DİA.AZ: - Gəncə şəhərinin icra başçısı harda itib-batıb, onu görən olubmu? DİA.AZ bildirir ki, bu barədə redaksiyamıza müraciət edən sakinlər soruşur. Gəncə boyda şəhərin bu gün baxımsız qaldığını iddia edən vətəndaşlar narazılıqlarını sisla şəbəkələrdə də ifadə etməyə başlayıblar.
Konkret olaraq bir neçə şəhid ailəsinin yaşadığı, erməni bombasınbın hədəfinə tuş gəlmiş Gəncədəki keçmiş Muxtar Hacıyev küçəsinin sakinləri dia.az-a bildirir ki, onların yolları bərbad gündə, səkilər isə yox dərəcəsindədir.
Sakinlər avtobusların belə çətinliklə hərəkət etdiyi küçənin hazırki durumuna görə, yerli rəhbərliyi də ittiham ediblər.
DİA.AZ: - Gah xəbər yaydılar ki, Naxçıvan Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayevin dindirilmək üçün Bakıya aparılıb, gah da onun ev dustağı edildiyi haqda informasiyaları bölüşdülər, amma dəyişən heç nə olmadı. DİA.AZ bildirir ki, elə sosial şəbəkələrdə də bu barədə açılan müzakirələrdə narazı vətəndaşlar Kərəm Mustafayevin nədən görəv başında hələ də saxlanıldığını soruşurlar.
DİA.AZ bildirir ki, Naxçıvanın keçmiş Ali Məclis sədri Vasif Talıbovun ifşa olunmasında xüsusi mövqeyi ilə seçilən tanınmış jurnalist Heydər Oğuz da bu məsələ ilə bağlı maraqlı açıqlama ilə çıxış edib. H.Oğuz yazır: "Məndən Kərəm paşanı niyə ifşa etməməyimi soruşurlar. Ay camaat, mən onu bacardığım qədər ifşa etmişəm. Adamı yerindən tərpətmirlərsə, buna mən edim?"
Qeyd edək ki, onun sözügedən açıqlaması aşağıdakı kimi şərh olunub:
DİA.AZ onlardan bəzilərini nəzərinizə çatdırır:
Qoshqar Hamzayev: Cənab Ali Baş Komandanın başı daha vacib işlərə qarışıbdı, inşallah yaxın zamanlarda Kərəmin də layiqli cəzasını verəcəy, əsas oduki Allahımız hər şeydən xəbərdardı, zalımlar mütləq məhv olacaq!!!
***
Şamxal Əliyev: Kərəmin allah evin yixsin allah onun bəlasini versin bizə gələn ağri aci tökülsün başindan o elə bir vəziyyətə qalsin ki, ona heç yahudi mollasida kömək edə bilməsin amin min amin inşallah ki, kərəm sənidə görərik yaxin günlər ərzinə DTX sənidə incələyər inşallah
***
Natiq Əlisoy: Kərəmin etdikləri hərbi cinayət olduğu üçün onun cəzası fərqli olacaq. Heç kim cəzasız qalmır!
***
Məsələ ilə bağlı bütün maraqlı tərəfləri dia.az olaraq dinləməyə hazırıq...
"Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin ( ASC ) sədr müavini Rafiq Aslanovun oğlu İngiltərədəki daşınmaz əmlak şirkətinin (EQUILIBRIUM STATE LIMITED) fəaliyyətini dayandırmaq barədə Britaniya Şirkətlər Evinə müraciət edib". TEREF.AZ bildirir ki, bu iddia ilə tanınmış araşdırmaçı-jurnalist Cavanşir Həsənli çıxış edib.
"Lakin kreditor və ya vergi borcu səbəbindən ləğvetmə tələbi rədd olunub" deyən jurnalist daha sonra bildirir: "Britaniya qanunvericiliyinə görə şirkət Strike Off prosesindən keçdikdən sonra mövcudluğunu dayandırır".
Xatırladaq ki, yüksəkvəzifəli su təsərrüfatı məmurunun oğlu 2018-ci ildə bu şirkət üzərindən Londonda bahalı əmlak alıb, son maliyyə hesabatına görə şirkət aktivlərinin həcmi 853.858 funt sterlinq təşkil edib.
İddia olunanlarla bağlı teref.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Baş Prokurorluq adı çılpaq fotolarının yayılması ilə şantaj edilməkdə hallandırılan Tariyel Qurbanovla bağlı açıqlama yayıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Pressklub.az-a verilən məlumatda qeyd edilir ki, Tariyel Qurbanov hazırda prokurorluq orqanlarının əməkdaşı deyil.
“Belə ki, 2023-cü il yanvarın 16-da öz arzusu ilə Tariyel Qurbanovun prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib”, – Mətbuat xidmətindən bildirilir.
Qeyd edək ki, Tariyel Qurbanov Qaradağ və Hacıqabul rayonlarında prokuror olub. Daha sonra o, Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini olub.
Ötən ilin mart ayında vəzifəsindən azad olunan T.Qurbanov sonradan Abşeron rayon prokurorunun böyük köməkçisi təyin olunmuşdu.
Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Tariyel Qurbanovu şantaj etməkdə təqsirləndirilən Ümman Əliyev, Natiq Nuriyev, Pərvin Yusifov, Ələkbər Nuriyev, İlqar Əliyev, Elnur Eldarov və Sahilə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilir.
Onu da qeyd edək ki, Tariyel Qurbanov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşıdır.
DİA.AZ: - Bir neçə gün əvvəl maraqlı formada açıqlama verərək nədən bığ saxlamadığını cəmiyyətə tam təfsilatı ilə izah edən Azərbaycanın Gənclər və İdman Naziri Fərid Qayıbov eyni zamanda günlərin birində nazir olacağaını ağlına belə gətirmədiyini də səmimi şəkildə etiraf etmişdi. Əslində, bu kimi açıqlamalar yerində olmayan adamın bilmədən də hansı durumda olduğunun açıq ifadəsi kimi də qəbul olunmalıdır.
DİA.AZ bildirir ki, cənab Qayıbovun yerində olmadığını deyəsən, "yuxarılar" da yaxşı bilirlər. Hər halda bir neçə gün əvvəl belə bir xəbər yayıldı ki, artıq Fərid Qayıbovun yerinə hətta deputatlardan birinin gətirilməsi də düşünülür və bu addım yaxın günlərdə atıla bilər:
Təbii ki, nazir postunə gəldiyindən barəsində səslənən iddialardan yox, havadan-sudan danışmağı sevən Qayıbov bu məsələ ilə bağlı da susdu. Əvəzində isə etiraza qalxan işçiləri susmadı və bəlli oldu ki, artıq 4 aya yaxındır GİN-də maaşların verilməsi yubadılır və narazılıq edən nazirlik əməkdaşlarına yalnızca "səbirli olun" formasında təskinlik verilir.
Nazirlik işçiləri mətbuata açıqlamalarında qeyd edirdilər: “Artıq 3-4 aydır pulumuzu vermirlər. Nə edəcəyimizi bilmirik. Rəhbərliyə şikayət edirik, deyirlər, səbirli olun, veriləcək. Amma ortada heç nə yoxdur. Nə zamana kimi gözləyək?! Misal var, toxun acdan xəbəri olmaz. Rəhbərliyin də bizdən xəbəri yoxdur. Necə yaşadığəımız, nə ilə dolandığımız barədə düşünmürlər”.
DİA.AZ-a daxil olan son məlumatlardan isə aydın olur ki, Fərid Qayıbovla bağlı durum yetərincə gərgindir. Mənbə iddia edir ki, həqiqətən də yaxın günlərdə konkret qərar açıqlana bilər: "Brada təkcə məsələ Qayıbovun yarıtmaz kadr olmasından irəli gəlmir. Eyni zamanda söhbət yeyintidən gedir ki, bunu da "yuxarılar" kiməsə bağışlamır..."
Əlavə bilgilərimiz olacaq. İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
"Bravo" market vaxtı keçən pivələri endirimlə satışa qoyub". DİA.AZ bildirir ki, bu iddia ilə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Elləz İsmayılov adlı iftiadəçi çıxış edib. Narazı vətəndaş iddiasını sübutlayan fotoları təqdim etməklə yanaşı əlavə edir:
"Üstəlik tarixlərin üstünə öz "nakleyka"larını da yapışdırıblar ki, görünməsin..."
Qeyd edək ki, vətəndaşın təqdim etdiyi fotolardan məsələnin nə yerdə olduğu tam anlaşılır. Hər halda, dünynaın heç bir yerində 4 manat 29 qəpiklik məhsil birdən-birə 1 manat 7 qəpiyə, 3 manat 65 qəpiklik məhsul isə 91 qəpiyə ENDİRİM adı altında satışa çıxarılmır.
Vətəndaşın iddialarını sübutlayan fotoları təqdim edirik: Məsələ ilə bağlı teref.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Naxçıvan MR Həmkarlar İttifaqları Şurasına (HIŞ) aid güzəştli yollayışların işçilərə məcburi, həm də baha qiymətə satıldığı bildirilir. „Ağbulaq İstirahət Mərkəzi“ ilə işbirliyində ittiham olunan Şura rəhbərliyi, bu mərkəzə yollayışları 1000 manatdan satdığı bildirilir. Onlara yollayışları baha satmaqda isə, dövlət idarə və müəssisələrinin rəhbərliyi köməklik edir. DİA.AZ bildirir ki, bu haqda „Gündəlik Naxçıvan”a bu idarə və müəssisələrdə çalışan əməkdaşlar məlumat verib. Onlar deyir ki, hər ay növbə ilə ən az iki dövlət idarəsi, öz işçilərinin bir neçəsini ailələləri ilə birlikdə istirahətə getməyə məcbur edilir. Əslində, güzəştlə 100-150 manata başa gəlməli olan yollayış hər bir işçiyə 1000 manata satılır. Yollayışı almaqdan imtina edən işçilər, işdən qovulmaqla hədələnirlər. Rüşvət şəklində işçilərdən alınan pulların Naxçıvan Ali Məclisinin sədri Azər Zeynalov və Həmkarlar İttifaqı Şurasının sədri Anar İbrahomov arasında bölüşdürüldüyü bildirilir. Dövlət idarələrinin birində çalışan şikayətçi Sabit Quliyev deyir ki, keçən ay növbə onların idarəsinə çatıb və onu yollayış almağa məcbur ediblər: “ Həmkarlar İttifaqı qanunla putyovka bizə 80-90 faiz güzəştlə verməlidir. Onlar isə, bunu bizə 1000 manata satır. Yəni, əslində biz göndərişə 100-150 manatdan artıq ödəməməliyik. Qalanınını Həmkarlar İttifaqı bizdən hər ay topladığı pulların hesabına ödəməlidir. Onlar isə əksinə, öz qiyməti 800 manat olan istirahətə görə əlavə 200 manat da artıq alırlar. Yəni, mən bu gün öz hesabıma Mərkəzə istirahətə getsəm, Həmkarlar İttifaqının təklif etdiyindən 200 manat ucuza başa gələr. Məcburi göndərirlər. Deyəndə o qədər pulum yoxdur, deyirlər ki, sən narahat olma, hissə-hissə maaşından tutacağıq. Etiraz edəni işdən qovurlar deyə, hamı məcbur olub, razılaşır“.
Yuxarıda deyilənləri Naxçıvan Həmkarlar İttifaqı Şurasının adının çəkilməsini istəməyən əməkdaşı da təsdiq edir. Onun sözlərinə görə, bunda əlavə hər il büdcədən də milyonlarla vəsait mənimsənilir: “Məsələn uşaqlar üçün bir neçə günlük “Yay məktəbi”, “STEAM Yay məktəbi”, “Zəfər düşərgəsi” və müxtəlif seminarlar təşkil olunur. Hər dəfəsində bu tədbirlərin təşkili üçün hesabından küllü miqdarda pul silinərək şəxsi adamların sərəncamına verilir. Ucuz qiymətə nootbuklar, müxtəlif texniki avadanlıqlar alınır, hamısı baha qiymətə sənədləşdirilir. Ən çox Ağbulaq İstirahət Mərkəzi ilə işləyirlər. İdarə və müəssisə işçiləri yollayışları baha qiymətə almağa məcbur edilirlər. İstirahət 3-4 günlük nəzərdə tutulsa da, sənədləşmədə işçilərin orada 10-15 gün qaldığı göstərilir. Beləliklə, həm işçiləri soyurlar, həm də büdcəni talayırlar” Əməkdaş iddia edir ki, rüşvət və korrupsiya yolu ilə əldə olunan pul, bir neçə şəxs arasında bölünür: “Bu pullardan aylıq 50 min manat Azər Zeynalova, 5 min manat Şura sədri Anar İbrahimovq, 500 manat isə, onun müavininə çatır. Əvvəl, şuranın kphnə sədrinin zamanında Azər Zeynalov 40 min alırdı. Naxçıvanda hakimiyyət dəyişdikdən sonra ona çatacaq pul on min manat artırılıb“. Məsələyə münasibət öyrənmək üçün, Naxçıvan MR Həmkarlar İttifaqı Şurası ilə əlaqə saxladıq. Şuradan iddialara aydınlıq gətirmək istəmədilər. Onların mövqeyini də işıqlandırmağa hazırıq. Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası hazırda 763 ilk həmkarlar ittifaqı təşkilatının, 9 Birləşmiş Həmkarlar İttifaqı komitəsinin, 6 muxtar respublika komitəsini özündə birləşdirir. İttifaq üzvlərinin sayı 46 min 134 nəfərdir.
"Azərbaycan Avtomobil yolları Dövlət Agentliyi"nin nəzdindəki "3 №-li Magistral Yolların İstismarı" MMC məhkəməlik olub.
Teref.Az xəbər verir ki , sözügedən MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə (Yol Hərəkəti Qaydalari Əleyhinə Olan Inzibati Xətalar) protokol hazırlanıb.
Hazırlanmış protokol Göygöl rayon Məhkəməsinə təqdim olunub. \\32gun.az
Azərbaycan Tibb Universiteti (ATU) "Azərmətbuatyayım” Açıq Səhmdar Cəmiyyəti (ASC) satınalma müqaviləsi imzalayıb.
TEREF.AZ Qaynarinfo-ya istinadla xəbər verir ki, maliyyə dəyəri 12 871.32 AZN olan müqavilədə qəzet və jurnalların abunə yazılışı xidmətlərinın satınalınmasınəzərdə tutulur.
"Azərmətbuatyayım” ASC 7 avqust 2007-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 345 304 AZN olan şirkətin hüquqi ünvanı Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, ev 30 K-də yerləşir. ASC-nin qanuni təmsilçisi Salmanov Süleyman Əli oğludur. O, həm də ASC-nin İdarə Heyətinin sədridir.
Süleyman Salmanov həm də "Kaspi Mətbuat Yayım” MMC-nin qanuni təmsilçisidir. Bu şirkətin hüquqi ünvanı Səbail rayonu Fikrət Əmirov küçəsi, ev 1-də yerləşir. Prezidentdin keçmiş köməkçisi Əli Həsənovun oğlu Şamxal Həsənli da bu ünvanda qeydiyyatdadır.
Bundan başqa, "Kaspi Mətbuat Yayım” MMC-nin "Azərmətbuatyayım” ASC-nin təsisçisi olduğu bildirilir.
Fi̇krət Əmi̇rov küçəsi, ev 1 ünvanında başqa bir şirkət də qeydiyyatdadır. Bu, "Kaspi Education” MMC-dir. Şirkətin qanuni təmsilçisi Vəliyeva Sona Məhəmməd qızıdır. O, Əli Həsənovun həyat yoldaşıdır.
"Azərmətbuatyayım” ASC-nin İdarə Heyətinin Süleyman Salmanovdan əvvəlki sədri Kütləvi İnformasiya Vasitələrinln İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) keçmiş icraçı direktoru Vüqar Səfərli olub. O, KİVDF-nin rəhbəri təyin olunduqdan sonra ASC-dəki vəzifəsindən istefa verib. Vüqar Səfərli hazırda həbsədir. O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma-külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə-ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə mühakimə olunub. Məhkəmənin hökmü ilə 10 il 6 ay azadlıqdan məhrum edilib.
Vüqar Səfərli Əli Həsənovun ən yaxın adamlarından biri kimi tanınıb.