Ardını oxu...
DİA.AZ: - "Bu gün "Semaşko"da qohumuma qan vermək istədim. İmtina etdilər ki “Səndə Hepatit-B” var...." DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Tofiq Mehdiyev adlı istifadəçi giley edir.

Ardını oxu...

Daha sonr anarazı vətənndaş yazır: "Şoka düşdüm. Hər il "check-up" olunuram, 6 ay qabaq qan vermişəm. Əsəbləşdim ki “haradam ola bilər axı”. Qaçdım tez "Sağlam Ailə" Tibb Mərkəzində test verdim. Neqativ çıxdı.

Məhz ona görə "Semaşko"da qan verməyi məsləhət bilmirəm. Sabah (bu gün -dia.az) gedəcəm qan uddurmağa onlara ki bu cür qeyri peşəkar fəaliyyətləri ilə bu cür stress yaratdılar mənə və doğmalarıma... Gör indi yazıq xəstələrə nə gün yaşadırlar...."

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 
Ardını oxu...
Paytaxtın Xətai rayonunda yaşayan bir sakinin başına qəribə hadisə gəlib.

Xezerxeber.az xəbər verir ki, vətəndaş 3 aydır avtomobilindən istifadə etmir, amma ona cərimə yazılıb.

Bu iddia ilə çıxış edən Xətai rayon sakini Rafiq Bədəlovun sözlərinə görə, minik avtomobilini sonuncu dəfə bu ilin may ayında sürüb. Sonra isə nəqliyyat vasitəsinin mühərrikində problem yaranıb və sürülməyib.

“Avtomobil 3 aya yaxındır ki, həyətdə istifadəsiz qalıb.”

Rafiq Bədəlov bildirir ki, avqustun 15-də adına 50 manat cərimə gəlib.
Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, məsələ araşdırılacaq:

“Əgər nəqliyyat vasitəsi hərəkətdə olubsa, inzibati xətanın mövcudluğu barədə vətəndaşa məlumat veriləcək. Bu kimi halla qarşılaşan sürücülər varsa aidiyyəti üzrə İdarəyə müraciət edə bilərlər”, - deyə qurumdan bildirilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 
Ardını oxu...
Yazıya giriş olaraq onu qeyd edək ki, son illər ən çox tənəzzülə məruz qalan sahə təhsilimizdir. Söhbət həm orta məktəblərdən, həm də ali təhsil müəssisələrindən gedir. Təsəvvür edirsiniz, özünü təhsil eksperti hesab edənlər deyir ki, məktəb direktoru pedoqoq olmaya bilər, hətta aqronom da ola bilər. Guya, Allah qoymasa, məktəb direktoru menecer olmalıdır.
Təsəvvür edirsiniz, bu gün Elm və Təhsil Nazirliyində pedoqoji sahəni bilənlər yoxdur, çoxu keçmiş “Narxoz”un məzunlarıdır. Təsəvvür edirsiniz, ömründə 1-cə saat sinfə girib dərs keçməyən birini Regional Təhsilə müdir təyin edirlər. Belə hallar kifayət qədərdir, saymaqla qurtaran deyil.
Müdriklərdən biri deyir ki, bir milləti məhv etmək üçün onun təhsilini məhv etmək yetər. Bütün bunlar azmış kimi, ölkədə saxta diplomlar da ciddi problemə çevrilib. Təsəvvür edirsiniz, DİM-in qəbul imtahanında az bal toplayan biri hansı yollasa Tibb Universitetinin tələbəsi olur və həmin şəxs gələcəkdə həkim kimi millətin qəssabı olacağını düşünmür.
Son vaxtlar təhsilimizlə bağlı yeni ideyalar ortaya atılıb, qəbul imtahanları ləğv edilsin. Yaxşı, qəbul imtahanları ləğv ediləcəksə, tələbə hansı kriteriya ilə məlum olacaq. Yəni müasir texnologiyanın biliciləri həmişə imtahan verməyə hazır olmalıdırlar. Ancaq bəzi şəxslər istəyirlər ki, ölkənin təhsil sistemini başdan - başa məhv etsinlər.
Belə təhsil ekspertlərindən biri də Beynəlxalq Təhsil Mərkəzinin təsisçisi və direktoru Ramal Şəmşədlidir. Təhsil eksperti Ramal Şəmşədli deyir ki, orta məktəblər 12 illik, ali məktəblər isə 3 illik olmalıdır. Bundan soruşan lazımdır ki, bunu nəyə əsaslanıb deyirsən, bir məntiq olmalıdır dəə...
Ramal Şəmşədli deyir ki, ümumiyyətlə, imtahanlar ləğv olunmalıdır, bir çox fənnlər ləğv edilməlidir. Fikir verdinizmi, imtahanlar ləğv olunmalı, fənlər ləğv olunmalı, fənlərin sayı maksimum azaldılmalıdır...bəs yerdə...nə qaldı. Deməli, bəzi maraqlı şəxslərin məqsədi ölkə təhsilini bazara çevirməkdir. Beynəlxalq Təhsil Mərkəzinin https://www.facebook.com/beynalxalqtehsilmerkezi/ səhifəsinə daxil olub ötəri nəzər salırıq. Az bal toplayıb, amma universitet oxumaq istəyən abituriyentlərin nəzərinə heç bir imtahan vermədən istədiyiniz ixtisas üzrə təhsil almaq üçün bizə müraciət edin. Ünvan: Nərimanov r., Əhməd Rəcəbli 189 Ramal Şəmşədli Təsisçi və direktor.
İndi özünüz fikirləşin, bu məzun az bal topladığı üçün Azərbaycanda ali məktəblərin heç birinə daxil ola bilməyib. Yəni savadı, təhsili yetərli olmayıb, buyursun kolleclərdə təhsil alsın, yaxud yenidən hazırlaşsın və s.
Amma Ramal Şəmşədlinin təsisçi və direktor olduğu Beynəlxalq Təhsil Mərkəzi deyir ki, lap SIFIR bal toplasan da orta məktəb attestatını gətir və pulunu ver, səni Türkiyədə, hətta Polşada universitetlərin birinə düzəldək get oxu.
Bir soruşan yoxdur ki, minimal bal toplaya bilməyən məzun Türkiyədə, yaxud Avropada oxuyub necə mütəxəssis olacaq..? Və sabah o Azərbaycana qayıdıb xalqa necə xidmət edəcək..?
Deməli, Beynəlxaq Təhsil Mərkəzinin səhifəsində izləyicilərdən biri yumorla yazır ki, mən 9-cu sinif attestatı ilə universitetə girə bilərəmmi...? Bəli, doğrudan da, acınacaqlı durumdur. Bəlkə, ibtidai sinif kağızı ilə universitetlərə düzəldəsiniz, cənab Ramal Şəmşədli..?
Deməli, redaksiyamıza daxil olan məlumata görə, Beynəlxalq Təhsil Mərkəzində imtahansız qəbul üçün 1500 manat alırlar, bu təhsil haqqının 30 faizi deməkdir. 120 manat imtahan pulu ona görə alınır ki, imtahan zamanı, guya, abituriyentə kömək edəcəklər, sonra deyirlər ki, əgər imtahandan kəsilsəniz, yenidən imtahandan keçmək üçün 60 manat ödəməlisiniz. Yaxşı, bizim televiziyalarımızda bəh - bəhlə reklam olunan Beynəlxalq Təhsil Mərkəzinin qəbulu haradan pulsuz oldu? Görəsən, bu təhsil mərkəzini yalandan reklam edən televiziyalar Elçin Mehdiyev kimi hüquqlarını bilən və onu hər yerdə tələb edən şəxslərlə rastlaşacaqlarını bilmirdilərmi? Sözün qısası, bu işin bir adı var - TƏHSİL BAZARI... Biz isə deyrik ki, millətin gələcəyi ilə bazarlıq etməzlər... Bazar olmasın, Ramal Şəmşədli.
gundelik baki.com
 

Ardını oxu...
"Şikayətim Şirvan şəhər Qaz İstismar Sahəsinin məsuliyyətsizliyindən, səriştəsizliyindən, qanun və qaydalara riayət etməməklərindən, vətəndaşa verdiyi əsəb-stresslə yanaşı dövlətin əmlakını göyə sovurmaqdandır".

Bu sözləri Mia.az-a ünvanladığı şikayət məktubunda Şirvan şəhəri, Xaqani küçəsi ev 128-də yaşayan Rzayev Tofiq Niftulla oğlu deyib.

O, bildirib ki, 2013-cü ildə yaşadığı küçəyə (7-8 evə) qaz xətti çəkmək qərarına gəlirlər: "Küçənin başına gətirib TIR-larla boru, sement, qum və s. lazım olan hər şey boşaldırlar. Başlıyırlar işi görməyə, yerə dayaq təxminən 50-70 sm uzunluğunda turba basdırırlar, amma "turba"nın dibində sement-qum qarışığından əsər-əlamət yoxdur. Xülasə keçək əsas məsələyə....

Hörmətli baş direktor Ruslan Əliyev, Siz bu işçiləri cəngəllikdən tapıb işə götürmüsüz? Bu işçilərinizin evi-eşiyi yoxdur? Bu işçiləriniz anlamırlar ki, darvaza üzərinə qoyulan borunun hündürlüyü gözlənilməlidir? Bu işi görən işçilərinizin həyətlərində darvazaları üzərindəki boru 2 metrə hündürlükdən keçir? Dövlət Neft Şirkəti tərəfindən (Azəriqaz İstehsalat Birliyi - Qaz təsərrüfatında texniki istismar ,əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, ətraf mühitin mühafizəsi qaydalarına və beynəlxalq standartların tətbiqinə dair 1000 sual-1000 cavab kitabı) sizin əməkdaşlar üçün hazırlanan kitabda bütün normativlər qeyd edilib. Əcəba bu normativlərə riayət etmək kimin vəzifəsidir?".

Şikayətçinin sözlərinə görə, Salyan regional qaz istismar idarəsi onun müraciuətinə "gül vuraraq" cavab yazıb: "Bu idarə utanmaz-utanmaz mənim məktubuma cavab yazır ki, darvaza üzərindəki "turba"nı hündürlüyə qaldırmaq üçün vətəndaş tərəfindən 500 manat ödənməlidir. Bu qədər həyasızlıq olar? Sabah həyətimdə yanğın olsa, yanğınsöndürən maşını, yükmaşını necə girəcək həyətimə?

İndi Sizə darvazamın və onun üzərindən keçən qaz xəttinin şəklini göndərirəm. Baxın, görün bu işi hansı "ağıl sahibi" edib.

Mən belə düşünürəm ki, bunu bu hündürlükdən çəkdirən adam yadplanetli olar, yəqin ki. Halbuki, qanunla darvaza ola yerdə boru 4.5 metr hündürlükdən çəkilməlidir. Cəmisi 7-8 evə qaz xətti çəkiblər, onu da üz-gözlərinə bulaşdıırblar.

Bütün yuxarıda qeyd etdiklərimi nəzərə alaraq, xahiş edirəm, mənim şikayətim yerində araşdırılsın və lazımı tədbirılər görülsün".

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Bu qurumların rəsmi veb saytlarında narkomaniyaya qarşı mübarizə tədbirləri barədə informasiya yoxdur
Uzun illərdir ölkəmizdə narkomanlığa və narkobiznesə qarşı mübarizənin daha effektli və davamlı aparılması, genişmiqyaslı tədbirlərin həyata keçirilməsi nəticəsində müsbət və əhəmiyyətli nəticələr əldə edilir. Hər il olduğu kimi 2023-cü ildə də insanların həyat və sağlamlığına, cəmiyyətə, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, gəncliyimizin gələcəyi və sağlamlığı üçün ciddi təhlükə törədən problemə çevrilən narkomaniya ilə mübarizə sahəsində ciddi addımlar atılır. Bu baxımdan sözügedən mübarizənin gücləndirilməsi məqsədilə təhsil müəssisələrində yeniyetmə və gənclər arasında çoxsaylı tədbirlərin icrası da çox önəmli və dövləti əhəmiyyətə malikdir.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 22 iyul 2019-cu il tarixli sərəncamla təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın 2023-cü ilin birinci yarımilliyi üzrə icrası artıq yekunlaşıb. Qeyd edək ki, sözügedən proqramın həyata keçirilməsi üzrə “Tədbirlər Planı”na əsasən, müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən müəyyənləşdirilmiş bir sıra tədbirlərin icrası nəzərdə tutulub. Belə ki, yerli icra hakimiyyəti orqanları tərəfindən narkomanlığın qarşısının alınması ilə bağlı təbliğat və maarifləndirmə işlərinin təşkili, gücləndirilməsi və davamlılığının təmin edilməsi üçün mütəmadi tədbirlərin keçirilməsi planlaşdırılıb. Biz də öz növbəmizdə Bakı şəhəri və Naxçıvan Muxtar Respublikası istisna olmaqla yerli icra hakimiyyətlərinin bu ilin yanvar ayının 1-dən avqust ayının ortalarınadək olan dövrdə hansı tədbirləri reallaşdırmasını araşdırmaq qərarına gəldik. Bunun üçün rayon icra hakimiyyətlərinin (RİH) və şəhər icra hakimiyyətlərinin (ŞİH) rəsmi veb saytlarının “Xəbərlər” bölümü üzrə yerləşdirilən informasiyalar üzrə araşdırma apardıq.

23 rayon və 4 şəhər icra hakimiyyəti narkomaniyaya yox demir?

Öncəliklə bildirək ki, Qubadlı RİH-in http://www.qubadli-ih.gov.az/az rəsmi veb saytının http://qubadli-ih.gov.az/az/xeberler.html bölümündə hər hansı bir xəbər yerləşdirilməyib.
Araşdırmalarımıza görə, 23 RİH-in və 4 ŞİH-in rəsmi veb saytında xeyli sayda məlumat yerləşdirilsə də, onların arasında yuxarıda haqqında danışdığımız tədbirlər planında nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı hər hansı bir informasiya yoxdur. Həmin icra hakimiyyətlərinin siyahısını təqdim edirik.
1. Abşeron RİH-in http://absheron-ih.gov.az/az rəsmi veb saytında 20 yanvar – 8 avqust tarixlərində 44 rəsmi xəbər yerləşdirilsə də, onların arasında narkomanlığa qarşı mübarizə tədbirləri barədə məlumat yoxdur.
2. Ağdaş RİH-in http://agdash-ih.gov.az/az/ rəsmi veb saytında 5 yanvar – 4 avqust tarixlərində 103 rəsmi xəbər yerləşdirilsə də, onların arasında narkomanlığa qarşı mübarizə tədbirləri barədə məlumat yoxdur.
3. Ağstafa RİH-in http://agstafa-ih.gov.az/az rəsmi veb saytında 6 yanvar – 2 avqust tarixlərində 168 rəsmi xəbər yerləşdirilsə də, onların arasında narkomanlığa qarşı mübarizə tədbirləri barədə məlumat yoxdur.
4. Ağsu RİH-in http://agsu-ih.gov.az/az rəsmi veb saytında 7 yanvar – 7 avqust tarixlərində 80 rəsmi xəbər yerləşdirilsə də, onların arasında narkomanlığa qarşı mübarizə tədbirləri barədə məlumat yoxdur.
5. Astara RİH-in http://astara-ih.gov.az/az rəsmi veb saytında 5 yanvar – 8 avqust tarixlərində 58 rəsmi xəbər yerləşdirilsə də, onların arasında narkomanlığa qarşı mübarizə tədbirləri barədə məlumat yoxdur.
6. Biləsuvar RİH-in http://www.bilesuvar-ih.gov.az/az rəsmi veb saytında 6 yanvar – 1 avqust tarixlərində 89 rəsmi xəbər yerləşdirilsə də, onların arasında narkomanlığa qarşı mübarizə tədbirləri barədə məlumat yoxdur.
7. Füzuli RİH-in http://www.fuzuli-ih.gov.az/az rəsmi veb saytında 5 yanvar – 8 avqust tarixlərində 48 rəsmi xəbər yerləşdirilsə də, onların arasında narkomanlığa qarşı mübarizə tədbirləri barədə məlumat yoxdur.
8. Gədəbəy RİH-in http://www.gedebey-ih.gov.az/az rəsmi veb saytında 20 yanvar – 4 avqust tarixlərində 62 rəsmi xəbər yerləşdirilsə də, onların arasında narkomanlığa qarşı mübarizə tədbirləri barədə məlumat yoxdur.
9. Xocalı RİH-in http://xocali-ih.gov.az/az rəsmi veb saytında 10 yanvar – 11 avqust tarixlərində 45 rəsmi xəbər yerləşdirilsə də, onların arasında narkomanlığa qarşı mübarizə tədbirləri barədə məlumat yoxdur.
10. Kəlbəcər RİH-in http://kelbecer-ih.gov.az/az rəsmi veb saytında 5 yanvar – 14 avqust tarixlərində 99 rəsmi xəbər yerləşdirilsə də, onların arasında narkomanlığa qarşı mübarizə tədbirləri barədə məlumat yoxdur.
11. Qax RİH-in http://www.qax-ih.gov.az/az rəsmi veb saytında 20 yanvar – 14 avqust tarixlərində 71 rəsmi xəbər yerləşdirilsə də, onların arasında narkomanlığa qarşı mübarizə tədbirləri barədə məlumat yoxdur.
12. Qazax RİH-in http://www.qazax-ih.gov.az/az rəsmi veb saytında 1 yanvar – 14 avqust tarixlərində 334 rəsmi xəbər yerləşdirilsə də, onların arasında narkomanlığa qarşı mübarizə tədbirləri barədə məlumat yoxdur.
13. Qobustan RİH-in http://qobustan-ih.gov.az/az rəsmi veb saytında 5 yanvar – 27 iyul tarixlərində 64 rəsmi xəbər yerləşdirilsə də, onların arasında narkomanlığa qarşı mübarizə tədbirləri barədə məlumat yoxdur.
14. Qusar RİH-in http://www.qusar-ih.gov.az/az rəsmi veb saytında 6 yanvar – 10 avqust tarixlərində 49 rəsmi xəbər yerləşdirilsə də, onların arasında narkomanlığa mübarizə tədbirləri barədə məlumat yoxdur.
15. Lerik RİH-in http://lerik-ih.gov.az/az rəsmi veb saytında 5 yanvar – 25 iyul tarixlərində 72 rəsmi xəbər yerləşdirilsə də, onların arasında narkomanlığa qarşı mübarizə tədbirləri barədə məlumat yoxdur.
16. Saatlı RİH-in http://www.saatli-ih.gov.az/az rəsmi veb saytında 12 yanvar – 27 iyul tarixlərində 54 rəsmi xəbər yerləşdirilsə də, onların arasında narkomanlığa qarşı mübarizə tədbirləri barədə məlumat yoxdur.
17. Salyan RİH-in http://salyan-ih.gov.az/az rəsmi veb saytında 5 yanvar – 3 avqust tarixlərində 124 rəsmi xəbər yerləşdirilsə də, onların arasında narkomanlığa qarşı mübarizə tədbirləri barədə məlumat yoxdur.
18. Şabran RİH-in http://shabran-ih.gov.az/az rəsmi veb saytında 6 yanvar – 27 iyul tarixlərində 33 rəsmi xəbər yerləşdirilsə də, onların arasında narkomanlığa qarşı mübarizə tədbirləri barədə məlumat yoxdur.
19. Şamaxı RİH-in http://www.shamaxi-ih.gov.az/az rəsmi veb saytında 13 yanvar – 1 avqust tarixlərində 92 rəsmi xəbər yerləşdirilsə də, onların arasında narkomanlığa qarşı mübarizə tədbirləri barədə məlumat yoxdur.
20. Şəmkir RİH-in http://shamkir-ih.gov.az/az rəsmi veb saytında 5 yanvar – 14 avqust tarixlərində 223 rəsmi xəbər yerləşdirilsə də, onların arasında narkomanlığa qarşı mübarizə tədbirləri barədə məlumat yoxdur.
21. Siyəzən RİH-in http://siyezen-ih.gov.az/az rəsmi veb saytında 20 yanvar – 14 avqust tarixlərində 73 rəsmi xəbər yerləşdirilsə də, onların arasında narkomanlığa qarşı mübarizə tədbirləri barədə məlumat yoxdur.
22. Zərdab RİH-in http://zerdab-ih.gov.az/az rəsmi veb saytında 9 yanvar – 9 avqust tarixlərində 157 rəsmi xəbər yerləşdirilsə də, onların arasında narkomanlığa qarşı mübarizə tədbirləri barədə məlumat yoxdur.
23. Quba RİH-in http://www.quba-ih.gov.az/az rəsmi veb saytında 20 yanvar – 11 avqust tarixlərində 108 rəsmi xəbər yerləşdirilsə də, onların arasında narkomanlığa qarşı mübarizə tədbirləri barədə məlumat yoxdur.
24. Gəncə ŞİH-in http://ganja-ih.gov.az/az rəsmi veb saytında 12 yanvar – 11 avqust tarixlərində 205 rəsmi xəbər yerləşdirilsə də, onların arasında narkomanlığa qarşı mübarizə tədbirləri barədə məlumat yoxdur.
25. Sumqayıt ŞİH-in http://www.sumqayit-ih.gov.az/az rəsmi veb saytında 5 yanvar – 14 avqust tarixlərində 105 rəsmi xəbər yerləşdirilsə də, onların arasında narkomanlığa qarşı mübarizə tədbirləri barədə məlumat yoxdur.
26. Lənkəran ŞİH-in http://lenkeran-ih.gov.az/az rəsmi veb saytında 10 yanvar – 15 avqust tarixlərində 144 rəsmi xəbər yerləşdirilsə də, onların arasında narkomanlığa qarşı mübarizə tədbirləri barədə məlumat yoxdur.
27. Mingəçevir ŞİH-in http://www.mingechevir-ih.gov.az/az rəsmi veb saytında 6 yanvar – 14 avqust tarixlərində 147 rəsmi xəbər yerləşdirilsə də, onların arasında narkomanlığa qarşı mübarizə tədbirləri barədə məlumat yoxdur.

2 ŞİH-ə və 12 RİH-ə 7 ay ərzində 1 tədbir kifayət edib…

Yuxarıda qeyd etdik ki, dövlət başçısının sərəncamına əsasən hazırlanmış tədbirlər planında yerli icra hakimiyyətləri tərəfindən tədbirlər mütəmadi keçirilməlidir. Ancaq 12 RİH və 2 ŞİH 7 ay ərzində yalnız 1 tədbir keçiriblər. Siyahını təqdim edirik.
1. Naftalan ŞİH-in http://naftalan-ih.gov.az/az rəsmi veb saytında 5 yanvar – 14 avqust tarixlərində 181 rəsmi xəbər yerləşdirilib. Onların arasında narkomanlığa qarşı mübarizə tədbirləri barədə yalnız 1 məlumat var. Sözügedən tədbir bu ilin iyulun 5-də baş tutub.
2. Ağdam RİH-in http://agdam-ih.gov.az/az rəsmi veb saytında yanvar ayının 6-dan avqustun 7-dək 109 rəsmi xəbər yerləşdirilib. Onların arasında narkomanlığa qarşı mübarizə tədbirləri barədə yalnız 1 məlumat var. Sözügedən tədbir bu ilin yanvarın 13-də baş tutub.
3. Cəlilabad RİH-in http://celilabad-ih.gov.az/az rəsmi veb saytında 6 yanvar – 9 avqust tarixlərində 127 rəsmi xəbər yerləşdirilib. Onların arasında narkomanlığa qarşı mübarizə tədbirləri barədə yalnız 1 məlumat var. Sözügedən tədbir bu ilin mayın 5-də baş tutub.
4. Hacıqabul RİH-in http://haciqabul-ih.gov.az/az rəsmi veb saytında 13 yanvar – 11 avqust tarixlərində 92 rəsmi xəbər yerləşdirilib. Onların arasında narkomanlığa qarşı mübarizə tədbirləri barədə yalnız 1 məlumat var. Sözügedən tədbir bu ilin iyunun 24-də baş tutub.
5. Xaçmaz RİH-in http://www.xachmaz-ih.gov.az/az rəsmi veb saytında 12 yanvar – 7 avqust tarixlərində 138 rəsmi xəbər yerləşdirilib. Onların arasında narkomanlığa qarşı mübarizə tədbirləri barədə yalnız 1 məlumat var. Sözügedən tədbir bu ilin iyunun 10-da baş tutub.
6. Xızı RİH-in http://www.khizi-ih.gov.az/az rəsmi veb saytında 18 yanvar – 1 avqust tarixlərində 36 rəsmi xəbər yerləşdirilib. Onların arasında narkomanlığa qarşı mübarizə tədbirləri barədə yalnız 1 məlumat var. Sözügedən tədbir bu ilin iyunun 23-də baş tutub.
7. İmişli RİH-in http://www.imishli-ih.gov.az/az rəsmi veb saytında 7 yanvar – 8 avqust tarixlərində 141 rəsmi xəbər yerləşdirilib. Onların arasında narkomanlığa qarşı mübarizə tədbirləri barədə yalnız 1 məlumat var. Sözügedən tədbir bu ilin iyunun 8-də baş tutub.
8. Kürdəmir RİH-in http://kurdemir-ih.gov.az/az rəsmi veb saytında 5 yanvar – 2 avqust tarixlərində 104 rəsmi xəbər yerləşdirilib. Onların arasında narkomanlığa qarşı mübarizə tədbirləri barədə yalnız 1 məlumat var. Sözügedən tədbir bu ilin iyulun 1-də baş tutub.
9. Laçın RİH-in http://www.lachin-ih.gov.az/az rəsmi veb saytında 5 yanvar – 11 avqust tarixlərində 115 rəsmi xəbər yerləşdirilib. Onların arasında narkomanlığa qarşı mübarizə tədbirləri barədə yalnız 1 məlumat var. Sözügedən tədbir bu ilin fevralın 10-da baş tutub.
10. Oğuz RİH-in http://www.oguz-ih.gov.az/az rəsmi veb saytında 13 fevral – 11 avqust tarixlərində 27 rəsmi xəbər yerləşdirilib. Onların arasında narkomanlığa qarşı mübarizə tədbirləri barədə yalnız 1 məlumat var. Sözügedən tədbir bu ilin iyunun 13-də baş tutub.
11. Tovuz RİH-in http://tovuz-ih.gov.az/az rəsmi veb saytında 7 yanvar – 14 avqust tarixlərində 492 rəsmi xəbər yerləşdirilib. Onların arasında narkomanlığa qarşı mübarizə tədbirləri barədə yalnız 1 məlumat var. Sözügedən tədbir bu ilin iyunun 22-də baş tutub.
12. Yardımlı RİH-in http://www.yardimli-ih.gov.az/az rəsmi veb saytında 11 yanvar – 9 avqust tarixlərində 90 rəsmi xəbər yerləşdirilib. Onların arasında narkomanlığa qarşı mübarizə tədbirləri barədə yalnız 1 məlumat var. Sözügedən tədbir bu ilin fevralın 14-də baş tutub.
13. Zaqatala RİH-in http://www.zaqatala-ih.gov.az/az rəsmi veb saytında 1 yanvar – 14 avqust tarixlərində 65 rəsmi xəbər yerləşdirilib. Onların arasında narkomanlığa qarşı mübarizə tədbirləri barədə yalnız 1 məlumat var. Sözügedən tədbir bu ilin iyunun 16-da baş tutub.
14. Şəki ŞİH-in http://www.sheki-ih.gov.az/az rəsmi veb saytında 5 yanvar – 14 avqust tarixlərində 134 rəsmi xəbər yerləşdirilib. Onların arasında narkomanlığa qarşı mübarizə tədbirləri barədə yalnız 1 məlumat var. Sözügedən tədbir bu ilin iyunun 14-də baş tutub.

9 RİH-dən hər biri 7 ayda 2 tədbir keçirib

1. Şuşa RİH-in http://www.shusha-ih.gov.az/az rəsmi veb saytında 6 yanvar – 1 avqust tarixlərində 87 rəsmi xəbər yerləşdirilib. Onların arasında narkomanlığa qarşı mübarizə tədbirləri barədə 2 məlumat var. Sözügedən tədbirlər bu ilin fevralın 21-də və martın 9-da baş tutub.
2. Ağcabədi RİH-in http://agcabedi-ih.gov.az/az rəsmi veb saytında 4 yanvar – 9 avqust tarixlərində 141 rəsmi xəbər yerləşdirilib. Onların arasında narkomanlığa qarşı mübarizə tədbirləri barədə 2 məlumat var. Sözügedən tədbirlər bu ilin mayın 19-da və iyulun 6-da baş tutub.
3. Bərdə RİH-in http://berde-ih.gov.az/az rəsmi veb saytında 19 yanvar – 7 avqust tarixlərində 176 rəsmi xəbər yerləşdirilib. Onların arasında narkomanlığa qarşı mübarizə tədbirləri barədə 2 məlumat var. Sözügedən tədbirlər bu ilin fevralın 6-da və 16-da baş tutub.
4. Göyçay RİH-in http://goychay-ih.gov.az/az rəsmi veb saytında 6 yanvar – 14 avqust tarixlərində 221 rəsmi xəbər yerləşdirilib. Onların arasında narkomanlığa qarşı mübarizə tədbirləri barədə 2 məlumat var. Sözügedən tədbirlər bu ilin yanvarın 26-da və iyunun 26-da baş tutub.
5. Göygöl RİH-in http://www.goygol-ih.gov.az/az rəsmi veb saytında 1 yanvar – 14 avqust tarixlərində 278 rəsmi xəbər yerləşdirilib. Onların arasında narkomanlığa qarşı mübarizə tədbirləri barədə 2 məlumat var. Sözügedən tədbirlər bu ilin fevralın 7 aprel və mayın 13-də baş tutub.
6. Xocavənd RİH-in http://www.xocavend-ih.gov.az/az rəsmi veb saytında 1 yanvar – 11 avqust tarixlərində 141 rəsmi xəbər yerləşdirilib. Onların arasında narkomanlığa qarşı mübarizə tədbirləri barədə 2 məlumat var. Sözügedən tədbirlər bu ilin mayın 17-də və iyunun 22-də baş tutub.
7. İsmayıllı RİH-in http://ismayilli-ih.gov.az/az rəsmi veb saytında 5 yanvar – 14 avqust tarixlərində 201 rəsmi xəbər yerləşdirilib. Onların arasında narkomanlığa qarşı mübarizə tədbirləri barədə 2 məlumat var. Sözügedən tədbirlər bu ilin iyunun 8-də və 22-də baş tutub.
8. Sabirabad RİH-in http://www.sabirabad-ih.gov.az/az rəsmi veb saytında 12 yanvar – 11 avqust tarixlərində 128 rəsmi xəbər yerləşdirilib. Onların arasında narkomanlığa qarşı mübarizə tədbirləri barədə 2 məlumat var. Sözügedən tədbirlər bu ilin fevralın 6-da və 14-də baş tutub.
9. Samux RİH-in http://www.samux-ih.gov.az/az rəsmi veb saytında 11 yanvar – 14 avqust tarixlərində 176 rəsmi xəbər yerləşdirilib. Onların arasında narkomanlığa qarşı mübarizə tədbirləri barədə 2 məlumat var. Sözügedən tədbirlər bu ilin fevralın 7-də və iyulun 26-da baş tutub.


8 yerli icra hakimiyyətindən hər biri 3 tədbirlə kifayətlənib

1. Qəbələ RİH-in http://www.qebele-ih.gov.az/az rəsmi veb saytında 6 yanvar – 14 avqust tarixlərində 231 rəsmi xəbər yerləşdirilib. Onların arasında narkomanlığa qarşı mübarizə tədbirləri barədə 3 məlumat var. Sözügedən tədbirlər bu ilin iyunun 14-də və 22-də, iyulun 17-də baş tutub.
2. Goranboy RİH-in http://www.goranboy-ih.gov.az/az rəsmi veb saytında 1 yanvar – 14 avqust tarixlərində 450 rəsmi xəbər yerləşdirilib. Onların arasında narkomanlığa qarşı mübarizə tədbirləri barədə 3 məlumat var. Sözügedən tədbirlər bu ilin mayın 16-da, iyunun 25-də və iyulun 22-də baş tutub.
3. Daşkəsən RİH-in http://dashkesen-ih.gov.az/az rəsmi veb saytında 6 yanvar – 11 avqust tarixlərində 199 rəsmi xəbər yerləşdirilib. Onların arasında narkomanlığa qarşı mübarizə tədbirləri barədə 3 məlumat var. Sözügedən tədbirlər bu ilin yanvarın 19-da, fevralın 16-da və martın 31-də baş tutub.
4. Beyləqan RİH-in http://www.beyleqan-ih.gov.az/az rəsmi veb saytında 11 yanvar – 8 avqust tarixlərində 112 rəsmi xəbər yerləşdirilib. Onların arasında narkomanlığa qarşı mübarizə tədbirləri barədə 3 məlumat var. Sözügedən tədbirlər bu ilin yanvarın 26-da, fevralın 17-də və aprelin 7-də baş tutub.
5. Balakən RİH-in http://balaken-ih.gov.az/az rəsmi veb saytında 13 yanvar – 4 avqust tarixlərində 101 rəsmi xəbər yerləşdirilib. Onların arasında narkomanlığa qarşı mübarizə tədbirləri barədə 3 məlumat var. Sözügedən tədbirlər bu ilin martın 3-də, iyunun 14-də və 24-də baş tutub.
6. Zəngilan RİH-in http://www.zengilan-ih.gov.az/az rəsmi veb saytında 6 yanvar – 12 avqust tarixlərində 66 rəsmi xəbər yerləşdirilib. Onların arasında narkomanlığa qarşı mübarizə tədbirləri barədə 3 məlumat var. Sözügedən tədbirlər bu ilin martın 30-da, mayın 5-də və iyunun 7-də baş tutub.
7. Yevlax ŞİH-in http://www.yevlax-ih.gov.az/az rəsmi veb saytında 3 yanvar – 15 avqust tarixlərində 207 rəsmi xəbər yerləşdirilib. Onların arasında narkomanlığa qarşı mübarizə tədbirləri barədə 3 məlumat var. Sözügedən tədbirlər bu ilin fevralın 4-də, aprelin 29-da və mayın 5-də baş tutub.
8. Şirvan ŞİH-in http://www.shirvan-ih.gov.az/az rəsmi veb saytında 2 yanvar – 15 avqust tarixlərində 461 rəsmi xəbər yerləşdirilib. Onların arasında narkomanlığa qarşı mübarizə tədbirləri barədə 3 məlumat var. Sözügedən tədbirlər bu ilin fevralın 22-də, aprelin 19-da və mayın 12-də baş tutub.

Ucar və Tərtər RİH-lər siyahıya liderlik edirlər

Ucar RİH-in http://ucar-ih.gov.az/az rəsmi veb saytında 6 yanvar – 9 avqust tarixlərində 492 rəsmi xəbər yerləşdirilib. Onların arasında narkomanlığa qarşı mübarizə tədbirləri barədə 20 məlumat var. Sözügedən tədbirlər bu ilin yanvarın 10-da, fevralın 3-də, 8-də, 17-də və 24-də, martın 1-də, 3-də, 7-də və 10-da, aprelin 5-də, 12-də, 14-də, 18-də, 19-da, 20-də və 28-də, mayın 5-də və 19-da, iyunun 2-də və 9-da baş tutub.
Tərtər RİH-in http://terter-ih.gov.az/az rəsmi veb saytında 6 yanvar – 16 avqust tarixlərində 493 rəsmi xəbər yerləşdirilib. Onların arasında narkomanlığa qarşı mübarizə tədbirləri barədə 10 məlumat var. Sözügedən tədbirlər bu ilin fevralın 18-də və 22-də, martın 4-də, aprelin 27-də, mayın 19-da, 24-də və 31-də, iyunun 7-də və 24-də, avqustun 16-da baş tutub.
Neftçala RİH-in http://www.neftchala-ih.gov.az/az rəsmi veb saytında 6 yanvar – 15 avqust tarixlərində 393 rəsmi xəbər yerləşdirilib. Onların arasında narkomanlığa qarşı mübarizə tədbirləri barədə 6 məlumat var. Sözügedən tədbirlər bu ilin fevralın 10-da, 23-də və 24-də, martın 15-də, mayın 24-də və avqustun 15-də baş tutub.
Masallı RİH-in http://www.masalli-ih.gov.az/az rəsmi veb saytında 6 yanvar – 14 avqust tarixlərində 393 rəsmi xəbər yerləşdirilib. Onların arasında narkomanlığa qarşı mübarizə tədbirləri barədə 5 məlumat var. Sözügedən tədbirlər bu ilin fevralın 7-də, aprelin 12-də, mayın 8-də və 26-da, iyunun 8-də baş tutub.
Cəbrayıl RİH-in http://www.cabrail-ih.gov.az/az rəsmi veb saytında 9 yanvar – 8 avqust tarixlərində 133 rəsmi xəbər yerləşdirilib. Onların arasında narkomanlığa qarşı mübarizə tədbirləri barədə 4 məlumat var. Sözügedən tədbirlər bu ilin aprelin 13-də və 18-də, mayın 25-də və iyunun 21-də baş tutub.

Təbriz VƏFALI,

Tədqiqatçı jurnalist, Azərbaycan İnformasiya Mərkəzinin direktoru, analoq.az saytının baş redaktoru
Ardını oxu...
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) qurumun avtonəqliyyat parkında mövcud olan nəqliyyat vasitələrinə servis və təmir işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.

TEREF.AZ qaynarinfo-ya istinadla xəbər verir ki, tenderin qalibi "Yurd.MR” MMC seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 2 790 865,56 AZN-dir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Yurd.MR” MMC 16 avqust 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Mərdanov qardaşları, ev 34, mənzil 4-də yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Rafiq Kərəm oğludur.

Şirkət yarananda isə qanuni təmsilçisi Məmmədov Ruhin Rafiq oğlu olub. O, 11 avquts 2023-cü ildə Rafiq Məmmədovla əvəzlənib.
Ətraflı

Açıq mənbələrdə bu şəxslər barəsində heç bir məlumat yoxdur. Şirkət haqqında da hər hansı məlumata rast gəlinmir.

Dövlət satınalmalarının elektron portalında yerləşdirilən məlumatlardan aydın olur ki, "Bakı Metropoliteni” QSC ilə bağlanan satınalma müqaviləsi "Yurd.MR” MMC-nin qalib gəldiyi ilk tenderdir. Hər halda şirkətin bundan başqa tenderdə qalib gəldiyi barədə heç bir məlumat yoxdur.

"Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovdur. O, 2014-cü ildən bu vəzifədədir.
Ardını oxu...
DİA.AZ: - Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Tovuz rayonu ərazisindəki “Nazlı bulaq”, Göygöl rayonu ərazisindəki “Göygöl” istirahət mərkəzlərindən ətrafa tullantıların atıldığı və çirkab axıdıldığı, Ağcabədi şəhərində fəaliyyət göstərən “Ucuzluq" marketdə formalaşan tullantıların isə yandırıldığı müəyyən edilib.

DİA.AZ-ın məlumatına görə, xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, faktlarla bağlı “Nazlı bulaq” istirahət mərkəzinin icarədarı Akif Məhərrəmov, “Göygöl” istirahət mərkəzinin sahibi Məmməd Süleymanov və “Ucuzluq" marketin nümayəndəsi Təbriz İsmayılov barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.

“Gələcəkdə belə hallara yol verilməməsi üçün hər üç obyektin sahibinə məcburi göstəriş verilib”, - o deyib.

Bütün bunlar gözəldir. Və təqdirəlayiqdir ki, ETSN əməkdaşları az-çox öz işlərinin öhdəsindən gəlməyə çalışırlar. Amma digər əlaqədar qurumlar isə rəsmən yatıblar. Məsələn elə Göygöl rayonu, Toğanalı kəndinin bələdiyyəsi və yaxud da həmin kəndə baxan bələdiyyə...

DİA.AZ olaraq aşağıda təqdim etdiyimiz fotolar Göygöl-Toğanalı yolunun üstündəki "Gəncəbasar" Ailəvi (guya ki...) İstirahət Mərkəzindən və Toğanalı kəndinin içindən keçən çaydan çəkilib. Fotolardan da göründüyü kimi əslində çox gözəl təbii gözəlliyə malik olan bu ərazilər məhz əlaqədar qurumların baxımsızlığının və öz vəzifələrini yerinə yetirməmələrinin qurbanıdır...

Hər halda, sonra deməyin ki, nədən turistlər Azərbaycanı seçmir... Çünki bizlər Azərbaycanı sevmirik...

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

Ardını oxu...
Gəncə şəhər sakini Hüseynov Anar Telman oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, anası öləndən sonra ona qalan evi saxta sənədlərlə mənimsəyiblər:

"Mən, Hüseynov Anar Telman oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimin araşdırılması üçün mənə kömək göstərəsiniz.

Bildirim ki, 1978-ci ildə Gəncə şəhərində anadan olmuşam. Uşaq evinin sakini olmuşam. Bütün başıma gələnlər savadsızlığımdan və yiyəsizliyimdən olub.

1983-cü ilə kimi 2 nömrəli uşaq evindən Hüseynova Lətafət xanım tərəfindən övladlığa götürülmüşəm. Lətafət xanım ağır xəstəlikdən vəfat edənə qədər məni saxlayıb. Vəfat etdikdən sonra məni Şüvəlanda 2 nömrəli internat məktəbinə yerləşdirdilər. Mənə analıq edən şəxs ölməmişdən qabaq mülkünü sənədlə mənə əmanət etmişdir.

Artıq böyüyüb yaş həddini doldurduqdan sonra internatdan çıxaraq, Ağdaş rayonuna getdim. Ağdaş İcra Hakimiyyətinin qəbulunda oldum və ondan xahiş etdim ki, anamdan qalan evi yaşamağım üçün mənə versin. İcra Hakimiyyəti də sənədləri təqdim etdi və həmin evdə məskunlaşmağa başladım.

Bir neçə ay olardı ki, yaşadığım evdə qonşum Nahidə tərəfindən şərlənərək həbs edildim. Sən demə, həmin qonşumun qərəzli məqsədi var imiş. Həbsdən çıxandan sonra evimə gəldim və bildirdilər ki, mənim adıma olan ev başqa adama satılıb. Hər yerə getdim, müraciət etdim, sübut etdim ki, mən ev satılan vaxt həbsdə olmuşam, evimi kim, necə sata bilərdi?! Mənə qonşum və s. adamlar hədə-qorxu gəlirdilər, amma heç birinə məhəl qoymurdum. Çünki mənim olan evi saxta sənədlərlə satıblar.

Növbəti dəfə məni həbs etdirdilər, ümüdimi kəsdim, başladım açılmayan cinayətləri boynuma alıb, həbsdə qalmağa. Çünki gedəcək yerim yox idi. Həbs həyatı çətin olsa da, ən azından yeməyimizi verirdilər. Dəfələrlə "srok" yatmışam.

Hazırda vərəm xəstəsiyəm. Ağdaş rayonuna getməyə qorxuram, yenidən həbs etdirəcəklər. Xahiş edirəm, yetimçiliklə böyüyən mənə səlahiyyəti çatan çəxslər kömək etsin. Küçələrdə qalmışam, heç kəsim yoxdur. Evimi alan şəxs Baxşəliyev Şəkər və onun oğlanları məni təhdid edirlər. Hansısa dövlət kanalında müxbir işləyən qohumlarının əli ilə məni yenidən həbs etdirəcəklərini deyirlər. Müxbir bir xanımın əli ilə, onun tanığı adamlar vasitəsilə saxta sənədlər düzəldərək, evimi mənimsəyiblər.

Bu yazı efirdə və yaxud saytda gedəndən sonra mən bilirəm ki, yenidən bir yol tapıb məni həbs etdirəcəklər, ya da döydürəcəklər. Amma yaşamağa yerim yoxdur, çarəsizəm. Ağdaş rayonu, Müşviq İsayev küçəsi, dalan 1, ev 29-da qeydiyyatdayam. Sənədlərim də var. Məhkəməyə müraciət edirəm, baxılmır. İcra Hakimiyyəti qarışmır. Mən kimdən kömək istəyim? Xahiş edirəm, mən ölənə kimi evimi mənə versinlər, məni çox çarəsiz vəziyyətə salıblar".

Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Ardını oxu...
     

Azərbaycanın İranla sərhəddə yerləşən Astara şəhərinin əhalisi 20 min nəfərə çatır. Yayda bu şəhərdə əlavə turistlər də olur.

"Mərkəzdə bir ayaqyolu var"

Astara şəhər sakini, ictimai fəal Asən Həşimli deyir ki, əhalinin artmasına baxmayaraq, illərlə həllini gözləyən problemləri çoxdur. Onun deməsinə görə, şəhərdə sovetdənqalma kanalizasiya sistemi dağılıb: "Yenisini tikmək barədə söhbətlər getsə də, hələlik, ortada ciddi iş görülmür. Şəhərin heç yerində içməli su yerləri yoxdur. Mərkəzdə bir ayaqyolu var, o da pis vəziyyətdədir. Çox vaxtı şəhərdə yığılıb qalan zibilləri vaxtında daşımırlar".

Ardını oxu...

Şəhərdə zibillərin atıldığı ərazinin hasarı yoxdur. İnəklər zibillikdə eşələnirdilər. Adının çəkilməsini istəməyən bir sakinin deməsinə görə, külək onların yaşadığı evlərə tərəf əsəndə üfunət iyindən və tüstüdən həyətdə qalmaq olmur: "Tüstü bizi boğur, üfunət iyindən bezmişik. Zibilxananı yaşayış yerindən uzaqda yerləşdirmək lazımdır. Heç olmasa, buranı hasara alsınlar. Elə vaxtlar olur, qarğalar orada dolaşır. Gecələr çaqqallar zibilxanaya daraşırlar. Xəstəlikdir".

"İnəklər kanala yaxın durmurlar"
Söhbətə başqa bir yerli sakin də qoşulur: "Külək zibili göyə qaldırır, ətrafa səpir. Orada nə istəsən var. Siçan basıb oranı. Əhaliyə ziyandır".

Astaranın Əhəd Muxtar küçəsində sakinlər zibili ərazidən keçən kanala atırlar. Sakinlərdən biri Mikayıl Əhmədov zibillərə görə kanal suyunun çirkləndiyini söyləyir: "Yaxınlıqda otlayan inəklər adətən kanal suyu içirdilər. İndi kanala yaxın durmurlar, su həddindən artıq çirklənib. Burada yaşayanlara dəfələrlə demişəm ki, zibili kanala atmayın. Deyirlər ki, kanala atmayaq bəs nə edək? Bura şəhərin küçələrindən biridir. Kənd yolu burdan yaxşıdır".

Astara Gömrük Məntəqəsinin qarşısında vəziyyət bir qədər fərqlidir. Amma orada da şikayət eşidilir: "Balaca maşınlar var, evləri gəzib zibil yığırlar, buna görə pul alırlar. Gətirib həmin zibilləri bura tökürlər. Bunun hesabına xəstəxanaya gedən yolun üstündə həmişə qalaqlanmış zibil olur".

"Hasar nəzərdə tutulub"
Rayon Mənzil Kommunal Tikinti Təsərrüfatı İstehsalat Birliyindən isə deyirlər ki, şəhərdə zibillər vaxtında daşınır: "Qaldı mərkəzi zibilxanaya, ora üçün hasar nəzərdə tutulub. Utilizasiya ilə bağlı heç nə deyə bilmərik. İcra hakimiyyəti aparatına müraciət edin".

Astara şəhər icra nümayəndəliyindən isə bildirirlər ki, onlara əhalidən bu məsələlərlə bağlı şikayət daxil olmayıb.

AzadlıqRadiosu © 

Ardını oxu...
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi “Dövlət Satınalmaları haqqında” Qanunu pozub. Bu sözləri iqtisadçı Allahverdi Aydın bildirib. Onun sözlərinə görə, son 3 ildə AQTA-nın keçirdiyi və ümumi dəyəri 600 min manata yaxın olan 6 tenderin qalibi “Duohıve” MMC (VÖEN – 1503672811) adlı şirkət olub: “Şirkət təsis olunan zaman (2017-ci il) rəhbəri Rəşad Xalıqov adlı şəxs olub. Bu şəxs 2020-ci ilin yanvar ayından 2021-ci ilin aprel ayına kimi AQTA-nın İnformasiya texnologiyaları və innovativ həllər sektorunun müdiri olub. Sektor müdiri olan kimi “Duohıve” MMC AQTA-nın informasiya texnologiyaları ilə bağlı keçirdiyi 3 tender müsabiqəsinin qalibi olub. Bəs qanun nə deyir?

“Dövlət Satınalmaları haqqında” Qanunun 13-cü maddəsində açıq şəkildə yazılır ki, satınalma prosedurlarından əvvəlki üç il ərzində satınalma prosedurlarında iştirak edən iddiaçının əməkdaşı və ya vəzifəli şəxsi olanlar satınalma prosedurları zamanı satınalan təşkilatın təmsilçisi, məsləhətçisi və satınalmalarla əlaqədar digər vəzifələrin icraçısı ola bilməzlər. Qanunun tələbindən də göründüyü kimi, tender keçirilən zaman (2020-ci ildə) satınalan təşkilatın, yəni AQTA -nın təmsilçisi (İnformasiya texnologiyaları və innovativ həllər sektorunun müdiri) 3 il əvvəl – 2017-ci ildə iddiaçının, yəni “Duohıve” MMC -nin vəzifəli şəxsi (qanuni təmsilçisi) olub”.

Qanunun tələbindən də göründüyü kimi, tender keçirilən zaman (2020-ci ildə) satınalan təşkilatın, yəni AQTA -nın təmsilçisi (İnformasiya texnologiyaları və innovativ həllər sektorunun müdiri) 3 il əvvəl – 2017-ci ildə iddiaçının, yəni “Duohıve” MMC -nin vəzifəli şəxsi (qanuni təmsilçisi) olub.

Onu da bildirək ki, 2017-ci ildə “Duohıve” MMC-yə, 2020-ci ildə isə AQTA-nın İnformasiya texnologiyaları və innovativ həllər sektoruna rəhbərlik edən Rəşad Xalıqov “2007-2015 Dövlət Proqramı” çərçivəsində 2007-2012-ci illərdə bakalavriat və 2012-2013-cü illərdə magistratura səviyyələri üzrə Fransada “Université de Franche-Comté Besançon” ali təhsil müəssisəsindən məzun olub. Xalıqov hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “AzInTelecom” MMC-də informasiya və kommunikasiya texnologiyaları üzrə müşavir vəzifəsini icra edir.

Diqqət çəkən məqamlardan biri də odur ki, açıq internet resurslarında “Duohıve” MMC ilə bağlı olan azsaylı məlumatlardan biri AQTA sədri Qoşqar Təhməzlinin qardaşı oğlu Şahbaz Təhməzlinin rəhbərlik etdiyi “İPE Group” MMC-yə məxsus “rahatyasam.az” saytının bu şirkət tərəfindən hazırlamasıdır.
 //cumhuriyyet.az//
 

Dünyapress TV

Xəbər lenti