Ardını oxu...
"ADAU-nin Daxili Nəzarət şöbəsinin müdiri Namiq Cəfərov sabiq rektor İbrahim Cəfərovu necə idarə edirdisə, indi də rektor əvəzi Zəfər Qurbanovu idarə edir.

Çox maraqlıdır ki, Namiq Cəfərov 2018-ci ildən nazir İnam Kərimovun təşəbbüsü ilə ADAU-nin Daxili Nəzarət şöbəsinə müdir təyin edilib. Təyinatından indiyə qədər Namiq Cəfərov sabiq rektor İbrahim Cəfərovla birlikdə şərikli biznesləri olmuşdur. Hətta mexanizasiya korpusunun qardrovunu ləğv edərək orada kafe açaraq Namiq Cəfərovun idarəsinə vermişdir.

Bundan başqa sabiq rektorla əkinçilik və digər biznesləri belə olmuşdur. Rektor əvəzi təyin olunan Zəfər Qurbanov təyin olunan gündən bu günə qədər Namiq Cəfərov, Zəfər Qurbanovun yanında gəzir və ADAU-nin idarəçiliyində fikirlərini diktə edir.

Zəfər Qurbanov Basarkeçər rayonunun Qanlı kəndindən olduğu kimi Namiq Cəfərovda Basarkeçər rayonunun Qanlı kəndindəndir.

ADAU nin proffessor müəllim heyyətinin bildirdiklərinə görə Zəfər Qurbanovla, Namiq Cəfərov yaxın qohumdurlar. Yaxın qohumluq əlaqələrinə görədə rektor əvəzi bütün məsələri Namiq Cəfərovdan məsləhət alır. Bu qohumluq əlaqəsindən istifadə edərək Namiq Cəfərov ADAU nun tələbə qəbulu üzrə məsul katibi Telman Musayevə 1 noyabır peşə bayramı münasibəti ilə fəxri ad verdirmək istəyir. Telman Musayev bu günə qədər tələbə qəbuli ilə bağlı bir çox maxinasiyalar edərək universitetə qanunsuz tələbə qəbul etmişdir. Hətta bir müddət əvvəl Dövlət İmtahan Mərkəzinin nüfuzunu ləkələməyi və DİM də işləyən bir qurup vəzifəlilərlə əlbir olaraq universitetə tələbə qəbullarında maxinasiyalar edərək külli miqdarda pul əldə etməsi barədə mətbuatda məqalələr və şikayyətlər dərc olunmuşdu. Hətta sabiq rektor İbrahim Cəfərov rüşvət və qanunsuz qəbulla bağlı Telman Musayevi işdən azad etmək isdəsədə Namiq Cəfərovun təkidi ilə vəzifədə qalmışdır. ADAU nə heç bir əməyi keçməyən Telman Musayevə fəxri adın verilməsində Namiq Cəfərov yaxın qohumu rektor əvəzi Zəfər Qurbanova təkitlə Telman Musayevə fəxri adın verilməsini istəyir.
Biz ADAU-nin professor müəllim heyyəti olaraq inanırıq ki bu ədalətsiz yanaşmaya Nazir İnam Kərimov "dur" deyəcək...

ADAU nin professor müəllim heyəti"

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
 //Turantv.az//
Ardını oxu...
DİA.AZ: - ""MADO"nun Fəvvarələr meydanında yerləşən filialında müştəriləri əməlli-başlı qarət edirlər". Bu barədə DİA.AZ-a tanınmış jurnalistlərdən biri giley edib.

Jurnalist iddia edir ki, keçən şənbə günü iki dostu ilə birgə sözügedən kafenin Fəvvarələr meydanında yerləşən filialında çay içib:

"Hər şey elə ilk başdan başladı. Çay əvəzinə stolun üstünə şirniyyatları düzəndə dedim ki, sadə çay istəyirəm. Ofisiant isə "şirniyyatın və 4 növ mürəbbənin çayın üstündə vacib" olduğunu bildirdi. Mən müştəri hüquqlarımdan danışdım, kar eləmədi... Nəhayətdə jurnalist olduğumu bildirdim. Şirniyyatı geri götürdü.

Amma yekun hesabda yenə də şirniyyatın pulunu məndən çıxdılar. Yeməsəm də, pulunu ödərtdilər".

Ardını oxu...

Bunun açıq-aşkar qarət olduğunu bildirən jurnalist məsələ ilə bağlı əlaqədar qurumlara şikayət yazacağını da qeyd edib.
Ardını oxu...
 

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Şirməmməd qızı Əliyeva Naxçıvan «xan» Vasif Talıbovdan qorxur.

Xalqxeber.az -ın ovqat.com-a istinadən məlumatına görə, bu iddia Azərbaycan xalq artisti Həsən Ağasoya aiddir.

Bəs xalq artisti niyə bu qənaətə gəlib?

Gəlin, ən yaxşısı, bu sualın cavabını xalq artistinin özündən xəbər alaq.

Həsən Ağasoy öz Facebook statusunda bu qənaətinə belə aydınlıq gətirir:
Ardını oxu...

«Azərbaycan Respublikasının 1-ci vitse prezidenti Mehriban xanıma öz işimlə bağlı yazdığım şikayət məktubum Fərəh xanımın göstərişi ilə məktublar şöbəsində ilişib qalıb.Səbəbini məktublar şöbəsindən soruşdum. Fərəh xanım deyib ki, məktub Naxçıvandan gəldiyinə görə saxlanılır. Görünür, Fərəh xanım da Naxçıvan rəhbərliyindən ehtiyat edir ya da qorxur. Artıq 6 aya yaxındır ki, məktubuma cavab verilmir. Çünki məktub gərək Mehriban xanıma çatdırıla ki, cavab da verilə. Bir sənət adamına olan hörmətsizlikdir bu! Buna başqa nə ad vermək olar?»

 

XalqXeber.Az
Ardını oxu...
2022-ci il fevralın 8-də qüvvəyə minmiş “Media haqqında” qanunla Medianın İnkişafı Agentliyi Media Reyestri formalaşdırmaq, aparmaq, idarə etmək; Media Reyestrinə daxil edilmiş media subyektlərinə Media Reyestri şəhadətnaməsi, jurnalistlərə isə jurnalist vəsiqəsi vermək səlahiyyətləri alıb.

Nazirlər Kabinetinin 10 oktyabr qərarı jurnalist vəsiqəsinin formasını, vəsiqənin verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləğini rəsmiləşdirib. Ödənişin məbləği 20 manatdır.

Jurnalist vəsiqəsinin etibarlılıq müddəti 3 ildir.

Medianın İnkişafı Agentliyi 2021-ci il yanvarın 12-də Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (2009-cu il aprelin 3-dən fəaliyyət göstərib) əsasında publik hüquqi şəxs kimi yaradılıb, həmin gün Əhməd İsmayılov icraçı direktor təyin olunub.
Ardını oxu...Ardını oxu...
 
Ardını oxu...
Bakıda mütəşəkkil cinayətkar dəstənin qurbanı olan olan vətəndaşlar etiraz edir. Belə ki, tikinti mafiyasının qurbanlarının aidiyyati dövət qurumlarına etdiyi şikayət və müraciətlər nəticəsiz qaldığından, vətəndaşlar əlacsız vəziyyətdə qalıblar.

Paytaxtın Təbriz küçəsində yerləşən “Konqres” mərkəzi ilə üzbəüz hündürmətəbəli binada ev almaq istəyən 30-dan çox vətəndaş aldadılıb. Tikintini aparan “Dağlar” MTK-nın təsisçilərinin mənimsəmədən xəbərdar olsalar da. hüquq-mühafizə orqanları yalnız Şahin Əliyev adlı bir nəfəri məsuliyyətə cəlb ediblər. Şikayətçilər bildirir ki, şirkətin əsas təsisçisi Çingiz Rzayev kimlərinsə himayədarlığı sayəsində məsuliyyətdən kənar qalıb. Məhkəmə qərarı ilə həmin binadakı qeyri-yaşayış sahəsinin zərərçəkənlərə dəyən ziyanın ödənilməsi üçün nəzərdə tutulduğu halda, ona da süni maneələr yaradılıb. //aztoday.az//
 
Ardını oxu...
Azərbaycan Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin üzvü Rəşid Yasin oğlu Çulaqov qardaşı oğlunu pul müqabilində hərbi xidmətdən yayındırıb.

DİA.AZ AzToday.az-a istinadla xəbər verir ki, belə bir iddia ilə jurnalist Həbib Müntəzir çıxış edib.

Onun sözlərinə görə, “Poliplast” və “Tuna” adlı şirkətlərin sahibi Rəşid Çulaqov bunun üçün 16 min manatından keçib:

Ardını oxu...
Turqut Yalçın oğlu Çulaqov

“Bu şirkətlər hazırda kağız, qablaşdırma və plastik istehsalı sahəsində Azərbaycanın qabaqcıl müəssisələrindən biridir. İlham Əliyev Çulaqov Rəşid Yasin oğlunu “Tərəqqi” medalı ilə təltif edib. Onun, qardaşı oğlu olan Turqut Yalçın oğlu Çulaqovu 16 min manat müqabilində hərbi xidmətdən saxlatdırdığı deyilir.

Xaçmaz rayonunda qeydiyyatda olduğu üçün, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin rəisi, polkovnik-leytenant Rahim Əlifağa oğlu Ağayevdən soruşmaq lazımdır ki, bu qanunsuzluq necə baş verib? Bu sadəcə bir nümunədir, onlarla, yüzlərlə belə faktlar var”.

İş adamı jurnalistin ittihamlarının əsassız olduğunu yazıb. Onun sözlərinə görə, qardaşı oğlu Xaçmazda yox, Bakıda 2010-cu ildən qeydiyyatdadır:

“Hərbi qeydiyyatı da Xaçmazda yox, Bakıda olduğunu bilməliydin, xəstəliyini daha düzgün öyrənməliydin…”

Ardını oxu...

Jurnalist isə Rəşid Çulaqovun sözlərinə reaksiya verərək bildirib ki, Turqut Çulaqovun Bakıda yaşadığını bilir:

“Qardaşınız və oğlunun Bakının Xətai rayonu, Araz Novruzov küçəsində yaşadığını bilirəm. Mənə nağıl danışmaq lazım deyil. Deyin görək necə hərbi xidmətdən yayındırmısız? Nə xəstəliyi var ki? Turp kimi də oğlandır.”
Ardını oxu...
2021-ci ildə BNA ilə şirkət arasında maliyyə dəyəri 2 790 596.16 AZN təşkil edən satınalma müqaviləsi imzalanıb…

Bakı Nəqliyyat Agentliyinin (BNA) iri məbləğli tenderlərinin əsas qalibi “Techmaster ” MMC-dir.

AzToday.az reportyor.info-ya istinadən xəbər verir ki, 2020-2022-ci illərdə BNA ilə şirkət arasında bağlanmış satınalmış müqavilələrinin toplam maliyyə dəyəri 14 348 469.34 AZN təşkil edir.

2020-ci ildə BNA ilə şirkət arasında 3 satınalma müqaviləsi imzalanıb. Maliyyə dəyəri 4 509 927.13 AZN təşkil edən müqavilədə yeni işıqfor məntəqələrinin təşkili üçün işıqfor avadanlıqlarının və dirəklərinin alınması, quraşdırılması və kommunikasiya xətlərinin çəkilməsi işləri, maliyyə dəyəri 1 799 835.12 AZN təşkil edən müqavilədə sahə avadanlıqlarının tam gücü ilə işləməsi üçün mövcud struktur və sistemlərə 12 aylıq texniki xidmətin, maliyyə dəyəri 2 069 545.29 AZN təşkil edən müqavilədə isə işıqfor məntəqələri və həmin məntəqələr üzrə müvafiq işlərin görülməsi, avadanlıqların və mal-materialların daimi olaraq işlək vəziyyətdə saxlanılması üçün aylıq texniki xidmətin göstərilməsi, habelə mövcud işıqfor məntəqələrinin yeraltı kommunikasiya xətlərinin dəyişdirilməsi və yenilənməsi işlərinin görülməsi məqsədilə mal, iş və xidmətlərin satın alınması nəzərdə tutulur.

Beləliklə, bir ildə BNA-dan “Techmaster” MMC-yə 8 379 307.54 AZN vəsait “axıb”.

2021-ci ildə isə BNA ilə şirkət arasında maliyyə dəyəri 2 790 596.16 AZN təşkil edən satınalma müqaviləsi imzalanıb. Müqavilədə Bakı şəhərinin küçə və prospektlərində quraşdırılmış sahə avadanlıqlarının, onlara aid köməkçi qurğuların və kommunikasiya xətlərinin 7 /24 saat iş rejimində fasiləsiz və dayanıqlı fəaliyyətini təmin etmək məqsədi ilə onlara texniki dəstək xidmətlərinin satın alınması nəzərdə tutulur.

Ətraflı
2022-ci ildə imzalanan və maliyyə dəyəri 3 178 565.64 AZN təşkil edən müqavilədə isə Bakı şəhərində yeni işıqfor məntəqələrinin təşkili üçün işıqfor avadanlıqlarının və dirəklərinin alınması, quraşdırılması və kommunikasiya xətlərinin çəkilməsi işlərinin satın alınması, habelə, mövcud işıqfor məntəqələri üzrə müvafiq işlərin görülməsi, yeraltı kommunikasiya xətlərinin dəyişdirilməsi və yenilənməsi məqsədilə lazım olan mal, iş və xidmətlərin satın alınması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə “Techmaster” MMC 31 mart 2016-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, E. Məhərrəmli (Südçülük sovxozu), ev 2-də yerləşir. MMC-nin qanuni təmsilçisi Həsənov Sərdar Əbülfət oğludur.

Sərdar Həsənov barəsində açıq mənbələrdə hər hansı məlumat yoxdur.

“Techmaster” MMC-yə gəlincə, şirkətin əsas fəaliyyət sahəsi müxtəlif növ yerüstü və yeraltı kabel kommunikasiya işlərinin həyata keçirilməsi, elektron mühəndis avadanlıqlarının təchizatı və mütəmadi texniki qulluğundan ibarətdir.

Şirkət 2020-ci ildən isə dekorativ yaşıl hasarların istehsalına başlayıb. Şirkətin veb-səhifəsi (www.techmaster.ariz.az )olsa da fəaliyyət göstərmir.

“Techmaster” MMC-nin 10 manatlıq şirkət olmasına baxmayaraq milyonluq tenderlərdə qalib gəlməsi müəyyən şübhələrə yol açır. Bəzi məlumatlara görə, bunun kökündə BNA rəhbərliyi ilə şirkət arasında bağlılığın olması dayanır. Reportyor.info olaraq bununla bağlı araşdırmalarımız davam edir. Müəyyən dəqiqləşdirmələr apardıqdan sonra növbəti yazımızda bu məsələyə toxunacağıq.
Ardını oxu...
2-ci Qarabağ müharibəsi iştirakçısı, Salyan rayon sakini Kamil Məmmədov dövlət tərəfindən ona yardım edilməməsindən gileylənir.

Müharibə veteranı sadaladığı problemləri ilə yanaşı təhsilini də davam etdirə bilmədiyindən şikayətçidir. Kamil Məmmədov deyir ki, Bakı Neft və Energetika kollecində təhsilini dondurub müharibəyə getmişdi.

DİA.AZ-ın məlumatına görə, Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin mətbuat katibi Bəhruz Nəzərov Toplum TV-yə açıqlamasında bildirib ki, Kamil Məmmədov elə əvvəldən ali məktəbə ödənişli əsaslarla qəbul olub.

Kamil Məmmədov isə Bəhruz Nəzərovun açıqlamasını yalanlayır. Qazinin Toplum TV-yə təqdim etdiyi sənədlərdə onun ali məktəbə Bəhruz Nəzərovun dediyi kimi ödənişli əsaslarla yox, dövlət hesablı daxil olması təsdiqini tapır.

Ardını oxu...
Dolanışıqları heyvandarlıqdan çıxan Sabirabad rayon Şıxsalahlı kənd sakinləri örüş sahələrinin zəbt olunduğunu deyirlər.

Sakinlərin sözlərinə görə, əsas məşğuliyyətləri heyvandarlıq olsa da, mal-qaralarını otarmağa örüş sahələri qalmayıb.

Əlavə yem almağa məcburuq


Otlaq sahəsi olmayan kəndlilər heyvanlarının yem tədarükünü təmin etmək üçün əlavə yem almağa məcbur olduqlarını deyirlər.

Məlumata görə, yaranmış vəziyyət büdcəyə ziyan vurur, xeyir götürə bilmirlər. Kənd sakinləri deyirlər ki, 1997-cı ildə torpaq islahatı zamanı öz razılıqları ilə onlara verilmiş pay torpağından 0.5 sot ayıraraq ümümilikdə 22 hektar örüş yeri təyin ediblər. Lakin onlar bu örüş sahəsindən bir müddət istifadə etdikdən sonra torpağın təyinatı saxta yolla dəyişdirilərək ayrı-ayrı şəxslərin istifadəsinə verilib. Həmin vaxtdan bəri sakinlər onlara məxsus örüş sahəsini istifadə edə bilmirlər. Örüş üçün nəzərdə tutulan torpaqlar müxtəlif adamlar tərəfindən zəbt olunub.

Şikayətçi Şahin Hüseynov deyir, “1997-ci ildə torpaq islahatı zamanı buranı örüş yeri təyin ediblər. Hamının razılığı əsasında 5 sot kəsilərək örüş yeri salınıb. Ümumi 22 hektarın 4 hektarı qəbristanlıq üçün nəzərdə tutulub. Bu günəcən nə qəbristanlıq yeri, nə də örüş yeri verilməyib. Bizim örüş yerimiz yoxdur. Ona görə heyvanı heç yerə çıxarmaq mümkün deyil. Heyvanlarımızı həyətdə başıbağlı, ac saxlayırıq. Məcburuq heyvandarlığı ləğv edək".

Şıxsalahlılar sözügedən örüş sahəsini uzun zaman istifadə ediblər. Sonralar torpağın təyinatı saxta yolla dəyişdirilərək ayrı-ayrı şəxslərin istifadəsinə verilib.

“Bizim burda 22 hektar örüş yerimiz var. Onu 4-5 adam zəbt edib. Bizim heyvanı o tərəfə keçməyə qoymurlar. Otumuz yoxdur. Otun biri 5 manatdır. Mənim də elə bir imkanım yoxdur əlavə ot alım. 1 hektar 12 sot torpağım var, onu da becərə bilmirəm. Evimdən 8 km aralıdır. Bu adamların 5 hektar torpaqları var, o tərəfə keçmirlər. Buranı əkib dolanırlar”, -kənd sakini Mütəllim Fərəcov deyir.

Başqa bir kəndli Elmir Nərimanov deyir ki, “Bizə vəd verilib, ancaq əməl olunmayıb. Tələbimiz odur ki, örüş yerimiz özümüzə qaytarılsın. Bu ərazi kollektorla əhatə olunub. Içi də su ilə doldurulub. Heyvanlarımız ora keçir deyə narahatıq”.

Sakinlərin sözlərinə görə, torpağın sənədi saxtalaşdırılıb. Bələdiyyənin ehtiyyat torpağı əkinə yararlı torpaq kimi qeydiyyata götürülüb.

Rəsmi qurum iddiaları rədd edir

“Sakinlərin iddia etdiyi ərazi islahat dövründən əvvəl də, islahatdan sonra da bələdiyyənin əkin təyinatlı torpağı olub. Burada hər zaman əkin əkilib. Sözügedən ərazi heç vaxt örüş yeri olmayb. Vətəndaşların dediyi 0.5 sot ayrılmış torpaq sahəsinə gəlincə, bildiririk ki, kənd sakinləri üçün Osmanlı və Şıxsalahlı kəndləri arasında 25 hektar örüş yeri ayrılıb. Ondan əlavə kəndin ümumilikdə 167 hektar örüş yeri var. 8 hektar bir yerdə, 55 hektar başqa yerdə. İddia olunan ərazi hazırda əkin sahəsidir. Sakinlər bunula bağlı aidiyyatı qurumlara müraciət ediblər. Cavab olaraq həmin ərazi əkin təyinatlı torpaq kimi göstərilib. Həmin ərazidə əkin əkən şəxslərin müqaviləsinə ötən ilin dekabr ayından xitam verilib. Vətəndaşlar əkdikləri məhsulu götürdükdən sonra 22 hektarlıq ərazi Rayon İcra Hakimiyyəti Tərəfindən şəhid ailələri və qazilərə paylanacaq”,- vətəndaşların şikayətinə cavab olaraq Şıxsalahlı kəndinin icra nümayəndəsi Seyidabbas Babayev belə deyib.

Mövzu ilə əlaqəli videosujet:



Belediyye.net
0
 
 

Ardını oxu...

Hacıqabul rayonunun Nəvahi kəndinin bir qrup sakinləri Elm və Təhsil naziri Emin Əmrullyevə giley dolu müraciət ünvanlayıb.

Bir surəti də redaksiyamıza ünvanlanan müraciətdə deyilir.

 

"Azərbaycan Respublikası Elm və Təhsil Naziri Cənab Emin Əmirullayevə
Surəti: xeberfakt.az informasiya agentliyinə
Hacıqabul rayon Navahı kənd sakinləri adından

MÜRACİƏT!!!

CƏNAB NAZİR!

Ölkələrın və xalqların inkişafı elm və təhsildən asılıdır!

O ölkələr və o xalqlar irəli gedir ki, orada elm və təhsil daim inkişafdadır...

Müasir dünyada rəqabətə tab gətirmək ücün, ilk növbədə təhsilə, zəngin biliklərə və informasiya texnologiyalarına arxalanmaq lazımdır!

Elm və texnologiya əsri kimi xarakterizə olunan XXI əsrdə, yarım əsrlik yaşı olan Hacıqabul rayon Mehman Ağayev adına Navahı kənd tam orta məktəbi, bərbad və qəzalı vəziyyətdədir.Məktəb binasının qəzalı və yararsız vəziyyətdə olması, uzunillərdir ki şagirdlərin normal şəkildə təhsil almasına mane olur.Təhlükəli vəziyyətdə olan məktəb binasında hansı təhsildən söhbət gedə bilər axı???

Hörmətli Nazir!

Ulu Öndər, Ümummilli Lider Heydər Əliyev Təhsil haqqında demişdir ki : " Təhsil millətin gələcəyidir!

Məktəbin və müəllimlərin ən əsas vəzifəsi bizim cəmiyyətimizə, xalqımıza, ölkəmizə dəyərli vətəndaşlar hazırlamaqdır!"

Belə olan halda, Navahı kənd tam orta məktəbində, az qala çökmə təhlükəsi ilə üz-üzə qalan tavanı, sınıq-sökük döşəməsi və pəncərələri,nəmişlikdən kif bağlamış sinif otaqları, təhlükə saçan elektrik naqilləri, payız və qış aylarında yağan yağış və qar suları nəticəsində sinif otaqlarında islanan balalarımız, o cümlədən istilik sisteminin olmaması səbəbindən soyuqdan donan şagirdlərimiz varkən, sözü gedən təhsil ocağında hansı müəllimdən və hansı şagirddən elm və təhsil tələb etmək olar???

Hələ üstəlik, şagirdlərin dərsə davamiyyəti də (Ələlxüsusda payız və qış aylarında) bu səbəbdən faiz etibarilə hər il aşağı düşür...Bu da o deməkdır ki, yaxın gələcəkdə Navahı kənd Mehman Ağayev adına tam orta məktəbinin təhsili, ümumiyyətlə yox səviyyəsinə çatacaqdır....

Bununla da, dövlətimizin və millətimizin gələcəyi olan övladlarımızın işıqlı sabahlarına balta çalmaqla yanaşı, onları məhv etmiş oluruq...

Qeyd etmək istəyirəm ki, ölkə rəhbəri Cənab İlham Əliyevin bir çox sahələrə, o cümlədən elm və təhsilə göstərdiyi diqqət və qayğısı ğözlərimiz önündədir...

Beləki, hələ ötən ildən bəri Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.Həmin sərəncama əsasən dövlət büdcəsindən 20 milyon manat vəsait Bakı Şəhər İcra Hakimiyyətinə ayrılıb..

Bundan başqa, Prezidentin 10 fevral 2022 ci il tarixli sərəncamı ilə dövlət büdcəsindən 5 milyon manat məbləğində vəsait Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə ayrılmışdır ki, həmin vəsait də, rayonlarda və kəndlərdə 15 məktəbin tikintisi üçün nəzərdə tutulmuşdur...

Lakin bir neçə ildir ki, dəfələrlə Navahı kənd tam orta məktəbinin qəzalı və bərbad vəziyyətdə olması ilə bağlı müraciətlər etməyimizə baxmayaraq, səsimizə səs verən yoxdur..

Axı bizim övladlarımızın da normal şəkildə təhsil almağa ehtiyacları var...

Bu onların da haqqıdır!!!

Axı niyə bizim kənd məktəbinin əsaslı təmirinə laqeyd yanaşırlar???

Axı nə vaxta qədər biz valideynlər övladlarımızı qorxa-qorxa təhsil almaq üçün məktəbə yola salacağıq???

CƏNAB NAZİR!

Navahı kəndinin 1 ci və 2 ci Vətən müharibəsi zamanı könüllü olaraq, ərazi bütövlüyümüz uğurunda döyüşərək canını və qanını verən oğulları var!

Navahı kəndinin sayılıb seçilən savadlı, bilikli, istedadlı, elm adamları və şairləri vardır...

Bu mənada ki, xahiş edirik bizim problemimizə gərək laqeyd və biganə yanaşmasınlar...

Cənab Emin Əmirullayev!

Biz sizi səmimi və əsl vətənpərvər bir şəxsiyyətli Nazir kimi tanıyırıq.

Sizdən çox xahiş edirik ki, yuxarıda qeyd etdiklərimizi nəzərə alaraq, bərbad vəziyyətdə olan, şəhidimiz Mehman Ağayevin adını daşıyan Navahı kənd tam orta məktəb binasında, əsaslı təmir və bərpa işlərinin görülməsi ıstıqamətındə öz göstəriş və tapşırıqlarınızı verməklə yanaşı, övladlarımızın işıqlı gələcəyi və normal təhsil almaları üçün öz köməkliyinizi əsirgəməyəsiniz....

 

Ümüd edirik ki, kəndimizdə lazımı avadanlıqlarla təchiz olunmuş yeni bir məktəb binasının tikilməsi ilə, övladlarımızla yanaşı, bütün kənd sakinlərini sevindirəcəksiniz...

 

İMZA:
Haclqabul rayon Navahı kənd sakinləri ."

 

 

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...
 
 

Dünyapress TV

Xəbər lenti