan bir dövrdə ölkəmizdə kənd təsərrüfatının ixracına yaratdığınız şəraitə süni maneələr edilir.
Belə ki, ölkə ərazisindən məhsul ixrac edilərkən rəsmiləşdirilməsi üçün Gömrük Komitəsinin ərazi üzrə idarələrinə məhsulların adı, çəkisi bəyan edilməklə nəqliyyat vasitəsilə məhsullar ixrac edilir .
Yəni ixrac üçün əlverişli gömrük idarəsi haradırsa o yerdə ixrac məhsulu rəsmiləşdirilirdi.
Ancaq hörmətli Şahin Bağırovun rəhbərliyi dövründə Şimal ərazi gömrük idarəsinin rəisi Rauf Rzayev bu ərazidən aid olmayan məhsulların ixracına icazə vermədiyini iclasda bildirib. 21 əsrdə ixraca bu cür yanaşma məntiqə uyğun deyil. Çünki dünyada "yaşıl dəhliz" sistemi mövcud olduğu bir halda, mövsümi məhsulların ixracına bu cür yanaşma hansı nəticələrə gətirib çıxaracaq? Əgər pomidor məhsuludursa və yaxud xurmadırsa, Xaçmazda rəsmiləşdirməyin deyə bir qayda hansı düşüncəyə xidmət göstərir?
Əgər Xaçmaza bəyan etsəniz nəqliyyat vasitələri boşaldılacaq .
Yəni süni ixracın qarşısına belə maneə yaratmaq həm iqtisadiyyatımıza, həm ixraca zərbədir. Gömrük rüsumu ödəndiyi halda ixracatçı niyə özünə rahat olan ərazidən məhsulu ixrac etməsin?
Cənab Prezident, bəzən düşünürük ki, rəhbərlikdə dəyişiklik olanda ixracat üçün yaxşı nəticələr olacaq. Təəssüf ki, belə hallar fəaliyyətimizə zərərdən başqa bir şey deyil. Heç Rusiya ərazisində bu qədər maneə ilə qarşılaşmırıq. Cənab Prezident, biz dəfələrlə Gömrük Komitəsinin “qaynar xətti”nə zəng etmişik, amma heç bir nəticəsi olmur, bizi yola verirlər”.

Anaxeber.info
 
Ardını oxu...
Naxçıvan şəhəri, Şahbuz rayon sakini Quliyev Xudaverdi Allahverdi oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, Şahbuz rayon İcra Hakimiyyətinin başçısı Rafael Babayev oğlunun evini qanunsuz olaraq sökdürüb:

“Mən, Şahbuz rayonu, Badamlı qəsəbəsi sakini Quliyev Xudaverdi Allahverdi oğlu, yazaraq sizə bildirirəm ki, 1996-ci ildən 910 kv.metr torpaq sahəsində tikili evim vardı. 2003-cü ildə oğlum evləndikdən sonra həmin evdə yaşamağa başladı. 2011-ci ildə isşizlik səbəbilə Bakıya getdilər.

2020-ci ildə Badamlı qəsəbəsinin icra nümayəndəsi mənə xəbər göndərdi ki, sən ya evini yüksək səviyyədə təmir etdirməlisən, ya da ev sökülməlidir. “Niyə” deyə soruşduqda mənə dedilər ki, Vasif Talıbov buradan keçəcək, ev görünüşlü olmalıdır, ya da söküləcək. Qəsəbənin açılışında Vasif Talıbov iştirak edəcəkdi.

Bu sözdən sonra Şahbuz rayonunun İcra başçısı Rafael Babayevin qəbuluna getdim. Ona dedim ki, 4 uşaq atasıyam, evimi təmir etdirməyə imkanım yoxdur. Oğlum 2 uşaq atasıdır, işsizlikdən Bakıya köçüb. O da eyni sözü deyərək, otaqdan çıxmağım üçün mənə yol göstərdi.

Təxminən 15 gün sonra məni təcili şəkildə oğlumun evinə çağırdılar. Evə yaxınlaşanda ərtafında polisləri, fəhlələri görüb dəhşətə gəldim. Polislər mənə dedilər, səni çağırdıq ki, gəlib evin sökülməsində iştirak edəsən. Neynəsəm də mümkün olmadı, Rafael Babayev və müavini Tural gözümün önündə evimi yerlə yeksan etdilər. Evi əşyaları ilə birlikdə sökdülər. Dedilər ki, səsini çıxarsan səni bölməyə aparacağıq, orda da olanları bilirsən.

1983-cü ildən baxıb, yetişdirdiyim meyvə ağaclarını qurudub, kökünü kəsdilər. Neçə aylardır R.Babayevin qəbuluna gedib xahiş edirəm ki, oğlumun evinin tikilməsində mənə köməklik etsin, hər dəfə yalanlarla məni yola verir. Xahiş edirəm şikayətimi işıqlandırın, bəlkə mənə köməklik göstərilə”.

Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
 //“Hürriyyət”//
Ardını oxu...
Hakimiyyət düşərgəsindəki kadr dəyişiklikləri ən müxtəlif sferaları əhatə etməkdədir. Rəsmi mətbuat orqanları da bu dəyişikliklərdən kənarda qalmır.

Yenisabah.az xatırladır ki, "təmizləmə əməliyyatı" iqtidarın təbliğatı ilə məşğul olan rəsmi qəzetlərdən də yan keçməyib. Əvvəlcə hakim Yeni Azərbaycan Partiyasının orqanı olan “Yeni Azərbaycan” qəzetinin baş redaktoru dəyişdi. Uzun illərdən bəri qəzetin sükanı arxasında əyləşən YAP-çı deputat Hikmət Babaoğlu könüllü şəkildə vəzifəsindən istefa verdi. Onun ölkənin ən stajlı YAP-çılarından olan sabiq baş redaktor Alqış Həsənoğlu əvəzlədi.

Ötən ilin payızında isə Prezident Administrasiyasının təsis etdiyi "Xalq qəzeti" birinci şəxsi ilə vidalaşdı. Baş redaktor Həsən Həsənov yerini Azərbaycan Mətbuat Şurasının sabiq sədri Əflatun Amaşova verdi. Bu təyinat mətbu cameə üçün əsl sürpriz olsa da, növbəti dəyişikliklərin anonsu kimi qiymətləndirildi və maraqla qarşılandı.

"Yeni Sabah"ın əldə etdiyi məlumata görə, hakimiyyətin əsas təbliğat tribunalarından biri olan "Azərbaycan" qəzeti də dəyişikliklərə hamilədir. Yaxın günlərdə bu qəzetin baş redaktoru Bəxtiyar Sadıqovun da vəzifədən gedəcəyi bildirilir.

Məlumatlı şəxs deyib ki, Bəxtiyar Sadıqova hələ ötən ilin oktyabrında istefa vermək təklif olunub. Amma o, deputat olmağın qazandırdığı üstünlüklərdən yararlanaraq, bu təklifi qulaqardına vurub. Sonrakı dövrdə də ona könüllü şəkildə vəzifədən getmək təklif olunub. Sadıqov isə hər dəfə bir bəhanə ilə baş redaktor kürsüsündəki ömrünü uzatmağa nail olub.

Mənbə deyib ki, bu günlərdə deputat-jurnalistə sonuncu dəfə xəbərdarlıq olunub. Getmək lazım olduğunu bu dəfə ona Milli Məclis rəhbərliyi çatdırıb. Məhz bundan sonra Sadıqov çamadanını hazırlamağa qərar verib. Onun mart ayının əvvəllərində könüllü şəkildə baş redaktor vəzifəsindən istefa verəcəyi bildirilir.

B. Sadıqovu əvəzləyəcək şəxsin kimliyi isə hələlik məlum deyil. Yeni baş redaktorun kənardan gətiriləcəyi güman edilir.
 //Yenisabah.az//
Ardını oxu...
Quba rayonunun bir sıra mərkəzi küçələri asfalt üzünə həsrət qalıb.

Sakinlər bildirirlər ki, dəfələrlə rayon icra hakimiyyətinə müraciət etsələr də, onlara cavab verən olmayıb.

Quba Rayon İcra Hakimiyyətindən sorğumuza cavab olaraq bildirlib ki, hazırda sözügedən küçlərdə asfalt işləri aparmaq mümkün deyil.

Daha ətraflı aşağıdakı videoda:

Məsələ ilə bağlı teref.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
 
Ardını oxu...
Naxçıvan MR Prokurorluğu, Naxçıvan Doğum Mərkəzinin bir neçə həkiminə qarşı cinayət işi başladıb. Onların arasında mərkəzin baş həkimi Kəmalə Qurbanova da var. Həkimlər, bir neçə körpənin və ananın ölümündə günahlandırılırlar. Teref.az yazır ki, bu haqda “Gündəlik Naxçıvan”a mərkəzdəki mənbələr məlumat verib. Məlumatı prokurorluqdan da təsdiq ediblər. Rəsmi məlumata görə, cinayət işi, CM-nin 314.2-ci maddəsi ilə başlanılıb (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda).
Ötəh həftə “Gündəlik Naxçıvan”, Doğum Mərkəzində baş verən rüşvət, xəstələrə qarşı qeyri-insani münasibət və s. ilə bağlı məqalə paylaşmışdı. Şikayətçilər bildirirdi ki, xəstələrdən artıq pul alsın deyə, mərkəzin baş həkimi Kəmalə Qurbanova onları qeysəriyyə əməliyyatı olmağa məcbur edir. Bu əməliyyatın üçün onlardan 1000 manat rüşvət alındığı bildirilirdi. İstənilən məbləği verməyənlər isə, ölümlə üz-üzə buraxılırmış. Pul verməyən bəzi xəstələrə isə, doğuş ağır keçsin deyə, bilərəkdən xüsusi iynə vurulduğu iddia olunurdu. Bu cür iynə vurulan bəzi xəstə və onların bətnindəki körpələrin öldüyü bildirilirdi.
Mərkəzdəki mənbənin məlumatına görə, baş həkim Kəmalə Qurbanova və bir neçə həkim bu gün səhər (20.02.2023) dindirilmək üçün prokurorluğa aparıblar:
“ Əslində həkimlərin günahı azdır. Onları bu cinayətlərə Kəmalə həkim məcbur edirdi. Etməyənləri, işdən çıxarmaqla, tutdurmaqla hədələyirdi. Arxasında Ali Məclisin sədri Azər Zeynalov durur. Etiraz edəndə, hamımızı onunla hədələyir. İnanmırıq ki, iş obyektiv aparılsın. Həkimləri güdaza verib, Kəmalə Qurbanovanı sərbəst buraxacaqlar. Əsl cəzalanmalı isə, odur. Camaat onun adını nahaq yerı “ Qəssab Kəmalə” qoymayıb”
Prokurorluqdakı mənbənin “Gündəlik Naxçıvan”a verdiyi məlumata görə isə, mətbuata şikayət edən zərərçəkğnlərin tam ifadəsi alındlqdan sonra, ehtiyac yaranarsa, cinayət işinə qəsədən adam öldürmə maddəsi də əlavə oluna bilər.
 

Ardını oxu...
Bank sektorunda baş verən qanunsuzluqlar, cinayət əməlləri, vətəndaşların etibarından sui istifadə edərək evlərinin, mülklərinin ələ keçirilməsi ölkəmizdə az qala adi hal alıb. Vətəndaş Cəfərzadə İfadə İsgəndər qızı başına gələn problemlərlə bağlı mediaya dəfələrlə müraciət edib.
O bildirib ki, onun şikayəti əsasında Nərimanov Rayon Polis İdarəsində 03 dekabr 2015-ci il tarixində Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə cinayət işi başlanıb. İ.Cəfərzadə müraciətində cinayət işinin icraatından da narazı olduğunu qeyd edib. İfadə Cəfərzadə bildirib ki, o Nazim Mahmud oğlu Əskərov ilə uzun müddət bir yerdə işləyiblər və onu da işlədiyi zamandan tanıyıb: “2006-cı ildən əvvəllər Təhsil Nazirliyinin nəzdində olan Uşaq bağçalarının Maddi-Texniki Bazasında anbar müdiri vəzifəsində çalışırdım. Əslən Gədədbəy rayonunun Şınıx kəndindən olan tibbi təhsilli Əskərov Nazim Mahmud oğlu isə həmin Bazanın müdiri vəzifəsində işləyirdi. 2010-cu ildə Nazim mənə bildirdi ki, Badamdar qəsəbəsindəki villasını təmir etdirmək istəyir. O təklif etdi ki, bunun üçün mən Binəqədi rayonu, Sulutəpə qəsəsbəsi, küçə 1, ev 8 ünvanında yaşadığım 2 mərtəbəli mənzilimi “Ekspress Bank”a girov qoyub 50000 manat kredit götürüb ona verim. Əvəzində Nazim evdə saxladığı kirayəçi ərəblərdən mənə yüz min manat verəcəyinə söz verdi. Mən Nəsimi rayonu, Əcəmi metrosunun yanındakı “Eksperress Bank”ın Nəsimi filialından nəzərdə tutulan məbləği girov müqabilində pulu götürüb Nazimə verdim”. İ.Cəfərzadə bu məsələdən əvvəl isə Nazim Əskərov onun Biləcəri qəsəbəsindəki sənədsiz ikimərtəbəli, 4 otaqlı mənzilini Rusiada biznes qurmaq üçün satmağı təklif edib: “Və özünə yaxın əmlak vasitçəsi ilə evi satdı. Nazim iş dalınca yaxın qohumu Gözəlov Famil Qasım oğlu ilə birlikdə Rusiyaya getdilər.
Qeyd etdilər ki, bütün pullarını Rusiyada hansısa biznes üçün qoyublarmış. Nazim həm də bildirdi ki, narahat olmayım, aldığı bu pulla Rusiyada qazanc əldə edib artıqlaması ilə qaytaracaq. Eyni zamanda tezliklə əldə edəcəyi pulla bankın borcunu da bağlayacağını və qalanını isə mənə verəcəyini vəd verdi. Lakin bir müddətdən sonra bankdan mənə borcun qaytarılması üçün xəbərdarlıq zəngi olundu. Dərhal Nazimə zəng edib banka olan borcun tam ödənilməsini tələb etdim. Nazim də borcu tam bağladı və evimi girovluqdan azad olunmasına şərait yaratdı”. İ.Cəfərzadə qardaşı 2013-cü ilin oktyabrın 17-də ağır xəstəlikdən vəfat etməsilə əlaqədar Ağdama hüzr yerinə getməyə məcbur olub: “Bu arada Nazim mənə bir günlük Bakıya gəlməyimi və evimin mülkiyyət sənədlərini “Ekspress Bank”dan geri almaq üçün ona notarial qaydada etibarnamə verməyimi təklif etdi. 20 oktyabrda, bazar günü mən Bakıya gəldim. Nazim qohumu və dostu olan Famil Gözəlovla 43 saylı Notariat Kontoruna getdilər. Mən onları avtomobildə gözlədim. Etibarnamə hazır olduqdan sonra məni imzalamağa dəvət etdilər. Və dərhal sonra məni yenidən rayona hüzr yerinə yola saldılar.
Sonradan mənə məlum oldu ki, Nazim və Famil “Ekspress bank”da girov qoyulmuş evimin sənədlərini baş etibarnamə əsasında götürüb və 08 noyabr 2013-cü ildə “Atabank” ASC-nin Xəzər filialınının müdiri ilə razılaşaraq, mənim adımdan şəxsi məsələlər üçün istifadə etmək üçün 95000 manat pul götürərək Binəqədidəki evimi yenidən banka girov qoyublar. Yəni Nazim qohumu Familə etibarnamə verməklə mənim xəbərim olmadan mənə məxsus Sulutəpə qəsəbəsində 5 sot torpağın üstündə tikilmiş 2 mərtəbəli mülkümü qanunsuz olaraq “Atabank” ASC-nin Xəzər filialına illik 20 faiz olmaqla 48 ay müddətinə girov qoyaraq əvəzində aldıqları 95000 manat pulu mənimsəməklə mənə külli-miqdarda ziyan vurublar. Sonradan mənə sənədlər əsasında məlum olub ki, 8 noyabr 2013-cü il tarixli “Atabank” ASC-nin tərtib etdiyi İpoteka müqaviləsində mənim adımdan ipoteka qoyan etibarnamə əsasında mənim əvəzimə imzalayan Gözəlov Famil Qasım oğlu olub, “Kredit alan” isə Nazim Əskərov olub”. İ.Cəfərzadə bunlardan 2014-cü ilin əvvəlində xəbər tutub: “Belə ki, “Atabankın” Xəzər filialının problemli kredit üzrə mütəxəssisi olan Elşən adlı əməkdaşı mənə zəng edərək kreditin vaxtı-vaxtında ödənilməsini tələb etdi. Dərhal “Atabank”ın baş ofisinə gedib Elşənlə görüşüb işin nə yerdə olduğunu soruşdum.
Qeyd etdi ki, 15 dekabr 2013-dən sonra aldığınız kredit üzrə ödəniş yoxdur. Mən dərhal Nazimə zəng edib niyə mənim icazəm olmadan belə hərəkət etməsinin səbəbini soruşdum. Və dərhal bankın borcunun tam ödənilərək evimin girovluqdan azad edilməsini tələb etdim. O da bankın pulunu tam ödəyəcəyinə söz verdi. Lakin Nazim mənim bank məsələsindən xəbər tutduğumu bilən kimi Rusiyaya qaçdı və geri qayıtmadı”.
Şikayətçi deyir ki, o Nazimin Rusiyadan qayıtmadığını görüb 2015-ci ilin oktyabrında “Atabank” ASC-nin yerləşdiyi Nərimanov rayonu üzrə Polis İdarəsinə şikayət ərizəsi təqdim edib: “Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Elşən Zamanov fakt üzrə CM-nin 178.3.2-ci maddəsilə 150060444 saylı cinayət işinin başlanması barədə 03 dekabr 2015-ci il tarixində qərar qəbul edib. Lakin bu işin nəticəsi haqqında mənə bugünə kimi heç bir məlumat verilməyib”. İ.Cəfərzadə deyib ki, 2015-ci ilin fevralında pulun ödənmədiyini görən müqavilədə göstərilən müddət başa çatmadan “Atabank” ASC Binəqədi rayon Məhkəməsinə iddia ərizəsi verərək əsas və faiz borclarının ödənilməsi üçün tutmanın ipoteka predmetinə yönəldilməsini tələb edib: “İddia 15 sentyabr 2015-ci il tarixli qətnamə əsasında təmin edilib və 2016-cı ildən icraata yönəlib. Mənə məxsus mülkün açıq hərracda satılaraq borcun tam ödənilməsi üzrə icra işləri hazırda davam etdirilir. 48 ay müddətinə verilmiş 95000 manat pulun bank müdiri tərəfindən 13 aydan sonra geri tələb edilməsi üçün əvvəlcədən planlaşdırılan plan üzrə real bazar dəyəri 400000 manat olan əmlakımın ələ keçirilmə məqsədi daşıyıb. Yoxsa ki, borcun qaytarılma müddəti 2017-ci ilin noyabrın 15-dək təyin olunmasına baxmayaraq bank müdiri niyə tezbazar əl-ayağa düşməsini anlamaq çətindir”.
Xanm şikayətçi Nazim Əskərovu qoruyan qüvvənin kim olduğunu da açılayıb: ”Nazimi bu kimi əmələrdən qoruyan həyat yoldaşı Nərminə Məmmədovanın doğma dayısı oğlu Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəisi, Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Fuad Cavadovdur. Əvvəllər hər dəfə məhkəməyə, polisə şikayət edəndə, Nazim məni yaxın qohumu Fuad Cavadovla hədələyir və deyirdi ki, sən mənə heç nə edə bilməyəcəksən. Mənim Ədliyyə Nazirliyində və “yuxarılarda” Fuad Cavadov kimi yaxın adamım, qohumum var.
Bundan başqa, Nazimin digər qohumu isə Bakı şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Rafael Allahverdiyevin müavini olmuş Faiq Məmmədovdur. Nazim qanunsuz əməllərinə görə Rusiyaya qaçmış Faiq Məmmədovun bacısı Nərminə Məmmədovanın həyat yoldaşıdır. Nərminə Məmmədova isə hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin mühasibidir. Hansı ki, bu Faiq Məmmədov da Bakı şəhər İcra Hakimiyyətində R.Allahverdiyev dövründə külli-miqdarda dövlət əmlakını mənimsədiyinə görə o da Nazim kimi bir müddət Rusiyaya qaçaraq gizlənib.
Şikayətçi bildirib ki, Nazim hər dəfə polis tərəfindən saxlanılır və sonra Fuad Cavadovun sözü ilə buraxılır. Onu da qeyd edək ki, Nazim Əskərovun oğlu Nicat Əskərov Gədəbəy RİH-də vəzifədə işləyir. Və, o, atasının müdafiə etmək üçün PA-dakı vəzifəli şəxslərin adından istifadə edir. Nazim hər dəfə zərərçəkəni nə ilə şantaj edir..?
İş hazırda Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın baxışındadır.
Ümid edirik ki, Leyla xanım haqq ədalətin bərpa olunması üçün mümkün olanları edəcəkdir.
 //gundelik-baku.com//
Ardını oxu...
Xəbər verdiyimiz kimi, yanvarın 31-də “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyanın (CERD) tətbiqi ilə bağlı iş üzrə Azərbaycan Respublikasının Beynəlxalq Ədalət Məhkəməsinə ünvanladığı müvəqqəti tədbirlərin təyin edilməsinə dair müraciət üzrə ictimai dinləmələr başa çatıb.

Bu gün müvəqqəti tədbirlərin görülməsi barədə vəsatətlə bağlı məhkəmə qərarının elan ediləcəyi tarix açıqlanıb.

Belə ki, qərar fevralın 22-də Haaqa Sülh Sarayında keçiriləcək iclasda elan olunacaq. Qərarı iclasa sədrlik edəcək hakim Joan E. Donoghue oxuyacaq.
 
Ardını oxu...
Ağstafa rayon sakini Nəsibov Adil Müseyib oğlu ölkə başçısı Cənab İlham Əliyevə müraciət ünvanlayıb.
Bir nüsxəsi də "DogruXeber.az"a göndərilən müraciətdə deyilir:

"Mən 2008- ci ildən bu ilədək Toxumçuluq fəaliyyətiylə məşqul oluram. Ağstafa rayonunda uzun müddətli toxumçu olan yeganə Fermerəm.
Toxumçu olmaq üçün əvəllər əkin sahəsini icarəyə götrüb əkirdik. İndi isə gərək Toxumçunun E.agro Portalında 40-50 ha əkin sahəsi olsun. Mənim isə 2 ha pay torpağım var. Ağstafa Rayon İcra Hakimiyyəti İcra başçısı Seymur Orucovdan xahiş edib torpaq sahəsi almaq üçün 3 dəfə qəbulunda oldum. "Kömək edərik" dedi. Lakin, 3 aydır gözləyirəm. Sənədlərim gecikdiyi üçün toxumçu ola bilmiyəcəm. Neçə illik əziyyətin hədər oldu. Hər il 200-300 ton toxumluq buğda məhsulum olubdur. Bu ildə 320 ton Elit buğda toxumu istehsal edib, satış etmişəm. Rayonda heçbir qeydiyyata almayıblar. Sahibkarı bu qədər incitmək olmaz!"

Qeyd edək ki, vətəndaşın müraciəti ilə bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

DogruXeber.az
Ardını oxu...
Bakının mərkəzində yerləşən restoranın başı üzərində çoxsaylı ölkələrin bayraqlarının sıra sonunda qoyulmuş bayrağımızın nimdaş və cırılmış halı təəssüf doğurur...

Bakının Üzeyir Hacıbəyov küçəsində (Hökumət Binasımın arxası) "Honours Akademy" restoranı rerləşir. Restoran-kafenin başı üzərində Dünyanın 12 ölkəsinin bayraqları sərgilənib. Ən sonra Azərbaycan bayrağıdır. Niyə öz ölkəmizin bayrağı sonda olmalıdır? Bu sualı saxlayaq sonraya. Həmin binada yaşayan sakinlərin "Təzadlar"a çəkib göndərdiyi fotoşəkillərə və giley dolu mesajlarına inanmadan həmin əraziyə özümüz də baş çəkdik. Fakt təsdiqini tapdı.

Bəli, Azırbaycan bayrağı ən sonda qoyulub. Özü də bozarmış, nimdaş və yarı cırılmış vəziyyətdə.

Restoranın müştəri sarıdan korluq çəkmədiyi orada olanda bir daha şahidi olduq. Lakin bayrağımıza belə hörmətsiz yanaşmanı anlamadıq. İllərdir burada asılı qalmış abayrağımızı bozarmış və cırılçış halda görəndə olduqca təəssüfləndik. Halbuki bu bayrağın altında pul qazanan həmin restoranın sahibi ən azı ildə bir dəfə Azərbaycan bayrağını təzələyə bilər. Hansı ki, bu bayraq - igid əsgərlərimizin Şuşaya, Ağdama, Laçına, Kəlbəcərə... apararaq qan bahasına ucaltdığı müqəddəs bayraqdır!

Deməyi bizdən, tədbir görməyi isə adı çəkilən restoranın məşhur bir məmur sahibindən...

Səbuhi

P.S.yadımdan çıxmamış, ümumiyyətlə "Honours" sözünün və ya adının mənasını bilirsiz? "Honours"- ingilis dilində "Fəxri adlar" deməkdir... Bayrağımızı birinci sırada, yəni fəxri yerdə asmayan sahibkarın dilimizə hörməti budursa, daha nə deyək... //tezadlar.az//
 

Dünyapress TV

Xəbər lenti