Ardını oxu...
Qazaxın mərkəzi bazarı rayonun ortasında yerləşir. Bazarın içi bol məhsulla dolu olsa da, satıcılar alıcı qıtlığından şikayətlənir, alıcılar isə qiymətlərin baha olmasından.

Qazax bazarına, sadəcə, balıq və gündəlik ərzaq məhsulları almağa gələn Məhərrəm Göyüşoğlu da bahalıqdan gileylənir. Onun kimi rayonun çox sakinlərini də bazarlarda artan qiymətlər narahat edir.

Həmsöhbətimiz olan satıcılar bazar rəhbərliyinin özbaşınalıqlarından şikayətlənirlər. Onların sözlərinə görə rəhbərlik digər satıcılardan artıq pul alaraq bazarın girişlərində onlara yer verir, bu da bazarın içində olan alverçilərin satışına təsir edir. Alıcı bazara girməmiş malını çöldən alıb qayıdır.

Bazar nəzarətçisi isə ittihamların əsassız hesab edir, bazarın çöl hissəsində yer verdikləri şəxslərin qazi, şəhid ailələri olduğunu bildirir.

Daha ətraflı aşağıdakı videoda:

 
Ardını oxu...
Diasporla İş üzrə Dövlət Komitəsi 4-cü dəfədir ki, Yay Düşərgəsi keçirir. Nədir bu yay düşərgələrinin Azərbaycan dövlətçiliyinə və diasporasına faydası? Diaspora Gənclərinin Yay Düşərgəsi adı altında həyata keçirilən, əsl məqsədi isə büdcədən pul silmək olan bu layihənin diasporaya və dövlətimizə bugünə qədər heç bir faydası dəyməyib. Əgər elə deyilsə :

1. Bu vaxta qədər 4 düşərgə olub. Lakin bu düşərgələrin heç biri barədə ən azı 5 dildə (Azərbaycan, rus, ingilis, fransız, alman və s.) Wikipedia.da məlumat yoxdur.

2. Bu günə qədər baş tutmuş düşərgələrdə iştirak etmiş gənclərin sonradan qurulmuş platformaları varmı? Həmin gənclər Azərbaycanla bağlı bu günə qədər sosial şəbəkələr və digər vasitələrlə hansı işləri görübmü?

3. Həmin xaricdə yaşayan azərbaycanlı gənclər əcnəbi dostları vasitəsilə, təhsil aldıqları ali məktəblərdən Azərbaycan üçün nələr ediblər?

4. İndiyə qədər keçirilən forumlardan sonra həmin gənclər hərəsi o ölkələrin yerli fəal gənclərinin iştirakı ilə heç olmasa kiçik də olsa flashmob, seminar, training formasında tədbirlər keçiriblərmi?

5. Ümumiyyətlə, dünya təcrübəsində hansısa dövlət qurumunun yay düşərgəsi keçirdiklərinin şahidi olublarmı. Keçirilibsə belə, o ölkələrin nazirliyi, fondunun dəstəyi ilə qeyri hökumət təşkilatları keçirməlidir. Hay-küylə yaratdığınız Azərbaycan Evləri, Koordinasiya Şuralarının gəncləri müstəqil yay düşərgələri təşkil edə bilmirmi?

6. Bu tədbilər vasitəsi ilə korrupsiyaya yol verilir. Niyə bu tədbirlərin bilet və otel rezervasiyaları yalnız Eleqant Travel tərəfindən həyata keçirilir?

Qeyd. Haqsız rəqabətə yol verildiyi üçün Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidməti Diasporla İş üzrə Dövlət Komitəsinin bu fəaliyyəti ilə bağlı araşdırma aparıbmı?

Hesablama Palatası niyə yalnız aktlarla verilən maliyyə hesabatlarına diqqət etmir?.

Rəşad Quliyev-DAA sədri
newscenter.az
Ardını oxu...
Gəncədə yaşayan sahibkar Elvin Abdiyev ona məxsus olan mebel mağazasından uzun müddətdir ki, istifadə edə bilmir.

Xezerxeber.az xəbər verir ki, səbəb obyektin ətrafındakı ərazinin qonşuluqdakı digər sahibkara icarəyə verilməsi və ehtiyat qəza çıxışının onlar tərəfindən bağlanmasıdır.

Sahibkarın vəkili deyir ki, ehtiyat qapının qanunsuz olaraq bağlanmasının təhlükəsizlik tələblərini pozması FHN-in müvafiq qurumlarının aktları ilə də təsbit olunub və açılmasına dair qərar verilib. Həmin qərar rəsmi olaraq aidiyyəti üzrə göndərilsə də, icrası bu günədək həyata keçirilməyib.

Məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, 30 avqust 2021-ci il tarixli müqavilə ilə Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti ilə M.Xələfov küçəsinin qərb tərəfi ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 700 kv.m torpaq sahəsi Ramiz Qurbanova icarəyə verilib. Vətəndaş Elvin Abdıyev ona məxsus obyektin ehtiyat qəza çıxış yolunun icarədar tərəfindən müxtəlif üsullarla kəsilərək, fəaliyyətinə maneələrin törədildiyi barədə Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinə müraciət edib.

Müraciətə baxıldıqdan sonra Dövlət Xidməti Ramiz Qurbanovla bağlanan icarə müqaviləsini ləğv edib. O, isə Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “Torpaqdan istifadə hüququna xitam verilməsi barədə sərəncamın ləğv edilməsi” tələbi ilə Gəncə İnzibati Məhkəməsində iddia qaldırıb.
“İddia təmin olunub. İcarə müqaviləsi qüvvədə saxlanıb.”

Əmlak Məsələləri Dövlət Xidməti Gəncə İnzibati Məhkəməsinin qərarı ilə bağlı Gəncə Apellyasiya Məhkəməsinə və Ali Məhkəməyə müvafiq olaraq apellyasiya və kassasiya şikayəti verib, hər iki məhkəmə tərəfindən şikayətlər təmin edilməyib.

Mövzunu şərh edən vəkillər kollegiyasının üzvü Elnur Əliyev bildirib ki, Əmlak xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən bağlanmış müqavilənin ləğv edilməsi inzibati icraat haqqında qanunun tələblərinin pozulması ilə baş verdiyindən məhkəmə tərəfindən bu qərar ləğv edilib və müqavilə qüvvədə saxlanıb. Buna görə də, həmin Ərazi İdarəsi vətəndaşın müraciəti əsasında yenidən müqaviləni müvafiq qanunun tələblərinə uyğun şəkildə ləğv etməlidir. Eyni zamanda FHN-nin ehtiyat qapının açılması ilə bağlı müvafiq məktublarına əsasən qapının açılması yerli icra hakimiyyəti və polisin iştirakı ilə məcburi qaydada təmin edilməlidir.

Mövzu ilə bağlı ətraflı videomaterialı təqdim edirik:

 
 

 


Ardını oxu...
“Naxçıvan məhkəmələrinə görə, Vasif Talıbov qanundan üstündür” – Tanınmış vəkildən ŞOK MÜRACİƏT

Tanınmış vəkil, Naxçıvan Şəhər Məhkəməsinin sabiq sədri Hüseyn Həsənov Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri İnam Kərimova müraciət edib.

TNS-in redaksiyasına da göndərilən müraciətin mətnini təqdim edirik:

“Hörmətli sədr!

Səlahiyyət müddətinin bitməsi ilə əlaqədar 02.09.2000-ci ildən tutduğum vəzifədən azad edilməyim barədə Naxçıvan Muxtar respublikası ədliyyə nazirinin verdiyi 21.10.2002-ci il tarixli, 74-k saylı əmrin etibarsız hesab edilməsi və hazırkı dövrə qədər məhrum edildiyim vəzifə maaşı və hakim üçün nəzərdə tutulmuş güzəştlərə görə ödənişlərin mənə ödənilməsi öhdəliyinin Naxçıvan MR Ədliyyə Nazirliyinin üzərinə qoyulması barədə iddia ərizəm Maxçıvan MR İnzibati Məhkəməsinin e-2-1(112)-351/2023 saylı, 27.04.2023-cü il tarixli qərardadı ilə mümkünsüz hesab edilərək mübahisənin ümumi məhkəməyə aid olduğu bildirilmişdir. İnzibati məhkəmənin qərardadının tərtibatında qüsurlara yol verilsə də nəticə etibarı ilə qanuni idi və həmin qərardaddan şikayət vermədim. İnzibati məhkəməyə müraciət etməkdə məqsədim gələcəkdə Naxçıvan Şəhər Məhkəməsinin eyni predmetə dair iddia ərizəmin qəbulundan imtinasının qarşısını almaq idi.

06.06.2023-cü il tarixli iddia ərizəsi ilə Naxçıvam Şəhər Məhkəməsinə müraciət edərək Naxçıvan MR ədliyyə nazirinin səlahiyyət müddətinin bitməsi ilə əlaqədar 02.09.2000-ci ildən tutduğum vəzifədən azad edilməyim barədə verdiyi 21.10.2002-ci il tarixli əmrin ləğv edilməsi və hazırkı dövrə qədər məhrum edildiyim vəzifə maaşı və hakim üçün nəzərdə tutlmuş güzəştlərə görə ödənişlərin mənə ödənilməsi öhdəliyinin Naxçıvan MR Ədliyyə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarmasını xahiş etmişdim.

Naxçıvan Şəhər Məhkəməsi 11.07.2023-cü ildə iddia ərizəmi yolverilməz olması səbəbi ilə icraata qəbul etməkdən imtina edərək 2(108)-114/2023 saylı qərardadla inzibati məhkəməyə müraciət etməli olduğumu bildirmişdir. Hansı ki, eyni predmetə dair iddia ərizəm Naxçıvan MR İnzibati Məhkəməsi tərəfindən mümkünsüz hesab edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 11.07.2023-cü il tarixli qərardadından verdiyim şikayət Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyasının 09.08.2023-cü il tarixli qərardadı ilə təmin edilməmişdir.

Əlavə olaraq bildirirəm ki, Naxçıvan Şəhər Məhkəməsi Naxçıvan xanı Vasif Talıbova qarşı maddi və mənəvi ziyan tələbi barədə iddia ərizəmi də 16.03.2023-cü il tarixli, e-2(078)-539/2023 saylı qərardadla icraata qəbul etməkdən imtina etmişdir və həmin qərardad da Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyasının 19.04.2023-cü il tarixli, 2(108)-57/2023 saylı qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin həmin qərardadlarında Ali Məhkəməyə şikayət verilməsi nəzərdə tutulmadığı üçün kassasiya məhkəməsinə şikayəti verilməsi mümkün deyil. Həmin qərardadlardan şikayət verilməsinin məhdudlaşdırılması qanunvericiliyin qüsurudur və “Məhkəmələr və Hakimlər haqqında” Qanunun 19-cu maddəsinə ziddir. Nə qədər ki, ölkəmizdə 3 pilləli məhkəmə sistemi mövcuddursa, deməli hər 3 instansiyaya müraciət hüququ təmin edilməlidir. Bəzi məhkəmə qəradadlarından Ali Məhkəməyə şikayət verilməsinin məhdudlaşdırılması apellyasiya instansiyalarında qanunsuz qərarlar çıxarılmasına səbəb olur.

Naxçıvan məhkəmələrində qanunsuz qərarlar qəbul edilməsi orada fəaliyyət göstərən hakimlərin Vasif Talıbovun kadrları olması ilə əlaqədardır. Həmin hakimlər Vasif Talıbova sədaqət nümayiş etdirməklə insanlığa və dövlətçiliyə hörmətsizlik etməklə Vasif Talıbov repressiyasına haqq qazandırırlar. Hər bir özbaşınalığın sonu nə vaxtsa çatacaq. Təəsüf ki, bu gün minlərlə insan Vasif Talıbov repressiyasından əziyyət çəkir. Yenə təəsüf hissi ilə qeyd edirəm ki, bu günə kimi Vasif Talıbovun əməllərinə hüquqi qiymət verilməyib ki, bu da kütləvi narazılıqlar yaratmaqda davam edir və Vasif Talıbovun azadlıqda olması qanunsuz qərarlar qəbul edilməsi ilə nəticələnir. Vasif Talıbova görə Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş hamı qanun və məhkəmə qarşısında bərabərdir prinsipinin pozulmasını yolverilməz hesab edirəm. Düşünürəm ki, Vasif Talıbov repressiyasının nəticələri “Tərtər” hadisələri ilə müqayisə oluna bilər. Hər iki halda əməllər dövlətçiliyə və insanlığa qarşı yönəlib.

Naxçıvam Şəhər Məhkəməsinin 11.07.2023-cü il və Naxçıvan MR İnzibati Məhkəməsinin 27.04.2023-cü il tarixli qərardadaları, o cümlədən Naxçıvan Şəhər Məhkəməsinin 16.03.2023-cü il tarixli qərardadları mənim məhkəməyə müraciət etmə hüququmu məhdudlaşdırır ki, bu da Azərbaycan Respublikası Konstitusiyasının 25.1, 57.1, 60.1, 62, 68-ci maddələrinin tələblərinə zidd olmaqla yanaşı, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyasının 6-cı maddəsinin tələblərini də pozur.

İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının 1-ci maddəsinin tələbinə əsasən, məhkəmələrin nəzərinə çatdırılır ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsi, habelə həmin Məcəllənin XV-XIX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır. 2002-ci ildə inzibati məhkəmələr

yaradılmamışdı. İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu.

Bu baxımdan mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Naxçıvan Şəhər Məhkəməsinin yuxarıda bəhs olunan qəradadları qanunun zamana görə hüquqi qüvvəsi prinsipinə ziddir. Şübhə yoxdur ki, Naxçıvan Şəhər Məhkəməsinin və Naxçıvan Ali Məhkəməsinin hakimləri “İnzibati icraat haqqında” Qanunun və İnzibati Prossesual Məcəllənin nə vaxtdan qanuni qüvvəsini alması haqqında məlumatlıdırlar.

Diqqətinizi Naxçıvan Şəhər Məhkəməsinin 16.03.2023-cü il tarixli qərardadının mənasına cəlb etmək istəyirəm. Repressiyaya məruz qalmış şəxs kimi zərərvuran Vasif Talıbovu fiziki şəxs olaraq məhkəməyə verirəm, lakin məhkəmələr deyirlər ki, Vasif Talıbov qanunların üstündə durduğuna görə onu məhkəməyə verə bilməzsən.

Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinə əsasən Ali Məhkəmə məhkəmə praktikasına dair məsələlər üzrə izahat verir. Məhkəmə aidiyyətinə görə ərizələrin icraata qəbul edilməsindən imtina edilməsinə aydınlıq gətirilməsi kassasiya məhkəməsinin səlahiyyətinə aid olduğu üçün müvafiq məhkəmə aktlarını ərizəmə əlavə edərək məhkəməyə müraciət etmə hüququmun məhdudlaşdırılmasına yaradılan əngəllərin aradan qaldırılması üçün tədbir görmənizi xahiş edirəm”ovqat.com
 

Ardını oxu...
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə Mürsəl İbrahimovun rəis təyinatı onun mebelləri yenilməsi ilə yadda qalmaqdadır. Hələ ki Xidmət rəisinin bu sahədə neqativ halları aradan qaldırmaq, islahatlar aparmaq, hərbi komissarlıqlarda nöqsanları aşkarlamaq yox, öz oturduğu binanın, xüsusən kabinetinin mebellərini dəyişməyə başı qarışıb. Görünür ki, keçmiş rəhbərin kreslosu, mebel invertarə xoşuna gəlməyib. Odur ki, gələr-gəlməz bir tender elan edərək otağını bəzəməklə məşğuldur. Anaxeber.info məlumat verir ki, Səfərbərlik Xidməti mebel invertarlarının satın alınması ilə bağlı tender elan edib. Tender sentyabrın 13-nə kimi davam edəcək. Buradan da məlum olur ki, Mürsəl İbrahimov üçün iş otağının vizual görünüşündən ibarətdir. Yəni kabinetdəki mebellər təzə, bər-bəzəkli, gözəgəlimli olsun, hər səhər işə gəlib otağına daxil olanda ürəyi açılsın, mebellər göz oxşasın. Ondan sonra bir qəhvə içib günə başlamaq, hərbi komissarlıqlarda hansı "işlər" getdiyini öyrənməyə başlamaq olar. Belə desək, bir biznesmen zehniyyəti...
Qeyd edək ki, Xidmət ötən il “Qardaşlar Mebel” MMC-dən 102 270,6 AZN dəyərində mebel invertarları alıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 2011-ci ilin dekabrında yaradılıb. 2012-ci ilin fevralında Arzu Rəhimov Xidmətin rəisi vəzifəsinə təyin olunub. O, 2023-cü ilin aprelinədək bu vəzifədə olub. Arzu Rəhimovun işdən çıxarılmasından sonra Mürsəl İbrahimov Xidmətə rəis təyin edilib.

Anaxeber.info
 
Ardını oxu...
Ağdamda şəkərli diabet xəstələrinin bəziləri şəkərli diabet xəstəliyinə tutulmuş şəxslər üçün pulsuz verilməli olan insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə vaxtlı-vaxtında təmin olunmur.
Bunu redaksiyamıza müraciət edən Ağdam rayon Muradbəyli kənd sakini, hazırda Ağdamın Quzanlı qəsəbəsində məcburi köçkünlər üçün tikilmiş “Daş evlər” şəhərciyində məskunlaşan Hacıyev Elbrus Baxşeyiş oğlu bildirib.
Onun sözlərinə görə, iki ayda 1 dəfə almalı olduğu qanda şəkəri təyin etmək üçün vizual test-çubuqlarını (1 qutuda 50 ədəd) vaxtında ala bilmir. Reportyor.org
Bununla bağlı Ağdam Rayon Mərkəzi Xəstəxanasın dəfələrlə üz tutsa da, vətəndaş təmin edilməli olduğu vəsaiti ala bilməyib. O, rayon mərkəzi xəstəxanasının baş həkiminə şəxsən müraciət etmək istəsə də, vətəndaşa baş həkimin qəbuluna yazılmalı və bir həftədən çox gözləməli olduğu bildirilib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Ağdam üzrə bölməsinə üz tutan Elbrus Hacıyevə xəstəxanadan aldığı cavabın tam oxşarı verilib... TƏBİB-in qaynar xəttindən də eyni cavabı alıb vətəndaş.
Şəkərli diabet xəstəsi ona verilməli olan vasitələrlə vaxtlı-vaxtında təmin olunmadığı halda, deməli, onun vəziyyətinin pisləşəcəyi qaçılmazdır.
Belə olan halda, vətəndaş adi bir rayonun baş həkiminin və TƏBİB-in yerli bölməsi üzrə cavabdeh şəxsin qəbuluna düşmək üçün ölüm ayağında oturub gözləməlidir?
Əgər şəkərli diabet xəstəsi müvafiq müalicə müəssisəsi tərəfindən qeydiyyata alınırsa, söz yox ki, "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli 32 nömrəli Fərmanından irəli gələrək, ona pulsuz verilməli olan insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri alınır və bu vəsaitlər vaxtında öz ünvanına çatıdırlmalıdır. Bəs onda, vətəndaş niyə şikayətçi olur?
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 may tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavədə göstərilir ki, şəkərli diabetin 2-ci tip, insulinə ehtiyacı olmayanlar kateqoriyasından olan xəstələr qanda şəkəri təyin etmək üçün vizual test-çubuqlarını (1 qutuda 50 ədəd) 2 aya bir qutu həcmində almalıdır.
Vətəndaş Elbrus Hacıyev isə bildirir ki, Ağdam Rayon Mərkəzi Xəstəxanasından ona bildirilib ki, o, 6 aydan bir zaman kəsiyində 27 ədəd test çubuğu ala bilər. Elbrus Hacıyev heç o 27 ədəd çubuğu da 8 aydır ki, ala bilmir. Bu üzdən də, Bərdədəki apteklərdən qutusu 12 AZN dəyərində olan test çubuğu almaq məcburiyyətində qalır.
"Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli 32 nömrəli Fərmanının 1.5-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarında təsdiq edilən
“Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı QAYDASI”nın 5-ci bəndinə əsasən, şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı resept əsasında müalicə-profilaktika müəssisəsinin (endokrinoloji dispanser və ya ərazi poliklinikası) müqavilə bağladığı aptek vasitəsilə həyata keçirilir.
Ağdamda isə vətəndaşlar yuxarıda göstərilən dərman pereparatları və digər vasitələri rayon mərkəzi xəstəxanasından alır.
Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" qanunun tətbiq edilməsi barədə" Prezidentin fərmanının 1.5-ci bəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin məlum 87 №-li qərarının və bu qərarın 1 və 2 saylı əlavələrindən irəli gələn tələblərin pozulmasına görə məsuliyyət daşıyanların öz vəzifə borclarının yerinə yetirməməsi çox güman ki, müvafiq dövlət qurumlarının nəzərindən yayınır. Əks halda, hansısa kiçik çinli məmur, vətəndaş məmnunluğunun yüksək səviyyəyə qaldırılması üçün mütəmadi siyasət yürüdən, bu istiqamətdə ciddi tapşırıqlar qoyan dövlət başçısının tələb və göstərişlərinin ziddinə addım ata bilməzdi...
Vətəndaşlıarın üzləşdiyi çətinlik və problemlərin aradan qaldırılması, onların müraciətlərinin dinlənilməsi məqsədi ilə Dövlət Başçısının tapşırıq və göstərişlərinə əsasən, ölkənin nazirləri, ciddi dövlət strukturlarının rəhbərləri bölgələrə vaxtaşırı səfər edir, rayonlarda qəbullar keçirir, sakinləri dinləyir, onların qayğılarının həllinə qanunauyğun şəkildə dəstək göstərirlər.
Amma rayon səviyyəli bir məmur və ya vəzifəli şəxs vətəndaşı get-gələ salır, süründürməçilik edir, ona müəyyən zaman kəsiyi üçün təyin edilmiş insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələrini vaxtında vermir, yaxud da xəstəni müxtəlif yollarla süründürməçiliyə məruz qoyur.
Maraqlıdır, doğrudanmı, məmurlar işlədikləri sahələrə aid Azərbaycan Prezidentinin imzaladığı fərmanlardan, digər qanunverici aktlardan, Nazirlər Kabinetinin qərarlarından, öz nazirlərinin əmr və göstərişlərindən xəbərsizdir?
PS. Əslində, xəbərsiz olmaları mümkündür... Bir orta məktəbin ibtidai sinifinə müəllimi işə götürmək üçün imtahandan keçirirlər, əhalisi 200 min civarında olan bir rayonda ciddi bir vəzifəyə təyin edilən şəxs isə attestasiyadan keçirilmir... Bəlkə də inyeksiya edə bilməyən birinin bacaracağı ən yaxşı iş, qanundan, qanunvericilikdən xəbəri olmayan sadə adamların “inəsini vurmaq”dır-Ağdamdakı kimi...
Nəsimi Zahidoğlu
/reportyor.org/
Ardını oxu...
Milli Məclisin deputatı Əziz Ələkbərli tanınmış erotik massajist, fransalı Emmanuel Lustinin sosial şəbəkələrdəki paylaşımlarını xüsusi həsasaslıqla izləyir.

Demokrat.az xəbər verir ki, Əziz Ələkbərli davamlı olaraq, E.Lustinin qadınlar üzərindəki erotik massaj hərəkətlərinə “like” şəkilində öz münasibətini ifadə edir.

Məşhur massajistin səhifəsindəki müşahidələrimiz onu deməyə əsas verir ki, Əziz Ələkbərli onun ən etibarlı izləyicilərindəndir.

Qeyd edək ki, Emmanuel Lustin dünyanın ən məşhur erotik massajistlərindən biri hesab olunur.


Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
İcra hakimiyyətləri yandırılan zibillik ərazinin onlara məxsus olmadığını deyir

Yeni Günəşli qəsəbəsinin sakinləri məişət tullantılarının və plastik qabların yandırılması nəticəsində ətrafa yayılan qoxudan və ağır hava kütləsindən şikayətçidirlər.

“Günlərdir bu vəziyyətdəyik. Bu isti havada qapı-pəncərəni bağlasaq da, üfunət, yandırılmış zibilin iyi xüsusilə gecələr evin içinə dolur”, – sakinlər deyir.

Şikayətçilərin sözlərinə görə, artıq 1 aya yaxındır Köhnə və Yeni Günəşli, o cümlədən, Zığ qəsəbəsinin sakinləri üfunətdən zəhərlənirlər. Bununla bağlı Xətai və Suraxanı rayon icra hakimiyyətlərinə, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunub.

“Günəşli ərazisində açıq sahəyə tullantılar atılır və xüsusilə gecələr yandırılır. Dəfələrlə ərazidə yanğın baş verib, söndürülsə də, tüstü bir neçə gün davam edib”,- sakinlərdən Həsən Hüseynov bildirib.
Ardını oxu...
Şikayətçilər deyirlər ki, ərazi Xətai və Suraxanı rayonları arasında yerləşir.

“Yol Abbas Fətullayev küçəsindən keçir. Əraziyə məişət və tikinti tullantıları yığılır. Bir neçə dəfə şikayətlərdən sonra təmizlik işləri aparılsa da, yenidən zibilliyin yandırılması baş verir”,– sakinlər deyiblər.

Həsən Hüseynov qeyd edib ki, hətta Günəşli sakinləri toplaşaraq məsələyə etirazlarını bildiriblər. Toplanmış zibil yandırılanda tüstülənmə günlərlə davam edir. Külək üfunəti Zığ qəsəbəsindən keçməklə Zığ kəndinə qədər yayır.

“Təsəvvür edin ki, torpağın altında basdırılmış köhnə avtomobil təkərləri, plastik tullantılar yandırılarkən ətrafa necə zəhər yayılır və on minlərlə sakin günlərdir həmin havanı udurlar. Bu məsələyə bir aydan çoxdur əncam çəkən yoxdur. Yolboyu avtotəmir sexləri yerləşir. Həmin sexlər də güman ki, zibillərini bu əraziyə atır”,- şikayətçilərdən biri deyib.

Başqa bir sakin isə deyib ki, qapı-pəncərəni bağlayıb kondisionerləri işə salmaq da mümkün olmur, çünki bu dəfə də üfunət kondisioner vasitəsilə içəri daxil olur:

“Fövqəladə Hallar Nazirliyinə tüstülənmə və yanğınla bağlı məlumat verməkdən bezmişik. Dərdimizi kimə deyəcəyimizi bilmirik. Gəlib yanğını söndürməklə iş bitmir, ərazidə kompleks tədbirlər görülməli, tullantılardan təmizlənməli, cavabdeh şəxslər ciddi cəzalandırılmalıdır”.

Zığ Bələdiyyəsindən Meydan TV-yə bildiriblər ki, həmin üfunətdən xəbərdardılar, lakin ərazi onların sahəsinə aid deyil.
Ardını oxu...
Xətai Rayon İcra Hakimiyyətindən də sözügedən ərazinin onlara aid olmadığını bildirilblər.
Eyni zamanda, Suraxanı Rayon İcra Hakimiyyətindən də bildiriblər ki, yanğın olan ərazi Suraxanı rayonunun inzibati ərazisinə aid deyil:

“Bununla belə, məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət olunub”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə Meydan TV-yə deyiblər ki, sakinlərin şikayəti ilə əraziyə baxış keçirilib və ərazi tullantılardan təmizlənib.
Sakinlər isə üfunətin hələ də davam etdiyini bildirirlər.
 
Ardını oxu...
Salyan şəhərinin mərkəzi yollarından sayılan Heydər Əliyev prospektində aparılan qazıntı işləri sakinlərin narazılığına səbəb olub.

Belə ki, hazırda prospektdə kanalizasiya xətləri yenidən qurulur. Bunun üçün isə cəmi 3-4 gün əvvəl çəkilmiş asfalt yol dağıdılıb.

Yəni yeni asfaltın sevincini hələ ürək dolusu yaşamayan sakinlər xoşagəlməz mənzərə ilə üzləşiblər.
Daha ətraflı Baku TV-nin süjetində:

 

Dünyapress TV

Xəbər lenti