Prezident Bəylik kəndinin açılışında - Fotolar


Azərbaycan Prezidenti İlham Əliyev bu gün Laçın rayonunun Bəylik kəndinin açılışında iştirak edib.

Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov dövlət başçısına burada yaradılan şərait barədə məlumat verib.

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq Laçın rayonunda, o cümlədən Bəylik kəndində genişmiqyaslı quruculuq işləri aparılır.

***

Prezident İlham Əliyev Laçın rayonunun Bəylik kəndində klub-icma mərkəzində yaradılan şəraitlə də tanış olub.

Buradakı otaqlarda rəqs və digər dərnəklər fəaliyyət göstərəcək. Binadakı zalda əlamətdar günlərlə bağlı müxtəlif tədbirlərin, eyni zamanda, gənclərin toplantı və görüşlərinin keçirilməsi üçün hərtərəfli şərait var. Bəylik kəndində evlərin, sosial obyektlərin, küçələrin işıqlandırılmasında yaşıl enerjidən istifadə edilir. Bu məqsədlə digər obyektlər kimi klub-icma mərkəzinin binasının damında da günəş panelləri quraşdırılıb.

***

Sonra Prezident İlham Əliyev Bəylik kəndində yeni inşa edilmiş fərdi evlərdə yaradılan şəraitlə tanış olub.

Qeyd edək ki, tamamilə yenidən tikilən kəndə ümumilikdə 90 ailə - 360 nəfərin köçürülməsi nəzərdə tutulur. Ərazisi 29,6 hektar olan kənddə 91 fərdi ev inşa olunub. Evlərdən 13-ü iki, 50-si üç, 15-i dörd, 13-ü isə beşotaqlıdır.

Bəylik kəndində əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb, iqtisadi, sosial və məişət təyinatlı müxtəlif müəssisələr tikilib, kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub.


Prezident Bəylik kəndinin açılışında - FotolarPrezident Bəylik kəndinin açılışında - FotolarPrezident Bəylik kəndinin açılışında - FotolarPrezident Bəylik kəndinin açılışında - FotolarPrezident Bəylik kəndinin açılışında - FotolarPrezident Bəylik kəndinin açılışında - FotolarPrezident Bəylik kəndinin açılışında - FotolarPrezident Bəylik kəndinin açılışında - FotolarPrezident Bəylik kəndinin açılışında - FotolarPrezident Bəylik kəndinin açılışında - FotolarPrezident Bəylik kəndinin açılışında - FotolarPrezident Bəylik kəndinin açılışında - Fotolar

Bölmənin digər xəbərləri

28 May 2025 Laçın Hava Limanı Hansı Üstünlüklər Vəd Edir?
28 May 2025 Prezident Şahbaz Şəriflə Laçında nahar masasında – Fotolar
27 May 2025 İlham Əliyev Laçında açılışlar etdi - FOTO
27 May 2025 Daha 48 ailə doğma yurda yola salınıb
26 May 2025 Baş nazirdən Laçın Hava Limanı ilə bağlı SƏRƏNCAM
24 May 2025 “Paşinyandan xahiş etmişdim ki, Azərbaycanla danışıqlar olsun” - Arayik Harutyunyan
24 May 2025 Azad edilmiş ərazilərdə nə qədər insan yaşayır?
23 May 2025 5 ilin izi: Hadrutda unudulmuş həyətlər və qayıdan həyat - REPORTAJ
23 May 2025 Mnatsakanyan etiraf videosunda: “Şuşanı tutanda mən də orda idim”
23 May 2025 Ağdamın Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
22 May 2025 “Azad edilən ərazilərdə geniş iş imkanları var” - Sahib Məmmədov
21 May 2025 Bu il işğaldan azad olunan rayonlarda nə qədər yeni iş yeri açılıb? – Siyahı
20 May 2025 Növbəti köç karvanı Kəngərliyə yola düşdü
19 May 2025 "Zəngəzur dəhlizi 3-4 il ərzində..." - Türkiyəli nazir
18 May 2025 Ağdamdan Tiranaya tarixi səfər və peşman olanlara uzanan əllər
17 May 2025 Paşinyan revanşistlərə meydan oxudu - “artsax” tamaşasında son pərdə?
16 May 2025 Xankəndidə ilk dəfə 21 abituriyent üçün qəbul imtahanı keçiriləcək
16 May 2025 Araiklə dəstəsi ermənilərin özlərinin çəkdiyi videolarla ifşa olunur -Bakıda tarixi məhkəmə davam edir
15 May 2025 Azad edilən ərazilərdə 43 min 144 nəfər məskunlaşıb
15 May 2025 Daha 5 itkin-şəhid dəfn ediləcək – FOTO

Dünyapress TV

Xəbər lenti