Ardını oxu...
Məlumdur ki, 70 illik sovet dönəmində şəxsi, özəl mülkiyyət olmayıb, bütün mülkiyyət dövlətə məxsus olub. Əlbəttə, söhbət kiminsə şəxsi evindən, yaxud həyətyanı sahəsindən, 5-10 qoyun-quzusundan getmir. Müstəqillik dönəmində dövlət əmlakının ÖZƏLləşdirilməsi ortaya çıxdı. Və bunun üçün qanun qəbul edildi. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikası Prezidentinin 23.12.2000-ci il tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin nəzdində Respublika Auksion-Hərrac Mərkəzi və onun bölgələrdə filialları yaradıldı. Qısa məlumat üçün qeyd edək ki, HƏRRAC bir mülkün ən çox pul verənə verilmək üzrə açıq satışa qoyulmasıdır.
Bu da hərrac komissiyaları tərəfindən həyata keçirilir. Hərracın təşkilatçısı hərraca çıxarılan əmlak haqqında hərrac gününə ən azı 30 gün qalmış kütləvi informasiya vasitələrində hərracın keçirilmə forması, əmlakın tam adı, hüquqi ünvanı və ya yerləşdiyi ünvan, start qiyməti, sifarişlərin qəbulunun başlanma və başaçatma tarixləri, sifariş və sənəd qəbulu məntəqələrinin ünvanları, hərracda iştirak etmək üçün sifarişçilərin sifarişi ilə birlikdə verəcəkləri sənədlərin siyahısı və onların tərtib edilməsi üçün irəli sürülən tələblər, hərracın keçirilmə tarixi, vaxtı və ünvanı, əmlakın start qiymətinin 10 faizi həcmində hesablanan BEHİN məbləği və behin köçürülməsi üçün müvafiq bank hesabı, digər məlumatları almaq qaydasını əks etdirən elan dərc etdirir. Və hərracda qanunvericiliyə müvafiq olaraq alıcı hesab edilən, sifariş və digər zəruri sənədləri hərracın başlanmasına ən geci 3 (üç) bank günü qalanadək təqdim etmiş, müəyyən edilmiş qaydada beh ödəmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.
İndi gördünüzmü, dövlətimiz hərracların şəffaf və ədalətli keçirilməsi üçün lazım olan müasir qanunları qəbul edib. Amma min təəssüf ki, bəzi hərrac dəllalları bu sahədə də saxtakarlığa, qanunsuzluğa, ədalətsizliyə yol verirlər. Belə hərrac dəlları arasında Anar, Rəfail və başqa şəxslər də var. Biz etika xatirinə bəzilərinin adını çəkmirik, amma əlimizdə kifayət qədər dəlil-sübut, hətta video materiallar var. Hərrac dəllalları vaxtilə özləri Hərrac Komissiyalarının üzvləri olublar, bu işi pis mənada əla mənimsəyiblər. Yəni hərracın bütün fırıldaqlarını bilirlər.
Məlumdur ki, mülkiyyətin ilkin qiyməti, ən yüksək təklif, alıcılar barəsində şəxsi məlumatlar Hərrac Komissiyalarının paketində gizli, məxfi saxlanılmalıdır. Amma hərrac dəllalları bu məlumatları ələ keçirib, hərrac oyunu qururlar.
Biirncisi, soruşan lazımdır ki, paketlərdəki məlumatları bu dəllallara kimlər çatdırır..?
Təsəvvür edirsinizmi, rayonlarda hektarlarla torpaq sahəsi, böyük şəhərlərdə yüzlərlə kv.m torpaq hərraclarda satışa çıxarılır və əvvəlcədən bəlli şəxsə satılır, yəni o hərrac komissiyası tərəfindən qalib elan edilir. Lap əvvəlcədən uduzlumuş idman oyunları kimi. Bu birbaşa cinayət əməlidir. Yəni paketdəki məlumatları bilən şəxs 1 manat artıq təklif etməklə hərracı udmuş olur. Yəni hərracın ədalət prinsipi pozulur.
Məlumdur ki, hərracda iştirak edən şəxslər əvvəlcədən əmlakın 10 faizi dəyərində beh verirlər və hərracda iştirak edirlər. Hərracda geri çəkilmək isə 1000 manatla başlayır. Bu şəxslərə qarşı baş verənlər əsl istintaq, məhkəmə materialıdır. Belə şəxslər qanun qarşısında cavab verməlidirlər. Söhbət təkcə torpaq sahəsindən getmir ee... Hansısa dövlət qurumunun balansında olan avtomobilləri hərraca çıxardır. Yenə ortada hərrac dəllalları at oynadır.
Sözün qısası, özəlləşdirmə, hərrac adı altında açıq bazar gedir. Yəqin ki, müvafiq dövlət qurumları, İqtisadiyyat Nazirliyi bu məsələyə münasibət bildirəcək.
 //gundelik-baku.com//
Ardını oxu...
İcbari Tibbi Sığorta Agentliyi "Endoprotez və digər travmatoloji əməliyyatlarda istifadə olunan tibbi ləvazimatların və sərfiyyat materiallarının satın alınması" tenderinin nəticələrini açıqlayıb.

DİA.AZ rəsmi mənbələrə istinadla bildirir ki, qalib "Medeks" MMC şirkəti olub. (VÖEN: 1501173171).

Qalib şirkətə 987 min 869 manat ödəniləcək.

Qeyd edək ki, "Medeks" MMC bundan əvvəl də agentliyin 8 tenderinin qalibi olub.

Şirkətlə 2021-ci ildən indiyədək 17 tender üzrə satınalma müqaviləsi imzalanıb.

DİA.AZ olaraq dövlət qurumlarının SEVİMLİSİNƏ çevrilən "Medeks" MMC ilə apardığımız araşdırma nəticəzində çox ilginc faktları aşkara çıxardıq və aydın oldu ki, əslində bu MMC heç də məmuriyyətə yad birisinə aid deyil.

“Wikipedia”da yerləşdirilən məlumata görə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli 2008-2016- cı illərdə isə “Medeks” MMC-də baş direktor vəzifələrində çalışıb. Mətbuatda hazırda da bu şirkətin Qoşqar Təhməzliyə məxsus olduğu iddia edilir. "Medeks" MMC-nin saytında da Qoşqar Təhməzlinin şirkətin rəhbəri olduğu və “Ən yaxşı top-menecer” adına layiq görüldüyü qeyd edilib.

Vergilər Nazirliyinin Kommersiya qurumlarının dövlət reyestrindən "Medeks" MMC barədə məlumat almaq mümkün deyil.

Amma aydındır ki, bu gün məmurlara aid obyektləri AQTA şefi kimi yoxlama fürsəti olan Qoşqar müəllimin məhz bu səbəbdən dövlət qurumlarının tenderlərindən də pay umma imkanı da var ki, bundan da, maşallah olsun, geniş şəkildə yararlanmaqdadır. Bəs necə də olmalı idi ki? Burası axı Azərbaycandır...

Məsələ ilə bağlı teref.az olaraq bütün maraaqlı tərəfləri dinləməyə hazırıq...
Ardını oxu...
AZAL Türkiyədən qayıdan tələbələr üçün yaxın tarixdə cəmi 27 manat endirim təklif edir

"Normalda qış tətillərində hamımız Azərbaycana dönürdük. Amma quru sərhədlərin bağlı olması və AZAL-ın "dodaq uçurdan" qiymətləri, o uşaqları tətildə öz doğma ölkələrinə gəlməyə əngəl oldu. O uşaqlar hamısı bir ailənin ümidi idi. Amma o ümidlər artıq yoxdur".

Türkiyədə zəlzələ nəticəsində həyatlarını itirən 4 azərbaycanlı tələbənin dostu İbrahim İbrahimov sosial şəbəkədə bu paylaşımı etdikdən sonra yenidən AZAL-ın qiymətləri gündəmə gəlib.

Azərbaycan 2020-ci ilin martında Covid-19 pandemiyası zamanı virusun yayılmasının qarşısını almaq üçün ölkə sərhədlərini gəliş-gedişə bağlayıb. Virusa yoluxanların sayı azaldıqca maska qadağası götürülüb, kafe, restoranların qapısı açılsa da, ölkənin quru sərhədləri açılmadı.

Hazırda Azərbaycana gəliş-gediş yalnız hava nəqliyyatı yolu ilə mümkündür.

AZAL-ın rəsmi saytında olan məlumata görə, Bakı-İstanbul-Bakı reysi üzrə ən yaxın tarix olaraq 18 fevralda uçuş var. Bir nəfər üçün gediş bileti 273 manat 6 qəpik, gəliş bileti isə 245 manat 76 qəpikdir. Yəni, bir nəfər üçün gediş-gəliş bileti ümumilikdə 519 manat 36 qəpik təşkil edir.

Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov da təyyarə biletlərinin qiymətlərindən danışıb. Məmmədov bildirib ki, biletlərin baha olması səbəbi ilə azərbaycanlı tələbələr tətillərini təhsil aldıqları xarici ölkələrdə keçirmək məcburiyyətində qalırlar:
Deputat Ceyhun Məmmədov"İkinci məsələ, Türkiyədə zəlzələ ilə bağlı olaraq universitetlər distant tədrisə keçir və burada təhsil alan tələbələrimizin bir qismi tətil müddəti olduğu üçün vətənə qayıtmışdı. Onların kitabları, istifadə etdikləri ədəbiyyatlar var ki, biletlərin baha olması ilə əlaqədar qayıdıb, lazımlı əşyalarını gətirə bilmirlər".

Millət vəkili Aqil Abbas Abzas Media-ya açıqlamasında deyib ki, AZAL-a heç kimin gücü çatmır:

“Mən dəfələrlə həm mətbuatda, həm də parlamentdə AZAL-dan danışmışam. AZAL ayrı bir dövlətdir, ona heç kəsin gücü çatmır” – deyə o bildirib.

Aqil Abbas əlavə edib ki, Türkiyədəki tələbələrin ölkəyə qayıtması üçün dövlət özü pulsuz reys də təşkil edə bilər.

Millət vəkili Sabir Rüstəmxanlı deyib ki, indiki halda hava nəqliyyatında qiymətlərin artmasına yol vermək olmaz:

“Dövlətin etdikləri bir yana, ən ucqar rayonlardan tutmuş kimin əlinə nə keçirdi, yardım etməyə çalışırdı. Həmin o zəlzələ bölgəsində Azərbaycan vətəndaşları da olub, onların yaxınları da gedirlər. İndi burda təyyarə qiymətinin bahalaşdırılması nə deməkdir? Elə bu faciəni gözləyirdilər?Əlbəttə, yolverilməzdir” – deyə Sabir Rüstəmxanlı bildirib.

Səyahət yazarı Azər İsmayıl deyir ki, AZAL-ın göstərdiyi xidmətin keyfiyyəti ilə bağlı ciddi problemlər yoxdur, ancaq qiymətlər çox bahadır.

Onun sözlərinə görə, qiymətlərin aşağı olması üçün bazarda daha yaxşı rəqabət olmalıdır:

“AZAL-ın qiymətləri Azərbaycandakı gəlirlərlə müqayisədə yüksəkdir. Qiymətlərin aşağı olması üçün bazarda daha yaxşı rəqabət olmalıdır. Digər aviaşirkətlər də Azərbaycan bazarına gəlməlidir. Dövlət Mülki Aviasiya Agentliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi var. Bu qurumlar həmin aviaşirkətlərlə mütəmadi olaraq görüşlər keçirməlidirlər, onları Azərbaycana dəvət etməlidirlər. Hətta onları Azərbaycana gəlməyə təşviq etmək üçün aeroport xərclərindən azad etmək və ya bu xərcləri azaltmaq olar. AZAL görsə ki, başqa aviaşirkət onunla eyni istiqamətə 300 manata uçur, məcbur 500-ə uçmayacaq. Çünki 500 manata uçsa, bileti sata bilməyəcək”.

Səyahət yazarı deyir ki, “Buta Airways”in AZAL-ın alt şirkəti kimi yaradılmasında məqsəd həm də daha az xidmətə daha ucuz uçuşlar təşkil etmək olub. Ancaq bəzi hallarda “Buta Airways”in qiymətləri AZAL-dan daha baha olur:

“Mən düşünürəm ki, “Buta Airways” AZAL-ın tərkibindədirsə, alt şirkətdirsə, burada qiymətlər heç vaxt AZAL-dan baha olmalı deyil”.

Azərbaycan Hava Yollarına (AZAL) qiymət siyasətləri ilə bağlı sorğu göndərsək də, suallarımıza cavab verməyiblər.

AZAL rəsmi saytında Türkiyədən qayıdan tələbələr üçün endirim təklif edir. Tələbələr üçün 18 fevralda Azərbaycana gəliş bileti 260 manat, sıravi vətəndaş üçün 287 manatdır. Bu da cəmi 27 manat endirim edir. Ancaq endirimli qiymətə sərnişinin 10 kiloluq əl çantasından başqa yük götürmək icazəsi yoxdur.

6 fevralda Türkiyədə 7.4 ballıq zəlzələ baş verib. Bu saata olan rəsmi məlumata görə ölənlərin sayı 38 min nəfəri keçib.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə Türkiyədə zəlzələ nəticəsində 10 nəfər azərbaycanlı həlak olub, 565 nəfər ölkəyə təxliyyə olunub, 2 nəfər haqqında məlumat yoxdur.
 
Ardını oxu...
Dövlət qurumu şəhidin nömrəsinə mesaj göndərdi, anasının vəziyyəti pisləşdi – Video

Dövlət Məşğulluq Agentliyindən göndərilən mesaj şəhid anası Əsmayə Mahmudovaya yenidən ağır anlar yaşadıb.
Hurriyyet.Az xəbər verir ki, Etibar Aleksandr oğlu Mahmudov 27 ay öncə 44 günlük Vətən müharibəsində şəhid olub. Anası Əsmayə Mahmudova hazırda şəhidin telefon nömrəsindən istifadə edir. Ə. Mahmudova bildirib ki, telefonuna Dövlət Məşğulluq Agentliyindən göndərilən mesajdan sonra çətin anlar yaşayıb.
Mesajda Etibar Aleksandr oğlu Mahmudova xitab edilərək bildirilib ki, 5 iş günü müddətində regional məşğulluq filiallarına və ya xidmət şöbələrinə yaxınlaşsın. Əks halda işsiz kimi qeydiyyatdan müvəqqəti çıxarılacaq. Bu mesajdan sonra şəhid anasının halı yenidən pisləşib:
“10 gündür xəstəxanada yatıram, müalicə alıram. Yenidən bütün əsəblərim pisləşdi. 4-5 gündür özümdə deyiləm. Bundan əvvəl də nişanlı qızım vəfat edib. Şəhid anasının ürəyini qopartmaq bu qədərmi dövlət qurumlarına asandır? Övlad itirmək yuxarıdakı qurumlara bu qədərmi asan gəlir? Mən Etibarın adını oxuyanda hətta, öz-özümə dedim ki, Etibar sağdır? Başqa vaxt şəhidləri unutmadıqlarını deyirlər. Hara baxırlar bunlar?”
Ətraflı videoda:

 
Ardını oxu...
Azərbaycan Xarici İşlər Nazirliyi Beynəlxalq Ədalət Məhkəməsinin irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı işlər üzrə 22 fevral 2023-cü il tarixli qərarlarına münasibət bildirib.

XİN-in açıqlamasında deyilir:

"Biz Məhkəmənin 7 dekabr 2021-ci il tarixli əvvəlcədən verdiyi qərara əsasən, Ermənistanın hələ də tərəflərin mübahisəsini gərginləşdirməkdən çəkinmək öhdəliyi altında olduğunu etiraf etməsini alqışlayırıq.

Məhkəmənin Ermənistan tərəfindən minaların yerləşdirilməsinin müvəqqəti tədbirlərə uyğun olmadığı barədə əvvəlki qənaətinə yenidən baxmamaq qərarı mahiyyəti üzrə qərar deyil və Azərbaycan bu məsələdə Ermənistanın cavabdehliyini davam etdirəcək.

Azərbaycan, həmçinin Ermənistanın Azərbaycandan etirazların “təşkil edilməsini və dəstəklənməsini” dayandırmasını və Qarabağa “təbii qazın və digər kommunal xidmətlərin verilməsini dərhal bərpa etməyi” tələb edən Ermənistanın tələb etdiyi tədbirləri Məhkəmənin rədd etməsini alqışlayır.

Məhkəmə qərarında Azərbaycanın Laçın yolunda təhlükəsiz hərəkəti təmin etmək üçün öz səlahiyyətləri və əmrləri ilə bütün tədbirləri gördüyü və bundan sonra da görməyi öhdəsinə götürdüyü barədə Azərbaycanın bəyanatını və 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyannamənin şərtlərini nəzərə alıb.

Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq bütün insanların hüquqlarını qorumağa davam edəcək və Ermənistanı davam edən və tarixi ağır insan hüquqları pozuntularına görə məsuliyyətə cəlb edəcək".
Ardını oxu...
Teref.az olaraq 1 nüsxəsidə saytımızın poçtuna daxil olan Salyan rayonu Kürqaraqaşlı kənd sakini Rzayev Sübhan İbrahim oğlunun Prezidentə müraciətini təqdim edirik:
Azərbaycan Respuplikasının prezidenti
cənab İlham Əliyevə

Salyan rayonu Kürqaraqaşlı kənd sakini Rzayev Sübhan İbrahim oğlu tərəfindən
Ə R İ Z Ə
Hörmətli Prezident!
Mənim 53 yaşım var, kasıb bir ailənin başçıısıyam. Oğlum, 1993-cü il təvəllüdlü Rzayev Bəhruz Sübhan oğlu hərbi xidmətin başa vurub xeyli işsiz qalandan sonra nəhayət 2021-ci ildə müqavilə əsasında Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrində müddətdən əlavə xidmətə düzəlmişdi. Orada 10 ay idi ki xidmət keçirdi, şəxsi heyətlə birgə Şuşada 1 aylıq hərbi ezamiyyətdə də olub.
2022-ci ilin avqustun 18-də oğlum Bəhruz xidmət yoldaşı, Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu, əsgər Mirzoev Elmar Elçin oğlunu odlu silahdan atəş açmaqla qətlə yetirib. Bu xəbərdən bir valideyn kimi sarsılmışam. Şüurlu surətdə dərk edirəm ki, oğlum cinayət əməli törədib və buna görə cəzalanmalıdır. Lakin hadisənin təfərrüatları barədə sonradan öyrəndiklərim və istintaqın obyektiv aparılmaması məni Sizə müraciəti etmək məcburiyyətində qoydu.
Mərhum Elmar Mirzoev fiziki cəhətdən oğlumdan güclü və cüssəli olduğundan mütəmadi olaraq Bəhruzu incidib, onun şəxsiyyətini alçadan hərəkətlər edib. Hadisə baş verməzdən əvvəl də E. Mirzəoev Bəhruza fiziki güc tətbiq edibmiş. Oğlumun hərəkəti özünümüdafiə məqsədi daşıyıb. O, mütəmadi olaraq edilən qeyri-insani davranışdan, alçaldıcı hərəkətdən və güc tətbiqindən cana yığılaraq öz hərəkətlərinə nəzarəti itirib.
Faktla bağlı Ağdam Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanmışdı. Sonradan işə 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsini də əlavə ediblər. Halbuki, yuxarıda qeyd etdiyim kimi, Bəhruz özünü müdafiə məqsədilə xidmət yoldaşına ətəş açmaq məcburiyyətində qalıb. Nəzərə alınmalıdır ki, hər iki şəxs xidmət yerində, xidməti silahla olub. Oğlum bu qətli “xüsusi amansızlıqla və təhlükəli üsula” törətmək üçün sıradan bir mülki şəxs olaraq qanunsuz yolla haradansa, kimdənsə silah əldə etməyib, qətli əvvəlcədən planlamayıb. Özündən fiziki cəhətdən güclü və boy-buxunlu olan şəxsin mütəmadi olaraq təkrarlanan zorakılıq və ağır təhqirindən, psixi təsiredici hərəkətlərindən bezərək silaha əl atıb. Söz yox ki, oğlumun əməli zərərçəkənin hərəkətlərinə adekvat deyil, ola bilsin zəruri müdafiə həddi də aşılıb. Amma istintaq bu əməli Cinayət Məcəlləsinin 123-cü maddəsinə də uyğun bilməyib.
Hörmətli Prezident! Baş vermiş hadisədən dərin təəssüf, kədər hissi keçirdiyimi bildirməklə Sizdən istintaqın obyektiv aparılmasına yardımçı olmağınızı xahiş edirəm.
İmza: ________ Rzayev Sübhan İbrahim oğlu
Teref.az
Ardını oxu...


Xəbər verdiyimiz kimi, Paytaxtın xətai rayonunda yerləşən 27 saylı tam orta məktəbin həyətində şagirdlər arasında əlbəyaxa dava olub.

Görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı Ölkə.Az-a danışan 27 saylı tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Arzu İbrahimova hadisənin ay yarım əvvəl olduğunu söyləyib:

“Uşaqlar dərsdən kənar vaxtda məktəbin həyətində dalaşıblar. Üstündən 5 gün keçəndən sonra uşaqlardan biri qəfildən digərinə hücum edib. Aralarında adi bir davadır. Bildiyim qədərilə yeniyetmələr idmana gedir. Bir-birlərinə aqressiyası var. Məktəb, müəllim uşaqlara aqressiya öyrətmir.

Hadisədən sonra valideyn də narahat olaraq 102-yə zəng edib. Polis də araşdırıb. Hamısı bilirlər. Araşdırılıb və iş bitib. İndi onu ay yarımdan sonra kimsə reytinq üçün paylaşırsa, bu onun öz problemidir. Hadisə çoxdan bitib. Hər iki uşaq məktəbdədir, barışıblar və hər şey həll olunub. Çox güman ki, hadisəni araşdıranlar görüntüləri valideynə satıblar. Mən buna başqa don geyindirə bilmərəm. O görüntü ancaq polisdə idi”.

A.İbrahimova hadisə ilə bağlı şagirdlərə qarşı tənbeh tədirləri görüldüyünü bildirib:

“İzahat alınıb, aktlaşdırılıb, valideynlər dəvət olunub. Bütün prosedurlar Elm və Təhsil Nazirliyinin xüsusi hallar komissiyasına da məlumat verilib”, - deyə o söyləyib.
Ardını oxu...
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun cinayət əməlləri barədə uzun-uzadı yazmağa ehtiyac yoxdur. Çünki neçə aydır ki, bütün ölkə mətbuatı bu barədə eninə-uzununa döşəyir.
Təkcə onu qeyd edə bilərik ki, son zamanlar Vasif Talıbova və oğlanları Seymurla Rzaya məxsus olan 88 şirkətin adı açıqlanıb. Bunlar hələ bəlli olanlardır ee...
Düzü, bu 88 şirkətin adını, ünvanını və s yazmağa ehtiyac görmürük. Ancaq həmin şirkətlərdən bir neçəsinin adını qeyd edə bilərik. “Nəqşicahan” Holdinq, “Nəqşicahan MED”, “Gəmiqaya Holdinq”, “CAHAN AVTO”, “ARCAHAN MOBİLYA”, “CAHAN İNŞAAT 2000” və s.
Təsəvvür edirsiniz bu şirkətlər Lənkərandan tutmuş Ağdaşa, oradan Naxçıvana qədər uzanır. Çoxları elə bilir ki, Vasif Talıbov və oğlanları təkcə Naxçıvanı zəbt edib ee....
Təsəvvür edirsiniz, bu şirkətlərə 200 milyon kredit ayrılıb. Bu şirkətlərin hər birinin ticarət, yanacaq, geyim, qida, hətta səhiyyə bölmələri olub. Yəni Naxçıvanda kimsə bir ədəd dərman sata bilməzdi. Bütün apteklər, xəstəxanalar Nəqşicahana tabe idi. Biz hələ “Gəmiqaya”nın, “CAHAN”ın inşaat, avtomobil satışı və digər sahələri monopoliyaya almasından danışmırıq. Sözün həqiqi mənasında Vasif Talıbov uzun illər Naxçıvanda özünü GESTAPO kimi aparıb. O neçə-neçə naziri, icra başçısını dəlil-sübutsuz tutdurub.
Təkcə bir faktı qeyd edək. Vasif Talıbov Naxçıvan şəhər Tikinti, Təmir və Abadlaşdırma İdarəsinin müdiri Xaləddin Rüstəmovu 1 saata heç bir istintaq olmadan həbs etdirmişdi. Sonradan Bakının təpkisi ilə o azadlığa buraxıldı. Yeri gəlmişkən, Naxçıvanın yeni rəhbərliyi onu işə bərpa edib.
Yeri gəlmişkən, həmin dövrdə Vasif Talıbov Emin Öcal adlı bir nəfəri də qanunsuz olaraq həbs etdirib. Emin Öcal isə “Gəmiqaya” holdinqin rəhbəri olub. Talıbovların tifağının dağılmasının ikinci mərhəlləsi, onun kiçik oğlu, Naxçıvan Dövlət Universitetinin (NDU) beynəlxalq əlaqələr üzrə prorektoru Seymur Talıbovun vəzifəsindən azad edilməsi oldu.
Redaksiyamıza özəl mənbədən daxil olan məlumata görə, Seymur Talıbov hazırda Gəmiqaya holdinqin ofisindəki otaqlardan birində oturur.
Yeri gəlmişkən, onu da qeyd edək ki, Seymur Talıbov Naxçıvan ətazisindəki bütün Yanacaq Doldurma Məntəqələrinə - YDM-ə ( zapravkalar ) nəzarət edirdi. Daha doğrusu, Seymur Talıbov 10-dan artıq Yanacaq Doldurma Məntəqələrinə nəzarəti yaxın dostu Abbasa tapşırmışdı. Abbas isə neçə ildir ki, hər gün həmin məntəqələrdən axşamlar pulları yığıb Seymura çatdırırdı. Yeri gəlmişkən, Seymurun dostu Abbas həm də “Nəqşicahan” holdinqin rəhbəri olub.
Ümumiyyətlə, Talıbovların Naxçıvandakı özlərinə məxsus apteklərdə nələr satdırması...ciddi araşdırma mövzusudur. Yaxşı olar ki, hüquq-mühafizə orqanları bu məsələni nəzarətə götürsünlər. Sözün qısası, Vasif Talıbovun özünə və ailəsinə məxsus holdinqlərin tərkibində olan bütün obyektlərin ciddi şəkildə yoxlanacağı, vergidən yayınma məsələsi, 200 milyon kreditin hara xərclənməsi və s məsələlər Naxçıvan sakinləri tərəfindən səbrsizliklə gözlənilir.
Yəqin ki, Seymur Talıbovun həbsi qaçılmaz olacaq.
P.S. Növbəti sayımızda Seymur Talıbovun sağ əli Abbas adlı şəxsin haqqında geniş araşdırma yazımız olacaq.
gundelik baki.com
Teref.az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az
Ardını oxu...
Elxan Məmmədovun daha bir adamı rəhbər vəzifədən uzaqlaşdırılır?

“CBC Sport” kanalının rəhbəri Volkan Üstün istefaya göndəriləcəyi ilə bağlı məlumat yayılıb.

Bu barədə futbolinfo.az məlumat yayıb. Bildirilir ki, buna səbəb kanalın strategiyasının dəyişməsidir.

Yeni təyinatın martda olacağı bildirilir. Volkan Üstlə yanaşı, digər rəhbər şəxslərin də kanaldan ayrılacağı gözlənilir.

Məlumatla bağlı “qafqazinfo”ya açıqlama verən V.Üst belə bir planın olmadığını deyib: “Rəhbərlikdən gələn hər hansı göstəriş də olmayıb”.

Türkiyəli funkesioner “CBC Sport” kanalına 2016-cı ildən rəhbərlik edir. O, bu postda İlya Rüstəmovu əvəzləyib.

“CBC Sport”un maliyyəsi əsasən SOCAR tərəfindən ayrılır. Kanal yarandığı gündən AFFA-nın nəzarətində olub.

Federasiyanın ovaxtkı icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov “CBC Sport”u de-fakto öz bildiyi kimi idarə edib.

Bu, indi də demək olar belədir. E.Məmmədov fəaliyyətini FİFA-nın Paris ofisində davam etdirsə də, AFFA və “CBC Sport”dan əlini çəkməyib.

Birbaşa olmasa da, qurumdakı, həmçinin kanalda yerləşdirdiyi kadrlar vasitəsilə proseslərə müdaxilə imkanını öz əlində saxlayıb. burada ondan xəbərsiz və icazəsiz nəsə baş vermir.

Hər bir halda izn Parisdən alınır. Elxan Məmmədovun əleyhinə mətbuatda tənqidi fikirlər səsləndirmiş futbol adamları, o cümlədən, media mənsubları “CBC Sport”a qonaq dəvət edilmir.

Kim bir kəlmə sərt sözlər işlədibsə, kanalın qapıları onun üzünə bağlanır. Bu, dünən də belə idi, indi də belədir.

Volkan Üstə gəlincə, onu Azərbaycana elə Elxan Məmmədov gətirib, SOCAR-ın yeni rəhbərliyinin mövqeyi bir az başqadır -

Rövşən Nəcəf və digərləri “CBC Sport”u Türkiyədən olan və daha tanınmış televiziya idarəçilərinə tapşırmaq niyyətindədir.

Əslində, bununla bağlı planlar 1 ildir masaya yatırılıb və müxtəlif səviyyələrdə müzakirələri aparılıb.

O da gözlənilir ki, “CBC Sport”a nəzarət paketi “Demirören Holding”ə verilsin. Hansı ki, bu şirkətə məxsus brend 1 ildən artıqdır ki, kanala tərəfdaşlıq edir və onun hesabına böyük miqdarda vəsait köçürür.

Volkan Üstdən “CBC Sport”un özündə narazılıq çoxdur. Bir çox əməkdaşlar adını çəkdiyimiz şəxsin işçilər arasında ayrı-seçkilik hallarına yol verməsindən,

AFFA-dan gələn tapşırıq əsasında maaş və qonorarların azaldılmasından, tez-tez gözlənilməz qərarlar çıxarmasından şikayətçidir.

Onların qeyri-rəsmi şəkildə bildiklərinə görə, direktor çox vaxt öz qərarlarının arxasında dayanmır, verliş müəllifi və aparıcılarını yerli-yersiz dəyişir, «bu, məndən asılı olmadı» deyərək, «yuxarı»nı, yəni, AFFA-nı nişan verir.
 
Ardını oxu...
Türkiyədə baş verən güclü zəlzələdən sonra qardaş ölkəyə gedən turistlərin sayında azalma müşahidə olunur. Elə Azərbaycandan da Türkiyəyə səfərə getməyə hazırlaşanlar yeraltı təkanların davam etməsi səbəbindən bu planlarından daşınırlar. Bu səbəbdən yerli turizm şirkətləri tur paketlərin qiymətlərində endirimlər etməyə başlayıblar. Amma bütün bunlara rəğmən “AZAL”ın bilet qiymətlərini endirməməsi diqqətdən yayınmır.

Mövzunu Konkret.Az-a şərh edən tanınmış iqtisadçı Natiq Cəfərli bildirib ki, bazarda “AZAL”ın təkbaşına böyük bir oyunçu olması, bilet qiymətlərinin bahalığına təsir edən əsas faktordur: “Yerüstü xidmətlər də “AZAL”ın törəmə şirkətləri tərəfindən həyata keçirildiyindən, onların da qiyməti bahadır. Yəni insanların təhlükəsizlik keçidindən istifadəsindən tutmuş, təyyarələrin təmizlənməsinə, onların yanacaqla doldurulmasına qədər bütün servis xidmətləri “AZAL”ın törəmə şirkətləri tərəfindən həyata keçirilir. Bütün bu xidmətlər üçün hər sərnişinə görə pul hesablanır. Bazarda “AZAL”ın hegemonluğu qiymətlərin digər şirkətlər üçün də baha olmasını labüd edir. Bu problemdən yeganə həll yolu isə rəqabətli mühit formalaşdırmaqdır. Eyni vəziyyət 2004-cü ilə qədər Gürcüstanda mövcud olub. Lakin sonra hava məkanı açıldı. Öncə 9 şirkət, daha sonra 12, indi isə 21 şirkət Gürcüstanın hava məkanına daxil oldu. Nəticə etibarilə bu gün Gürcüstandakı qiymətlər Azərbaycandan 2-3 dəfə ucuzdur. Yəni ancaq rəqabət qiymətləri aşağı sala bilər”.

Natiq Cəfərlinin sözlərinə görə, “AZAL”ın bazardakı payı təxminən 96 faizə bərabərdir: “Bu rəqəm artıq hər şeydən xəbər verir. Ona görə də, sərnişinlər “AZAL”ın qiymətləri aşağı salacağını gözləməsinlər. Rəqibi yoxdursa, şirkət bunu niyə etsin ki? Quru sərhədləri bağlıdır, başqa şirkətləri də bazara buraxmır. Bir neçə reys edir və yaxşı pul qazanır. Belə olan halda “AZAL” qiymətləri niyə endirməlidir?”.

Ekspert quru sərhədlərinin hansı səbəblərdən açılmaması ilə bağlı sualımızı belə cavablandırıb: “Sərhədlərin açılmaması artıq pandemiya ilə əlaqəli deyil və bu, hamıya aydındır. Hətta Bakıda postpandemiya dövrünə aid konfranslar keçirilir. Sərhədlərin bağlı qalmasının səbəbi təhlükəsizliklə bağlıdırsa, bu, anlaşılan deyil. Çünki Gürcüstan və Ermənistanın quru sərhədləri açıqdır. Amma biz onlardan güclü ölkəyik və sərhədlərimizi daha yaxşı qoruya bilirik. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) mart ayında pandemiyanın rəsmən bitdiyini elan edə bilər. Belə olan halda Azərbaycan quru sərhədlərini nə üçün bağlı saxladığını izah edə bilməyəcək. Ona görə də, quru sərhədlərinin uzun zaman bağlı qalacağını düşünmürəm. Gözləntim ondan ibarətdir ki, Novruz bayramından sonra, yəni aprelin 1-nə qədər quru sərhədləri açılacaq. Çünki bunu pandemiya adı altında uzun müddət bağlı saxlamaq Azərbaycanın beynəlxalq imicinə çox ciddi təsir göstərir”.
 
Ardını oxu...

Dünyapress TV

Xəbər lenti