Ardını oxu...
İcbari Tibbi Sığorta Agentliyi “Yeni müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunmuş 100 ədəd təcili tibbi yardım avtomobillərinin satın alınması” tenderinin nəticələrini açıqlayıb.

DİA.AZ xəbər verir ki, tenderin qalibi “Az-Tex-İmport” Məhdud” MMC olub. Şirkətlə 14 milyon 199 min 336 manat məbləğində müqavilə imzalanıb.

Qeyd edək ki, şirkət bundan əvvəl də Kommunal Xidmətlər Müəssisəsinin 995 min manat dəyərindəki “Nəqliyyat və xüsusi texnikaların satınalınması” (04.11.2022) tenderini qazanıb.

“Az-Tex-İmport” Məhdud” MMC ümumiyyətlə, ölkənin 1 nömrəli TENDERYEYƏNİ kimi də tanınır.

DİA.AZ bildirir ki,kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında Az-Tex-İmport Məhdud Məsuliyyətli Cəmiyyətin 19.07.2017-ci il tarixdə 2 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilib. Reyestr məlumatlarında nizamnamə kapitalı 226 010.00 manat olan MMC-nin hüquqi ünvanının Baki şəhəri Xətai rayonu, Telnov, ev 2347/48, m. 290, qanuni təmsilçisinin İbadullayev Samir Sahib oğlu olduğu qeyd olunub.
Samir İbadullayevin qanuni təmsilçisi olduğu daha bir şirkət var. Amma həmin şirkət başqa ünvanda qeydiyyata alınıb. Belə ki, 6 oktyabr 2016-ci il tarixdə yaradılan Arletta MMC-nin hüququ ünvanı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev PR ev 66 m.25 göstərilib.
“Az-Tex-İmport” şirkəti 2020-ci ilin apel ayından başlayaraq dövlət satınalmalarında iştirak edir. İlk 9 ay ərzində 10 tender qazanıb.
Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində olan idarələrinin indiyə kimi adı çəkilən şirkətlə 5 513 186 manat məbləğində satınalma müqaviləsi bağlayıb.
– Bakı şəhər İcra Hakimiyyətinə tabeli Bakı şəhər Fəvvarələrin İstismarı İdarəsi tərəfindən 10.12.2020-ci il tarixdə keçirilmiş müsabiqədə Az-Tex-İmport Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan olunub və MMC ilə nəqliyyat və xüsusi texnikaların satınalınması üzrə 967 775.82 manat məbləğində müqavilə bağlanılması nəzərdə tutulur. Tenderin əsas şərtlər toplusunda açıqlanmasa da idarə göstərilən məbləğə 4 ədəd nəqliyyat və xüsusi texnikalar aldığını elan edib.
– Bakı şəhər İcra Hakimiyyətinə tabeli Yaşıllaşdırma Müəssisələri Baş İstehsalat İdarəsinin Su quyularının İstismarı və Təmiri Xidməti Müəssisəsi tərəfindən 10.12.2020-ci il tarixdə keçirilmiş müsabiqədə Az-Tex-İmport Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan olunub və MMC ilə nəqliyyat və xüsusi texnikaların satınalınması üzrə 945180 manat məbləğində müqavilə bağlanılması nəzərdə tutulur. Tenderin əsas şərtlər toplusunda açıqlanmasa da müəssisə göstərilən məbləğə 5 ədəd nəqliyyat və xüsusi texnikalar aldığını elan edib.
– Bakı şəhər İcra Hakimiyyətinə tabeli Yaşıllaşdırma Təsərrüfatı Birliyi Avtomobil Nəqliyyat İdarəsi tərəfindən 09.12.2020-ci il tarixdə keçirilmiş müsabiqədə Az-Tex-İmport Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan olunub və MMC ilə nəqliyyat və xüsusi texnikaların satınalınması üzrə 717 773.94 manat məbləğində müqavilə bağlanılması nəzərdə tutulur. Tenderin əsas şərtlər toplusunda açıqlanmasa da müəssisə göstərilən məbləğə 3 ədəd nəqliyyat və xüsusi texnikalar aldığını elan edib.
– Bakı şəhər İcra Hakimiyyətinə tabeli,Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, ev 37A ünvanında yerləşən Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən 08.12.2020-ci il tarixdə keçirilmiş müsabiqədə Az-Tex-İmport Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan olunub və MMC ilə nəqliyyat və xüsusi texnikaların satınalınması üzrə 980 913.94 manat məbləğində müqavilə bağlanılması nəzərdə tutulur. Tenderin əsas şərtlər toplusunda açıqlanmasa da, müəssisə göstərilən məbləğə 3 ədəd nəqliyyat və xüsusi texnikalar aldığını elan edib.
– Bakı şəhər İcra Hakimiyyətinə tabeli Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən 07.12.2020-ci il tarixdə keçirilmiş müsabiqədə Az-Tex-İmport Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan olunub və MMC ilə nəqliyyat və xüsusi texnikaların satınalınması üzrə 912 820.86 manat məbləğində müqavilə bağlanılması nəzərdə tutulur. Tenderin əsas şərtlər toplusunda açıqlanmasa da müəssisə göstərilən məbləğə 3 ədəd nəqliyyat və xüsusi texnikalar aldığını elan edib.
– Bakı şəhər İcra Hakimiyyətinə tabeli Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən 01.12.2020-ci il tarixdə keçirilmiş müsabiqədə Az-Tex-İmport Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan olunub və MMC ilə nəqliyyat və xüsusi texnikaların satınalınması üzrə 988 722 manat məbləğində müqavilə 04.12.2020-ci il tarixdə bağlanılıb. Tenderin əsas şərtlər toplusunda açıqlanmasa da, müəssisə göstərilən məbləğə 3 ədəd nəqliyyat və xüsusi texnikalar aldığını elan edib.
Şirkətin udduğu daha 2 tenderi isə BAKUBUS və BNA keçirib. Belə ki, BAKUBUS-un 27 aprel 2020-ci il tarixində keçiridiyi və məbləği 2 milyon 888 min 493 manat 69 qəpik olan satınalma, BNA-nın 24 sentyabr 2020-ci il tarixində keçirdiyi və dəyəri 294 min 900 manat olan satınalma “Az-Tex-İmport”a verilib.
Ardını oxu...
“Türkiyə birjası 2022-ci ildə dünyanın ən gəlirli bazarı olub”.

Bu barədə “Bloomberg” məlumat yayıb.

Vurğulanıb ki, “Borsa İstanbul 100” indeksi bu il lirə ilə 150%, dollar ifadəsində isə 80% artıb. Bu, 1999-cu ildən bəri ən yaxşı nəticədir: “Türkiyə səhmləri bu il qlobal miqyasda ən yaxşı performans göstərir”.

“Bloomberg” qeyd edib ki, bu vəziyyət Türkiyə hakimiyyətinin bir çox digər ölkələrdən fərqli olaraq qiymətli kağızların yenidən maliyyələşdirmə dərəcəsini aşağı salan pul siyasəti, eləcə də yüksək inflyasiya dərəcələri ilə bağlıdır.

“Strateji Portfoy” şirkətinin əməkdaşı Burak Çetinçeker bildirib ki, real faiz məsələsində ciddi dəyişiklik olmadığı müddətcə investorların Türkiyə səhmlərinə marağı qalacaq.

Türkiyə səhmlərinin yüksək gəlirliyi 2023-cü ilin ortalarına qədər davam edə bilər.

“Sardis Research Consultancy” şirkətinin qurucusu Evren Kırıkoğlu deyib ki, səhmlər inflyasiya azalsa belə, ən azı gələn ilin birinci yarısına qədər cəlbedici qalacaq.
 
 
 
Ardını oxu...
Avropa Komissiyası (AK) TTF mərkəzinin indeksinə əsasən qazın qiyməti üzrə hər MVt/saat üçün 275 avro səviyyəsində fövqəladə hədd təklif edən reqlament dərc edib.

Bu barədə “Bloomberg” xəbər verir.

1 MVt/saat üçün 275 avro məbləğ 1000 kub metr üçün təxminən 2 900 ABŞ dolları deməkdir. Bu gün qazın spot qiyməti 1 120 ABŞ dolları olub. Bu rəqəm hazırkı 120 avro səviyyəsindən xeyli yuxarıdır, lakin Avropa ölkələrinin bu yay əziyyət çəkdiyi pik məbləğlərdən aşağıdır.

"Bu qiymətdən yuxarı sövdələşmələr aparılmayacaq. İki şərt yerinə yetirildiyi təqdirdə bazar korreksiyası mexanizmi işə düşəcək. Birincisi qazın qiyməti iki həftə ərzində müəyyən edilmiş həddi, yəni 275 avronu keçərsə. İkincisi isə TTF qiyməti ilə qlobal LNG qiyməti arasındakı fərq 10 ticarət günü ərzində 58 avro və ya daha çox olarsa”, - energetika üzrə Avropa komissarı Kadri Simson mətbuat konfransında bildirib.

AK-nın təklifi enerji xərclərini azaltmaq istəyən bir sıra Avropa İtiifaqı ölkələri tərəfindən dəstəklənib, lakin hələ də milli hökumətlərin təsdiqinə ehtiyac var. Son həftələrdə qazın qiyməti aşağı düşüb, lakin noyabrın 22-də “Qazprom”un Avropaya qaz tədarükünü daha da azaltmaqla bağlı hədələri növbəti dəfə qiymət artımı ehtimalını artırıb.

AK-nın təklifi Avaropa İtiifaqı ölkələrinin energetika nazirləri tərəfindən noyabrın 24-də Brüsseldə keçiriləcək fövqəladə iclasda müzakirə olunacaq. Milli hökumətlərin sənədə düzəlişlər təklif etmək hüququ var.
Ardını oxu...
“Vestnik Kavkaza” portalı xəbər verir ki, Birləşmiş Ştatlar Qətərin təbii qaz hasilatını artırmaq qərarını alqışlayıb. Bu barədə açıqlamanı ABŞ Dövlət Departamentinin başçısı Entoni Blinken verib.

O, Dohada keçirilən strateji dialoq konfransının açılışından əvvəl deyib: “Biz qətər əmirinin ölkədə qaz hasilatını artırmaq qərarını alqışlayırıq”.

Qətər hazırda İran körfəzindəki Şimal qaz yatağında hasilatı artırmaq üzərində çalışır.
 
Ardını oxu...
Son vaxtlar ölkənin hər yerində olduğu kimi, Kürdəmir bazarlarında da yumurtanın qiymətində kəskin bahalaşma görünür.

3-4 ay əvvəl təqribən 10-15 qəpiyə olan kənd yumurtası bu gün alıcılara 30-35 qəpiyə satılır.

Kənd yumurtaları ilə yanaşı broyler yumurtalarıın qiymətində də xeyli artım müşahidə olunur.
Ətraflı

Baku TV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:

 
Ardını oxu...
Rusiya və İran Hind okeanına gedən yolları bərpa edə bilər. Belə ki, 1520 mm-lik Rusiya dəmir yolu xəttinin Fars körfəzindəki limanlara çatması mümkündür.

KONKRET.az xəbər verir ki, son vaxtlar İran Hind okeanı ilə dəmir yolu əlaqələrini genişləndirir. Rusiya isə İranda qalınlığı 1520 mm olan yeni dəmir yolu xətlərinin tikintisi ideyasını nəzərdən keçirir. Müzakirə və hesablamaların təfərrüatları açıqlanmasa da, görülən işlərin miqyasını gizlətmək qeyri-mümkündür. Qeyd edək ki, hazırda İran dəmir yolları Avropa standartına uyğun olaraq 1435 mm-lik ensiz xətlərdən istifadə edir. Bu, Şimal-Cənub nəqliyyat dəhlizi layihəsi çərçivəsində daşınan yüklər üçün xoşagəlməz çətinliklər yaradır. Odur ki, əgər trasın dəyişdirilməsinə ehtiyac olmasa, bu zaman Fars körfəzindəki İran limanları nəqliyyat baxımından demək olar ki, ruslaşacaq. Moskva-Bakı-Bəndər-Abbas marşrutu isə birbaşa olacaq.

Nəqliyyat nazirinin müavini Valentin İvanov jurnalistlərə İranın Rəşt və Astara şəhərləri arasında dəmir yolunun çatışmayan 170 kilometrlik hissəsinin tamamlanmasında Rusiyanın iştirakının perspektivləri barədə danışıb: “Ölçmənin iki variantı nəzərdən keçirilir – 1435 mm (indi İranda olduğu kimi) və 1520 mm (Rusiya və Azərbaycanda olduğu kimi). Bu xəttin gələcək inkişaf perspektivi birbaşa Fars körfəzinin limanlarına qədər geniş diapazona malik olmasıdır” – İvanov vurğulayıb.

Nazir müavini qeyd edib ki, Rusiya üçün əsas olan İranda geniş qaz imkanlarının inkişafına diqqət yetirmək, ölkənin Fars körfəzindəki üç əsas limanına yüklərin çatdırılmasını təmin etməkdir:

“Hazırda İranda bütün enli magistral yollarının salınmasının iqtisadi məqsədəuyğunluğu praktiki olaraq birbaşa Fars körfəzinin limanlarına yeni dəmir yolunun çəkilişi kimi qiymətləndirilir”.

İran “Çabahar” limanına üçüncü gəmi marşrutunu açır

Söhbət üç limandan – İranın Fars körfəzindəki əsas limanı olan Bəndər Abbasdan, perspektivli Çabahar dərin su limanından və rusiyalı mütəxəssislərin inşa etdiyi Buşəhr limanından gedir.

Yaxın vaxtlara qədər Rusiyanın dost ölkələrdən olan ticarət tərəfdaşlarının siyahısı dörd dövlətlə məhdudlaşırdı – qüdrətli Çin, müstəqil Türkiyə, həmçinin Moskvaya yaxın Belarus və Qazaxıstan. Qalanları ilə əməkdaşlığın həcmi cüzi olaraq qalırdı və öz yerini dost olmayan dövlətlərlə dövriyyəyə buraxırdı. 2022-ci ilin fevralından Qərb və Qərbyönlü Şərq ölkələri Rusiyanı qurulmuş ixrac-idxal marşrutlarından məhrum qoyaraq, sıfırdan logistika zənciri yaratmağa məcbur etdilər. Bu addım Rusiya xarici ticarəti üçün Kremlin əksər ölkələrin bazarlarına birbaşa çıxışının olmadığını açıq şəkildə göstərdi. Rusiya yalnız Avropa (o cümlədən Türkiyə) və Çinlə ticarət aparmağa öyrəşib və hətta coğrafi baxımdan yaxın dövlətlərə belə malların daşınması üçün real imkanlara malik deyil.

Fars körfəzindəki limanlar Rusiya üçün təkcə Hindistana deyil, həm də Cənub-Şərqi Asiya, İndoneziya, Yaxın Şərq və Şərqi və Cınubi Afrikaya qədər yol açır. Dəmir yolu və dəniz nəqliyyatının birləşməsi xammal, tikinti materialları, kənd təsərrüfatı məhsulları və kütləvi qiymət seqmentinin istehlak mallarını satmağa və almağa imkan verir.

Yeni logistika təkcə Rusiya üçün deyil, qeyri-Qərb dünyası üçü də iqtisadi inqilab deməkdir. Belə ki, Afrika və Asiya ölkələri aclığı, ilkin tələbat mallarının çatışmazlığını unuda biləcək, ev tikmək üçün material əldə edəcəklər. Bundan başqa, onlar öz xammal və malları üçün böyük bazar qazanacaqlar. Rusiya ilə eyni vaxtda coğrafi təcriddən əziyyət çəkən Zaqafqaziya və Türküstan dövlətləri, hətta Moskvadan da çox tarixi şans əldə edəcəklər. Yeri gəlmişkən, ITC Şimal-Cənub Süveyş kanalı vasitəsilə Avropaya malların çatdırılmasının faydalarını şübhə altına ala bilər. Bəli, indiki siyasi vəziyyətdə Brüssel çətin ki, Rusiyadan keçən marşruta qoşulsun, amma heç kim bu imkanı ləğv etmir.

Yaxın vaxtlara qədər Rusiya rəsmiləri belə cəsarətli layihələri nəzərdən keçirməyə cəsarət etməzdilər. Amma Qərblə bağlı illüziyalar dağıldı və İran özünü həqiqətən etibarlı tərəfdaş kimi göstərə bildi. Odur ki, Moskvanın boğucu sanksiyaları qırmaqdan və iqtisadiyyatı üçün yeni yollar açmaqdan başqa çıxış yolu qalmayıb.
 
Ardını oxu...
Avropa İttifaqının dəniz yolu ilə daşınan Rusiya neftinin tədarükünə tətbiq etdiyi embarqo Asiyaya doğru ənənəvi marşrutların xəritəsini tamamilə yenidən cızıb. Nəticədə neft tankerlərinin gündəlik gəlirləri dörd dəfə çoxalıb.

Bu barədə “Bloomberg” agentliyi dünyanın ən böyük gəmi brokeri “Clarkson Research Services Ltd”nin bölməsinin statistikasına istinadən məlumat yayıb.

Qeyd olunub ki, məsafənin artması səbəbindən çatdırılma dəyəri kəskin şəkildə artıb və supertankerlərin gündəlik gəliri noyabrın 18-də son dörd il ərzində rekord səviyyəyə - 99,6 min dollara çatıb.

“Sənayenin əsas metrikası ton-mildir ki, bu da daşınan yüklərin həcminin qət edilən məsafəyə vurulmasıdır. Cari ildə bu rəqəm 4,3% artacaq. sənayenin ən böyük supertankerlərinin gündəlik qazancı 99,628 dollara çatıb ki, bu da bazarın əsas marşrutu üzrə son dörd ildəki orta göstəricidən dörd dəfə çoxdur”.
 
Ardını oxu...
Ekspert: “Millət vəkilləri Fransa şirkəti ilə sazişə özləri qanun statusu veriblər”

Noyabr ayının 16-da Milli Məclis Fransa Senatının qətnaməsi ilə bağlı bəyanatı müzakirəyə çıxarıb. Həmin bəyanatın 4-cü bəndində çox maraqlı bir müddəa öz əksini tapıb. Həmin bənddə qeyd olunur:

“Fransa şirkətlərinin Azərbaycan tərəfi ilə enerji sektorunda əməkdaşlığına yenidən baxılması”.

Milli Məclisin bəyanatında qeyd olunan bu tövsiyə şübhəsiz ki, birbaşa Fransanın ən böyük enerji şirkəti olan “Totalenergies”ə istiqamətlənib. Çünki bu şirkət “Abşeron 1” qaz layihəsində 50%-lik bir paya sahibdir. Bəs rəsmi Bakı “Total”ı Xəzər qazından məhrum edə bilərmi?

Bu sualı Press Klub üçün Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban cavablandırıb.

“Əvvəla, onu qeyd edim ki, belə məsələlərə emosional yanaşmaq doğru deyil. Lakin bununla belə parlamentdə bu mövzuda gedən müzakirələri də normal qarşılamaq lazımdır. Parlament elə bu müzakirələr üçün yaradılıb. Ona görə Milli Məclisin bəyanatındakı 4-cü müddəanı da normal qəbul etmək lazımdır. Bu qanunverici orqanın Fransa Senatına adekvat reaksiyasıdır.

Soyuq başla “Total”ın Azərbaycandakı enerji layihələrindən uzaqlaşdırılması mövzusunu təhlil etsək, belə bir arqument irəli sürmək mümkündür ki, hasilatın pay bölgüsü sazişində nə, necə yazılıbsa o cür də olacaq. Çünki bu sazişlər Azərbaycan parlamenti tərəfindən ratifikasiya olunub və qanun hökmündədir. Millət vəkillərimiz də bilməlidir ki, onların özlərinin verdikləri səslərlə 2009-cu ildəki bu saziş qanun statusu alıb. Və onu birtərəfli qaydada dəyişdirilməsi mümkün deyil. Əgər bu baş verərsə, “Total” Azərbaycanı Beynəlxalq İqtisad Məhkəməyə şikayət edə və böyük miqdarda təzminat ala bilər. Azərbaycanın əlindəki yeganə rıçaq “Total”ın sazişlə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib-yetirməməsinə ciddi nəzarət etməkdir. Əgər öhdəliklər yerinə yetirilmirsə şirkət qanunauyğun qaydada cəzalandırıla bilər”.
Ardını oxu...
Ermənistan dramı digər valyutalara yox, məhz rubla bağlıdır. Buna görə rublun məzənnəsinin möhkəmlənməsi drama təsir göstərir.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

“Dünyada gedən proseslər Ermənistana birbaşa yox, dolayı yolla təsir edir. Dramın qalxması isə Ermənistanın Rusiyaya sıx bağlı olmasından irəli gəlir. Rusiya şirkətləri sanksiyadan yan keçmək üçün bu gün daha çox Ermənistanı seçirlər. Şirkətlər və insanlar ölkəyə gələndə özləri ilə valyuta da gətirirlər. Həmin valyutanı drama dəyişərək fəaliyyət göstərən zamansa bu ölkədə dollar və avro təklifini artırır”.

Qeyd edək ki, Ermənistanda dollar 395 drama düşüb. Halbuki bir neçə ay öncə dolar 490 dram səviyyəsində idi.
 
Ardını oxu...
“Amazon”un qurucusu Ceff Bezos 124 milyard dollarlıq sərvətinin böyük hissəsini xeyriyyə təşkilatlarına bağışlayacağını bildirib.
Bloomberg Milyarderlər İndeksinə görə, Jeff Bezos hazırda 124 milyard dollar sərvəti ilə dünyanın dördüncü ən varlı adamıdır.
CNN İnternational-a müsahibə verən amerikalı iş adamı sevgilisi Lauren Sanchezlə “pulunu bağışlamağa hazırlaşdığını” deyib. Pulunu ‘yüksək səviyyəli fayda’ ilə bağışlamaq istədiyini deyən Bezos, “Həqiqətən çətindir, səmərəsiz ianə etməyin bir çox yolu olduğunu düşünürəm” – bildirib.


Belə ki, Ceff Bezos ilk dəfə digər milyarderlər kimi sərvətinin böyük hissəsini bağışlayacağını bildirib. 2020-ci ildə Jeff Bezos “Bezos Earth Fund” adlı təşəbbüsün bir hissəsi olaraq iqlim dəyişikliyi ilə mübarizə üçün 10 milyard dollar bağışlamağı vəd edib.
Qeyd edək ki, ötən şənbə günü Bezos və Sançes müğənni və xeyriyyəçi Dolli Partona “Bezos Cəsarət və Sivilizasiya” Mükafatının bir hissəsi olaraq seçdiyi xeyriyyə təşkilatlarına rəhbərlik etmək üçün 100 milyon dollar qrant verdiklərini açıqlayıblar.
 

Dünyapress TV

Xəbər lenti