Ardını oxu...
BMT beynəlxalq orbit üçün vahid cəlbedici siyasi qərarların çıxarılmasında funksionallığını itirir. Çıxarılan qərarların icrası da kəsərli deyil.
Üçüncü Dünya Müharibəsinin "müjdəçisi" olan Rusiya-Ukrayna savaşının nəticələri BMT-nin sonunu gətirib alternativ beynəlxalq format yaranmasını zərurətə çevirə bilər.
Prezident İlham Əliyevin iki fikri:
1. Dünya Rusiya-Ukrayna müharibəsindən əvvəlki vəziyyətdə olmayacaq,
2. BMT-də islahatlar aparılmalıdır.
Bu iki bənd İlham Əliyevin Çinin episentrində dayana biləcəyi perspektiv nizamı qabartması fonunda diqqət çəkir.
Bundan əlavə:
- Azərbaycan ərəb coğrafiyasına açılır,
- Azərbaycan Afrika vizyonuna daxil olur.
Ən çox düşündürən sual: Azərbaycan nəhəng şahmat lövhəsində hansı damada dayanıb (üzdə görünənlərdən savayı) və hara qədər irəli gedəcək?...
Aqşin Kərimov
DİA.AZ
Ardını oxu...
12 saylı məktəbin müəllimləri dünən Prezidentin Naxçıvan üzrə səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin qəbulunda olublar.

TEREF.AZ yazır ki, üəllimlərin Ovqat.com-a verdiyi məlumata görə, Fuad Nəcəfli onları diqqətlə dinləyib və eşitdiklərinə təəccüblənib.

Direktor müəllimədən yarıçılpaq dərs keçməyi tələb edib

Fuad Nəcəflinin ən çox diqqətini cəlb edən məsələlərdən biri bütün müəllimlərin eyni cür geyinməsi olub. Bunun bir uniforma olub-olmadığı ilə maraqlanıb. Müəllimlər uzun illərdir bu uniforma ilə dərsə girdiklərini bildiriblər. Onlardan biri hətta deyib ki, kasıb olduğundan məktəb forması ala bilmir. Məcburən uniformadakı ağ köynək əvəzinə ağ sviter geyinir. 12 saylı məktəbə direktor təyin olunan Turan müəllimə işə başlayar-başlamaz onun dərs dediyi sinifə daxil olub və müəlliməyə geyimini irad tutub. Ondan dərhal, uşaqların yayında sviterini çıxarmağı və çılpaq dərs keçməyi tələb edib. Müəllim bu tələbi rədd edəndə isə onu işdən çıxarmaqla hədələyib.
Ardını oxu...
Fuad Nəcəflinin müəllim uniforması barədə düşüncələri

Fuad Nəcəfli bu şikayəti eşidəndə təəccübünü gizlədə bilməyib və Təhsil naziri Rəhman Məmmədovdan müəllimlərin niyə və nə zamandan uniforma geyindiklərini soruşub. Nazir isə bildirib ki, 15 ildir Naxçıvan müəllimləri uniforma geyinirlər. Xüsusi nümayəndə bu qərarın anormal olduğunu bildirib və müəllimlərə qul kimi davranmaq kimi xarakterizə edib. O deyib ki, əksinə müasir məktəb xalqın gələcəyi olan yeni nəslə azad vətəndaş kimi yetişməyi təlqin etməlidir. Bunu isə müəllimlər öz sərbəstliyi ilə şagirdlərinə nümayiş etdirməli və nümunə olmalıdırlar. Fuad Nəcəflinin fikrincə, şagirdlər üçün xüsusi uniformaların tələb edilməsi onlarda bir şəxsiyyət kimi intizamlı olmaq xüsusiyyəti yaratdığı üçün lazımdır. Müəllimlər isə artıq şəxsiyyətdirlər və onlar bəlli çərçivə daxilində istədikləri kimi geyinə bilərlər.

Turan Məmmədli necə xüsusi nümayəndənin adamıdır?

Müəllimlərin dediyinə görə, Turan Məmmədli onlara bu vəzifəyə Fuad Nəcəfli tərəfindən təyin edildiyini və heç kimi ona bata bilməyəcəklərini bildirib. Fuad Nəcəfli bu məlumata da təəccüblənib və Turan xanımın “onun necə adamı” olması barədə də danışıb. Deyib ki, 12 saylı məktəbin direktoru olmadığını eşidib və Naxçıvanın köhnə rəhbərliyindən ora uyğun bir namizəd verilməsini tələb edib. Rəhbərlik isə Turan Məmmədlini məsləhət biliblər. Namizədin şəxsi işi ilə tanış olan xüsusi nümayəndə onun elmlər namizədi olduğunu, uzun illər müxtəlif məktəblərdə işlədiyini, hətta Payız kənd məktəbində direktorluq etdiyini öyrənib və onun həqiqətən də uyğun namizəd ola biləcəyinə qərar verib. Əgər o, Turan Məmmədlinin direktorluğunun ilk günündə özünü kobud aparacağını bilsəydi, təbii ki, bu namizəd üzərində dayanmazdı. Müəllimlərlə söhbətində Fuad Nəcəfli məktəbin direkorunu onların özləri tərəfindən seçilməsini təklif edib. Bildirib ki, direktoru özünüz seçin, mən onu bu vəzifəyə təyin edim. Müəllimlər bazarertəsi günü direktoru seçəcəklərinə söz veriblər.
Ardını oxu...
Turan Məmmədlinin iş yükü

Mənbəmizin iddiasına görə, Turan Məmmədli heç də 12 saylı məktəbdə “ölü canlar” ovu ilə məşğul olmayıb. Əksinə, digər biologiya müəllimlərinin dərs yükünü azaltmaqla özünə dərs saatı toplamaq istəyib. Müəllimlər indi də onun bu “acgözlüyünü” anlaya bilmirlər. Bildirirlər ki, Turan Məmmədli həm deputatdır, həm Payız məktəbinin direktoru, həm Ali Məclisdə bir komissiyanın üzvü, həm Naxçıvan Dövlət Universitetində müəllim, həm də “Sevil” Qadınlar Cəmiyyətinin Muxtar Respublika üzrə nümayəndəsi. “Üstəlik, 12 saylı məktəbə də direktor təyin olunub. Bu da azmış kimi, bir də 12 saylı məktəbdə biologiya müəllimlərinin dərsinə göz dikib. Bir insan hətta əjdəha olsa bu qədər işi necə çatdıra bilər?”, - müəllimlər belə deyib.
Ardını oxu...
Sabiq Təhsil nazirinin münasibəti

Naxçıvanın sabiq Təhsil naziri Nazim Əkbərov paylaşımlarımızdan birinin altında yazdığı rəydə bu suala belə cavab verir:

“Heydər bəy, yayılan məlumatda hansı müəllimin nə qədər dərs yükü var və onun nə qədəri ondan alınır, bu barədə məlumat verilmir.

Qanuna görə, bir oklad dərs yükü bir məmurun həftədə 41 saat iş gününə bərabərdir. Yəni həftədə 18 saat dərs deyən bir muəllim hər gün 3-4 saat dərsdən əlavə sinif iclaslarinda, fənn birləşmə iclaslarinda, direktor yanında müşavirədə iştirak etməklə yanaşı şagirdlərlə fərdi və qrup işi aparmalı, valideynlərlə işləməli, şagirdlərin dərsi mənimsəmə faizini müəyyən etməli və qüsurları aradan qaldırmaq üçün tədbirlər görməlidir.

Bizdə müəllim tarixən o qədər boş buraxılıb ki, bu gün hansı müəllimə bunları desən, gözləri təpəsinə çıxar. Bizim müəllimlər obyektiv və subyektiv səbəblərdən dərs deyib evə getməyə vərdiş ediblər. Halbuki onlar dünyanın ən məsul vəzifəsini - yarım əsr sonra üçun adam yetişdirmək vəzifəsini yerinə yetirməlidirlər”.

Nazim müəllimin rəyini əlavə şərh etməyə ehtiyac duymuruq.

“Turan xanım “xanzadə” Seymurun 1 nömrəli adamıdır”

12 saylı məktəbin müəllimləri 2 günlük direktorunun onlara qarşı kobud davranışından da narazıdırlar. Dediklərinə görə, məktəbə gələr-gəlməz “fironluğa” başlayan Turan müəllimə onları qadın adına yaraşmaz sözlərlə təhqir edib.

O ki qaldı Turan müəlliməyə, Təhsil naziri Rəhman Məmmədov və Ali Məclisin sədr əvəzi Azər Zeynalov tərəfindən təxribat qurulmasına, həmsöhbətlərimiz bu iddia ilə razılaşmırlar. Müəllimlərin dediklərinə görə, əksinə, 12 saylı məktəbdə məlum insident çıxanda Təhsil naziri onları sakitləşdirməyə çalışırdı ki, hay-küy gedib Fuad Nəcəflinin qulağına çatmasın: “Turan xanım əslində Azər Zeynalovun və Rəhman Məmmədovun adamıdır. Bunu onun Ali Məclisin deputatı olması da təsdiqləyir. Sizcə, bu qadın “xan” rejiminin ən yaxın adamı olmasaydı, onu deputat seçərdilərmi? Naxçıvan Ali Məclisinin indiki tərkibi “xanzadə” Seymur Talıbov tərəfindən müəyyənləşdirilib. Onun ən aparıcı kadrlarından biri də Turan Məmmədli olub. Təsadüfi deyil ki, Turan Məmmədli eyni anda 4-5 yerdə işləyərək faktiki həmin həmin qurumlara nəzarət edib”.

Müəllimlər o fikirlə razılaşırlar ki, Turan Məmmədli üzərində həqiqətən də bir təxribat qurulub. Və bu təxribatı quran Naxçıvanın Təhsili naziri Rəhman Məmmədov və Azər Zeynalov ola bilər. Məqsəd təbii ki, Fuad Nəcəflinin ayağının altını qazmaq, onun fəaliyyətinə kölgə salmaq və Prezidentin Naxçıvanla bağlı islahatlarını sabotaj etməkdir. Həmsöhbətlərimiz bizim vasitəmizlə Fuad Nəcəfliyə də öz məsləhətlərini əsirgəmədilər: “Cənab Fuad müəllim, çalışın, bir yerə gedəndə Azər Zeynalovu öz yanınıza salıb aparmayasınız. Əmin olun ki, o, sizə dizgün informasiya vermir və sizi əks istiqamətlərə yönləndirir”.
 
 
 
Ardını oxu...
Kompleks Qazma İşləri Trestində acınacaqlı mənzərə hökm sürüb. DİA.AZ bildirir ki, bu barədə tanınmış insan hüquqları müdafiəçisi, “Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” (NHMT) İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı növbəti paylaşımında qeyd edib.

M.Qəhrəmanlı narazı neftçilərə istinadən yazır: "Kompleks Qazma İşleri Trestində vəziyyət pisdir. İşçiləri 1 ay quruya, 2 ay dənizə göndərirlər. Elə vaxt olur ki, hava şəraiti əlverişsiz olur, külək olur... getmək olmur... Günlərini yığa bilmirlər. Elə olan vaxtı idarəyə cağırırlar... - Sahil qəsəbəsindəki qaraja - "tanpanaj"a cağırırlar.

Hər gün ora get-gəl... Quru növbəsi çatanda da işçləri ora çağırırlar... Gedib-gəlmək bir ayrı zülümdür. Nə düzgün dənzdə gün yığmaq olmur, nə də quruda...

Hər kəsin borcu-xerci... bank krediti var... Vəziyyət çox pisdir. Əksər hallarda gecə pullarımız da kəsilir. Yazmırlar... İndi də 12 saatlıq iş rejiminde işləyrik. Onu kəsib ediblər 10 saat. 2 saatımızı kəsirlər və nəticədə əməkhaqında azalma olub.

Bu ay 16 is günümüzdən 2 gününü kəsiblər. 250-300 manat əməkhaqqımızı kəsiblər. Xahiş edirəm, köməllik edəsiniz..."

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 
Ardını oxu...
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qarşısı qələbəlikldir. Muxtar respublikanın hər yerindən vətəndaşlar öz şikayətlərini çatdırmağa tələsirlər.

Toplum tv-nin əməkdaşı təkcə Naxçıvan şəhərində yox, muxtar respublikanın fərqli bölgələrinə də baş çəkib. Culfanın Bənəniyar kənd sakinləri Ali Məclisin keçmiş sədri Vasif Talıbovun dövründə ögey münasibətlə qarşılaşdıqlarını deyirlər, onun dövründə kəndə hərbi texnikanın vasitəsilə girən polisin bənəyarlılara divan tutduğunu, işgəncələrdən az sonra bir nəfərin həyatını itirdiyini bildirirlər. Hüquq-mühafizə orqanlarının yeni rəhbərliyi 13 il öncə əvvəl baş verənləri araşdırmağa başlayıb.

Vasif Talıbovun istefasından sonra yerli mediada onun ailəsinin qazandığı milyonlar haqda danışılmağa başlandı. Bənənyar sakinlərisə deyirlər ki, bu naxçıvanlılar üçün yenilik deyil.

Muxtar respublikada başlıca problemlərdən biri işsizlikdir. Bu üzdən çoxları ya Türkiyəyə üz tutur, ya ölkə paytaxı Bakıya. Ona görə də kəndlər boşalır. Belə kəndlərdən biri də Şərurun Ərəbyengicə kəndidir. Ərəbyengicədən olan Əli Seyidov hakimiyyətdəki dəyişikliklər haqqında nikbin düşünür. Deyir, özünün bundan sonra nələrsə arzulamaq üçün yaşı ötsə, gənclər üçün kəndin abadlığa çevrilməsini istəyir.

Muxtar Respublikada keçmişdən çox danışılsa da, sakinlər daha çox gələcəyi, bundan sonranı düşünürlər. Bundan sonra naxçıvanlılar rahat nəfəs ala, iş qura, tərk etdikləri evlərinə qayıda, ailələrinə çörək qazana biləcəklərmi? Siyasi fəaliyyətlərinə görə təqib olunmayaqlar ki, ayrı-seçkiliklə üzləşməyəcəklər ki? Yeni rəhbərliyin təyinatından bir aydan çox keçir. Naxçıvanlılar hələlik xüsusi fərq hiss etmədiklərini deyirlər.

Toplum TV
 
Ardını oxu...
İcbari Tibbi Sığorta insanlara rahatçılıq yox, problemlər gətirdi. Bu gün əhalinin çox hissəsi üçün icbari tibbi sığorta əlçatan deyil. Bunun ən ciddi səbəbi bürokratik əngəllərdir, amma başqa səbəbləri də var.

Maraqlıdır ki, icbari tibbi sığortanın tətbiqindən ən çox əziyyət çəkən dövlət tibb müəssisələrində çalışan personaldır. Əldə etdiyimiz məlumatlara görə icbari tibbi sığorta paketində bir həkim üçün bir müayinə üçün 60 qəpik bonus nəzərdə tutulub. Ən pisi də odur ki, əgər həkim hansısa xəstədə icbari tibbi sığorta paketinə daxil olmayan xəstəlik aşkar edərsə, yaxud xəstənin sağlam olması aşkar olunarsa, onda həkim 15 manat cərimə verməli olur.

Artıq insanlar arasında nostalji duyğular baş qaldırır. Çoxları narazılıqla deyir ki, heyf deyildi əvvəlki illər:

“Gedib pulumuzu verib müalicə olunurduq. Amma indi həm pulumuz gedir, həm canımız”
Məsələ ilə bağlı tanınmış həkim Aydın Əliyevin fikirlərini öyrəndik.

Bizim.Media ilə söhbətində o icbari tibbi sığorta sahəsində çox ciddi problemlərin olduğunu söylədi:

“Bir sıra xəstəliklər var ki, onların müayinə və müalicəsi ümumiyyətlə icbari tibbi sığorta paketinə daxil edilməyib.Halbuki, bütün xəstəliklər sığorta paketinə daxil edilməlidir. İnsan kefindən xəstələnmir. Və tutulduğu xəstəliyi də insan öz istəyi ilə seçmir. Əgər biz keyfiyyətli tibbi xidmətdən danışırıqsa onda bütün xəstəliklər icbari tibbi sığorta paketinə daxil edilməlidir.Ağır və imkansız xəstələr dəfələrlə mənə də müraciət ediblər. Biz də TƏBİB-ə demişik. Onlarda rahatçılıqla xəstəyə yardım etməkdən imtina ediblər ki, bu xəstəlik paketə daxil deyil. Bir faktı deyim. Dünyada və Azərbaycanda ən geniş yayılmış xəstəliklərdən biri onkoloji xəstəliklərdir. Təəssüflər olsun ki, onkoloji xəstəliklər icbari tibbi sığorta paketinə daxil deyil. Bu faciəvi və izahı mümkün olmayan bir haldır”.

Aydın Əliyev qeyd etdi ki, təəssüf və təəcüb doğuran məqamlardan biri də həkimlərə müayinə və müalicə üçün icbari tibbi sığortadan düşən qəpik-quruşdur:

“Bu azmış kimi həmin qəpik-quruş da aylarla gecikdirilir, verilmir. Hətta 6-8 ay zəhmət haqqını almayan həkimlər var. Ən yaxşı halda həkimlərin bonusu 3 ay müddətinə verilir. Həkimlərdə çox ciddi narazılq və narahatçılıq var. Mən çoxlu sayda həkim tanıyıram ki, bu və digər səbəblər üzündən TƏBİB-in xəstəxanalarından işdən çıxıblar. Həkimlə xəstəni qoyublar üz-üzə. Əhalini yönəldirlər icbari tibbi sığortaya. Amma xidmət bədnam gündədir. Ciddi həkim çatışmazlığı var. O gün bir xəstə mənə deyir ki, rayondan gəlmişəm. Göndərişlə getmişdim dövlət xəstəxanasına. Növbədə 71-ci adam idim. Baxdım ki, bu gün mənə növbə çatmayacaq. Ona görə bura gəldim. Çox təəssüf ki, icbari tibbi sığortadan gözlədiklərimiz olmadı”.

Bütün bunlar isə məcburi rüşvət mexanizminə yol açır. Həkimlər yenə xəstələrin əlinə göz dikir. Özəl xəstəxanalarda müxtəlif predmet adı ilə pasiyentdən aldadıb pul alırlar və izah edirlər ki, istifadə olunan bu nəsnə sığorta paketində yoxdur.

İcbari Tibbi Sığortadan göndəriş almaq üçün yerlərdə həkimlər xəstədən tətbiq olunan paketə uyğun rüşvət tələb edirlər. Çünki orada oturan İcbari Tibbi Sığorta əməkdaşı həkim rəyinə əsaslanıb təsdiq verir. Bu cür hallar sayılmaqla qurtarmaz.

Əcaib bir vəziyyət alınıb. Həm büdcədən pul ayrılır, həm də vətəndaş əziyyət çəkir. Nə etməli?

Bu istiqamətdə araşdırmamız konkret faktlarla davam edəcək.
Bizim.Media
Ardını oxu...
İlk öncə onu qeyd edək ki, 2 nəfərin işlədiyi dönərxanada, 4 nəfərin işlədiyi gözəllik salonunda, dəlləkxanada, yaxud 10 nəfərin işlədiyi restoranda və s ciddi etiraz ola bilməz. Böyük etirazlar böyük işçi qüvvəsinin olduğu məkanda baş verir. Bir az da açıq yazsam, Yusif Qədimbəyli kimilər əslində öz əlləri ilə öz qəbirlərini qazıblar.
Bəli, yaxın zamanda Yusif Qədimbəylinin aqibətini görəcəksiniz. Qısa məlumat üçün qeyd edim ki, söhbət Cənubi Qafqazın ən böyük ticarət mərkəzi olan Sədərək Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylidən gedir. Bir az da izahat verək ki, bura adi ticarət mərkəzi deyil, hər gün Rusiyadan, Türkiyədən, İrandan, qonşu Dağıstandan, Gürcüstandan və s bura yüzlərlə, minlərlə tacir, sahibkar, biznesmen gəlir. Bura hətta uzaq Çindən yüzlərlə məhsul dolu tırlar gəlir. Adi hesablama ilə bilmək olar ki, Sədərək ticarət mərkəzinin ticarət dövriyyəsi nəinki 100 milyonlar, hətta milyardlarla ölçülür. Bəli, milyardlar sizə təəccüblü gəlməsin. Əgər Vasif Talıbovun oğlunun təkcə İsveç bankında 1 MİLYARDI tapılıbsa, Sədərək ticarət mərkəzi üçün 1 milyard adi rəqəmdir. Sədərək Ticarət Mərkəzində yüzlərlə, minlərlə xırda dükanlar var. İndi burada işləyən insanların sayını, alıcıların sayını təsəvvür edin. Biz yazının girişində dəlləkxana, dönərxana söhbətini əbəs yerə eləmədik. Bəli, burada milyardlarla vəsait dövr edir.
Təsəvvür edin ki, Qafqazın bu boyda Ticarət Mərkəzində vergi, rüsum söhbəti neçə illərdir ki, yoxdur. Deməli, 100 milyionlar, milyardlar vergidən yayındırılıb. Yusif Qədimbəyli deyirmiş ki, buranın vergi naziri də, gömrük naziri də, baş prokuroru da özüməm. Təsəvvür edirsiniz, bu neçə ildə milyadrların dövr elədiyi Ticarət Mərkəzində bircə nəfərə də 1 manatlıq çek verilməyib. Burada yüzlərlə, minlərlə fiziki, hüquqi şəxs çalışır. Və hamısı deyir kİ, özümüz üçün VÖEN açıb vaxtlı-vaxtında vergimizi ödəmək istəyirik. Amma Yusif Qədimbəyli və onun qoçuları deyir ki, pulu bizə verin, vergini biz ödəməliyik. Axı, nəyə görə, sahibkar vergisini özü ödəməməlidir..?
İndi hesablayın ki, bu illər ərzində Yusif Qədimbəyli neçə yüz milyon, milyard vergini oğurlayıb... Biz Yusif Qədimbəylinin əməlləri barədə uzun-uzadı yazmaq istəmirik. Onunla bağlı son məlumatlara nəzər salaq. Xəbər başlıqlarına fikir verin... “Sədərək”də inqilab.... “Sədərəkdə” sahibkarlar ayağa qalxdı... və s.
“Sədərək” Ticarət mərkəzində işləyən sahibkarlar deyir ki, onların ödədikləri vergilər və icarə haqqı üçün onlara heç bir qəbz verilmir. Sahibkarlar yer haqqının tez-tez artırılmasından, karqo xidmətlərinin qanunsuz olmasından şikayət edirlər. Belə ki, bazarda çalışan hər bir sahibkar xaricdən gələn malın öz adına gətirilməsini tələb etsə də... buna nail ola bilmir. Yusif Qədimbəyli deyir ki, yüklər onun şirkətinin adına vurulmalıdır. Və yüklər sahibkarlara qanuni yolla, faktura ilə deyil, razılaşma yolu ilə verilməlidir.
İndi təsəvvür edin də, bura nə deməkdir. Bu hələ harasıdır..? Son vaxtlar Yusif Qədimbəyli göstəriş verib ki.... Hər dükan sahibindən 7-8 min pul alın və sahəsini 10 kv.m böyüdün. Dükan sahibləri deyir ki, bizə sahəni genişləndirməyə ehtiyac yoxdur, biz istəmirik... Amma Yusif Qədimbəylinin qoçuları deyir ki, pulları bura verin, biz bilərik... Naəlac qalan 1000 nəfər dükan sahibi deyir ki, yaxşı 7-8 mini hissə-hissə 500 manat ödəyək. Ay hay. Yusif Qədimbəyli deyib ki, pulu bir dəfəyə verməlisiniz. Hə, Yusif Qədimbəyli, bu dəfə səni nəinki keçmişdə Prezident Aparatında Əli Həsənovun köməkçisi işləyən oğlun Orxan, heç Ramiz Ənvəroviç də xilas edə bilməyəcək. 1000 nəfərlərin ağzını yummaq sizə asan gəlməsin. Bəli, düz oxudunuz Yusif Qədimbəylinin o qədər imkanları artıq olub ki, oğlu gedib çıxıb aparata. Bu haqda növbəti sayımızda. //gundelik-baku.com//
 
 
 
Ardını oxu...
“Çiyninin üzərində daşıdığı yuvarlaq nəsnənin içərisində azacıq beyin olanlar bilir ki, 2021-ci ildə hər hansı müzakirə olmadan “göydən düşən” Media Qanunu layihəsi parlamentə təqdim olunandan bu qanun layihəsinin legitim olmadığını, gətirilən müddəaların əksəriyyətinin nə beynəlxalq media standartlarına, nə ölkə Konstitusiyasına, nə də Avropa Konvensiyasına uyduğunu, dəyişməli olduğunu yüksək səslə müxtəlif platformalarda bəyan etmişəm. Dəyişməsi üçün cəhdlərimiz də olub, təkliflər də vermişik və s. Amma təəssüf ki, gözünü, qulağını bağlayan məsul tərəf “oldu-bitdi”yə gətirməni seçib. Sonra Avropa Şurası Venesiya Komisyası da qanunun keyfiyyətsizliyini vurğulayıb və hökumətə bunu dəyişdirməyi təklif edib. Buna baxmayaraq, başını quma soxan dəvəquşu misalı bu legitim məqsədlərə xidmət etməyən, demokratik cəmiyyətdə media azadlığını tamamilə kontrol-icazəli sistemə soxan, jurnalisti yalnız öz biçdiyi libasa soxan qanunu icra etməyə israrla davam edilib”.
DİA.AZ yeniavaz.com-a istinadla xəbər verir ki, bunları media eksperti və hüquq müdafiəçisi Ələsgər Məmmədli sosial şəbəkə hesabında yazıb.
“2022-nin sentyabrından Media Reyestrinin caynaqları itilənib və media subyektlərinə, jurnalistlərə sancılmağa başlayıb. Agentliyin öz rəsmi yaydığı məlumatda 160 müraciətin yalnız 120-ə müsbət cavab verildiyi bildirilib. Yəni, “biz sadəcə mövcud medianı nizama salırıq - vahid reyestr yaradırıq” deyilməsinə baxmayaraq, hər dörd müraciətin biri rədd edilib. 25% media subyekti kənara itilib və yeni qanunun “standartlarına” görə “yox” sayılıb.
Bu zaman çoxsaylı media qurumları və jurnalistlər müxtəlif vasitələrlə bunu ya ictimailəşdirir ya da şəxsi əlaqə yaradıb, necə həll edəcəklərini öyrənmək üçün yol soruşur. Bu prossesdən zərər çəkənlərin sayı artdığına görə, illərin jurnalistlərinə, hər gün efirdə xəbər oxuyanlara “sən bizim qanuna görə jurnalist deyilsən” cavabları verildiyinə görə bir qrup müstəqil jurnalist bu məsələnin həllinin zəruriliyini yenidən gündəmə gətirib və bir müraciət hazırlayıb. Əlbəttə belə müraciət mənim tərəfimdən də təbii olaraq dəstəklənib.
İndi baxıram mərkəzləşmiş şəkildə Media Agentliyi bu prossesi haqlı olaraq tənqid edən və düzəlməsini istəyən şəxsləri hədəfə alır, öz çirkin “direktivlər”ini məcburi şəkildə bəzi media qurumlarına yaydırmağa başlayıb. Üstəlik bu zaman da yenə mürəkkəbi qurumayan Media Qanunun 14-cü maddəsinin tələbini ciddi şəkildə pozaraq, həm faktları və hadisələri qərəzli və qeyri-obyektiv təqdim edir, birtərəfliliyə yol verərək şəxslərin mövqeyinə yer vermir, həm də açıq sübut edə bilməyəcəkləri böhtana əl atırlar.
Amma unutduqları bir məqam da odur ki, mənə yönələn bütün təhqir-böhtan, qaralamanın müzakirə yeri məhkəmələr olacaq. Balığın sudan qorxusu olmaz”, - Ə.Məmmədli bildirib.
 
Ardını oxu...
Amma “Azəristiliktəchizat”da problemlər qalmaqda davam edir...
İlham Mirzəliyev Yaşar Həsənovdan qalma problemləri aradan qaldırmağa çalışır, amma... Haqqında bəhs edəcəyimiz “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti haqqında qısaca onu qeyd edək ki, qurum “Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında ”Azərbaycan Respublikası Prezidentinin 08 iyun 2005-ci il tarixli 847 saylı sərəncamına əsasən yaradılmış və vəzifəsi Bakı şəhərində və Respublikanın Regionlarında yaşayış evlərinin və binalarının, təhsil, səhiyyə müəssisələrinin və digər sosial təyinatlı obyektlərin istilik təchizatını təmin etməkdən ibarətdir. “Azəristiliktəchizat” ASC ölkəmizin 60-a yaxın şəhər və rayonunda 184 minə yaxın mənzil, 287 məktəb, 162 uşaq bağçası, 152 səhiyyə müəssisəsi və 2230 digər sosial və təsərrüfat obyektlərini istiliklə təmin etməlidir.
Gəlin görək təmin edə bilirmi..? Bu məqamda cənab Prezidentin dediyi cümləyə istinad edək: “Biz “Azəristiliktəchizat”-ı yaratdıq ki, Bakının və bütün ölkənin istilik problemini aradan qaldıraq.” Problem aradan qalxdımı..?
Həə, indi gələk mətləb üstünə. Belə ki, 2006-2013-cü illərdə dövlət büdcəsindən bu quruma 110 milyon manat ayrılıb. 2013-cü il üçün bu quruma 25 milyon manat vəsait yönəlib. 135 milyon vəsait hara gedib..? Hər il söz verirlər ki, ASC qışa hazırdır. Amma, dekabr, yanvar ayında sakinlər istilik üzünə həsrət qalırlar.
Təsəvvür edirsiniz, bu qurum cəmi 6 ay işləmədir, yəni noyabrın 15-dən aprelin 15-nə kimi. Amma nəinki noyabr, heç dekabrda istilik gəlmir. Məktəblərdə, uşaq bağçalarında, xəstəxanalarda istilik olmur.
Bilənlər bilir ki, Rusiyada 20-30 dərəcə şaxta olanda belə binaların mənzilləri deyil ee, “podyezd”lər istidən buğlanır. Bəs bizdə niyə şaxta-filan olmaya-olmaya insanlar evlərində donur, xəstəlik tapırlar. Hələ bu harasıdır..? Keçənil məlum oldu ki, ASC-nin 41 milyon manat borcu var. Bu məbləğin 25 milyon manatı “Azəriqaz”a olan borc idi. Ən dəhşətlisi odur ki, bu borcun böyük hissəsini dövlət ödəməli oldu.
Məlumdur ki, “Azəristiliktəchizat” ASC 2005-ci ildə yaranıb və həmin vaxtdan, 7 fevral 2022-ci ilədək Yaşar Həsənov quruma rəhbərlik edib.
Onu da qeyd edək ki, Yaşar Həsənov Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun ən yaxın adamı olub, yəni onun kadrı idi. Bir soruşan olmadı ki, bu borcu niyə dövlət ödəməlidir..? Qoy Yaşar Həsənov oğlunun 300 min manatlıq avtomobilini, villasını satıb ödəsin də.. 17 il ərzində Yaşar Həsənov ASC-nin adından saxta tenderlər keçirərək milyonlara sahib olub. Və nəticədə ASC borc içərisində batır. Yəqin ki, çoxlarının yadında olar ki, ötən qış 25 milyon qaz borcuna görə Azəriqaz ASC-yə qaz verməkdən imtina edirdi. Sonda dövlət məcbur olub borcu ödəmli oldu. Bəli, Yaşar Həsənov bütün qanunları pozaraq vergi borcu olan şirkətləri tenderdə qalib elan edirdi. Ancaq məlumdur ki, vergi borcu olan şirkətlər tenderdə iştirak edə bilməz. Təsəvvür edirsiniz ASC-nin hər bir rayonda idarəsi fəaliyyət göstərir. ASC-nin saytına girib baxıram.
Təsəvvür edirsiniz, ASC sədrinin İSLAHATLAR üzrə MÜŞAVİRİ vəzifəsi var. Ay adamlar, nə islahat, nə müşavir, qazanxanaya, nə bilim istilik turbalarına nə islahat..? Bax, beləcə milyonları basıb yeyirlər, milyonlar qazanırlar. Və sonda rahatca canlarını qurtarıb gedirlər, oğurladıqları milyonları rahatca xərcləməyə.
Bəli, 1 il öncə, yəni 7 fevral 2022-ci il tarixdə cənab Prezidentin sərəncamı il 17 il ASC-yə sədrlik etmiş Yaşar Həsənov vəzifəsindən azad edildi. Və yerinə müvəqqəti olaraq onun müavini İlham Mirzəliyev təyin edildi.
Görəsən, ölkənin müvafiq dövlət qurumları nə üçün Yaşar Həsənovun 17 illik yarıtmaz fəaliyyətini yoxlayıb mənimsədiyi milyonları büdcəyə qaytarmadılar..? Nə üçün Yaşar Həsənov həbs olunmadı..?
İndi gələk hazırkı duruma. Yenə ASC sakinləri istiliklə normal təmin edə bilmir. Biz başa düşürük ki, ASC-nin sədri vəzifəsini müvəqqəti olaraq cənab İlham Mirzəyev 5-6 ayda köklü müsbət dəyişikliyə nail ola bilməz. Düzdür, İlham Mirzəliyev yerlərdə sakinlərlə görüşür, problemləri aradan qaldırmağa çalışır. Amma yenə İlham müəllimə müraciət edirik ki, heç olmasa, gündə 3-4 saat normal istilik verin, insanların durumunu anlayın. Gundelik Baki.com/
 

Ardını oxu...
DİA.AZ: - Tanınmış insan hüquqları müdafiəçisi, “Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” (NHMT) İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı növbəti dəfə Neft Daşlarında çalışan işçilərə istinadla ilginc bir faktı açıqlayıb. DİA.AZ bildirir ki, hər hald, gərəkən qurumların bu faktı diqqətə alması ortaya çox ciddi mətləbləri çıxara bilər. Söhbət burada təbii ki, dövlətə aid imkanların şəxsi məqsədlər üçün istifadəsi və digər qanun pozuntularından gedir.

Beləliklə, M.Qəhrəmanlı nefçilərə istinadla yazır: "Neft Daşlarına gedən "Qara Qarayev" gəmisinə ilk öncə "Xəzəriaşə"nin işçisi Akifin yük konteynerləri yüklənir. Daha sonra neftçilər gəmiyə daxil ola bilər. Bu müddət ərzində isə neftçilər soyuq havada bu mənzərəni izləmək məcburiyyətində qalırlar.

Ardını oxu...

"Qara Qarayev" gəmisi nəzərdə tutulandan artıq yüklədiyi üçün, gəmi son vaxtlar təmirə dayanmaq məcburiyyətində qalir.Əvvəllər öncə işçilər düşüb mindikdən sonra konteynerlər yüklənib boşalardı.
İndi isə öncə Akifin konteynerləri sonra neftçilər..."

Ardını oxu...

DİA.AZ bildirir ki, NHMT sədri sonda işçilərin arzusunu da yuxarı instansiyaların diqqətinə təqdim edir: "Çox istərdik ki bu özbaşınalığa birdəfəlik son qoyulsun.

Gəmi sərnişinləri daşımaq üçün nəzərdə tutulub. Akifin konteynerlərini daşımaq üçün deyil..."

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...
 
Ardını oxu...
Azərbaycanda küçələrin açıq qumarxanalara çevrildiyi məsələsi zaman-zaman gündəmə gəlir. “Azərlotereya” ASC-nin hər küçənin tinində açdığı piştaxtaların önünü görəndə, insanlarımızın “şans” urğunda apardığı mübarizəyə baxanda həqiqətən də ürək ağrıyır.

TEREF.AZ-ın yazdığına görə, "Azərbaycan Reallığı" xəbər verir ki , şirkət aşkar formada və sadə yolla insanları bu oyunlara sürükləyir; küçələrdə, məhəllələrdə, metro çıxışlarında, bazarlarda, dayanacaqlarda, az qala hər tin başında, o cümlədən rayonlarda “Poz, qazan” oyunları təşkil edir.

Böyük rus şairinin məşhur bir sözü var. ”Alışqanlıq cənnətin yerinə keçər, xoşbəxtliyin yerini alar”.Bəs bizi cənnətdən edən nədir? Yerimizi kim tutub? Çox maraqlı cavabı var.

Gələcək aylarda artıq 1 il olar ki, cəmiyyətimiz bu alışqanlıqdan əziyyət çəkir. Söhbət bizə böyük “xoşbəxtlik” gətirəcək “Azərlotereya” ASC inin mədəni qumar lahiyələrindən gedir.

Dünyanın hər yerində mədəni qumar mövcüddür.Lakin sərvəti ilə dünyanı bürüyən Azərbaycan kimi yox.

Bakı hal hazırda insanların “uduş” mərkəzinə çevrilib. Bəs qazananlar var? Cavab şübhə altındadır. Son bir ildə “Azərlotereya”-nın verdiyi məlumata əsasən 1000 manata yaxın pul udulub. Çox gülünc vəziyyət yaranır.

24 minlik maşınını və evlərini “Azərloterya” nın mədəni qumar lahiyələrinə qurban verilər. Görünən odur ki, birmənalı olaraq “Azərloterya” bizi tam şəkildə ələ salır. İndi bir sualda ortaya çıxır, insanlarımızı buna alışdıran nədir?

Təbiiki bəzilərimiz, daha doğrusu çoxumuz artıq gündəlik həyat tərzimizi “Azərlotereya”– nın Bakı küçələrindəki mədəni qumar oyununa həsr edirik. Çox təssüf k, insanlar qeyri-reallığı real kimi qəbul edirlər.Cəmiyyət lahiyəçilərin öz hazıladığı müştərilərinə tuş gəlirlər. Daha bir gülməli, həmdə ağlamlı olayla rastlaşırıq. Allahın bəndəsi 1 ni sildi, 2 ni sildi, 3 də uddu. Bəli o çox sevindi ki, qazanmışam. Nə qədər 1 manat. Bəs özün nə qədər verdin 3 manat.

Belə bir vaxtda yenidən rus ədəbiyyatına müraciət etmək yerinə düşər.

“Oyun bitəndə şahda, piyadada eyni qutuya qoyulur“

Millətin pulu bitəndə “xoşbəxtlik” gətirən kağız parçasıda, piyadasıda qutuda toz içində yatır.

Belə ağlamlı vəziyyət içində “Azərloterya” insanları “soyundurmaq” lahiyəsini uğurla davam etdirir. Həmdə böyük muzdlu müştəriləri ilə.

Qurum niyə bu işlə məşğuldur?

Hətta bu yaxınlarda rəhbər Zafer Reisoğlunun mediyaya verdiyi müsahibəsidə ciddi marağa səbəb olub.

Reisoğlu hələ lotereyaların “uğurlarından” danışır.

Həmçinin mətbuata verdiyi müsahibəsində yeni “iş yerlərinin açılması “məsələsinə toxunub. Mədəni qumarla hansı iş yeri açıla bilər ki. Yəqin Zafer müəllim tin, dalanlarda, ayaqaltılarda qurulan piştaxtaları iş yeri adlandırır. Sonrada millətə “məsuliyyətli oyna” deyir. Reisoğlu şans oyununda “məsuliyyətdən” danışır.

Hamımıza bəlli olmalıdır ki, bu lahiyələr milləti acınacaqlı vəziyyətə gətirməkdən başqa bir şey deyil. Hələ “Azərlotereya” haçan insaflı olacaq o da, şübhə altındadır. Çünki onlar milləti ələ salmağa öyrəşiblər. Bu onların hobbisinə çevirilib. Necədə “xoşbəxt” insanlarıq ki, barmağımızı oynadaraq, kağız parçasının üstündəki “cənnətə aparan yola” keçmək üçün mübarizə aparırıq.

Yanlız bunu demək yerinə düşər ki, insanlarımız yaxşı olardı ki, mədəni qumar yox, halal çörək qazansınlar. Bizə böyük “xoşbəxtlik” aşılayan “cənnət rəmzi” “Azərloterya” nıda insaflı olmağa dəlalət etmək ən doğrusdur.
 

Dünyapress TV

Xəbər lenti