Ardını oxu...
Səfər Mehdiyev bir maşın latundan (23 ton) 20 min, bir maşın misdən ( 23 ton) 40 min manat qazanırdı…

Təxminən 4 il əvvəl, daha dəqiq desək 26 yanvar 2019-cu il tarixdə, yəni Səfər Mehdiyevin qılıncının dalı da kəsən vaxtda NUH.az saytında “Bu da DGK-da rüşvət və korrupsiya, cənab sədr ! Baş Gömrük İdarəsi ATEF şirkətinin əlvan metal ixracını qanunsuz sənədləşdirib” başlıqlı araşdırma yazısı dərc etmişdik.

Bu yazı həm də DGK sədri Səfər Mehdiyevin bir müddət əvvəl “Ölkədə inhisarçılığın 1 faizini göstərsəniz, mən istefa verərəm” açıqlamasına konkret, faktlara əsaslanan cavab idi. Səfər Mehdiyev özünü elə aparırdı ki, guya gömrük sisemində rüşvətin kökünü kəsib.

NUH.az-ın bu araşdırma yazısı Səfər Mehdiyev üçün “soyuq duş” oldu.

Yazıda söhbət Səfər Mehdiyevin ölkədən ixrac edilən əlvan metalların KODUNU dəyişərək dövlətə ziyan vurduğu…özünün isə qazandığı yüz milyonlardan gedirdi.

Belə ki, Nazirlər Kabinetinin qərarına əsasən latun, bürünc, misdən olan KÜLÇƏ, yəni xammala 10 faiz gömrük rüsumu tətbiq olunur, HAZIR MƏHSUL olan MİS KATOD isə rüsumdan azaddır.

NUH.az-ın 2019-cu ildəki araşdırmasından bəlli olurdu ki, Səfər Mehdiyevin göstərişi ilə Bakı Gömrül İdarəsi xammalı hazır məhsul kodu ilə sənədləşdirir və dövlətə külli miqdarda ziyan dəyir.

Həmən araşdırma yazısında ATEF şirkətinə məxsus əlvan metal oaln xammalın kodu dəyişdirilərək rüsumsuz-hazır məhsul kimi sənədləşdirilməsi qeyd olunmuşdu. Və əlvan metal yüklü 3 maşın xammalın Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda saxlanıldığı qeyd olunmuşdu.

NUH.az-ın əməkdaşı qarşı tərəfin fikrini öyrənmək üçün DGK-nın Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin əməkdaşı Şahin Rzalı ilə əlaqə saxlayanda , o, “Məsələni araşdırıb sizə məlumat verəcəyik” desə də günün sonunadək heç bir cavab verməmişdi.

Məqalənin dərcindən cəmi bircə gün sonra DGK gurultulu bəyanat verərək, NUH.az-ı həmin qurumun rəhbərliyinə qarşı qaralama kampaniyası təşkil etməkdə, hətta MƏDƏNİYYƏTSİZLİKDƏ suçlamışdı.

Səfər Mehdiyevin “ailə kantoru” hətta bizi savadsızlıqda ittiham etmişdi.

Belə ki, DGK-nın bəyanatından məlum olurdu ki, “Sınıq Körpü” gömrük postunun adı 2 ay öncə dyişib və NUH.az-ın bundan xəbəri olmayıb.

Biz o zaman Səfər Mehdiyevə yazdıq ki, söhbət gömrük postunun adından getmir, gömrük postunun adı Sınıq Körpü, Qozlu körpü, hətta Daşarx da (Naxçıvanda post ) ola bilər. Bunun məsələnin mahiyyətinə dəxli yoxdur. Söhbət cinayət əməlindən, məhsulun kodunu dəyişərək dövlət büdcəsinə vurulan milyonlarla ziyandan gedir.

Sözün qısası, 4 il əvvəl yazdıqlarımız gec də olsa təsdiqini tapdı və Səfər Mehdiyev əməllərinə görə, Prezident tərəfindən vəzifəsindən uzaqlaşdırıldı.

Bəs görəsən, Səfr Mehdiyevin dövlət büdcəsinə vurduğu 100 milyonlarla ziyanı kim ödəyəcək..?

NUH.az yeni araşdırma yazısında Səfər Mehdiyevin DGK-da qurduğu rüşvət və korrupsiya mexanizminə aydınlıq gətirməyə çalışacaq.

Belə ki, yuxarıda qeyd etdiyimiz kimi, Səfər Mehdiyev gömrük sistemində elə bir harınlamış, yırtıcı rüşvət-korrupsiya-inhisarçı sistem yaratmışdıki, bunun zərbəsini iş adamları, biznesmenlər çəkmişdi və üstəlik dövlət büdcəsinə yüz milyonlarla ziyan dəymişdi.

Səfər Mehdiyev hələ DGK sədrinin 1-ci müavini olarkən sahibkarla qənim kəsilmişdi, onlara külli miqdarda maddi ziyan vurmuşdu.

2018-ci ildə Prezident İlham Əliyev cənabları Səfər Mehdiyevə etimad göstərib DGK-ya sədr təyin edəndə o, gömrük sistemində ciddi müsbət dəyişikliklər aparacağına söz vermişdi. Amma…

Əmması odur ki, Səfər Mehdiyev DGK sədri oalndan sonra daha azğın şəkildə iş adamlarını istismar etməyə, dövlət büdcəsini dağıtmağa başladı.

Biz bu yazıda Səfər Mehdiyevin təkcə bir sahədən - əlvan metal ixracından qazandığı milyonlardan bəhs edəcəyik.

Yuxarıda qeyd etdiyimiz kimi Səfər Mehdiyev xammal və hazır məhsul olan əlvan metalların kodunu dəyişməklə milyonlara sahib olub və dövlət büdcəsinə ziyan vurub.

Sadə bir misalla məsələyə nəzər salaq.

Nazirlər Kabinetinin qərarına əsasən hər bir ixrac olunan 23 tonluq LATUN yük maşınına 20.000 manat gömrük rüsumu, hər bir 23 tonluq MİS yükünə 40.000 manat dövlətə gömrük rüsumu ödənilməli olduğu halda, Səfər Mehdiyevin göstərişi ilə DGK əməkdaşları xammalı hazır məhsul kodu ilə sənədləşdirərək dövlətə heç 1 MANAT da gömrük rüsumu ödənilməyib, pullar Səfər Mehdiyevin və onun şəriklərinin cibinə axıb.

Beləcə, Səfər Mehdiyev təkcə kod əməliyyatı ilə 85.000.000, yəni 85 MİLYON MANAT pulu mənimsəyib.

Azərbaycandan saxta kodla Türkiyəyə ixrac olunan xammal ( yalançı hazır məhsul) Türkiyə dövlətinə ayrı kodla daxil olub. Yəni qardaş Türkiyə dövləti üçün də ciddi problem yaranıb.

Ümid edirik ki, hüqu-mühafizə orqanların araşdırmaları ciddi və obyektiv olacaq, dövlətə dəyən yüz milyonlarla ziyan dövlət büdcəsinə qaytarılacaq. Və maxinasiyalarda iştirak edən şirkətlərin adları cəmiyyətə bəlli olacaqdır.

NUH.az-a daxil olan məlumata görə, DGK-nın yeni sədr əvəzi Şahin Bağırov, 1-ci müavin və eyni zamanda Bakı Gömrük İdarəsinin sədr əvəzi İsmayıl Hüseynov metal biznesi ilə məşğul olan fırıldaqçı şirkətlərin əməllərinin qarşısını alacaqlar.

Yeri gəlmişkən, Səfər Mehdiyev bir vaxtlar İsa Hüseynovun bütün səlahiyyətlərini əlindən alaraq onu gözardı etmişdi.

Sahibkarlar ümid edir ki, DGK-nın yeni rəhbərliyi Şahin Bağırov, İsmayıl Hüseynov və Bəhruz Quliyev Prezidentin etimadını doğruldacaqlar və Səfər Mehdiyevdən qalma problemləri qısa zamanda aradan qaldıracaqlar.

Növbəti yazıda DGK ilə bağlı başqa problemləri araşdıracağıq. //nuh.az//
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, sakinlərə yarımçıq bina təhvil verdiyi üçün etirazlara səbəb olan "Vesta Construction” MMC-nin külli miqdarda vergi borcu üzə çıxıb.

32gun.az xəbər verir ki, tikinti şirkətin bu günə qədər olan borcu 230 min manata yaxındır. (2242291.50 AZN)

Nizamnamə kapitalı 5 AZN olan "Vesta construction” MMC-nin qanuni təmsilçisi Zeynal Fərhad oğlu Zeynalovdur. Sözügedən şirkət 19.10.2012 tarixində dövlət qeydiyyatına alınıb.

Lakin iddiaya görə, “Vesta Construction” şirkətinin əsas sahini Ceyhun Musarza oğlu Quliyev adlı şəxsdir. Həmçinin bildirilir ki, Ceyhun Quliyev SOCAR-ın Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədovun yaxın qohumudur.

Əldə etdiyimiz digər məlumata görə, sözü gedən şirkətin sahibinin öllkədən çıxışı məhdudlaşdırılır.

Saytımıza verilən digər məlumata görə, "Vesta construction” MMC rəhbərliyi onların şirkətindən mənzil alan və narazı qalan sakinlərin etirazına “Arxamızda Nizami Rayon İcra Hakimiyyəti dayanır” deyə cavab versələr də bu gün həmin arxa-dayaqsız qalıblar.

Belə ki, Nizami rayonu icra hakimiyyəti ilə şirkət arasında mübahisə düşüb. İddiaya görə, mübahisəyə səbəb satışdan əldə olunan gəlirdir.

Məlumat üçün bildirək ki, şirkətin üzün müddətdir dövlətə borcu var. 350 minlik borcdan 120 min ödəyən şirkət dövlətdən möhlət alıb.

Xatırladaq ki, "MY HOME” layihəsi üzrə Nizami rayonu, Şirin Mirzəyev 38 ünvanda tikilən bina ilə bağlı etirazlar var idi. Belə ki, 2019-cu ildə tam təhvil verilməli olan bina yarımçıq qalıb.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırq.
Ardını oxu...
 
Ardını oxu...
İnşaat sektorunda əsas oyunçulardan hesab edilən “Akelik Group” MMC məhkəməyə verilib.

Qaynarinfo xəbər verir ki, iddiaçı “İnter DBK” MMC-dir. İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Fərrux Qasımovun icraatındadır.

İşin mahiyyəti alqı-satqı müqaviləsi üzrə mübahisələrdən ibarətdir.

“İnter DBK” MMC 5 iyul 2012-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 5 479 420 AZN olan şirkətin qanuni təmsilçisi Bailar Pirievdir.

Bailar Piriev və şirkət haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.

“Akelik Group” MMC-yə gəlincə, 20 may 2011-ci ildə qeydiyyata alınan şirkət əvvəl “ALKE İnşaat Sənaye və Ticarət” ASC kimi fəaliyyət göstərib. ASC-nin sabiq əməkdaşı Şahin Cəfərovun yerli mediada dərc olunan müraciətində bildirib ki, “ALKE İnşaat Sənaye və Ticarət” ASC ilə Türkiyənin “ALKE İnşaat Sanayi ve Ticaret Anonim” şirkəti eyni təsisatdır.

6 sentyabr 2018-ci il tarixində “ALKE İnşaat Sanaye və Ticaret” ASC-nin təsisçiləri şirkətin adını “Akelik Group” ASC-yə dəyişdirib. Babayev Süleyman Qalibiyyət oğlu ASC-nin direktoru seçilib.

Bir il sonra “ALKE İnşaat Sanaye və Ticaret” ASC təşkilati hüquqi formasını dəyişərək “Akelik Group” MMC-yə çevrilib. Nizamnamə kapitalı 33 014 681 AZN olan MMC-nin qanuni təmsilçisi Babayev Rasim Qalibiyyət oğludur.

MMC Azərbaycanda və xaricdə iri layihələrin icrasını həyata keçirib. 2018-ci ildə yerli mediada “ALKE İnşaat Sənaye və Ticarət” ASC-nin Qırğıstanda Oş-Batken-İsfana avtomobil yolunun tikintisini həyata keçirdiyini və fəahlələrin maaşlarını vermədiyi barədə material dərc edilib. Həmin materialdan məlum olur ki, Qırğızıstanın Nəqliyyat və Yollar Nazirliyi ilə 108 kilometrlik Oş-Batken-İsfana avtomobil yolunun tikintisi ilə bağlı “ALKE İnşaat Sənaye və Ticarət” ASC arasında 18 milyon dollarlıq müqavilə bağlanıb.

2018-ci ilin sentyabrında isə “Azərsu” ASC-nin inşası yarımçıq qalmış inzibati binasının tikintisinin tamamlanması üçün qurumla şirkət arasında 44 milyonluq müqavilə imzalanıb.

Bundan başqa, “Akelik Group” MMC Ağdaş şəhərinin su təchizatı və kanalizasiya sisteminin və Ağdaş şəhərindəki kanalizasiya kollektorunun tikintisini həyata keçirib. Bunun üçün “Azərsu” şirkətə ümumilikdə 51 milyon manat ödəyib.

Araşdırmalarımız zamanı o da bəlli olub ki, şirkətin hazırda 6 811 181.27 AZN vergi borcu var.

MMC-nin milyonluq layihələri həyata keçirməsi, sahibi Süleyman Babayev və qanuni təmsilçisi Rasim Babayev haqqında açıq mənbələrdə heç bir məlumatın olmaması şirkətin hansısa məmurun himayəsində olması barədə şübhələrə yol açır.
 
Ardını oxu...
 

 Bakı şəhəri, Binəqədi rayon, Biləcəri qəsəbəsi, məhəllə 5057/68, ev 7, mənzil 61 ünvanında yaşayan Niftalıyeva Zərnişan Rövşən qızı ölkə rəhbərliyinə müraciət ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Mən Niftəliyev Zaur Nadir oğlu ilə 13 may 2014-cü ildə rəsmi nikaha girərək ailə qurmuşam. Onunla birgə nikahımızdan 25 may 2015-ci il təvəllüdlü Niftəliyeva Aysel Zaur qızı, 05 may 2018-ci il təvəllüdlü Niftəliyev Atilla Zaur oğlu adlı iki övladımız olmuşdur.

Binəqədi Rayon Məhkəməsinin 19.08.2021-ci il tarixli qətnaməsi ilə cavabdehlə aramızda bağlanmış nikahın pozulması və qarşı tərəf məni aldadaraq azyaşlı övladlarımın onun himayəsində saxlanılması qət edilmişdir. Hazırda bir ildən çoxdur övladlarımı görə bilmirəm, bir ana kimi çox çarəsizəm, məni eşidən yoxdur.

Mən, azyaşlı övladlarımla görüşmək üçün cavabdehə dəfələrlə müraciət etsəm də, cavabdeh bizim görüşümüzə mane olur, öz övladlarımla görüşməyim üçün mənə şərait yaratmır.

Nigah pozulandan bu vaxta qədər uşaqlarla görüşməmişəm. Bu isə, azyaşlı övladlarımın psixoloji vəziyyətinə çox pis mənfi təsir göstərir.

Belə ki, azyaşlı övladlarım atası tərəfindən mənimlə mütəmadi və sistemli görüşə buraxılmadıqlarına görə vaxtlı-vaxtında ana qayğısı görmədiyi və normal mühitdə yaşamadıqları üçün narahat ola və ya xəstələnə bilərlər.

Uşaqlarla görüş günlərinin müəyyən edilməsi barədə Cəbrayıl rayon Məhkəməsinə müraciət etdim, Cəbrayıl rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik Komissiyasının rəy verilməsi barədə qərardad qəbul etdi.

Cəbrayıl rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik Komissiyası rəy verərkən bir çox qanuna zidd hərəkətlərə yol vermişdir, belə ki, ana ilə övladları olan 6 və 4 yaşlı uşaqlarla heç bir ünsiyyət yaratmadan saxta və qaranlıq yollarla rəy vermişdir ki, guya ana ilə hər iki uşaq imtina etdiyi üçün ünsiyyətdə olmağı uşaqların mənafeyinə uyğun hesab etmir.

Hörmətli İcra Başçısı Kamal müəllim nəzərinizə çatdırmaq istəyirəm ki, vəzifəsinə uyğun olmayan Orxan Məmmədov birinci müavin olmaq abu havası ilə yaşamaqla biz vətəndaşların hüquqların ayaq altda atıb tapdalayır. Hansı ki, hər dəfə məhkəmə vaxtı keçmiş qaynatam Nadir atam Rövşənə dediyi sözləri Orxan Məmmədov adlı vəzifəsinə uyğun olmayan məmur saxta rəydə qeyd etməklə məhkəməyə göndərmişdir, atam bir çox alternativ yerlərdən maraqlanan zaman bizə məlum oldu ki, bizə gəlib söbət aparanın rəyini Orxan Məmmədov saxta yollarla dəyişərək saxta bir rəy yazaraq məhkəməyə göndərmişdir, bu etdiyi əməlləri inşAllah gələcəkdə öz qarşısına çıxacaq onda mənim nə çəkdiyimi o çəkəndə bugünkü səf əməlləri qarşısına çıxacaqdır.

Ay bu vəzifələrə layiq olmayan məmur Cəbrayıl rayon İcra Hakimiyyətinin Hüquq şöbə rəisi Orxan Məmmədov və digərləri Siz nə zaman vəzifənizi yerinə yetirib, ana ilə uşaqlar arasında ünsiyyət yaratdız ki, uşaqlarda imtina etdi. Bu səbəbdəndə bu saxta rəy ləğv edilməli və yeni düzgün real digər qadın vəzifəli şəxslər tərəfindən rəy verilməsinə ehtiyac vardır. Bu saxta rəyləri yazan məmurlarda ciddi cəzalandırılmalıdır.

Bu barədə hal-hazırda Sabunçu rayon Məhkəməsində və Cəbrayıl rayon Məhkəməsində qarşı tərəfə qarşı iddia tələbim üzrə iş gedir. Ancaq heç bir müsbət qərar qəbul edilməyib.

Xahiş edirəm ki, Sabunçu rayon Məhkəməsi tərəfindən Azyaşlı övladlarım 25 may 2015-ci il təvəllüdlü Niftəliyeva Aysel Zaur qızı, 05 may 2018-ci il təvəllüdlü Niftəliyev Atilla Zaur oğlunun özümə qaytarılmasına, Cəbrayıl rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik Komissiyasının saxta rəyinin ləğv edilməsinə, bu saxta rəyi yazan məmurun ciddi cəzalandırılmasına, yeni rəy verilməsi üçün qadın mütəxəsislər cəlb edərək yeni rəy verilməsinə köməkdarlıq edəsiniz".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

 

XalqXeber.Az
     
Ardını oxu...
Sumqayıtın "Yaşıl dərə" massivində dayanacaq qoyularkən sakinlər uzun müddətdir yağış və günəş altında avtobus gözləmək əziyyətindən xilas olduqlarını düşündülər, ancaq indi məlum olur ki, bu, sadəcə, ticarət köşküdür.
Xeberle.com-un məlumatına görə, köşkə aid soyuducular və digər əşyalar dayanacağın içinə yığıldığından sakinlərin dayanması üçün orda, demək olar ki, yer qalmayıb.
Dayanacağın ətrafı isə... fotoda göründüyü kimi.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbova məxsus şirkətlərin qisminin adları açıqlanıb.

AzToday.az xəbər verir ki, jurnalist Heydər Oğuzun açıqladığı siyahıda “Naxçıvan xanı”nın rəsmi şirkətlərinin bir hissəsinin adı var.

Jurnalist “Xan”ın qeyri-rəsmi şirkətlərinin daha çox olduğunu güman edir:

“Təbəələrinə 30 kitab oxumağı tövsiyə edən «Xan» həzrətlərinin rəsmi qeydiyyatdan keçmiş (təbii ki, başqasının adına) şirkətlərinin siyahısı.

Qeyri-rəsmi şirkətlərinin siyahısını isə özü də itirib”.

Şirkətlərin adlarını təqdim edirik:

Ətraflı
1 0200977181 NƏXŞİCAHAN HOLDİNG LTD ŞİRKƏTLƏR QRUPUNUN “SİZİN MARKET” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ Naxçıvan Şəhər Vergilər İdarəsi AZ7000, NAXÇIVAN ŞƏHƏRİ, Ə.ƏLİYEV, ev 18
2 0200995931 “NƏQŞİCAHAN GROUP ŞİRKƏTLƏR İTTİFAQI” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ Naxçıvan Şəhər Vergilər İdarəsi AZ7000, NAXÇIVAN ŞƏHƏRİ, Ə.ƏLİYEV, ev 18
3 0201006461 NƏXŞİCAHAN HOLDİNQ LTD ŞİRKƏTLƏR QRUPUNUN “GÖRÜŞ YERİ” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ Naxçıvan Şəhər Vergilər İdarəsi AZ7000, NAXÇIVAN ŞƏHƏRİ, Ə.ƏLİYEV, ev 18
4 0200979861 NƏXŞİCAHAN HOLDİNQ LTD ŞİRKƏTLƏR QRUPUNUN “DUZDAĞ OTEL” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ Naxçıvan Şəhər Vergilər İdarəsi AZ7000, NAXÇIVAN ŞƏHƏRİ, Ə.ƏLİYEV, ev 18
5 0201058211 NƏXŞİCAHAN HOLDİNQ LTD ŞİRKƏTLƏR QRUPUNUN “BAZAR GÖLÜ KAFE” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ Naxçıvan Şəhər Vergilər İdarəsi AZ7000, NAXÇIVAN ŞƏHƏRİ, Ə.ƏLİYEV, ev 18
6 0201058751 NƏXŞİCAHAN HOLDİNQ LTD ŞİRKƏTLƏR QRUPUNUN “MİLLİ YEMƏKLƏR” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ Naxçıvan Şəhər Vergilər İdarəsi AZ7000, NAXÇIVAN ŞƏHƏRİ, Ə.ƏLİYEV, ev 18
7 1603613221 “CAHAN GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi AZ1029, BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, HEYDƏR ƏLİYEV PROSPEKTİ, ev 181 A
8 0201085271 NƏQŞİCAHAN GROUP ŞİRKƏTLƏR İTTİFAQININ “SAAT MEYDANI” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ Naxçıvan Şəhər Vergilər İdarəsi AZ7000, NAXÇIVAN ŞƏHƏRİ, Ə.ƏLİYEV, ev 18
9 1603772971 “CAHAN INSHAAT” Məhdud Məsuliyyətli Cəmiyyəti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi AZ1029, BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, HEYDƏR ƏLİYEV PROSPEKTİ, ev 181 A
10 1306523201 “CAHAN TRIO” Məhdud Məsuliyyətli Cəmiyyəti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi AZ1108, BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, ZİYA BÜNYADOV, ev 15
11 0600551681 NƏXŞİCAHAN HOLDİNQ LTD ŞİRKƏTLƏR QRUPUNUN “N.P.-4” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ Culfa Rayon Vergilər Şöbəsi AZ7200, CULFA RAYONU, CULFA Ş, TƏBRİZ, ev 5
12 0201170731 “NƏQŞİCAHAN İNŞAAT” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ Naxçıvan Şəhər Vergilər İdarəsi AZ7000, NAXÇIVAN ŞƏHƏRİ, Ə.ƏLİYEV, ev 18
13 0200989411 NƏXŞİCAHAN HOLDİNQ LTD ŞİRKƏTLƏR QRUPUNUN “NC TRAVEL” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ Naxçıvan Şəhər Vergilər İdarəsi AZ7000, NAXÇIVAN ŞƏHƏRİ, Ə.ƏLİYEV, ev 18
14 1005990201 “CAHAN RENT” Məhdud Məsuliyyətli Cəmiyyəti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi AZ1108, BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, ZİYA BÜNYADOV, ev 15
15 1600595371 NƏQŞİ-CAHAN XEYRİYYƏ İCTİMAİ BİRLİYİ İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi AZ1029, BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, HEYDƏR ƏLİYEV PROSPEKTİ, ev 181 A
16 0200291771 NƏXŞİCAHAN HOLDİNQ ŞİRKƏTLƏR QRUPUNUN “TƏBRİZ MEHMANXANASI” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ Naxçıvan Şəhər Vergilər İdarəsi AZ7000, NAXÇIVAN ŞƏHƏRİ, Ə.ƏLİYEV, ev 18
17 0200341361 NƏXŞİCAHAN HOLDİNQ LTD ŞİRKƏTLƏR QRUPUNUN “N.P.-2” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ Naxçıvan Şəhər Vergilər İdarəsi AZ7000, NAXÇIVAN ŞƏHƏRİ, Ə.ƏLİYEV, ev 18
18 0200374541 CAHAN -İNŞAAT MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ Naxçıvan Şəhər Vergilər İdarəsi AZ7000, NAXÇIVAN ŞƏHƏRİ, Ə.ƏLİYEV, ev 18
19 2001161231 “CAHAN LTD” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi AZ1029, BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, HEYDƏR ƏLİYEV PROSPEKTİ, ev 181 A
20 1302391461 “CAHAN TRAVEL” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi AZ1108, BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, ZİYA BÜNYADOV, ev 15
21 3900651501 “CAHAN ELEKTİRİK” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 8 saylı Ərazi Vergilər İdarəsi AZ1200, BEYLƏQAN RAYONU, BEYLƏQAN Ş, M.RƏSULZADƏ, ev 108
22 0200555881 “CAHAN SATINALMA” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ Naxçıvan Şəhər Vergilər İdarəsi AZ7000, NAXÇIVAN ŞƏHƏRİ, Ə.ƏLİYEV, ev 18
23 1501676501 “CAHAN QRUPU” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi AZ1108, BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, ZİYA BÜNYADOV, ev 15
24 3100841351 “CAHAN 2011” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2 saylı Ərazi Vergilər Baş İdarəsi AZ5000, SUMQAYIT ŞƏHƏRİ, BƏDƏLBƏYLİ KÜÇ, ev 22
25 1302747921 “CAHAN İDMAN KLUBU” İCTİMAİ BİRLİYİ İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi AZ1029, BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, HEYDƏR ƏLİYEV PROSPEKTİ, ev 181 A
26 0500061641 NƏXŞİCAHAN HOLDİNQ ŞİRKƏTLƏR QRUPUNUN “SƏDƏRƏK PETROL” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ Sədərək Rayon Vergilər Şöbəsi AZ7300, SƏDƏRƏK RAYONU, HEYDƏRABAD QƏSƏBƏSİ
27 0200728171 “NƏXŞİCAHAN MED” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ Naxçıvan Şəhər Vergilər İdarəsi AZ7000, NAXÇIVAN ŞƏHƏRİ, Ə.ƏLİYEV, ev 18
28 0200894281 NƏXŞİCAHAN HOLDİNQ LTD ŞİRKƏTLƏR QRUPUNUN «AĞBULAQ İSTİRAHƏT MƏRKƏZİ » MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ Naxçıvan Şəhər Vergilər İdarəsi AZ7000, NAXÇIVAN ŞƏHƏRİ, Ə.ƏLİYEV, ev 18
29 2903232601 “CAHAN ENERGY” Məhdud Məsuliyyətli Cəmiyyəti 2 saylı Ərazi Vergilər Baş İdarəsi AZ5000, SUMQAYIT ŞƏHƏRİ, BƏDƏLBƏYLİ KÜÇ, ev 22
30 6401218771 “ARCAHAN LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti 6 saylı Ərazi Vergilər Baş İdarəsi AZ4200, LƏNKƏRAN RAYONU, LƏNKƏRAN ŞƏHƏRİ, ZƏRİFƏ ƏLİYEVA, ev 97A
31 1304070851 “CAHAN SIĞORTA AGENTLİYİ” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi AZ1108, BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, ZİYA BÜNYADOV, ev 15
32 2003541031 “ELMİ-CAHAN KURSLARI” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi AZ1108, BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, ZİYA BÜNYADOV, ev 15
33 1304295431 “CAHAN SƏNAYE TİCARƏT” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi AZ1108, BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, ZİYA BÜNYADOV, ev 15
34 1004237391 “CAHAN TƏCHİZAT QRUPU” Məhdud Məsuliyyətli Cəmiyyəti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi AZ1108, BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, ZİYA BÜNYADOV, ev 15
35 6801303451 “CAHAN A” Məhdud Məsuliyyətli Cəmiyyəti 5 saylı Ərazi Vergilər İdarəsi AZ1800, ŞİRVAN ŞƏHƏRİ, NAXÇIVAN, ev 162
36 5900611781 “CAHAN 21” Məhdud Məsuliyyətli Cəmiyyəti 14 saylı Ərazi Vergilər İdarəsi AZ5700, ŞƏMKİR RAYONU, ŞƏMKİR Ş, HEYDƏR ƏLİYEV PROSPEKTİ, ev 5
37 1305303291 “CAHAN BROKER ” Məhdud Məsuliyyətli Cəmiyyəti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi AZ1108, BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, ZİYA BÜNYADOV, ev 15
38 1002308501 “CAHAN HOLDİNQİ” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi AZ1108, BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, ZİYA BÜNYADOV, ev 15
39 0800129161 NƏXŞİCAHAN HOLDİNQ ŞİRKƏTLƏR QRUPUNUN “ŞAHBUZ PETROL” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ Şahbuz Rayon Vergilər Şöbəsi AZ7100, ŞAHBUZ RAYONU, ŞAHBUZ ŞƏHƏRİ, H.ƏLİYEV
40 0200680041 “CAHAN TİCARƏT” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ Naxçıvan Şəhər Vergilər İdarəsi AZ7000, NAXÇIVAN ŞƏHƏRİ, Ə.ƏLİYEV, ev 18
41 0200697151 “CAHAN LİZİNQ” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ Naxçıvan Şəhər Vergilər İdarəsi AZ7000, NAXÇIVAN ŞƏHƏRİ, Ə.ƏLİYEV, ev 18
42 6100534251 “CAHAN SƏNAYE QURAŞDIRMA” Məhdud Məsuliyyətli Cəmiyyəti 12 saylı Ərazi Vergilər Baş İdarəsi AZ2001, GƏNCƏ ŞƏHƏRİ, HEYDƏR ƏLİYEV PROSPEKT, ev 87
43 6401218921 “CAHAN İNŞAAT 2000” Məhdud Məsuliyyətli Cəmiyyəti 6 saylı Ərazi Vergilər Baş İdarəsi AZ4200, LƏNKƏRAN RAYONU, LƏNKƏRAN ŞƏHƏRİ, ZƏRİFƏ ƏLİYEVA, ev 97A
44 2003342601 “CAHAN EXPRESS” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi AZ1108, BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, ZİYA BÜNYADOV, ev 15
45 3500433191 “ARCAHAN MOBİLYA” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi AZ1029, BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, HEYDƏR ƏLİYEV PROSPEKTİ, ev 181 A
46 2003559621 “CAHAN NƏQLİYYAT BAKI MƏRKƏZİ” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi AZ1029, BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, HEYDƏR ƏLİYEV PROSPEKTİ, ev 181 A
47 6401432911 “CAHAN SERVIS” Məhdud Məsuliyyətli Cəmiyyəti 6 saylı Ərazi Vergilər Baş İdarəsi AZ4200, LƏNKƏRAN RAYONU, LƏNKƏRAN ŞƏHƏRİ, ZƏRİFƏ ƏLİYEVA, ev 97A
48 0200842831 “NƏXŞİCAHAN TƏNBƏKİ tobacco” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ Naxçıvan Şəhər Vergilər İdarəsi AZ7000, NAXÇIVAN ŞƏHƏRİ, Ə.ƏLİYEV, ev 18
49 2904330561 “CAHAN SƏNAYE AŞD” Məhdud Məsuliyyətli Cəmiyyəti 2 saylı Ərazi Vergilər Baş İdarəsi AZ5000, SUMQAYIT ŞƏHƏRİ, BƏDƏLBƏYLİ KÜÇ, ev 22
50 0200893771 NƏXŞİCAHAN HOLDİNQ LTD ŞİRKƏTLƏR QRUPUNUN «ƏYLƏNCƏ MƏRKƏZİ » MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ Naxçıvan Şəhər Vergilər İdarəsi AZ7000, NAXÇIVAN ŞƏHƏRİ, Ə.ƏLİYEV, ev 18
51 0200894301 NƏXŞİCAHAN HOLDİNQ LTD ŞİRKƏTLƏR QRUPUNUN «BATABAT RESTORANI » MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ Naxçıvan Şəhər Vergilər İdarəsi AZ7000, NAXÇIVAN ŞƏHƏRİ, Ə.ƏLİYEV, ev 18
52 1004954301 “CAHAN TELEMARKETİNG” Məhdud Məsuliyyətli Cəmiyyəti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi AZ1108, BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, ZİYA BÜNYADOV, ev 15
53 0800001151 NƏQŞİCAHAN HOLDİNQ LTD ŞİRKƏTLƏR QRUPUNUN BADAMLI MİNERAL SULAR ZAVODU MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ Şahbuz Rayon Vergilər Şöbəsi AZ7100, ŞAHBUZ RAYONU, ŞAHBUZ ŞƏHƏRİ, H.ƏLİYEV
54 0600006291 NƏXŞİCAHAN HOLDİNQ LTD ŞİRKƏTLƏR QRUPUNUN CULFA RAYON “KARBON QAZI ZAVODU” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ Culfa Rayon Vergilər Şöbəsi AZ7200, CULFA RAYONU, CULFA Ş, TƏBRİZ, ev 5
55 6800051211 CAHAN MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 5 saylı Ərazi Vergilər İdarəsi AZ1800, ŞİRVAN ŞƏHƏRİ, NAXÇIVAN, ev 162
56 0200034941 CAHAN MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ Naxçıvan Şəhər Vergilər İdarəsi AZ7000, NAXÇIVAN ŞƏHƏRİ, Ə.ƏLİYEV, ev 18
57 2900229291 NƏQŞİ-CAHAN CÜDO İDMAN KLUBU MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2 saylı Ərazi Vergilər Baş İdarəsi AZ5000, SUMQAYIT ŞƏHƏRİ, BƏDƏLBƏYLİ KÜÇ, ev 22
58 1100092011 “CAHAN TERMİNAL” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi AZ1108, BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, ZİYA BÜNYADOV, ev 15
59 0200066511 NƏXŞİCAHAN HOLDİNQ LTD ŞİRKƏTLƏR QRUPUNUN “KAFE – GƏNCLİK” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ Naxçıvan Şəhər Vergilər İdarəsi AZ7000, NAXÇIVAN ŞƏHƏRİ, Ə.ƏLİYEV, ev 18
60 0200067021 NƏXŞİCAHAN HOLDİNQ LTD ŞİRKƏTLƏR QRUPUNUN “N.P.-1” FİRMASI Naxçıvan Şəhər Vergilər İdarəsi AZ7000, NAXÇIVAN ŞƏHƏRİ, Ə.ƏLİYEV, ev 18
61 8000002111 XOCALI RAYON KƏRKİCAHAN QƏSƏBƏ ABADLAŞDIRMA KOMBİNATI Xocalı Rayon Vergilər Şöbəsi AZ0900, BƏRDƏ RAYONU, BƏRDƏ ŞƏHƏRİ, NİZAMİ, ev 70
62 0700035651 NƏXŞİCAHAN HOLDİNQ ŞİRKƏTLƏR QRUPUNUN ŞƏRUR YANACAQ DOLDURMA MƏNTƏQƏSİ MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ Şərur Rayon Vergilər İdarəsi AZ6800, ŞƏRUR RAYONU, ŞƏRUR Ş
63 6200021551 AZƏRBAYCAN RESPUBLİKASI LAÇIN RAYONU İCRA HAKİMİYYƏTİ BAŞÇISININ PİRCAHAN KƏND İNZİBATİ ƏRAZİ DAİRƏSİ ÜZRƏ NÜMAYƏNDƏLİYİ Laçın Rayon Vergilər Şöbəsi AZ0400, AĞCABƏDİ RAYONU, TAXTA KÖRPÜ
64 8000003031 XOCALI RAYON İHB-NIN KƏRKİCAHAN QƏSƏBƏSİ ÜZRƏ NÜMAYƏNDƏLİYİ Xocalı Rayon Vergilər Şöbəsi AZ0900, BƏRDƏ RAYONU, BƏRDƏ ŞƏHƏRİ, NİZAMİ, ev 70
65 8300107881 CAHAN MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 6 saylı Ərazi Vergilər Baş İdarəsi AZ4200, LƏNKƏRAN RAYONU, LƏNKƏRAN ŞƏHƏRİ, ZƏRİFƏ ƏLİYEVA, ev 97A
66 4600037421 QUBADLI RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISININ XOCAHAN KƏND İNZİBATİ ƏRAZİ DAİRƏSİ ÜZRƏ NÜMAYƏNDƏLİYİ Qubadlı Rayon Vergilər Şöbəsi AZ5000, SUMQAYIT ŞƏHƏRİ, MƏH 40, ev 21/A(191C), BAKI KÜÇƏSİ
67 0200153251 NƏQŞİCAHAN JURNALININ REDAKSİYASI MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ Naxçıvan Şəhər Vergilər İdarəsi AZ7000, NAXÇIVAN ŞƏHƏRİ, Ə.ƏLİYEV, ev 18
68 2900591761 CAHAN MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2 saylı Ərazi Vergilər Baş İdarəsi AZ5000, SUMQAYIT ŞƏHƏRİ, BƏDƏLBƏYLİ KÜÇ, ev 22
69 1000560271 “CAHAN BİZNES” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi AZ1108, BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, ZİYA BÜNYADOV, ev 15
70 1300726941 “CAHAN SIĞORTA VƏ TƏKRAR SIĞORTA ÜZRƏ BROKER” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi AZ1108, BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, ZİYA BÜNYADOV, ev 15
71 0200206851 “CAHAN TABAK BEYNƏLXALQ” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİNİN (Tütün Məmulatlarının İstehsalı və Satışı) Naxçıvan Şəhər Vergilər İdarəsi AZ7000, NAXÇIVAN ŞƏHƏRİ, Ə.ƏLİYEV, ev 18
72 0200341511 NƏXŞİCAHAN HOLDİNQ LTD ŞİRKƏTLƏR QRUPUNUN “OTEL QRAND NAXÇIVAN” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ Naxçıvan Şəhər Vergilər İdarəsi AZ7000, NAXÇIVAN ŞƏHƏRİ, Ə.ƏLİYEV, ev 18
73 0200341491 NƏXŞİCAHAN HOLDİNQ LTD ŞİRKƏTLƏR QRUPU MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ Naxçıvan Şəhər Vergilər İdarəsi AZ7000, NAXÇIVAN ŞƏHƏRİ, Ə.ƏLİYEV, ev 18
74 0200375181 CAHAN HOLDİNQ KOMMERSİYA ŞİRKƏTLƏRİNİN İTTİFAQI Naxçıvan Şəhər Vergilər İdarəsi AZ7000, NAXÇIVAN ŞƏHƏRİ, Ə.ƏLİYEV, ev 18
75 0200474841 NƏXŞİCAHAN HOLDİNQ LTD ŞİRKƏTLƏR QRUPUNUN “TİCARƏT MƏRKƏZİ” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ Naxçıvan Şəhər Vergilər İdarəsi AZ7000, NAXÇIVAN ŞƏHƏRİ, Ə.ƏLİYEV, ev 18
76 2901741601 “NƏQŞİ CAHAN NR” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2 saylı Ərazi Vergilər Baş İdarəsi AZ5000, SUMQAYIT ŞƏHƏRİ, BƏDƏLBƏYLİ KÜÇ, ev 22
77 1604302211 “CAHAN AS COMPNY” Məhdud Məsuliyyətli Cəmiyyəti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi AZ1029, BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, HEYDƏR ƏLİYEV PROSPEKTİ, ev 181 A
78 1805646711 “CAHAN HOLDING EM” Məhdud Məsuliyyətli Cəmiyyəti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi AZ1108, BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, ZİYA BÜNYADOV, ev 15
79 0701003621 NƏXŞİCAHAN HOLDİNQ LTD ŞİRKƏTLƏR QRUPUNUN “N.P.-6” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ Şərur Rayon Vergilər İdarəsi AZ6800, ŞƏRUR RAYONU, ŞƏRUR Ş
80 1805651061 “CAHAN BUSİNESS ŞİRKƏTİ” Məhdud Məsuliyyətli Cəmiyyəti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi AZ1108, BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, ZİYA BÜNYADOV, ev 15
81 1904679821 “CAHAN LTD -CN” Məhdud Məsuliyyətli Cəmiyyəti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi AZ1108, BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, ZİYA BÜNYADOV, ev 15
82 0201257461 “NƏQŞİCAHAN SATINALMA” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ Naxçıvan Şəhər Vergilər İdarəsi AZ7000, NAXÇIVAN ŞƏHƏRİ, Ə.ƏLİYEV, ev 18
83 0900057971 NƏXŞİCAHAN HOLDİNQ LTD ŞİRKƏTLƏR QRUPUNUN “N.P.-3” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ Kəngərli Rayon Vergilər Şöbəsi AZ7400, KƏNGƏRLİ RAYONU, QIVRAQ, KƏNGƏRLİ
84 1307317241 “CAHAN ISTEHSALAT” Məhdud Məsuliyyətli Cəmiyyəti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi AZ1029, BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, HEYDƏR ƏLİYEV PROSPEKTİ, ev 181 A
85 2906294771 “CAHAN AVTO” Məhdud Məsuliyyətli Cəmiyyəti 2 saylı Ərazi Vergilər Baş İdarəsi AZ5000, SUMQAYIT ŞƏHƏRİ, BƏDƏLBƏYLİ KÜÇ, ev 22
86 1405676641 “CAHAN 22” Məhdud Məsuliyyətli Cəmiyyəti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi AZ1108, BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, ZİYA BÜNYADOV, ev 15
87 8503749121 “CAHAN GROUP CONSULTİNG AND MARKETİNG” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 14 saylı Ərazi Vergilər İdarəsi AZ5700, ŞƏMKİR RAYONU, ŞƏMKİR Ş, HEYDƏR ƏLİYEV PROSPEKTİ, ev 5
88 1406091561 “CAHAN MT QRUP” Məhdud Məsuliyyətli Cəmiyyəti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi AZ1029, BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, HEYDƏR ƏLİYEV PROSPEKTİ, ev 181 A
 
 
 
Ardını oxu...
Naxçıvan Gömrük Komitəsinin bütün şöbə rəisləri Bakıya iclasa çağırılıblar. Onlar Bakıda 1 gün sorğuya çəkildikdən sonra geri qayıdıblar.

Ovqat.com-un etibarlı qaynaqlardan əldə etdiyi məlumata görə, rəisləri əsasən Naxçıvan gömrüyündəki gizli keçiş qapılarından keçirilən malları araşdırmaq üçün paytaxta dəvət ediblər.

Bildirilir ki, həm Culfa, həm də Sədərək gömrüyündə yalnız Talıbovlara məxsus yükləri daşıyan TIR-ların keçdiyi xüsusi qapı fəaliyyət göstərirmiş. Həmin qapılar o qədər məxfi saxlanılırmış ki, hətta gömrük rəsmiləri belə həmin əraziyə daxil ola bilmirmiş. Təbii ki, gömrük rəsmiləri də Bakıda çəkildikləri sorğuda müfəssəl məlumat verə bilməyiblər. Məhz bu səbəbdən Naxçıvan sərhəd qoşunlarının birbaşa Bakıya tabe olunmasına qərar verilib və yəqin ki, onlar da sorğuya cəlb olunacaqlar.

İddialara inansaq, Azərbaycanın müvafiq orqanları Naxçıvan gömrüyündəki «xan qapısı»ndan Türkiyəyə və İrana keçirilən malların nədən ibarət olduğunu aydınlaşdırmaq üçün hər iki dövlətə sorğu göndərməyə hazırlaşır.
Ardını oxu...
Deyəsən, «Qara Pişik» kod adlı mənbəmizin 1 həftə əvvəl bizə verdiyi məlumatlar öz təsdiqini tapır: «Görünən budur ki, «xan»ın da, onun baş gömrükçüsü Səhət Həbibbəylinin də işi həqiqətən fırıqdır».

Xüsusilə Səhət Həbibbəylinin taleyi olduqca qaranlıq görünür. Qonşu dövlətlərə göndərilməsi planlaşdırılan sorğuların cavabı onun taleyini müəyyənləşdirəcək. Hətta o da mümkündür ki, atasının qızıl yumurtalayan qələmi belə Səhəti qoruya bilməsin.

Digər bir məlumata görə, «xan qapısı»ndan ən çox mal keçirən «Cahan» Holdinqin prezidenti Vüqar Abbasov dindirilmə prosesinə cəlb olunub.
Ardını oxu...
Azərbaycanda şam ağacları niyə quruyur? - Mütəxəssislər müzakirə etdi (FOTOLAR)Dövlət Ekoloji Ekspertiza Agentliyində son illərdə ölkə ərazisində şam ağaclarının qurumasının səbəbləri mövzusunda tədbir keçirilib. Agentliyin əməkdaşlarının, alimlərin, mütəxəssislərin, müstəqil ekoloqların iştirakı ilə keçirilən tədbirin məqsədi şam ağaclarının kütləvi qurumasını törədən amillərin, bu hallara qarşı mübarizə üsullarının, həmçinin aparılan tədqiqat və monitorinq işlərinin nəticələrinin müzakirəsi olub.
Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov bildirib ki, dünya ölkələrində şam ağaclarında müşahidə edilən bu proses 30 ildən çoxdur ki, davam etməyinə baxmayaraq Qafqaz bölgəsində 3 il əvvəl qeydə alınıb və bu gün Respublika ərazisində bu xəstəliyə qarşı xüsusi mübarizə tədbirləri aparılır.

"Əvvəlki illərə nisbətən şam ağaclarının qurumasının kütləvi hal alması səbəbindən Ekologiya və Təbii Sərvətlər və Kənd Təsərrüfatı Nazirlikləri, AQTA, Bakı şəhər İcra Hakimiyyəti və Yaşıllaşdırma İdarəsinin mütəxəssisləri, alimlərdən ibarət işçi qrup yaradılıb. İlkin araşdırmalardan sonra ağaclarda yaranan xəstəlik və parazitlərin yaranması səbəbindən onların bioloji inkişafdan qaldığı aydın olub”.

Mirsalam Qənbərovun sözlərinə görə, xəstəliyin torpağa, ətraf mühitə və digər ağaclara keçməsinin qarşısının alınması üçün xəstə, quru ağaclar yerindən çıxarılır, Yaşıllaşdırma İdarəsi tərəfindən müvafiq dərmanlama, sanitar işlər aparılır. Bu hal Gürcüstanda da baş verib.

Meşələrin İnkişafı Xidmətinin Meşəbərpa şöbəsinin müdiri Vahid Fərzəliyev qeyd edib ki, bu sahədə yaradılmış işçi qrup əsasən yaşı 40-45 il olan şam ağaclarında müşahidə olunan xəstəliklərin aradan qaldırılması ilə bağlı tədqiqat və monitorinqlər aparır. Ümumilikdə isə payız mövsümündə xəstə ağacların müalicəsi ilə bağlı profilaktik tədbirlər görülür. Nümunə olaraq, təkcə Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində aparılan monitorinqlər zamanı ziyanvericilərlə sirayətlənərək köküstə tam qurumuş vəziyyətdə aşkarlanan 69 ədəd ağac (67 ədəd Şam və 2 ədəd Sərv ağacı) digər ağaclara yoluxmanın qarşısının alınması məqsədilə və hər birinin əvəzinə yeni tinglərin əkilməsi şərtilə köklərinin torpaqdan çıxarılaraq götürülməsi barədə Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən rəy verilib.

Sözügedən monitoriqnlərdə iştirak edən Bilogiya elmlər doktoru Dilzarə Ağayeva qeyd edib ki, dövlət qurumlarını, ictimaiyyəti və sakinlərimizi ciddi narahat edən bu məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətində bir sıra aidiyyəti qurumların nümayəndələrinin, alim və mütəxəssislərin iştirakı ilə müşavirə və görüşlər keçirilib, Bakıya xarici ölkələrdən alimlər, həmçinin BMT Ərzaq və Kənd Təsərrüfatı təşkilatının mütəxəssisləri dəvət edilib. Bakı şəhərində şam ağaclarında müşahidə edilən xəstəliklərin aradan qaldırılması məqsədi ilə tədqiqat işləri üçün xüsusi olaraq İsraildən

paytaxta dəvət edilən bitkiçilik üzrə mütəxəssis, arqonom Qabriel Eliazz artıq paytaxtın bir çox yerlərində xəstə şam ağaclarının vəziyyəti ilə tanış olub, onların müxtəlif hissələrindən nümunələr götürərək analizlər aparıb, xəstə ağacların müalicəsi və profilaktikası, kütləvi qurumanın qarşısının alınması ilə bağlı tədbirlər planı hazırlayıb.

Bilogiya üzrə fəlsəfə doktoru İlhamə Kərimovanın sözlərinə görə, mürəkkəb landşaft və quru iqlimə malik Bakı şəhərinin bəzi ərazilərində şam ağaclarının bir hissəsi sürətlə yayılan göbələk xəstəliyinə tutulub. Bu kimi hallar tək ölkəmizdə deyil, qonşu ölkələrdə də geniş yayılıb. Abşeronun iqlimi üçün əlverişli olan bu ağaclarda göbələk xəstəliyin fəsadlarının aradan qaldırılması, xəstəliyin başqa ağaclara keçməsinin qarşısının alınması və yaşıllıq sahələrinin qorunması üçün Dövlət Ekoloji Ekspertiza Agentliyinin mütəxəssislərinin rəyi əsasında xəstə, qurumuş ağaclar çıxarılaraq utilizasiya olunmalı və eyni zamanda digər ağacların qorunması üçün onlar tərkibində mis olan xüsusi dərman preparatları ilə dezinfeksiya edilməlidir.

"Milli Ekoloji Proqnozlaşdırma Mərkəzi”nin sədri, ekoloq Telman Zeynalov bu problemlə əsas mübarizə vasitəsi kimi bioloji metodlardan - xüsusən ziyanverici həşəratlarla səmərəli mübarizədə geniş istifadə olunan feremonlar barədə söz açıb və kimyəvi mübarizəni tətbiq edilməli olan ən sonuncu üsul kimi qiymətləndirib. Həmçinin aqrotexniki qulluğa, xüsusən suvarmaya xüsusi diqqət ayrılmalı olduğunu xatırladıb.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin şöbə müdiri Şaiq Vəliyev bildirib ki, aidiyyatı qurumlarla birgə paytaxtın bütün rayonlarında genişmiqyaslı tədbirlərin həyata keçirilməsinə başlanılıb. Bununla bağlı xəstə, qurumuş, utilizasiya ediləcək ağacların siyahısı hazırlanır və mərhələli şəkildə bu işlər tərəfimizdən həyata keçirilir. Utilizasiya edilən ağacların yeri dezinfeksiya edildikdən sonra mövsüm ərzində burada yeni ağaclar əkiləcək. Bu günə kimi artıq Bakı şəhərində 3 min ədəd şam ağacı götürülərək utilizasiya edilib.

Çıxış edənlər vurğulayıblar ki, artıq bir müddətdir ki, Abşeron yarımadasında, həmçinin Gəncə, Şirvan, Naftalan, Mingəçevir və digər şəhərlərində də şam ağaclarının bir sıra növlərinin quruması hallarının qurması hallarının qarşısını almaq məqsədilə xüsusi mübarizə metodları hazırlanıb və birgə səylər, düzgün elmi yanaşma nəticəsində bu problemin qarşısının alınması mümkün olacaq.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 

Ardını oxu...
Telejurnalist, hazırda informasiya portallarından birinin əməkdaşı Elmir Muradovdan şikayət daxil olub.

DİA.AZ-ın məlumatına görə, KONKRET.az-a müraciət edən jurnalist bildirib ki, ölkə yenilənir, amma “Aztelekom” hələ də köhnə ənənələrlə işləyir:

“Şəhər telefonumuzun balansında 11 manat pul qalıb, internet xətti isə borca görə bağlanıb. ATS-ə zəng etmişəm ki, 11 manatı internetin balansına keçirin ki, 7 manat da ödəyim internet açılsın. ATS-dəki xanım işçi aparatın digər tərəfində nəsə yeyə-yeyə, marçıldada-marçıldada, kobud formada qayıdır ki, sistem bunu bu gün etməyə imkan vermir, yalnız 1-ci günə kimi etmək mümkün olacaq. Etiraz edirəm, səbəbini soruşuram, yenə kobud formada deyir ki, “a kişi bilirsən nə var, sözün varsa get müdiriyyətə denən”. Bir sözlə xidmət sıfır, işçilərin mədəniyyəti isə sıfırdan da aşağı”.

Lakin bu hələ son deyil. “Aztelekom”dan jurnalistə bildiriblər ki, 11 manat balansı internet xəttinə köçürmək üçün nömrə sahibi şəxsiyyət vəsiqəsi ilə aidiyyatı üzrə telefon qovşağına yaxınlaşmalıdır. Pul yalnız bu halda köçürülə bilər:

“Təsəvvür edin 11 manata görə abonent işini-gücünü atmalı, minimum 2 manat da nəqliyyat pulu xərcləməli və qovşağa getməlidir. Bu nə xidmətdir, bu nə vətəndaşa qulluqdur, avropalılar, amerikalılar Marsda yeni həyat qurur, su axtarır, yeni kəşflər edir, bizsə hələ də bürokratik əngəllərin burulğanında boğuluruq. Nə vaxt bitəcək belə bürokratik əngəllər, nə vaxt bizim dövlət qurumlarının xidmətindən ürəyimiz açılacaq, bitməyəcəkmi “qara günlərimiz?!”, – deyə jurnalist şikayətlənib.
Ardını oxu...
“Prokurorluq ki, bir çox media nümayəndələrinə xəbərdarlıq etmişdi, mən onda da öz fikrimi bildirdim. Bunun qəbuledilməz bir hal olduğunu dedim. Prokurorluq “Media haqqında” qanuna istinad edə bilməz. Çünki “Media haqqında” qanunda o xəbərdarlıqlar Media Agentliyinə həvalə olunub”.

“Unikal” xəbər verir ki, bu barədə Mətbuat Şurasının sədri Rəşad Məcid “Amerikanın səsi”nə müsahibəsində deyib. R. Məcid bildirib ki, bununla yanaşı, hüquqi məsuliyyət yaradan hallar var: “Amma, müəyyən başqa qanunlarda, Azərbaycan qanunvericiliyində internet məkanında, digər məkanlarda hüquqi məsuliyyət yaradan hallar var. Bununla bağlı prokurorluq xəbərdarlıq edə bilər. Amma, “Media haqqında” qanuna istinadən hansısa jurnalistə xəbərdalıq etmək prokurorluğun səlahiyyətinə daxil deyil. Bunu Media Agentliyi etməlidir. Biz də Mətbuat Şurası olaraq etik prinsiplərin pozulduğu zaman öz münasibətimizi bildirəcəyik. Biz onun tərəfdarıyıq ki, Media Agentliyi və Mətbuat Şurası bu məsələlərdə əsas rol oynasın. Hüquq mühafizə təşkilatları bu məsələyə qarışmasınlar və medianın problemlərini media özü həll etsin”.
 

Dünyapress TV

Xəbər lenti