Ardını oxu...
“Naxçıvandan olan bir tanış deyir ki, Türkiyədən 5 litrini 33 manata aldığımız, amma hətta şəxsi istehlak üçün gömrükdən keçirməyə imkan verilməyən zeytun yağı Muxtar Respublikada 65 manata satılırdı. Son günlər bu yağın quyməti artıq 40 manat ətrafında qərarlaşıb. Gömrüyün imtiyaz verdiyi idxalatçılar, bax, beləcə qaz vurub qazan doldurdu uzun illər”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri tanınmış iqtisadçı Rövşən Ağayev özünün Facebook hesabına yazıb.

O bildirib ki, həmin şəxs kifayət qədər məlumatlıdır və deyir ki, Naxçıvanı İran və Türkiyə ilə birləşdirən 3 gömrük məntəqəsindən hər gün qeyri-rəsmi yığılan haqların həcmi bir neçə milyona çatıb və bu proses 30 ilə yaxındır davam edir.

İqtisadçı-alim qeyd edir ki, bu yaxınlarda şagird və kommunal xidmətlərin abonentlərinin sayına əsasən müqayisəli bir araşdırma aparıb. “Naxçıvanın kağız üzərində olan 450 min nəfər əhalisinin heç olmazsa 150-200 min nəfəri MR-dan baş götürüb qaçıb – məhz belə dözülməz şərtlər altından yaşamamaq üçün”.

Lakin Rövşən Ağayev məsələnin bir şəxsdə və ya onun ətrafındakı 3-5 nəfərlə bağlı olmadığını da vurğulayıb. “Korrupsiyanın işləmə mexanzimini nəhəng bir magistral su kanalından suyun daha kiçik kanallarla paylanması ilə müqayisə edin. Əgər magistral kanal betondan deyilsə, özülü torpaqdırsa, su bütün kanal boyu sıza-sıza itkiyə gedəcək. Onun ayrı-ayrı kanallarla əlaqəsi şlyüzlər vasitəsilə təmin edilmirsə, kim hardan istəyir bu magistral kanala müdaxilə edib özünə su apara bilirsə, üstəlik bu kiçik paylaşdırıcı kanlların özülü də topraqdırsa, suyun israfçılığını və itkilərini təsəvvür etməyə çalışın”.

O bildirib ki, həmin nümunədən çıxış edilərsə, dövlət maliyyəsinin formalaşdığı hissə magistral kanaldır, müxtəlif qurumların ordan aldığı pay isə kiçik kanallar vasitəsilə bölüşdürülən məbləğlərdir. “Bu magistral kanal və paylayıcı kanalların hər tərəfi deşik-deşikdirsə, günah bu kanalı təmir etməyən, beton kanallarla, nəzarətedici və tənzimləyici şlyüzlərlə təmin etməyən məsul ail qurum və şəxslərdədir. Sadəcə özünü balina sayan, amma reallıqda kiçik kilkə olanlar unutmasın ki, lazım olanda tor atıb, ya da elektrik cərəyanı verib onları elə həmin dəlmə-deşik kanallarda da topdan boğurlar”.
 
Ardını oxu...
Son iki ildə ümumi respublika üzrə hər yerdə az qala 50 metrdən bir “şöbə” açan Azərlotereyanın “uduşlu” "Poz Qazan" köşklərinin qarşısında insan selindən dünənlərə qədər tərpənmək olmurdu. Varlısından sonuncu çörək pulunu qumara qoyanlara qədər - hər kəs bu obyektlərə axın edirdi ki, “Azərlotereya”nin göydən yerə tökdüyü “pul”dan bir qismət da onlara nəsib olsun. Biri digərini əvəzləyən bəh-bəhli reklamlarla telekanallarda, internet saytlarında insanları bu yalançı kampaniyaya şirnikləndirmək də öz yerində.

Amma kimlərinsə buna son ümid yeri kimi baxdığını düşünmürdülər, veclərinə belə, deyil onsuz…

Həqiqətə baxsaq, bu saxta şirnikləndirmə şousundan təxminən 2 il keçib, geridə qalan müddətdə yaxın çevrəmizdə hələ 150 manatdan 1 qəpik artıq udanı görməmişik. O da 100-150 cəhddən sonra. Yəni, saqqaldan qoparıb bığa yapışdırmaq, yaxud “aldım qoz-satdım qoz” da yalandı bunun yanında. Bunu tək biz iddia eləmirik, istənilən tv, sayt şəhərə çıxıb sorğu keçirsə, əsl mənzərənin, əsl həqiqətin təsdiqini görə bilər.

Bəs hanı 250.000 manatlar? Kim “udur” bu 250.000 manatları? Bar-bar bağırmaqla reklam olunan yüzminlərin qalibləri hanı, kimlərdir, tanıyan-bilən var? Görən olub, ümumiyyətlə? Ətrafınızda belələri varsa, bizə yazın, bilək.

Yalançı kampaniyanın yekunu? - Hazırda ölkə üzrə bütün "Poz Qazan" obyektlərinin qarşısı bom-boşdur, necə deyərlər, oba köçüb, yurdu qalıb. Amma…amma bir qrup dələduz, işbaz varidatının üstünə bir az da mal-mülk topladı, acından ölən, son manatını bu qumara verən ümidsiz kasıb isə…

Əmin olun, belə süni stimullaşdırıcıfason lotereyalar, mərc oyunları vətəndaşların qazanc əldə etməsi, güzəranını yaxşılaşdırması üçün təşkil olunmur, oluna da bilməz. Kim kimə oturduğu yerdə 1 manatın əvəzinə 1000 manat verər? Xüsusən indiki reallıqda. Qardaş qardaşa belə, 1 manatı minnətsiz, havayı, boşuna vermir. Adı üstündə mədəni qumardır da. Qumarda isə qazanan yalnız oynamayan olur!

Azərbaycanda idman mərc oyunları qanunla nizamlansa, qanunvericilikdə nəzərdə tutulmuş qaydada təşkil edilsə də, bu qumar aydındır ki, əsasən, şüuru-düşüncəsi-iradəsi zəif, tamahı azca güclü, ümidsiz insanları mədəni formada tələyə salaraq aldatmaq, soymaq və olan-qalan 3-5 manatlarını da əllərindən almaqdan başqa bir də zənginlərin var-dövlətini artırmağa xidmət edir.

Vəssalam!

P.S. “Azərlotereya”nın illərdi fiaskoya uğramış "Topaz" və "eTopaz", həmçinin Türkiyənin Azərbaycanda idman mərc oyunları bazarına təzə-təzə ayaq basmış “Misli” layihəsinə növbəti araşdırma yazılarımızda toxunacağıq.

P.P.S. Guya, hər şeyimiz taraz idi, bircə saqqal darağımız çatışmırdı. Əziz izləyicilər, əziz oxucular, ehtiyatlı olun. Ehtiyatlı və son dərəcə diqqətli, düşüncəli olun ki, virtual oğrular cibinizi soymasın.

mediasport.az
 
Ardını oxu...
Naxçıvan Baş Gömrük İdarəsinin nəzdində fəaliyyət göstərən Şahtaxtı Gömrük İdarəsində muxtar respublikanın sakinlərinə olmazın əziyyət, zülm verilir.
TEREFD.AZ bildirir ki, bu barədə Hurriyyet.az-a daxil olan informasiyada deyilir ki, Şahtaxtı Gömrük İdarəsinin rəisi Naxçıvan Muxtar Respublikasından İranın Poldəşt sərhəd-keçid məntəqəsi vasitəsiylə adıçəkilən ölkəyə gedən və oradan əks istiqamətdə qayıdan sakinlərin qarşısında əcaib şərt, daha doğrusu qadağa qoyub. Bu isə son günlər Naxçıvanda baş tutan həbslərdən ümidlənən və "Artıq bundan sonra Naxçıvan gömrüyündə hər şey yaxşıya doğru dəyişəcək" deyənlərin daha çətin şəraitlə üzləşməsinə səbəb olub.

Belə ki, əldə etdiyimiz məlumatlara görə, son günlərə qədər Naxçıvan Muxtar Respublikasından İrana və ya əks istiqamətdə vətəndaşların istifadə etdikləri əl arabaları yığışdırılıb. Bu səbəbdən də Naxçıvan sakinləri az qala 1 kilometrə yaxın məsafəni çətinliklə dəf etməyə, yəni yükləri bellərində daşımağa məcbur qalıblar.

Hələ bu, harasıdır. Hurriyyet.az-ın əldə etdiyi bilgilərdə o da qeyd olunur ki, Şahtaxtı Gömrük İdarəsinin əməkdaşları İrandan alınan və dəyəri 550 manat olan tikinti materialı üçün nə az, nə çox düz 240 dollar gömrük rüsumu tələb edirlər. Bu isə az qala həmin tikinti materialının maya dəyərinin 80 faizi qədərdir. Birmənalı şəkildə demək olar ki, Azərbaycanda fəaliyyət göstərən gömrük məntəqələrinin heç birində tikinti materiallarına bu qədər, özü də xarici valyuta ilə idxal gömrük rüsumu tətbiq olunmur.

Görünən odur ki, Şahtaxtı Gömrük İdarəsinin rəisi gözü çıxmış qardaşından, yəni son günlər Naxçıvanda baş tutan həbslərdən dərs götürməyib və bu səbəbdən də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun göstərişi ilə Naxçıvan sakinlərinə "divan tutmaq"da davam edir. Ümid edirik ki, müvafiq qurumlar, əsasən də Dövlət Təhlükəsizliyi Xidməti rəhbərliyi qeyd olunan neqativ hallarla da bağlı təxirəsalınmaz addımlar atacaq.
 
 
 
Ardını oxu...
Naxçıvanlı müəllimə Aysel xanımın "menecerlik" etdiyinə görə işdən çıxarılmasını dəyərləndirən təhsil ekspertinin fikrincə, sadəcə ondan alınan ərizəyə görə məktəbin direktorunu və Naxçıvan MR Təhsil nazirini həbs etmək olar.
Adının açıqlamanmasını istəməyən ekspertin əsaslandırması:
"Təhsil Qanuna əsasən, bu ərizəni qəbul edən məktəb direktoru cinayət daşıyır.
Səbəb:
Əvvəla. müəllim iki ayrı işdə çalışır və Qanuna əsasən, bir ərizə əsasında işdən çıxarıla bilməz bu ərizədə qeyd olunub ki, o, həm kitabxanaçı, həm də müəllim işləyir.
Kitabxanaçı texniki ştatdır və əmri məktəb direktoru tərəfindən verilir, yəni Aysel xanımın kitabxanaçı vəzifəsindən azad olunması haqqında ərizə məktəbin direktoruna yazlmalı idi.
Müəllim pedoqoji fəaliyyətdir və ərizə əmr verənə, yəni təhsil şöbəsinin müdirinin adına yazılmalı idi.
Burada isə müəllimlikdən çıxmaq üçün ərizə direktora yazılıb. Yəni müəllimənin bu ərizə əsasında pedoqoji fəaliyyətinin dayandırılması cinayətdir..
Məktəb direktoru müəllimi azad edə bilməz. İşdən qərarla çıxarılsa belə, özü çıxarda bilməz. Təhsli şöbəsinin adına təqdimat yazmalı idi.
Burada söhbət səhv yazılmış və səhv adama ünvanlanmış ərizədən gedir. Müəllimə tələb edib işinə qayıtmalıdır."
Heydər Oğuz
Teref.az
Ardını oxu...
 
 
 
Ardını oxu...
Masallıya 4 ay öncə icra başçısı təyin edilən Araz Əhmədovun uğurlu işləri az deyil. Amma narahatçılıq doğuran məqamlar da diqqətdən yayınmamalıdır. Bəzilərinin xoşuna gəlsə də, gəlməsə də həmin uğurların və uğursuzluqların bir çoxunu sadalamışıq, yeri gəldikcə digərlərini də sadalayacağıq.

Əsas odur ki, Masallıda sanki bir xof var idi, o götürülüb; əksəriyyət sanki bir-birini güdür, ən yaxın dostlar bir-birinin üzünə durmağa, şantaj edilməyə məcbur edilirdi.

Hazırda diqqət çəkən, əksəriyyətin maraqla gözlədiyi bir suala çoxları cavab gözləyir; bir neçə aydır ki, vakant olan mühüm vəzifələrə kimlər təyinat alacaq?

Görünən odur ki, aparıcı vəzifələrdə kök salanları işdən çıxartmaq bir dərd idisə, onların yerinə layiqli kadr tapmaq daha böyük dərd imiş.

Hazırda Masallıda hansı vəzifələr vakantdır?

Masallı İH Başçısının 1-ci müavini;

Ərazi İdarəetmə və Yerli Özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri;

Memarlıq və Tikinti şöbəsinin müdiri;

Sənədlərlə və vətəndaşların müraciəti ilə iş şöbə müdiri və bu şöbənin məsləhətçisi;

İH Başçısının Masallı Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi və müavini;

İH Başçısının Yeddioymaq Kənd İnzibat Ərazi Dairəsi Nümayəndəsi və müavini.

İcra başçısının sürücüsü. (Xatırladaq ki, bu iş də elə belə iş deyil)


Kadr çatışmazlığı, necə deyərlər, gözə girir. Nədən 230 mindən yuxarı əhalisi olan bir rayonda xeyli təhsilli kadrların işsiz olduğu vaxtda, aylıq məvacibi 1000-1500 manat olan bu vəzifələrə kadr tapmaq belə çətin olub?

Versiyalar:

1. İcra başçısı tərcümeyi-halı təmiz, qaranlıq keçmişi olmayan, həm də peşəkarlığı, mədəniyyəti, tamahsızlığı, adamlarla işləmək bacarığı olan kadr axtarır;

2. Məhz icra hakimiyyətində rüşvətə, təmənnalı münasibətə kəskin qadağa qoyulduğu üçün heç kim “quru maaş”la işləmək istəmir;

3. İcra başçısının Masallıdakı iş adamları və paytaxtda ciddi nüfuzu olan məmurlar arasında kifayət qədər dostları var. Və həmin şəxslər bu mühüm postlarda da “öz kadrlarını” görmək istəyir. Belə ki, 1 kresloya 4-5 nəfər göz dikib və həmin vəzifəyə 1 nəfəri təyin etmək, digər 4-5 nəfəri narazı salmaq deməkdir. Həm də hər şeyə diqqət edənlər həmin təyinata görə təxmin edəcəklər ki, icra başçısı hansı qüvvəyə güvənir.

4. İcra başçısı kadrları elə adamlardan soruşur ki, onlar da həmin vəzifələrə özlərindən də zəifləri təklif edir, daha qabarıq görünsünlər. Başqa cür ola da bilməz. “Güllə”ni öz “ayaq”larına vurmayacaqlar ki?

5. Belə bir versiya da var ki, yanvar ayında icra hakimiyyətlərində ciddi struktur dəyişikliyi olacaq və buna görə boş yerlərə təyinatlara maraqlı deyillər.


(Başqa versiyası olan varsa, buyurub bu yazının paylaşılacağı Zahir Amanov FB səhifəmizin şərh bölümündə yaza bilər).

Onu da xatırladaq ki, bu vaxta qədər bir neçə idarə müdiri, ərazi nümayəndəsi, müavini, məsləhətçisi işdən azad edilib və yerinə təyinatlar da olunub. Lakin bu təyinatların bəzisi elə də uğurlu alınmayıb. “Yaşıllaşdırma” və “kommunxoz” adlanan təşkilatlara, eləcə də qeyri-rəsmi köməkçi vəzifəsinə rəhbərlərin digər məkanlardan (“Yaşıllaşdırmaya” Gəncədən, “kommunxoza” Bakıdan(Astara əsilli), qeyri-rəsmi köməkçinin Naxçıvandan gətirilməsi maraqlı suallar doğurdu.

Həmçinin əksəriyyətin yaxşı insan, cəsarətli və işgüzar kadr kimi tanıdığı Barat Nağıyevin (Yeyənkənd Ərazi Dairəsi üzrə nümayəndəsi ) tələsik, təsadüfü səbəbdən işdən azad edilməsi heç də razılıqla qarşılanmadı. Əksinə, iş və mənəvi keyfiyyətlərinə görə Barat müəllimdən xeyli aşağı ranqda olanların vəzifədə saxlanması və qorunması da təəccüb doğurur.

Eləcə də İcra Hakimiyyətinin özündə vəzifədə qalanlara baxanda, bəzən gedənlərə həsəd aparırsan.

Memarlıq və Tikinti şöbəsinin müdiri işləmiş Abbas Mikayılovun da vəzifədən getməsi sual doğuran məsələlərdəndir. A. Mikayıovun təbii ki, nöqsanları var idi. Bir çox qanunsuz tikililərin sənədləşməsində onun da rolu olub. Lakin nəzərə alsaq ki, A. Mikayılov iddiasız, təbiət etibarı ilə mülayim, qalmaqallardan uzaq və işini bilən bir adam idi. Onun ayağına yazılan nöqsanların əsas səbəbkarı isə əvvəlki icra başçısının olması da heç kimə sirr deyil. Yəni təbiət etibarı ilə kobud, qanunsuz əməllərə meyilli olan Şahin Məmmədov göstəriş verəndən sonra, o kim idi ki? Həm də hansı peşəkar arxitektor 1000-1500 manata işləyər? Heç bir layihənin pulu deyil?

Əsas şüarı təmizlik və halallıq olan icra başçısının aparatında bu gün də elə kadrlar var ki, təmizliklə onlar arasında yerlə göy arasında fərq var. (Bəzi sabiq məmurlardan bir neçəsi danışırdı ki, orada biri var, onun qorxusundan binaya girəndə pulu maşına qoyurduq ki, cibimizi axtaranda 3-5 manatdan artıq pul tapmasın, yaxud başqa birisi müdirlərdən borc adı ilə kütləvi pul alıb, sonra qaytarmırdı və sair).

Keçmiş xatirələrdən ayrılıb bu günə qayıdaq. Bu gün İcra hakimiyyətinin “Beyin Mərkəzi” kimlərdir?

Keçmişdə rayon sovetinin deputatları, plenum var idi, büro üzvləri var idi... Bəs bu gün? Təkcə icrada Şura adlanan bir qurum var ki, onun da son illər hansı məsələni müzakirə etdiyi yada gəlmir.

Bəs icra başçısı hər hansı qərarı verəndə kimlə, yaxud kimlərlə məsləhətləşir?

Bu gün bəziləri özünü əvvəlki icra başçısı dövründə guya əzabkeş, etirazçı olan bir kadr kimi göstərir. (Belə yerdə deyirlər e... “yalançının...”). Sizlər deyildinizmi, hətta qadınlar, ağsaqqallar olan yerlərdə əvvəlki icra başçısının etikadan kənar ifadələrinə susub, “lal gəlin-kar gəlin” prinsipi ilə susub küncə qısılanlar, onların haqqın müdafiəsinə qalxanların üzünə duranlar. İndi belələri 230 minlik Masallıya hansı üzlə məsul vəzifədə çalışır?

(Adamın yadına “Mama Roza”ların insanlara “namus-qeyrət” dərsi keçmək əhvalatı düşür.)

Doğrudanmı, indiki şərtlərlə bir icra başçısının təmizlik siyasəti yeritməsi mümkündürmü?

Bir az keçmişə qayıdaq.

2012-ci ildə Rafil Hüseynov Masallıya icra başçısı təyin olunanda “Çəpərüstü söhbət” rubrikamızda yazmışdıq ki, “Hamı alır, başçı almır”. Gördük ki, bəziləri inciyir, dedik, bəlkə əksini yazaq – “Başçı alır, heç kim almır”.

Bəs bu günün mənzərəsi necədir? “Hərbi komissarlıq” deyilən qurumda “şirinlik-filan” olur, olmur? Bütün məktəblərdə “ölü canlar”, “xadimə biznesi” yığışdırılıbmı? Güzəştli dərman verilən günlərdə Mərkəzi Xəstəxanada başyardıya son qoyulubmu? Hüquq mühafizə orqanları bir çox cinayətlərə göz yummaq üçün dədə-baba qaydası ilə olan “insanpərvərliklərini” tərgidiblərmi? Bəzi yerlərdə dəllalar yığışdırılıbmı? Siyahını xeyli uzatmaq da olur. Təkcə, bəzi yerlərdə dəyişən formadır, mahiyyət yerindədir.

Ümumiyyətlə, indiki şərtlər daxilində tərtəmiz işləmək mümkündürmü? Məsələn, ərazi nümayəndəliklərinə verilən qeyri-rəsmi tapşırıqlar hansı pullar hesabına icra edilir? Filan yola qum-çınqıl tökdür, filankəslərə yardım et, qazının evin təmir etdir. Hansı pulla? Bir rəsmi xeyriyyə cəmiyyəti varmı?

400-500 məvacib alan bəzi məmurlar, xüsusən məktəb, bağça rəhbərləri ayda 5-10 dəfə rayonda keçirilən tədbirlərə hansı vəsaitlə gedir?

Bəs necə olmalıdır? Yuxarının pul almamağı ilə hər şey düzəlirmi?

“Həsiri basma, dolan gəl” siyasəti ilə hara qədər gedə bilərik? Lap son aylardakı “pensiya oyunlarına ” görə kimlər cəzalandı?

Bir də iş təkcə pul alıb-almamaqdan getmir ki... Misal var, “sən südlü inək ol, vur sərinçi aşır”.

Bu gün əksər idarələrin, eləcə də icra hakimiyyətinin əsas günahı aşkarlığın olmamasıdır. Əsil aşkarlıq yoxdursa, məncə, hər hansı təmizlikdən söz açmaq istehza doğurur.

Biz nəyi görmək istəyirik, lakin görə bilmirik?

İcra hakimiyyətinə məxsus sayt açıq-aşkar bu gün ki informasiya tələbatını ödəmir. Şəhid adı, Qazi adı hamımız üçün əzizdir, müqəddəsdir. Onlara nə qədər yardım edilsə də, azdır. Lakin, bəzi hallarda yardımdan daha çox, bəzi şəxslərin reklamına həsr olunur. Elə bil, bu adın kölgəsinə sığınıb, digər işləri unutdurmaq istəyirik. Adamın yadına məşhur misal düşür: “Faciəni çox təkrarlayanda komediyaya oxşayır”.

Yəni sözümüzün müxtəsəri odur ki, məlum saytı nə qədər şəhid, qazı ailələrin yardımları, QHT-lərin press-relizləri, idman xəbərləri... ilə yükləmək olar. Tutaq ki, Qızılağac kənd məktəbində ölkə səviyyəli tədbir keçirilir. Məşhur bəstəkar-həkim-şair Şahin Musaoğlu və Azərbaycan Yazıçılar Birliyinin katibi, tanımış yazıçı Elçin Hüüseynbəyli və başqaları ilə olduqca maraqlı görüş keçirilir, işıqlandırırıq. Amma icranın saytı bunu işıqlandırmır.

Rayonda mühüm əhəmiyyətli, kilometrlərlə kanalqazma işləri aparılır, biz işıqlandırıq. Bu sayt işıqlandırmır. Bəs nəyi işıqlandırır? Qasımlı kəndində yola bir maşın palçıqlı qum tökülüb, Hişgədərə də 2 ağac budanıb və digər informasiya yükü olmayan xəbərlər.

Hamı deyir ki, icra başçısı təmiz işləyir, halal adamdır. Bu fikirlərə mən də inanıram. Həm də ürəkdən inanıram. Onun kifayət qədər cəsarətli adam olduğu barədə də məlumatlar var. Həm də deyirlər ki, başçının çox işlərdən xəbəri yoxdur. İnanaq? Təkcə yerli qəzetin abunə adı ilə 20 min manatdan artıq pul mənimsədiyini, heç tabeliyində olan 2 işçiyə normal əmək haqqı vermədiyini yazırıq, ortaya konkret faktlar qoyuruq. Yazını manjetdə çap edirik. Reaksiya yoxdur...

Masallıda qazlaşdırma işi digər rayonlarla müqayisədə çox yüksəkdir. Bu barədə məlumat almaq üçün icranın müavin Adəm Məhərrəmova zəng edirəm. Deyir, xəstəyəm. 2 saat sonra bəlli olur ki, Sərçuvar kəndində, ona məxsus çayxanada çay dəsgahındadır. Səhəri yenə dəfələrlə zəng vururuq, cavab yox, mesaj yazırıq, cavab yox. Qeyri-rəsmi köməkçiyə zəng vururuq. “Baş üstə” deyir, cavab yoxdur.

Arzu etdiyimiz informasiyanı kimdən alaq? Sizdən hər hansı şəxsi xahiş etmirik ki? Müsbət işiniz təbliğ etmək istəyirik də.

İcra başçısından şəxsən xahiş edirəm ki, Masallı rayonda şəhidlərin xatirəsinə 30-dan artıq bulaq tikilib. Bunların şəklin verin, bir blokda video-rolik düzəldək. Təklif ürəkdən bəyənilir. 10 günə şəkillər çəkilir. Məlumat ala-yarımçıq olduğu üçün, əlavə informasiya istəyirik. Müavin mütəxəssisin, mütəxəssis fotoqrafın, fotoqraf mütəxəssisin üstünə atır. Bir ay keçir, nəticə yoxdur.

Yaxşı, indi məlumat almaq üçün icrada kimə müraciət edək. Bu necə iş üsuludur?

İcra başçısının 100 günü ilə bağlı yazıda 15 təklif verdik. Əksəriyyət də bəyəndi. Birinə reaksiya verilmədi.

Təkcə, cənab başçısının özünə verdiyim təklif – 8 noyabr Zəfər Günü tədbirinə, Şahin Musaoğlu, Rəsmiyyə Sabir, Adil Baxışlı kimi tanınmışların dəvət olunması təklifi istisna olunmaqla heç bir təklif reallaşmadı.

Bütün bunları yazmaqla heç də hörmətli Araz müəllimin gecə-gündüz çalışıb, rayonda apardığı abadlıq, quruculuq işlərinə, keçmişdən bu günə cəsarətli addımlarına, özünü xərcləmiş kadrların meydandan silinməsinə, səmimiyyətdən gələn sadəliyinə, din-iman adamı olmağına kölgə salmaq istəmirik.

Lakin elementar idarəçilik qaydaları var da.

Öz-özümə deyirəm: -Görəsən, Masallıda söz sahibləri kimdir? Niyə bir dəfə onlarla açıq görüş olmur ki, bilək kimin arzusu, təklifi nədir?

Masallıda məşhur Market söküntüsü də unudulmayıb.

Təkcə cənub xəbərtv-nin bununla bağlı canlı yayımını 60 minə yaxın insan izləyib, 500-dən artıq rəy var.

Nə qədər ki sökülmürdü, hamı deyirdi, niyə sökmürlər? Bu qədər ağac kəsilib, binanın zirzəmisi zəbt edilib, həmin binada bir çox sakinlər üçün problem yaranıb və sair.

Sökülən kimi isə başladılar ki, filankəslərə pul çatmayıb, haqsızlıq ərzə dirənib, niyə icranın bir addımlığnda olan qanunsuz tikilini heç kim görmürdü?

Sanki hər 2 tərəf haqlıdır?

Bəs günahkar kim idi?

Dəqiq rəy vermək çətin olsa da, bu olayda 2 dolaşıq məqam var idi: Birincisi, əvvəlki rəhbərlik Şahin Məmmədov iş yerinin və evinin 1 addımlığında sənədi olmayan tikiliyə yol verməməli idi.

İkincisi, İcra hakimiyyəti köhnə üsullarla, şəhid ailəsi, özünü xərcləmiş hacılar- filan-la özünü müdafiə etməməli idi.

Meydana icranın hüquqşünası, rayonun “Baş ziyalısı”, “Baş ağsaqqalı”, “Baş veteranı”, “Baş İctimai Şurası” çıxmalı, bir-iki gün əvvəl ictimai müzakirə keçirilməli, bu görüş, bu müzaikirə cəmiyyətə təqdim olunmalı idi və sair.

Yerli sakinlərdən də gileyliyik. 5 minə yaxın FB dostumun 98 faizi öz “hücrəsində” mürgüləyir, heç bir məsələyə reaksiya vermir, bəzisi də ancaq “mız” qoymaqla məşğuldur.

Yazdıqlarımıza da çox bənd olmayın. Yəqin ki, yaxın vaxtlarda Masallı ilə vidalaşıb, şair demişkən, “biz olmayan yerə gedəcəyik”.

Heç kimdən heç nə umub - küsəcəyim də yoxdur.

Hər şey Sizin olsun, sizin olsun-

- dəstə-dəstə yaltaqlar da...

- ordenli-medallı riyakarlar da...

- gecə-gündüz mərdlikdən danışıb, namərdlik edənlər də...

- üzünə durduqlarının qucağında oturanlar, qorxaqlığından , miskinliyini gizlətmək üçün “stuniyorların” gölgəsində gizlənənlər;

- tərif, şöhrət xəstəliyinə tutulub, bunun arxasında qorxaqlığını, acizliyini ört-basdır edən məmurlar da, başqa səlahiyyət sahibləri də;

- “Meydan da” sizin olsun, “Şeytan da”, kef edin özünüz üçün.

Son əvəzi

İnanırıq ki, hörmətli Araz müəllim yazdıqlarımıza səmimiyyətlə, həssaslıqla yanaşacaq, əvvəlki başçı kimi üstümə qadınlı-kişili 40 üzəduran göndərməyəcək, trolları bizə yönəltməyəcək.

Bir daha bildirirəm ki, təkcə masallılar yox, az qala, bütün bölgə sakinləri icra başçısı Araz Əhmədovu çox güclü fiqur sayır, ona böyük ümidlə baxır, ölkə başçısının uğurlu təyinatlarından biri sayır. Araz müəllim özü də böyüklük göstərib etiraf edir ki, bu sahədə təcrübəsi azdır. Biz demirik ki, tufan qopartsın, “partizanlıq” etsin. Amma düşünürük ki, daha qətiyyətli addımlar atmaq, cəmiyyətə daha açıq olmaq mümkündür.

Cenub.az. Zahir Əmənov
Ardını oxu...
Abşeron rayonu Ceyranbatan qəsəbəsi Yeni Məhəllə yaşayış massivi ərazisində artıq 3 gündür ki, xəbərdarlıq edilmədən təbii qazın verilməsi dayandırılır. Azəriqaz İB-nin işçiləri bunu sayğacların dəyişdirilməsi ilə əlaqələndirirlər.
TEREF.AZ yazır ki, bunu redaksiyamıza şikayət edən vətəndaşlar yazıb. Daha sonra onlar yazırlar:
Qəsəbə camaatı artıq boğaza yığılıb. Sayğacları dəyişmək üçün soyuq qış aylarını gözləmək lazımdırmı? Azəriqaz İB-nin səriştəsiz fəaliyyəti insanları etiraz etməyə məcbur edir. Azyaşlı körpələr və yaşlı insanlar evdə donur. Bəzi məmurlar qəsdən əziyyət verir ki, insanlar bezsin və etiraza qalxsınlar.
Teref.az
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Kərimov Kamal Əmir oğlu 2021-ci ildə Gəmiqaya Holdinq Şirkətlər İttifaqının “Naxçıvan Sement Zavodu” MMC-nin baş icraçı direktoru təyin edilib.

Bu barədə Zavodda işləyən fəhlə Ovqat.com-a məlumat verib.

“Naxçıvan Sement Zavodu” MMC Kəngərli rayonunun Böyükdüz kəndində mənzillənən sement zavodudur. Zavod 2013-cü ilin aprelində dövlət qeydiyyatına alınıb.

Qeyd edək ki, Kamal Kərimov xan Vasif Talıbovun qudasının qohumu olduğu bildirilir.

Sözügedən zavodda sementlə yanaşı, digər tikinti materialları da istehsal olunur.

K.Əmirov Azərbaycanın təbii sərvətlərinin talan edilməsi, vergidən yayınması məsələsi araşdırmalı və istintaqa cəlb edilməlidir.

Həmçinin Kamal Kərimovun digər ailə üzvlərinin də Gəmiqaya Holdinqdə yüksək vəzifəyə gətirildiyi qeyd olunur.

Eyni zamanda K.Əmirov sement zavoduna özünün yaxın əlaqədə olduğu FETO-çu dostlarını da mühüm postlara təyin etmişdir.

Bununla bağlı əlavə məlumat dərc ediləcək.
Ovqat.com
 
 
 
Ardını oxu...
Tibbi sığortadan kimlər, necə faydalanır? Vətəndaşlar pulsuz xidmət, məmurlarsa korrupsiya imkanı əldə edib. Toplum TV-nin araşdırması göstərir ki, bəzi hallarda tibb müəssisələri göstərilməyən tibbi xidmətləri də rəsmiləşdirirmiş.

Prezidentin tərif etdiyi tibbi sığorta sistemindən Bakı sakini Sevda Əliyeva heç vaxt istifadə etməyib. Deyir, dövlət xəstəxanalarına etibarı yoxdur deyə, bütün tibbi xidmətləri özəl müəssisələrdən almağa üstünlük verir. Amma bu yaxınlarda sürprizlə qarşılaşıb. Elektron hökumət sistemində onun dövlət xəstəxanalarında aldığı xidmətlər haqqında qeydlər var.

İcbari tibbi sığorta sistemi belə qurulub ki, tibb müəssisələri və həkimlər də xidmət göstərdiyi hər bir xəstəyə görə məvacib alır. Sevda Əliyevaya göstərilməyən xidmət üçün də dövlət pul ayırıb, amma vətəndaş xidməti görməyib.

Həkim ekspert Aydın Əliyev deyir ki, belə hallar tək-tük deyil:

Mütəmadi halda insanların belə şikayətlərinin olması göstərir ki, sistemin problemləri var. Düzdür, təzədir. Amma İcbari Tibbi Sığorta şəffaf olmalıdır. İndiyədək heç bir hesabatları olmayıb. Tibbi idarə edən qurumlar şəffaf deyil. Bu problemlərin aradan qaldırılması üçün yetəri addım atılmır.

Qaradağ rayon sakini Sübhan Bəşirlini də 23 saylı Birləşmiş Şəhər Xəstəxanasında icbari tibbi sığorta çərçivəsində müayinə ediblər. Daha doğrusu, etməyiblər. Amma bu barədə qeydi özünün də xəbəri olmadan sistemə əlavə ediblər. Toplum TV-yə danışan Sübhan Bəşirli bildirir ki, göstərilən tarixdə o heç ölkədə də olmayıb.

“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin icraçı direktoru Əliməmməd Nuriyev sadalanan faktlarla bağlı bir neçə hüquqpozma halı olduğunu deyir.

Elektron kabinetdə Sübhan Bəşirlini müayinə edən həkim kimi göstərilən Vüqar Feyziyev söyləyir ki, belə bir xəstəni heç vaxt görməyib.

İcbari Tibbi Sığorta Agentliyi deyir ki, pripiskadan xəbərləri yoxdur. Məsələni araşdıracaqlarını da vəd edirlər. Bəs siz necə, elektron kabinetinizi yoxlamısınızmı? Bəlkə yeni xəstəliyiniz var, xəbəriniz yoxdur?

Toplum TV

 
Ardını oxu...
“TuranBank” ASC-nin son dövrlər sədri kimi təqdim olunan Fəzail Musayev Misgər oğlu Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayevin yaxın qohumu imiş.

Bir neçə ildir sözügedən banka sədr seçilən F.Musayevin atası Misgər Musayev Məmməd Musayevin əmisi oğludur. İddiaya görə, bununla da bankın əsl sahibi mətbuatın gözündən uzaq qalmağa, sadəcə Konfederasiyadakı işlə məşğul olduğunu göstərməyə cəhd edib.

Qeyd edək ki, Fəzail Musayev bankın təftiş komisiyyasının üzvü, sonradan isə İH sədrinin I müavini vəzifəsində çalışıb.
Xatırladaq ki, mətbuatdakı materiallarda “Şapka Mamed” ləqəbi ilə adlandırılan Məmməd Musayevin “TuranBank”ın əsl sahibi olduğu, oğlu Fuad Musayev isə banka xüsusi nəzarət etdiyi bildirilir.
Həmçinin digər idialara görə, M.Musayevinn tanınmış ekstrasens Zirəddin Rzayevin yaxın münasibətləri var. Bütün M.Musayevin ekstrasenslə daim əlaqədə olduğu, işlərinin yaxşı alınması üçün onun “sehirli gücləri”rinə müraciət etdiyi deyilir.

Məlumatda bildirilir ki, hətta bu dostluq münasibətinə görə, M.Musayevin övladının ailəsində problem yaşandığı və boşanmaya səbəb olduğu iddia edilib. Mətbuatda gedən məlumata görə, Musayevlər ailəsi hər il falçılara yüz min manatlarla vəsait sərf edirlər. Hətta, Məmməd Musayevin xanımı bir neçə il əvvəl tanımış falçı Zirəddin Rzayevə “Mersedes Gelandewagen” bağışlayıb.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

mənbə// 32gun.az
 
 
 
Ardını oxu...
Ötən gün "Hürriyyət"in redaksiyasına müraciət edən Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi (Şamaxinka), bina 50, mənzil 3-də yaşayan İdrak Hacıbaba oğlu Zülfüqarlı 4 fevral 2008-ci il tarixdə "Olimpus-Az" MMC-dən aldığı 79 kvadratmetrlik 2 otaqlı mənzilin dəyərini tam ödəsə də, indiyədək sözügedən mənzilin ona verilmədiyini bildirib.

Bu səbəbdən də Yasamal Rayon Məhkəməsinə müraciət etdiyini deyən şikayətçinin sözlərinə görə, məhkəmə onun xeyrinə qətnamə çıxarıb və işi icraya göndərib, lakin icra şöbəsi hələ də üzərin düşən vəzifəni yerinə yetirmir: "Mən 4 fevral 2008-ci il tarixdə "Olimpus-Az" MMC ilə mənzil tikintisi haqqında müqavilə bağlamışam. Əlimdə bunu təsdiq edən bütün zəruri sənədlər, o cümlədən kassa mədaxil ordenin qəbzi mövcuddur. Həmin qəbzdə qeyd olunur ki, "Olimpus-Az" MMC-yə 79 kvadratmetrlik 2 otaqlı mənzilin qarşılığında 47005 manat pul ödəmişəm. Lakin üzərindən 14 il keçməsinə baxmayaraq, hələ də həmin mənzil mənə təhvil verilməyib. Bununla bağlı Yasamal Rayon Məhkəməsinə müraciət etmişəm və mənim xeyrimə qətnamə çıxarılıb. Belə ki, Yasamal Rayon Məhkəməsinin hakim Elçin Firudin oğlu Qurbanovun sədrliyi ilə 19 sentyabr 2011-ci il tarixdə çıxardığı qətnamədə deyilir ki, iddiaçı qismində mənim - İdrak Hacıbaba oğlu Zülfüqarlının cavabdeh "Olimpus-Az" MMC ilə bağladığım 4 fevral 2008-ci il tarixli mənzil tikintisi haqqında müqavilə ləğv edilsin. Həmçinin, Cavabdeh "Olimpus-Az" MMC-dən sözügedən müqavilə üzrə ödənilmiş 47005 manat məbləğində pul alınaraq mənə verilsin. Lakin bu günədək məhkəmənin qərarı icra olunmayıb".

14 ildir ki, üzləşdiyi problemin həlli məqsədiylə aidiyyatı orqanlara müraciət etdiyini vurğulayan İdrak Zülfüqarlı hələ də məsələnin öz həllini tapmadığını qeyd edib. Şikayətçi əlavə edib ki, bununla bağlı 21 dekabr 2021-ci il tarixdə Yasamal Rayon İcra Şöbəsinin böyük icra məmuru İsmayıl İsmayılov tərəfindən icra edilməyən və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında qərar qəbul edilib. Qərarda deyilir ki, Yasamal Rayon Məhkəməsinin 19 sentyabr 2011-ci il tarixli qətnaməsi icra edilmədən məhkəməyə qaytarılsın. Gördüyünüz kimi, bununla da icra məmuru məhkəmənin qətnaməsini icra etməyib. İsmayıl İsmayılov bunu onunla əsaslandırıb ki, aparılmış icra tədbirləri nəticəsində borclu "Olimpus-Az" MMC-yə məxsus hər hansı əmlak və gəlirlər müəyyən edilməyib: "Habelə "Olimpus-Az" MMC-nin faktiki olaraq fəaliyyət göstərmədiyi və rəhbəri Qurbanov Rauf Novruz oğlunun 05.01.2012-ci il tarixdə Penitensiar Xidmətin müalicə müəssisəsində öldüyü nəzərə alınaraq icra sənədləri Yasamal Rayon Məhkəməsinə qaytarılıb".

Məlumat üçün bildirək ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə "Olimpus-Az" MMC-nin rəhbəri Rauf Qurbanova 2010-cu ildə 11 il həbs cəzası verilib. İki il sonra isə o, həbsxanada dünyasını dəyişib. Deyilənlərə görə, sonradan tikinti maqnatı, "Şərurlu İsfəndiyar" kimi tanınan iş adamı İsfəndiyar Axundova məxsus "Şərur" MTK həmin binanın tikintisini davam etdirib. Həmçinin, o da qeyd olunur ki, İsfəndiyar Axundovun oğlu, "Qlobal Azəri" MMC-nin sahibi Mehdi Axundov "Olimpus-Az" MMC-nin ortağı olub. Görünür, elə bu səbəbdən də bir müddət sonra "Şərurlu İsfəndiyar" "Olimpus-Az" MMC-ni "Şərur" MTK-ya birləşdirib. Lakin buna baxmayaraq, İdrak Zülfüqarlı kimi yüzlərlə vətəndaş hələ də halalca mülklərinə sahiblənə bilmirlər.

Sonda İdrak Zülfüqarlı onu da əlavə edib ki, üzləşdiyi problemin həlli məqsədiylə iş adamı İsfəndiyar Axundovun qəbuluna düşmək istəsə də, buna nail ola bilməyib: "O, məni qəbula buraxmamaqla yanaşı, təhqircəsinə dedi ki, get hara şikayət edirsən et. Odur ki, "Hürriyyət" vasitəsiylə Prezident İlham Əliyev başda olmaqla, aidiyyatı qurumlara müraciət edir, onlardan məsələnin həllində köməklik gəstərmələrini, günahkarların cəzalandırılmasını xahiş edirəm".

"Hürriyyət"

P.S. Məsələ ilə bağlı yazıda adıçəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.
 
 
 

Dünyapress TV

Xəbər lenti