Ardını oxu...
DİA.AZ: - ""Azneft" rəhbırliyinin bundan xəbəri varmı? Artıq 4 gündür ki, 28 May NQÇİ platformalarına növbə dəyişməyə gedəcək neftçilər hər gün Bakı və rayonlardan Pirallahıda olan helikopter meydançasına gəlir və bir müddət keçdikdən sonra helikopter çatışmamazlığı bəhanəsilə geri qaytarılır". DİA.AZ bildirir ki, bu barədə Neft Daşlarında çalışan neftçilərin adından edilən müraciətdə qeyd olunur.

"Kim nə qazanır bilmirik, amma neftçilər hər gün əmək haqlarının müəyyən hissəsini itirirlər" deyə problemi qabardan neftçilərin müraciətində daha bir narahatçılıq yaradan olayla bağlı da fakt təqdim olunur. DİA.AZ müraciətin davamını təqdim edir:

"4 gün əvvəl COVİD virusunu yoxlamaq üçün neftçilərdən alınmış yaxma "qıcqırdığı" üçün onlardan yenidən yaxma alınacaq. Otel qeyd olunacaq. Neftçilər qayıdıb evlərinə gedəcək, sonra yeni cavabla helikopter meydançasına gələcək və s.

İndi hesablayın qazanan kim, əziyyət çəkən kim?.."

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Ardını oxu...
DİA.AZ: - "Türkiyənin böyük yazıçısı Əziz Nesinin məşhur bir əsəri var: "Taxtalı göydən məktublar". Hər gün Naxçıvandan mənə göndərilən onlarla məktubları oxuyanda yadıma həmin əsər düşür". DİA.AZ bildirir ki, bu barədə tanınmıç jurnalist Heydər Oğuz paylaşım edib.

Jurnalist daha sonra yazır: "Bənzərlik təkcə Naxçıvanda yaşananlarla kitabda nəql olunan hadisələrin mahiyyət etibarilə eyniyyət təşkil etməsində deyil, həm də ondadır ki, Vasif Talıbovun sayəsində Naxçıvan həqiqətən "taxtalı göyə" - ölü diyara çevrilib.

Ölü diyardan göndərilən məktublardan biri xüsusilə diqqətimi cəlb etdi. Məktub müəllifi Naxçıvan Ali Məclisinə ürək sözlərini yazıb bizə göndərib. Bildirir ki, Naxçıvanda Ali Məclisin sədrinə məktub yazmaq da təhlükəlidir. Buna görə polislər şikayətçilərə divan tuta və məktub "xan" həzrətlərinə gedib çatmaya bilər. Vasif müəllim isə Qara Pişiyin yazdıqlarından mütləq xəbər tutur. Odur ki, ən salamatı, ürək sözlərini Qara Pişiyin postalyonluğu ilə "xan"a çatdırmaqdır.

"Taxtalı göy"dən məktubu "xan" həzrətlərinə təqdim edirik:"
Ardını oxu...
Sehran Qasımov 10 ilə yaxındır ki, işsizdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işsiz kimi rəsmi qeydiyyata alınsa da, ötən dövrdə özünə uyğun iş ilə təmin edilməyib. O deyir ki, təklif edilən işlər ya yaşına uyğun olmayıb, ya da maaşı altı nəfərlik ailəni dolandırmağa bəs etməyib.Son çarə olaraq həyətindəki zeytun ağaclarının barından qazanmaq üçün Dövlət Məşğulluq Agentliyindən (DMA) kömək istəyib, amma bu dəfə də bəxti gətirməyib.

"Düşündüm ki, yağ tutub sataram"

"Özüm Bakı Dövlət Universitetinin kimya-biologiya ixtisasını bitirmişəm, uzun illər dövlət işlərində yaxşı vəzifələrdə çalışmışam. Sonra bəzi səbəblərdən ayrıldım, ticarət ilə məşğul oldum. 58 yaşım var, özümü biləndən də boş-bikar qalmamışam. Sonradan iş tapa bilmədim, Dövlət Məşğulluq Agentliyinə müraciət etdim. Amma müraciətlərim hələ də cavabsız qalır", - Qasımov AzadlıqRadiosuna müsahibəsində deyib.Bakının Binə qəsəbəsində yaşayan Qasımov danışır ki, uyğun iş tapmağa kömək olmayan agentlikdən zeytun yağı istehsalı üçün yardım istəyib, amma bu dəfə də əliboş qayıdıb. "Həyətdə dörd-beş zeytun ağacı var ki, hamısından da yaxşı məhsul yığıram, özüm üçün duza qoyub, qohum-əqrəbaya da verirəm. Düşündüm ki, yağ tutub sataram, həm həyət məhsulu istəyənlər faydalanar, həm də çörəkpulu qazanaram. Amma agentlik "yardım edəcəyik", "müraciətə cavab verəcəyik" deyərək uzun müddətdir ki, məni yola verir. Ötən ildən cavab gözləyirdim, zeytun qurudu, cavab gəlmədi. Məcbur qalıb indi duza qoyuram, bəlkə, kimsə eşidər, alar", – o əlavə edib.

"Agentlik get-gedə saldı"Kimliyini anonim saxlayan 40-yaşlı xanım da AzadlıqRadiosuna Dövlət Məşğulluq Agentliyindən gileylənib. Onun sözlərinə görə, nə iş tapa, nə də iş qurmaq üçün avadanlıq ala bilir.

"Onsuz da kasıb adamam, hər dəfə oğul-qız əlinə baxmağa möhtacam. İstədim ki, pensiya yaşıma kimi işləyim, ya da 17 yaşımda öyrəndiklərimi işə salım, DMA-dan avadanlıq alım. Avadanlıqlarım olsa idi, toxuculuq ilə məşğul olardım. Növbəyə düşsəm də, nə avadanlıqları aldım, nə də bir xəbər verdilər. Onsuz da təklif edilən işlər ya məsafə, ya maaşa görə uyğun olmur. Agentlik get-gedə saldı, yaş elə artır ki, birazdan onsuz da toxumağa görən gözüm qalmayacaq", – o söyləyib."Özünüməşğulluq yalnız kənd təsərrüfatına köməklə məhdudlaşmalı deyil. Proqram digər sahələri də əhatələməlidir. Amma bizdə agentlik inək, qoyun, keçi verməklə işini gördüyünü düşünür. Təəssüf ki, bu, belə deyil. Hətta gələn il üçün 100 faiz kənd təsərrüfatını əhatə etmək nəzərdə tutulub ki, bu, tamamilə, yanlışdır və qeyri-effektiv olacaq", – o deyib.Onun sözlərinə görə, gələnilki büdcə layihəsində torpaq payı olanlar da işsiz sayıla biləcək. Lakin ekspert bunun özünüməşğulluq proqramından yararlanacaq şəxslərin sayını artıracağına inanmır. O, köklü islahatları vacib sayır.Deputatlar da narazıdır - Özünüməşğulluq xidməti də özünü doğrultmur.

Milli Məclisin deputatı Razi Nurullayev noyabrın 17-də parlamentin iclasında məşğulluq mərkəzlərinin fəaliyyətinin qənaətbəxş olmadığını dilə gətirib."Aidiyyəti üzrə göndərdikləri iş yerlərinin 95 faizində vakansiya az qala iki aydır ki, tutulmuş olur. Amma müsbət həll olundu kimi qarşısına "üstəgəl" işarəsi qoyulur və o vətəndaşın evi yıxılır. Çünki bu yalançı "üstəgəl" işarəsi onun bütün instansiyalara qapısını bağlayır. Belə çıxır ki, dövlət idarələri, özəl şirkətlər, digər qurumlar bir-birini aldatmaqla məşğuldur? Bizə isə yalan rəqəmlər yox, narazı insanların sayını azaldacaq real nəticələr lazımdır. Özünüməşğulluq yardım deyil, biznes fəaliyyətidir", – deyən Nurullayev deputatların komissiya yaradaraq monitorinq və sorğu aparmasını təklif edib.Deputat Fazil Mustafa da AzadlıqRadiosuna müsahibəsində DMA-nı "insanları yola vermək üçün nəzərdə tutulan", insanların vaxt itkisinə səbəb olan qurum adlandırıb: "Vətəndaşlar müraciət edir, onlara elə iş təklif olunur ki, insanlar bir daha yolunu oradan salmır. Maaş aşağı, şərtlər isə çətindir. Mahiyyətcə məşğulluq proqramları fərqli idarə olunmalıdır. Azərbaycanda da bu, dövlətə deyil, özəl biznes qurumlarına, sahibkarlara həvalə edilməlidir. Dövlət öz üzərinə götürəndə maaşlar aşağı olur. Amma özəl sektora tapşırılsa, sistem daha yaxşı işləyər. Bu məsələ müzakirəyə çıxarılmalı, islahatlar aparılmalıdır".

Agentlikdən cavab – Özünüməşğulluq 5 ildə 13 dəfə genişlənib.

Dövlət Məşğulluq Agentliyindən (DMA) AzadlıqRadiosunun sorğusuna cavab olaraq bildiriblər ki, 2021-ci ildə proqrama 16 min 232 şəxs cəlb edilib. Bu da proqramın icrasına başlandığı 2017-ci il ilə müqayisədə 13.6 dəfə artım deməkdir. Qurumun açıqlamasına görə, 2020-ci ildə 12 min, bu ilin 9 ayı ərzində isə 12 min 758 nəfər özünüməşğulluq proqramına cəlb edilib.DMA nizamnaməsinə əsasən, özünüməşğulluq proqramına işsiz kimi qeydiyyata alınmış şəxslər, eyni zamanda mülkiyyətində kənd təsərrüfatına yararlı pay torpağı olub, digər məşğulluğu olmayan, işaxtaran kimi qeydiyyata düşənlər müraciət edə bilər."2022-ci ilin yanvar-sentyabrında 77.7 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub. Onlardan 26.2 min şəxs münasib işlərlə təmin edilib, 12 min 758 şəxs kiçik bizneslərini yaratmaları üçün özünüməşğulluq proqramına cəlb olunub. Agentlik tərəfindən bu ilin 9 ayında həmçinin 3 mindən çox işsiz şəxs peşə hazırlığına cəlb edilib. Qeyd olunan dövrdə 35.3 min şəxsə peşəyönümü xidmətlər göstərilib", – qurum AzadlıqRadiosunun sorğusuna cavabda qeyd edib.

"Məsələn, vətəndaşın qeyd etdiyi istiqamət (zeytundan yağ çəkmək üçün aparatla təminat) özünüməşğulluq zərflərinin siyahısında hazırda mövcud deyil. Lakin proqram çərçivəsində vətəndaşlara təqdim edilən biznes istiqamətləri üzrə istənilən vaxt proqrama müraciət edə bilər", – qurumdan deyilib.

Lakin agentlik digər tənqidlərə cavab verməyib.Sehran Qasımov isə Dövlət Məşğulluq Agentliyinə sayını itirdiyi növbəti müraciətini edəcəyini deyir.
Ardını oxu...
DİM-in milyonlarla manata icarəyə götürdüyü bina Məleykə Abbaszadənin qohumlarının imiş...
“Bakı Baş Səhiyyə Mərkəzi” Publik Hüquqi Şəxsi Zeynalov Natiq Vahib oğluna məxsus qeyri-yaşayış sahəsini icarəyə götürüb.
TEREF.AZ Yeniavaz.com-a istinadla xəbər verir ki, Bakı Baş Səhiyyə Mərkəzi Natiq Zeynalov ilə satınalma müqaviləsi imzalayıb və binanın bir illik icarəsi üçün 516 min 279 manat 12 qəpik ödəyəcəklər.
Qeyd edək ki, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1M ünvanında yerləşən və Bakı Baş Səhiyyə Mərkəzi tərəfindən icarəyə götürülən bina inzibati mərkəz kimi istifadə ediləcək.
Məlumat üçün bildirək ki, Bakı Baş Səhiyyə Mərkəzinin icarəyə götürdüyü binada daha əvvəl Dövlət İmtahan Mərkəzi fəaliyyət göstərirdi. DİM 2015-ci ildən 2022-ci ilin iyun ayına kimi Natiq Zeynalova məxsus binada fəaliyyət göstərib. Qeyd olunan tarixdən sonra isə həmin binanı Bakı Baş Səhiyyə Mərkəzi icarəyə götürüb.
DİM-in 7 il fəaliyyət göstərdiyi binanı neçəyə icarəyə götürdüyü barədə məlumat yoxdur. Amma, məlum olan odur ki, icarəyə götürülən bina DİM sədri Məleykə Abbaszadənin yaxınlarına məxsus olub.
Onu da bildirək ki, bina sahibinin atası və eyni zamanda da Məleykə Abbaszadənin qudası olan Vahib Zeynalov 2017-ci ildə vəfat edib.
2020-ci ildə isə Məleykə Abbaszadənin qızı Vahib Zeynalovun isə gəlini olan 44 yaşlı Nigar Abbaszadə də vəfat edib. Nigar Abbaszadə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru olub.
DİM-in 7 il ərzində bu bina üçün nə qədər vəsait ödədiyini öyrənmək üçün sullarımız Dövlət İmtahan Mərkəzinə ünvanladıq. Sullarımıza cavab verildiyi təqdirdə yazıya əlavə olunacaq.
 
Ardını oxu...
Bir neçə ay bundan əvvəl Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi ilə bağlı həbs olunan, barəsində Səbail rayon məhkəməsində həbs qətimkan tədbiri seçilən tanınmış “Broker” Əbülfəz Məlikovla «Körpü-Bina-Tikinti» MMC sədri Xəlil Göyüşovun bir neçə ortaq iş birliyi olması haqqında "Azərbaycan Reallığı"na məlumatlı mənbədən bilgilər daxil olub. Mənbə iddia edir ki, Ölkəyə gələn inşaat və metal biznesi Əbülfəz Məlikov və Xəlil Göyüşovun ortaq biznesi olub.

Həmçinin bir neçə gün bundan öncə, yerli KİV-də Xətai rayon NZS qəsəbəsi Pivə zavod adlanan ərazinin yaxınlığı, Zakir Yusifov küçəsində «Körpü-Bina-Tikinti» MMC-nin sədri Xəlil Göyüşovun milyonlarla dəyəri olan mülkləri başlıqlı gedən yazıda sözü gedən ərazidə onlarla villaların fotoları yayılmışdı.

Məlum mülklərində Xəlil Göyüşovla Əbülfəz Məlikovun şərik olduğu deyilir. Daha sonra mənbə bildirir ki, hal-hazırda həbsdə olan manopolistin Novxanı ərazisində, bir neçə müllkü Xəlil Göyüşovla şərikldir. Daha sonra onların əlavə olaraq bir neçə biznesdə ortaq olduğu deyilir. Məlumatlı mənbədən daxil olan məlumatı "Azərbaycan Reallığı" araşdırmağa çalşır yaxın vaxtlarda daha geniş açıqlama verəcəyik. //"Azərbaycan Reallığı"//
 
Ardını oxu...
Naxçıvanda uşaq bağçasında işləyən müəllimlərin aylıq maaşından 40-80 manat pul tutulur. TEREF.AZ yazır ki, bu haqda "Gündəlik Naxçıvan"a bur qrup müəllim məlumat verib. Onlar deyir ki, buna səbəb kimi onların ixtisasca bağça müəllimi olmamaları göstərilir. Naxçıvanda bağçaların birində müəllim işləyən Z. Babayeva deyir ki, qoyulan şərt, maaşların kəsilməsi üçün bəhanədir:
“İxtisasca filoloqam, səkkiz ilə yaxındır bağça müəlliməsi işləyirəm. Hamı kimi mənim də maaşımdan kəsdilər. Deyirlər ki, ixtisasca Baxça müəllimi olmalısan. Bəs, indiyə kimi niyə demirdilər? Bilmirlər ki, hansı bəhanəyə pul yığsınlar. Eşitdiyimizı görə, Bakıdan gələn yoxlamaya verdikləri pulu bizdən çıxarırlar. Bu ay 50 manat az aldım. Mənim bu işdə kifayət qədər təcrübəm var. Özüm də pedaqoji təhsil almışam. Deyirlər ki, xoşun gəlmir işləmə. İşləməyim bəs nə edim?”
Digər şikayətçi Qəmər Seyidov deyib ki, oktyabr ayında onun maaşından 60 manat tutulub:
“Pedaqoji universitet bitirmişəm. 15 ildir bağçada işləyirəm. Artıq 55 yaşım var. Deyirlər ki, ixtisasın bağça müəllimliyi deyil. Bəs pedaqoq harda işləməlidir? Etiraz edəndə də deyirlər ərizəni yaz get. Haraya gedim? Bu yaşdan sonra nə işlə məşğul olum. O zaman ixtisasım üzrə iş versinlər”
Teref.az
 
Ardını oxu...
Gəncə Şəhər İcra Hakimiyyəti Gəncə şəhərində abadlıq işlərinin satın alınması ilə bağlı müsabiqəyə yekun vurub.

Qaynarinfo xəbər verir ki, müsabiqənin qalibi "Gəncə Körpü Tikinti-2” Açıq Səhmdar Cəmiyyəti (ASC) olub. İcra Hakimiyyəti ilə ASC arasında maliyyə dəyəri 2 725 267.36 AZN təşkil edən satınalma müqaviləsi imzalanıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, "Gəncə Körpü Tikinti-2” ASC 11 iyul 2007-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 143 104 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 47-də yerləşir. ASC-nin qanuni təmsilçisi Rzayev Süleyman Qəmbər oğludur.

Açıq mənbələrdə ASC barəsində hər hansı məlumat yoxdur. Baxmayaraq ki, "Gəncə Körpü Tikinti-2” ASC vaxtaşırı milyonluq tenderlərin qalibi olur. Yeri gəlmişkən, ASC-nin qalib gəldiyi tenderlər əsasən Gəncə Şəhər İcra Hakimiyyəti və ona tabeli qurumlara aid olur.

2021-20222-ci illərdə Gəncə Şəhər İcra Hakimiyyəti və ona tabeli qurumlarla "Gəncə Körpü Tikinti-2” ASC arasında maliyyə dəyəri 10 668 797.01 AZN təşkil edən 3 satınalma müqaviləsi imzalanıb.

ASC-nin qanuni təmsilçisi Süleyman Rzayevə gəlincə, o, 2012-ci ildə "Tərəqqi” medalı ilə təltif olunub.

Süleyman Rzayevin adı həm də Beynəlxalq Bankla məhkəmə çəkişməsində iddiaçı qismində keçir. Nəsimi Rayon Məhkəməsi Süleyman Rzayevin sözügedən banka qarşı "pulun geri qaytarılması” iddiasını təmin edib. Beynəlxalq Bank apelyasiya şikayəti versə də, birinci instansiyasının çıxardığı qətnamə dəyişdirilmədən saxlanılıb.

Yerli medianın yazdığına görə, "Gəncə Körpü Tikinti-2” ASC-nin əsl sahibi iş adamı Aqibət Məmmədovdur.

Aqibət Məmmədov bir neçə il əvvəl oğlu Rəşad Məmmədovun avtomobil kolleksiyası ilə gündəmə gəlib. Həmin vaxt yayılan məlumatlarda bildirilirdi ki, Rəşad Məmmədovun avtomobil parkında bahalı maşınlar yer alır.

Qlobal.Az
 
 
 
Ardını oxu...
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirməsi bu nazirlikdə baş verənləri, daha doğrusu, ciddi korrupsiya hallarına yol verilməsi, eləcə də nazir Anar Kərimovun postuna adekvat olmayan fəaliyyətini gündəmə gətirdi.

Mədəniyyət adına daha çox “maneken qızlarla” foto çəkdirməsi ilə yadda qalan Anar Kərimov sələfi Əbülfəz Qarayevdən heç də geri qalmır. Əbülfəz Qarayevin postundan getməsinə səbəb də korrupsiya halları və DTX-nın keçirdiyi əməliyyat nəticəsində ortaya çıxan faktlar idi. Əslində Anar Kərimov sələfindən dərs çıxarmalı, fəaliyyətini şəffaf qurmalı, mədəniyyət adına işləməli idi. Lakin o nazir postuna keçən kimi Əbülfəz Qarayevin izi ilə getməyi seçdi.

Ardını oxu...

Ortaya çıxan faktlar da bunu açıq şəkildə göstərir. Məlumdur ki, Anar Kərimovun nazirliyi dövründə dövlət büdcəsindən Mədəniyyət Nazirliyinə milyonlarla vəsait ayrılıb. Məqsəd mədəniyyətimizin, incəsənətimizin inkişafına nail olmaqdır. Lakin Anar Kərimov bu vəsaiti doğru istiqamətdə xərcləmək əvəzinə, mənimsəmək, oğurlamaq yolunu seçdi. Sanki onu nazir ona görə qoyublar ki, dövlət vəsaitini “yeyib talasın”.

Ardını oxu...

Şuşa və Hacıkənd festivallarındakı biabırçılıqlar hər kəsin yadındadır, bu tədbirlərin keçirilməsi üçün ayrılan milyonlarla vəsaitin necə “yoxa çıxdığı”nı da hamı xatırlayır. Bu bir yana, sən demə Anar Kərimov Vətən müharibəsi haqda filmin çəkilməsinə ayrılan vəsaiti də mənimsəyibmiş.

Mədəniyyət Nazirliyinin 44 günlük Vətən müharibəsi haqqında 8 seriyalı bədii filmin çəkilməsi üçün elan etdiyi tenderin qalibi Türkiyənin “Bozdağ Film Yapım Prod. Rek. İnş. Tur. San. Tic. AŞ” şirkəti olmuşdu. Seriyalın çəkilişi üçün dövlət büdcəsindən 3 milyon vəsait ayrılmışdı. Bəs bu pullar haradadır? Bəlli deyil. Çünki bu filmin ilk seriyasının nümayişi bu il noyabrın 8-də Zəfər Günündə nəzərdə tutulsa da, ancaq Türkiyəli çəkiliş qrupu filmi yarımçıq qoyaraq, Azərbaycandan gedib.

Məlumatlara görə, buna səbəb Mədəniyyət Nazirliyindəki korrupsiya hallarıdır. Nazirlik filmin çəkilməsi üçün ayrılan 3 milyon vəsaitin 2,2 milyonunu Türkiyə şirkətinə hələ də ödəməyib.

Mədəniyyət Nazirliyinin dövlət büdcəsini talaması barədə yazılanlar ilk hal deyil, bu yaxınlarda baş tutan Azərbaycan Yazıçılar Birliyinin Qurultayından Mədəniyyət Nazirliyinin “pul silməsi” iddia olunur. Məlum 203 min söhbəti də hər şeyin açıq etirafı kimi qəbul edilə bilər.

Əldə etdiyimiz məlumata görə, dövlət büdcəsindən ayrılan milyonlarla vəsait Anar Kərimovun yaxın çevrəsinin adına təsis etdiyi və həyat yoldaşı Mehriban Kərimova tərəfindən idarə olunan “Cultral Network House” və digər şirkətlər üzərindən mənimsənilir.

Ardını oxu...

Təsadüfi deyil ki, Anar Kərimov həyat yoldaşı Mehriban Kərimova üçün paytaxtın mərkəzi küçələrindən birində son bir ildə əldə etdiyi, ümumi sahəsi 400 kvadrat, dəyəri təqribən 3 milyondan çox olan ofis alıb. Bu pulların mənbəyi haradır? Əlavə şərhə ehtiyac yoxdur...

Hazırda Mədəniyyət Nazirliyinin üzərinə düşən işləri Anar Kərimovun yerinə Heydər Əliyev Fondu həyata keçirir. Özü də tam şəffaf və narazılıq yaratmadan. Elədirsə, bəs illik büdcəsi 600 milyona yaxın olan Mədəniyyət Nazirliyi, o cümlədən Anar Kərimov nə işlə məşğuldur? Dövlət büdcəsindən ayrılan milyonlarla vəsait hara xərclənir? Niyə Anar Kərimov çıxıb bunun hesabatını vermir? Mədəniyyət Nazirliyində mütəmadi olaraq baş verən həbslər və bu qurumun yarıtmaz fəaliyyəti bir daha sübut etdi ki, Anar Kərimov nazir postunda özünü doğrultmadı!
Demokrat.az
Ardını oxu...
Milli Məclisin deputatı Ülvi Quliyevin oğlu Orxan Quluzadə ilə bağlı problem yenidən gündəmi zəbt etmək üzrədir. Bir sözlə, oliqarx həyatı yaşayan Orxan Qulizadə heç də böyük sahibkar və yaxud sahibkar övladı deyil. Sadəcə Millət vəkilinin övladıdır. GundemXeber.Az bildirir ki, Ülvi Quliyev zaman-zaman mətbuatın gündəmində heç də xoş xatirələrlə qalmayıb. Təbii ki, deputatın aldığı əmək haqqı imkan vermir ki, ölkə xaricində övladı at oynatsın. Ən maraqlısı isə əldə etdiyi mülklər, bahalı avtomobillər və digər obiyektlərə sahib çıxmasıdır. Sadaladıqlarımızla bağlı dərin araşdırmalarımızdan sonra aydınlıq gətiriləcək. Eyni zamanda iddialı məlumatlar arasında Ülvi Quliyevin gənc oğlu Orxan Quluzadənin Avropadakı həyatında da mühacir şəxsin ciddi dəstəyinin olduğu yer alır. Atası Ülvi Quliyev dərman biznesi ilə məşğuldur, “LOĞMAN FARM” tibb şirkəti də Orxan Quluzadənin adına qeydiyyatdan keçib. Ü. Quliyevin adı bu vaxta qədər bir çox qalmaqallarda hallanıb. Belə ki, onunla bağlı media üzərindən apardığımız araşdırmalarda ölkədən qanunsuz kürü çıxartmaqdan tutmuş, biznes fəaliyyətinə, MTN-lə ilişkilərə qədər müxtəlif məlumatlara rast gəlindi. Ancaq təqdim edəcəyimiz iddia Ülvi Quliyevin nəinki deputat kimi karyerasına son qoya bilər, hətta onun azadlqda olmasını şübhə altına salar.

Belə ki, söhbət Deputat Ülvi Quliyevin dostu, Avropa mühacir müxalifətinin fəallarından biri olan Laçın Məmişovla hazırkı əlaqələrindən gedir. Çünki Ülvi Quliyevlə Laçın Məmişovun arasındakı əlaqələr depuatatın hakimiyyət komandası yanında daha da gözdən düşməsinə səbəb olub. GundemXeber.Az olaraq mövzünü diqqətdə saxlayırıq. Onu da diqqətinizə çatdırırıq ki, iddialarla bağlı Millət vəkili Ülvi Quliyevin mövqeyini dərc etməyə də hazırıq. Bizi izləməyi unutmayın.

GundemXeber.Az

Ardını oxu...
Naxçıvanda uşaq bağçasında işləyən müəllimlərin aylıq maaşından 40-80 manat pul tutulur. DİA,AZ bildirir ki, bu haqda "Gündəlik Naxçıvan"a bur qrup müəllim məlumat verib. Onlar deyir ki, buna səbəb kimi onların ixtisasca bağça müəllimi olmamaları göstərilir. Naxçıvanda bağçaların birində müəllim işləyən Z. Babayeva deyir ki, qoyulan şərt, maaşların kəsilməsi üçün bəhanədir:
“İxtisasca filoloqam, səkkiz ilə yaxındır bağça müəlliməsi işləyirəm. Hamı kimi mənim də maaşımdan kəsdilər. Deyirlər ki, ixtisasca Baxça müəllimi olmalısan. Bəs, indiyə kimi niyə demirdilər? Bilmirlər ki, hansı bəhanəyə pul yığsınlar. Eşitdiyimizı görə, Bakıdan gələn yoxlamaya verdikləri pulu bizdən çıxarırlar. Bu ay 50 manat az aldım. Mənim bu işdə kifayət qədər təcrübəm var. Özüm də pedaqoji təhsil almışam. Deyirlər ki, xoşun gəlmir işləmə. İşləməyim bəs nə edim?”
Digər şikayətçi Qəmər Seyidov deyib ki, oktyabr ayında onun maaşından 60 manat tutulub:
“Pedaqoji universitet bitirmişəm. 15 ildir bağçada işləyirəm. Artıq 55 yaşım var. Deyirlər ki, ixtisasın bağça müəllimliyi deyil. Bəs pedaqoq harda işləməlidir? Etiraz edəndə də deyirlər ərizəni yaz get. Haraya gedim? Bu yaşdan sonra nə işlə məşğul olum. O zaman ixtisasım üzrə iş versinlər”

DİA.AZ qeyd edir ki, Naxçıvan təhsilindəki eybəcərliklər təkcə bu faktla yekunlaşmır. Elə dünən sosial şəbəkələrdə bununla bağlı daha bir giley paylaşılıb.

Beləliklə Naxçıvandan yazırlar: "Qahab kənd məktəbində qadın 10 müəllimələrdən 10 manat iməcilik pulu yığılır... Bu xəbərlər mətbuatda paylaşıldığı üçün dünən Naxçıvan MR təhsil nazirliyi bir avtobus yoxlama tökmüşdü məktəbə..."

Dia.az olaraq məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq...

Dünyapress TV

Xəbər lenti