Ardını oxu...
Rəsəb Babaşovu sosial şəbəkədə linç etdilər - Fevralın 13-də Qazax rayonun icra başçısı Rəcəb Babaşov rayonunun Orta Salahlı kəndində yaşayan Axısqa türkləri ilə görüşüb və Türkiyədə baş vermiş faciə ilə bağlı başsağlığı verib.

Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat və fotolar icra hakimiyyətinin rəsmi saytında dərc olunub.

İcra başçısının bu addımı sosial şəbəkələrdə tənqid olunub.

İstifadəçilər R. Babaşovu Axısqa türklərinin tarixindən xəbərsiz olmaqda ittiham ediblər.

Bir müddət sonra isə məlumat və fotolar RİH rəsmi saytından götürülüb.

Məsələ ilə bağlı Qazax RİH-in İnformasiya təminatı və təhlili sektorunun müdiri Svetlana Qurbanova ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Naxçıvan Muxtar Respublikası (MR), Babək rayonu, Nehrəm kənd sakini Muradov Hikmət Baxşəli oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Həmin məktubu olduğu kimi dərc edirik:

“Mən, Muradov Hikmət Baxşəli oğlu, Babək rayon, Nehrəm kənd sakiniyəm. Hal-hazırda Babək rayonunun Araz kəndində yaşayıram.

2011-ci ilin aprel ayının 18-də Naxçıvan Muxtar Respublikasının “Aqrolizinq” səhimdar təşkilatı tərəfindən İran İslam Respublikasından gətirilmiş iribuynuzlu inəklərdən ailə təsərüffatını inkişaf elətdirmək üçün lizinq yolu ilə 2 baş inək götürdüm. Aprel ayında götürdüyüm inəklər 2011-ci ilin oktyabır ayının 16-da tələf oldu.

İnəklərdən biri xəstə olduğu müddətdə mən Baytarlıq İdarəsinin baş həkiminə müraciət etdim. Həkimlər inəyə baxış keçirdi. Nehrəm və Babək rayon baytarlıq idarəsinin baş həkimi 1 həftəlik müalicədən sonra (onu da qeyd edim ki, müalicə üçün müəyyən miqdarda pul xərcləmişəm) həkimlər müalicənin nəticə vermədiyini gördü və nəticədə inək tələf oldu. Respublika Baş Baytarlıq İdarəsinin baş həkimi Kamil müəllimi dəvət edərək, inəyi yarıb, laboratoriya analizi götürdülər. Nəticədə inəyin qarşısıalınmaz “KATARAL İSİTMƏ” xəstəliyi nəticəsində öldüyünü bildirdilər.

Bundan sonra müqavilənin şərtlərinə uyğun olaraq komissiya təşkil olundu və inəyin mənim üstümdən silinməsi üçün akt tərtib olundu.

Bu hadisələrdən sonra dəfələrlə “Aqrolizinq”in rəhbəri Vasim Məmmədova müraciət etməyimə baxmayaraq, inəyin ödənişi mənim üstümdən götürülmədi.

2015-ci ilin may ayında Babək rayon prokuroru İsrafil müəllim məni yanına çağırtdıraraq, faktla üzərimdən silinməsinə baxmayaraq, tələf olmuş inəyin pulunu məndən tələb etdi. Bildirmək istəyirəm ki, inəyin bir ədədinin qiyməti 3300 manatdır. İlkin olaraq məndən 660 manat alınmışdı. Mən İsrafil müəllimə müqaviləni göstərərək, onun şərtində “mübahisəli məsələlər məhkəmə yolu ilə həll edilməlidir”, - deyə bildirsəm də, o, məni təhqir edərək, hədə-qorxu gələrək geri qalan məbləğin günün sonunadək ödənilməsini, ödənilmədiyi təqdirdə məni şərliyərək tutduracağını bildirdi.

Mən də məcburiyyət qarşısında qalaraq həyat yoldaşıma aid olan nişan üzüyünü və digər zinət əşyalarını dəyərindən çox aşağı qiymətə sataraq (800 manata), əlavə də 200 manat borc alaraq Babək rayon prokuroru İsrafil müəllimə 1000 manat verdim. O, 1000 manatın az oluğunu bildirərək, məni prokurorluqda saxladı və “Naxçıvan Bank” ASC-dən əlavə olaraq kredit götürüb ona verməyimi tələb etdi.

12 iyun 2015-ci il tarixdə son çarə olaraq həyat yoldaşımın adına “Naxçıvan Bank”a müraciət etdim, onlar bizə 2000 manat dəyərində kredit verdi. 2000 manatı da İsrafil müəllimə verdikdən sonra bildirdim ki, məhkəməyə müraciət edəcəm.

Sonra mən Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasına müraciət edərək, özümə vəkil tutdum və başıma gələn hadisəni vəkilə danışdım. Vəkil Hakim müəllimin köməyi ilə İqtisadiyyat Məhkəməsinə müraciət etdim. Bunu eşidən İsrafil müəllim məni yanına çağıraraq, yenidən hədə-qorxu gəldi, şikayəti geri götürməsəm başımın ağrıyacağını bildirdi. Mən də məcburiyyət qarşısında qalaraq şikayətimi geri götürdüm.

Hörmətli redaksiya!

Sizdən xahiş edirəm ki, mənim yazdıqlarımı saytınız vasitəsilə işıqlandırasınız və mənim səsimi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə, Baş prokuror Kamran Əliyevə, DTX rəisi Əli Nağıyevə çatdırasınız.

Onu da nəzərinizə çatdırım ki, İsrafil müəllim hal-hazırda Naxçıvan Respublika Prokurorluğunda işləyir.

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq. //Hurriyyet.az/
 
Ardını oxu...
Əvvəlki illərdən fərqli olaraq, hakim komandaya yeni qatılan kadrların fəaliyyətindəki yarıtmazlıq üzə çıxan kimi ölkə başçısı onu dərhal kənarlaşdırır. Son 2-3 ildə bununla bağlı presedenlərin olması da bunu təsdiq edir.

DİA.AZ bildirir ki, Gununsesi.info-nun hökumətdəki mənbələrdən əldə etdiyi xəbərə görə, yaxın zamanlarda Azərbaycanın Gənclər və idman naziri Fərid Qayibov da öz postu ilə vidalaşacaq

Ardını oxu...

Bu barədə danışan mənbəmiz iddia edib ki, ötən dövr ərzində gənc nazirin qarşısına qoyulan vəzifələrə nail olunmayıb.

Məlumatda o da qeyd olunur ki, Fərid Qayıbovu bu postunda Milli Məclisin deputatlarından biri əvəz edəcək.

“Dövlət Məşğulluq Agentliyi “Bis Co” MMC ilə satınalma müqaviləsi imzalayıb.

Qaynarinfo xəbər verir ki, maliyyə dəyəri 918 040 AZN olan müqavilədə BACAR platformasının peşə hazırlığı modulu üçün kontent materiallarının hazırlanması işlərinin satın alınması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Bis Co” MMC 10 sentyabr 2009-cu il tarxidə qeydiyyatdan keçib. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Rəşid Behbudov küçəsi ev 1A, mənzil 13-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə Hüseynov Heydər Yusif oğludur.

Şirkətin əvvəlki qanuni təmsilçisi Hüseynli Fariz Heydər oğlu olub. Əldə etdiyimiz məlumata görə, Fariz Hüseynli Heydər Hüseynovun oğludur. 2019-cu ildə şirkətin reyestr məlumatlarında dəyişiklik edilib. Bununla MMC-nin qanuni təmsilçisi də dəyişib ki, bu da təsadüf deyil. Hələ 2019-cu ildə yerli mediada tirajlanan araşdırmada “Bis Co” MMC-nin əslində əmək və əhalinin sosila müdafiəsi nazirinin müavini Vüsal Nəsirlinin nəzarətində olduğu bildirilib. Həmin materialda Fariz Hüseynli nazir müavinin yaxın qohumu kimi təqdim edilib. “Bis Co” MMC ilə birgə iş gördüyünü deyən “Aqri Kon” MMC-nin qanuni təmsilçisi Elman Umudov da Fariz Hüseynlinin nazir müavini ilə qohum olduğunu təsdiqləyib.

Yeri gəlmişkən, 2019-cu ildə kənd təsərrüfatı malları ilə təminata görə “Aqri Kon” MMC və “Bis Co” MMC-yə 19 225 246 AZN vəsait ayrılıb.

“Aqri Kon” MMC-nin təşkilati hüquqi forması və qanuni təmsilçisi dəyişib. Şirkət Qapalı Səhmdar Cəmiyyətinə çevrilib. QSC-nin qanuni təmsilçisi isə Vəliyev Şirxan Nəsir oğludur.

 
Ardını oxu...
 
 
 
 
 
Ardını oxu...
Türkiyədə zəlzələdən zərərçəkənlərə dəstək məqsədi ilə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə daha bir humanitar yardım göndərilib.

Bu gün zəlzələ bölgəsinə uçan təyyarədə çadırlar və qızdırıcılar daxil olmaqla ümumilikdə 40 ton yardım yola salınıb.

Xatırladaq ki, Heydər Əliyev Fondu faciənin ilk günündən qardaş ölkəyə öz dəstəyini göstərib. Birinci vitse-prezident Mehriban Əliyevanın göstərişi ilə bundan əvvəl fevralın 9-da və 11-də faciədən zərər çəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, qızdırıcısı olan çadırlar, generatorlar, istilik radiatorları, çöl üçün qızdırıcılar, dizel yanacaqlı kaloriferlər, həmçinin axtarış-xilasetmə işlərinə dəstək məqsədi ilə ləvazimat və avadanlıqlar göndərilib.

Eyni zamanda, xatırladaq ki, Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə vətəndaşlardan toplanan isti geyim və avadanlıqlar da artıq Türkiyəyə yola salınıb.
Ardını oxu...
 
Ardını oxu...
Məktəbəqədər təhsil müəssisələrində, teatr və kinoteatrların bufetlərində qaz qurğularının quraşdırılması qadağandır.

Pressklub.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Qaz qurğularının tikintisinə, qurulmasına, istismarına və işçi vəziyyətdə saxlanmasına dair Tələblər”də əksini tapıb.

Qaydalara əsasən, istehlakçılar, o cümlədən məişət abonentləri tərəfindən bu tələblərə əməl edilmədən qaz qurğularının özbaşına quraşdırılmasına yol verilmir.
 
Ardını oxu...
Zaqatala rayon Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri işdən çıxarılıb.
Teref.az Qaynarinfo-ya istinadla bildirir ki, sözügedən şöbəsinin müdiri Yaqub Məmmədov vəzifəsindən azad edilərək, son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Bu barədə 14 ildir rayonun icra başçısı olan 76 yaşlı Mübariz Əhmədzadə əmr imzalayıb.
İcra Hakimiyyətindən bildirilib ki, Yaqub Məmmədov ötən ilin sonunda vəzifəsindən azad edilib.
 

Bakı Apelyasiya Məhkəməsində uzun illər Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub-E.M.) İstintaq Baş İdarəsinə rəhbərlik etmiş general-mayor Mövlam Şıxəliyev, 2-ci şöbənin rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin rəis müavini Yasin Məmmədov, şöbə rəisinin müavini Sahib Ələkbərovun məhkəməsi davam edir.

Sonuncu prosesdə Mövlam Şıxəliyev vəsatətlə çıxış edib. O, ittihamı müdafiə edən prokurordan ona qarşı sürülən ittihama hüquqi qiymət verməsini istəyib.

Vəsatətə münasibət bildirən generalın vəkili Ceyhun Yusifov bildirib ki, Mövlam Şıxəliyev ittiham tərəfindən ittiham aktının sübuta yetirilməsini xahiş edir: “Bu vəsatət əsaslıdır. Çünki Mövlam Şıxəliyevin özü də prokurora yalvarır ki, ona qarşı irəli sürülən ittihamı sübuta yetirsin. Buna görə də apelyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla baxılmalıdır. Qismən istintaq aparılmaqla bəzi işləri araşdırmaq lazımdır. İş üzrə 32 epizoddan heç biri məhkəmə tərəfindən sübuta yetirilməyib”.

Bir neçə zərərçəkmişin vəkili Osman Kazımov isə vəsatəti əsassız hesab edib. O deyib ki, bu məsələyə hazırda hüquqi qiymət verilə bilməz. Yerində müşavirə keçirən hakim heyəti vəsatəti təmin etməyib.

Daha sonra Mövlam Şıxəliyev deyib ki, ona qarşı rüşvət alma və hədə-qorxu yolu ilə ittiham irəli sürülüb. Onun sözlərinə görə, rüşvət alma ittihamı üzrə kimdən rüşvət alınması ilə bağlı sübutlar olmalıdır.

Mövlam Şıxəliyev qeyd edib ki, rüşvətalma ilə bağlı möhürlənmiş heç bir sənəd cinayət işində yoxdur. O, bu epizodlar üzrə şahidlərin apelyasiya instansiyasında dindirilməsini istəyib. Vəsatətə münasibət bildirən Ceyhun Yusifov deyib ki, müvəkkilinə iş üzrə zərərçəkmiş Anar Heydərovdan hədə-qorxu yolu ilə pul tələb olunması ittihamı verilib: “Amma bu şəxs birinci instansiya məhkəməsində dindirilməyib, araşdırma aparılmayıb. Buna baxmayaraq həmin epizod üzrə ittihamedici hökm çıxarılıb. Müdafiə tərəfi olaraq vəsatətin təmin olunmasını istəyirik”.

 

Digər təqsirləndirilən şəxslər də vəsatətin təmin olunmasını istəyib. Bildiriblər ki, bu epizodlar üzrə onlara qarşı sürülən ittihamda heç bir sübut yoxdur. Günahsız olduqları birinci instansiya məhkəməsi tərəfindən sübuta yetirilsə də, onların barəsində ittihamedici hökm çıxarılıb.

Zərərçəkmiş Hüseyn Səfərov isə təqsirləndirilən şəxslərə qarşı ittihamların sübuta yetirildiyini deyib: “Camaatdan hədə-qorxu yolu ilə pul alıblar. Hələ burada danışırlar da. Biz vəsatətin rədd olunmasını istəyirik”.

Məhkəmə Mövlam Şıxəliyevin bu vəsatətini də təmin etməyib. Daha sonra Mövlam Şıxəliyev əmlakları üzərinə qoyulan həbslərin götürülməsini, ona bəraət verilməsini, ədalətli qərar qəbul edilməsini istəyib. Məhkəmə bu vəsatəti baxılmamış saxlayıb. Hakim bildirib ki, bu vəsatətdə olan məsələlərə məhkəmə yekunda qiymət verəcək.

Bundan sonra hakim Ceyhun Yusifova apelyasiya şikayəti üzrə çıxış etməyə söz versə də, vəkil məhkəmənin hazırkı mərhələsində çıxışa hazır olmadığını deyib. Bildirib ki, digər təqsirləndirilən şəxslər çıxış edəndən sonra apelyasiya şikayətinin dəlilləri üzrə çıxış edəcək.

Generalın digər vəkili Arzu Cavadov da hazırkı mərhələdə çıxış etmək istəməyib. O, Mövlam Şıxəliyevin çıxışı ilə razı olduğunu bildirib.

Daha sonra təqsirləndirilən Yasin Məmmədov apelyasiya şikayətinin dəlilləri üzrə çıxış edib. O, apelyasiya şikayətini müdafiə edib. Bildirib ki, barəsində aparılan istintaq hərəkətləri zamanı çoxsaylı qanun pozuntularına yol verilib və barəsində elan olunan ittiham birinci məhkəmə instansiyasında aparılan istintaq zamanı sübuta yetirilməyib. Yasin Məmmədov qeyd edib ki, 1-ci Qarabağ döyüşlərində 6 qardaşı ilə birgə iştirak ediblər. Yasin Məmmədov Baş Prokurorluğun İstintaq İdarəsinin sabiq rəisi Eldar Əhmədovu, müstəntiqlər Qasım Məmmədov və Əli Babayevi qanunsuz istintaq aparmaqda ittiham edib. O deyib ki, vaxtilə bir çox ümumi iclaslarda Eldar Əhmədovun fəaliyyətini tənqid edib: “Buna görə də Eldar Əhmədov məndən qisas alır. Mənim, ümumiyyətlə, əvvəldən Mövlam Şıxəliyevlə aram olmayıb. Xidmət dövründə Mövlam Şıxəliyev mənə düşmən kimi baxıb. İndi necə olur ki, biz mütəşəkkil cinayətkarlıqda mühakimə olunuruq? Mövlam Şıxəliyev xidmət dövründə mənə heç nə etibar etməyib. Adama belə ittiham verərlər? Eldar Əhmədov və Qasım Məmmədov barəmdə mənfi fikirlər formalaşdırıblar. Bu formada da barəmdə qanunsuz ittihamedici hökm çıxarılıb”.

Yasin Məmmədov qeyd edib ki, onu 2015-ci ildə ittiham etmək istəyiblər: “Amma heç bir sübut tapa bilməyiblər. Mən sonradan Dövlət Təhlükəsizliyi Xidmətində işimi davam etdirdim. 2020-ci ildə təqaüdə çıxdım. Həmin illər ərzində Prezidentin korrupsiyaya qarşı apardığı siyasəti üzrə istintaq qrupuna rəhbərlik etmişəm. Rüşvətlə tutulan icra başçılarının istintaqını aparmışam. Amma sonradan özümü ittiham etdilər. Rüşvət alma ilə bağlı əməliyyat keçirilir, çəkiliş aparılır, möhürlənmiş sənədlər götürülür. Amma bizə qarşı irəli sürülən ittihamların heç birin də belə bir hal yoxdur. 14 ildən sonra yada düşüb ki, kimlərdənsə rüşvət almışıq.”

Yasin Məmmədov deyib ki, baş prokuror Kamran Əliyevin oğlu Kənan Əliyev Dövlət Təhlükəsizliyi Xidmətində hərbi xidməti keçib: “Onu mənim şöbəmə vermişdilər. Mən ona əsgər kimi yox, bir istintaqçı kimi yanaşırdım. Xarici dil bilirdi, yaxşı savadlı idi. Ona görə də istəyirdim ki, xüsusi xidmət orqanlarında xidmətini davam etdirsin. Amma özü bunu istəmədi. Bu gün barəmdə baş prokurora mənfi fikirlər çatdırılar. Amma baş prokuror məni oğlundan maraqlansa, mənim necə bir istintaqçı olduğumu bilər”.

Yasın Məmmədov qeyd edib ki, xüsusi xidmət orqanına işə gələndə imkanları geniş olub, oradan təqaüdə çıxanda isə imkansız duruma düşüb: “Oğlum təhsil haqqını toplamaq üçün ofisiant işləyir. Hansı məmurun övladı ofisiant işləyər? Biz bu günlərə belə yollar keçərək gəlmişik. Mənim əmlakımın olması ilə bağlı müvafiq sorğular verilib. Amma heç bir əmlakım olmadığı üzə çıxıb. Axırda 1996-cı ildə qardaşımın aldığı əmlakın üzərinə həbs qoyulub. Bu biabırçılıqdır”.

Yasin Məmmədov qeyd edib ki, ona zərərçəkmiş Cahangir Məmmədovdan 80 min manat tələb etməsi ilə bağlı ittiham verilib: “Bu da absurd ittihamdır. Yazırlar ki, guya biz ondan pul tələb etmişik, o da evini satıb bizə verib. Bundan sonra Cahangir intihar edib. Cahangirin arvadı məhkəmədə ifadə verdi və bildirdi ki, Cahangiri qardaşı Arif öldürüb. Cahangirin özü də istintaq altında olanda deyirdi ki, onu bu günə qardaşı salıb. Deyirdi ki, qardaşıma yaxşı işlər görmüşəm, o isə həbsdə olanda mənə baxmır”.

Zərərçəkmiş Əfsəl Həsənəliyevin epizoduna toxunan Yasin Məmmədov onu yalan danışmaqda ittiham edib: “Əfsəl Həsənəliyev deyir ki, guya kredit götürüb, həmin pulu da bizə verib. Amma həmin pulu Əfsəl Həsənəliyev taxta biznesinə yatırıb. O, səsini yazmadığı adam, hakim, prokuror yoxdur. Hakimlərin, prokurorların səsini yazır, sonra da onları şantaj edir”.

Yasin Məmmədovun epizodu üzrə zərərçəkən Sərdar İsmayılov ona etirazını bildirib. Yasin Məmmədovu yalan danışmaqda ittiham edib. Bildirib ki, Yasin Məmmədovun qanunsuz əməlləri nəticəsində ona külli miqdarda ziyan dəyib: “Mənim İrana apardığım malı qanunsuz olaraq ələ keçirdiniz. Burada da yalan danışırsan. Həmin mal dövlət nəfinə müsadirə etdiyinizi deyirdiniz. Haradadır bu haqda qərar? İllərdir tələb edirəm. Malı da aparıb Yaşar Cabbarovun vasitəsilə satdınız. Mənə milyondan çox ziyan vurmusunuz, qanunsuz olaraq həbs etmisiz. İndi də burada gəlib yalan danışırsan”.

Yasin Məmmədov deyib ki, Mövlam Şıxəliyev onun iş həyatını məhv edib: “Mən daha yüksəklərdə ola bilərdim, rütbəm arta bilərdi. Bunların qarşısını alan şəxs olub. Xidmət dövründə toylara, yas yerlərinə gedə bilməmişəm. Xidməti fəaliyyətimlə bağlı mən də daim qüsur axtarıb. İndi məni onunla mütəşəkkil dəstə yaratmaqda ittiham edirlər. Belə bir biabırçı ittiham heç vaxt görünməyib. Əmlaklarımın olmasını müəyyən etmək istəyiblər. Amma olmayan əmlakı necə müəyyən etmək olar? Mənə qarşı kimlərsə düşmənçilik edir. Amma düşmənçilik edəndə də gərək kişi kimi düşmənçilik etmək lazımdır. Məni Mövlam Şıxəliyevlə eyni icraatda ittihamın verilməsini belə özümə qarşı hörmətsizlik hesab edirəm”.

Yasın Məmmədov bildirib ki, ittihamda zərərçəkmişlərdən Ağasalam Ağamalıyevdən pul və bahalı saatlar almaları yazılıb: “Birincisi, bu ittihamı yazanlar Milli Təhlükəsizliyi Nazirliyinin strukturu ilə maraqlansınlar. Görüsünlər ki, bu qədər pulu, saatları nazilriyin binasına keçirmək mümkündürmü? Bu qədər şər-böhtan olmaz”.

Digər təqsirləndirilən şəxs Sahib Ələkbərov da ittihamlarla razı deyil. O, sifarişlə həbs olunduğunu iddia etdi: “Mənə ibtidai istintaqını apardığım işlər üzrə ittiham veriblər. Mən də deyirəm ki, mən də həmin işlər üzrə cinayət törətməmişəm. Düzünü istəmirsən? Borcun deyil işin hallarını tam, hərtərəfli araşdırasan? Xahiş edirəm ki, mən istintaqını apardığım işlər üzrə Bakı Ağır Cinayətlər Məhkəməsindən hökmləri tələb elə, gəl mənim iştirakımla araşdıraq. Əgər ittiham sübut olunarsa, asın məni ayaqlarımdan. Mən dediklərim sübut olunarsa, onda da zəhmət çəkin, qanuni qərar qəbul edin”.

Sahib Ələkbərov iddia edib ki, iş üzrə ona rüşvət verilməsinə dair bir fakt belə yoxdur. O, Qulam Bağırov epizodu üzrə danışarkən deyib ki, hazırda zərərçəkən şəxs statusunda olsa da, barəsindəki məhkəmə hökmü bu gün də qüvvəsindədir: “Birinci instansiya məhkəməsi epizod üzrə məni cəzadan azad edib, lakin mülki iddianı da təmin eləyib. Guya rüşvəti mənə Bağırov Qulamın qardaşı Sərdar verib. Onun barəsində də məhkəmə hökmü var. O, ABŞ maliyyə şirkətinin Azərbaycanda nümayəndəsi olması görüntüsü yaratmaqla vətəndaşların etibarını qazanaraq bir neçə vətəndaşın əmlakını ələ keçirib. Onun şəxsiyyəti nəzər alınmaqla mənə qarşı ifadələri məhkəmədə mötəbər sübut kimi qəbul oluna bilməz. O, keçmiş baş prokuror Zakir Qaralovun çağırışlarından ilhamlanaraq gəlib mənim barəmdə yalançı ifadələr verib. Mən onu cinayət məsuliyyətinə alan zaman bu adam Daxili İşlər Nazirliyinin Yasamal Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili idi. Mən necə əməliyyat müvəkkilinə hədə-qorxu gəlib ondan rüşvət ala bilərdim?”

Sahib Ələkbərov ona ittiham elan olunmuş epizodlar üzrə dəlilləri sadalamaqla bir çox səs-küylü cinayət işləri üzrə istintaq apardığını bildirib. Hacı Məmmədovun dəstəsinin işi üzrə o zaman Baş Prokurorluğun Ağır Cinayətlərin İstintaq İdarəsinin rəisi olan, sonradan baş prokurorun 1-ci müavini təyin olunan Rüstəm Usubovu dindirdiyini xatırladıb. Deyib ki, o zaman Rüstəm Usubov onu hədələyib: “Məndə Baş Prokurorluğun bəzi rəhbər şəxslərinin səs yazıları var. Başıma bir iş gəlsə, onu lazımi ünvanlara təqdim eləyəcəklər. O zaman yer yerindən oynayacaq. Öləsi deyiləm, xəbərdarlıq edirəm, otursunlar yerlərində, mənimlə işləri olmasın! Məhkəmələrə müdaxilə edib qanunsuz qərarlar verilməsinə nail olmağa çalışmasınlar. Mən siz hakimlərə inanıram. Bilirəm ki, sizə hər hansı bir təzyiqlə qanunsuz qərar qəbul etməyəcəksiniz. Çünki Azərbaycanda məhkəmələr müstəqildirlər”.

Mənbə: “Yeni Müsavat”

Ardını oxu...
Fevralın 13-də Azərbaycan növbəti dəfə çox mühüm beynəlxalq tədbirə ev sahibliyi etdi. Bakıdakı “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. Mötəbər tədbirdə İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Urso, “Ansaldo Energia” şirkətinin prezidenti Cuzeppe Marino və Çinin “Dongfang” şirkətinin baş direktoru Çen Xuacye iştirak edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tədbirdə çıxış edərək bildirib ki, “bu, çox əlamətdar hadisədir, ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək, eyni zamanda, Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmini daha da artıracaq”.
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində dünyada böyük nüfuz qazanan Azərbaycan artıq ən mühüm mövzuların müzakirə olunduğu mötəbər beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısı kimi tanınır. Vətən müharibəsindən sonrakı dövrdə keçirilən beynəlxalq tədbirlərdə işğaldan azad olunan ərazilərimizin dirçəldilməsi və beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm komponentinə çevrilməsi istiqamətində görülən işlərin təbliğinə geniş yer verilir. Bu, həm də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən dərhal sonra dövlətimizin başçısının Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsi istiqamətində həyata keçirdiyi ardıcıl və mütərəqqi siyasətə beynəlxalq ictimaiyyətin yüksək diqqətinin və artan marağının əyani ifadəsidir. Bakıdakı növbəti əlamətdar tədbir - müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlinin qoyulması, dövlət başçımızın söylədiyi kimi, ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək, eyni zamanda, Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmini daha da artıracaqdır.
Mərasimdəki çıxışında ölkə başçısı qeyd edib ki, Mingəçeviri Azərbaycanın və Qafqazın enerji mərkəzinə çevirən məhz Ulu Öndər Heydər Əliyev olub: “Ulu Öndərin rəhbərliyi və təşəbbüsü ilə 1976-cı ildə Mingəçevirdə böyük elektrik stansiyasının təməli qoyulub. Böyük stansiyanın birinci bloku 1981-ci ildə Heydər Əliyevin şəxsi iştirakı ilə açılıb”. Hazırda Mingəçevir şəhərinin nəinki Azərbaycanın, bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır, təxminən 1300 meqavat gücündə olan stansiya ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcəkdir.
Yeni elektrik stansiyası Azərbaycanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaq və burada yüzlərlə yeni iş yerləri açılacaqdır. Yeni tikiləcək stansiyada şərti yanacağın sərfiyyatı kifayət qədər aşağı olacaqr və bu, ildə təqribən 800 milyon kubmetr və ya 1 milyard kubmetr qaza qənaət edilməsnə imkan verəcəkdir. Avropa məkanında Azərbaycan qazına böyük tələbat olduğu üçün bu, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaqdır.
Qısa müddət ərzində stansiyadakı 8 blok tam şəkildə yenidən qurularaq istifadəyə verilib. 2020-ci ildə stansiya artıq 2400 meqavat generasiya gücünə malik olmuşdur. Bərpa-yenidənqurma işləri nəticəsində təqribən 600 meqavatdan çox itirilmiş güclər bərpa edilib və bu da öz növbəsində yeni bir böyük stansiyanın tikintisi deməkdir. Qeyd olunmalıdır ki, yeni tikiləcək elektrik stansiyasının müasir standartlara cavab verməsi nəticəsində karbon qazının miqdarı 2 milyon ton azalacaq və beləliklə, ətraf mühitə də bunun çox böyük faydası olacaqdır. Tikinti işləri zamanı ödəniləcək vəsaitin 60 faizi “Azərenerji”nin öz vəsaiti hesabına təmin ediləcək, qalan 40 faiz isə kreditlər vasitəsilə təmin ediləcəkdir.
Qeyd edilməlidir ki, «Azərenerji» ilə İtaliyanın «Ansaldo» şirkəti arasındakı əlaqələr burada həlledici rol oynayır və «Azərenerji» ilə «Ansaldo» arasında müqavilələr İkinci Qarabağ müharibəsi başa çatandan dərhal sonra imzalanıb. Azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda bu gün böyük quruculuq-bərpa işləri gedir və bu işlərdə də «Ansaldo» və «Azərenerji» tərəfdaşlıq çərçivəsində fəaliyyət göstərirlər. Ölkə başçısının bildirdiyi kimi, strateji məna daşıyan İtaliya-Azərbaycan əlaqələrini daha da genişləndirməyə çalışırıq. Hazırda Azərbaycanın ümumi generasiya gücü 7200 meqavatdır və onun 3400 meqavatı son 20 ildə yaradılıb. Azərbaycanda bütövlükdə elektroenergetika sahəsi son illər ərzində çox sürətlə və uğurla inkişaf edir. Son 20 il ərzində Azərbaycanda 34 elektrik stansiyası inşa olunub və bu stansiyaların generasiya gücü təqribən 3400 meqavata bərabərdir.
Göründüyü kimi, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində dünyada böyük nüfuz qazanan Azərbaycan artıq ən mühüm mövzuların müzakirə olunduğu mötəbər beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısı kimi tanınır. Əminik ki, təməli qoyulan bu stansiya nəzərdə tutulmuş vaxtda inşa ediləcək və həm ölkəmizin enerji potensialını gücləndirəcək, ixrac imkanlarımızı gücləndirəcək və həm də xarici tərəfdaşlarla yeni, gələcək layihələrə yol açacaqdır.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Teref.az

Dünyapress TV

Xəbər lenti