Ardını oxu...
Beyləqan rayonundakı mağazaların birindən alınmış çörəyin içindən yara bandı çıxıb.

Bu barədə sosial şəbəkədə paylaşım edilib. Sosial şəbəkələrdə yayılan videoda şikayətçi bunları qeyd edib:

“Neçənci dəfədir, çörək aldığımız zaman içindən yad cisimlər çıxır – saç, tük, kağız və.s. İndi də yara bandı çıxıb. Bu iyrəncliyə son verilsin”.

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən qida məsələləri üzrə mütəxəssis Ağa Salamov deyib ki, sözügedən çörəkdə fiziki çirklənmə baş verib:

“Fiziki çirklənmə halları çox vaxt təlimsiz və məsuliyyətsiz işçi heyəti tərəfindən reallaşır. Təlimsiz olan işçi heyəti qidaları fiziki, kimyəvi və bioloji çirklənməyə məruz qoya bilir. Maraqlıdır ki, 21-ci əsrdə Azərbaycanda istehsalatda çalışanlar faydalı təlimlərdən kənarda qalırlar. Çünki sahibkarlar çox maliyyə sərf etmədən ancaq öz ciblərini doldurmaq istəyirlər”.

Müsahibimiz bildirib ki, belə hallarda qida zəhərlənmələri qaçılmaz olur: “Burada risk qrupuna xüsusilə uşaqlar, hamilələr və yaşlılar daxildir”.
 
Ardını oxu...
İcbari Tibbi Sığortanın göndəriş ma­xinasiyası
Məlumdur ki, ölkə vətəndaşları icbari tibbi sığorta ilə Xidmətlər Zərfinə daxil olub tibbi xidmətlərdən ödənişsiz istifadə edə bilərlər. Azərbaycan vətəndaşının tibbi xidmətə ehtiyacı yarandığı halda TƏBİB-in tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə, yaxud da Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 9 elm­i-tədqiqat institutuna şəxsiyyət vəsiqəsi ilə müraciət etmək hüququna malikdirl­ər. Qeyd edək ki, tibb müəssisələrində insanlara ixtisaslı həkimlər tərəfindən lazımı tibbi xidmət göstərilir və tibbi zərurət olduqda təminata alınan bütün laborator, diaqnost­ik müayinələr, fizioterapiya, ambulator və stasionar (xəstəxanada yatış) tibbi xidmət ödənişsiz həyata keçirilir. Dövlətin rəsmi qərarında bu belə olduğu halda, İcbari Tibbi Sığorta xəstələrin müalicəsi mümkün olan, eyni zamanda xəstənin öz istədiyi dövlət xəstəxanalarına göndəriş vermir. Misal üçün deyə bilərik ki, bugünlərdə Beyləqan RMX-dan Həmidova Dürrü Şəmsəddin qızına Tibb Un­iversitetinin Tədris Cərrahiyyə Klinikasına göndəriş verməyiblər. Amma, İcbari Tibbi Sığortadan Dünyagöz Kl­inikasına, Badama, Brizelə və digər özəl klinikalara göndəriş verirlər. Bu da onunla bağlı olur ki, həmin özəl klinikal­arda işləyən həkimlə­rlə İcbari Tibbi Sığortada çalışanlar müəyyən işbirliyində olurlar. Hansı ki, mövcud qanunvericiliyə görə xəstə müalicə olunmaq istədiyi səhiyyə müəssisəsini seçməkdə sərbəstdir. Bütün bunlara baxmayaraq, bu gün də İcbari Tibbi Sığorta öz əməllərindən əl çəkmək istəmir. Qeyd edək ki, eyni aqibəti Ağacanova Səyyarə İsmayıl qızı da yaşayıb. Hansı ki, adı çəkilən bu xəstənin sağ gözü Tibb Univ­ersitetinin Tədris Cərrahiyyə Klinikasının göz şöbəsində əməliyyat olunub, hal-hazırda sol gözü də əməliyyat olunmalıdır.Fakt budur ki, bu gün də xəstənin öz seçiminə bir kimsə əhəmiyyət vermir. Niyə, nə səbəbə? Söz yox ki, bütün bunların hər biri insanları düşünd­ürən məsələlərdir.

Mənbə: GundemXeber.Az
Ardını oxu...
Lənkərançayın ətrafı müxtəlif tullantılarla, xüsusilə də plastik qablarla çirkləndirilir. Yağışlı havalarda çay daşan kimi tullantılar ətraf kəndlərə qədər yayılır.

Bu barədə Meydan TV-yə Lerik və Lənkəran sakinləri tərəfindən edilən müraciətdə deyilir.

Sakinlərdən Elçin Babayev bildirib ki, tullantılar əsasən Lerikdə istirahət mərkəzləri tərəfindən atılır. Çayin səviyyəsi yüksələn kimi tullantılar Lənkəranın Təngivan kəndinə axır.

“Görüntülər Lənkəranın Təngivan kəndi ərazisində çay kənarında çəkilib. Çay çirkləndirilir. Bütün çay sahili boyu zibilliyə rast gəlmək olur. Bir hissəsi də təbii ki, Xəzər dənizinə tökülür. Dəniz sahilinə baş çəkməklə real mənzərəni görə bilərlər”,-Babayev deyib.

Ardını oxu....
Lənkərançayın Təngivan kəndi ərazisindən keçən hissəsi

Sakinlər deyirlər ki, kənddə ayda bir dəfə qazlı, şirəli içki alan tapılmaz. Çay kənarında isə çoxlu sayda plastik qablar olur. Bu da tullantıların daşınmadığı, çay kənarına atıldığını söyləməyə əsas verir.

Lənkəran İcra Hakimiyyətindən Meydan TV-yə bildiriblər ki, tullantılar rayon mənzil kommunal təsərrüfat tərəfindən, kəndlərdə isə bələdiyyələr tərəfindən daşınır. Çay Lənkəran tərəfindən çirkləndirilmir.

Lerik Rayon İcra Hakimiyyətindən isə suala cavab verilməyib. Həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyindən sualı cavablandırmayıblar. Nazirliyin “qaynar xətti”nə də müraciət edilib və araşdırılacağı deyilib.

Mənbə: Meydan TV
 
Ardını oxu...
DogruXeber.az: - Bu günlərdə gundemxeber.az xəbər portalının redaksiyasına Birinci Qarabağ müharibəsi şəhidi Musayev Saleh Sabir oğlunun anası, hansı ki, Yevlax şəhərində şəhid Saleh Musayevin adını daşıyan küçədə yaşayan Musayeva Qənifə Vəli qızı tərəfindən video-müraciət daxil olub. Qənifə Musayeva müraciətində qeyd edir ki, “Həyat yoldaşım Musayev Sabir Saleh oğlu ağır dializ xəstəsi olduğundan, onun ciddi müalicəyə ehtiyacı var idi. Maddi vəziyyətimizin ağır olması səbəbindən, həyat yoldaşımı lazımi səviyyədə müalicə etdirə bilmirdik. Ona görə də məcbur olub 03 noyabr 2015-ci il tarixdə qızım Təranə Musayevanın adına 19%-lə, 48 ay müddətinə “Xalq Bank” ASC-dən 17.000 ABŞ dolları məbləğində kreditə pul götürdük. Götürdüyümüz bu kredit pulun qarşılığında şəhərin Ərəş küçəsində şəxsi mülkiyyətimizdə olan 0,045 ha torpaq sahəsini və həmin torpaq sahəsi üzərində 2 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 209,60 kvm sahəsi olan 12 nömrəli fərdi yaşayış evimizi banka girov qoyduq. Qeyd edim ki, girov qoyduğumuz ev həyat yoldaşımın - şəhid atası Musayev Sabir Saleh oğlunun adına idi. Həmin vaxtlarda evimiz ipoteka predmeti olaraq bank əməkdaşları tərəfindən 28 min manat dəyərində qiymətləndirildi. Hansı ki, bizə məxsus evin bazar qiyməti ən azından 70 min manatdan çox idi və həmin vaxtlarda həyat yoldaşım Sabir Musayevin səhhəti o qədər ağırlaşdı ki, biz düçar olduğumuz problemlərdən heç cür çıxa bilmirdik. 2015-ci ildə dollarla bağlı devolvasiyanın baş verməsi və ailəmizdə əmələ gələn hədsiz çətinliklərin varlığı səbəbindən, banka cəmi 500 dollar məbləğində ödəniş həyata keçirə bildik. Onu da bildirim ki, həyat yoldaşımı bir neçə il müayinə və müalicə etdirsək də, o, xeyli müddət bundan əvvəl dünyasını dəyişdi. Əlavə olaraq onu da qeyd edim ki, oğlum İsmayıl Musayevin həyat yoldaşı da şəhid qızıdır.



Bundan əlavə, qızım Təranə Musayevanın adına “Xalq Bank” ASC-dən kreditə götürdüyümüz pulla bağlı 2016-cı və 2017-ci illərdə ödəniş həyata keçirə bilmədiyimizdən, bank bu problemlə bağlı 28 aprel 2017-ci il tarixdə Yevlax Rayon Məhkəməsinə müraciət etdi və bu məhkəmə instansiyası 26 may 2017-ci il tarixdə (İş № 2(039)-1899/2017) qətnamə çıxartdı. Çıxarılmış qətnamədə cavabdeh Təranə Musayevanın “Xalq Bank” ASC qarşısında üstüstə 21.057.69 ABŞ dollar məbləğində borcunun olması qeyd olundu. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası isə, 30 noyabr 2017-ci il tarixdə (İş № 2 (107) -2537/2017) çıxarmış olduğu qətnaməsi ilə, Yevlax Rayon Məhkəməsinin qətnaməsini qüvvədə saxladı. Bu məsələdə cavabdeh Musayeva Təranə Sabir qızı, mən və vəkilimiz Bəkirova Sevda Həbib qızı iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 noyabr 2017-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verdik. Kassasiya şikayətinin verilməsinə səbəb o oldu ki, apellyasiya instansiya məhkəməsi də işin faktiki hallarını tam və hərtərəfli araşdırmadı, maddi və prosesual hüquq normalarının tələblərini pozdu, bir sözlə düzgün olmayan nəticəyə gəlinmişdir. Beləliklə, 18 aprel 2018-ci il tarixdə Ali Məhkəmənin Mülki Kollegiyası da (İş № 2 (102) -2660/2018) bu problemlə bağlı qərar çıxartdı. Qeyd olunan bu qərarda bir daha cavabdeh Təranə Musayevanın “Xalq Bank” ASC qarşısında üstüstə 21.057.69 ABŞ dollar məbləğində borcunun olması qeyd olundu. Bəli, biz hər bir instansiya məhkəməsinin çıxarmış olduğu qətnaməyə, qərara, qərardada və s. hörmətlə yanaşırıq və “Xalq Bank” ASC-nə borclu olduğumuzu da anlayırıq. Amma, məsələnin digər tərəfi də var ki, kiçik oğlum İsmayıl Musayev qohum-əqrəbadan, yaxın dost-tanışdan borc alıb 24 min manat pul düzəltdi və o, 01 noyabr 2023-cü il tarixdə qeyd olunan məbləğ pulu götürüb “Xalq Bank” ASC-nə getdi. Oğlum banka olan borcumuzla bağlı ödəniş etmək istəsə də, bank əməkdaşları həmin məbləğ pulu qəbul etməkdən imtina edirlər. Hətta, oğlum bank əməkdaşlarına bir daha şəhid ailəsi olmağımızı xatırladır və qalan borc pulu isə, yaxın iki-üç ay ərzində ödəniləcəyinə vəd verir. Buna baxmayaraq, qarşı tərəf öz israrından dönmür ki, dönmür. Hətta, bank əməkdaşları banka 30 min ABŞ dollar məbləğində pul ödənilməsini qəti şəkildə tələb edirlər. Baxmayraq ki, Ali Məhkəmənin Mülki Kollegiyası da cavabdeh Təranə Musayevanın “Xalq Bank” ASC-nə üstüstə 21.057.69 ABŞ dollar məbləğində borcunun olması haqda qərar çıxarıb. Bir sözlə, bank əməkdaşları belə bir qərarın varlığına da əhəmiyyət vermirlər ki, onlar bizdən 30 min dollar pul tələb edirlər.
Onu da bildirim ki, 2019-cu ilin dekabr ayında kiçik oğlum İsmayıl Musayev üzüzə qaldığımız belə bir problemlə bağlı MM-in deputatı Musa Quliyevin qəbulunda olur və ona bu problemimizlə bağlı ətraflı məlumat verir. Düzdür, Musa Quliyev “Xalq Bank” ASC-i ilə əlaqə saxlayır və problemin qaydaya salınması üçün, hətta qarşı tərəfdən şəhid ailəsinin üzvlərinə köməklik göstərilməsini xahiş də edir. Həmin vaxtlarda oğlum ASC-i ilə aramızda əmələ gələn problemin aradan qaldırılacağına ümid etdiyindən o, 2019-cu ilin dekabr ayında və 2020-ci ilin yanvar - fevral aylarında hər ay 300 manat olmaq şərtilə, banka 900 manat məbləğində pul ödəyir. Daha sonra bank əməkdaşı zəng edib oğluma deyir ki, “Etdiyiniz ödənişin heç bir əhəmiyyəti yoxdur”. Bütün bunlara baxmayaraq, 2022-ci ilin may ayından bu günə kimi qızım Təranə Musayevanın aldığı əmək haqqından hər ay 230 manat olmaq şərtilə pul tutulur və həmin pul “Xalq Bank” ASC hesabına köçürülür. Hal-hazırda da ödənişin həyata keçirilməsinə baxmayaraq, bank əməkdaşları icra məmurlarının iştirakı ilə 01 noyabr 2023-cü il tarixdə mənim, oğlumun və onun ailə üzvlərinin yaşadığı evi boşaldıblar və ev əşyalarını isə “Xalq Bank” ASC-nə məxsus depoya yığıblar. Bu da onu göstərir ki, bank əməkdaşları üçün şəhid adı, şəhid ailəsinin üzvləri və s. kimi anlayışın onlar üçün heç bir əhəmiyyəti yoxdur”.
“Xalq Bank” ASC-i əməkdaşlarının şəhid anasına, şəhid ailəsinin üzvlərinə göstərdikləri belə bir yanaşmadan fərqli olaraq, ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin ailələrinə, əlillərə və müharibə veteranlarına yüksək diqqət və qayğının göstərilməsi hər zaman dövlət siyasətində prioritet olub. Yəni, birbaşa möhtərəm Prezidentimiz İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və nəzarətində olan bu məsələ ilə bağlı, məhz ən ali səviyyədə göstərişlər verilir və bu kateqoriyadan olan insanların problemlərinin həlli istiqamətində mühüm tədbirlər də həyata keçirilir. Faktdır ki, indiyə kimi Prezident İlham Əliyevin imzaladığı müvafiq fərman və sərəncamlar, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm rol oynayıb. Hal-hazırda bu istiqamətdə həyata keçirilən tədbirlər sistemli və ardıcıl xarakter daşımaqdadır. Unutmaq olmaz ki, ölkə Prezidenti hansı şəxsi rəhbər vəzifəyə təyin edirsə, ilk növbədə həmin şəxsə şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına xüsusi diqqət və qayğının göstərilməsini tapşırır. O, halda sual oluna bilər ki, ölkə başçısı ilə bərabər, hörmətli Mehriban xanım da ortaya belə bir mövqe qoyduqları halda, səbəb nə olur ki, “Xalq Bank” ASC-nin əməkdaşları şəhid anasına və onun ailə üzvlərinə qarşı fərqli mövqe nümayiş etdirirlər?. Görəsən ola bilməzmi ki, bügünkü qış fəslində, hansı ki, havaların soyuq keçdiyi vaxtlarda bank əməkdaşları bir qədər humanistlik göstərsinlər və şəhid qardaşı İsmayıl Musayevin topladığı 24 min manat pulu qəbul etsinlər. Qalan borcun ödənilməsi üçün isə, təqribən 3-4 ay müddətinə möhlət vaxtı versinlər. Yəqin ki, o halda hər kəs xəbərdar olar ki, ölkə rəhbərinin şəhid ailələri, qazilər, müharibə veteranları və s. ilə bağlı verdiyi tapşırıqlara “Xalq Bank” ASC-nin rəhbər şəxsləri və əməkdaşları hörmətlə yanaşırlar. Ümidvarıq ki, bu məqalənin yayımlanmasından sonra bank əməkdaşları şəhid anasına və onun ailə üzvlərinə qarşı humanistlik göstərəcəklər və bu ailəyə məxsus yaşayış evinin geri qaytarılması, həmçinin əmələ gələn problemin həlli yöndə lazımi addımlarını da atacaqlar. Qarşı tərəfin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.//GundemXeber.Az
Ardını oxu...
Hazırda Azərbaycan hakimiyyət sistemində dövlət resursları hesabına oliqarxa çevrilmiş məmurlar demək olar ki, yoxdur. Uzun müddət yüksək dövlət vəzifələrini tutan şəxslər var, amma onları nəhəng biznesi, hökumətin müxtəlif qollarında “kadrları” ölkədə və xaricdə geniş əlaqələri olan keçmiş nazirlərlə müqayisə etmək olmaz. Belə oliqarxları əsasən xaricdə təhsil almış yeni kadrlar əvəz edib...

Bununla belə keçmiş oliqarxlar və ümumiyyətlə yüksək vəzifə tutmuş məmurlar ictimaiyyətin, medianın diqqət mərkəzindədirlər, onlar kölgəyə çəkilsələr də barələrində çıxan xəbərlər geniş oxucu auditoriyası toplayır. Maraqlıdır, vəzifədən getsələr də əllərində geniş imkanları, əlaqələri və s. qalan bu şəxslər indi nə işlə məşğuldurlar? Onların arasında hazırda həbsdə olanlar da, azadlıqda şad-xürrəm yaşayanlar da var. Bu adamların bəzilərinin hazırkı durumuna nəzər salaq.

Keçmiş Nəqliyyat naziri Ziya Məmmədov əsasən doğulduğu Ucar rayonundakı villasında yaşayır, özünün dediyinə görə təsərrüfatla məşğul olur, ibadət edir... Oğlu Anar Məmmədovun daimi yaşayış yeri isə Böyük Britanyanın paytaxtıdır. Bununla belə, ABŞ-da da işgüzar əlaqələri var. Mediada yayılan xəbərlərə görə restoran və əmlak sahəsində bizneslə məşğul olur.

Keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov vəzifədən çıxarıldıqdan sonra barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə cinayət işi açılaraq həbs olunub. Səbail məhkəməsi onun barəsində 26 may 2022-ci ildə həbs qərarını dəyişib. Keçmiş nazir dövlət büdcəsinə vurduğu ziyanın əvəzinə 30 milyon manata yaxın vəsait ödəyib. Hazırda şərti məhkumluğu davam edir.

Keçmiş Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov hazırda “Qərb” Universitetinin təsisçisidir, onun ailə üzvlərinin Avropa paytaxtlarında, Türkiyədə şirkətləri olduğu bildirilir. Bununla bərabər yerli mediada Bakıda və Azərbaycanın Şimal bölgələrində də onun daşınmaz əmlakı, biznes obyektlərinin olması barədə yazılıb.

Ləğv edilmiş Milli Təhlükəszilik Nazirliyinə 10 ilə yaxın rəhbərlik etmiş Eldar Mahmudov 2015-ci ildə vəzifədən kənarlaşdırıldıqdan sonra bir müddət istintaqa cəlb olunub. Hazırda Bakıda yaşayır və ictimai yerlərdə az-az görünür. Sonuncu dəfə Milli Qərhrəman Riad Əmədovla vida mərasimində kameralara tuş gəlib. Eldar Mahmudovun vaxtı ilə nəzarət etdiyi böyük biznes sahələrinin bir qismi ayaqdadır, onun oğlu Anar Mahmudov isə Böyük Britaniyada və Avropanın bir neçə ölkəsində şirkətlərə rəhbərlik edir.

11 illik nazir vəzifəsindən çıxarıldıqdan sonra həbsdən güc-bəla ilə yaxa qurtarmış keçmiş Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov hazırda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İdarəetmə Sistemləri İnstitutunun baş direktorudur. Bundan başqa, sabiq nazir həm də AMEA Prezidentinin müşaviri postunu tutur. Eks-nazir Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Rəqəmsal texnologiyalar və tətbiqi informatika kafedrasının müdiridir.

Keçmiş xarici işlər naziri Elmar Məmmədyarov özü Bakıda, övladları isə ABŞ-da yaşayır. Nazir son vaxtlar xarici siyasət məsələləri ilə bağlı yerli mediaya tez-tez şərhlər verir.

Nazirlər Kabinetinin keçmiş sədrləri və məşhur müavinləri hazırda təqaüddədirlər. Onlardan Bakı şəhər icra hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov paytaxtda böyük biznesə və daşınmaz əmlaka sahibdir. Onun oğlu İsrafil Abutalıbov isə Türkiyənin ən məşhur otel şəbəkələrindən olan “Ajva”nı idarə edir.

“Qaçqınkom”un keçmiş sədri Əli Həsənov da təqaüdçü həyatı yaşayır. O, nəvəsi Nail Allahverdiyevin törətdiyi cinayət olayı ilə gündəmə gəlsə də bir müddət sonra “unuduldu”. İki nəfərin ölümünə bais olmuş Allahverdiyev isə qısa müddət sonra həbsdən azadlığa buraxıldı.

Oliqarxlardan Mərkəzi Bankın keçmiş sədri Elman Rüstəmov hazırda Baş nazir Əli Əsədovun müşaviridir. Onun bu vəzifəni yerinə yetirib-yetirmədiyi, işə gəlib-gəlmədiyi məlum deyil. O, yerli medianın gündəminə nikahdan kənar övlad sahibi olması ilə bağlı gəlsə də keçmiş baş bankir iddialara münasibət bildirməyib. Qeyd edək ki, Rüstəmovun övladı Süsən Rüstəmova Britaniya paytaxtında, bir sıra Avropa ölkələrində iri biznesə sahibdir. Elman Rüstəmovun digər qızı Günel Rüstəmova da həyat yoldaşı Cümə Əhmədzadə ilə birgə Londonda bahalı mülkə, Azərbaycanda və Çexiyada otellərə sahibdir. Onların Londonda sahib olduqları “Gyunel Limited” in aktivləri 2022-ci ilin maliyyə hesabatına görə 6 milyon funt-sterlinqdən artıqdır

Keçmiş Kənd Təsərrüfatı naziri İsmət Abbasovun da sorağı ölkə xaricindən gəlir. Onun övladı Yunis Abbasovun Londonda əmlak sektorunda şirkətlərə sahib olduğu bildirilir. Bir neçə il əvvəl o, 2 milyon dollara daşınmaz əmlak alması ilə gündəmə gəlmişdi.

Azərbaycan Beynəlxalq Bankının sabiq sədri Cahangir Hacıyev həbsdə, onun həyat yoldaşı Zamirə Hacıyeva isə mənbəyini izah edə bilmədiyi sərvətlərə görə hələ də məhkəmə çəkişməsindədir. Z. Hacıyeva Britaniya paytaxında dəbdəbəli villalara sahibdir, araşdırmaçı jurnalistlər onun dəyəri on milyonlarla ölçülən sərvətindən, alış-verişindən bəhs edirlər. 2018-ci ildə İngiltərənin Cinayətkarlığa qarşı Milli Agentliyi onun 40 milyon manata yaxın dəyəri olan zinət əşyalarına həbs qoyub...

Beləliklə, vaxtı ilə Azərbaycanın sərvətləri hesabına milyarderə çevrilmiş məmurların bu gün də dəbdəbəli həyat tərzinə malik olduğunu görürük. Hətta həbsdə olanların belə, böyük sərvətə malik olduğu şübhə doğurmur. İndi bu adamlar əsas etibarilə estafeti və məlum yollarla ələ keçirdikləri sərvəti övladlarına ötürməklə məşğuldurlar...

Rasim Əliyev

“AzPolitika.info”
Ardını oxu...
Milli Məclisin futbol komandası noyabrın 23-27-də Türkiyənin Antalya şəhərində Türkiyə Respublikasının 100-cü ildönümünə həsr olunmuş beynəlxalq parlamentlərarası futbol turnirində iştirak edib və 7 komanda arasında 3-cü yeri tutub.

Turnirdə Türkiyə, Azərbaycan, Rumıniya, Bolqarıstan, Bosniya və Herseqovina, Macarıstan və Gürcüstan parlamentlərinin komandaları iştirak ediblər. Azərbaycan parlamentini həmin turnirdə deputatlar və Milli Məclis Aparatının işçiləri təmsil edib.

Artıq yarışda tarixi nəticə(!) göstərən “bürünc medallı” deputatların az qala hamısı öz sosial şəbəkə səhifələrində əsl qalib görkəmi ilə fotolar paylaşırlar. Onların qürur və sevinc hissləri gözlərinin parıltısından hiss olunur.

Millət vəkillərimizin bu sevincini anlamamaq və paylaşmamaq mümkün deyil. Çünki deputatlarımızın ümumilikdə parlamentdəki fəaliyyətinin effektivlik səviyyəsilə müqayisə etsək, onların futbol komandasının 7 komanda arasında üçüncü yeri tutması olduqca böyük və ciddi(!) nailiyyətdir...

Maraqlıdır ki, komandamızın heyətində Milli Məclisin Qusardan olan üzvü Azər Badamov da var. 2010-cu ildən bu yana dəfələrlə deputat olmuş Badamovu ölkə ictimaiyyəti hələ 2018-ci il futbol üzrə Dünya Çempionatına dair verdiyi “proqnoz”dan tanıyır.

Həmin vaxt deputat “Real Madrid” klubunun dünya çempionu olacağını demişdi: “Dünya çempionatını izləyəcəyəm. Favoritim “Real Madrid”dir. O komandanın qalib olacağını düşünürəm. Argentina və Meksika da qalib ola bilər. Ancaq bu, artıq sürpriz olar”.

Yəni ki, Meksika və Argentinanın dünya çempionu olması sensasiya olardı, “Real” isə ən real çempionluğa namizəd imiş. Doğrudur, o vaxt Badamovun “proqnozu” özünü doğrultmadı. Çünki nə iş idisə, “Real” ümumiyyətlə, Dünya Çempionatına gəlməmişdi...
Ardını oxu...
İndi isə həmin Badamov Türkiyədə Milli Məclisin futbol komandasında top qovur. Bu ”möhtəşəm irəliləyiş” onu göstərir ki, hörmətli deputatımız öz üzərində xeyli işləyib və indi nəinki “Real”-ın futbol klubu olduğu üçün Dünya Çempionatına qatılmadığını bilir, hətta özü də futbol meydançasında xaruqələr yaradır. Yəqin, bu irəliləyişi Badamovun Qusardakı azarkeşləri, daha doğrusu, seçiciləri də görməmiş, hiss etməmiş deyillər...

Bizə gəlincə, sonda bizə Badamov başda olmaqla, deputatlarımızdan ibarət komandamızı ürəkdən təbrik etmək düşər. Əmin olsunlar ki, bütün seçiciləri onlara ürəkdən azarkeşlik edirlər. O gün olsun dünya çempionu olsunlar!!!

Cəlal Məmmədov

“AzPolitika.info”
 
Ardını oxu...
Moskvada Fud Siti bazarında çalışan azərbaycanlı iş adamları arasında ciddi qarşıdurma yaşanır. Belə ki, bəzi kriminal dairələr müxtəlif yollarla təzyiq göstərərək, azərbaycanlıların biznesini əlindən alır və ya onların gəlirinin yarısına şərik olurlar.
Bu barədə Bakupost.az -a Gəncə şəhərində doğulan, Rusiyanın bir neçə şəhərində bizneslə məşğul olan iş adamı Eldəniz Verdiyev bildirib.
Fud Siti kimindir?
Ardını oxu...
Onun şikayətinə keçməzdən öncə qeyd edək ki, Fud Siti bazarı 2014-cü ilin avqustunda Moskva meri Sergey Sobyanin və azərbaycanlı milyarder, "Kiyevskaya ploşad" MMC-nın Direktorlar Şurasının sədri Qod Nisanov tərəfindən açılıb. Qod Nisanov layihənin həmsərmayədarlarından biridir. Fud Siti haqqında internet resurslarında yayılan məlumatlarda onun əsasını qoyanlar arasında digər azərbaycanlı milyarder, "Ploşad Evropı" və "Vısotka" MMC-lərin Direktorlar Şurasının sədri, "Kiyevskaya ploşad" şirkətlər qrupunun ortaq sahibi Zarax İliyevin də adı çəkilir.
Ardını oxu...
Fud Siti Rusiya və Avropada ən böyük ərzaq topdansatış mərkəzidir. Onun ümumi sahəsi 88 hektardır. Qeyd olunur ki, Fud Sitinin əsasında onun dünyadakı analoqlarının - Rungis (Psris), Merca (Madrid), Berliner Markt (Berlin), Central de Abastos (Mekiko) və digər ünlü ticarət mərkəzlərinin təcrübəsi dayanır.
Onu da qeyd edək ki, Fud Siti Moskvada çox əlverişli ərazidə - Kiyevsk və Kalujsk kimi vacib avtomagistralların arasında, Moskva Dairəvi Avtomobil Yolundan cəmi 900 metr aralıda yerləşir. "Vnukovo" hava limanından 10 dəqiqəlik məsafədədir.

Eldəniz Verdiyevin biznesi necə əlindən alındı?
52 yaşlı Eldəniz Verdiyev Gəncə şəhərində doğulub. Ailəlidir, 3 qız övladı var. O, bir müddət Voronej şəhərində bizneslə məşğul olub və uğurlu iş adamı kimi tanınıb.
Eldəniz Verdiyev Bakupost.az -a müsahibəsində kriminal dairələr tərəfindən biznesinin ələ keçirildiyini, 5 milyona yaxın ziyana salındığını və ölümlə təhdid edildiyini bildirib:
Ardını oxu...
Fotoda: "Vor Mübariz" və oğlu Ramin Niyazov
"2021-ci ilin aprel ayından bəri Rusiyada kriminal aləmin nümayəndələrindən olan Ramin Niyazov tərəfindən təhdid olunuram, həyatım təhlükə altındadır. Ramin Niyazovun atası Mübariz Niyazov Qobustan qapalı tədricdxanasında ömürlük cəza çəkir. Onu "Gəncəli Mübariz", "Vor Mübariz" adlandırırlar. Bir sıra ağır cinayətlər törədib".
İş adamını zirzəmiyə niyə saldılar?
Eldəniz Verdiyev deyir ki, Ramin Niyazov onun 17 il ərzində əzab-əziyyətlə qurduğu biznesi zor tətbiq edərək, ölümlə hədələyərək əlindən alıb:
"Hadisə Moskvada - Fud Siti meyvə-tərəvəz bazasında baş verib. 2002-ci ildən meyvə biznesi ilə məşgulam. Dünyanın 6-7 ölkəsi ilə əlaqələr qurmuşdum və meyvə alıb satırdım. Kriminal ünsür Ramin Niyazov mənim işçim - qohumum Bəhmən Verdiyevlə gizli əlaqəyə girərək, 17 ilə qurduğum biznesi ogurladı".
Eldəniz Verdiyev iddia edir ki, onun etibarından sui-istifadə edərək bütün biznesini ələ keçiriblər:
"Ramin Niyazovun göstərişi ilə 2021-ci il noyarın 21-də məni Fud Siti meyvə-tərəvəz bazasının zirzəmisinə saldılar. Bu məsələdən Fud Siti rəhbərliyinin xəbəri yox idi. "Cinayətkar axtarırıq" adı altında şəklimi böyüdərək bazada insanlara göstərib məni alçaltmağa çalışırdılar. Bütün bunlar Ramin Niyazovun göstərişi ilə onun əlaltısı Etibarın əli ilə törədilib. Etibar Gəncədəndir, keçmiş polis işçisidir, rüşvətə görə polis sistemindən qovulub. Onlar mənim pasportumun surətini çıxarıb Bakıya "Bandotdel"ə göndəriblər. Sonra yalan, böhtan, əsası olmayan məlumatlarla məni şərlədilər. 2022-ci il aprelin 24-də Bakıya uçurdum. Bakıda hava limanında məni saxlayıb Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə apardılar. 10 saat orada saxlanıldım. Lakin cinayət törətdiyimə dair hec bir dəlil-sübut olmadığı ücün sərbəst buraxıldım".
Ramin Niyazovun restoran biznesi
Eldəniz Verdiyev iddia edir ki, bütün bunları "kriminal aləmin üzvü, müxtəlif cinayətlər yolu ilə milyonlar qazanan, əli neçə-neçə gəncəli iş adamının qanına bulaşan" Ramin Niyazov etdirib:
"Məqsəd məni qorxutmaq, susdurmaq, məhv etmək, ogurladığı biznesi sakitcə idarə etməkdir. Bu adam 2002-ci ildən bu yana həyatını dəyişmiş qanuni oğruların ətrafi ilə yaxın dostdur. Öz millətindən olan iş adamlarına problemlər yaradır, onların puluna, biznesinə əl qoyur. Ramin Niyazov neçə-neçə ailələri gözüyaşlı, balalarını çörəksiz qoyub.
O, hazırda Fud Siti meyvə bazasında kök salıb. Gizli şəkildə öz kriminal əməllərini yenə də davam etdirir. Əlaltısı Etibar adlı şəxslə birlikdə azərbaycanlı iş adamlarını şərləyir, ölümlə təhdid edir, bizneslərini mənimsəyir, onları 50/50-yə işləməyə məcbur edir. Bununla razılaşmayanları isə zirzəmiyə saldırır, min oyundan çıxır. Onların bu əməllərinin qurbanlarından biri mənəm. Bu dediklərimin hər biri başıma gətrilib. Mənim kimi başına bu cür oyun açılan yüzlərlə, minlərlə iş adamları var".
Eldəniz Verdiyevin sözlərinə görə, Ramin Niyazov qanunsuz yollarla 50 milyon dollardan artıq pul qazanıb:
"Bu kriminal ünsür Gəncədə yerləşən "Böyük Aşırım" ,"Titanik" şadlıq evlərinin, ticarət mərkəzinin, restoran, ev və villaların sahibidir. Moskvada da həmçinin dəyəri milyon dollarla ölçülən restoranların, meyvə-tərəvəz anbarlarının, kafelərin, villaların sahibidir. Bütün bu varidatı kriminal yollarla, törətdiyi cinayətlər hesabına qazanıb. Onun böyük silahlı dəstəsi var. İki killer əmisi oglunun biri keçən il öldürüldü. Bunu Gəncədə və Moskvada bilməyən yoxdur".
İranlı dini radikallarla əlaqə - "Hüseyniyyə"yə kimlər yardım edir?
Eldəniz Verdiyev bildirir ki, ona məxsus anbar əlindən alınaraq 27.03.1987-ci il təvəllüdlü Emin Cahangirov adlı qatı dini radikala verilib:
Ardını oxu...
Fotoda: Amid Əliyev
"Emin Cahangirov Ramin Niyazovun tabeliyi altında hərəkət edir. İşverənliklə məşğuldur. O, əlaltısı, 4.08.1983-cü il təvəllüdlü Amid Əliyevlə birlikdə mənə məxsus meyvə-tərəvəzi satıb. 5 milyon dəyərində meyvəni satıb 1 rubldan hesaba salıblar, üstəlik 2.5 milyon rubl arenda pulunu mənimsəyiblər. Onlar İran vətəndaşına da 30 milyon pul atıb Azərbaycana qaçıblar. Bu faktı Emin Cahangirovun dilindən səs yazıları ilə də təsdiq edə bilərəm. Bu iki qatı dindar Moskvada Fud Siti bazasından dindarlardan pul toplayıb İranın "Hüseyniyyə" islam qrupuna hər ay yardım edirlər. Pulların yığılması və köçürülməsi Amid Əliyev vasitəsilə həyata keçirilir. Amid Əliyevin göstəriş verəni Emin Cahangirovdur. Onlar Moskvada Altufevski şossedə yerləşən İrana məxsus dini mərkəzdə müntəzəm olaraq iranlı dini radikalların məclisində iştirak edirlər. Azərbaycan dövlətçiliyinin əleyhinə gedən söhbətlərə qulaq asırlar. Amid Əliyev hazırda Moskvada gizlənir.
Ardını oxu...
Fotoda: Ramin, Emin, Amid
Emin Cahangirovun məndə səs yazıları var. O, havadarı Ramin Niyazovu suçlayır. Mənim biznesimi məhz Raminin ogurladığını qeyd edir. Mən müvafiq orqanlardan bu məsələdə yardım etmələrini istəyirəm. Həyatım təhlükədədir. Bu cinayətkarların qarşısının alınmasını, haqq-ədalətin öz yerini tapmasını istəyirəm".
Məsələ ilə bağlı yazıda adları çəkilən tərəflərin də mövqeyini işıqlandırmağa hazırıq.
Ardını oxu...
Fotoda: Mahir Babayev
Ardını oxu...
Fotoda: Bəhruz Verdiyev
Ardını oxu...
Fotoda: Amid və Emin
Ardını oxu...
Fotoda: Vüsal Həsənov
Ardını oxu...
Fotoda: Asim Hüseynov
Ardını oxu...
Fotoda: Sağda Mahir Babayev
Teref. Xocanın Blogu
 
 
 

Ardını oxu...
Ötən gün sosial şəbəkələrdə məktəblinin döyülməsi ilə bağlı görüntülər yayılıb. Şagirdin anası Vüsalə Quliyeva, məsələ ilə bağlı ATV-nin “Xəbərin olsun” proqramının canlı efirinə qoşulub.

Ana çox pis olduğunu, övladının müalicə aldığını bildirib:

“Hal-hazırda övladım müalicə altındadır. 7 noyabrdan məlum məsələyə görə, övladım dərslərdə iştirak etmir. Ana kimi mənə təsir edən odur ki, ən azı biz yolda gedərkən yıxılan insanı görürüksə, əlindən tutub ona yardım edirik. Bu bizim insanlıq borcumuzdur. Deyirlər, uşaqlar toqquşub. Kamera görüntüsü tələb etmişdim. Müstəntiq ilə məktəbə baxarkən, akt zalında kameranın olmadığını gördük”.

Daha ətraflı videoda:

 

Ardını oxu...
Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Bayram Muradov mənə səs atıb ki, bəs sən məndən yazırsan. Sənin nə yazdığında mənim umurumda deyil. Məni hər kəs yaxşı tanıyır. Sonra yazır ki, lazım gəlsə sənin yazılarına fiziki güc baxımından da (zorakılıqla) qarşılıq verə bilərm və sair.
Məndə öz növbəmdə Bayrama qarşılıqlı cavab verərək bildirmək istəyirəm ki, ay doktor mənə özündən böyük hədələr göndərirsən. Və məni uyarırsan ki, nə qədər gec deyil barədə yazdığım yazıları dayandırım. Hətta özün öz haqqında o qədər böyük (yekə) danışırsan ki, bişmiş toyuğun belə gülməyi gəlir sənə.Heç olmasa özün öz haqqında dediklərinə inanırsanmı? Deyəsən mifologiyanın çox sevirsən. Özünü bütləşdirdiyindən xəbərin varmı sənin? Bugünləri Nurəngiz Bəşirovanın sayəsində qabağa çəkilərək, altına bir kreslo sürüşdürüblar deyə düşünmə ki, əvəzolunmaz kadr zadsan. Əslində sən özündə yaxşı bilirsən ki, səni ora nə məqsədlə və hansı şərtlərlə soxuşdurublar. Sən özündə yaxşı bilirsən ki, orda müqəvva olaraq oturulmusan.
Mənə səs atıb deyirsən ki, bir vaxtlar güya mən sənə səndən yazmayacağıma dair vədlər vermişəm. Amma indi yazıram.
Əvvəla sənə deyim ki, mən belə bir söz xatırlamıram. Amma demiş olsam da belə yəqin ki, həddini aşmayacağın təqdirdə demişəm. Hər halda məni də tanıyanlar yaxşı tanıyır ki, sözü üzə qırmızı deyənəm. Kimliyindən, hansı vəzifədə çalışmasından və xarakrindən asılı olmayaraq. Unutma ki, hər bir kəs öz həddini bilməli, o həddi aşmamalı, özünü toxunulmaz zənn etməməlidir.
Digər tərəfdən deyirsən ki, mən sənin şəxsi həyatından yazmışam. Bilmək olar, o hansı şəxsi həyatdır? Bəlkə hardasa yazmışam ki, Bayram doktor kimisə saxlayır, kimləsə sevgilidir, kiminləsə Bakıda oteldən çıxıb və sair? Hardasa belə bir şey yazmışamsa, həmin yazını çıxart ortaya çıxıb səndən üzr istəyəcəm. Deyəsən quyruğun qapı arasında qalıb deyə bilmirsən nə danışasan.
Bəli mən yazmışam ki, Bayram doktor yeyib içəndir, günün əksər saatlarını kafe-restoranlarda əyləncə və eyş-işrət məclislərində keçirir və sair. Sən buna şəxsi həyat deyirsən? Bu şəxsi həyat deyil, bu sənin gündəlik həyat tərzindir, içtimai həyatındır, cəmiyyətdəki həqiqi simandır. İndi sən o gerçək simanı (iki sifətini) nə qədər pərdələsəndə artıq gecdir, səni hər kəs əsl sifətinlə, simanla tanıyıb. Hər kəs də yaxşı bilir ki, sən məclisi-meysən. Beyləqanda hansı kafeyə girirsənsə səni ayağ izin var. İndi sən boyda kişi durub bunu danacaqmı? Əlini vicdanına qoy ki, belə deyil. Durub mənə səs atmaqla leksiya söyləmə.
Deyirsən ki, indiyə qədər vicdanlı işləmişəm. Beyləqan komissarlığında həkim komissiyasının sədri idin. Hərbi xidmətə çağırılan yararlı gənclərə komisavat olmaları üçün rəyi mən verirdim, yoxsa sən?
Beyləqanda sənin saxta rəylərinlə bilirsən nə qədər gənclər hərbi xidmətdən yayınıblar? Bunların hamısını sən çox yaxşı bilirsən. Özün yaxşı bilirsən ki, hansı əməlin sahibisən. Bir az səbr elə. Kimin aqibəti necə olacaq görəcəyik. Zatən su zəngi su da sınar. Mənim yolum bəlli. Bəlli olmayan sizin yolunuzdur. Kimlərinsə tər basmış qoltuğunun altına sığınıb, qoltuqda oturmaq heç də yaxşı iş deyil. Yaxşı olar ki, mənə də təhdid, hədə, zor mesajları göndərmə. Ağılını başına topla. Sənin kim olduğun, hansı əqidənin sahibi olduğun bəllidir. Və məni də başqaları ilə səhv salma.
Mətanət Qarayevaya gəlincə, o bir qadındır, zərif cinsdir. Onunla hər hansı intriqam və ya husumətim yoxdur. Əxlaqına da, namus-qeyrətinə də zərrə qədər şübhəm yoxdur. Mətanət movzusuna bircə kəlmə ilə nöqtə qoyuram. Kaş ki, onda olan dürüstlüyün bircə faizi sizdə olaydı. Əgər bu günləri Mətanət xanımdan tənqidi yazı verilibsə, buna baiskar sizsiniz. Çünki siz yerinizdə də olsaydınız heç o zavallınında adı belə qalmaqallarda çəkilməyəcəkdi. Öz yaxanı qırağa çəkib, onun yaxasını irəliyə verən sənsən. Ən yaxşı, halda TƏBİB sədrinə azcada olsa hörmətiniz varsa istefa ərizənizi yazaraq ona təqdim edin. Çünki bu iş sizlik deyil. Yaxşısı odur ki, gedin xəstələrinizin gözünə dərman damızdırıb (onları kor edib) 5-3 manatınızı qazanın. Əlqərəz, əlinizdən gələni ardınıza qoymayın. Zatən ox yaydan çıxıb.
P.s. Vaxt var idi ki, Bayram Muradov məclislərdə mənə "qardaş, bununda içirəm sənin sağlığına, sən yaxşı oğlansan, yaxşı jurnalistsən, fəxrimizsən" deyib şərəfimə başa qaldırırdı. İndi mənə "xox" gəldi ismarıc göndərir. Nə tez yaddan çıxdı o günlər, ay Bayram?

Müəllif: Ramin Məhəmmədoğlu, RealMedia.az-ın baş redaktoru
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
Ardını oxu...
Sumqayıtda yerləşən Məişət Tullantıları Poliqonunda gecə saatlarında başlayan yanğın davam edir.

APA xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və texnikası cəlb olunub.

Bildirilib ki, yanğın 7 hektar ərazini əhatə edib.

Küləkli hava şəraiti yanğını daha da genişləndirib.

Bu səbəbdən də Sumqayıtın bir çox küçə və prospektlərində qatı tüstü əmələ gəlib.

Yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Hadisənin başvermə səbəbləri araşdırılır.
01:00

Sumqayıtda Məişət Tullantıları Poliqonu yanır.

“Report”un məlumatına görə, yanğın yeddi hektar ərazini əhatə edir.

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və texnikası cəlb olunub.

Yanğının söndürülməsi işləri davam etdirilir.
 

Dünyapress TV

Xəbər lenti