Ardını oxu...
Azərbaycanda kiberdələduzların koronavirusla bağlı həyata keçirdiyi “fişinq” hücumları artmaqdadır. Belə ki, növbəti “fişinq” kampaniyasında məşhur şəxslərin real videolarından istifadə olunaraq onların adından saxta canlı yayımlar edilir.

Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Teknologiyalar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 10 min avrodan çox ianə təklifi ilə istifadəçilər həmin yayımları izləməyə sövq olunur. Yayıma daxil olub sadə sualı cavablandıran istifadəçidən növbəti mərhələlərdə fərdi məlumatlarını təqdim edərək qeydiyyatdan keçməsi və kart hesabının məlumatları istənilir. Bu cür məlumatları təqdim edən istifadəçinin hesabından vəsaitlər silinir və fərdi məlumatları digər kiberdələduzluq əməllərinin həyata keçirilməsində istifadə olunur:

“Kiberdələduzların gələcəkdə insanların koronavirusla bağlı qorxu, təşviş və marağından sui-istifadə edərək onları “tələ”yə salmaq cəhdlərini davam etdirməsi istisna olunmur.

Məhz bu səbəbdən Nazirlik yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşları kibermühitdə maksimum diqqətli olmağa, hər hansı hədiyyə, ianə və ya pulsuz məhsul vəd edən bildirişlərə aldanıb fərdi, xüsusilə bank məlumatlarını təqdim etməməyə və bu kimi bildirişləri “spam” mesaj olaraq şikayət etməyə çağırır.

Belə bildirişlərə inanaraq bank məlumatlarını təqdim edən vətəndaşlar dərhal bu barədə müştərisi olduğu banka məlumat verməlidirlər. Hesablarından vəsaitlərin çıxarılmasını məhdudlaşdırmalıdırlar.

Həmçinin vətəndaşlardan xahiş olunur ki, bu kimi hallarla üzləşdikdə www.cert.az saytı və ya reports@cert.az elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat versinlər”.

ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi İdarəsi hava yastığı problemləri səbəbindən “General Motors”a məxsus 6 milyona yaxın avtomobilin geri çağırılacağını elan edib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, mütəxəssislər tərəfindən hərtərəfli təhlili aparılıb və bu qənaətə gəlinib ki, hava yastıqları yüksək temperatura və ya rütubətə məruz qaldıqda partlama riski böyükdür.

Bununla bağlı avtomobil sahiblərinə bir aylıq müddət verilib.

Qeyd edək ki, geri çağırılacaq avtomobillərin (“Cadillac Escalade”, “Cadillac Escalade ESV”, “Cadillac Escalade EXT”, “Chevrolet Avalanche”, “Chevrolet Silverado 1500”, “Chevrolet Silverado 2500/3500”, “Chevrolet Suburban”, “Chevrolet Tahoe”, “GMC Sierra 1500”, “GMC Sierra 2500/00”, “GMC Yukon XL”) istehsal tarixi 2007-2014-cü illəri əhatə edir.
Ardını oxu...
Niderlanddan olan jurnalist Daniel Verlan Aİ müdafiə nazirlərinin qapalı video konfransına qoşulmağı bacarıb. O, Niderlandın Müdafiə naziri Ank Beyleveldin “Twitter”dəki fotoşəkilində altı rəqəmli kodun beşini götürüb, birini isə müstəqil şəkildə tapııb.

Bu barədə “Le Figaro” xəbər verib.

Bildirilir ki, jurnalist videokonfransa qoşulduqdan sonra kameraya əl yelləyib. Avropa diplomatiyasının rəhbəri Jozep Borrelin ondan qapalı iclasa qatıldığını bilib-bilmədiyini soruşduqda isə o, “Bəli, bəli, buna görə çox üzr istəyirəm. Mən Niderlanddan bir jurnalistəm”, - deyib.

Nəticədə ondan dərhal rabitəni kəsməsi xahiş olunub, o da istəyi yerinə yetirib.

Müdafiə nazirlərinin iclası isə kiber təhlükəsizlik məsələləri səbəbindən təxirə salınıb.

Niderlandın Baş naziri Mark Rutte baş verən hadisədən sonra nazirləri kiberhücumlara qarşı mühafizəyə daha çox diqqət etməyə çağırıb.

“Nazirlər bir daha “Twitter”də nə qədər diqqətli olmaq lazım gəldiyini anlamağa çalışmalıdırlar”, - deyə bildirib.oxu.az
Ardını oxu...
İngiltərənin "Mançester Yunayted" futbol klubunun sistemləri kiberhücuma mərzu qalıb.

Trend-in məlumatına görə, bu barədə komandanın mətbuat xidməti bildirib.

Qeyd edilib ki, bunun qarşısını almaq üçün sürətli tədbirlər görülüb:

"Hazırda hadisəni araşdırmaq və davam edən İT pozuntularını minimuma endirmək üçün eskpert məsləhətçilərlə çalışırıq".

Veb sayt və tətbiqetmə də daxil olmaqla klubun media kanallarına zərər dəyməyib. Həmçinin istifadəçilərinin şəxsi məlumatlarının oğurlanması barədə məlumat yoxdur.
 
 
Ardını oxu...
Noutbuk istifadəçiləri “Windows” əməliyyat sisteminin növbəti yeniləməsindən şikayət etməyə başlayıblar. Bu barədə “Microsoft” forumu və sosial şəbəkələrdə dərc edilən informasiyalara istinadən “Windows Latest” nəşrinin məlumatında deyilir.

Teref.az ictnews.az-a istinadən bildirir ki, istifadəçilərin məlumatına görə, yeni səhv “Microsoft”, eləcə də “Trend Micro”, “Lenovo” və “Intel” yeniləmələri buraxıldıqdan sonra yaranıb. Kompüter istifadəçiləri qurğuları “yuxu” rejiminə keçirdikdən və ondan çıxdıqdan sonra “mavi ölüm ekranı”nın (Blue screen of death, BSoD) görünməsindən şikayət edirlər. Jurnalistlər qeyd edib ki, “mavi ölüm ekranı”na böyük yeniləmələrdən sonra tez-tez fərdi kompüterlərdə rast gəlinir, lakin bu dəfə istifadəçilər onun yaranma səbəbi barədə məlumatsızdırlar.

Mütəxəssislərin versiyasına görə, kritik səhvlərə noutbukların proqram təminatı ilə uyğunluq təşkil etməyən avadanlığı səbəb ola bilər. Məlumat dərc edilən zaman “BSoD”un “HP Envy”, “HP ProBook”, “HP Elite”, “HP EliteBook” və “Dell” seriyalı noutbuklarda görünməsi hallarına rast gəlinib. “BSoD”un görünməsinin qarşısını almaq üçün yeganə üsul noutbuka “yuxu” rejiminə keçməyi qadağan etməkdir”, – “Dell” forumunda qurğusu sıradan çıxan istifadəçi bildirib.

“Microsoft” səhvi indiyədək aradan qaldırmadığına görə jurnalistlər tərəfindən əməliyyat sisteminin növbəti yeniləmələrinin quraşdırılmasından imtina etmək tövsiyə edilir. Bundan başqa, yeniləmə kompüterə quraşdırıldığı halda müəlliflər sistemi bərpa etməyi məsləhət görürlər.
Ardını oxu...
Böyük Britaniya kibertəhlükəsizlik və informasiyaların qorunması sahəsində tədbirləri gücləndirir.

“Report” xəbər verir ki, bu barədə hökumətin dəftərxanası məlumat yayıb.

Məlumata görə, Böyük Britaniya Milli Kibertəhlükəsizlik Qüvvələri, Süni İntellekt Agentliyi və yeni Kosmik Komandanlıq yaradır. Cümə axşamı (19 Noyabr – Red) ölkənin Baş naziri Boris Conson parlamentin iclasında yeni kəşfiyyat xidmətlərinin yaradılması barədə məlumat verəcək.

Yeni strukturlar, bu ilin əvvəlində Baş nazirin başlatdığı milli müdafiə, kəşfiyyat və beynəlxalq strategiya və proqramların effektivliyinin nəzərdən keçirilməsindən sonra yaradılır. Ölkənin müdafiə potensialını, o cümlədən yüksək texnologiyalar sahəsində gücləndirmək üçün, hökumət artıq təsdiqlənmiş büdcəyə əlavə olaraq Müdafiə Nazirliyinə 16,5 milyard funt sterlinq ayıracaq.
Ardını oxu...
ABŞ Federal Aviasiya İdarəsi (FAA) “Boeing 737 MAX” təyyarələrinin uçuşuna qoyulmuş qadağanı ləğv edib.

APA xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.

Qərar “Boeing 737 MAX” təyyarəsinin satışa çıxarılmasına şərait yaratsa da, bu, onun dərhal səmaya qayıda biləcəyinə imkan vermir. FAA yeni pilot təlim proqramlarını ayrıca təsdiqləməlidir.
Ardını oxu...
ABŞ prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatların Daxili Təhlükəsizlik Nazirliyinin Kibertəhlükəsizlik və İnfrastruktur üzrə Agentliyinin başçısı Kris Krebsin vəzifəsindən çıxarılması haqqında qərar qəbul edib.

"Report" xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə sosial şəbəkədə bildirib.

"Kris Krebs Kibertəhlükəsizlik və İnfrastruktur üzrə agentliyin başçısı vəzifəsindən çıxarılıb", - Tramp "Twitter"dəki hesabında yazıb.

O, qeyd edib ki, Krebsin prezident seçkiləri haqqında son bəyanatı olduqca qeyri-dəqiq idi.

ABŞ rəhbərinin sözlərinə görə, seçkilərdə müxtəlif pozuntular baş verib.

Dünyapress TV

Xəbər lenti