Qubada yaşayış massivi zibilliyə çevrilib, ərazini üfunət bürüyüb
Quba rayonunun Dəvədabanı yaşayış massivi baxımsız vəziyyətdədir və ərazi zibilliyə çevrilib.

DİA.AZ bildirir ki, bu barədə “Report”un Şimal bürosuna bir qrup yerli sakin məlumat verib.

Uzun müddətdir bu problemlə üz-üzə qaldıqlarını söyləyən sakinlər deyib ki, ərazidə yerləşən yaşayış evlərinin zibil poliqonu ilə məsafəsi 500 metr təşkil edir.

Onların sözlərinə görə, bir az külək olan kimi tullantılar zibil poliqonundan göyə sovrulur və insanların sıx məskunlaşdığı ərazilərə, həyətyanı sahələrə və küçələrə yayılır.

Sakinlər həmçinin burada hökm sürən antisanitar vəziyyətə görə ərazinin sahibsiz itlərin məskəninə çevrildiyini bildiriblər. Onlar deyir ki, yaşayış massivi zibil qutuları ilə təmin olunmadığından tullantılar əraziyə atılır və buna görə də burada antisanitar vəziyyət yaranır.

Kənd sakinləri aidiyyəti qurumlar tərəfindən ərazinin tullantılardan təmizlənəcəyi ilə bağlı müxtəlif vaxtlarda vədlər verilsə də, indiyədək heç bir tədbir görülməyib.

Məsələ ilə bağlı "Təmiz Quba" Mənzil Komunal Təsərrüfat Birliyindən “Report”un yerli bürosuna bildirilib ki, sakinlərin narazılığına səbəb olan problem yaxın vaxtda öz həllini tapacaq.

Bununla yanaşı qeyd edilib ki, ərazidə zibillik mütəmadi olaraq texnikalar vasitəsilə utilizasiya olunaraq torpağa basdırılır.

Bildirilib ki, tullantıların çesidlənmə məntəqəsinin inşası üçün ərazinin 3,15 hektara çatdırılması nəzərdə tutulub.

Qubada yaşayış massivi zibilliyə çevrilib, ərazini üfunət bürüyüb
Qubada yaşayış massivi zibilliyə çevrilib, ərazini üfunət bürüyüb
Qubada yaşayış massivi zibilliyə çevrilib, ərazini üfunət bürüyüb
Qubada yaşayış massivi zibilliyə çevrilib, ərazini üfunət bürüyüb

Dünyapress TV

Xəbər lenti