Ardını oxu...

Səhiyyə Nazirliyinin "Bakı Baş Səhiyyə Mərkəzi” Publik Hüquqi Şəxsi Zeynalov Natiq Vahib oğluna məxsus qeyri-yaşayış sahəsini icarəyə götürüb. Bakı Baş Səhiyyə Mərkəzi Natiq Zeynalov ilə satınalma müqaviləsi imzalayıb və binanın bir illik icarəsi üçün 516 min 279 manat 12 qəpik ödəyəcək.

Qeyd edək ki, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1M ünvanında yerləşən və Bakı Baş Səhiyyə Mərkəzi tərəfindən icarəyə götürülən bina inzibati mərkəz kimi istifadə ediləcək.

Məlumat üçün bildirək ki, Bakı Baş Səhiyyə Mərkəzinin icarəyə götürdüyü binada daha əvvəl Dövlət İmtahan Mərkəzi fəaliyyət göstərirdi. DİM 2015-ci ildən 2022-ci ilin iyun ayına kimi Natiq Zeynalova məxsus binada fəaliyyət göstərib. Qeyd olunan tarixdən sonra isə həmin binanı Bakı Baş Səhiyyə Mərkəzi icarəyə götürüb.

Təbii ki, dövlət qurumlarının özəl obyektləri baha qiymətə icarəyə götürməsi hər zaman ciddi müzakirələr yol açıb. Çünki, bu tip icarə müqavilələri hər zaman korporativ maraqlara xidmət edir.

Məsələyə münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli Bizim.Media-ya açıqlamasında bu cür halların korrupsiya mənbəyi olduğunu bildirdi:

“Belə faktların ciddi araşdırmaya ehtiyacı var. Burda korporativ maraqlar aşkar edildikdə isə mütləq şəkildə müvafiq dövlət qurumları məsələyə müdaxilə etməlidir”.

Natiq Cəfərli başqa bir vacib məsələyə də toxundu:

“Dövlət və hökümət qurumlarının keçirdiyi tenderlərdə məmurlar özlərinə və yaxud yaxınlarına aid şirkətlərin qalib elan etməsi tez-tez rast gəlinən haldır. Dəfələrlə bunun şahidi olmuşuq. Yuxarıda qeyd olunan fakt da belə halların növbətisidir. Çox zaman Tender haqqında, Satınalmalar haqqında qanunvericiliyin tələblərinin pozulması ilə bu baş verir. Baxmayaraq ki, qanunvericilikdə yazılıb ki, bəlli təcrübəsi olan şirkətlər tenderə cəlb oluna bilər. Amma reallıqda görürsən ki, 5-10 gün əvvəl yaradılmış şirkətlər qalib elan olunur. Və yaxud özlərinə yaxın olan şirkətlərlə müqavilə imzalanır”.
Ardını oxu...
Valideynlərdən pul tələb etməsilə bağlı səs yazısı yayılan 45 nömrəli məktəbin direktoru Axundova Nəcibə Novruz qızına şiddətli töhmət verilərək 34 nömrəli məktəbə direktor təyin edilməsi geniş müzakirələrə yol açıb.

Elm və təhsil naziri Emin Əmrullayev səs yazısı yayılan direktorların bir məktəbdən digərinə yerdəyişmə edilməsi məsələsinə media üçün keçirilən brifinqdə aydınlıq gətirən zaman 34 nömrəli məktəbin direktoru Nəcibə Axundova barədə də açıqlama verib. Nazir məktəb direktorları ilə bağlı həmişə narazılıqların olduğunu diqqətə çatıdırıb:

"Düşünürəm ki, bundan sonra da olacaq. Bir hal olmuşdu ki, 45 nömrəli məktəbin direktoru başqa məktəbə təyin edilib. Direktor təyin olunanda uyğun məktəbi tapmağa çalışırıq. Məktəbin nəticəsinin aşağı getməsi həmişə direktorla bağlı olmaya bilər. Direktorla bağlı neqativ hallar olanda araşdırılır. Dəfələrlə olub ki, məktəblərdə problem olub və biz direktoru işdən azad etməmişik. Çünki araşdırma zamanı məlum olub ki, birbaşa onunla bağlı olmayıb.

Bu baxımdan biz Nəcibə Axundovaya növbəti dəfə şans verdik. Mənim şəxsi fikrim ondan ibarətdir ki, ona növbəti şans vermək səhv qərar deyil. Bütün hallarda belə olacaq deyə bir şey yoxdur. Düşünürəm ki, bu məsələdə ictimaiyyət nazirliyin qərarını anlayışla qarşılayacaq".

İstisnadır, hər kəsə aid deyil...

Nazir Emin Əmrullayev adı rüşvət qalmaqalında hallanan 45 nömrəli məktəbin direktorunun 34 nömrəli məktəbə təyin edilməsinə aydınlıq gətirən zaman direktorların bir illik, müvəqqəti təyin olunduğunu və nəticələrinə nəzarət edildiyini qeyd edib:

"Neqativ hal olanda araşdırılır. Bəzən xüsusi hallar olur. Bunlar həssas qruplardır. Nəcibə Axundovaya daha bir imkan vermək qərarına gəldik. Zaman göstərəcək, şəxsi fikrim budur ki, bu, səhv qərar deyil. İstisnadır və bunun müəyyən əsası var. Lakin bu hər kəsə aid deyil".

Direktor bundan nəticə çıxaracaq...

Nazir məlum çıxışı zamanı "Səsyazısı yayılan direktora şans verdik. 45 nömrəli məktəbin direktorunun 34 nömrəli məktəbə direktor təyin olunması istisna haldır. Hesab edirəm cəmiyyət bu qərarı anlayışla qarşılayacaq. Həmin direktorla söhbət aparılıb və o bundan nəticə çıxaracaq", - deyib.

Nazirin istefası tələb edilir

Tanınmış ictimai fəalların da məsələyə yanaşması birmənalı olmayıb. Belə ki, sosial şəbəkədə aktiv fəaliyyəti ilə tanınan ictimaiyyət nümayəndələri nazirin rüşvətxor olduğu deyildiyi direktora şans verməsini kəskin şəkildə qınayıblar. Nazirin birabırçı faktı təsdiqləyərək, cəmiyyətdən anlayış göstərməsini istəməsi, direktorun cəzalanmalı olduğu halda “mükafat olaraq ona yeni vəzifə verilməsi” pislənilib. İnsanlar sosial şəbəkədə yanaşmanın olduqca ədalətsiz olduğunu bildiriblər. Bəzi təhsil ekspertləri, məsələn, Elçin Əfəndi nazirin bu cür qərar qəbul etməsinə görə onun istefa verməsini tələb edib.

Deputat nazirin qərarını alqışladı: “Vaxt verək...”

Bununla bərabər, nazirin qərarını alqışlayanlar da olub. Belə ki, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Aqiyə Naxçıvanlı deyib ki, nazirin üstünə düşmək düzgün deyil. Deputatın fikrincə, nazir direktora şans verirsə, yəqin, onun bu addımını həmin dəqiqə hədəf almaq lazım deyil, nəsə fikirləşib, hansısa fikirləri var:

"Bəlkə hazırda həmin direktoru işdən çıxarmaq istəmir, ya da bu məsələyə bir azdan baxacaq. Emin Əmrullayev məktəb direktorunu elə-belə bağışlayıb, vəzifəsində saxlamayıb ki. Bunabənzər faktlar olub və görmüsünüz ki, nazir hamısında radikal qərar verib. Bəlkə, rüşvət həmin məktəbdə total bir vəziyyət alıb, ya da başqa faktlar var? Hər halda nazir bu sahədə birinci şəxsdir. İnanmıram ki, Emin Əmrullayev kor-koranə hansısa qərar qəbul edə.

Sadəcə, bir az gözləyək. Əlbəttə, direktor bir dəfə rüşvət alıbsa, ikinci dəfə də ala bilər. Bu, artıq xasiyyətdir - rüşvətdən uzaq qala bilmir. Amma nazirin hansı fikirlərlə nə qərar verdiyini gözləmək lazımdır. Hər halda onun hansısa mülahizələri, planları var. Görək nə olur?! Hamımız Azərbaycanda yaşayırıq, hadisələrin necə cərəyan edəcəyini də görəcəyik. 45 nömrəli məktəbdə başqa müəllimlər də var. Bir az səbir etməyə ehtiyac var. Dərhal nazirin üstünə düşmək, “direktoru bu dəqiqə işdən çıxarsın” demək düzgün fikir deyil. Vaxt verək…”

Direktor nə deyir?

Maraqlıdır, Nəcibə Axundova özü bu haqda nə düşünür?

Adı qalmaqalda hallanan 34 nömrəli məktəbin direktoru Nəcibə Axundova Cebhe.info-ya açıqlamasında barəsində deyilənlərin həqiqəti əks etdirmədiyi bildirərək, yayılan xəbərləri təkzib edib:“Deyilənlər həqiqətə uyğun deyil”.

N. Axundovanın nazirin yaxın qohumu olduğu və 2016-cı il aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşı olması barədə də yazılır.

Xatırladaq ki, Nəcibə Axundovanın sentyabr ayında mediada valideyinlərdən pul tələb etməsi iddiası ilə səsi yayılıb. 45 nömrəli tam orta məktəbin direktoru olduğu zaman Nəcibə Axundovanın 5 yaşlı uşaqlar üçün qrupların açılmasına görə 100 AZN, sinif rəhbərliyi verilən müəllimlərdən isə 1000 manat pul tələb etdiyi iddia olunur. Həmçinin, direktorun müəllimləri təhqir etməkdən çəkinmədiyi, məktəbin müəllimlərindən birinin isə direktorun təzyiqindən intihar həddinə çatdığı da qeyd edilib.
Cebhe.info
Ardını oxu...
Qara Pişikdən növbəti qara xəbər
"Qara Pişik" Naxçıvandan yeni xəbər gətirib. Deyir ki, bəs bu gün qaramaskalılar Naxçıvan Muxtar Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə giriblər. Komitənin bir neçə rəhbər şəxsini aparıb sorğuya çəkiblər.
TEREF.AZ yazır ki, bunu ovqat.com saytının baş redaktoru Heydər Oğuz deyir. Heydər bəy daha sonra yuxarıda qeyd etdiyi fikrini şərh edərək deyir:
Ardını oxu...
Bildirdiyinə görə, komitənin fəaliyyətində ciddi yeyintilər və saxtakarlıqlar aşkarlanıb. Deyəsən bu dəfə komitə sədri Bəxtiyar İsmayılovun qara günləri başlayacaq.
Qara Pişik Bəxtiyar müəllimin taleyindən bərk narahatdır. Bildirdiyinə görə, o, xeyli emosional adamdır və çətin ki, bu qara xəbərlərin təzyiqlərini rahat atlada bilə . Zira o, 5 il bundan əvvəl həyəcanından mətbəxdə yığılmış və əlində tutduğu "bıçaq təsadüfən qarnına girmişdi". Baxmayaraq ki, o vaxt bəzi ağzıgöyçəklər Bəxtiyar müəllimin intihara cəhd etdiyini düşünürdülər. Təbii ki, mənim Qara Pişiyim o cür cəfəngiyyatlara inanmır.
Ardını oxu...
Bununla belə, o, eyni hadisənin bir də təkrarlanmayacağından da əmin deyil. Çünki Komitənin fəaliyyətində aşkarlanan qanun pozuntuları Bəxtiyar müəllimin təmkin limitini aşacaq səviyyədə imiş.
Sənin mərhəmət hissinə quzu kəsim, Qara pişik! Gərək bundan sonra sənin adını Muro qoyum.
Teref.az
 
 
 
Ardını oxu...
Naxçıvan Muxtar Respublikasının (MR) 2021-ci ildə dotasiyadan kənar büdcəsi 145 milyon 38 min manat icra edilib. Naxçıvan MR-in maliyyə naziri Rafael Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə və 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham olunur. Əgər orda 1 nazir 1 büdcə qədər oğurluqda imtina olunursa görün, Naxçıvan MR-in ləğv olunmuş gömrük qurumun şöbə rəisi Mənsur Əsgərov da 132 milyon manatı mənimsəməkdə ittiham olunub. Beləliklə 2 nəfər birlikdə 2 ilin büdcə gəlirlərindən çox vəsait oğurlayıblar. Əgər bu qədər oğurluq imkanı vardısa onda nədən Naxçıvana Azərbaycan dövlət büdcəsindən dotasiya verilirdi, elə oğurlanmış pulları büdcəyə yönəltsəydilər, büdcə dolub daşardı.
İndi baxın görün, bu hesabla 27 il Naxçıvana rəhbərlik edən Vasif Taıbovun nə qədər kapitalı var?
Teref.az

 
 
 
Ardını oxu...
İstehlakçıların hüquqlarının dövlət, məhkəmə müdafiəsinə qadağa qoyulub
2022-ci ilin noyabrından Tarif Şurası stasionar telefon nömrələrinin abunə haqqını birdən - birə 40 faiz - 2.50 manatdan 3.50 manata qaldırdı! Nə sosial-iqtisadi əsaslandırma həyata keçirildi , nə də əhalinin sosial müdafiəsi, ağır durumda olması nəzərə alındı! (?) Hökumət elə “gecə yatıb, səhər durdu ki “, bəs telefon qiymətləri on illərdir “stasionar” durumda sabit qalıb, 40 faiz artırmaq gərəkir. Dillənən də olmadı, kim dillənəcəkdi ki? Dillənməli qurumlar özləri – İqtisadiyyat Nazirliyi (yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sədr, müavin qismində Tarif Şurasında təmsil olunduğundan əhalinin hüquqlarının müdafiəsinə yox, birdən - birə 40 faiz qiymət artımına “dilləniblər” , bərəkallah! Yaxşı ki, mobil operatorlar var, yoxsa ölkədə “telefon üsyanı” baş verə bilərdi. Zarafat deyil, keyfiyyət bir yana , heç bir xidmət göstərilmədən abunə haqqı 2.50 manatdan 3.50 manata qaldırılıb! Onu da vurğulayaq ki, gerçəkdə 3.50 manat yox, 3.85 manat abunə haqqı inhisarçı hökmranlığı ilə zorla tutulur. Bu zorakı haqq tutumu, heç demə, zəngləri müəyyən etmək “xidməti” adına əlavədir . Keyfiyyətli xidmətə baxın, zəng edən nömrəni müəyyən etmək üçün əlavə ödəniş etməlisən! Amma buna da şükür, Tarif Şurasının “başına salsaydılar” , “qulağına pıçıldasaydılar” , bu “xidmət” haqqı”nı da artırardı. Heç demə, telefon xidmətinin tətbiq etdiyi “xidmət haqqı” abunə haqqı ilə yekunlaşmırmış…
Ayın əvvəlində (5644907 nömrəsinin) abunə haqqını yeni qiymətlərlə ödəyən 1-ci dərəcəli Qarabağ qazisinin telefonu 59 qəpik “qəbz borcu”na görə kəsilib! (?) Telefon xidmətinin “qaynar xətti” altıncı, bazar günləri “dincəldiyindən” telefonun kəsilməsinə cavab almayan abonentə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 1655 nömrəsindən bildirilib ki, telefonun 59 qəpik “qəbz borcu” var ! (?) Bəyəm qəpik – quruşa görə 1-ci dərəcəli əlili xidmətdən məhrum edərlər? Bir də telefonla zəng edib demək olmaz ki, 59 qəpik “qəbz borcu” var, ödənməsə, kəsiləcək, yaxud birtərəfli qaydada bağlanacaq? Yoxsa, bu xidmət(sizlik) də pulludur? Abonent haradan bilsin ki, abunə haqqından əlavə də “qəbz haqqı” ödəməlidir? Bir də bu “qəbz haqqı” nə deməkdir axı? Elektronika əsridir, qəbzə nə ehtiyac var, bir saniyə ödəniş gecikən kimi, telefonun, internetin kəsilməsi avtomatik “xidmət”lə həyata keçirilir!
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 195-4 qaynar telefon xidmətinə müraciət etməyə o qədər sənəd, “qəbz” tələb edildi ki, istehlakçı hüquqlarının 59 qəpiklik “qəbz borcu” adına kəsilməsinə cavab ala bilmədik. Məhkəməyə müraciət etmək hüququna isə qadağa qoyulub. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” 19.09.1995-cı il tarixli 1113 saylı Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə, öz hüquqlarını və qanuni mənafelərini qorumaq üçün səlahiyyətli dövlət orqanına və məhkəməyə müraciət etmək istehlakçının hüququ olsa da, 26 -cı maddəyə görə, məhkəmə təminatı hüququ rüsum ödəmədən həyata keçirilməli olsa da, səlahiyyətli dövlət orqanı istehlakçı hüquqlarının pozuntusuna hüquqi qiymət verilməsini təmin etmir, məhkəmə isə məhkəməyə müraciət etmək hüququna qadağa qoyub. Təsəvvür edin, Ağsu rayon məhkəməsi Ağsu Telefon Qovşağına qarşı Qarabağa qazisinin istehlakçı hüquqlarının müdafiəsi haqqında iddiasına 3 ildən çoxdur nəinki baxır , heç cavab belə vermir. Ombudsmana şikayətə cavab olaraq Ağsu məhkəməsinin “elektron məhkəmə” sisteminə qoşulmadığı bildirilib. İddia ərizəsi məktubla göndərilibsə, elektron xidmətlərin bura nə aidliyi var və eyni zamanda, niyə məhkəmə elektronika əsrində elektron qaydada müraciətləri qəbul etməsin? Elə bunun özü “elektron hökumət”in, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin istehlakçı və məhkəmə müdafiəsi hüququnu pozmasını ortaya qoyur. Ombudsman Aparatı isə insan hüquqlarının qorunması əvəzinə pozulmasını “elektron qayda ilə” izah edir .
Bəs Nizami məhkəməsinə nə gəlib ? Bu sətirlərin yazarının, abunə haqqını ödədiyi halda, Baktelekomun dələduzluqla “telefon danışığına avans” kimi qəbul edib, telefonu kəsməsinə, eyni nömrəyə görə iki dəfə çəkiliş haqqı almasına görə pozulmuş istehlakçı hüquqlarının müdafiəsi haqqlnda iddiasını Nizami məhkəməsinin hakimi Qumru Əliyeva geri qaytarıb ki, cavabdehin VÖEN -i göstərilməyib. Nöqsanı düzəldilib yenidən verilən iddiaya isə altı aydır heç bir cavab yoxdur. Eləcə də Həqiqət Əhmədova Beynəlxalq Bankın Nizami filialına qarşı istehlakçı hüquqlarının müdafiəsi haqqında 2 iddia üzrə heç bir qərarını vermir. Bu məhkəmə instansiyası, deyəsən, gizli fəaliyyət göstərir, iddiaları elə gizlədir ki, nə Ombudsman, nə Məhkəmə Hüquq Şurası tapa bilir. Hələ bu məhkəmə Sabunçu məhkəməsinin yanında “toyagetməlidir”, Sabunçu məhkəməsinə “Azərişıq” ASC -nin 6 ildir verdiyi texniki şərti icra etməkdən imtinasından verilən iddiadan, ümumiyyətlə, soraq yoxdur.
Nə isə, istehlakçı hüquqlarının müdafiəsinə qadağa qoyulub. Elə ona görə də, kefləri istəyəndə qiyməti 40-50, 100 faiz qaldırırlar, 59 qəpiyə görə “qəbz borcu” adı ilə xidmətdən məhrum edirlər. Neyləyə bilərik, səlahiyyətli dövlət qurumu yox, məhkəmə yox, ombudsman yox! “Yox”un üzü isə qaradır!
Məğrur Bədəlsoy

 
 
 
Ardını oxu...
Beyləqan rayon icra hakimiyyətinin başçısı Asif Ağayevin adı ictimai fəal, bloger Anar Zeynalovun sifarişli həbsində keçir.
İddia edilir ki, icra başçısının adının Anar Zeynalovun həbsini sifariş edənlər sırasında çəkilməsinə əsas səbəb blogerin icra başçısının qanunsuz əməllərini və korrupsiya cinayətlərini ifşa etməsi, həmçinin də bu barədə yuxarı orqanlara ünvanladığı haqlı şikayətləridir. Bildirilir ki, bu səbəbdən də icra başçısı çoxdan imiş ki, Anar Zeynalovu həbs etdirməyi planlaşdırımış. Bunun üçün də icra başçısı əlverişli məqam gözləyirmiş.
Mənbəmiz iddia edir ki, icra başçısı Anar Zeynalov barəsində nə olursa olsun cinayət işinin açılması barədə rayonun istintaq təqibi orqanına göstəriş verib. Beləliklə də Anar Zeynalova qanunsuz torpaq zəbtetmə maddəsi ilə cinayət işi açılaraq ibtidai istintaqa göndərilir.
Prosessual normanın tələblərinin pozulması ilə müşayiət olunan ibtidai istintaq mərhələsi yekunlaşaraq hökm oxunması üçün Beyləqan rayon məhkəməsinə göndərilib. İcra başçısı Asif Ağayev Anar Zeynalovu “bitirmək”, üçün son “düymə”yə basır. Və hakimin dili ilə Anar Zeynalova hökm oxunur.
Hakim Ramiz Nurullayev icra başçısının sifarişi ilə toplanmış cinayət işinin materiallarının dəlillərini araşdırmadan, pozuntuların fpvqünə varmadan Anar Zeynalovu həbs edir. Və beləliklə… Beyləqan rayon məhkəməsinin 26.10.2022-ci il tarixli hökmü ilə Zeynalov Anar Ədalət oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə (qanunsuz torpaq zəbetmə) təqsirli bilinərək 2 il 6 ay müddətində azadlıqdan məhrum edilir.
Qeyd edək ki, Anar Zeynalov barəsində irəli sürülmüş ittihama görə, o, Beyləqan rayon bələdiyyəsinin mülkiyyətində olan 48 kv.m torpaq sahəsini qanunsuz olaraq zəbt edib.
P.S. İndiyənə qədər kiminsə 48 kv.m torpaq sahəsinə görə, hətta nəinki 48, ümumiyyətlə zəbtetmə ilə həbs edildiyi faktına rəst gəlməmişəm. Əgər belə olsaydı, onda gərək ölkədə hər kəs dəmir barmaqlıqla arxasında olaydı.
Görünür, Beyləqan rayon məhkəməsinin sədri (hökm oxuyan hakim) Ramiz Nurullayev Anar Zeynalovu bu maddə ilə həbs etməklə analoqu olmayan bir həbsə imza atmaq istəyib. Əslində deyim ki, bacardı da...
RealMedia.az
 
 
 

Ardını oxu...


Millət vəkili Aqil Məmmədovun oğlunun gecə klublarının birində video görüntüsü yayılıb.

Bir müddət öncə millət vəkilinin oğlu Turan Məmmədov haqqında kütləvi informasıya vasitələrində müxalifətçi olması haqqında kifəyət qədər məlumatlar yayılmışdır. Onun gecə klublarının birində səsləndirdiyi şeirdə də muxalifət meyilli olması açıq aşkar hiss olunur. Onu da əlavə edək ki, mətbuatda gedən məlumata görə, millət vəkili Aqil Məmmədov "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun yaxın qohumudur.

"Azərbaycan Reallığı" Millət vəkili Aqil Məmmədovun oğlunun sözü gedən video görüntsün oxuculara təqdim edir.

"Azərbaycan Reallığı" qarşı tərəfin mövqeyin tanıyır

AZƏRBAYCANREALLIĞI.COM


Ardını oxu...
Demək, bir məktəb direktorunun rüşvət almasını sübut edən səsyazısı yayılır. Nazir rüşvətxor direktoru işdən çıxarır… aparıb başqa bir məktəbə direktor təyin edir. Kimdisə “alınyazısı” direktor olmaqmış… özü də rüsvay olmuş direktor…

Hansı məktəbdisə cəzası ağır olub…

Və nazir belə deyir, özü də utanmadan xalqın gözünün içinə deyir:
-RÜŞVƏTXOR DİREKTORA ŞANS VERDİK

Yaxşı, zatən, bütün oğrulara şans verib büdcəni talan etdirir, sonra həbsə atırsınız… oğurladıqlarını da mənimsəyirsiniz… bunu bildik, bunda işimiz yox… gücümüz də yox…

Bildiyiniz bütün pislikləri bu xalqa, xüsusilə, onun gələcəyini müəyyən edən təhsilə də edirsiniz…

Bəs o direktor, yəni rüşvət üstdə məktəbdən qovulmuş o adam başqa bir məktəbə necə müdir gedə bilir? Hansı üzlə gedir? Hansı abırla gedir? Hansı mənəviyyatla o məktəbin qapısını aça bilir? Əli o qapıya necə uzanır? Hansı duyğularla o görəvi qəbul edə bilir?

Lütfən, özünüzü məktəbli yerinə qoyun, sizin məktəbə yeni direktor gəlib. Bu gələn direktor-müəllim başqa bir məktəbdən rüşvət üstdə vəzifədən atılıb. O təzə gələnin “kimliyini” birincidən sonuncu sinifə kimi hər kəs bilir… ölkə bilir…
Belə bir məktəbin məktəblisi olmağı təsəvvür edə bilirsinizmi?

Ah! Yazıq məktəblilər!!!

Əlbəttə, o nazir təsadüfi deyil, gerçək bir təhsil adamı olsaydı qətiyyən belə qərar verməzdi. Və bu qərarı ona heç kəs, heç nə verdirə bilməzdi. Təhsilə münasibəti, təhsil əxlaqı, peşəkarlığı, xüsusilə, insanlığı buna yol verməzdi.

Heç insafı da yol verməzdi…
Məktəbin və məktəblinin əxlaqı ilə oynamağı özünə yaraşdırmazdı.

Nazir gerçək bir təhsil adamı olsaydı rüşvət aldığı aləmə car çəkilmiş birini başqa məktəbə müdir göndərməzdi, şans verməzdi. Ən yaxşı halda kəsib atmazdı, tanınmaz bir yerdə müəllimlik etmək üçün bir dəfə şans verərdi. Və bu qədər…
O günahsız məktəbə yazığı gələrdi, ürəyi yanardı. O yazıq məktəbə elə cəza yazmazdı. Ən azı düşünərdi ki belə bir əməl təhsil tərbiyyəsinə və peşəkarlığa ziddir. Məktəb sisteminə və şagird tərbiyəsinə düşmənçilikdir. Xalqın övladının mənəviyyatını ələ salmaqdır. Şagirdlərə haqsızlıqdır…

Bəlli, təhsil naziri təhsilin və məktəbin nə demək olduğunu bilmir. Nazir öz mənəvi ölçüləri ilə rüşvətxoru burdan alıb ora atır… sanki bu fabrikdən o fabrikə, bu rayondan o rayona icra başçısı, rəis… ölçüləri ilə…

Bəs müəllim? Təkrar edirəm: Bir məktəbdə rüsvay olmuş o müəllim-müdir başqa bir məktəbin qapısını müdir olaraq necə aça bilir? Hansı üzlə açır? Hansı sifətlə ayağını o məktəb kəndarından içəri ata bilir? Heç utanıb ölmürmü? O, yeni təyin olduğu məktəbin müəllimlərinin, şagirdlərinin üzünə necə baxır? Baş müəllim kreslosunda necə oturur?

Əlbəttə, fəlakətdi… MƏNƏVİ FƏLAKƏT..
Və bu fəlakətin qurbanı məktəblidi. Direktorunun rüşvət üstdə başqa məktəbdən qovulub ona müdir təyin edildiyini bilən, deyən, gülən, danışan, zarafatlaşan, gələcək vətəndaş… MƏKTƏBLİ…

Nazirin belə bir təyinatı şagird mənəviyyatına qarşı açılmış bir savaşdır. Təhsil əxlaqına, insanlığa meydan oxumaqdı…

Ya bilməmək, anlamamaq… ya da qəsd etməkdi…
Mehriban Vəzir
Teref.az
 

      
Ardını oxu...
Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırışı üzrə Dövlət Xidmətindən redaksiyamıza çoxsaylı şikayət məktubları daxil olur. Şikayət məktublarında çox ciddi qanunsuzluqlardan bəhs edilir. Azərbaycanın hərbi qüdrətinə böyük zərbə vuran bu qanunsuzluqlarla bağlı iddiaların müvafiq orqanlar tərəfindən araşdırılmasını vacib hesab etdiyimdən məktublardan birini olduğu kimi, nöqtə-vergülünə toxunmadan yayımlayıram.
Teref.az yazır ki, bunu şikayət məktubundan bəhs edən jurnalist Heydəır Oğuz deyir. Daha sonra Heydər bəy şikayət məktubunu təqdim edir:
Naxçıvanda növbəti dərəbəylik ünvanı
NAXÇIVAN MUXTAR RESPUBLİKASI SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİ
NAXÇIVANDAKI DƏRƏBƏYLİK ÜNVANLARINDAN BİRİ DƏ BU MÜHÜM VƏ STRATEJİ XİDMƏTDİR. BU XİDMƏTİN STRATEJİ ƏHƏMİYYƏTİ ONUN GƏLİR MƏNBƏYİDİR...HƏR ADDIMDA ƏHALİNİ SOYMAĞA ADƏT ETMİŞ MƏMURLAR HƏRBİ ÇAĞIRIŞI DA BAZARA ÇEVİRMİŞ, HƏRBİ ÇAGIRIŞDAN MİLYONLARLA VƏSAİT ƏLDƏ EDƏRƏK ÖZ BİSZNES İMPERİYALARINI QURMUŞLAR....
HƏRBİ ÇAĞIRIŞIN BİZNES MAQNATI İSƏ XİDMƏT RƏİSİ MİRZƏ CƏLİLOVDUR...NAXÇIVAN ŞƏHƏR POLİS İDARƏSİNİN RƏİSİ VƏZİFƏSİNDƏN HƏRBİ SİSTEMƏ "PEREVOD" ETMİŞ POLİS MİRZƏ BİRDƏN- BİRƏ HƏRBİN SİRLƏRİNƏ VAQİF OLMUŞ, GƏLİRİ XİDMƏTDƏN SAXLAMA, BİRDƏFƏLİK SAXLAMA, XİDMƏTDƏN YAYINDIRMA VƏ S BU KİMİ MƏNBƏLƏRDƏN ƏLDƏ ETMƏKLƏ BİRBAŞA ORDUDA ƏSGƏR SAYININ KOMPLEKTLƏŞMƏSİNƏ MANE OLMUŞDUR.. DÖVLƏTİN ORDU KİMİ STRATEJİ SAHƏSİNƏ DÜŞMƏNDƏN ARTIQ ZƏRBƏ VURAN POLKOVNİK MİRZƏ CƏLİLOV BİRDƏFƏLİK SAXLAMADAN 10 MİN, BİR ÇAĞIRIŞ MÖHLƏTİNDƏN 2 MİN, YAYINDIRMADAN 3 MİN, HƏRBİ XİDMƏT İSTİQAMƏTİNİ DƏYİŞMƏDƏN 2 MİN ALMAQLA DÖVLƏTİN HƏRBİ SİYASƏTİNƏ ZƏRBƏLƏR VURMAĞA DAVAM ETMİŞDİR....NAXÇIVAN QEYDİYYATINDAN ÇIXMAQ İSTƏYƏNLƏRƏ "ALİ MƏCLİSİN" TAPŞIRIĞINI" ÇATDIRAN MİRZƏ VƏTƏNDAÇLARA SÜNİ MANEƏLƏR YARATMIŞ, BU İŞİN DƏ PUL DÖVRİYYƏSİNİ TƏŞKİL EDƏ BİLMİŞDİR...POLKOVNİKİN "XİDMƏTLƏRİ" BUNUNLA BİTMƏMİŞ, İŞƏ QƏBUL ZAMANI HƏR İŞÇİDƏN 17 MİN MAMATİ 10 MİN DOLLAR SEKİLİNDE ALMAQLA XİDMƏTİ RÜŞVƏT YUVASINA ÇEVİRMİŞDİR...YANINDA BƏSLƏDİYİ 2 QOLUBƏYİSİ ELMAR MƏMMƏDOV VƏ ELNUR ƏSGƏROV İSƏ XİDMƏT RƏİSİNİN "TAPŞIRIQLARININ" İCRASINA NƏZARƏT ÜÇÜN MÜTƏMADİ RAYON VƏ ŞƏHƏR BÖLMƏLƏRİNİ ZİYARƏT EDİR, İŞLƏRİN GEDİŞATINA "NƏZARƏT" EDİRLƏR...
QISA MÜDDƏTDƏKİ FƏALİYYƏTİNƏ BAXMAYARAQ AUDİ Q7 MARKALI AVTOMOBİLDƏ GƏZƏN XİDMƏT RƏİSİ ÖZ ŞƏXSİ MAŞININI XİDMƏTİN QARAJINDA SAXLAYIR,GİZLƏDİR, XİDMƏTİ MAŞININI İSƏ AÇIQ HAVADA SAXLATDIRIR. DÖVLƏTİN ONA VERDİYİ VƏZİFƏ SƏLAHİYYƏTİNDƏN İSTİFADƏ EDƏN POLKOVNİK CƏLİLOV XOŞU GƏLMƏDİYİ ADAMLARIN ƏMƏK HAQQINI KƏSİR, HƏTTA MƏZUNİYYƏT XƏRCİ VƏ DİGƏR GƏLİRLƏRƏ DƏ ƏL QOYUR. BU DA AZMIŞ KİMİ, DÖVLƏT BÜDCƏSİNDƏN XİDMƏTƏ AYRILAN 3,5 MİLYON VƏSAİTİN HARA XƏRCLƏNMƏSİ İSƏ MƏLUM DEYİL...MİRZƏ CƏLİLOVUN TÜRKİYƏDƏ QURDUĞU BİZNES ŞƏBƏKƏSİNİN DƏ HANSI GƏLİRLƏR ƏSASINDA QURULDUĞU DA XÜSUSİ XİDMƏT ORQANLARI TƏRƏFİNDƏN ARAŞDIRILMALIDIR...
SADALADIQLARIMIZ XİDMƏTİN ÜZDƏ GÖRÜNƏN XIRDA-PARA İŞLƏRİDİR..ƏMİNİK Kİ, XİDMƏTİN FƏLİYYƏTİ GENİŞ ARAŞDIRILACAQ VƏ GÜNAHLARLAR CƏZASINI ÇƏKƏCƏKDİR..
Teref.az
Ardını oxu...
Ardını oxu...
 

Ardını oxu...
Vasif Talıbovun böyük oğlu vəliəhd-xanzadə Rza "həzrətlərinin" Batumidəki villası
Villa 1 hektardan çox ərazini əhatə edir.
Ardını oxu...
Vasif xanın övladlarının xaricdəki daşınmaz əmlakları
Buyurun, tanış olun, Azərbaycan vətəndaşının boğazından kəsilərək Naxçıvana verilən dotasiyaların haralara sərf olunduğunu görün.
Heydər Oğuz
Teref.az
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 

Dünyapress TV

Xəbər lenti