Ardını oxu...
Noyabr ayı üçün diplomların tanınması üzrə müraciətlərin statistikası açıqlanıb.Təhsildə Keyfiyyət Təminatı Agentliyindən verilən məlumata görə, ötən ay üzrə 360 müraciətçinin 287-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 73 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 62, təhsilalma forması üzrə 7, akkreditasiyasız ali təhsil müəssisəsi üzrə 2, digər səbəblər üzrə 2 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Ukraynadan 104, Rusiyadan 101, Türkiyədən 75, Gürcüstandan 39, Birləşmiş Krallıqdan 5, digər ölkələrdən isə 36 müraciətin olduğu müşahidə olunur.Ən çox müraciət olunan ixtisaslara gəlincə, maliyyə üzrə 50, iqtisadiyyat üzrə 45, menecment üzrə 21, biznesin idarə edilməsi üzrə 20, beynəlxalq münasibətlər üzrə 16 müraciətçi qeydə alınıb.Qeyd edək ki, sənədlərə ortalama baxılma müddəti 12 iş günü təşkil edib.
Belə bir sual ortaya çıxır. Xaricdə təhsil almaq istəyən gənclər bu kimi hallarla qarşılaşmamaq üçün hansı nüanslara diqqət etməlidir?

Məsələ ilə bağlı “Sherg.az”a danışan Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bildirib ki, Elm və Təhsil Nazirliyinin tabeliyindəki Təhsildə Keyfiyət Təminatı Agentliyi hər ay tanınan və tanınmaqdan imtina edilən diplomların siyahısını təqdim edir:

"Təminatı Agentliyi hər ay tanınan və imtina edilən diplomların siyahısını təqdim edir. Diplomu tanıtmaq istəyən imtahan verməlidir. Kadr kimi sahiblənəcəyi ixtisasa görə yararlığını sübut etmək üçün müsabiqədən keçməlidir. Müəyyən şəxslər bu sınaqlardan keçə bilmir. Bəzən isə başqa səbəblərdən diplom tanınmır. Misal olaraq üniversitetin özünün etibarsızlığı, yəni tanınacaq universitetlər siyahısına daxil olmamasıdır. Elə şəxs var ki, qiyabi təhsil üçün ildə 2 dəfə getməlidir. Amma 4 il ərzində bir dəfə də olsun xarici pasportuna möhür vurulmayıb. Ukraynada təhsil alan həmyerlimiz təhsil üçün ora 4 il ərzində cəmi iki dəfə gedib. Bu şəxs əmək bazarına hansı bacarıqla töhvə verə biləcək? Noyabr üzrə də 360 müraciət edənlərin arasından 287-si barədə müsbət qərar verilib, 73 nəfərinki isə mənfi qərarla yekunlaşıb. Bu statistika təxminən stabil olaraq qalır. Bu məsələlərdə diqqətli olmaq lazımdır. Xaricə təhsilə yollanan gənclərimizin çoxu qəbul imtahanından az bal toplamış şəxslərdir. Bəziləri 200 balı belə toplaya bilmir və nə yolla olursa, olsun tələbə adını qazanmaqdan ötrü xaricə yollanır. Əsasən də Türkiyə,Rusiya, Gürcüstan, Ukraynaya getməyi planlaşdırırlar".


Ekspert vurğulayıb ki, əvvəlcədən bu universitetlər haqqında araşdırma aparsınlar:
"Bir sözlə, oxumaq istədikləri üniversitetlərin Azərbaycanda tanınıb-tanınmasını mütləq dəqiqləşdirsinlər. Xaricdə təhsil üzrə şirkətlər həddindən artıq çoxdur. Hər il yayda yeni təhsil şirkətləri yaradılır. Müəyyən təbəqə buna "bazar" kimi baxır. Həqiqətən gənclərimizə fayda verən şirkətlərin əməyi danılmazdır. Onlar müəyyən detalları bildikləri üçün valideyn və abuturiyent üzərində manipuliyasiya etmək imkanları çox genişdir. Hər xaricdə təhsil üzrə şirkətlərə aldanmasınlar və hər tərəfli araşdırsınlar".
 
 
 
Ardını oxu...
Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzindən Rəşad Vahabzadənin çıxardılması,Taleh Zeynalovun direktor təyin edilməsi orada bir sıra qərarların alınacağına dair fikir yaradıb.Məlumata görə, Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin regional direktorları da dəyişdiriləcək.

Faktinfo.az saytına AXA-nın Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzində kadr dəyişikliyini dəyərləndirən mənbə hesab edir ki,çox böyük ehtimal bir başa qruma tabeli olan 12 regional mərkəzin direktorları ilə bağlı da qiymətləndirmə olacaq.Əgər 12 regional direktorla bağlı qərar qəbul ediləcəksə,yəqin ki,ilk əvvəl regionlarda aqrokimya laboratoriyalarında aparılan torpaq analizlərinin pullarının başqa hesablara köçürülüb-köçürülməməsi,buna dair sənədləşmələrdə mümkün uyğunsuzluqların olub-olmadığına baxacaqlar.Çünkü müəyyən faktların olub-olmadığını bəri başdan heç kim təsdiq və ya inkar edə bilməz.

Yəni,torpaq nümunələri analiz üçün regionlarda fəaliyyət göstərən Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzlərindən başqa yerə göndərilməyibsə,analizlərdən əldə olunan vəsaitlərin də başqa və ya şəxsi hesablara köçürülməsi yolverilməz olmalıdır.

Çünkü,torpaq analizlərində istifadə olunan reaktivlər çox qiymətlidir, və həmin reaktivlər dövlət vəsaiti hesabına əldə edilir. O cümlədən həmin reaktivlər torpaq analizlərinin sayına uyğun istifadə olunub,silinməlidir.Dövlət hesabına alınan reaktivlərlə bölgələrdə torpaq analizlərinin aparılması normal,lakin torpaq analizlərindən əldə olunan vəsaitlərin başqa hesablara köçürülməsi maliyyə pozuntusu hesab edilir.Regional direktorlarla bağlı qərar veriləcəksə yəqin ki,AXA-nın Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinə təyin olunan yeni direktoru bu kimi məsələlərə diqqət yetirəcəkdir.

Qeyd edək ki, Taleh Zeynalov ötən həftə kənd təsərrüfatı naziri Məcnun Məmmədovun əmrnə əsasən AXA-nın Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinə direktor təyin edilib.O,bu vəzifədə Rəşad Vahabzadəni əvəz edib.

Mənbə: Faktinfo.az
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdı
Ardını oxu...
Bu ilin sentyabr ayında Yardımlı Rayon İcra Hakimiyyətinin rayon yollarının təmiri ilə bağlı keçirdyi tenderin qalibi olan "Pro Təmir Tikinti” MMC yenə də qurumun keçirdiyi satınalma müsabiqəsinin qalibi seçilib.

Qaynarinfo xəbər verir ki, bu dəfəki tender Yardımlı şəhərinin qərb hissəsində yerləşən bir sıra küçələrdə yolların əsaslı təmiri işlərinin satın alınması ilə bağlı keçirilib. Təmir işləri icra hakimiyyətinə 275 576,07 AZN-ə başa gələcək.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Pro Təmir Tikinti” MMC 20 oktyabr 2022-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Əliyev küçəsi, ev 30X, mənzil 1-də yerləşir. MMC-nin qanuni təmsilçisi Əliyev İlqar Şamil oğludur.

Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi barəsində heç bir məlumat yoxdur. Şirkətin nə internet səhifəsi, nə də əlaqə telefonları var.

"Pro Təmir Tikinti” MMC barəsində mediada gedən və təkzib olunmayan yazılarda şirkətin Yardımlı Rayon İcra Hakimiyyəti başçısının keçmiş müavini Mahir Mirzəyevə bağlı olduğu barədə iddialar yer alıb.

Cari ilin iyun ayında işdən çıxarılan Mahir Mirzəyev müavin olmaqla yanaşı, həm də sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışıb.

Mahir Mirzəyev işdən çıxarılsa da, icra hakimiyyətinə təsiri hələ də qalır. İddia olunur ki, icra hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Elçin Mirzəyev onun əmisi oğludur.

Bu iddialar əsaslıdırsa, o zaman düşünmək olar ki, "Pro Təmir Tikinti” MMC-nin Yardımlı Rayon İcra Hakimiyyətinin tenderlərində qalib seçilməsinin təsadüfi deyil.

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərovdur. O, 2016-cı ildə rayona rəhbərlik edir.
 
 
 
Ardını oxu...
Bakıda məktəb direktoru və müavininin sifarişi ilə kəsilən zeytun ağaclarına görə kiçik texniki xidmətçi 2000 manat cərimələnib.

Qaynarinfo-nun məlumatına görə, Bakı şəhərində yerləşən 286 nömrəli tam orta məktəbdə kiçik texniki xidmətçi vəzifəsində çalışan Elman Məmmədov (ad-soyad şərti) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən cərimənlədiyi üçün məhkəməyə şikayət edib.

Elman Məmmədov məhkəmə ifadəsində bildirib ki, məktəb rəhbərliyinin, o cümlədən məktəbin təsərrüfat işləri üzrə direktor müavini Şirin Səfquliyevin göstərişi əsasında iki ədəd zeytun ağacını kəsiblər:

"Laçın rayonundan 30 ildən artıqdır ki, məcburi köçkünəm. Ayda təxminən 310 manat əmək haqqı alıram. Amma məktəb rəhbərliyini cərimələnmək əvəzinə, məni cəzalandırdılar. Nazirlik əməkdaşları bunu nəzərə almayaraq, 2 min manat cərimə kəsib. Məhkəmədən inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilməsini və xəbərdarlıq inzibati tənbehinin verilməsi barədə qərar qəbul edilməsini xahiş edirəm".

Məhkə Elman Məmmədovun şikayətini təmin etməyib və barəsində 2 min manatlıq inzibati tənbeh vermə haqqında qərarı olduğu kimi saxlayıb.

Qeyd edək ki, sözügedən məktəbin direktoru Mehdizadə Samir Ramiz oğludur.
 
Ardını oxu...
Redaksiyamıza daxil olan məlumata görə, Elşad Abdullayev illərdir miqrant həyatı yaşamaqdadır. Fransada məskunlaşan E.Abdullayev Azərbaycan dövlət hüquq mühafizə orqanları tərəfindən illərdir ki, axtarışa verildiyi məlumatı rəsmi sənədlərdə qeyd edilib. Lakin Baş prokurorluğun verdiyi cavaba görə E.Abdullayev beynəlxalq axtarışa verilib.
Fuad Rzayev adlı iş adamının Rusiyada fəaliyyəti zamanı ilginc məlumat əldə etməsi və buna qarşı tək tənha mübarizəsidə təqdirə layiq olduğunu nəzərə almaq gərəklidir. Belə ki, Abdullayev Keçimiş təhsil Naziri Misir Mərdənovun məktubu ilə Rusiya Federasiyasında Universitet açmağa müvəfəq olub. Azərbaycandakı fəaliyyətin dayandıraraq Avropaya qaçan Elşad Abdullayev Rusiyada qurduğu Universiteti Ermənilərə satmaq qərarına gəlib. Bildirək ki, Azərbaycanın nüfuzuna böyük zərbə planına qarşı Fuad Rzayev sinəsini sipər edərək, onun ermənilərlə anlaşmasını altüst edərək, dərhal dövlət orqanları tərəfindən Universitetin satılmasının qarşısını alınıb. Lakin əsas məqamlardan biri E.Abdullayevin Azərbaycan dövlətinə və dövlət rəhbərinə qarşı qərəzli çıxışları gündəm halını almışdı. Amma Azərbaycan Hüquq Mühafizə orqanları tərəfindən şəxsin fəaliyyətində aşkarlanan və barəsində cinayət işində təqsirli şəxs olaraq axtarış Beynəlxalq səviyyədə verilmişdimi? Bəs, hanı o axtarış necə oldu ki ləğv edildi?!

Bütün bunlar oyundurmu yoxsa həqiqətdə Elşad Abdullayev Beynəlxaq axtarışa verilməyib? İddialara görə, Beynəlxaq axtarışa verilməsi ləğv edilərək şəxs barəsində MVD axtarışı verilib. Lakin Baş Prokurorun rəsmi Elşad Abdullayevin Beynəlxalq axtarışa İnterpol tərəfindən axtarıldığına dair məktubunda cümlələr yer almaqdadır.
Rusiya Federasiyasında fəaliyyət göstərən Azərbaycanın Konsuluğunun rəsmiləri və digər QHT rəhbərlərinin F.Rzayevə yazılı verdikləri cavabda qeyd edilir ki, şəxslə bağlı İnterpol axtarışı dayandırılmış və şəxs MVD ərazisi üzrə axtarışa verilib. İndi bu məsələdən gəl oturduğun yerdə baş çıxart. Ölkədə cinayət əməli törətməkdə ittiham edilən şəxs barəsində Baş Prokurorluq Beynəlxalq axtarış verir. Lakin Rusiyada Azərbaycanı təmsil edənlər bu axtarışı ləğv etdirərək şəxsin yaşamadığı yerlərdə axtarılmasını istəyir. Buna hansı səlahiyyətlə etdiklərini açıqlaya biləcək şəxslərində mövqeyini dərc etmək istərdik.

Ardını oxu...
Bakunews.az xatırladır ki, Universitetin sabiq rektoru Elşad Abdullayev Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1 (rüşvət alma), 311.3.2, 311.3.3 və 29, 312.2 (rüşvət vermə) maddələri ilə Azərbaycan tərəfindən axtarışa verilib.

Qeyd edək ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin Moskva filialının qanunsuz tikintisi ilə əlaqədar əvvəl Moskva vilayətinin Dövlət Tikintiyə Baş Nəzarət İdarəsi tərəfindən Odintsovo şəhərinin administrasiyasına müraciət də olunub. Daha sonra Odintsovo şəhərinin administrasiyası məhkəməyə müraciət edərək, Azərbaycan Beynəlxalq Universitetinin (ABU) Moskva filialının binasının sökülməsi ilə bağlı qərar çıxarılmasını tələb edib.

Əldə etdiyimiz məlumatlara görə, Azərbaycanda rüşvət vermə məddəsi ilə də ittiham olunan və hazırda Fransada gizlənən ABU-nun sabiq rektoru Elşad Abdullayev vəkilləri vasitəsi ilə məhkəmə hakimlərini ələ alaraq "udub". Azərbaycan Respublikasının Rusiyadakı səfirliyi, konsulluğu , Daxili İşlər Nazirliyinin heç bir nümayəndəsi məlumatları olduqları halda həmin məhkəmələrdə iştirak etməyib.

Ardını oxu...
Bundan sonra, ABU-nun sabiq rektoru Elşad Abdullayev Universitetin Moskva filialını satmağa cəhd edib. Elşad Abdullayev ABU-nun Moskva filialını satmaq üçün erməni iş adamı ilə razılaşıb. Lakin bundan tez xəbər tutan azərbaycanlı iş adamları məsələ ilə bağlı rəsmi Bakı və Moskvaya müraciət etdikdən sonra onun bu niyyəti baş tutmayıb.

Məlumatlara əsasən fəaliyyəti dayandırılmış ABU-nun sözügedən filialı 2007-ci ildən 2010-cu ilə qədər keçmiş təhsil naziri Misir Mərdonovun rəsmi məktubu əsasında təsis olunub və filialın yerləşdiyi ərazi hazırda axtarışda olan Elşad Abdullayevin adına rəsmiləşdirilib.

Əldə etdiyimiz məlumata görə, ABU-nun Moskva filialının inşası təqribən on milyon dollara başa gəlib. Rusiyada təhsil ocağı tikmək üçün deklarasiya tələb edildiyini nəzərə alsaq, binanın Elşad Abdullayevin şəxsi vəsaiti hesabına tikilməsi istisnadır. Bu səbəbdən də Elşad Abdullayev müvafiq deklarasiyanı doldurarkən 3 il ərzində xərclənən pulu Təhsil Nazirliyinin vəsaiti kimi təqdim edib. Görünür, Rusiya tərəfi məhz bunu əsas gətirərək rəsmi Bakıya ABU-nun Moskva filialına himayə çıxması ilə bağlı müraciət edib.

Məlumatlara görə, Təhsil Nazirliyi faktiki sənədlərlə Azərbaycan dövlətinin milyonlarla dollar pul xərclədiyi əmlakın məsuliyyətini, ondan əvvəlki rəhbərliyin dövründə tikildiyi bəhanəsi ilə üzərinə götürməkdən imtina edir. Universitetin gələcəyinə biganə yanaşılır.

Qeyd edək ki, sözügedən universitet filialı himayə olunmasa, sökülən və ya Elşad Abdullayev tərəfindən satılan tək ABU-nun Moskva filialı olmayacaq. Azərbaycanın 10 milyondan çox vəsaiti, minlərlə tələbənin təhsil haqları, əziyyətləri bir anlığa havaya sovrulacaq. Və neçə – neçə gələcək aydının
işığı sönəcək. Diplom ala bilmə ümidləri də suya düşəcək.

Himayə olunacağı halda isə həmin möhtəşəm bina Azərbaycan Təhsil ocağı kimi yenidən fəaliyyətini davam etdirə bilər. Yaxud da hərraca çıxarılıb
satılaraq (tikintisinə 10 milyon dollar xərcləndiyi halda hazırki qiyməti 2 qat: red) dövlətə dəstək məqsədilə Qarabağın yenidənqurmasına
sərf edilə bilər. Ümumiyyətlə bir təhsil ocağı olaraq ABU-nun Moskva filialı Azərbaycana məxsus olmalı və necə davam edəcəyinə yalnız dövlət qərar verməlidir.

Ardını oxu...
Ardını oxu...
Məsələ ilə bağlı geniş məqaləmiz yaxın zamanda dərc ediləcəkdir. Yazıda maraqlı tərəflərin mövqeyni dinləməyə hazırıq.
Bakunews.az
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdı
 
Ardını oxu...
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumlardan biri də “Xıllı Balıq” Məhdud Məsuliyyətli Cəmiyyətidi. MMC bilavastə ETSN yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinə tabedir. MMC Neftçala rayonunun Xıllı qəsəbəsində 2003-cü ildən istismara verilib və nərə balıqlarının artırılması ilə məşğul olur. Zavodda nərə cinsli balıqların dörd növü – bölgə, nərə, kələmo və uzunburunların süni yolla artırılır. Burada balıq körpələrinin satışı da həyata keçirilir ki, bu da digər balıqçılıqla məşğul olan sahibkarların balıq körpəsi əldə edərək öz fərdi təsərrüfatlarını yaratmasına və nərə balığının satışını təşkil etməyə imkan yaradır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatlarında Xıllı Nərə Balıqartırma Zavodu tərəfindən 2019 və 2020-ci illərdə müvafiq olaraq 342 və 549 min ədəd körpə nərə cinsli balıqları artırılaraq Kür çayının Xəzər dənizi ilə qovuşan mənsəbi hissəsində təbii mühitə buraxıldığı bildirilir. Bu rəqəm 2021-ci ildə isə 564 min ədəd civarında olub. Sonrakı illərdə Zavod tərəfindən nə qədər balığın artırılması və Xəzər dənizinə nə qədər balığın buraxılması barədə məlumat yoxdu. Qeyd edək ki, Zavod 2021-ci ildən özəlləşdirilib. Dövlət Vergi Xidmətinin məlumatlarında nizamnamə kapitalı 3102006.61 manat olan “Xıllı Balıq” MMC-nin qanuni təmsilçisi Elşad Kənan oğlu Əhmədovdur.

Aktualinfo.org-un dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığı araşdırmada məlum oldu ki, “Xıllı Balıq” Məhdud Məsuliyyətli Cəmiyyətinin saxlanılmasına heç də az vəsait ayrılmır. “Xıllı Balıq” Məhdud Məsuliyyətli Cəmiyyəti 2023-cü-ildə yalnız bir açıq tender keçirib.

MMC-nin balıq yemlərinin satın alınması üzrə 30.03.2023-cü ildə başladığı açıq tender müsbiqəsində “KƏHF” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib olub və tərəflər arasında 201.050 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumat 10.07.2023-cü il tarixdə dövlət satınalmalarının vahid internet portalına yerləşdirilib.

Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “KƏHF” Məhdud Məsuliyyətli Cəmiyyətinin 5 saylı Ərazi Vergilər İdarəsində 20.11.2014-cü il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı cəmi 10 manat olan MMC-nin hüquqi ünvanının NEFTÇALA RAYONU, NEFTÇALA ŞƏHƏRİ, KİMYAÇILAR, ev 23, m. 3, qanuni təmsilçisinin isə Əliyev Xalıq Qurban oğlu olduğu göstərilir.

Bəs “Xıllı Balıq” Məhdud Məsuliyyətli Cəmiyyətini “KƏHF” MMC ilə daha nələr birləşdirir?

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlarda “Xıllı Balıq” MMC-nin nərəkimilər dəstəsinə daxil olan balıqlar üçün süni və canlı yemlərin satın alınması üzrə keçirdiyi bütün açıq tenderlərin qalibi “KƏHF” MMC olub. MMC ilə 14.04.2022-ci il tarixdə 254.290,94 manat məbləğində bir satınalma müqaviləsi, 21.05.2021-ci il tarixdə isə 219.670,1 manat məbləğində daha bir satınalma müqaviləsi bağlanılıb.

Çox maraqlıdır ki, “Xıllı Balıq” MMC – nin inzibati binasında, sexlərində və həyətyanı ərazisində cari təmir işlərinin satın alınmasının qalibi “MASTER-OFİS” MMC olub. 09.12.2022-ci ildə tərəflər arasında 41.625,68 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Bu MMC-nin fəaliyyət sferası məlum olmasa da Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tabeli bir çox qurumların keçirdikləri elektrik avadanlıqların sazlanması, işçilər üçün geyimlər, avtomobillər üçün ehtiyyat hissələri, dəftərxana və təsərrüfat malları, küçələrin işıqlandırılması, yuyucu və yuyunma vasitələri kimi açıq tender və kotirovka sorğulaının da qalibi olub. Şübhələr də məhz buradan başlayır.

Bunlardan əlavə “Xıllı Balıq” Məhdud Məsuliyyətli Cəmiyyətinin 03.10.2022-ci tarixində açıqladığı satınalma planlarında göstərilən digər kotirovka sorğularının, cari təmir işləri və yumşaq inventar, işçi geyimi dəsti üzrə satın alınması planlaşdırılan mal və xidmətlərin satınalmasının nəticələri barədə heç bir məlumat yoxdu. Bu da “Xıllı Balıq” Məhdud Məsuliyyətli Cəmiyyətin Tender Komissiyası tərəfindən illik satınalma planlarına daxil edilmiş, onlara uyğun keçirilmiş açıq tender və kotirovka sorğusu prosedurlarında ciddi qanun pozuntularına yol verildiyini, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməməsini, zəruri mal-materialların və xidmətlərin satın alınması üzrə qanunla müəyyən edilmiş qaydada tender və kotirovka sorğularının keçirilməsində saxtakarlıq hallarına yol verilməsini, habelə bağlanmış müqavilələrdə qanun pozuntularına yol verilməsini, satın alınan malların (xidmətlərin) qiymətlərinin süni şəkildə şişirdilməsini deməyə ciddi əsaslar verir.

Göründüyü kimi “Xıllı Balıq” Məhdud Məsuliyyətli Cəmiyyətin Tender Komissiyası keçirilmiş açıq tender və kotirovka sorğularının təşkilini qanunla müəyyən edilmiş qaydada həyata keçirməmiş, dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə iddiaçılara elektron dəvət elanı verməmiş, lakin bağlanılan müqavilələr barədə məlumatlar yerləşdirmişdir. Bu da keçirilmiş tender və kotirovka sorğusu prosedurlarında saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır.

Qeyd edək ki, bütün bu göstərdiklərimiz açıq mənbələrdə olan məlumatlardı. “Xıllı Balıq” Məhdud Məsuliyyətli Cəmiyyətində baş verən və çoxlarımızın görmədiyi digər qanunsuzluqlar da var. Məsələn, il ərzində nə qədər nərə balığının artırılması sual altındadır. MMC Xəzər dənizinə nə qədər balığın buraxılmasını açıqlayır, amma qara bazara çıxarılan balıqların sayı bəlli deyil və buradan əldə olunan gəlirlərin hara getməsi də həmçinin, sual altındadır. Təbii ki, bunu MMC-nin direktoru Elşad Əhmədov daha yaxşı bilər. O, dövlət satınlmalarından qazandığı kimi bu yollarla da az gəlir əldə eləmir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyevin də, burada payı olmamış deyil. ETSN-nin digər rəsmilərini, məsələn elə Muxtar Babayevi hələ demirik. Yəni, burada balıq biznesindən də, satınalmalardan da faydalanan az adam yoxdu.

Mənbə: Aktualinfo.org
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdı
 
Ardını oxu...
Bunun adı Ləmandır. Çox böyük izləyici kütləsi olan tiktokerdi. Hər ay “Tik-Tok” milyonlarla dollar “qara pul” yuyan, Türkiyədəki “Dilan Polat” işindən heç nəyi ilə fərqlənməyən Azərbaycandakı “jeton mafiyası” tərəfindən mənə qarşı istifadə olunduğunu açıq etiraf edir. Mən bunu bilirdim.
Çünki buna sifariş edirdilər, canlı yayımda məni söyürdü, əvəzində pul ekvivalentində olan bahalı hədiyyələr atırdılar. Bilirsiniz niyə? Çünki mən bunların iç üzünü ifşa edirdim. Deyir ki, güya mənim ağzımı yumub. Səhv salır, bunun yumduğu başqa şey ola bilər. Mənim ağzımı yummaq bu səviyyədə olanların başı üçün deyil.
İndi həmin mafiya ilə bunun arası dəyib deyə, belə etiraflar edir. Təəssüflər olsun ki, çoxsaylı müraciətlərimə baxmayaraq, “Tik-Tok” dakı “jeton mafiyası” ilə bağlı ciddi tədir görülmür. Qeyd edək ki, Ləmanın bu videoda nəzərdə tutduğu sifarişçilər. Sədərək Bazarının sahibinin oğlu Mehman Qədimbəyli və əslən naxçıvanlı olan “Oliqarx” ləqəbli iş adamıdlr. Mən bu mafiya ilə iki ildir ki, təkbaşına vuruşuram.
Məhəmmədəli Qəribli
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdı

 
 
 
Ardını oxu...
"Keçən dəfə post paylaşmışdım... "Bulud Qaya MTK" ilə bağlı....

Sakinlər əllərinə keçən hər tullantını mənim həyətimə, evimin damına atırlar.

Futbol oynayırlar top düşür həyətimə, topu götürmək üçün kecirlər həyətimə.
Ardını oxu...
Bununla bağlı DİN-nə muraciətim oldu amma heç bir tədbir görülmədi... verilən cavab o oldu ki sakinlərlə söhbət aparıldı...

Amma yenə də tullantı atıldı həyətimə və yeni təmir olunmuş evimi korladı. Mən bununla bağlı hara və kimə müraciət edə bilərəm?"
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Şikayətçi: İsmayıl Hacızdə Mənbə: "Şikayətim Var" SQ
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
 

Dünyapress TV

Xəbər lenti