Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 3 tenderə yekun vurub.

Dia-az.info xəbər verir ki, agentliyin keçirdiyi tenderin nəticələri dövlət satınalma portalında açıqlansa da, həmin tenderlərin harada elan edildiyi və satınalma predmeti məlum deyil.

Tenderin nətixələri barədə məlumatda «icarə müqayilsi» yazılsa da, icarə obyekti açıqlanmayıb.

Ümumi məbləği 46 776 manat olan 3 tenderin qalibləri 2 fiziki və 1 hüquqi şəxslər olub.

Ardını oxu...

Ardını oxu...
Milli Məclisin sabiq sədri və hazırda millət vəkili olan Oqtay Əsədovun həyat yoldaşı Zemfira Əsədovaya məxsus olan və Rusiyada fəaliyyət göstərən “Arizarum Qrup” şirkətinin (ООО "АРИЗАРУМ ГРУПП" – 7705176856) 2023-cü ildə əldə etdiyi gəlirlər açıqlanıb.
Yeniavaz.com Rusiyanın müvafiq rəsmi qurumlarının açıqladığı məlumatlara istinadən bildirir ki, “Arizarum Qrup” ötən il 14 milyon 270 min rubl (260 min manat) gəlir əldə edib.
Qeyd edək ki, əvvəlki – 2022-ci illə müqayisdə “Arizarum Qrup”un gəliri 2,5% artıb. Ümumiyyətlə son 7 ildir “Arizarum Qrup”un gəlirlərində ciddi dəyişiklik olmur:
2017-ci ildə 14 568 000 rubl,
2018-ci ildə 13 984 000 rubl,
2019-cu ildə 13 919 000 rubl,
2020-ci ildə 13 815 000 rubl,
2021-ci ildə 14 045 000 rubl,
2022-ci ildə 13 924 000 rubl,
2023-cü ildə 14 270 000 rubl.
Məlumat üçün bildirək ki, “Arizarum Qrup” 14 yanvar 1998-ci ildən fəaliyyət göstərir. Hüquqi ünvanı Moskva şəhəri, Bakı küçəsi, ev 29-da yerləşən şirkətin yeganə təsisçisi Əsədova Zemfira Adil qızıdır. Şirkətin direktoru isə Nazarova Larisa Aleksandrovnadır. Nizamnamə kapitalı 10 min rubl olan şirkətin restoran sektorunda fəaliyyət göstərdiyi qeyd olunur.
Onu da qeyd edək ki, Oqtay Əsədovun həyat yoldaşı eyni zamanda Nizami rayonunda yerləşən 175 saylı Körpələr evi-uşaq bağçasının müdiri olub.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Vita 1000 !!!

Sən demə, illərdir tərkibinin "1000 cürə vitamin"lərlə zəngin olduğunu düşünərək və özümüzü aldadaraq içdiyimiz bu sular orqanizmimizdə min cür xəstəliyə səbəb olacaq mikroblar, infeksiyalar yaradırmış. Daha doğrusu, o, mikrobları elə həmin su qablarının içindən birbaşa özümüz qəbul edirik.

"DogruXeber.az" xəbər verir ki, sözügedən sular barəsində sosial şəbəkələrdə tükürpədici görüntülər paylaşılıb. Paylaşılan görüntülərə görə, kağız qutularda qablaşdırılmış "Vita 1000" şirələrinin içərisində iyrənc görüntülər aşkar edilib. Həmin görüntülərdə palçıq və tükə bənzər tullantıların qutunun içində ilişib qaldığı aydın görünür.

Görünür, bir neçə fərqli mənalarından biri də "dəyişkən" olan "Vita", yanına da "1000" rəqəmini "yoldaş götürüb", öz mənfəəti üçün minlərlə insanların sağlamlığına zərər verməklə məşğul imiş.

"Jalə"dən başlayıb arada bir adını dəyişərək, dövlət vergisindən "uzaq masada üskük fırladan" hazırkı "AZGRANATA" MMC deyəsən insanların sağlamlığına zərər vurmağı "qarşısına məqsəd qoyub".

O, müxtəlif adlar altında istehsal etdiyi sulardan biri olan və ikibaşlı məna daşıyan "Vita 1000"-in üzərində "istifadədən əvvəl çalxalayın" yazmaqla, videoda gördüyünüz - qutunun bir küncündə toplaşıb qalmış o, iyrənc tullantıları şirəyə yaxşıca qarışdıraraq qəbul etməyimizi tövsiyyə edir.
Ardını oxu...
P.S: Qeyd edək ki, yazını yayımlamadan öncə, istehsalçı şirkətin cavabdeh əməkdaşları ilə əlaqə saxlayıb, mövqeyini öyrənmək istədik, amma telefona cavab verən olmadı.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
DogruXeber.az
Ardını oxu...
Qubadan olan təsərrüfat sahiblərinin mal-qarası Abşerondakı qışlaqdan oğurlanıb.

Xezerxeber.az-ın məlumatına görə, bu problemin beş ildir ki, davam etdiyi bildirilir. Hadisəni törədən şəxs və ya şəxsləri isə beş ildir ki, tapmaq mümkün olmayıb.

Hər il bu çobanların həm atları, həm də iribuynuzlu heyvanları yoxa çıxır. Bu il də mal-qaranı qışlaqda saxlayan qubalı çobanların başına iş gəlib.

Piriyevlər ailəsi bu il qışlaqdan əliboş qayıdacaqlar. Çünki onların yaylaqdan apardıqları mal-qara oğurlanıb.
Heyvan sahiblərinin sözlərinə görə, onlara ümumilikdə 65 min manata yaxın ziyan dəyib. Oğurluqlara görə aidiyyəti qurumlara da müraciət edilib. Beş ildir ki, silsilə oğurluqlar olmasına baxmayaraq, cinayətkarları tapmaq mümkün olmayıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, sözügedən oğurluqlarla bağlı müvafiq polis orqanında araşdırma aparılır. Əməlləri törədən şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.

Ətraflı süjetdə:

 

Ardını oxu...
Bakıda yaşayan Məcidovlar ailəsi "Baku Medical Plaza"dan və əvvəllər burada həkim işləyən Vüsal Mahmudovdan narazıdır.

AFN.az-a açıqlamasında Gülnarə Məcidova bildirib ki, oğlu Məcidov Əkbər 05/06/2021-ci ildə "Baku Medical Plaza"da Vüsal Mahmudov tərəfindən əməliyyat olunub: "Oğlumun ombası anadangəlmə çıxıq olub, serebral iflic idi. Əməliyyat tam uğursuz oldu, biz təkrar apardıq həkimə. Həkim dedi neynəmək olar, belə alındı. İndi də qalmışıq həkimlərdə. Uşağın 16 yaşı var, dediler 20 yaşında yenidən əməliyyat olunmalıdı. Yəni əməliyyat uğursuz olduğu üçün. Bizi də göndəriblər "Rəhimə atəş"də müalicə alır uşaq. Ora çox bahalı yerdir bizim üçün. Üç kurs fizioterapiya olub, amma daha tükənmişik, bundan sonraya imkan yoxdu. Həkim də deyir əgər bu prosedur olmasa, uşaq arabaya məhkum ola bilə.

Əməliyyat üçün Vüsal həkim bizdən 10 min manat istəyirdi, xahiş-minnətlə 8 minə razılaşdıq elədi. Amma əməliyyatın heç bir faydası olmadı, uşaq yenə müalicələrdədir. Vüsal həkimin yanına getdik əməliyyatdan sonra dəfələrlə, bizə sözü bu oldu ki, kənd adamısız, toyuq basdıranda altına 20 yumurta qoyursuz, hamısı çıxırmı? Bizə dedi güclü fizioterapiya lazımdır. Yönləndirdi "Rəhimə Atəş"ə, orda da prosedur çox bahadır. Bir neçə dəfə getdik, sonra çatdıra bilmədik. Mən xadimə işləyirəm, yoldaşım da veterandır, tikintidə fəhlə işləyir, kirayədə qalırıq, çatdıra bilmirik".

"Baku Medical Plaza"dan bildirildi ki, V.Mahmudov artıq orda işləmir, ona görə də məsələyə münasibət bildirmək doğru olmaz.
Ardını oxu...
Yasamal rayonunda yaşayış binası uçmaq üzrədir. Rayonun Şamil Əzizbəyov küçəsində yerləşən istismar müddətini çoxdan başa vurmuş bina hər an dağıla bilər.
Tribunainfo.az yazır ki, bərbad vəziyyətdə olan binada hələ də yaşayanlar var. Binanın bəzi otaqlarının döşəməsi çoxdan uçub. Ancaq sakinlərin getməyə yeri olmdığı üçün belə təhlükəli şəraitdə yaşayırlar. Bina zahirən normal görünsə də, mənzillərdə vəziyyət acınacaqlıdır. Hamam və tualetinin döşəməsi dağılmış mənzillər də var
Sakinlər bildirib ki, dəfələrlə Yasamal Rayon İcra Hakimiyyətinə, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə, Fövqəladə Hallar Nazirliyinə müraciət ediblər. Təhlükəli vəziyyət davam etsə də, hələ heç bir aidiyyəti qurum binaya baxış keçirməyib. Bütün qurumların mövqeyini dinləməyə hazırıq.
 

Ardını oxu...
Elmlər metrostansiyasının yaxınlığında yerləşən “Büyükfırat” restoranında müştərilərə qarşı hörmətsizlik edirlər.

Moderator.az-a daxil olan şikayət məktubunda Hüseyn Hüseynzadə adlı şəxs bu haqda bildirib. O deyir ki, 8 aprel tarixində restorana gedib və hörmətsiz münasibətlə qarşılaşdığı üçün oranı tərk edib.
“Axşam iftar vaxtı olduğu üçün bir çox restoranlarda öncədən yer rezerv etmək lazım gəlir. Elmlər metrostansiyasının yaxınlığında bir neçə restorana daxil olsam da, hamısının rezerv olunduğunu bildirib, iftar vaxtı fəaliyyət göstərəcəklərini bildirdilər. Nəhayət ki, dostumla birlikdə “Büyükfırat” restoranına gəldik. Dönə-dönə soruşdum ki, burada boş yer var? Heç bir yer rezerv deyil ki? Ofisiant əli ilə boş masaları göstərib dedi ki, “harada istəyirsinizsə əyləşin, rezerv deyil”. Az keçmədi ki, yeməkləri sifariş edərkən ofisiant yaxınlaşıb dedi ki, “sizin yarım saat vaxtınız var, bu yer rezerv olunub, xahiş edirik yarım saat ərzində buranı tərk edəsiniz”. Onlara xatırlatdım ki, restorana daxil olanda axı sizdən dönə-dönə soruşdum..? Bir ofisiant dedi ki, rezerv indi gəlib, digəri dedi ki, öncədən rezerv olunsa da yadımızdan çıxıb. Əlbəttə ki, bütün bunlar bəhanə idi. Görünür bizdən də pullu yaxud bizdən də sayca çox müştəri gələcəkdi.. İstehlakçı hüquqlarımızın pozulduğunu dərk etsək də məyus halda restoranı tərk etdik” deyə şikayətçi bildirib.

Mövzu ilə bağlı Azad İstehlakçılar İB-nin sədri Əyyub Hüseynov bildirib ki, bu problemlərə bir çox restoranlarda rast gəlmək mümkündür.
“Çox təəssüflər olsun ki, restoranlar üçün heç bir qaydalar yoxdur. Nazirlər Kabinetinin 94 saylı qərarı var. Yəni menyuların olması məsələsi, Azərbaycan dilində olması və s. Digər məsələlər yoxdur. Restoranlar qaydaların olmamasından sui-istifadə edərək istehlakçılara qarşı böyük özbaşnalıq göstərirlər. Belə hallar neçə illərdir mövcuddur. İstehlakçılara deyirlər ki, üz kontrolu edirik, xoşlarına gəlmirsə buraxmırlar, başqa bir restorandan deyirlər ki, qadınla gəlirsinizsə buraxmırıq, biri deyir ki, üzü dənizə tərəf oturmusansa artıq pul verməlisən, çayxanadan deyir ki, bir çaynik üçün 50 manat verməlisən, mənim verdiyim mürəbbələri də yeməlisən və s. Bu kimi hallar qonaqpərvərliyimizə, turizmimizə ziyan gətirir. Bu illərdir davam edirik. Biz belə məsələləri dövlət orqanları qarşısında qaldırırıq. Deyirlər ki, restoranların öz ərazisidir, özləri bilərlər necə davranırlar. Bu anormal bir vəziyyətdir. Düşünürəm ki, istehlakçı hüquqlarının pozulmasıdır. Sizin dediyiniz mövzuya gəlincə isə öncədən deyilməli idi ki, bizdə yerlər rezerv olunub, filan saatdan sonra qonaqlarımız olacaq bağışlayın. Bu zaman müştəri bilərdi ki, ona uyğundur yoxsa yox?! Lakin bu cür davranmaq istehlakçı hüquqlarının pozulmasıdır. Bunun üçün qanunvericilikdə heç bir qayda-qanun yoxdur. Sizin vasitənizlə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edirik ki, bu özbaşnalıqlara son qoysunlar. Onların adında Dövlət Xidməti, İstehlakçı hüquqlarını qorumaq, bazara nəzarət məsələsi var. İstehlakçılarla bu cür davranan restoranlar boykot olunmalıdır” deyə Əyyub Hüseynov bildirib.
Hüquqşünas Emil Aslanov Moderator.az-a açıqlamasında bildirib ki, istehlakçı kobud şəkildə pozulmuş hüquqlarını bərpa etməlidir.
“İaşə obyektlərində istehlakçıların hüquqları pozulubsa bununla bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şikayət etmək mümkündür. Şikayət nəticəsində həmin hallar araşdırılır. Əgər həqiqətən də iaşə obyektində qanun pozuntusu müəyyən edilərsə, bu halda sözügedən dövlət xidməti bununla bağlı həmin iaşə obyektinin inzibati qaydada cərimə edilməsi ilə bağlı qərar qəbul edə bilər. Əgər Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti vətəndaşın hüquqlarını bərpa etmirsə, bu halda vətəndaş məhkəməyə də müraciət etmək hüququna malikdir” deyə hüquqşünas bildirib.
Qarşı tərəfin fikirlərini dərc etməyə hazırıq.

Ardını oxu...
Ötən ilin dekabrında Milli Onkologiya Mərkəzi “Şüa avadanlıqları və digər tibbi avadanlıqların cari təmiri, texniki xidmət, material ehtiyatları kimi tanınan hissələrinin, detallarının alınması və dəyişdirilməsi” tenderinin nəticələrini elan edib. Tribunainfo.az xəbər verir ki, tenderin qalibi “Azəri Med” QSC olub.
Qalib şirkətə 5 221 000 manat ödənilməsi nəzərdə tutulub. Maraqlıdır ki, 5 milyonluq layihənin icrasına başlanması haqda əlavə və yeni məlumat verilməyib. Ən mühüm detal isə qalib gələn şirkətin deputat Kamaləddin Qafarova aid olmasıdır. Bu da təəccüb doğurmur. Çünki MOM tərəfindən elan edilən tenderlərdə nədənsə davamlı olaraq deputat aid şirkətlər qalib gəlir.
K.Qafarov bir sıra firmalara sahibdir. O, əvvəl MOM baş direktorunun müavini olub. Parlament üzvü olduqdan sonra da biznes əlaqələri inkişaf edib. Onun firmalarının siyahısını mediada yayılan xəbərlərə istinadən təqdim edirik:

AzəriMed” MMC,

“AzəriMed MNK” MMC

“Kanon” MMC,

“Mega Pharmacy” MMC,

“Azeri Med MNK” MMC,

“Versal” MMC,

“Versal Palace” MMC

“Naturalist” firması,

“AvestaFarm” MMC,

Cardinal Health şirkəti

“Ruslan AZ” MMC

Zəfəran Hospital

Zəfəran Apteklər şəbəkəsi

Siyəzən Broyler
Ardını oxu...
Sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin Rusiyada fəaliyyət göstərən şirkəti ötən il gəlirlərini 192 dəfə artırıb.

Yeniavaz.com xəbər verir ki, Əbülfəs Qarayev ötən ilin may ayında Rusiyada “Korporaçiya ÇE” (ООО “Корпорация ЧE” – ИНН: 7725322819) adlı şirkətin 50%-lik payını satın alaraq 2 təsisçidən biri olub.

“Korporaçiya ÇE” şirkətinin digər təsisçisi – Əbülfəs Qarayevin biznes ortağı Rusiya vətəndaşı Levkoviç Aleksandr Nikolaeviçdir. Hər iki təsisçinin şirkətin nizamnamə kapitalındakı payı 10 000 rubl təşkil edir.
Ardını oxu...
Qeyd edək ki, “Korporaçiya ÇE” şirkəti 11 iyul 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Əbülfəs Qarayev şirkətin 50%-lik payına sahib olduqdan sonra hüquqi ünvanı – Moskva şəhəri, Dnepropetrovskaya, ev 3 koros 5, m. 3/1 ünvanına dəyişdirilib.

Şirkətin fəaliyyət sahəsinə balıq, xərçəngkimilər və molyusklar da daxil olmaqla digər ərzaq məhsullarının topdan satışı daxildir.

Məlumat üçün bildirək ki, “Korporaçiya ÇE” şirkətinin 2023-cü ildəki ümumi gəlirləri 106 milyon 521 min rubl (1 milyon 956 min manat) olub. Bir il əvvəl – 2022-ci ildə şirkətin ümumi gəlirləri cəmi 554 min rubl (5 min 992 manat) olub. Rəqəmlərdən də göründüyü kimi, şirkətin gəlirləri son bir ildə 192 dəfə artıb.
Ardını oxu...
Onu da qeyd edək ki, 1994-cü ildən 2020-ci ilə kimi – 26 il nazir vəzifəsində işləyən Əbülfəs Qarayevin qızı Suad Maleki də (Qarayeva) uzun illərdir Rusiyada biznes fəaliyyəti ilə məşğuldur.

Suad Malekinin yeganə təsisçisi olduğu “GALS” şirkəti 05 iyul 2013-cü ildə Moskva şəhəri, Tatarskaya küçəsi 7 ünvanında dövlət qeydiyyatına alınıb. Şirkət daşınmaz əmlakın alqı-satqısı ilə məşğuldur.

Mətbuatda yayılan məlumatda bidirilir ki, “GALS” sabiq nazirin özünün və ailə üzvlərinin adının baş hərflərindən (Garaev, Abulfas, Lalə (həyat yoldaşı) və Suad (qızı)) ibarətdir.

“GALS” adı ilə Azərbaycanda fəaliyyət göstərən şirkətlərin də sabiq nazirə bağlı olduğu bildirilir. “GALS Gallery”, “GALS Beauty and Spa” və “GALS” MMC-yə sabiq nazirə yaxın olan şəxslər rəhbərlik edir. Bunlardan başqa sabiq nazirin həyat yoldaşı Kazımova Lalə Tofiq qızının (Azərbaycan SSR xalq artisti, rejissor Tofiq Kazımovun qızı) rəhbərlik etdiyi “Yol+İlk Elmi-Populyar Dərgi Redaksiyası” MMC 29 mart 2006-cı il tarixində dövlət qeydiyyatına alınıb.

Sabiq mədəniyyət nazirinin həyat yoldaşı və qızından başqa kürəkəni Şahriar Maleki də Azərbaycanda biznes fəaliyyəti ilə məşğuldur. Əslən İrandan olan Böyük Britaniya vətəndaşı Şahriar Maleki 02 noyabr 2016-cı il tarixində dövlət qeydiyyatına alınan “Green Farm Azərbaycan” MMC-nin qanuni təmsilçisidir. Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən “Green Farm Azərbaycan” MMC-yə 2017-ci ilin mayında Biləsuvar İcra Hakimiyyəti tərəfindən 5 min hektar torpaq sahəsi ayrılıb.

Əbülfəs Qarayevin kürəkəninə 5 min hektar torpaq sahəsi ayıran Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyev 29 aprel 2020-ci il tarixində Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılaraq Bakıya gətirilib. Bundan təxminən 20 gün sonra Əbülfəs Qarayev Mədəniyyət naziri vəzifəsindən azad edilib.
 
 
 

Dünyapress TV

Xəbər lenti