'Kasamasa'da müştəri kiminsə umrunda deyil...
DİA.AZ: - "İçərişəhərdə "Kasamasa" adlı bir restoran var. Adı xoşuma gəldi və qardaşım qızlarını ora apardım". DİA.AZ bildirir ki, bunu öz gileyində tanınmış gənc yazar İradə Aytel qeyd edib.

Narazı yazarımız başına gələnləri daha sonra belə nəql edir: "Menyu çərçivəsində sifarişlər etdik. Freş meyvə şirələri (qiymətlər çekdə var) hər birimizə 40 dəqiqə aralıq olmaqla gəldi. Və hər şirə ayrı-ayrı ucuz piyalədə, bakalda, stəkanda və s. gəlirdi. Soruşdum ki, niyə belə gəlir, birimiz içirik, o birimiz baxır, hamısı bir olmazmı? dedi, meyvə almağa gedirik. O biri yeməklərdən sonra plov sifariş etdik, qaşıq gəlmədi (qab-qacaq yenə də ayrı-ayrı idi. dəst heç nə yox idi o bahalı yerdə). ofisiantları da elə qıtlıqla götürüblər ki, biz ofisiant tapana, qaşıq gələnə qədər aş buza dönəcəkdi, çəngəllə yedik. Tualet lazım gəldi, dedilər bizdə tualet yoxdiu. necə yoxdur, iki saatdır buradayıq, deyəndə dedilər elə sıxışmısınızsa üzbəüzdəki otelə gedin. 146 manatı ödəyəndən sonra adminstratora şikayətimi etdim. İçərişəhər xaricilərin ən çox axın etdiyi yerdir. Ölkəni belə təmsil edirlər? Başqa ölkələrdə müştərinin başına dolanırlar. Axı, biz ora pul odəyirik. Həm də maya dəyərindən qat-qat artıq ödəniş edirik. Niyə beləyik??? Bir söz də deyim, o restoranda hər şey sıfırdır, bircə yeməkləri dadlıdır. İmkanım olsaydı, oranın aşbazını başqa yerə transfer edərdim".

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

'Kasamasa'da müştəri kiminsə umrunda deyil...

Dünyapress TV

Xəbər lenti