• BAŞ SƏHİFƏ
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • HADİSƏ
  • İDMAN
  • ŞOU
  • DİGƏR
    • Gündəm
    • Hərbi
    • Qarabağ
    • Texnologiya
    • Sağlamlıq
    • Köşə yazıları
    • Qadın dünyası
    • Diqqət mərkəzi
    • Müsahibə

Lənkəranda qanunsuz “kupça” əməliyyatı: məhkəmə və dövlətə hökm edən kimlərdir?

Yaradılıb 08.08.2023 10:55 | Baxış sayı: 230
Ardını oxu...
Lənkəran şəhəri Füzuli küçəsi 7 ünvanında (Lənkəran Nəqliyyat Müəsisəsi “MTS” ərazisi) tikilən 8 mərtəbəli yaşayış binası sözün həqiqi mənasında dövlətə və qanunlara meydan oxuyan qalaya çevrilib.

Dövlət qurumları da “Yox” deyib

Maraqlıldır ki, vətəndaşların müraciətinə əlaqədar dövlət təşkilatlarının cavabında da tikintinin qanunsuz olduğu etiraf olunur. Bununla bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırmalar zamanı öyrəndik ki, Lənkəran Şəhər İcra Hakimiyyəıi başçısının aparatı adından Memarlıq və tikinti şöbəsinin müdiri-baş memar Elgün Abdullayev isə bildirib ki, şəhərin Füzuli küçəsi 7 ünvanında Hadızadə Hünər Fəttah oğlunun mülkiyyətində olan 0.06751 ha torpaq sahəsində 3 mərtəbəli, mansardlı fərdi yaşayış evinin tikintisindən ötrü tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi şəhər Icra hakimiyyəti ilə razılaşdırılmışdır: “Lakin H.Hadızadə tərəfindən mansardın yerinə əlavə mərtəbədə tikinti-quraşdırma işləri aparıldığından şəhər lcra hakimiyyətinin müraciəti əsasında Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyi tərəfindən 2021-ci ilin 20 avqust tarixində 0521 nömrəli Qərarla tikinti işləri dayandırılmışdır. Buna baxmayaraq tikinti işləri yenidən davam etdirildiyi aşkar olunmuş və Agentlik tərəfindan vətəndaşa 2021-ci ilin 23 sentyabr tarixində inzibati qaydada protokol tərtib edilmişdir”. Vəssalam. İcra Hakimiyyəti bununla işini bitmiş hesab edib. Fövqəladə Hallar NazirliyiDövlət Yanğın Nəzarəti Xidməti Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi bildirib ki, “”ərazidə heç bir tikinti quraşdırma işlərininin aparılmadığı aşkar olundu”.
Ardını oxu...
Müəmmalı çıxarış sənədi

Hazırki durum isə bundan ibarətdir ki, işbazlar hansısa yolla binaya çıxarış alıb, amma tikiliyə eksprtiza rəyi verilməyib və Şəhərsalma idarəsi binanın tikilməsinə icazə verməyib. Elə maraqlıdı odur ki, ayrı ayrı qurumlar bir birlərini ziddinə, zidd qərarlar verirlər. Bunlar külli pul verib reisterden məsələni həll etsə də bele, amma şəhərsalma razılaşmır bunlarla, səbəb binada olan qanuna ziddiyyətləri. Mikayıl Cabbarovun rəhbərlik etdiyi nazirliyin tabeçiliyində olan Əmlak məsələləri Dövlət Xidmətinin verdiyi çıxarış ciddi şübhələr yaradır və bunu növbəti yazımızda araşdıracayıq. Bunun cavabını kim verecek?

Şirvan inzibati-məhkəməsinə hüquq dərsi

Məsələ ilə bağlı cumhuriyyet.az olaraq çıxarışın verilməsinə qanunsuz əsas yaradan Şirvan inzibati-məhkəməsinin hakiminin diqqətinə çatdıraq ki, Azərbaycan Respublikasında hər hansısa daşınmaz əmlak (yaşayış sahəsi və ya qeyri yaşayış sahəsi) üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar qanunlarımızda tam olaraq müəyyən edilmişdir. Bu məsələ ilə bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsini və xüsusilə bu sahədə daha da xüsusiləşmiş qanun olan Azərbaycan Respublikasının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununu qeyd etmək lazımdır. Bildirim ki, Azərbaycan Respublikasının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar açıq şəkildə qeyd olunub:

“8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə – torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı”

Buradan da göründüyü kimi bütün əsaslar qanunvericiliyimizdə heç bir açıq buraxılmadan tam şəkildə qeyd olunub. Azərbaycan Respublikasının Məhkəmələri də bu məsələlərə, yəni hər hansı bir daşınmaz əmlakın üzərində hüquqların dövlət qeydiyyatı məsələlərinə baxarkən bu qanunu rəhbər tutmalıdırlar. Lakin sözügedən çıxarış Şirvan İnzibati Məhkəməsinin qərarı əsasında verilmişdir. Lakin həmin daşınmaz əmlakın üzərində hüquqların qeydiyyatı və çıxarış verilməsi üçün Qanunvericiliyimizdə sadalanan əsaslardan heç biri mövcud deyil. Buradan da belə bir sual yaranır ki, bəs Məhkəmə hansı Qanunda, hansı normativ aktda olan əsası rəhbər tutaraq bu qərarı qəbul etmişdir.

Buradakı qanunsuzluqlar tək bunlarla da bitmir. Sözügedən çıxarışda torpaq sahəsinin kateqoriyası kimi sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar qeyd edilib. Lakin həmin sahədə çoxmənzilli bina tikilib. Hər bir dövlət orqanı da çox gözəl anlayır ki, çıxmənzilli bina sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqların üzərində deyil, yaşayış sahəsi təyinatlı torpaqların üzərində inşa edilməlidir. Qeyd etdiyimiz kimi dövlət orqanlarına edilən müraciətlərə gələn cavablar da bunu göstərir ki, həmin binanın tikintisi qanunsuz olmuşdur. Həmin sahədə çoxmənzilli binanın tikintisinə heç bir dövlət orqanı icazə verməyib. Bəs həmin sahədə qanunsuz olaraq inşa edilən bu binaya hansı səbəbdən heç bir dövlət orqanı müdaxilə etməyib? Bu bina inşa etdirildikdən sonra da çoxsaylı şikayətlərə baxmayaraq heç bir orqan əməli bir hərəkət etməmiş və bütün bu qanunsuzluqlara göz yummuşdur.

Hal-hazırda da qanunsuz olan Məhkəmə qərarı ilə alınmış çıxarışla tikilmiş bina həmin ərazidədir və hələ də heç bir dövlət orqanı bu məsələyə müdaxilə etmir. Dövlət orqanları və Məhkəmələrin bu cür qanunsuz hərəkətləri davam etdikcə Respublika ərazisində bu hallar durmadan artacaq. Bu isə vətəndaşlarımızda Dövlətə qarşı olan güvən və inamın məhvinə gətirib çıxarır. Bu səbəbdən bu qanunsuzluqların tez bir şəkildə aradan qaldırılması çox önəmlidir.

“Bir sahibkar dövlətdən və qanundan güclüdür”

Yuxarıda qeyd etdiyimiz kimi əgər Lənkəran icra hakimiyyəti bildirirsə, tikilən tikili qeyri qanunidirsə bəs necə olur ki, Şirvan inzibati-məhkəməsi bu qeyri qanuni tikiliyə cixariş verir. Hansı qərarə əsasən? Yaxınıqdakı evlər qəzalı və yaşanmaz haldadır hal hazırda. Lənkəran icra hakimiyyəti özü məktubda bunu qeyd etmişdir və hətta qurum tərəfindən evlərimizə baxış keçirilmiş, evlərimizin tikilən tikili tərəfdən qəzalı vəziyyətə düşməsi qeyd edilmişdir. Sabah bu tikili və uçanda və ölum və ya hər hansı bir uçqun baş verərsə, kim bunun cavabını verəcəkdir? Qərarı qəbul edib ve təstiq edən “hakim” verecek cavabı? Vətəndaşlar cumhuriyyet.az-a yazır: “2-həyət yani sahə olsada evimiz, bildirim ki, 4-ailə yaşayır bu həyət yanı sahədə, 20-yə yaxın sakin var?* *Sabah bu insanların ölümünü kimin adına yazılacaq? Həqiqətən bir fərdi sahibkarin əlində dövlət qurumları və ali orqan olan məhkəmə bu qədər-mi acizdir? FHN-yi bizə bildir ki, məhkəməyə vermişik söküləcək, və ya digər qurumlar tərəfindən bildirildi ki, istintaq işi açılıb, amma, heç bir faydası olmadı, Prokurorluqda yəqin ki istintaq işinə xitam verilib və FHN-da məhkəməyə vermədi. Belə çıxır ki, Azərbaycan Respublikasının qanunları bu adamlar üçün işləmir. Bizim bir səsimizi duyacaq biri yoxdur. Bir qurum yoxdur ki, sabah biz bu tikilin üstümüzə aşmasinin qabağını alsın. Bu qədər öz başınaliq olar? Bir fərdi sahibkar, bu ölkədə nələrinsə hesabına bu qədər dövlət qurumlarin susdurub, qeyri qanuni işini davam etdirirsə, hər şey göz qabağındadır.”

Qalmaqalın arxasında kim durur?

Yeri gəlmişkən, cumhuriyyet.az olaraq icra hakimiyyətinin cavabında tikintinin sahibi kimi adı çəkilən H.Hadızadə ilə bağlı da araşdırma apardıq.

Oğlu qanunlara tüpürür... başçı da görməzlikdən gəlir...

Məlum oldu ki, tikinti prosesinə Hünər Hadıcadə və Hikmət Əsədov rəhbərlik edib. Amma Taleh Qaraşov kimi beş rayonda icra başçısı olmuş şəxsi, FHN kimi qazdan ayıq bir qurumu razı salmaq bu iki şəxsın işinə bənzəmir.
 
Facebook-da paylaş

İlkin Rüstəmli hakimdir, yoxsa AMEA hüquq müdiri Kamal Əliyevin vəkili ? - İDDİA

Yaradılıb 08.08.2023 10:39 | Baxış sayı: 97
Ardını oxu...
Səbail məhkəməsi apellyasiya şikayətini yuxarı instansiyaya göndərməkdən qərəzli savadsızlıqla imtina edir
Səbail məhkəməsinin hakimi İlkin Rüstəmli AMEA işlər idarəsinə ( keçmiş müdir Fətəli Abdullayev , müavini Sərdar Əliyev və b.) qarşı “Şərifzadə küçəsində Akademiya əməkdaşları üçün tikilən evin qanunsuz bölgüsü və dəyən maddi-mənəvi ziyanın ödənilməsi” tələbi ilə iddia üzrə 21.06.2023 tarixli, 2(009)-1045/23 saylı qətnaməsindən iddiaçı AMEA üzrə yeganə 1-ci dərəcəli Qarabağ qazisinin iddiasını təmin etməyib. Hakimin saxta əsası AMEA-ya 2021-ci ildə gələn hüquq müdiri Kamal Əliyevin yataqxana üzrə mütəxəssis Azər Quliyevlə birgə əllə yazdığı (?)“heç vaxt aspirantlar yataqxanasında qeydiyyatda olmamaq və yaşamamaq” haqqında kağız parçası olub. İddiaçının təqdim etdiyi möhürlü -ştamplı 40-dan yuxarı sənədləri görməzliyə vuran hakim nə saxta sübutları araşdırıb, nə də 1-ci dərəcəli Qarabağ qazisinin vəkillə təminat, AMEA-da olan sübutların məhkəməyə təqdim olunması, keçmiş işlər müdiri və müavinin əlavə cavabdehlər kimi cəlb edilməsi haqqında vəsatətlərinə baxıb. Heç irəli sürdüyü baxılmayan tələbi üzrə MPM-in 229-cu maddəsinə əsasən əlavə qətnamə çıxarılması barədə ərizəsinə də baxılmayıb.
Hakim İlkin Rüstəmli necə sifariş alıbsa, heç apellyasiya şikayətini də Bakı Apellyasiya Məhkəməsinə göndərməkdən imtina edir ki, MPM-in 361-ci maddəsinə əməl olunmıyıb. Halbuki “elektron məhkəmə” sistemi vyolu ilə elektron kabinetdən verilən ərizə, şikayət və sənədləri elə sistem özü yönləndirir, tənzimləyir. “E-məhkəmə” sisteminin tətbiqi elə süründürməçiliyə son qoymaq, gərəksiz sənədlərin tələb edilməsinin qarşısını almaq, məhkəmə təminatı hüququndan asan yolla yararlanmaqdan yanadır. Səbail məhkəməsinin “e-məhkəmə” sistemini gözdən salması, bu sistem yolu ilə iddiaçının göndərdiyi sənədlərin “oxunmamaslnın” iddia edilməsi yalnız məhkəməyə sifarişdən qaynaqlanır.
MPM-in 10-1.3 maddəsinə görə, mülki məhkəmə icraatı, eləcə də ərizə, şikayət və sənədlərin göndərilməsi , qəbulu və çatdırılması “e-məhkəmə” sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. MPM-in 10-1.5 maddəsi doğrulayır: “ Bu Məcəllənin 10-1.3 maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz”. Səbail məhkəməsi isə qətnamədən apellyasiya şikayətini geri qaytarıb və apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinə əsasən verilməsini tələb edib. Bir daha bildiririk ki, elektron kabinetdən verilən şikayət başqa formada tələb oluna bilməz.
Belə çıxır, yuxarıdan sifariş necə verilibsə, yuxarı instznsiyaya şikayətə də qeyri-prosessual qadağa qoyulub. Bu qadağa isə konstitusion mıhkəmə təminatı hüququna qadaö deməkdir.
Məğrur Bədəlsoy
Teref.az olaraq şikayətdə toxunulan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az

Şübhəli tender: Ətir satan şirkət bu universiteti təmir edəcək

Yaradılıb 08.08.2023 08:53 | Baxış sayı: 91
Ardını oxu...
Mingəçevir Dövlət Universiteti 01.08.2023-cü il tarixində "Cari təmir işlərinin satınalınması" lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub.

Qlobal.az xəbər verir ki, smetası 68.674 manat olan satınalmada "Lider-Line" (VÖEN: 2701297561) Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib.

Ardını oxu...
"Lider-Line" MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb.

"Lider-Line" MMC-nin hüquqi ünvanı Mingəçevir şəhəri, Bağlar massivi, ev 11-ci bağ küçəsi, mənzil 28-A ünvanı, qanuni təmsilçisi isə Əsgərov Namizəd Şahmar oğludur.

Ardını oxu...
"Lider-Line" MMC-nin fəaliyyət profili, inşaat sahəsində çalışmaq üçün müvafiq lisenziyaları, mühəndis və işçi heyəti barədə açıq internet resurslarında məlumat yoxdur.

Qlobal.az-ın əldə etdiyi məlumata görə "Lider-Line" MMC Mingəçevir şəhərində ətriyyat və geyim məhsullarının satışı ilə məşğuldur.

İddialara görə "Lider-Line" MMC-nin Mingəçevir Dövlət Universiteti 01.08.2023-cü il tarixində "Cari təmir işlərinin satınalınması" lotu üzrə sifarişçi olduğu satınalmada qalib elan olunmasına səbəb şirkət rəhbərliyi ilə universitet rəhbərliyinin arasında olan şəxsi münasibətlərdir.

Məsələ ilə bağlı Mingəçevir Dövlət Universitetindən mövqe öyrənib. Universitetin satınalmalar komissiyasının üzrə nümayəndəsi, baş mühasib Şahin Muradovun cavab məktubunda deyilir:

"Mingəçevir Dövlət Universitetində həyata keçirilən dövlət satınalmaları "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri gözlənilməklə müvafiq prosedurlar çərçivəsində həyata keçirilir. Satınalmalarda iştirak edən heç bir iddiaçı ilə universitet rəhbərliyinin şəxsi münasibəti yoxdur".

Ardını oxu...
Şahin Bayramov, Mingəçevir Dövlət Universitetinin rektoru

Qeyd edək ki, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramovdur.

O, 2019-cu ilin iyul ayının 31-dən Mingəçevir Dövlət Universitetinə rəhbərlik edir.
 
Facebook-da paylaş

"Ramiz Mehdiyevin parlamentdəki adamları tütün monopoliyası ilə məşğuldurlar" - İLGİNC İDDİALAR...

Yaradılıb 08.08.2023 08:25 | Baxış sayı: 102
Ardını oxu...
"Ramiz Mehdiyevin parlamentdəki adamları tütün monopoliyası ilə məşğuldurlar"
“Millət bu cür monopolistlərin əlində əsir-yesir olub”.

TEREF.AZ bildirir ki, bu sözləri deputat Tahir Rzayevin siqaret qiymətlərinin artması fonunda səsləndirdiyi fikirlərinə münasibət bildirən siyasətçi, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Yenicag.az-a açıqlamasında qeyd edib.

O bildirib ki, belə fikirlər düzgün deyil və xalqımızın əleyhinədir:

“Bunlar hamısı parlamentə təsadüfi düşən, Ramiz Mehdiyevin oraya yığdığı dövlətə xəyanət məqsədi güdən insanlardır. Görünür, onlar tütün monopoliyasıyla məşğul olanlarla əlbirdirlər. Düşünürəm ki, bunların millətdən xəbəri yoxdur. Tərbiyəsiz, dövlətinə sadiq olmayan, ölkədəki islahatlara etinasız yanaşan bu adamlar tütün monopoliyası ilə məşğuldur. Onlar hər an ölkədə qarışıqlığın olmasını arzu edirlər. Bu sahələr belə monopolistlərin əlindədir.

Hazırda gedən islahatlar onu göstərir ki, artıq bundan sonra belə hallar olmayacaq. Onlar düşünürlər ki, hər hansısa ideya ilə ortada qala bilsinlər. Bu yanlış və millətin əksinə olan ideyadır. Millət mənafeyinə uyğun işlər görməkdənsə, bu cür sarsaq, xalqda narazılıq yaradan ifadələr səsləndirirlər. Onlar Azərbaycan dövlətindən deyillər, bizim dövlətçiliyimizə, ölkə başçısının ideyalarına xidmət etmirlər. Bu adamların hamısı Ramiz Mehdiyevin oraya təyin etdiyi adamlardır.

Onlarla yola gedə bilmərik, hər halda bu yöndə ciddi tədbirlər görülməlidir. Bu cür şəxslər prezidentimizin apardığı uğurlu siyasətə kölgə salmaq istəyən insanlardır. Belələrinə deputat yox, təxribatçılar deyərdim. Buna görə də millət bu cür monopolistlərin əlində əsir-yesir olub. Hər halda bu fikirlər düzgün fikirlər deyil və xalqımızın əleyhinədir”.

Qeyd edək ki, millət vəkili Tahir Rzayev “Siqaretin qiymətinin bahalaşmasının tərəfdarıyam. Artırlıbsa, çox yaxşı olub. Qoy artsın. İnsanların siqaretdən çəkinməsi çox vacibdir”, – fikirlərini səsləndirib.
 
Facebook-da paylaş

"Qaçqınkom"un "ev satan" əməkdaşları kimdir? - Sədr müavini məsələdən xəbərdar olub...

Yaradılıb 08.08.2023 08:23 | Baxış sayı: 76
Ardını oxu...
Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi vəzifədə işlədiyi dövrdə şəhid ailələri və məcburi köçkünləri "evlə təmin edən" 75 yaşlı şəxsə hökm oxunub.

TEREF.AZ-ın Qaynarinfo-ya istinadən məlumatına görə, 1948-ci ildə Cəbrayılda doğulmuş, rayonun Soltanlı kəndində qeydiyyatda olan Şövkət adlı şəxsin məhkəməsi keçirilib.

Aparılan araşdırma zamanı bəlli olub ki, o, Təranə adlı məcburi köçkünü Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci Qobu şəhərciyində ona dövlət tərəfindən verilən birotaqlı evindən könüllü şəkildə imtina etdirib və onun dövlət tərəfindən ikiotaqlı mənzillə təmin olunmasına kömək edəcəyinə vəd verərək, 4.000 min manat pulunu ələ keçirib.

Təranənin imtina ərizəsini yazdığı gün dövlət tərəfindən 2-ci Qobu şəhərciyində ona verilmiş birotaqlı mənzilin Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin Etiqad adlı əməkdaşı tərəfindən tanımadığı şəxsə satılması məlum olub.

Bundan başqa o, Təranənin bibisi qızı Vahiməni də dövlət tərəfindən üçotaqlı mənzillə təmin olunmasında köməklik etmək adı ilə aldadıb. 2020-ci ilin ilin iyun ayından həmin ilin avqust ayınadək 5900 manat məbləğində nağd pulu etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirib. Vahimə I Qarabağ müharibəsində şəhid olmuş Əli Hüseynovun həyat yoldaşıdır. Şövkət Vahiməyə üç övladı və şəhid ailə üzvü olduğundan üçotaqlı ev veriləcəyini bildirərək, 10.000 manat pul istəyirmiş.

Şövkət başqa bir neçə şəxsi də pensiya düzəltmək və digər məsələlərlə bağlı kömək etmək vədi ilə aldadaraq pullarını ələ keçirib. O, bütün bu əməlləri Dövlət Komitəsinin vəzifəli şəxsi olan Etiqadla birlikdə törədib.

Bundan xəbərdar olan "Qaçkınkom"un sədr müavini Fuad Hüseynov zərərçəkmişlərə başlarına gələn hadisələrlə bağlı hüquq-mühafizə orqanlarına müraciət etməyi tövsiyyə edib.

Şəhid Əli Hüseynovun həyat yoldaşı Vahimə məhkəmədə təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirib, ona ağır cəza verilməsini, vurulmuş ziyanın ödənilməsini və mülki iddianın təmin edilməsini xahiş edib.

Məhkəmənin qərarı ilə dələduzluq epizodlarında cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyindən həmin epizodlar üzrə Şövkət cinayət məsuliyyətindən azad edilib, barəsində olan cinayət təqibi üzrə icraata xitam verilib. O, Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2,6 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.
Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.

Məhkəmənin qərarına əsasən, zərərçəkənlərin pulları geri qaytarılacaq.
 
Facebook-da paylaş

BNA-nın başı dərddə: Palata Baş Prokurorluğa müraciət edəcək

Yaradılıb 07.08.2023 09:07 | Baxış sayı: 311
Ardını oxu...
Hesablama Palatasında, qurumun sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə keçirilmiş növbəti Kollegiya iclasında 2023-cü il İş planı üzrə Bakı Nəqliyyat Agentliyi və tabeliyində olan qurumlar üzrə dövlət vəsaitlərinin və əmlakının idarə olunmasının auditinin nəticələri barədə Auditor hesabatı müzakirə edilib.

Bu barədə Hesablama Palatası məlumat yayıb.

Məlumata görə, aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal olunması nəzərə alınaraq auditin nəticələrinə dair müvafiq materialların “Hesablama Palatası haqqında” qanunun 26.2-ci maddəsinə əsasən Baş Prokurorluğa göndərilməsi qərara alınıb.

Daha sonra iclasda 2023-cü ilin İş Planında nəzərdə tutulmuş auditlərlə bağlı proqramlar müzakirə olunaraq təsdiq edilib, həmçinin funksional fəaliyyətlə bağlı gündəlikdə dayanan cari məsələlərə baxılıb.

Bakı Nəqliyyat Agentliyinin rəhbəri Vüsal Kərimlidir.

ŞƏHİD POLKOVNİK LEYTENANT CƏFƏROV ZAURUN AİLƏSİNDƏN MEHRİBAN XANIM ƏLİYEVAYA MÜRACİƏT

Yaradılıb 07.08.2023 08:57 | Baxış sayı: 213

 

Ardını oxu...
 
 

 Generalın qardaşı oğlunun 4,3 milyon manatını mənimsəməkdə təqsirləndirilən şəxsdən xəbər var - DETALLAR

Yaradılıb 07.08.2023 08:55 | Baxış sayı: 324
Ardını oxu...
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq sədri Arif Əsgərovun baldızı oğlu, dələduzluqda təqsirləndirilən Rahib Hüseynov barəsindəki hökmdən yenidən kassasiya şikayəti verilib.

DİA.AZ bildirir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses avqustun 9-na təyin edilib.

Şikayət hakim Əziz Seyidovun sədrliyi ilə araşdırılacaq.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, Rahib Hüseynov “Azərbaycan Dəmiryolları” QSC-yə yataq dəstləri gətirmək adı ilə Qoşqar Zeynalovdan 4 milyon 300 min manat alaraq mənimsəyib. Digər zərərçəkən Namiq Mehdiyevə də pul “atıb”. Lakin Rahib Hüseynov özünü təqsirli bilmədiyini deyib. Rahib Hüseynov eyni maddə ilə təqsirləndirilərək 9 il müddətinə azadlıqdan məhrum edilən Emil Hüseynovun qardaşıdır. İttiham aktına əsasən, Emil Hüseynov Gürcüstandan izolyasiya və digər materiallar gətirmək adı ilə Emil Məmmədovdan 2 milyon 500 min dollar, Tural Hüseynovdan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat və Mərziyyə Rzayevadan isə 19 500 manat pul alaraq dələduzluq yolu ilə mənimsəyib.

Qeyd: Təqsirləndirilən qardaşlar “Azərbaycan Dəmir Yolları” QSC-nin rəisi, sonra isə nəqliyyat nazirinin müavini olmuş Arif Əsgərovun baldızı oğlanlarıdır. Zərərçəkmiş qismində tanınan Qoşqar Zeynalov Tovuz Rayon İcra Hakimiyyətinin sabiq başçısı Tofiq Zeynalovun oğlu, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun qardaşı oğludur. Rahib Hüseynov Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə son sözündə məmur övladlarının toruna düşdüyünü deyib: “Arif Əsgərovun oğlu Elnar Əsgərovun, Tovuz icra başçısı Tofiq Zeynalovun oğlu Qoşqar Zeynalovun oğlunun oyunlarına görə həbsdəyəm. Onlar indi kef edir, mən isə gün sayıram. Elnar ölkəyə gətirdiyi malı dövlətə dəfələrlə baha qiymətə satıb. Mənim adımdan ayrı-ayrı şəxslərdən milyonlar alaraq faiz verib. Arif Əsgərov bu işlər başlayandan sonra həmin adamlara 40 milyon ödəyib”.

Baş redaktor İlham Əliyevə məktub yazdı: "Möhtərəm Prezident, başınızın beynəlxalq problemlərə, ..."

Yaradılıb 07.08.2023 08:20 | Baxış sayı: 291
Ardını oxu...
Prezident İlham Əliyevə məktub

Möhtərəm Prezident, başınızın beynəlxalq problemlərə, xüsusilə Qarabağda yaşanan erməni özbaşınalıqlarına qarışdığı bir zamanda Sizə bu məktubu yazıb-yazmamaq barədə çox düşündüm. Sonunda yazmağa qərar verdim. Çünki istəmirəm ki, sabah beynəlxalq arenada bir də mənim şikayətim sürprizi ilə qarşılaşasınız. Nə yazıq ki, Sizin savadına, təcrübəsinə arxayın olub hakim təyin etdikləriniz məni Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək məcburiyyətində buraxmağa çalışırlar.
Məlumdur ki, Siz hələ 2020-ci ilin may ayının ilk günü Baş Prokuror Kamran Əliyevlə video-söhbətiniz zamanı ona bir sıra hüquqi məsləhətlər vermişdiniz. Məsləhətləriniz əsasən hüququn aliliyi və ədalətli məhkəmə islahatları ilə bağlı olmuşdu. Sözsüz ki, siz bu sözləri deyərkən üzünüzü Kamran Əliyevə tutsanız da, həm də məhkəmə hakimlərinə öz fikirlərinizi çatdırmışdınız. Sözünüzün sonunda onu da əlavə etmişdiniz ki, hakimlər milli maraqları, vətənpərvərlik hisslərini ön planda tutmalıdırlar. Təəssüf edirəm ki, Suraxanı rayon Məhkəməsinin mənim barəmdə çıxardığı qərar nəinki hüquqa, həm də milli maraqlara sığmır. Ən azı o səbəbdən ki, mən məhkəmə predmeti olan yazı və müsahibələrimdə öz fərdi ambisiyamdan yox, dövlətçilik maraqlarından çıxış etmişdim. Naxçıvanda yaşanan dövlətçilik ənənələrinə zidd problemlərdən danışıb bir çox naqisliklərin ortadan qaldırılması məsələsini gündəmə gətirmişdim. Naxçıvanın o zamankı hakimiyyəti isə mənim qarşıma öz trol dəstələrini çıxarıb şəxsiyyətimi alçaltmaq və təhqir yoluyla məni öz mövqeyimdən çəkindirməyə çalışmışdı. Mən də onlara məcburən cavab vermişdim.
Sizə o zamanki hadisələri nəql etməklə dəyərli vaxtınızı almaq istəmirəm. Sadəcə onu vurğulamaq istəyirəm ki, mənim bu vətənpərvərlik hissimdən doğan təşəbbüsüm Suraxanı rayon Məhkəməsi tərəfindən cinayət əməli kimi cəzalandırıldı. Sanki öz ölkəsini sevmək və onun ərazi bütövlüyü uğrunda qələmi ilə mübarizə aparmaq cinayət imiş.
Bunlar öz yerində. Dərd burasındadır ki, barəmdə çıxarılan hökmdə yerli və beynəlxalq hüquqa zidd bir sıra qanun pozuntuları mövcuddur. Yerli qanunlara zidd pozuntuları bir kənara atıram. Çünki Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəyim təqdirdə əsasən beynəlxalq hüquqi aktlara istinadən yekun qərar çıxaracaqlar. Açığı, öz dövlətimi məhkəməyə vermək xəcalətini yaşamamaq üçün bu gün Sizə müraciət etməyi daha məqsədəuyğun hal olaraq qiymətləndirdim.
İndi isə Sizə həmin məhkəmə hökmündə yalnız beynəlxalq hüquq normaları pozuntularına dair neçə məlumatı vermək istəyirəm.
Avropa Konvensiyasının pozuntuları
Cənab Prezident, Azərbaycan Konstitusiyasının 12-ci maddəsinin I-ci hissəsi deyir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 12-ci maddəsinin II hissəsinə görə, bu hüquq aktında sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Beynəlxalq müqavilələr Azərbaycan qanunvericiliyinin tərkib hissəsidir və normativ hüquqi aktlar iyerarxiyasında Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlardan sonrakı yeri tuturlar. Yəni barəmdə hökm çıxarılan Azərbaycan Respublikası Cinayət Məcəlləsi və Mülki Məcəllədən daha üstün dəyərdir.
Konstitusiyanın 151-ci maddəsinə görə, Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyәt yaranarsa, həmin iş üzrə beynəlxalq müqavilələr tətbiq edilir. İnsan haqları ilə bağlı Azərbaycanın tərəfdar çıxdığı ən önəmli beynəlxalq müqavilələrdən biri isə İnsan Haqları və Əsas Azadlıqlarının Qorunması Haqqında Avropa Konvensiyasıdır.
Azərbaycan Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli qərarı da bu faktı təsdiqləyir. Qərarda vurğulanır ki, yerli qanunvericiliklə Avropa Konvensiyası və Avropa Məhkəməsinin qərarları arasında ziddiyyət yaranarsa Konvensiya və Avropa məhkəməsinin qərarları əsas götürülməlidr.
Suraxanı rayon Məhkəməsi isə Azərbaycan Respublikası Konstitusiyasında qeyd edilən bu maddələrə istinad etməyib, çıxarılan məhkəmə hökmündə Avropa İnsan Haqları Konvensiyasının 10-cu maddəsinin adını çəkilsə də ona üzdən və formal yanaşılıb, yanlış şərh edilib. Avropa Konvensiyasının 10-cu maddəsinin tətbiqi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinin uyğun standartları ümumiyyətlə nəzərdən qaçırılıb.
Konvensiyanın 10-cu maddəsinin (ifadə azadlığı) pozuntusu
Konvensiyanın ifadə azadlığı hüququnu təminat altına alan 10-cu maddəsinə görə, hər kəsin öz düşüncəsini azad ifadə etmək haqqı var. Təbii ki, bəzi istisnalarla. Konvensiya ifadə azadlığına müdaxılə üçün yalnız bu məqsədləri legitim sayır: a) milli təhlükəsizlik, ərazi bütövlüyü və ictimai qaydanın qorunması; b) iğtişaşların və cinayətlərin qarşısının alınması; c) əhalinin sağlamlığın və mənəviyyatın qorunması; d)başqa şəxslərin nüfuzunun və haqlarının qorunması; e) etibar edilmiş bilgilərin açıqlanmasının qarşısının alınması; f) məhkəmələrin nüfuzunun və tərəfsizliyinin təmin olunması.
Göründüyü kimi, Avropa Konvensiyası da ifadə azadlığının məhdudlaşdırılmasına yol verir. Bununla belə, ifadə azadlığını məhdudlaşdırarkən, dövlət arxayın olmalıdır ki, bu məhdudlaşdırma: a) yuxarıda saydığımız legitim məqsədlərin ən azı birindən irəli gəlir; b) belə məhdudlaşdırma dövlətin iç qanunlarında aydın ifadə olunub və hamının bu qanunlardan xəbər tutmasına imkan yaradılıb; c) hər hansı məhdudlaşdırma “demokratik toplumda zəruru” olmaq sınağından keçə bilməlidir.
Cənab Prezident, nəzərinizə çatdırım ki, mənə məhkəmə tərəfindən cinayət cəzası kəsilib. Halbuki Avropa Konvensiyası, Avropa Məhkəməsinin presedent hüququ fikir azadlığı sahəsində bunu açıq şəkildə yolverilməz sayır. Məsələn, AİHM “Şener Türkiyəyə qarşı” işi üzrə qərarında vurğulayıb ki, “Söz azadlığına cinayət hüququ ilə müdaxilə bütün hallarda Konvensiyanın 10-cu maddəsini pozur. Hətta cəza təyin edilməsə belə”.
Doğrudur ki, Suraxanı rayon Məhkəməsinin hökmü mənim ifadə azadlığı hüququndan yararlanmağımı əngəlləmir. Ancaq Avropa Məhkəməsi Suraxanı rayon Məhkəməsinin hökmündə də istinad edilmiş “Lingens Avstriyaya qarşı” işi üzrə qərarında cinayət cəzası kimi jurnalistə kiçik cərimə cəzasının verilməsini belə yolverilməz sayır: “Müəllifə tətbiq edilmiş cəza onun özünü ifadə etməsinə mane olmasa da, gələcəkdə bu cür tənqid bildirməkdən çəkindirə biləcək senzuranın bir növünü təşkil edir... Siyasi müzakirələr kontekstində bu cür cəza tədbiri böyük ehtimalla jurnalistlərin ictimaiyyətin həyatına təsir edən məsələlərin ictimai müzakirəsinə töhfə verməsinin qarşısını alır. Eyni zamanda bu cür sanksiya mətbuatın məlumat təminatçısı və ictimai nəzarətçi kimi öz vəzifələrini yerinə yetirməsinə maneə olur”.
Avropa Məhkəməsi “Cumpana və Mazare Rumıniyaya qarşı” işində jurnalistlərə düşüncələrinə görə cinayət cəzalarının tətbiqinə sərt və aydın məhdudiyyətlər qoyub: “Hökm vermənin prinsipcə milli məhkəmələrin işi olmasına baxmayaraq, Məhkəmə hesab edir ki, mediada deffamasiyaya görə cinayət cəzasının tətbiq edilməsi yalnız bəzi hallarda - xüsusən digər fundamental insan hüquqlarının əhəmiyyətli şəkildə pozulduğu nifrət nitqi və ya zorakılığa çağırış zamanı jurnalistlərin Konvensiyanın 10-cu Maddəsi ilə təmin edilən ifadə azadlığı ilə bir araya sığır... İctimai maraq doğuran məsələ ilə bağlı müzakirə kontekstində klassik fərdi deffamasiya işində - hadisələr cinayət cəzasının tətbiqinə heç bir bəraət qazandırmır.”
AİHM bu mövqeyini Azərbaycanla bağlı ifadə azadlığı hüququnun pozuntusundan bəhs edən bütün qərarlarında dəfələrlə təkrarlayıb, ifadə azadlığı hüququnun pozuntusunu tanıyıb və dövlətin üzərinə ərizəçilərə kompensasiya ödəmək vəzifəsi qoyub. Bu barədə çıxarılan məhkəmə hökmlərini sadalamaq istəmirəm.
Sadəcə onu vurğulamaq istəyirəm ki, Suraxanı rayon Məhkəməsinin çıxışlarıma, paylaşımlarıma görə məni cinayət cəzasına məhkum etməsi Konvensiyanın 10-cu maddəsi ilə təminat altına alınan ifadə azadlığı hüququmun pozulması deməkdir.
Konvensiyanın 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması) pozuntusu
Avropa Konvensiyasının 6-cı maddəsi hər kəsin ədalətli məhkəmə araşdırması hüququnu təminat altına alır. Həmin maddəyə görə, “Hər kəs, ... müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir...”.
Bu maddədə nəzərdə tutulan “Qərəzsiz məhkəmə” prinsipinin pozulması
Göründüyü kimi, Konvensiyanın 6-cı maddəsi "məhkəmənin" qərəzsiz olmasını tələb edir. Qərəzsizlik, bir qayda olaraq, tərəfgir və ya qeyri-obyektiv olmamaq mənasına gəlir.
Mənim məhkəmə işimdə isə açıq-aşkar hakim qərəzçiliyi hiss olunur. Belə ki, xüsusi ittihamçının bir neçə il əvvəl paylaşıdığı facebook statusunun foto surətini məhkəmə təqdim etmişdim. Ancaq həmin sübut məhkəmənin hökmündə ümumiyyətlə görünmür, deməli, məhkəmə heç bir əsas olmadan mənim sübutlarımı qəbul etməyib və niyə qəbul etmədiyini əsaslandırmayıb da.
Bu işdə xüsusi ittihamçı mənim qonaq olduğum 2 saata yaxın davam edən video proqramdan kiçik paraçaları kəsib sübut kimi məhkəməyə təqdim edib. Yəni fikrimi ümumi kontekstdən çıxarıb. Mən proses boyunca dəfələrlə məhkəməyə xüsusi ittihamçının təqdim etdiyi sübutların mötəbər olmadığını, proqramdan kiçik çıxarışların böhtanın sübutu kimi qəbul olunmasının doğru sayıla bilməyəcəyini bildirmiş, proqramın tamamına baxılmasını tələb etmişdim. Mənim bu tələblərimin heç birini qəbul etməyən məhkəmə hökm verərkən, bu da azmış kimi xüsusi ittihamçının bir neçə il əvvəl paylaşıdığı paylaşımın foto surətini də vacib sübut kimi mötəbər saymayıb. Bu yanaşma, məhkəmənin tərəflərə obyektiv yox, qərəzli və tərəfgir yanaşdığını təsdiqləyir.
Əsaslandırılmış məhkəmə qərarı hüququmun pozulması
Suraxanı rayon Məhkəməsi öz hökmündə mənim tərəfimdən davamlı olaraq qaldırılan arqumentlərə qəti şəkildə münasibət bildirməməklə əsaslandırılmış məhkəmə qərarı hüququmu da pozub.
AİHM-in presedent hüququna əsasən, məhkəmələr iş üzrə qaldırılan bütün arqumentlərə detallı cavab vermək məcburiyyətində olmasalar da, hər halda məhkəmə qərarından iş üzrə bütün əsas məsələlərə münasibət bildirildiyi aydın olmalı (“Boldea Rumıniyaya qarş” işi, para. 30) və işin nəticəsi üçün həlledici əhəmiyyətə malik arqumentlərə spesifik və açıq-aydın cavablar verilməlidir (“Moreia Ferreira Portuqaliyaya qarşı” işi (no. 2), para. 84).
Bu işdə isə mən həm yazılı etirazlarımda, həm də şifahi məhkəmə çıxışlarımda məhkəməyə ünvanlanan arqumentlərimdə paylaşılan mübahisəli məzmunun faktual əsaslarının bir neçə il əvvəl məhz xüsusi ittihamçı tərəfindən paylaşıldığını, jurnalist olaraq paylaşılmış məzmun haqda mülahizələrimi ictimaiyyətlə bölüşdüyümü, qanunvericiliyin yalnız yalan, əsası olmayan məlumatların yayılması halında məsuliyyət müəyyən etdiyini vurğulamışdım. Məhkəmə isə həmin arqumentlərin heç birinə münasibət bildirmədən, yalnız xüsusi ittihamçının tələblərini və çıxışlarını təkrarlayaraq, mənim cinayət törətməyimin guya tam sübuta yetirildiyini, buna görə də cinayət və mülki məsuliyyətə cəlb edilməli olduğumu bildirib.
Yeri gəlmişkən onu da deyim ki, məhkəmə prosesi zamanı mənim üzümə oxunan hökmlə, sonradan mənə təqdim olunan yazılı hökm arasında da ciddi fərq var. Yazılı hökmə bir də mənim qarşı tərəfdən üzr istəməyim şərti əlavə olunub ki, bu da ən ciddi prosesual qanun pozuntusudur, faktiki olaraq hökmün qarşı tərəfin lehnə saxtalaşdırılması deməkdir.
Əslində isə məhkəmədə mənim tərəfimdən irəli sürülən arqumentlərin araşdırılması, paylaşılan məzmunun böhtan, ləkələyici olub-olmaması, cinayətin və mülki pozuntunun baş verib-verməməsi müəyyənləşdirilməli, bu faktlar hökm çıxarılarkən həlledici əhəmiyyət kəsb etməli idi. Lakin məhkəmə işin nəticəsi üçün həlledici əhəmiyyətə malik olan və proses boyu təkrarlanan spesifik, davamlı və vacib arqumentlərimi gözardı etdi. Bununla da mənə münasibətdə əsaslandırılmış qərar hüququ pozuntusuna yol verdi.
Cənab Prezident, sadaladığım və sadalamadığım bütün bu qanun pozuntuları onu göstərir ki, AİHM-nə müraciət edəcəyim təqdirdə şikayətimin təmin olunması ehtimalı yüksəkdir. Hətta bəlkə mənə babat təzminat haqqı da tanıya bilərlər. Amma bütün bunlara baxmayaraq, mən öz dövlətimi beynəlxalq məhkəməyə vermək və hələ-hələ onu udmaq istəmirəm. Çünki sabah bu faktlardan yadelli düşmənlərimiz mənim dövlətimin əleyhinə də istifadə edəcəklər. Amma bunun baş verməməsi təkcə məndən asılı deyil. Ümid edirəm ki, Konstitusiyaya görə, hər bir vətəndaşın hüquqlarının və təhlükəsizliyinin qorunması kimi ciddi mükəlləfiyyət daşıyan Siz – ölkə Prezidenti bu mübahisənin Bakıda həllinə nail olunmasına və mənim yad qapısında ədalət axtarışım üçün heç bir zəmin yaradılmamasına çalışacaqsınız. Ən əsası isə, barəmdə bütün beynəlxalq və milli hüquqları pozan məsuliyyətsiz hakim barədə adekvat tədbirlər görəcəksiniz ki, bu, digər hakimlər üçün də ibrət dərsi olsun.
Hörmətlə Heydər Oğuz.
 
Facebook-da paylaş
 
 

'Kasamasa'da müştəri kiminsə umrunda deyil... - Daha bir TURİST QAÇIRAN məkan...

Yaradılıb 06.08.2023 10:22 | Baxış sayı: 127
Ardını oxu...
DİA.AZ: - "İçərişəhərdə "Kasamasa" adlı bir restoran var. Adı xoşuma gəldi və qardaşım qızlarını ora apardım". DİA.AZ bildirir ki, bunu öz gileyində tanınmış gənc yazar İradə Aytel qeyd edib.

Narazı yazarımız başına gələnləri daha sonra belə nəql edir: "Menyu çərçivəsində sifarişlər etdik. Freş meyvə şirələri (qiymətlər çekdə var) hər birimizə 40 dəqiqə aralıq olmaqla gəldi. Və hər şirə ayrı-ayrı ucuz piyalədə, bakalda, stəkanda və s. gəlirdi. Soruşdum ki, niyə belə gəlir, birimiz içirik, o birimiz baxır, hamısı bir olmazmı? dedi, meyvə almağa gedirik. O biri yeməklərdən sonra plov sifariş etdik, qaşıq gəlmədi (qab-qacaq yenə də ayrı-ayrı idi. dəst heç nə yox idi o bahalı yerdə). ofisiantları da elə qıtlıqla götürüblər ki, biz ofisiant tapana, qaşıq gələnə qədər aş buza dönəcəkdi, çəngəllə yedik. Tualet lazım gəldi, dedilər bizdə tualet yoxdiu. necə yoxdur, iki saatdır buradayıq, deyəndə dedilər elə sıxışmısınızsa üzbəüzdəki otelə gedin. 146 manatı ödəyəndən sonra adminstratora şikayətimi etdim. İçərişəhər xaricilərin ən çox axın etdiyi yerdir. Ölkəni belə təmsil edirlər? Başqa ölkələrdə müştərinin başına dolanırlar. Axı, biz ora pul odəyirik. Həm də maya dəyərindən qat-qat artıq ödəniş edirik. Niyə beləyik??? Bir söz də deyim, o restoranda hər şey sıfırdır, bircə yeməkləri dadlıdır. İmkanım olsaydı, oranın aşbazını başqa yerə transfer edərdim".

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Ardını oxu...

227 -dən səhifə 359

BaşaGeri222223224225226227228229230231İrəliSona

Dünyapress TV

Xəbər lenti

  • 28.05.2025 15:08 Prezident Bəylik kəndinin açılışında - Fotolar
  • 28.05.2025 15:05 Prezident: Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində geniş coğrafiyanın enerji xəritəsi dəyişib
  • 28.05.2025 14:58 Laçında Tarixi GÜN - Rauf Arifoğlu ilə CANLI MÜZAKİRƏ
  • 28.05.2025 14:55 Rəqsanə qarğış etdi: Gözü çıxsın!
  • 28.05.2025 14:53 Tarix yazan liderin İMZASI: Güclü lider- güclü Azərbaycan
  • 28.05.2025 14:51 Aytən Səfərova DİM-i tənqid etdi
  • 28.05.2025 14:50 İlham Əliyev birgə hərbi təlimlərdən danışdı
  • 28.05.2025 14:48 Laçında Azərbaycan, Türkiyə və Pakistan Zirvə görüşü keçirildi - VİDEO
  • 28.05.2025 14:47 Putin Qərbə ultimatum verdi: Ukrayna NATO-ya üzv olmayacaq, sanksiyalar ləğv edilməlidir
  • 28.05.2025 14:45 Şahbaz Şərif: Azərbaycan bu gün beynəlxalq müstəvidə böyük önəmə sahibdir
  • 28.05.2025 14:43 Laçın Hava Limanı Hansı Üstünlüklər Vəd Edir?
  • 28.05.2025 14:41 Prezidentlər Kəlbəcər-Laçın avtomobil yolunda
  • 28.05.2025 14:39 Üç başçıdan biri bir şəhidin əmanətinə sahib çıxmaq istəmir - VİDEO
  • 28.05.2025 14:37 "Sadə təsadüf" - Cəllad qurbanlarının əhatəsində...
  • 28.05.2025 14:35 İmtahandan kəsilən müəllimlərin aqibəti necə oldu - “Bizi aldatdılar ki...”
  • 28.05.2025 14:34 Ərdoğan böyük heyətlə Laçına gəldi – CANLI
  • 28.05.2025 14:31 DÖVLƏT SƏRHƏD XİDMƏTİNDƏ RÜŞVƏTXORLUQ BAŞ ALIB GEDİR - Qurumun əməkdaşı şok faktları açıqladı
  • 28.05.2025 14:30 1 saylı Bakı Ərazi İdarəsinin rəisi Mustafa Rəşidov vətəndaşları dövlətə qarşı necə qaldırır? - ŞOK DETALLAR
  • 28.05.2025 14:29 Sahib Məmmədovun özünəməxsus kadr oyunları… – AHİK-də nələr baş verir?
  • 28.05.2025 14:27 100 nömrəli məktəbdə rüşvət və hədə-qorxu qalmaqalı - TƏFƏRRÜAT
  • 28.05.2025 10:00 Melaniya Tramp əsəbləşdi: Yalandır...
  • 28.05.2025 09:59 Mehriban Əliyevadan Müstəqillik Günü təbriki- Foto
  • 28.05.2025 09:57 “Sən mütləq general olacaqsan!..”
  • 28.05.2025 09:55 "O videoları silin" - Şəhid anası müraciət yaydı
  • 28.05.2025 09:54 DSMF sədri xalası oğlunu direktor, yeznəsini özünə müavin təyin edib - bu nə düşüncədir, nə idarəetmədir?
  • 28.05.2025 09:51 Ayaz Salayevin “qorxulu Röyası”... - "Azərbaycan musiqisinin mədəniyyət səfiri" adını daşımağa kim layiqdir?
  • 28.05.2025 09:49 "Ola bilər ki, onlar müstəqilliklərini tam həcmdə tətbiq edə bilməyiblər..." - Ərəstun Oruclu ŞƏRH EDİR
  • 28.05.2025 09:46 Rəis müavini ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” arasında qalmaqal
© 2016 www.dunyapress.info - Bütün hüquqlar qorunur.

Təsisçi və Baş redaktor: Natiq Şakiroğlu Mob: (+99470) 275 49 99

Sürücü:Pərviz Nəsirov

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.