Ardını oxu...
Avqustun 15-də “Wolt Azerbaijan” Qida Təhlükəsizliyi Agentliyinin pozuntulara görə şirkətin fəaliyyətinin dayandırılması ilə bağlı bəyanatını təkzib edib.

“Tətbiqimiz aktivdir və müştərilər normal qaydada sifarişlərini verə bilərlər. Qida Təhlükəsizliyi Agentliyinin tələblərinə gəlincə, ”Wolt" heç bir qanun pozuntusu olmadan fəaliyyət göstərir və bu, məhkəmənin qərarı ilə təsdiqlənir. “Wolt AZƏRBAYCAN” MMC-nin fəaliyyətində qanun pozuntularının aşkarlanması ilə bağlı məlumatların reallıqla heç bir əlaqəsi yoxdur.

Təəssüflər olsun ki, agentlik şirkətimizə təzyiq göstərmək məqsədilə bizim reputasiyamıza xələl gətirən natamam və qeyri-dəqiq məlumatların yayılması yolunu tutub", - deyə məlumatda vurğulanıb.

Doğrudan da, son iki gündə şirkətin sifariş icraçıları öz nəqliyyat vasitələri ilə yollardan əvvəlki qaydada işləyiblər. Yada salaq ki, AQTA “Wolt Azərbaycan” MMC-yə məxsus qida məhsullarının çatdırılması (daşınması) müəssisəsində aparılmış planlı yoxlama çərçivəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların bir sıra tələblərinin pozulması faktlarının aşkarlandığını açıqlayıb.

Müəssisənin “Qida təhlükəsizliyi haqqında” Qanuna zidd olaraq qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, qida məhsullarının istehlakçılara çatdırılması zamanı isti və soyuq zəncirin qorunmadığı, məhsulların temperatur rejimi və mal qonşuluğu qaydaları pozulmaqla daşındığı, həmin nəqliyyat vasitələrində dezinfeksiya işlərinin aparılmadığı, qida məhsullarının çatdırılmasında iştirak edən şəxslərin tibbi müayinədən keçmədikləri müəyyən olunub.

Aşkarlanmış nöqsanlarla əlaqədar sözügedən müəssisə tərəfindən qida məhsullarının çatdırılması fəaliyyətinin dayandırılması, ilkin və dövri tibbi müayinədən keçməyən şəxslərin müəssisədən kənarlaşdırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.

Eyni zamanda MMC-nin məsul şəxsi barəsində müvafiq tədbir görülüb. Daha sonra isə qəbul edilmiş qərarın icra vəziyyətinin yoxlanılması ilə əlaqədar MMC-də plandankənar yoxlama keçirilib. Yoxlama zamanı şirkət tərəfindən nöqsanların aradan qaldırılmadığı, həmçinin fəaliyyətinin dayandırılmasına baxmayaraq, fəaliyyət göstərdiyi müəyyən olunub. Bununla əlaqədar, qanunvericiliyin tələblərinə uyğun olaraq, həmin müəssisənin fəaliyyətinin dayandırılması ilə bağlı məhdudlaşdırıcı qərarın təkrar tətbiqi barədə qərar qəbul edilib.

“10 ildən çox ölkədə fəaliyyət göstərən, artıq oturuşmuş bir şirkətə çevrilən, minlərlə gənc üçün iş yeri və çörək pulu qazanmaq yerinə çevrilən, cəmiyyətin elə bir ciddi narazılığı olmayan bir strukturun fəaliyyətini dayandırmaq və ya bağlamaq qərarı ağlabatan bir addım kimi görünmür”. Bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

Onun sözlərinə görə, AQTA digər əlaqədar dövlət qurumları və “Wolt”la birgə şirkətin qanunvericiliyin tələblərinə əməl etməsinə, qaydalara uyğunlaşdırılmasına köməklik göstərə bilərdi, daha hövsələ ilə yanaşa bilərdi, cərimələr tətbiq edə bilərdi.

TEREF.AZ-ın məlumatına görə, iqtisadçı ekspert Eldəniz Əmirov “Yeni Müsavat”a bildirdi ki, heç bir halda iş yerlərinin bağlanması çıxış yolu deyil. Ekspert deyib ki, qanun pozuntularının aradan qaldırılması üçün radikal qərar qəbul etmədən öncə bütün mümkün tədbirləri görməyə çalışmaq lazımdır: “İş yerlərinin bağlanmasının qəti əleyhinəyəm. Kuryerlik çətinliyi çox olan sahədir. Kimi ailəsini dolandırmaq, kimi də tələbə olduğu üçün kuryerlik edir. Bu günün reallığı çərçivəsində ən dəhşətli xəbər hansısa müəssisənin və ya xidmətin bağlanması, ən qiymətli xəbər isə hansısa müəssisənin açılmasıdır (milli təhlükəsizlik və hərbi xəbərlər istisna). "Wolt"u bağlamaq niyyəti pis xəbərdir. Avqustun sonuna kimi Quba şəhərində 500 min dollarlıq sərmayəli şokolad fabriki açılacaq. Hələ gələcəkdə bu zavodun genişləndirilməsinə daha 10 milyon dollar sərmayə qoyulacağı bildirilir. Bu xəbər mətbuatda hansısa müğənninin itinin ad günündən daha az işıqlandırıldı. Amma bu ciddi xəbər idi. Burada yüzlərlə insanın gələcəkdə işlə təminat məsələsi vardı. “Butterfly effect” nəzəriyyəsi boşuna yaranmayıb. Bir fabrikin işi doğru qurularsa və maneələr olmazsa, “butterfly effect”lə digər rayonlara və sahələrə müsbət təsirini göstərər. Burada fabrikin işlədiyi zaman xammal təchizatına yaranan tələb rayonda kənd təsərrüfatının inkişafına, bu isə digər sahələrə stimul verə bilər. Nəzərə alsaq ki, prioritet sahə olan kənd təsərrüfatının (k/t) ÜDM-də payı çox az olduğundan hər adi kimi görünən məqam k/t üçün vacibdir. Əlqərəz, açılan bir müəssisə həm təcrübəyə, həm sahəyə, həm məşğulluğa, həm dolayı sahələrə və həm də buradan evinə çörək aparan insanların həyatına ciddi qatqılar verər, amma müəssisə bağlanarsa, bunların əksi olar. Bütün təsirlənən sahələrin “suyu” quruyar. Bu isə yüzlərlə, minlərlə insanın xəyallarını və ümidlərini öldürür. Bu heç də obrazlı ifadə deyil. Hər ay evinə 5 manat pul aparan adama “sənin iş yerin bağlandı” və ya “sən ixtisara düşdün” deyəndə adamın ilk düşündüyü nə olur? Evlidirsə, “uşağıma axşam nə aparacam”, - deyə beyni quruyur, subaydırsa, evlənmək üçün qurduğu xəyalları. Buna görə də iş yerlərinin bağlanmaması üçün bütün mümkün tədbirlərə əl atmaq lazımdır.

Bir müəssisə açılanda isə xəyallar da çiçək açır, ümidlər də. Elə buna görə də ölkə rəhbərliyinin də ən vacib tapşırıqlarından biri məhz ölkədə yeni iş yerlərinin yaradılması ilə bağlıdır. Odur ki, iş yeri yaradan hər kəs həm ölkə üçün, həm iqtisadiyyat, həm də insanlıq üçün qiymətlidir, istər o böyük investor olsun, istər kiçik sahibkar, istərsə də kiçik bir kənd bələdiyyəsi".

Xatırladaq ki, “Wolt” 2014-cü ildə Finlandiyanın paytaxtı Helsinkidə yaradılıb, hazırda 23 ölkədə, 120-dən çox şəhərdə fəaliyyət göstərir. Şirkətin 40 mindən artıq kuryerı var və onların işi 15 min restoranı əhatə edir. Azərbaycan bazarına “Wolt” 2019-cu ildən daxil olub.
 
Ardını oxu...
Goranboy rayonu Səfikürd kəndinin Qaş məhəlləsinin sakinləri Prezident İlham Əliyevə və Dövlət Su Ehtiyatları Agentliyinin rəhbəri Zaur Mikayılova media vasitəsi ilə müraciət edib.

“AzPolitika.info”nun redaksiyasına daxil olan müraciətdə bildirilir ki, Qaş məhəlləsinin 40-dan çox fərdi yaşayış evi, həyətyanı və əkin sahələri uzun illərdir su çatışmazlığından əziyyət çəkir: “Ağaclarımız, əkinlərimiz quruyur. Sizin Sərancamınız əsasında hər il bölgələrdə subartezian quyuları qazılır. Bu məqsədlə, 2 il bundan əvvəl kollektiv olaraq, Sizə müraciət ünvanlamışdıq və buna görə bizim əraziyə 1 ədəd quyu salınmışdı. Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən həmin yerin koordinatları vurulmuşdu. Lakin sonradan Rayon icra hakimiyyətinin və Suvarma Sistemləri İdarəsinin süni müdaxiləsi ilə həmin quyu qanunsuz olaraq, başqa əraziyə salınıb. Buna görə də 2022-ci ildə Sizə və aidiyyəti qurumlara müraciət etdik. Bundan sonra müvafiq sərəncamınızla rayonumuza ayrılan 31 subartezian quyusundan 1-i yenidən bizim məhəlləyə ayrıldı və bu barədə ASC və Goranboy Rayon İcra Hakimiyyəti tərəfindən bizə rəsmi məktub ünvanlandı. Həmin məktubda qeyd olunub ki, 31 quyudan 1-nin Qaş məhəlləsində qazılması nəzərdə tutulub və qazılması təmin ediləcək”.

Şikayətçilər yazırlar ki, həqiqətən də, 2022-ci ilin sonunda aidiyyatı qurumların məsul şəxsləri, mütəxəssislər yerində baxış keçiriblər və təkrar koordinatları vurulub. Lakin 6 aydan çox müddət keçməsinə baxmayaraq, hələ də quyunun qazılmasına başlanılmayıb. “Açığı, narahatıq ki, 2021-ci ildəki kimi yenə də dövlətimizin bizə verdiyi quyunu yenə başqa yerə salarlar”, - Səfkürd sakinləri bildirirlər.

Sakinlər Prezidentdən və Zaur Mikayılovdan kömək istəyirlər. Yazırlar ki, subartezian quyusu qazılmasa, gərək 40 ailə kənddən köçsün...
Ardını oxu...
 
 
 
Ardını oxu...
İnsan Alverinə qarşı Mübarizə İdarəsi hara baxır..? Biz bir media olaraq bir neçə gün əvvəl konkret olaraq Azərbaycan vətəndaşı olan bir qadının – əslən İmişlidən olan, 1977-ci il təvəllüdlü Darviq Elnarə Parış qızının başına gələnlər əsasında yazı dərc etdik.
Qısa xatırlatma üçün qeyd edək ki, Elnarə İmişlinin Gövhərli kəndində anadan olub, birinci evliliyindən 2 övladı var, sonra boşanıb, Bakıda yaşayıb, məcbur olub övladlarını 2 saylı Uşaq evinə verib və özü “Dialoq” firmasının köməkliyi ilə Türkiyədə işə düzəlib. Burada aldığı 1200 dollar qazancla Bakıda bankda hesab açıb, pullar yatırıb və Binəqədidə torpaq sahibi olub.
Sonra Birləşmiş Ərəb Əmirliyində işə düzəlib və orada ərəb olan Basemlə tanış olub. Və onunla ailə qurmalı olub. Sonda Basemlə birlikdə Bakıya qayıdıblar. Onların nikahından 2 övladları -qızı və oğlu dünyaya gəlib. Bakıya qayıtdıqdan sonra Elnarə və həyat yoldaşı Basem müxtəlif yerlərdə çalışıblar. Məsələn, Basem Elnarənin tikinti sahəsində çalışan qardaşlarının yanında işləyib. Elnarə özü isə bankda olan pullarını xırda tikinti biznesinə yönəldib və nəticədə binaların birindən mənzil alıb, özü üçün restoran açıb və orada çalışıb. Evləri, maşınları olub.
Bir gün Basem Elnarəyə gecə klublarında çalışacağını, böyük pullara sahib olacağını deyib. Sözün qısası, Elnarənin dediklərindən bəlli olur ki, əri Basem Darviş Neftçilərdə yerləşən "X Life" gecə klubunda işləyib, orada Zeynəb Quliyeva ilə tanış olub və hər ikisi fahişə biznesinə girişiblər.
Belə ki, Zeynəb Quliyeva cavan qızlar, Basem Dərviş pullu ərəb turistlər taparaq onları görüşüdürüb pullar qazanıblar.
Sözün qısası, Elnarənin dediklərindən belə başa düşdük ki, ərəb Basemlə 18 illik ailə münasibətləri dağılmağa başlayıb. Və Zeynəb Quliyeva ilə Basem Dərvişin qurduğu oyunların nəticəsində Elnarə ömrü boyu qazandığı mülklərini, evlərini, maşınlarını, qızıl-zinət əşyalarını itirib, daha doğrusu, hamısını Basem Dərviş ələ keçirib.
İndi Elnarə qalıb çıxılmaz vəziyyətdə. Və deyir ki, indi də Basem Dərviş ikimizin izdivacından olan 16 yaşlı qızımızı ərəb Veysələ 100 minə satmaq istəyir. Elnarə deyir ki, dəfələrlə onu bu yoldan çəkindirməyə çalışmışam, amma Basem deyir ki, nə olsun qızım az yaşlıdır, iki ildən sonra kəbin kəsdirəcəklər… amma mən 100 min qazanacağam…
Sözün qısası, Elnarənin dediklərindən belə aydın oldu ki, Basem Dərviş və Zeynəb Quliyeva gecə klublarında fahişə satmaqla milyonçuya çevilriblər. Elnarə qorxur ki, Basem Dərviş 16 yaşlı qızını oğurlayıb ərəb Veysələ sata bilər. Elnarə həm də bu il ilk dəfə məktəbə gedəcək oğlundan da nigarandır. Düşünür ki, Basem ona təzyiq üçün uşağı oğurlaya bilər. Ona görə də, Azərbaycan vətəndaşı olan Elnarə Parış qızı üzünü cənab Prezident İlham Əliyevə, Birinci Vitse-Prezident xanım Mehriban Əliyevaya tutaraq onlardan İMDAD diləyir, uşaqlarının və özünün gələcək təhlükəsizliyinə təminat istəyir.
Yeri gəlmişkən, Elnarə Parış qızı onu da bildirdi ki, EXTRA gecə klubunda çalışan, Basemin dostu Dilsuz Dəmirçiyev həbsxanadan çıxıb və yenidən Basemlə, Zeynəblə iş birliyi qurmağa başlayıblar.
P. S. Elnarə xanım haray çəkir ki, əri Basem ərəb olduğu üçün ailəsini oranın qanunları ilə idarə edir. Amma bizim qanunlarımızda 16 yaşlı qızı məcburən Veysəl adlı ərəb şeyxinə ərə vermək yoxdur. Hüquq Mühafizə Orqanlarını Azərbaycan xanımı olan Elnarəni ərəb Basemin təzyiqlərindən xilas etməyi xahiş edirik.
Sabahnews.az
 
 
 

Ardını oxu...
“Mən ev növbəsi əvəzinə verilmiş Badamdar qəsəbəsindəki 6 sot torpaq sahəsinin başqa birisi tərəfindən mənimsənlməsi, hələ ki mənə qaytarılmamasından Prezidentə, vitse-prezident Mehriban xanıma yazmışam. Ümid edirəm ki, məsələ haqq-ədalətlə həll olunacaq, torpağım mənə qaytarılacaq”.

DİA.AZ bildirir ki, bunu sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli “Yeni Müsavat”a deyib.

Qabil Hüseynliyə məxsus olan, Bakının Badamdar qəsəbəsindəki 6 sot torpaq sahənin zəbt olunmasını haqda yazmışdıq. Həmin torpaq sahəsi ona 1994-cü ildə mərhum prezident Heydər Əliyevin göstərişi ilə ayrılıb. Sonradan həmin torpaq sahəsi Dövlət Yanacaq Komitəsinin keçmiş sədri, Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin sabiq rəisi, YAP-ın Səbayel rayon təşkilatının idarə heyətinin eks-üzvü Rizvan Vahabov tərəfindən zəbt olunub.

Qabil Hüseynli bildirib ki, 6 sot torpaq sahəsi 2003-cü ildə müxtəlif saxta sənədlərlə əlindən alınıb. Həmin saxta sənədlər əsasında torpağı Məmmədov Tahir Yusif oğlunun adına keçirilib.

Q.Hüseynli torpağın ona aid olmasını təsdiqləyən sənədləri də redaksiyamıza təqdim edib: “Redaksiyanıza müraciətimdə Rizvan Vahabovun adını çəkməyim təsadüfi deyil. Torpağımın əlimdən alınmasına o himayədarlıq edib və torpağın müxtəlif sənədlərlə əlimdən alınmasına yardım edib. Mənim möhtərəm Prezidentə müraciətimin əsası da odur ki, mərhum prezident Heydər Əliyevin göstərişi ilə mənə ayrılan torpağı saxta sənədlərlə, qanunsuzluqla əlimdən alıblar. Torpağım zəbt olunandan sonra mənə dedilər ki, Məmmədov Tahir Yusif oğlu Rizvan Vahabovun qohumudur. İndi də Rizvan Vahabov yaxasını kənara çəkir. Halbuki həmin torpaq sahəsini mənə ayırarkən eyni sərəncamla Xalq şairi Bəxtiyar Vahabzadəyə, akademik Nizami Süleymanova da elə mənim qonşuluğumda torpaq sahəsi ayrılıb. Mən orada torpağı hasarlamışam, kommunikasiya xətləri çəkmişəm. Mən öz torpağımı, zəbt olunmuş torpağımın mənə qaytarılmasını istəyirəm. Rizvan Vahabov mənə məhkəmə yolunu göstərir. Mən məhkəmə yoluna da baş vuracağam. Amma indi mən Prezidentin ədalətinə sığınaraq ona müraciət etmişəm ki, qoy bu proseslərin araşdırılması onun nəzarəti altında olsun. İstəyirəm ki, saxtakarlıqdan əl çəkib mənim torpağımı qaytarsınlar. 2 aydır ki, bu məsələlər araşdırılır, mənə deyilənə görə, uyğun qərar qəbul ediləcək”.

Qabil Hüseynli deyir ki, bu məsələdən ölkə rəhbərliyinin məlumatlı olması çox önəmlidir: “Cənab Prezident məni şəxsən tanıyır, çəkdiyim əziyyətlər barəsində də məlumatlıdır. O torpağın mənə şəxsən mərhum prezident tərəfindən ev növbəsindən çıxmaq şərtilə ayrıldığını da bilir. Bir dərəbəylik şüuruna malik olan birisi torpağımı qamarlayıb. Mən əvvəlcə bu məsələni insani yollarla həll etməyə çalışdım. Lakin o, hər şeyi üstündən atdı, hətta ünvanıma təhqir belə işlətdi. Ən başlıcası budur ki, o adam yalançı yollarla torpağıma saxta sərəncam əldə edib. Hansı ki, torpağın mənə ayrılması haqda orijinal sərəncam mənim əlimdədir. Bununla bağlı digər sənədlər də mənim əlimdədir.

Ümidimi üzməmişəm, ölkə Prezidentinin, vitse-prezidentin humanizminə inanıram. İnanıram ki, onlar məsələdən hali olarlarsa, əsas problem bundadır, çünki məktublarımın Prezidentə çatmasına ciddi əngəllər var. Prezident bu məsələdən məlumatlı olsa, problemin həllinin an məsələsi olacağına əminəm. Ümid edirəm ki, möhtərəm cənab Prezident İlham Əliyevə yolladığım məktuba baxsa, onun göstərişi ilə bu məsələnin ciddi şəkildə araşdırılması aparıla bilər və haqq öz yerini tutar. İnanıram ki, “Yeni Müsavat”da dərc olunan bu yazının əks-sədası Prezidentə çatacaq və o, ədalətin bərqərar olması üçün göstəriş verəcəkdir".
 
Ardını oxu...
“Ziraat Bank Azərbaycan” ASC ilə “NN-Apollon” MMC arasında kredit müqaviləsinə görə mübahisə yaranıb.

32gun.az xəbər verir ki, bank şirkəti məhkəməyə verib.

İddiaya Bakı Kommersiya Məhkəməsində hakim Günay Namzovanın sədrliyi ilə baxılacaq.

“Ziraat Bank Azərbaycan” ASC 30 dekabr 2014-cü ildə Mərkəzi Bankın verdiyi 255 saylı lisenziya əsasında faəliyyət göstərir.
Yerli media bankla bağlı tənqidi materiallarla zəngindir.

Ötən il “Ziraat Bank Azərbaycan” bankın rəhbərliyinin vəsaitləi müxtəlif vasitələrlə dağıtması barədə sensasion məlumatlarla gündəmə gəlmişdi.

Həmin məlumatlarda deyilirdi ki, bankın idarə heyətinin keçmiş sədri ötən Avnı Dəmirçinin əsas fəaliyyəti müavini Rövşən İbrahimovun əli ilə saxta kreditlər verməkdən, xərcləri şişirdərək silməkdən ibarət olub. Nəticədə bankın kredit portfelində problemli kreditlərin həcmi günü-gündən böyüyüb.

Avni Dəmirçi daha sonra Rövşən İbrahimova etimadı bankın yeni açılan filiallar üçün ofislərin tapılmasını, onların təmirinə çəkilən xərclərə nəzarəti, həmçinin flilallara əsas vəsaitlərin alınmasını da tapşırıb.

Təmir xərcləri şişirdilərək astronomik qiymətlərlə rəsmiləşdirilir və yaxşı qazanc əldə edilib, daha sonra bölüşdürülüb.
İddialara görə, Avnı Dəmirçi İdarə Heyətinin sədri vəzifəsindən istefa versə də, Türkiyəyə dönməyib.

O, hələ Rövşən İbrahimov və bankdakı adamları vasitəsi ilə köhnə işlərini davam etdirir.
Ardını oxu...
"Şikayətim, Mənzil İnşaatı Dövlət Agentliyindəndir (MİDA) . Belə ki, mən keçən ilki satışda 2-ci Yasamal Yaşayış Kompleksindən ev udmuşam. Oktyabrın 7-dən burda yaşayıram". DİA.AZ bildirir ki, bu barədə şikayətində Bakı sakini Azad Həsənov bildirib.
Narazı vətəndaş daha sonra yazır: "Bu il iyun ayının əvvəllərindən alt qonşu (8 ci mərtəbə) gəlib dedi ki, mənim evimə su axır sizdən. MİDA-nın ərazi üzrə nümayəndəliyinə, binaya cavabdeh şəxsə bildirdim. Həmin şəxs ustaları göndərdi gəlib problemi aşkar edə bilmədilər. Dedilər krantın filan yerini dəyiş, "qarmoşka"nı dəyiş falan. Dəyişdirdim, halbuki havayı pul xərclədim. Sonra mənə MİDA-nın ərazi üzrə kuratoru bir neçə dəfə bildirdi ki, sizin evdən alt qonşuya su axır. Ancaq, mən rayona getmişdim deyə suyu bağlamışdım və bildirdim ki, mən suyu bağlayıb gəlmişəm. Nəhayət bir neçə dəfə zənglər olunduqdan sonra iyunun 20-də MİDA-da bizim binaya cavadeh şəxsə bildirdim və Su sızma şirkətindən usta çağırdım 120 manata. Gəldilər aşkar etdilər ki, bəs laminatın altından sızma var. MİDA ustaları həmin yeri laminatı sökdülər və məlum oldu ki, laminatın altı tamam sudur. Bizdən qabaq ev təmir olunan zamanı taxtaya vurulmalı şurup turbanı yaralayıb və spirişdən su axan həcmdə su axır turbadan. Həmin məsələni yenidən ərazi nümayəndəliyinə bildirdim ki, baş verən hal budur. MİDA ustaları həmin 13 vedrə suyu ordan vedrələrlə daşıyıb tökdülər (bu barədə video görüntülər var əməkdaşlar da açıq-aydın görünür). Sabahı mən sığortalı kimi, sığortaçı şirkət olan Qala Sığorta ASC-yə bildirdim. Sığorta əməkdaşı yaxınlaşdı və bütün aktları, şəkilləri və videoları götürdü və ciddi ziyan dəydiyini bildirdi. Sonra qiymətləndirmə şirkəti mənə dəyən ziyanı qiymətləndirməsini etdi və vahid qiymət çıxartdı. Ancaq, pul köçürmədə problem olduğunu bildirdilər. Belə ki, MİDA bu məsələdən xəbərdar olduğunu təsdiqləməlidir və bununla bağlı rəsmi sənəd verməlidir bildirdilər. Faktları təqdim etsəm belə, ərazi üzrə hər bir şəxsin bu məsələdən xəbəri olsa belə MİDA təsdiqedici sənədi verməkdən boyun qaçırdır. MİDA-ya 2 dəfə rəsmi sorğu göndərdikdən sonra Fərhad Təhməzovun adından Qala Sığortaya rəsmi cavab göndərilibdir ki, bu barədə məlumat cəmiyyətimizdə mövcud deyildir. Tamam, mövcud deyilsə bütün sübutlarla birlikdə videonu da göndərdim yenidən MİDA-nın office@mida.gov.az elektron poçtuna. Sonra MİDA-ya cavabdeh şəxs mənə zəng etdi ki, videoların çəkilmə tarixlərini istəyirlər. Növbəti müraciətimdə MİDA mənə yazdı ki, get Azərsuya bildir. Həmin zaman Azərsuya bildirsəm də, mənə binalara cavadeh şəxsin MİDA olduğunu bildirdilər (Həqiqətən aramızda bağlanan müqavilədə öz əksini tapır). Artıq 2 aydır ki, mən yazsam da MİDA mənə cavab vermir. Mən öz abrıma sığınıb sakit şəkildə öz haqqımı tələb edirəm. Pulun köçürülməsi üçün MİDA rəhbərliyi bu barədə xəbərdar olduqlarını təsdiq edən rəsmi cavab verməlidir ki, Sığorta şirkəti pulu mənə köçürə bilsin. Ancaq, MİDA-nın bəzi yarıtmaz əməkdaşları bürokratik əngəl yaradırlar bu məsələdə və mənim vətəndaş hüququmu pozurlar. Hal-hazırda evə dəyən ziyan təmir olunmalıdır, ancaq pul köçürülmür deyə problem olduğu kimi qalıb.
Belə hər xırda problemlə bağlı ölkə rəhbərliyinə yazaqmı?
Problemin həlli üçün nə etməliyəm?"

Məsələ ilə bağlı teref.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 

Ardını oxu...
DİA.AZ: - Keçən günlərdə barəsində müxtəlif iddialar səslənən və kifayət qədər SİRLİ MƏMUR təsiri bağışlayan Bakı şəhər İcra Hakimiyyətində Ərazinin planlaşdırılması və inkişafı şöbəsinin müdiri Mübariz Əlmədətovla bağlı ilginc iddiaların yer aldığı materialı təqdim etmişdik. DİA.AZ-ın təqdim etdiyi məlumatlardan aydın olurdu ki, əslində "köhnə komanda"nın İŞDÜZƏLDƏNİ kimi tanınan Mübariz Əlmədətov hüquq-mühafizə orqanlarının da hədəfindədir.

Məlumatda həmçinin qeyd olunurdu ki, yaxın günlərdə inunla bağlı konkret addım atılsın... Çünki adam çox irəçli gedib...

DİA.AZ-a daxil olan son informasiyalardan isə aydın olur ki, kifayət qədər SİRR DAĞARCIĞI hesab olunan Mübariz Əlmədətov əslində hüquq-mühafizə orqanları üçün çox ciddi qaynaq rolunu oynaya bilər: "Onu danışdırsalar, "yuxarıların" nəzərindən qaçan böyük yeyinti faktları da ifşa oluna bilər. Elə buna görə də hazırda Mübariz Əlmədətov çox nüfuzlu məmurlardan biri tərəfindən ciddi şəkildə qorunur. Amma hara qədər?"

Həmin məmurun kimliyinə gəlincə isə... Bu barədə daha geniş materialımız olacaq.

Məsələ diqqətimizdədir. Əlavə bilgilərimiz olacaq... İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 
Ardını oxu...
Biləcəri qəsəbəsi Yeni Massivdə sakinlər su və kanalizasiya sisteminin olmamasından şikayətçidir. Onlar deyir ki, dəfələrlə Azərsuya müraciət etsələr də şikayətlərinə baxılmır. Suyu qablara yığaraq istifadə edirlər.

Toplum TV
 

Ardını oxu...
     

Fövqəladə Hallar Nazirliyi Maddi-Texniki Təchizat İdarəsinin Güc maşınları və başqa tənzimləyici qurğuları ilə bağlı elan etdiyi tender başa çatıb.

Xalqxeber.az 32gun.az-a istinadla xəbər verir ki, Nazirliyin idarəsiin elan etdiyi tenderin qaılibi "BAKU DİGİTAL TECHNOLOGİES" MMC olub. Tərəflər arasında 262.673,9 AZN-lik müqavilə imzalanıb.

Bildirək ki, nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi VÜQAR CAMALOV KƏLBAĞA OĞLUdur. Şirkət 24.07.2023-cü ildə Dövlət qeydiyyatına alınıb.

Qeyd edək ki, 6.2.1. satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsinin, idarəetmə səriştəsi, etibarlığı olmalıdır.

Kəmaləddin Heydərov Qobustanda sakinlərlə görüşdü

Xatırladaq ki, Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovdur.

Fövqaladə Hallar Nazirliyinin Maddi Texniki Təchizat İdarəsi: YE Kİ YEYƏSƏN... - TƏFTİŞ VAXTIDIR... » Yeni Söz

Fövqəladə Hallar Nazirliyi Maddi-Texniki Təchizat İdarəsinin rəisi Amal Teymurovdur.

Dünyapress TV

Xəbər lenti