Ardını oxu...
Bakı Baş Səhiyyə Mərkəzi qurumun tabeliyində olan tibb müəssisələri üçün təmizlik vasitələrin satın alınması ilə bağlı tenderə yekun vurub.

Qaynarinfo xəbər verir ki, tenderin qalibi “Fuad-Kimya Servis” MMC olub. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 174.404 AZN təşkil edir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Fuad-Kimya Servis” MMC 16 sentyabr 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev29/27, mənzil 23-də yerıəşir.

MMC-nin qanuni təmsilçisi Bağırov Bağır Ağakərim oğludur.

2019-cu ildə Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 1A ünvanında yerləşən “Fuad-Kimya-Servis” MMC-yə məxsus yuyucu tozların istehsalının həyata keçirildiyi sexə baxış keçirilib. Bu zaman üzərlərinə “Calgon”, “Comet”, “ACE”, “Domestos” yuyucu tozların və mayelərin adı yazılmış və həmin malların qablaşdırılmasında istifadə olunan karton materiallar, etiketlər, üzlüklər və boş polietilen paketlər aşkar edilərək götürülüb.

Məlumatda daha sonra qeyd edilir ki, məhkəmə-ekspertizanın rəyinə görə, sexdəki kimyəvi-təmizləyici maddələr tərkibinə, keyfiyyət göstəricilərinə görə standartların tələbərinə uyğun gəlməyib. Ölçüləri, çəkiləri qablaşdırmanın üzərində qeyd edilən ölçü və çəkilərlə eynilik təşkil etməyib.

İş üzrə Anar Qasımov, Natiq Novruzov, Vidadi Əliyev və Ülvi Əliyev təqsirləndirilən şəxs qismində cəlb edilib. Onlara Cinayət Məcəlləsinin 192.2.1, 197.2, 206.3.1 və 206.3.2-ci maddələrində nəzərdə tutulan ittiham elan edilib. Barələrində Binəqədi Rayon Məhkəməsinin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Bu işin sonrakı taleyi barədə açıq mənbələrdə heç bir məlumat yoxdur.

“Dövlət satınalmaları haqqında” Qanunun 6.2.6-cı maddəsinə görə, tenderlərdə iştirak edəcək podratçılar satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri ilə əlaqədar cinayətə görə məhkum olunmamalıdır.

Bu hadisə 4 il əvvəl baş verib. Göründüyü kimi qanun “Fuad-Kimya Servis” MMC-nin tenderlərdə iştirakını qadağan edir.
 
Ardını oxu...
"AZƏRLOTOREYA başbilənləri üçün elə-belə qeyd:
Qumar — Oynayana qazanc və ya zərər gətirən hər cür şans oyunu, pul ya da maddi dəyəri olan bir şey yatırdılaraq oynanan, qarşılığında qazanana maddi gəliri olan oyunlara verilən ümumi ad..."
Teref.az yazır ki, bunu DİA.AZ saytının baş redaktoru tanınmış jurnalist Məhəmməd Ərsoy öz sosial şəbəkə profilində yazıb. Daha sonra Məhəmməd bəy yazdıqlarını şərh edərək deyir:
"Niyə qeydi zəruri bildim? İzah edim... "Azərlotoreya" adından açıqlama verən və yaxud da bizlərə nəyisə izah etməyə çalışanlar zatlar bilmərrə şəkildə QUMAR sözünə qarşı allergik reaksiya nümayiş etdirirlər... Mən də izah etmişəm yetərincə... görürəm onlara çatmır... dedim bir lüğətdən çıxarışı paylaşım.... Faydası olar..."
Teref.az olaraq qarşı tərəfin fikirlərinidə dərc edə bilərik!
Teref.az
Ardını oxu...
“Vedi construction” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nurəddin Sadıqov tərəfindən “Azərişıq” ASC-nin keçirilməsini planlaşdırdığı açıq tenderdən əsassız olaraq kənarlaşdırılması ilə bağlı Respublikanın Baş prokurorluğuna və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanlanmış şikayət məktubunun bir surəti də ictimailəşdirilməsi məqsədi ilə Aktualinfo.org saytının redaksiyasına təqdim olunub. Sözügedən məktubdan bəzi məqamları diqqətinizə çatdırırıq. Şikayətçi yazır:

“Məlumat üçün bildiririk ki, “Azərişıq” ASC tərəfindən “Elektrik xəttlərinin daşınması və bütövlüyünü təmin etmək üçün zəruri mal-materialların satın alınması üzrə” 06 fevral 2023-cü il tarixdə 55685 nömrəli müsabiqə elan edilmiş, tələb olunan sənədlərin təqdim olunmasının son tarixi 27 fevral 2023-cü il, təkliflərin son təqdim olunma tarixi 07 mart 2023-cü il, zərflərin açılış tarixi isə 09 mart 2023-cü il tarixi kimi müəyyən edilmişdir.

“VEDİ CONSTRUCTİON” MMC -nin rəhbərliyi açıq tender müsabiqəsində iştirak etməyi qərara almış, həmin tarixdə bizdən tələb olunan sənədlər və təkliflər zərfi satın alan təşkilata təqdim edilmiş, iddiaçı kimi satın alan təşkilat tərəfindən qeydiyyata alınmışıq. Tender prosedurunda 09 mart 2023-cü il tarixdə zərflər paketi açılmış, bizim təklif etdiyimiz qiymət digər iştirakçıların təklif etdiyi qiymətdən sərfəli olmaqla ən aşağı olmuşdur. Sonradan, tenderin təkliflərinin qiymətləndirilməsi və müqayisəsi üçün əlavə vaxt tələb olunması nəzərə alınaraq tender təklifinin qüvvədə olma müddətinin və tender təklifi təminatının qüvvədə olma müddətinin uzadılması barədə bizə təklif göndərilmiş, həmin təklif bizim tərəfimizdən müsbət qarşılanaraq tender təkliflərinin qüvvədə olma müddəti və tender təklifinin təminat müddətinin uzadılması ilə bağlı cavab məktubları portal vasitəsilə sizə təqdim edilmişdir. Məhz bu tarixdən, yəni tender təklifləri zərfinin açıldıqdan sonra satın alan təşkilat tərəfindən bizə qanunda və Əsas Şərtlər Toplusunda (ƏŞT) nəzərdə tutulmayan tələblər və sənədlər tələb edilməyə başlanılmışdır.

Qanunvericilikdə tələb və təqdim olunması qadağan edilsə də, “Azərişıq” ASC Tender Komissiyasının tələb etdiyi həmin sənədlər bizim tərəfimizdən təqdim edilmiş, lakin buna baxmayaraq, əsassız olaraq qanunvericilkdə nəzərdə tutulmayan əsaslarla 07.04.2023-cü il tarixli cavabla “bizim təklifimizin tender komissiyasını qane etmədiyi və müvafiq icra hakimiyyəti orqanına müraciət etdiyiniz” kimi cavab yazılmışdır.

Bundan sonra, 11 may 2023-cü il tarixdə tender təklifimizin kənarlaşdırılması barədə 4 nömrəli protokola Əlavə bizə göndərilmişdir. Həmin protokolda qeyd edilmişdir ki, “təqdim etdiyiniz mal-materialların qiymətləri ilə ehtimal olunan qiymət arasında kəskin fərqlər olduğundan 08.04.2023-cü il tarixində texniki rəylərin verilməsi və qiymətləndirilmə aparılması üçün aşağıdakı cədvəldə göstərilən mal-materialların nümunələrinin təqdim olunması üçün sizə sorğu göndərilmişdir. Sorğumuza cavab olaraq nümunələrin tərəfinizdən təqdim olunmayacağı bildirilmişdir. Şirkətinizin Tenderin Əsas Şərtlər Toplusunun formal tələblərində təqdim etdiyiniz sənədlərdə (İddiaçının son 3 (üç) illik və fəaliyyətə başladığı dövrdən iş təcrübəsi, yerinə yetirdiyi cari işlər və müqavilələr barədə məlumatlar; (Arayış formasında imzalanıb möhürlənərək skan formasında PDF formatında təqdim olunmalıdır). Şirkətinizin bu sahədə təcrübəsinin olmadığı, oxşar layihələrin tərəfinizdən həyata keçirilmədiyi tender komissiyası tərəfindən aşkarlanmışdır.”

Buradan sonra şikayətçi “Azərişıq” ASC-nin Tender Komissiyasının etiraz məktubunda göstərilənləri “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələri ilə əsaslandırır və tenderdən kənarlaşdırılmalarını qanunsuz hesab edir.

Aktualinfo.org-un dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığı araşdırmada məlum oldu ki, “Azərişıq” ASC tərəfindən 2023-cü ildə 7 açıq tenderin nəticələri açıqlanıb ki, onlar da aşağıdakılardır.

“Azərişıq” ASC 0,4 kV elektrik xəttlərində sabit və dəyişən gərginliyi ölçən 1 fazlı elektron cihazların satın alınması üzrə “ENERJİ TƏCHİZAT-2020” MMC ilə 9.298.400 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 10.01.2023-cü il tarixdə açıqlanıb.

Cəbrayıl şəhəri ərazisində yeni 35/0,4 kV-luq “Cəbrayıl” Yarımstansiya və Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi, 35 kV-luq iki dövrəli kabel xəttinin çəkilməsi işlərinin satın alınması üzrə “ŞANS CONSTRUCTION” MMC ilə 5.948.881,54 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 11.01.2023-cü il tarixdə açıqlanıb.

Zəngilan şəhəri ərazisində yeni 35/0,4 kV-luq “Zəngilan” Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzinin tikintisi, 35 kV-luq iki dövrəli kabel xəttinin çəkilməsi işlərinin satın alınması üzrə LIGHT CITY QSC ilə 6.198.759,41 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 13.01.2023-cü il tarixdə açıqlanıb.

6/10kV mühafizəli xəttlərin daşınması üçün 1 dövrəli metal konstruksiyanın satın alınması işləri üzrə “AZELEKTRO SERVICE CO” MMC ilə 903.880 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 24.01.2023-cü il tarixdə açıqlanıb.

Seluloz əsaslı və plastik materiallarından hazırlanmış məlumat daşıyıcıların satın alınması üzrə “MİX PRO” MMC ilə 766.882 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 13.03.2023-cü il tarixdə açıqlanıb.

“6/10/0,4 kV-luq xətlərdə elektrik enerjisinin qəbul olunması, çevrilməsi və paylanması üçün müxtəlif qurğu və avadanlıqların” satın alınması üzrə “GBS” MMC ilə 3.821.194 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 15.05.2023-cü il tarixdə açıqlanıb.

Elektrik enerjisininn cevirilməsi qurğularının izolyasiyasını təmin edən mal-materialların və izolyasiya keçiriciliyini ölçən cihazların satın alınması üzrə “AZSPEKTR” MMC ilə 510.131,7 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 15.05.2023-cü il tarixdə açıqlanıb.

Maraqlıdır, “Azərişıq” ASC-nin Tender Komissiyası “Vedi construction” MMC-nin nümayəndəsinin qeyd etdiyi “Elektrik xəttlərinin daşınması və bütövlüyünü təmin etmək üçün zəruri mal-materialların satın alınması üzrə” 06 fevral 2023-cü il tarixdə başlanılmış 55685 nömrəli açıq tender müsabiqəsinin nəticələri dövlət satınalmalarının vahid internet portalında nə üçün açıqlanmayıb.

Müsabiqədə iddiaçı kimi iştirak edənin verdiyi məlumatda göstərilir ki, təkliflərin son təqdim olunma tarixi 07 mart 2023-cü il, zərflərin açılış tarixi isə 09 mart 2023-cü il tarixi kimi müəyyən edilmişdir. Belə olan təqdirdə 09 mart 2023-cü il tarixdə zərflər paketi açılmış açıq tenderin nəticəsi 5 iyun 2023-cü il tarixə qədər nə üçün açıqlanmayıb. Qanunvericilikdə əgər tender baş tutmayıbsa, onun baş tutmama səbəbləri göstərilməklə 30 bank günü ərzində yenidən tender elan olunmalıdır. Əgər satınalan tərəf hər hansı bir səbəbdən tender prosedurun uzadırsa, bununla bağlı iddiaçı tərəflərə yazılı bildiriş göndərilməli, dövlət satınalmalarının vahid internet portalında tender prosedurunun hansı tarixədək uzadılmasının səbəblərini göstərilməklə bildiriş yerləşdirməlidir.

Ancaq göründüyü kimi “Azərişıq” ASC-nin Tender Komissiyası tender prosedurunun təşkili zamanı çox ciddi qanun pozuntularına yol vermişdir. Belə ki, dövlət satınalmalarının vahid internet portalında “Azərişıq” ASC-nin Tender Komissiyası tərəfindən sözügedən tenderin keçirilməsi ilə əlaqədar nə iddiaçılara dəvət elanı, nə tender prosedurunun uzadılması barədə bildiriş, nə də tamamlanmış açıq tenderin qalibi barədə heç bir məlumat yerləşdirilməyib. Bu isə tenderin saxtalaşdırıldığını deməyə əsaslar verir.

Qeyd edək ki, hazırda “Azərenerji”ASC-nin sədri olan Balababa Rzayevin 2018-ci ilin sentyabrında “Azərişıq” ASC-nin sədri vəzifəsindən azad olunmasından sonra 7 yanvar 2020-ci ilə qədər vəzifə boş qalıb. Qeyd etdiyimiz tarixdən Prezidentin sərəncamı ilə “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə Vüqar Əhmədov təyin edilib. Bu təyinatdan çox keçməmiş sosial şəbəkələrdə və elektron mediada “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədovun topdağıtmaz biznes şəbəkəsinin siyahısı yayıldı. Məlum olur ki, Vüqar Əhmədov vaxtı ilə İqtisadiyyat Nazirlriyində İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktoru işləyib. Sonra Vergilər Nazirliyində mühüm vəzifələrdən birini tutub. Amma bu vəzifələr işləyə-işləyə də onlarla MMC yaradaraq özünə geniş biznes şəbəkəsi qurub.

Bir müddət “Azərişıq” ASC sədrinin səlahiyyətlərini icra etməsinə baxmayaraq Vüqar Əhmədov sədr vəzifəsinə 2020-ci ilin yanvarında təyin elib. Yəni, 3 il 5 aydır o, bu vəzifənin başındadı. Amma bu qısa müddət ərzində sərvətini daha da artırıb, böyük bir kapital sahibinə çevrilib. Yolları isə bəllidir. “Azərişıq” ASC-nin keçirdiyi tenderlər.

Apardığımız araşdırmalar zamanı məlum oldu ki, 2021-2022-ci illərdə “Azərişıq” ASC bölgələrdə və işğaldan azad olunmuş rayonlarda Paylayıcı Elektrik Şəbəkələrin yenidən qurulması işlərəinə milyonlarla manat dövlət vəsaiti ayırmışdır. Bu məqsədlə qurumun keçirdiyi milyonlarla manat dəyəri olan tenderlərdə qaliblər ancaq “Mix Pro”, “İtsoil”, “İtes Company”, “Enerji Construction”, “İnterqas”, “ŞansConstruction”, “Smart Energy Services” kimi Məhdud Məsuliyyətli Cəmiyyətləri olmuşdur. Hansı ki, bu şirkətlərin özünün maddi texniki bazası və iş təcrübəsi sual altındadır. Yəni bu MMC-lərin əksəriyyəti iş görməkdən daha çox ayrılan dövlət vəsaitlərinin təyinatından kənara çıxarılması işlərini həyata keçirmələri barədə kifayət qədər geniş məlumatlar var.

“Vedi construction” Məhdud Məsuliyyətli Cəmiyyətinin tenderdən kənarlaşdırılmasına gəlincə. Əslində biz “Azərişıq” ASC tərəfindən “Elektrik xəttlərinin daşınması və bütövlüyünü təmin etmək üçün zəruri mal-materialların satın alınması üzrə” 06 fevral 2023-cü il tarixdə başlanılmış və 3 ay keçməsinə baxmayaraq nəticələri hələ də açıqlanmamış tendrin qaliblərinin hansı şirkətlər olduğunu bilirik. Onu da bilirik ki, “Azərişıq” ASC -də satınalmalar qanunlarla, şəffaflıqla deyil, kimlərinsə istək və maraqlarına uygun şirkətləri qalib seçməklə təşkil edilir. Biz həmin şirkətlərlə “Vedi construction” MMC-ni də müqayisə edəcəyik. “Azərişıq” ASC rəsmilərinin tenderlərin təşkilində yol verdikləri saxtakarlıqlara da, qeyri şəffaf işlərə də aydınlıq gətirməyə çalışacaq, daha geniş araşdırmalar aparacaq və mövzuya bir daha qayıdacağıq.
Aktualinfo.orgArdını oxu...

Aktualinfo.org
Ardını oxu...
Gülnarə Heydərinin tenderi udması üçün Dövlət Sərhəd Xidmətində hansı oyunlardan çıxırılar
Ötən həftə Dövlət Sərhəd Xidməti tərəfindən qazanxana avadanlıqları və su nasoslarının satın alınması üzrə yekun vurulmuş açıq tender barədə məlumat vermişdik. Qeyd etmişdik ki, sözügedən qurumun Tender Komissiyası 13.03.2023-cü ildə başladığı açıq tender müsabiqəsini tamamlayıb və GÜLNARƏ NADİR QIZI HEYDƏRİ ilə 451.568,3 manat məbləğində satınalma müqaviləsi bağlamağı planlaşdırdığını 01.06.2023-cü il tarixdə dövlət satınalmalarının vahid internet portalında açıqlayıb.

Xatırladaq ki, tenderin şərtlərinə uyğun olaraq Gülnarə Nadir qızı Heydəri 2023-cü ilin sonuna qədər Dövlət Sərhəd Xidmətini 10 növ müxtəlif ölçüdə istilik qazanı, 11 növ qazla və dizellə işləyən odluq, 3 ədəd qaz requlyatoru, 4 ədəd müxtəlif ölçüdə genləşmə çəni, 2 ədəd boyler, 7 ədəd müxtəlif ölçüdə dövriyyə nasosu, hidrofor nasosu,hidrofor nasosla birlikdə kiçik həcmli, 3 ədəd müxtəlif ölçüdə dərinlik su nasosu ilə təchiz etməlidi.

Onu da xatırlatmaq istərdik ki, açıq internet axtarış sistemləri üzərindən apardığımız ətraflı araşdırmada yarım milyon manat civarında açıq tenderin qalibi olmuş Gülnarə Nadir qızı Heydəri barəsində heç bir məlumat əldə edə bilmədik. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestrinə daxil edilmiş məlumatlarda belə Gülnarə Nadir qızı Heydərinin adına rast gəlinmir. Yəni Gülnarə Nadir qızı Heydəri Dövlət Vergi Xidmətində heç fiziki şəxs kimi də qeydiyyata alınmayıb. Belə olan halda onun tenderdə iştirakına necə yol verilib?

Dövlət Sərhəd Xidməti Tender Komissiyası sözügedən satınalma prosedurunda “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun bir neçə maddəsini pozduğunu da açıqlamışdıq ki, onlardan biri də həmin qanunun 8-ci maddəsidir.

Maddə 8. Malgöndərənlərin (podratçıların) dövlət satınalmalarında iştirakı

8.1. Dövlət satınalmalarını tənzimləyən normativ hüquqi sənədlərdə göstərilən hallar istisna olmaqla, istənilən rezident və qeyri-rezident hüquqi və ya fiziki şəxslər, yaxud hüquqi şəxslər birliyi dövlət mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasında keçirilən dövlət satınalma prosedurlarında iddiaçı kimi iştirak edə bilərlər. Tikinti, tikinti quraşdırma və istehsal sahələrinin qurulması ilə bağlı tender qalibi olan qeyri-rezident hüquqi və ya fiziki şəxslərlə malların (işlərin və xidmətlərin) satınalması müqaviləsi həmin şəxslərin Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq uçota alınmış daimi nümayəndəlikləri və daimi nümayəndəlik yaratmayan bölmələri olduğu halda bağlanılır.

Apardığımız ətraflı araşdırmalar zamanı Dövlət Sərhəd Xidmətinin Tender Komissiyasının tək “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini deyil, həm də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərini də göbud şəkildə pozduğu üzə çıxdı. Belə ki, sözügedən məcəllədə göstərilir:

445-1.3. Malgöndərənlərin (podratçıların) ixtisası ilə bağlı müəyyən edilmiş tələblərin pozulmasına, yəni:

445-1.3.2. ixtisas göstəriciləri “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş meyarlara uyğun gəlməyən malgöndərənə (podratçıya) satınalan təşkilat tərəfindən dəvətlərin göndərilməsi və ya bu təşkilatlarla müqavilələrin bağlanılmasına görə –

vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.

445-1.4.2. dövlət satınalmaları üzrə tenderlər, təkliflər sorğusu və kotirovka sorğusu barədə elanlar və onların nəticələri, habelə tender nəticəsində bağlanılmış satınalma müqaviləsi barədə məlumatların “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətlərdə dövlət satınalmalarının rəsmi internet saytında yerləşdirilməməsinə və ya yanlış məlumatların yerləşdirilməsinə, satınalmaların təşkili və tender prosedurları ilə bağlı nəzərdə tutulmuş müddətlərlə əlaqədar tələblərə riayət edilməməsinə

445-1.6. Satınalan təşkilat tərəfindən malların (işlərin və xidmətlərin) satın alınmasının “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə həyata keçirilməli olduğu halda, digər sahibkarlıq subyektlərinin iştirakı ilə həyata keçirilməsinə görə –

vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.

İnzibati Xətalar Məcəlləsinin tələblərindən də göründüyü kimi Dövlət Sərhəd Xidmətinin Tender Komissiyası Gülnarə Nadir qızı Heydərini satınalan şəxs kimi tenderdə iştirak etməklə qanunun tələblərini pozub. Bundan əlavə Tender Komissiyası sözügedən Məcəllənin 445-1.6-cı maddəsinin tələblərini də pozub. Belə ki, satınalan təşkilat olaraq Dövlət Sərhəd Xidmətinin Tender Komissiyası malların və xidmətlərin satın alınmasını mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə həyata keçirməli olduğu halda, sahibkarlıq fəaliyyəti həlli olmayan bir şəxslə müqavilə bağlamağa üstünlük vermişdir.

Burada xüsusilə vurğulamaq istərdik ki, əvvəlki məqalə hazırlanda, yəni 01.06.2023-cü il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətin reyestr məlumatları üzərindən apardığımız araşdırmada Gülnarə Nadir qızı Heydərinin heç fiziki şəxs olması barədə də məlumatlar olmadı. Dövlət Vergi Xidmətin reyestr məlumatları üzərindən bu gün apardığımız araşdırmada Gülnarə Nadir qızı Heydərinin fiziki şəxs kimi dövlət qeydiyyatına alındığı məlum oldu. Apardığımız ətarflı araşdırmada o da məlum oldu ki, 2023.06.05-ci il tarixə qədər Gülnarə Nadir qızı Heydəri reyestr məlumatlarında HEYDƏRİSƏZNƏĞİ GÜLNARƏ NADİR QIZI kimi dövlət qeydiyyatına alınıb. Bu o, deməkdir ki, o, Dövlət Sərhəd Xidmətinin keçirdiyi tender prosesində fiziki şəxs HEYDƏRİSƏZNƏĞİ GÜLNARƏ NADİR QIZI kimi iştirak edib. Onun bir fiziki şəxs belə olmadığı halda tenderdə hansı əsaslarla iştirak etməsini biz ictimailəşdirdikdən sonra HEYDƏRİSƏZNƏĞİ GÜLNARƏ NADİR QIZI bu gün 05.06.2023-cü il tarixdə adına olan VÖEN-i Gülnarə Nadir qızı Heydərinin adına dəyişdirib.

Ötən yazıda da qeyd etdiyimiz kimi açıq mənbələrdə GÜLNARƏ NADİR QIZI HEYDƏRİ barəsində o qədər də geniş məlumat yoxdur. Dövlət Vergi Xidmətin reyestr məlumatlarında onun fiziki şəxs kimi heç ixtisas göstəriciləri də qeyd olunmayıb. Kimdirsə, Dövlət Sərhəd Xidmətinin Tender Komissiyası onu 451.568,3 manat məbləğində tenderin qalibi olmaq üçün hər cür oyuna belə gedir və görəsən Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyevin bütün bu oyunlardan xəbəri varmı?

Aktualinfo.org
Ardını oxu...
DogruXeber.az: - Son günlər qeyri-hökumət təşkilatları sektorunda müşahidə olunan etirazlar ictimaiyyət tərəfindən diqqətlə izlənilməkdədir. Hər halda özlərini 3-cü sektor nümayəndəsi hesab edənlərin PUL DAVASI - dövlətin sözügedən sektora qayğısını düzgün bölüşdürə bilməmələri ortaya ciddi iddia və ittihamların çıxması ilə müşaiyət olunmaqdadır.

Növbəti belə faktları qeyri-hökumət təşkilatlarının davasına xüsusi diqqət ayıran jurnalistlərimizdən biri - Məhəmmədəli Qəribli açıqlayıb. Beləliklə, jurnalist yazır:

"QHT-lərin qrant əsasında həyata keçirdiyi layihələrin effektivliyinə demək olar ki, nəzarət edilmir. Yalnız pulun necə xərcləndiyinə dair çeklər tələb edilir.

Məsələnin ideoloji deyil, kommersiya aspektinə daha çox nəzər salınır. Udulan layihələrdə diqqətimi nə çəkdi? Yeni layihələrdə daha çox film çəkilişlərinə maliyyə ayrılıb.

Mən bir-iki QHT-nin ərsəyə gətirdiyi “film”lə tanış olmuşam. Öz dostları olan bir - iki nəfəfəri ekspert kimi danışdırıb , sonra telefonla çəkib adını da “film” qoyub, bununla da qrantın pulunu həzm ediblər.

Ortada : ssenari, rejisor, operator , keyfiyyətli montaj işi yoxdursa, buna necə film demək olar? Bir sözlə, QHT-lərimiz kino industriyamıza böyük töhfələr bəxş edir…"//siam.az

Ardını oxu...
Son günlər ölkədə kartof sürətlə ucuzlaşmaqda davam edir. Artıq paytaxt bazarlarında qiymət iki dəfədən çox aşağı düşüb. Kartof əkilən rayonlarda isə qiymət o həddə qədər düşüb ki, fermerlər çəkdikləri xərcləri belə ödəyə bilmir.

DİA.AZ bildirir ki, AzToday.az-a şikayət edən Cəlilabad və Masallı rayonundan olan bir qrup fermer dövlət başçısı İlham Əliyevdən kömək istəyirlər.

Onların sözlərinə görə, yetişdirdikləri məhsulun Rusiyaya ixrac olunmasında ciddi problemlər var. Belə ki, gömrük hər maşına onlardan 1500 dollar pul tələb edir. Moskvaya da məhsulun çatdırılması üçün maşınlar 2500 dollar istəyir. Hazırda Moskva bazarlarında da qiymət o qədər aşağıdır ki, çəkdiyimiz 4 min dollar əlavə xərci çıxartmağımız çox çətin olur.

Hazırda kartof əkilən sahələrdə qiymətin 15 qəpiyə düşdüyünü deyən fermerlər məhsulun xarab olmasından narahatdırlar:

“1 hektar sahəni əkmək üçün 3 ton 800 kiloqram kartof əkmişəm. Toxumluq kartofun kiloqramını da 1.30 manatdan almışdıq. 1 hektar sahənin də məhsuldarlığı orta hesabla 25-30 ton olur. Bu il hava şəraiti əlverişli keçsəydi məhsullarliq 40 tona çatacaqdı. Kartofun sahədən yığılması üçün azı 15-20 fəhlə lazımdı. Onlar da gündəlik minimum 20 manatdan işləyirlər. Gübrələr də kifayət qədər bahadır. Ucuz qiymət səbəbindən sahələrdən kartof yığılmasını dayandırmışıq. Gözləyirik ki, qiymətlər bir az artsın. Heç olmasa, xərclərimizi çıxara bilək…”.

Onlar hesab edirlər ki, dövlət ehtiyacları(Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və qurumların) üçün alınan kartof yerli fermerlərdən alınsa, bu onlara çox böyük dəstək olar: “Hər il aşağı-yuxarı eyni vəziyyətlə üzləşirik. Əkindən xeyir tutmaq ildən-ilə çətinləşir. Bu baxımdan, fermerlərin əksəriyyəti kartof əkməyə isti baxmırlar. Ona görə, yerli bazarlarda İrandan idxal olunan kartoflar çoxdur. Əgər yetişdirdiyimiz məhsulun saxlanılmasına dövlət dəstək versə, bir kiloqram kartofun belə idxal olunmasına gərək qalmaz. Əks halda, gələn heç kim kartof əkməyəcək…”
Ardını oxu...
Publik müraciət

Sizə media üzərindən müraciət etməyim - qəbulunuza yazılmağıma qadağa qoyulması, yazılı müraciətlərin qəbul edilməməsi, poçtla göndərilən məktubların “yoxa çıxmasından” qaynaqlanır.

Torpaqlarımıza düşmən saldırısının ilk günündən AMEA -nın aspiranturasında təhsilimi, elmi işimi atıb, iki körpə uşaqlı ailəmi Allahın ümidinə qoyub, Qarabağ uğrunda savaşa getməyimdən , bu yolda 1-ci dərəcəli Qarabağ əlili olmağımdan 30 ildən də çox keçir. Son xidmət yerim olan DİN Daxili Qoşunları və Maliyyə Plan İdarəsi hərbi qanunvericiliyin tələblərinə qarşı çıxaraq mənə nə işdənçıxarma pulu, nə geyim- əşya kompensasiyası, nə məzuniyyət, ezamiyyət pulu, nə sığorta ödənişi və əvəzində kompensasiya verib, nə rütbəm artıb, nə vəzifəm düzgün vurğulanıb (döyüş komandirinə olmayan kimya müdafiəçisi görəvi yazılıb) , nə xidmət ilim düzgün hesablanıb, nə mənzil və digər güzəştlər tətbiq edilib. Bircə tibbi təminat hüququm saxlanılırdı, ona da keçən ildən qadağa qoyulub. 1978-ci ildən leytenant hərbi rütbəsi daşıyan 45 ilin zabitinin Azərbaycan Silahlı Qüvvələrində zabit rütbəsində xidmətdə olmadığı rəsmi məktublarla bildirilir, pensiyam düzgün hesablanılmadığından , tabeçiliyimdə olanlarınkından üç dəfə azdır. DİN MPİ “Hərbi qulluqçuların pensiya təminatı haqqında” qanunun 15v və 23b maddələrinə əsasən pensiyama minimum pensiyanın uyğun olaraq 300 və 100 faizi həcmində əlavəni, 58-ci maddə əsasında dolanacaq xərcləri indeksinin dəyişilməsi ilə əlaqədar pensiyamı yenidən hesablamayıb. İnzibati və məhkəmə təminatı hüququma da qadağa qoyulub. Hərbi prokurorluq Daxili Qoşunların, məhkəmə DİN-in saxta vəkili və nümayəndəsi, Vəkillər Kollegiyasının intizam komissiyasının üzvü Əlirza Həbilovun qeyri-prosessual sifarişi ilə şikayət(lər)imə , iddia(ları)ma mahiyyəti üzrə baxılmasına imkan vermir. Özbaşınalıq o həddədir ki, Prezidentə, baş prokurora, məhkəməyə müraciət etdiyimə görə məndən – 1-ci dərəcəli Qarabağ əlilindən məhkəmə yolu ilə 30 milyon manat tələb edilir. Heç demə, Konstitusiyanın 57, 60, 68 -ci maddələri ilə təminat verilən müraciət hüququ , inzibati və məhkəmə təminatı hüququ, özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququndan yararlanmaqla, DAXİLİ QOŞUNLAR BAŞ İDARƏSİNİN “ŞƏRƏF VƏ LƏYAQƏTİNİ” (idarənin şərəf və ləyaqəti olur?) elə ləkələmişəm ki, yalnız 30 milyon manatla yuyula bilər.

2007-ci ildən DSMF-ə keçən pensiyam DİN -də təyin olunmuş məbləğdən 45.10 manat çıxılmaqla azaldılıb. Halbuki “Əmək pensiyaları haqqında” qanunun 26.1-ci maddəsinə görə, əvvəllər təyin edilmiş pensiyanın ümumi məbləği ( bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə ) dəyişdirilmədən şərti çevrilməsi aparılır. Sözügedən qanunun 19.1.4 maddəsinə görə, 1-ci dərəcəli əlillərə qulluğa görə verilən aylıq 11 manat pensiyama əlavə olunmayıb. Bu maddə 2019-cu ilin aprelindən ləğv edilib və əlilə qulluq edən şəxsə Prezident təqaüdü (hazırda 100 manat) ilə əvəz olunub .NK -nın 08.01.2013 tarixli qərarı ilə ikiqat artırılan ərzaq payı əvəzinə pul kompensasiyası da 10 ildir pensiyaya əlavə olunmur. DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı bunu DİN -in, DİN isə DSMF-in hesablamalı olduğunu bildirir. Prezidentin 23.12.2021 tarixli 1525 saylı fərmanı ilə hərbi qulluqçuların vəzifə maaşlarına müəyyən edilmiş 20 faizlik əlavə “Əmək pensiyaları haqqında” qanunun 13.05. 2022-ci ildə ləğv edilən 29.2 maddəsi əsasında pensiyanın yenidən hesablanmasına gətirməyib.

DİN -in saxta vəkili və nümayəndəsi (vəkil dövlət orqanının nümayəndəsi ola bilməz, dövlət orqanının nümayəndəsi isə vəkil) Əlirza Həbilov Şəki İnzibati-İqtisadi Məhkəməsində 15.02.2019-cu ildə qərar qəbul edilmədiyini , iclasın növbəti tarixə təyin edildiyini “e -məhkəmə” sistemi sübut etdiyi halda, həmin tarixə keçmiş həmkarı hakim İlqar Cabbarova saxta iddianın mümkün sayılmaması haqqında qərardad qəbul etdirib və 5-ci ildir bu qərardadı bütün məhkəmə instansiyalarında Konstitusiyadan, Ali Məhkəmədən üstün “normativ hüquqi akt” kimi tətbiq etdirir. Bakı İnzibati Məhkəməsinin hakimi Orxan Həsənov bir illik süründürməçilikdən sonra 20.06.2022 tarixli qərardadla mümkün sayıb, cavabdehlər DİN və ƏƏSMN tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı üzrə icraatı ayırdığı iddiamı 22.12.2022-ci il tarixli qərardadla mümkün saymayıb ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 15.02.2019 tarixli qərardadı hələ də qüvvədədir. Axı heç DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı bu iş üzrə tərəf deyil! Və axı Ali Məhkəmə Plenumunun 10.04.2015 tarixli 5 saylı “ İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Qərarının 8.3 bəndinə görə, İDDİANIN MÜMKÜN SAYILMAMASI HAQQINDA QƏRARDAD, YENİDƏN MÜMKÜNLÜK ŞƏRTLƏRİNƏ ƏMƏL ETMƏKLƏ, EYNİ PREDMET ÜZRƏ İDDİA QALDIRMAQ İMKANINI İSTİSNA ETMİR! Məhkəmə Konstitusiyaya, Ali Məhkəmə Plenumunun məhkəmə təcrübəsinin vahidliyi prinsipi haqqında qərarına istinad etmək əvəzinə, tərəflərin hüquq bərabərliyi prinsipini də pozub. DİN -in keçmiş səlahiyyətli nümayəndəsi və vəkili Əlirza Həbilov məhkəməyə 3 ilin vəkili Orxan Qılman oğlu Babayevi DİN-in nümayəndəsi kimi göndərib. Bakı İnzibati Məhkəməsinin özbaşınalığına baxın, hakim Orxan Həsənov qəbul etdiyi saxta qərardadlarını da 3 aydan sonra “tanışlıqla” verib.

Bakı Apellyasiya Məhkəməsinin Şərafət Məmmədova, Pərviz Hüseynov və Cahangir Yusifovdan ibarət heyəti hər iki işə necə təyin olunub? Aydındır ki, hakimləri də VK-nın intizam komissiyasının üzvü, fərdi vəkil Əlirza Həbilov Ədliyyə Nazirliyindəki dələduz məmurların dəstəyi ilə “seçir”. Yoxsa, 7 ildir dövlətin adından çıxardığı 20.06.2016 tarixli 2-1 (81)-1095/16 saylı qərarının icrasını təmin etməkdən imtina edən, heç 7 ildir qərarını icraya belə yönəltməyən, borclu DSMF-in iş üzrə cavabdehlik daşımayan şəxsinin saxta məktubu (?) ilə “icraata xitam verdirən” qərəz hakimi Şərafət Məmmədova yenidən hakim təyin olunmazdı. Təsəvvür edin, bu heyət də DİN-in 1-ci dərəcəli Qarabağ əlilinə dövlət hesabına vəkil ayrılmasından imtina edib, amma DİN-in hesabına (?) vəkillik edən Orxan Qılman oğlu Babayevi etibarnaməsi olmadan DİN-in nümayəndəsi kimi işə buraxıb. Və DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi 02.05.2023-cü ildə şikayətvermə müddəti bitməmiş yekun məhkəmə aktı ilə apellyasiya baxışından çıxarıb. DİN -ə qarşı 17.05.2023 tarixli qərardad isə hələ də verilmir. Məhkəmə tərkibinə etirazım da sədrə verilmir. Gerçəkdə heyət özünə etiraz etməlidir. Mülki Prosessual Məcəllə, İnzibati Prosessual Məcəllə, “Məhkəmələr və hakimlər haqqında” qanunun tələblərinə görə, birinci , apellyasiya və ya kassasiya instansiyasında işin baxılmasında iştirak etmiş hakimin işə yenidən baxılmasında iştirakı yolverilməzdir və hakim mütləq işin baxılmasından kənarlaşdırılmalıdır.

...Pensiyamın düzgün hesablanmaması haqqında şikayətlərimə cavab olaraq Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktoru Şahin Əliyev 26.01.23, onun müavini Elnur Qurbanov 22. 02. 23 tarixli məktublarla pensiyamın məhkəmə qərarı ilə ayrılan 110 manat əlavə ilə birlikdə 1112.44 manat olduğunu və 30 gün müddətində məhkəməyə müraciət etmək hüququmu bildiriblər. Bakı İnzibati Məhkəməsi (hakim Bəhlul Cəlalov) mart ayında işi icraata götürəndə isə apreldən 6 il qabaq 05.07.2017 tarixli 2-1 (81)-1889/17 saylı Bakı İnzibati Məhkəməsinin (hakim Elçin Məmmədov) qərarı ilə pensiyama 1-ci dərəcəli Qarabağ əlili kimi “Əmək pensiyaları haqqında” qanunun 19.2.5 maddəsi əsasında əlavə olunan 110 manatı kəsib, pensiyamın məbləğini yenidən 138.79 manat azaldıb 973.65 manata salıblar. Özbaşınalığa, məhkəmə təminatı hüququna qadağaya baxın, məhkəməyə müraciət etməyimi bildirirlər, məhkəməyə verəndə isə qərəzlə məhkəmə qərarı ilə pensiyama əlavə olunan əlavəni çıxıb, daha da azaldırlar. Belə sosial təminat, məhkəmə təminatı hüququ olar? Hakim Bəhlul Cəlalov obyektiv hakimdir, 02.05.2023 tarixli hazırlıq iclasında məhkəmə qərarı ilə ayrılan pensiyaya əlavənin kəsilə bilməzliyini dedi və 16.06.2023-cü ilə iclas təyin etdi. Hətta mənə qanunla müəyyən edilmiş, lakin verilməyən, özümün də xəbərsiz olduğum əlavə ödənişləri hesabladacağını vurğulayan hakimə yenə də ədliyyə, vəkil dələduzluğu ilə basqı yapılacağından çəkinirəm. Başına gələn başmaqçı olar, deyiblər, elə Bakı İnzibati Məhkəməsinin qətnamə ilə qərardadı Əlirza Həbilovun göstərişi ilə ayıra bilməyən hakimi Elvin Əliyev, qərardadla qərarı eyni sayan Orxan Həsənov və yuxarı instansiyalar da öncə “obyektiv” görünürdülər.

Ümumiyyətlə, cavabdeh DİN ilə mənim aramda mahiyyəti üzrə baxılan heç bir məhkəmə işi, qərarı yoxdur, imkan verilmir . Digər cavabdeh ƏƏSMN -ə qarşı iki iş üzrə isə mənim xeyrimə qərarlar qəbul edilib. Vurğuladığım kimi, 20.06.2016 tarixli 2-1 (81)-1095/16 saylı Bakı İnzibati Məhkəməsinin mənzillə təminat barədə qərarı 7 ildir icra olunmur, yeganə icra olunan 05.07.2017 tarixli 2-1 (81)-1889/17 saylı qərarı isə borclu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı bu ilin aprelindən icra etməkdən imtina edir. Özbaşınalığa baxın, Prezidentin, MM-in, Konstitusiya Məhkəməsinin ləğv edə bilmədiyi məhkəmə qərarını Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ləğv edib! (?)

DİN isə nəinki ona qarşı iddiama mahiyyəti üzrə baxılmasına imkan verir, hətta tərəf olmadığı, mənim xeyrimə çıxarılan məhkəmə qərarlarının icrasına polisin, VK-nın, ədliyyə, icra məmurlarının sifarişi ilə qadağa qoyur. Təsəvvür edin, Xətai məhkəməsinin 26.05.2009 tarixli, 2 (011)-451/09 saylı və 21.06.2011 tarixli, 2 (011)-855/11 saylı 2 (!) qətnaməsi ilə mənə 1-ci dərəcəli Qarabağ əlili kimi sahibkarlıqla məşğul olmağa verilən Nizami rayonu, Bəhruz Nuriyev, 10a ünvanındakı qeyri – yaşayış otaqlarını borclular ƏMDK, Nizami RİH və Ədliyyə Nazirliyinin Xətai və Nizami icra şöbələri mütəşəkkil cinayətkar dəstə şəklində ələ keçirib, özümə isə hər 5-6 ildən bir polisin “hüquqi yardımı” ilə işgəncə verirlər. Sonuncu dəfə 03.09.2022-ci ildə məni Xətai məhkəməsinin aktını saxtalaşdırmaq adı ilə məhkəmə qərarı olmadan qoluqandallı polis şöbəsinə aparıb, 24-cü PŞ-də işgəncə veriblər, 9 qabırğamı sındırıblar, ağ ciyərimdə hematoma əmələ gəlib, açıq – qapalı kəllə beyin travması xəsarəti yetiriblər, faşistcəsinə davranıb tibbi yardıma da qadağa qoyublar. 2 sutka məhkəməsiz azadlıqdan məhrum edilmişəm. Nizami prokurorluğu ekspertiza təyin edib və müvafiq rəyi alıb, lakin 9 aydır heç bir hərəkət etmir, heç Ombudsman Aparatının məktubu ilə bildirilən cinayət işinin başlanmasından imtina barədə 06.10.2022 tarixli qərarını da rayon prokuroru Pərviz

8 aydır verməkdən imtina edir. Amma bu prokuror müstəntiq Qalib Kərimlinin vəsatəti əsasında Nizami məhkəməsinə evimdə axtarış aparılmasına təqdimat yazıbmış. Bunu da Nizami məhkəməsinin hakimi Nigar Qədirlinin adından 40 gün sonra 14.10.2022-ci ildə tərtib olunan 05.09.2022 tarixli qərardan bilmişəm. Bu saxta qərardan apellyasiya şikayətimi Bakı Apellyasiya Məhkəməsi 8 ay gizlədəndən sonra baxılmasından imtina edib ki, 3 günlük müddət ötürülüb. Məhkəmə kollegiyasının hakimləri İlqar Murquzov, Qədim Babayev və Anar Tanrıverdiyev bilmir ki, həbsdə saxlanan şəxsin iddia müddətini ötürməsi onun təqsiri yox, hakimlərin, istintaq – ittiham orqanının təqsiridir. Bu cinayətdə məni tarixi olmayan cinayət işi ilə suçlayırlar. 9 aydır cinayət işinin məhkəməyə göndərilməsini, baxılmasını tələb edirəm, baxılmır. Bu saxta cinayət işini sifariş edənlər Ədliyyə Nazirliyinin icra məmurları – Ceyhun , Elçin (tel. 0507704020) , VK-nın dələduzluqla məşğul olan vəkilləri, Bakı İnzibati Məhkəməsinin keçmiş, Xətai məhkəməsinin hazırkı sədri Rəşid Rzayev və başqalarıdır. Təsəvvür edin, Xətai məhkəməsinin keçmiş hakimi Raziyə Ataşovanı icra məmurları istintaq – işgəncə kamerasında müstəntiq Qalib Kərimlinin vasitəsilə üzümə durdurublar və o 17.07.2014-cü ildə verdiyi qətnaməni və icra vərəqəsini verdiyini danmaqla cinayətkar saxtalığa imza atıb, yalan məlumat verib. Raziyə Ataşova məhkəmə qərarı olmadan həbsdə saxlanmağım cinayətini də bilib, xəbər verməyib. Elə Nigar Qədirli kimi, rayon prokuroru Pərviz İbayev kimi. Xətai məhkəməsinin sədri Rəşid Rzayev nəinki 15 ildir icra olunmayan məhkəmə qətnamələrini icra etdirir, heç verdiyim ərizələrə belə baxmır. Bakı İnzibati Məhkəməsində olduğu kimi. Belə hakim(lər) necə başqalarına örnək ola bilər, bəyəm sədrlik kürsüsü bunların altına yazılıb?

Sizdən məhkəmə təminatı hüququma qadağanın aradan qaldırılmasını, dövlət hesabına vəkillə təminatımı diləyib, Konstitusiyanın ölkədə ən yüksək hüquqi qüvvəyə malik olduğunu məhkəmə hakimiyyətinin diqqətinə çatdırmağınızı, işlərə obyektiv baxılmasını təmin etmək məqsədilə, müraciətimdə adı keçən məhkəmə işlərini nəzarətə götürməyinizi xahiş edirəm.

Məğrur Bədəlsoy
/paralel.az/
 
Ardını oxu...
Ata mülkündən miras payını 6 ildir ki almaqda məhkəmə çəkişmələri ilə əziyyət çəkən vətəndaş Qurbanova Cəmilə Ağaşirin qızına hər dəfə bir bəhanə gətirilir. Qeyd edək ki, Şirvan şəhər Əzizbəyov küçəsi 38 indiki Ə.Vahid küçəsində 2 sot içində 50 kv. m. 3 otaqlı fərdi yaşayış evinə dair 1961 -ci il Texniki pasportun müqabilində iddiaçının şəxsi vəsaiti hesabına DƏDRX- nin 13 saylı Şirvan ərazi idarəsində müvafiq ödəniş edilməklə Çıxarış sənədi də əldə edilmiş, İş üzrə təyin edilmiş Ekspertiza idarə əməkdaşları tərəfindən həmin evin natura şəklində bölgüsünün mümkünsüzlüyü barədə qərar da verilmişdir. Buna baxmayaraq həmin evdə 7 vərəsənin 5i , başda Qismət Ağaşirin oğlu Qafarov olmaqla digər qardaşları ilə birgə o boş qalan ata mülkünü kirayəyə verib pul qazanmaqdan ötrü öz paylarını evin kiçik qardaşı hazırda Rusiyanın İrkutsk vilayətində illərdir yaşayan Qafarov Bayram Ağaşirin oğluna bağışlamaqla guya paylarından imtina edirlər.
Digər vərəsə iddiaçı isə Qurbanova Cəmilə Ağaşirin qızı ona düşəsi 1/7 payı belə olduğu halda pul for maşında kompensasiya şəklində haqlı olaraq tələb edir.Tələbkar iddiaçı Qurbanova Cəmilə Ağaşirin qızının notarial səlahiyyətli nümayəndəsini isə keçirilən məhkəmə prosesində 11:30 30 may 2023 tarixində İrkutskdakı qardaşını müdafiə edən hazırda Şirvan şəhərindəki Real Marketin sahibi Qafarov Qismət Ağaşirin oğlu, zalda iştirakçı olaraq " Bayram gələr qarnına soxub səni öldürər !" deməklə iddiaçı vərəsəyə miras payı tələbindən boyun qaçırmağa çalışdı.
Və çox təəssüflər olsun ki Vərəsələrdən olan lakin illərdir burada yaşamayan Bayram Qafarovun bu təhdid edici diqtəsinin məhkəmə zalında səsləndirilməsinə hakim Ceyhun Mustafayev hər hansı bir qanuni tədbir görmədi.
Görünür Şirvan şəhərində sahibkar olaraq iri market sahibi kimi REALMARKETIN rəhbəri Qafarov Qismət nəyinəsə arxayın olur ki Azərbaycan Respublikasının adından qərar çıxaran bir dövlət binasında bucür təhdid edici çıxışlar səsləndirir.
Qeyd edək ki növbəti məhkəmə prosesi bir daha iddianın payçılar üzərində bağışlanma məsələsinə görə dəyişdirilməsi üzündən yenidən sözügedən fərdi yaşayış evində ölçü aparılması məqsədilə Ekspertizaya sorğu göndərilməsi üzündən təxirə salındı.
Proses keçirilən günün axşamı , bir daha İrkutskdan vatsap videozəngi ilə iddiaçı payçı Qurbanova Cəmilə Ağaşirin qızın qanuni səlahiyyətli nümayəndəsinə zəng edilərək ölüm təhdidi də edilmişdir. Məsələ artıq nəzarətə götürülməsi məqsədilə lazımi hüquq mühafizə orqanlarına müraciət də edilmişdir.
Mövzuya qayıdacağıq...

Dia.az üçün hazırladı
Xəyyam Qurbanlı.
 
Ardını oxu...
DİA.AZ: - Mingəçevir Dövlət Dram Teatrının işdən məcburi qovulan əməkdaşı Natiq Əhəd oğlu Hüseynov tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:
"Mən Hüseynov Natiq Əhəd oğlu - Mingəçevir Dövlət dram teatrında Səhnə Baş maşinisti işləmisəm.Bu ilin mart ayında Teatra 5-6 aydır təyin olunmuş , Bakı uşaq Və Gənclər Teatrının rəhbəri İntiqam Soltan Həsənli qərəzlilik fonunda işimi deyişərək cəza metodu kimi maşinist işinə təyin edib .Bu qərəzlilik isə tamamilə əsassız idi Mən Dövlət tədbirlərinə 10 ilə yaxındır Səhnə qurmaq və digər bütün işləri görmüşəm.Bu dəfə də Novruz bayramı ərəfəsində şəhərdə Bayram Təbriki üçün personajları gəzdirərək maşının bəzədilməsi işində başqalarının ucbatından məni hədəfə aldı, teatrın direktoru. Çünki mən səhnə qurmaq üçün fəhlə pulunu birbaşa nəğd götürməyi xahiş etmişdim direktor isə bunu özü alıb verəcəyini ( maaşımın üzərinə alınacaq pulun 10-20 faizini )israr edirdi .Bu zamandan başlanan direktor prinsipiallığı məni daima izləməyə təqib etməyə başladı .Teatrda işçilərə həmçinin mənə məcburi bilet almağı tapşırırdı .Buna etiraz edənləri ya işdən çıxarmaqla ya da iclaslarda asagilamaqla davam edirdi..Direktor İntiqam Soltan Həsənli 20 gün öncə mənim teatrdakı həmkarlarımla zarafatima don geydirerek işçilərin ərizəsini alıb mənə qarşı qoydu .Hətta onların polisə gedib məni şikayət etmələrinə bilavasitə təsir etdi Buna əyani sübut işçilərdən birinin qohumunun Teatra gələrək direktoru axtarması və ona "qadınları niyə polisə get əyə Vadar etdiyini " irad tutmaq istəməsi oldu .hətta həmin vətəndaşa ( hansı ki şikayətçi kimi üzərinə salınan iş yoldaşlarımdan birinin qohumu ) Teatrın heyətində əsəbləşərək narahat olması sonrası Təcili yardım çağırıldı .Teatrda əksər əməkdaşlar buna şahid oldular .Polisə cagrıldım məni cərimələdilər ki, sen ünvansız söyüş etmisən ( müəssisənin nüfuzuna təhqir ).Bunu. Ardınca məni məcbur etdilər ki, işdən getməlisən Direktor yalnız öz prinsipinə uyğun addım atırdı .Mən dəfələrlə xəstəxanaya düşdüm.Mənə qarşı təzyiqlərə dozəmmirdim .evdə uşaqların var ailem var , işdən çıxmaq mənə ölumdür .Direktor bununla yanaşı " ixtisar " oyununa başladı Bir gün çağırdı ki, ixtisara düşüb sənin ştatın .İzah etdim ki, mən 13 dir işləyirəm həmişə yaxşı işci olmuşam..Tərifnamələrim , mükafatlarım var , mənim himayemdə iki həddi buluğa çatmayan ( 16 yaşa çatmayan ) övladım var. yenə də xeyri olmadı .Bu dəfə Teatra vəkil dəvət edib onunla birgə mənim qanundan anlayışım olmamasından sui istifadə edərək sənədləşmələrə , özünün təyin etdiyi Müəssisənin Həmkarlar Təşkilatının qərarlarının mənə qarşı olan hissləri ilə mənə ləkələmə kompaniyası başlatdı .Qeyd edim ki, vəkil bizim həmkarımizin ( direktora yaxın aktyorun ) qardaşıdır .Və mənə " ərizə ilə yaz çıx , yoxsa 70-in ç bəndi ilə ləkeleyəcəyəm " - deyən direktor İntiqam Soltan israrla əməlini həyata keçirdi ..Mən qorxdum ki, ləkələnərəm ..ərizə verdim.,sonra Mingəçevir Şəhər Prokurorluğuna şikayət yazdım.Orada qeyd etdim ki, məni məcbur edirlər işdən çıxmağa .həmçinin dəfələrlə kollektivin qarşısında məni iş sahəmdən və iclaslarda qovub çıxarıb , şərəfimə mənliyimə asagilıq kimi qəbul etmişəm..Teatrda Baş rejissor açıq aşkar söyüşlər edir , istədiyi yerdə siqaret çəkir , davranışı pis ,kobud , Direktor isə həmişə iclaslarda hədə ilə , nəcburiyyet ilə davranır bunlara bir son verən yoxdur .Ama bir fəhləyə qayrşı bu qədər prinsip və qərəz biabırçılıqdır .Bütün instansiyalara - Prezidentə , Vitse Prezidentə , Baş Prokurorluğa , Mədəniyyət Nazirliyinə , Əmək Müfəttişliyinə qədər müraciətim davamlı olacaq.Mingəcevir Teatrinin Direktoru İntiqam Soltanın bu əməlləri hardan qaynaqlanır ? Teatrda onsuz da Əvvəllər daima Problemlər olub , bu adamı göndərmişdilər ki, hər şeyi yoluna qoysun .adam əksinə istəyənləri işdən çıxarıb özünə maraqlı adamları işdə saxlayır Uzun illərdir adları gərəksiz yerlərdə yazılıb maaş alanları təhdid etsə də işdən çıxarmadı, əksinə işləyənlərə qarşı aqressiya göstərdi.Teatrda problemlərin həllinə gələn adam , özü problem yaradır .Xahiş edirəm Mətbuat olaraq mənim fəryadımı , problemi gərəkən rəsmi orqanlar qarşısında aşkar edəsiniz , icrimaikəsdiresiniz .Teatr direktoru Teatra sanki çayxana açmaga gəlibmiş kimi davranır , sanki gəlib ki, Mingəçevir teatrında işləyən şəhər adamlarını işsiz qoyub , bakıdakı öz teatrını buralarda gətirib reklam edib onlara qazandirmaliymisiq .Bizim də ailemiz ,uşaqlarımız var , dolanammiram, evində xəstə adam var, Qardaşım Qarabağ qazisidir..Bütün bunlara baxmayaraq Mingəçevir Teatrının direktoru qənim kəsilib. Teatrı yenidən yoxlasalar, burda Direktorun və yeri gələndə Baş rejissorun , Həmkarlar Təşkilatının. Əməlləri üzə çıxacaq".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ardını oxu...
"Şikayətin Əmlak Məsələləri Dövlət Xidmətindəndi, sözdə 14 iş günü ərzində poçtla göndərilməli olan ərizə artıq 2 ay yarımdı verilmir". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Kamran Həsənov adlı istifadəçi giley edir.

Narazı vətəndaş daha sonra yazır: "Yerli idarə isə işlərinin çox olduğunu zamanı gələndə verəcəyik deyirlər. Bu necə olur başa düşmək olmur, qaynar xətdə yalandan şikayətlərə baxır".
Ardını oxu...
İddia olunanlarla bağlı teref.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 
Dünyapress TV

Xəbər lenti