Ardını oxu...
Müdriklər deyib, "Kələklə gələn, küləklə gedər".

Bəli, taa Abşeron rayon İcra Hakimiyyətinin başçısı olduğu zamandan bugünə qədər az qala Abşeron və Sumqayıtı "kəndi satın almış köy ağası" kimi idarə edən Zakir Fərəcovun deyəsən vəziyyəti ürəkaçan deyil...

Bir zamanlar adı gələndə işində hər hansı bir süni əngəl yaradacağından qorxub tir-tir əsən, bir sözünü iki etməmək məcburiyyətində qalan iş adamları yoldaş Fərəcovun "dalanda qarşısını kəsiblər".

Bəli, biz yuxarıda işlətdiyimiz atalar məsəlini elə-belə yazmadıq.

Redaksiyamıza daxil olan bir qrup iş adamları Fərəcovun onlara külli miqdarda pul borcu olduğundan və uzun müddətdir ki, geri ala bilmədiklərindən gileylənirlər.

Belə ki, Laçını alan sərkərdənin (ölkə başçısının) tapşırıqlarına məhəl qoymayıb xalqa xidmət deyil, ağalıq edən, həmçinin Laçın uğrunda canını qurban verən şəhidlərin ailələrini, qaziləri görməzdən gələn və etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara görə hazırda Laçında böyük biznes obyektləri qurduran Zakir Fərəcov sən demə dövlət büdcəsindən şəhərin abadlaşdırılması, dənizkənarı Sumqayıt bulvarının yenidən qurulması üçün ayrılan vəsaitləri "cibinin pulu" kimi xərcləyib, işi təhvil vermək zamanı gələndə şirin dilini işə salıb, lazımi işləri onların özlərinin dili ilə desək, güya borc almaq adı altında iş adamlarına gördürüb.

Həmçinin, dövlət banklarından birindən külli miqdarda kredit götürüb. Etibarlı mənbənin "DogruXeber.az"a bildirdiyinə görə hazırda həmin bank Fərəcovu məhkəməyə verdiyi üçün, vəziyyəti biraz kritikdir.

Hə...bir də deyiblər ki, "Kəsənin üzünü tikən ağardar."

Fərəcovun üzünü ağardanlar isə artıq uzun müddətdir ki, onun yaşatdığı əsəb-stress içində dövlət qurumlarının qapılarını döyürlər.

Bundan əlavə, onlar mətbuata üz tutublar ki, "Jurnalistlər mənim dostumdur. Mən çox vaxt məlumatları mətbuatdan alıram" deyən ölkə başçısına bəlkə bu yolla, onun etimad göstərib bir şəhərə rəhbər təyin etdiyi Fərəcovun onlara nə divan tutduğunu çatdıra bildilər.

Beləliklə, onların "DogruXeber.az" redaksiyasına göndərdikləri müraciətdə deyilir ki, " Zakir Fərəcov Dənizkənarı bulvar başda olmaqla bütün şəhərdə aparılmış bir çox abadlıq işlərini biz iş adamlarına gördürüb. Amma, 6 ildir ki, hər birimizə ayrı-ayrılıqda borclu olduğu milyonları geri ala bilmirik.

Bulvarın tikintisi üçün dövlət büdcəsindən pul ayrılmadığı yalanını danışmaqla, bizi aldadıb, borclu olduğu məbləğin 30 faizini ona bağışlamağımızı tələb etdi. Biz də ölkə üçün dövlət üçün görülən işlərdə qatqımız olsun deyə buna razılaşdıq və 30 faizi notarial qaydada bağışladıq. Geri qalan məbləği isə hələ də ödənilməmiş qalır.

İndi də Zakir Fərəcov deyir ki, güya ona şəhərdə öz hesabından bir neçə təhsil müəssisəsi tikdirmək tapşırığı verilib, bunun üçün də 6.000.000 (altı milyon) manat vəsait lazımdır, ona görə borcları verə bilməyəcək.

Prezidentin etibar etdiyi bu şəxs bu cür yalanları ilə dövlətə və dövlət başçısına qarşı da iş adamları arasında inamsızlıq yaratmağa çalışır. Biz bilirik ki, dövlət tapşırıq verdiyi işlər üçün büdcədən vəsait ayırıb, amma o vəsaitin hara xərcləndiyi kimsəyə məlum deyil. Təbii ki, Fərəcovun özündən başqa...

Bir də bilsə-bilsə Fərəcovun ən etibarlı adamları olan Baş memar Adil Xudadatov və Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyev bilər. Çünki, bütün işləri Zakir Fərəcov məhz onların iştirakı ilə həyata keçirir. Bizə əvvəllər az-az verilən məbləğləri də məhz Adil Xudadatov şəhərdə fəaliyyət göstərən sahibkarlar və iş adamlarından yığıb verirdi."

Görünür, ölkənin ən böyük sənaye şəhərlərindən biri olan Sumqayıtda, el dilində desək, "at izi, it izinə qarışıb ". Maraqlıdır, ödəniş, pul məsələlərinə baş memar baxırsa, qurumun mühasibi nə işə yarayır?

Bir də diqqət etdinizsə iş adamları "Fərəcovun etibarlı adamları" ifadəsini işlətdilər. Elə Zakir Fərəcovun da pul, ödəniş məsələlərini aidiyyatı üzrə qurumun mühasibinə deyil, baş memar Adil Xudadatova həvalə etməsinin özü də müəyyən şübhələr doğurur.

Qeyd edək ki, bu barədə hələlik, "şübhə" deyə bəhs edirik ki, ətraflı yazsaq material çox uzanacaq.

Odur ki, materialı daha da uzadıb sizləri yormamaq üçün, bu dəfə mövzuya qısa giriş verdik. Qarşıdakı günlərdə isə başçının etibar edilən şəxslərə niyə etibar etdiyi, Fərəcovun borclu olduğu iş adamlarının adları, ayrı-ayrılıqda müraciətləri və borclu olduqlari məbləğləri, həmçinin Fərəcovun sahib olduğu mülkləri, biznesləri, eləcə də hazırda tikintisi gedən biznesləri barəsində daha ətraflı məlumatları təqdim edəcəyik.

Yetər ki, diqqətiniz bizdə olsun.

Yeri gəlmişkən, hər kəsə məlumdur ki, "DogruXeber.az" hər zaman adının haqqını verərək məlumatlar dərc edir və mütləq qarşı tərəfin də mövqeyini öyrənməyə çalışır.

Bu dəfə də ənənəmizə və media haqqında qanunlara sadiq qalaraq, məsələ barəsində Sumqayıt şəhər İcra Hakimiyyətinin də mövqeyini öyrənmək üçün əsas adı çəkilən şəxslərdən biri olan Gündüz Əliyevə zəng etdik.

Gündüz Əliyev fikir bildirmək istəmədiyini, suallarımızı mətbuata cavabdeh olduğunu dediyi Eyvaz Qocayevə ünvanlamağimızı bildirdi.

Halbuki, "Aparatın strukturu"nda Eyvaz Qocayevin adı Gündüz Əliyevin müdiri olduğu Ərazi İdarəetmə və özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi olduğu yazılıb. Demək ki, çəkdiyimiz el məsəli burda da özünü bir daha göstərdi.

Əlqərəz...

Gündüz Əliyevlə sağollaşıb, zəng etdik "mətbuata cavabdeh" Eyvaz Qocayevə. Eyvaz Qocayev isə bildirdi ki, suallarımızı yazılı şəkildə votsap vasitəsilə ona göndərək. Biz də razılaşdıq.

Odur ki, sualları dərhal hazırlayıb, cəmi bir neçə dəqiqə sonra votsap vasitəsilə göndərdik.

Qeyd edək ki, bütün bu zənglər , suallar günün birinci yarısında həyata keçirildi.

Mesajın çatmasına baxmayaraq, iş gününün sonuna qədər Eyvaz Qocayevdən heç bir cavab gəlmədi. Belə olan halda, yenidən zəng etdik, bu dəfə isə ümumiyyətlə zəngimizə cavab vermədi.

"Susmaq razılıq əlamətidir" deyiblər, belə çıxır ki, Eyvaz Qocayev verəcək cavabı olmadığından, suallarımızı susmaqla cavablandırmağı düşünüb.

Yuxarıda da qeyd etdiyimiz kimi, məsələyə yenidən qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
Ardını oxu...
Sosial şəbəkələrdə Fəvvarələr meydanında aparılan tikinti işləri ilə bağlı çəkilmiş foto müzakirələrə səbəb olub. İzləyicilər Bakının mərkəzi küçəsində belə tikintiyə icazə verilməsini qınayıblar və şəhərə xoşagəlməz görüntü verdiyini qeyd ediblər.
Ardını oxu...
Fotonun yayımlanmasından sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məlumat yayıb. Komitə yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən verilən məlumata görə, paytaxtın Səbail rayonunun Nigar Rəfibəyli küçəsində (Fəvvarələr meydanı) şəhərsalma nəzarəti qaydasında monitorinq zamanı heç bir razılıq olmadan tikinti işlərinin aparıldığını müəyyən edərək onu dərhal dayandırıb.
Məlumata görə, bununla bağlı Komitə şəhərsalma nəzarəti qaydasında aidiyyəti üzrə Bakı Şəhər İcra Hakimiyyətinı və Səbail Rayon İcra Hakimiyyətinə məlumat verərək qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görülməsi barədə müraciət edib.
Hazırda tikinti işləri tam dayandırılıb, Komitənin Baş İdarəsinin nəzarəti altına götürülüb.
Bəs məsələ ictimailəşməsəydi sözügedən tikinti davam edəcəkdimi? Ümumiyyətlə paytaxt Bakıda və bölgələrdə qeyri-qanuni tikililərin artmasına səbəb nədir?

AZXEBER.COM-a danışan iqtisadçı ekspert Natiq Cəfərli düşünür ki, nəzarətsizlik sözügedən problemin əsas qaynağıdır:
“Azərbaycanda nə qədər qəribə səslənsə də, ondan çox hökümət və dövlət qurumu var ki, tikintiyə nəzarət etmə səlahiyyətinə sahibdir. Məntiqlə düşünsək, bu cür hadisə birinin gözündən qaçırsa, ən azından digəri bunu görməli və qanunsuz tikililərin həyata keçirilməsi zamanı maneəçilik törətməlidir. Amma biz bunun tamam əksini görürük. Hazırda Bakı şəhərində 400 min, bəzi məlumatlara görə isə 500 min sənədsiz ev var. Bakıdan kənarda da şəxsi tikililər var ki, onların heç birinin sənədi yoxdur. Onda da suallar yaranır, əgər ölkədə ondan çox hökümət orqanın nəzarət etmə funksiyası varsa, bu evlərin və obyektlərin tikintisinə kimlər göz yumur? Deməli nəzarət zəifdir, ortada korrupsiya faktları var. Digər başqa ölkələrin təcrübəsinə baxanda bu proses seçilmiş bələdiyyələrin nəzarətində olur. Məsələn qardaş ölkə Türkiyədə bələdiyyələr qanunsuz tikintilərə imkan vermir, bu məsələni tam nəzarətində saxlayır. Bələdiyyə sədri seçkili orqan olduğu üçün işlərini yaxşı görməyə çalışır. Bizdə tikinti sahəsini gələcəkdə yaradılacaq və ya yaradılmalı olan böyük şəhər bələdiyyələrinə həvalə etmək, seçilmiş orqanlara tapşırmaq daha doğru olar”.

Mövzu ilə bağlı danışan Milli Məclisin deputatı Razi Nurullayev qeyri-qanuni tikililərin sayının çoxalmasını sənədləşmə problemlərindən qaynaqlandığını bildirib:
“Bakıda qanunsuz tikililərin sayı artır. Qanunsuz tikinti edənlərin də sayı kifayət qədər çoxalıb. Əlavə olaraq, insanlar başqa vasitələrdən, daha dəqiq desək dostdan-tanışdan gözlərini yummalarını xahiş edərək bu tikintilərin reallaşması üçün çalışır. Səbəb isə hazırda tikinti prosesinin qəliz olmasıdır. Bu proses çox çətinləşdirilib və hələ ki, asanlaşacağı da görünmür. Bəzən də vətəndaş tikilini qanuniləşdirmək, sənəd almaq üçün çox əziyyət çəkir və çox vaxt da bunu etmək iqtidarında olmur. Həmin yerlə bağlı qərarlar dəyişir və yaxud həmin yerin xəritəsində, sənədində çatışmazlıq ortaya çıxır. Tikinti aparan şəxs tikintisini aparmaq niyyətində olduğu üçün qanunsuz yola əl atır. Təbii ki, mən bunu bəyənmirəm. Bütün bunlar Dövlət Şəhərsalma və Arxitektura Komitəsi üçün bir siqnal olmalıdır. İnsan dəli deyil ki hansısa tikinti aparsın, sonra da onu söksünlər. Demək ki, o adam torpağını sənədləşdirə bilmədiyinə görə, məcburdur ki, qeyri-qanuni yollara əl atsın”.
Deputat sonuncu dəfə Nigar Rəfibəyli küçəsində (Fəvvarələr meydanı) aparılan tikinti işinin ictimailəşəndən sonra dayandırılmasını belə izah edib:
“Nəzarət edən şəxslər belə tikintilərin əvvəldən başlanmasını da görürlər. Bakıdan kənarda hər hansısa bir tikinti etsən, o dəqiqə gəlib başının üstündə durarlar. Hər bir şey bilinir və görünür. Amma bəzən o yerlər çox böyük adamlara məxsus olur, buna kimlərsə susur. Bəlkə tikintini aparan şəxs özü də qeyri-qanuni iş görmək istəməz, onun da hər hansısa sənədləşmə problemləri ola bilər. Bəlkə də hər hansısa qurum ona icazə verir ki, tikintini et, daha sonra sənədləşdirərsən. Tikinti ilə bağlı insanlara bir rahatlıq vermək lazımdır, proses yüngülləşdirilməlidir. Amma biz hələ ki, bu prosesin tam əksini görürük”.
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Cəlilabad rayonu, Kirovka kənd sakini, 4 uşaq anası Sadıqova Aidə Balasər qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, Bələdiyyə sədrindən və pullu qonşusundan şikayətçidir:

"Mən, Sadıqova Aidə Balasər qızı, yazaraq sizdən xahiş edirəm ki, problemimin araşdırılması üçün mənə kömək göstərəsiniz.

Kənddə yaşayırıq, bəzilərimiz maldarlıq, bəzilərimiz isə əkinçiliklə məşğul oluruq. Hər kəs çörək pulunu çıxarmaqla məşğuldur. Çox təəssüf ki, halal çörəyimizi qazanmağa mane olanlar var. Kəndimizdə yaşayan, “Kamal” adı ilə tanınan, lakin əsl adı Şükürov Rəfail Şükür oğlu olan şəxs bizə imkan vermir ki, çörək pulumuzu qazanaq.

2 baş inəyimiz var, onların altını təmizləyib evimizin qabağındakı əraziyə boşaldırıq. Həmin ərazidə rus qəbiristanlığı var, ətrafı hasarlanıb. Yəni bu adamın dərdi sırf qəbiristanlıq deyil, onsuz da qəbiristanlığa tökülmür. Sadəcə imkanlı adamdır, pulu çoxdur, hər işə qarışır.

Keçən il də bizə hədə-qorxu gələrək, “sizi öldürəcəyəm" deyirdi. O, “bu rayonda mən nə desəm qanundur, mənim sözümdən heç kəs çıxa bilməz" kimi ifadələr işlədir.

Həqiqətən də belədir, Cəlilabad Rayon Bələdiyyəsinin sədri Mehdi müəllimdən tutmuş, bütün vəzifəli şəxslər Kamalın dediklərini təsdiqləyir. Əlbəttə, onda olan pul, var-dövlət məndə də olsaydı, mənim də sözüm təsdiqlənərdi.

Keçən il sizin qəzet vasitəsilə müraciətimdən sonra, hədə-qorxu olunmaqdan canımız qurtarmışdı. Bu il yenə hədə-qorxular gəlməyə başlayıb. Bu səbəbdən də sizin redaksiyadan kömək istəyirəm.

Mən başa düşürəm ki, qanun varlıya keçmir, varlılar qanunu saymır, amma nə olar, biz kasıbların da arada şikayətlərinə baxılsın. Qanun mənim kimi kasıb təbəqəyə şamil edilir, Kamal kimi pullu adamlara şamil edilmir.

Kamalın tikdirdiyi qanunsuz tikililəri heç kəs sökdürə bilmir, amma mənə zülm edirlər. Kamal dəfələrlə deyib, "elə bir kişi yoxdur ki, mənim tikdiyimi sökdürə". Düz də deyir, bütün kənd bir yanadır, Kamal bir yana. Kamal qanunları öz pulu ilə satın alıb, Cəlilabad Rayon Bələdiyyəsi, İcra Hakimiyyəti də buna göz yumur.

Mən bu yazını oxuyan səlahiyyətli şəxslərdən xahiş edirəm ki, bu iş qanuni şəkildə araşdırılsın. 4 uşaq anasıyam, məni sakit həyat yaşamağa qoymurlar. Bəlkə kəndin icra nümayəndəsi və yaxud bələdiyyəsi Kamal müəllimdir, biz bilmirik? Belədirsə, bütün kəndi ona təhvil verək, çıxaq.

Bu qədər vicdansızlıq olmaz. Qadınla dava etmək kişiyə yaraşmaz. Mən öz uşaqlarımın çörək pulu üçün əziyyət çəkirəm. Cəlilabadda “qanun şah deyil, şah qanundur”. Bir ölkədə ki, qanunlar mənim kimi kasıb təbəqələrə şamil olunur, deməli, belə bir ölkədə yaşamağa dəyməz.

Kamal mənim yoldaşımı həbs etdirməklə hədələyir. Bu adam kimdir, nə işlə məşğuldur ki, rayonda istədiyini edir?!

İcraçı ramin müəllim mənə deyir ki, bir daha heyvanının altını təmizləyib evinin qabağına tökmə. Sual verirəm ki, Ramil müəllim, digər şəxs - Kamal müəllim bəs niyə tökür? Mənə deyir ki, sən hələ öz tapşırığını et, digəri sənlik deyil, araşdırarıq. Belə qanun harada var, bir qonşuya olar, digərinə olmaz?!”

Məsələ ilə əlaqədar Cəlilabad Rayon Bələdiyyəsinin sədri Fərqanə Məmmədova ilə əlaqə saxladıq. Fərqanə xanım məsələyə bu cür münasibət bildirdi: “Kamal müəllim orada abadlıq işləri qurub, ağac əkib, özü üçün şərait qurub. Həmin ərazidə Kamal müəllim qeyri-qanuni heç nə etməyib. Amma Aidə xanım onun qurduğu səliqə-səhmanı dağıtmaq istəyir”.

Qeyd edək ki, Bələdiyyə sədri suallarımızı bitirməmiş “məni maşın gözləyir, vaxtım azdır” deyərək telefonu söndürdü.

Əslində, Fərqanə xanımın məsələyə bu cür reaksiya verməsi gözlənilən idi. Lakin onun “Aidə xanım Kamal müəllimin qurduğu səliqə-səhmanı dağıtmaq istəyir” ifadəsi heç də həqiqəti əks etdirmir. Birincisi, necə olur ki, Kamal müəllim öz heyvanlarının peyinini “abadlaşdırdığı əraziyə” ata bilər, amma Aida xanım yox?! İkincisi, boş bir ərazini zəbt edib, özü üçün toyuq damı və s. tikdirmək nə vaxtdan kənd üçün abadlıq işləri sayılır?!

Üstəlik, şikayətçi tərəfindən redaksiyamıza göndərilən vidiolarda Kamal müəllimin zəbt etdiyi sahələrdəki ağacları kəsdiyi də açıq-aşkar görünür. Buyurun, izləyin:



Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 
Ardını oxu...
Dəyərli dostlar, media təmsilçiləri və QHT nümayəndələri,
Bildiyiniz kimi son dövrlər mən və bir neçə cəsarətli həmkarım Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində (QHT Agentliyində) baş verən ciddi qanun pozuntuları ilə bağlı haqlı etirazlarımızı bildirməkdəyik. Bəzi həmkarlarımızı min bir bəhanə ilə qorxudub susdurublar. Bunlar başadüşüləndir.
Sözsüz ki, ciddi faktlara söykənən etirazlarımız və çıxışlarımız Agentlik rəhbərliyini narahat etməkdədir.
Burada məqsədimiz son vaxtlar intensiv hal almış və son dövrlər qırmızı xətti keçən özbaşınalığa son qoymaqdır.
Görünür Agentlik rəhbərliyi bu vəziyyətdən çıxış yolu tapmaq üçün bizə qarşı təqyiqləri artırmaq və bizi susdurmaq üçün müxtəlif yollara əl atırlar. Bu gün bir QHT-nin ofisində toplanaraq haqqımızda ölkə başçısına şikayət məktubu göndərmək barədə plan qurublar (sağ olsun qrup üzvünün biri bu informasiyanı bizə verdi).
Ya bunların məntiqi yoxdur, ya da bunlar öz maraqlarını dövlət maraqlarından üstün tutur. Bizim haqqımızda nəyi şikayət edəcəksiz? Niyə qanunçuluğun qorunmasını, korrupsiyaya qarşı mübarizə aparılmasını, ədalətli qrant siyasətinin həyata keçirilməsini tələb edirik? Budur şikayətiniz))
Buradan QHT rəhbərlərinə muraciət edərək, QHT Agentliyi ətrafinda yaranmış son durumla bağlı təcili qapalı konfrans keçirməyi təklif edirəm. Kimlər razıdırsa mənə şəxsiyə yazsın. Bu konfransa Prezident Administrasiyasının aidiyyəti şöbələrinin nümayəndələrini və digər əlaqəli qurumların təmsilçilərini də dəvət etməyi planlaşdırıram. Orada bu gün ictimaiyyətə açıqlanmayan biabırçı faktları açıqlamağı, baş alıb gedən özbaşınalığın qarşısının alınması üçün əməli tədbirlər görməyi təklif edirəm. QHT sektorunda davam edən bu biabırçılıq heç kimin ürəyincə deyil, sadəcə nəyəsə görə məcbur susurlar.
Bu hadisələrin dövlətçiliyimizə, ictimai sektora nüfuz gətirən bir məntiqi sonluqla bitməsi vacibdir.
Cənab Prezident İlham Əliyevin ictimai sektordan gözləntiləri böyükdür, biz onun ictimai nəzarətlə bağlı mesajlarını əsas tutaraq bu yola çıxmışıq. İctimai nəzarəti məhz QHT Agentliyindən başlamaq lazımdır. Bunun üçün ilk növbədə biz özümüz şəffaf və obyektiv olmalıyıq.
Sonda bu gün eşitdiyim məsələ ilə bağlı ataların bir misalını xatırlatmaq istərdim: "Oğru elə bağırdı ki, dogrunun bağrı yarıldı".
SAMİR ADIĞÖZƏLLİ
tv713.az

 

 
Ardını oxu...
 
Coca-Cola içkisinin insan sağlamlığına vurduğu ziyan, insan orqanlarını məhv etməsi barədə ötən dəfə yazdığımız araşdırma yazısı sözün həqiqi mənasında hətta özümüz üçün ciddi SİQNAL oldu. Yəni məsələyə sistemli yanaşanda və bu içki ilə bağlı dünya mediasında yazılanları oxuyanda adam dəhşətə gəlir. Söhbət adi danışıqlardan deyil, dünyanın güclü səhiyyə, ekspertiza mərkəzlərinin, laboratoriyalarının ortaya qoyduğu analizlərdən gedir. 
Bu gün yenidən COCA-COLA ilə bağlı media üzərindən apardığımız araşdırma zamanı ən son məlumata rast gəldik. Oxucular üçün də maraqlı ola biləcəyini nəzərə alaraq ən son məlumatı cəmiyyətə təqdim edirik: Deməli, ABŞ-ın Harvard Universitetində aparılan araşdırmada "Coca-Cola"nın sağlamlığa zərərli olduğu və vaxtından əvvəl ölüm nisbətini artırdığı açıqlanıb. Xarici KİV xəbər verir ki, kola kimi qazlı içkiləri hər gün istehlak edənlərin 20 faizi vaxtından əvvəl ölür. Elm adamları bu cür içkilərdən istifadə edənlərdə şəkər xəstəliyinə tutulma riskinin artdığını deyib: "Şəkərli və qazlı içkilərdən istifadə edənlərin vaxtından əvvəl ölmə ehtimalı 5 dəfə çoxdur".
Yəni söhbət ABŞ-ın Harvard Universitetindən gedir ee, bizim ABU-dan yox... 
Məlumat üçün onu da qeyd edək ki, Harvard Universiteti ABŞ-nin və dünyanın ən məşhur universitetlərindən biridir. Əsası 1636-cı ilin 8 sentyabrında qoyulmuşdur. Universitetin əsas kapitalı 34,9 milyard ABŞ dollarıdır. Yəni Azərbaycanın dövlət büdcəsindən çoxdur. Harvard Universiteti ABŞ-nin ən qədim ali təhsil ocağıdır. Ali məktəbin kampusu Massaçusets ştatının Kembric şəhərində yerləşir və 154 hektarlıq ərazini əhatə edir.
İndi tam aydın oldumu COCA-COLA ilə bağlı son məlumatı Harvard Universiteti yayıb və insanlara xəbərdarlıq edib. Amma min təəssüf ki, bu gün Azərbaycanda orta məktəblərin, uşaq bağçalarının bufetlərində körpələrə, şagirdlərə COCA-COLA içkisi satılır və biz gənc nəsli məhv edirik. Bu hələ harasıdır..? Bütün günü TV-lərdə COCA-COLA içkisi reklam edilir, hətta bu içkinin qapaqlarından QUMAR kimi də istifadə edilir. Yəni filan nömrə qapaqda olarsa, bu qədər udursan… Bütün bunlar hamısı  cəmiyyəti şirnikləndirmək üçündür….amma sonda insanların sağlamlığı sıradan çıxır… 
Biz bir media olaraq ötən araşdırma yazımızda qeyd etmişdik ki, “Coca-Cola” insanın mədə-bağırsağını, digər daxili orqanlarını məhv edir, bu içki orta məktəblərin bufetlərindən təcili yığışdırılmalıdır… Bu içkilərin zərəri barədə ciddi maarifləndirmə işləri aparılmalıdır… Axı, bizim özümüzün BADAMLI, SİRAB kimi gözəl sularımız var, durnagözlü bulaqlarımızın suyunu demirik…Nə üçün millətə PEPSİ, COLA kimi zərərli içkiləri içirtməliyik… 
Bəli, kimlərsə milyonlar qazanacaq  və millət zəlil olacaq… 
Yeri gəlmişkən, media üzərindən araşdırma zamanı COCA COLA şirkətinin sabiq PA rəhbəri Ramiz Mehdiyevə yaxın olduğu, hətta Suraxanının sabiq, Şirvanın indiki İcra Başçısı İlqar Abbasovun COCA - COLA şirkətində mühüm paya sahib olduğu qeyd olunur… Biz məşhur türk aliminin COCA - COLA-nın insan orqanizmində yaratdığı dəhşətli fəsadlarla bağlı təkrar-təkrar yazmaq istəmirik, ötən yazımızda qeyd etmişdik. Yazının sonunda bircə onu qeyd etmək istəyirik ki, hara baxırsan, ay Qoşqar Təhməzli…. Söhbət AQTA-nın sədri Qoşqardan gedir…
Ardını oxu...
Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının qarşısında demək olar ki, hər gün izdiham, sıxlıq yaşanır.

Xezerxeber.az xəbər verir ki, yaranmış böyük növbə hər kəsi təngə gətirib.

Vətəndaş iddia edib ki, həmin şəxslər şəkərli diabet xəstəliyindən əziyyət çəkirlər. Dərmanlar, testlərin və aparatlarla təchizatda problem olduğundan ortaya belə bir mənzərə çıxıb
Qeyd olunub ki, belə növbələr demək olar ki, hər gün yaşanır. Amma xəstəlik üçün vacib olan dərman pereperatlarını əldə edə bilmirlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 
Ardını oxu...
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Mərkəzi Muğan Kollektorunun İstismarı İdarəsinin "Saatlı rayonu K-1 kollektorunda (PK 00+20) körpünün əsaslı təmiri işlərinin satın alınması" ilə bağlı elan etdiyi tender başa çatıb.

32gun.az-ın məlumatına görə, tenderin qalibi "TURAN İNTERNATİONAL COMPANY" MMC OLUB. Tərəflər arasında 96.978,3 AZN-lik müqavilə imzalanıb.

Tenderin qalibi olan şirkətin hazırda dövlətə 9536.36 AZN vergi borcu mövcuddur.

Bildirək ki, nizamnamə kapitalı 50 AZN olan "Turan İnternational Company" MMC-nin qanuni təmsilçisi Vidadi Əhmədov Bayraməli oğludur.
"Dövlət satınalmaları haqqında” Qanun vergi borcu olan şirkətlərin tenderdə iştirakını qadağan edir.
Xatırladaq ki, Mərkəzi Muğan Kollektorunun İstismarı idarəsinin rəisi Qasım Qasımovdur.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri isə Zaur Mikayılovdur.
 
Ardını oxu...
Ölkəmizdə istifadə olunan dərmanların, tibbi preparatların BAHA, həm də keyfiyyətsiz, vaxtı keçmiş olması barədə nəinki mediada, hətta Milli Məclisin tribunasından millət vəkilləri dəfələrlə sözün həqiqi mənasında od püskürüblər. Milli Məclisin üzvü Vahid Əhmədov və digərləri deyir ki, biz özümüzə lazım olan dərmanları Türkiyədən gətizdiririk, çünki ölkəmizdə həmin dərmanlar Türkiyədəkindən ən azı 4-5 dəfə bahadır.
Təsəvvür edirsiniz, 4-5 dəfə, yəni 400-500 faiz... Bahalılığı qalsın bir tərəfə, bütün xəstələr şikayət edir ki, dərmanlar keyfiyyətsizdir, çoxunun vaxtı keçib və s...
Bütün bunlar azmış kimi apteklərdə qadağan olunmuş dərmanlar satılır, hansı ki, o dərmanlar məhz həkimin rəyi və yazdığı resept əsasında satılmalıdır. Söhbət PSİXOTROP dərmanlardan gedir...
Onu da qeyd edək ki, tibbi sahədən anlayışı olmayan, əczaçılıq sahəsində elementar savadı olmayan adamlar apteklər şəbəkəsi açır, milləti saxta dərmanlar ilə zəhərləyirlər...
Belə apteklərdən biri də sakinlər arasında “Elnur” adlandırılan apteklər şəbəkəsidir. Məlumat üçün qeyd edək ki, bu obyektlərin rəsmi adı “Sonar Farm” MMC-dir. Bu apteklər şəbəkəsinin sahibi Elnur İsgəndərovdur.
Elnurun özü Tibb Universitetinin məzunu olub və valideynlərindən hansısa həmin Universitetdə dərs deyib. 2001-ci ildə Elnur bir qrup şəxslə saxta dərman satışı ittihamı ilə həbs edilib. Həmin dəstə üzvləri dərmanların tərkibini və qutularını saxtalaşdırmaqla məşğul olurmuş. Bir neçə il həbsdə qaldıqdan sonra, Elnur yenidən azdalığa çıxıb elə “Azadlıq” prospektində öz dərman biznesini davam etdirib.
O, hazırda dərman manopoliyasının bir hissəsinə nəzarət edən ən varlı adamlardan biridir. Təsəvvür edirsiniz, Elnur İsgəndırovun başçılığı ilə cinayətkar dəstə VAXTI KEÇMİŞ dərmanları əhaliyə satmaq üçün MƏTBƏƏLƏRDƏ saxta içlik və üzərində saxta tarix olan qutular düzəltdirib köhnə dərmanları təzə adı ilə əhaliyə satırmışlar.
Yəni əhalinin sağlamlığına dəhşətli zərbə vururmuşlar. Bu dəstə başda Elnur olmaqla həbs olunsa da, az müddət sonra Elnur azadlığa çıxıb, amma mətbəə işçiləri həbsxanada qalıb. İndi gördünüzmü, cinayətin sifarişçisi azadlığa çıxır, adi mətbəə işçiləri isə hələ də cəza çəkir.
Elnur təkcə azadlığa çıxmadı…
Həbsdən azad olunan Elnur İsgəndərov şəbəkəsini və cinayət əməllərini daha da genişləndirməyə başladı. Əlbəttə, Elnur elə-belə azadlığa çıxmadı, onu azadlığa çıxardan və ona şərait yaradan şəxslər var idi. Elnur İsgəndərovun apteklər şəbəkəsində dövlət tərəfindən QADAĞAN olunmuş Lyrica, Tramadol, Tropin, Contramal kimi psixotrop dərmanları satılır.
Bəli, bu dərmanlar Azərbaycan gənclərini zəhərləyir, məhv edir. Amma əvəzində Elnur kimilər milyonlara sahib olurlar.
Şikayətçilərdən biri yazır ki, nervpotoloqun xəstə üçün 2 ay müddətinə təyin etdiyi "ALYSE" dərmanını aptekçilər bilərəkdən az verdi. Reseptdə 2 aylıq göstərilsə də, 1 aylıq verməklə özləri üçün 4 qutu dərmanın qeyri-qanuni satışını mənim reseptimlə qanuniləşdirdilər. Aptekdə olarkən inadla onlara “Alyse” dərmanını 2 aylıq verməsini tələb etsəm də, məni qutu sayı ilə aldatdılar və resepti özlərində saxladılar.
Bu cür faktlar mediada kifayət qədərdir. Görəsən, adi vətəndaşların gördüyü və sosial şəbəkələrdə paylaşdığı bu cür informasiyaları dövlət qurumları niyə görmür, bəlkə görmək istəmir..? //gundelik-baku.com//

 
Ardını oxu...
 
Şirkətin 100 milyonlarla vergi borcu var… Haqqında bəhs edəcəyimiz “Akkord” Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC Tikinti işlərini yerinə yetirən və tikinti məhsulları istehsal edən Azərbaycan şirkətidir. Şirkət Gürcüstan, Ukrayna, Qazaxıstan, Özbəkistan və Türkiyə, Əfqanıstan, Rusiya, hətta Serbiyada infrastrukturlar tikir. 
Oxucularda aydın təsəvvür yaranması üçün qeyd edək ki, bu, sıradan bir şirkət deyil. Onun üçün şirkətin strukturuna qısa da olsa nəzər salaq: Akkord Nəqliyyat” MMC  ... “Akkord Nəqliyyat” MMC balansında olan 273 ədəd avtonəqliyyat vasitəsi, 83 ədəd maşın – mexanizm vasitəsilə ölkədə həyata keçirilən müxtəlif tikinti – quraşdırma layihələrində iştirak edir. Şirkətin balansında dünyanın aparıcı firmaları tərəfindən istehsal olunmuş texniki avadanlıqlar var. Bu avadanlıqlardan biri  “Qazax Sement Zavodu” MMC – də sement istehsalı üçün nəzərdə tutulan və illik həcmi 1.200.000 ton olan xammalın yüklənməsində uğurla istifadə olunur. 
Təşkilatın tabeliyində Bakı şəhərində iki, Qazaxda bir ədəd olmaqla 3 texniki park vardır. “Akkord General Construction” MMC ... Mülki tikintilər və  mənzillər tikir. Məsələn, “Abşeron Gənclər Şəhərciyi” yaşayış kompleksi, “Etalon”, “Kosmos”, “Montin”, “Tusi 1”, “Uğur 1”, “Uğur 4” yaşayış kompleksləri və “Sever” yaşayış binası, Zərifə Əliyeva adına 210 yerlik bağçasını, Gənclər və İdman Nazirliyinin sifarişi ilə “Göygöl Olimpiya idman kompleksi”ni, Ədliyyə Nazirliyinin sifarişi ilə “Gədəbəy rayon məhkəmə binası”nı tikib. 
Eyni zamanda, Məcburi Köçkünlərin Sosial İnkişaf fondunun (MKSİF) sifarişi ilə Bakının Qaradağ və Abşeron rayonlarında, habelə Gəncədə və Göygöldə, Mingəçevirdə, Bərdə, Yevlax, Goranboy və Ağcabədidə minlərlə məcburi köçkünlər üçün yaşayış binaları tikilib istifadəyə verib. 
“Hydraulic Mechanisms Company” MMC... Müxtəlif növ xüsusi təyinatlı nəqliyyat vasitələri və hidravlik maşın-mexanizmlərin icarəsini təşkil edir. Həmçinin 16 tondan 160 tona qədər yükqaldırma imkanına malik avtokranlar sifariş əsasında yükləmə-boşaltma işlərini icra edirlər. “Hydraulic Mechanisms Company” MMC sizlərə ağac əkən və çıxaran müasir texnikanı təklif edir. Bu texnika ilə işlədiyiniz ərazidə olan ağacları köklü və torpaq ilə birlikdə çıxararaq istədiyiniz yerdə yenidən əkilməsini təmin edəcəyik. “Akkord Hydrotechnical Construction Company” MMC – dir.... Şirkətin əsas fəaliyyət dairəsinə su və kanalizasiya sistemlərinin çəkilməsi, içməli və çirkab su təmizləyici qurğuların, inzibati binaların, su anbarlarının və yardımçı binaların tikilməsi, subartezian quyularının qazılması daxildir... “Akkord Körpü Tunel Tikinti” MMC ...... Yollar, körpü, tunel, mikrotunel, yeraltı və yerüstü keçidlərin inşasını həyata keçirir... 
Biz maksimum qısa şəkildə AKKORD-un nə olduğu barədə təsəvvür yaratmağa çalışdıq. Gördünüzmü, yaşayış binası, məhkəmə binası, idman kompleksi, uşaq bağçası, körpü, tunel....tikir, su quyusu, artezian quyusu qazır, kanalizasiya çəkir və daha nələr... Yəni sözümüzün canı odur ki, bu KORPORASİYADIR. Əbəs yerə demirdilər ki, bu şirkət sabiq baş prokuror Zakir Qaralova məxsusdur. 
Biz bu şirkətin ilkin olaraq Gürcüstan əsilli azərbaycanlı İlqar Hacıyevə məxsus  olması, sonradan Zakir Qaralovla şərik olması barədə uzun-uzadı yazmaq istəmirik. Hətta Zakir Qaralov öz 1-ci müavini Rüstəm Usubovun qohumu Elxan Usubovu AKKORDA baş mühəndis qoymuşdu. 
Sözün qısası, AKKORD Qazaxstanda, Gürcüstanda xeyli maxinasiyalara yol verib və maxinator şirkət kimi tanınıb. Mediada yayılan məlumatlardan bəlli olur ki, son zamanlar AKKORD şirkəti artıq Zakir Qaralovun deyil. Və “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin Baş direktoru vəzifəsinə Türkiyə Respublikasının vətəndaşı Ayhan Keskinkılıç təyin edilib. Sözün qısası, Zakir Qaralova bir dəfə demişdilər ki, prokurorsan, get, otur prokuror yerində. Amma Ramiz Mehdiyev onu o qədər arxayın salmışdı ki, o, o sözü ona deyən şəxsin fikirlərinə ikinci dərəcəli yanaşmışdı. İndi hal-hazırda Zakir Qaralovun Beynəlxalq Bankdan götürdüyü 700 milyonun geri qaytarılmasının son günləridir. Ya pul Zakir Qaralovun Dövlətin hesabına qazandığı pullarla alınmış mülklərin satılaraq Beynəlxalq Banka geri qaytarılmalıdır, ya da birmənalı şəkildə Zakir Qaralov yaşının ahıl çağında həbsxanaya getməlidir.  
P. S. Zakir Qaralov, bir zamanlar Dusya xalanın adı çəkilən kimi dünyanı bir - birinə qatırdın. İndi necə? Hansı hadisələrlə qarşılaşırsan? Maraqlıdır, deyilmi? Vaxtilə, jurnalistlərə deyirdin ki, bu nə işlərdir, məşğul olursunuz? Amma Beynəlxalq Banka qaytarılmayan pula görə sizi həbs edə bilərlər. Bilirsiniz hansı maddə ilə? 178, dələduzluq, yenə də çox maraqlıdır... Minlərlə adama dələduzluq maddəsi ilə ittiham verən bir şəxsi indi həmin maddə ilə ittiham edə bilərlər. Bir məsələni də sənə xatırladım. Vəzifədən çıxmamışdan öncə Ramiz Mehdiyevin qəbulundan 3 nəfər çıxırdınız. Üçünüz də Hüquq - Mühafizə Orqanlarının rəhbərləri idiniz. İndi sizlər kimsiniz? Özünüz bilirsinizmi..? Növbəti sayımızda "üçü birində" yazısı yazılacaq. 

Dünyapress TV

Xəbər lenti