Ardını oxu...
Kino Agentliyi “"Xəzinə" tammetrajlı bədii filminin istehsalı xidmətlərinin satınalınması” tenderinin nəticələrini elan edib.

Dia-az.info xəbər verir ki, tenderin qalibi “Ultra Prodakşın” MMC olub.

Qalib şirkətlə 350 000 manat məbləğində müqavilə imzalanıb.
Ardını oxu...
Gürkan Uyqunun baş rolunu canlandıracağı "Marnalı" serialında çəkiləcək daha bir aktyorun kimliyi bəlli olub.

"Cebhe.info" "Unikal"a istinadən xəbər verir ki, ekran işində Turqay Tanülkü rol alacaq.

O, layihədə "Hasan baba" obrazına həyat verəcək.

Qeyd edək ki, "Tabii" platformasında yayımlanacaq serialın çəkilişləri mayın 3-cü həftəsi sonlanacaq.
 
Ardını oxu...
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən keçirilmiş Dövlət sifarişi və dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsinin qalib layihələrinin istehsalı üçün artıq müqavilələr bağlanılıb.

Kulis.az xəbər verir ki, 9 qalib layihə üçün ARKA 2.888.498 AZN maliyyə dəstəyi ayırıb.

Qeyd edək ki, bu layihələrin ümumi büdcəsi 4.145.680 manatdır.
Ardını oxu...
 
Ardını oxu...
Cinayət işi çərçivəsində Cenevrədə müsadirə edilən və 2023-cü ilin iyulunda Misirin Berndəki səfirliyinə təhvil verilən firon II Ramzesin heykəlinin bir parçası vətəninə qaytarılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Misirin Berndəki səfirliyi 2023-cü ilin iyulunda diplomatik nümayəndəliyə təhvil verilmiş, yaşı ən azı 3,4 min il olan nadir qədim Misir artefaktını - firon II Ramzesin heykəlinin bir parçasını vətəninə qaytarıb", - deyə rəsmi məlumatda bildirilir.
 
Ardını oxu...
Aktyor Elməddin Cəfərov Mədəniyyət Nazirliyi ilə bağlı qalmaqallı açıqlamalar edib.

TEREF yazır ki, o, bu barədə Axar.az-a müsahibəsində danışıb. Cəfərov bir çox qurumlara layihələr təqdim etdiyini, lakin qəbul edilmədiyini deyib.

“O qədər etmişəm ki! Heç nazirliyin özünə buraxmadılar, şöbədə qarşılayıb dedilər ki, telefonu açıq saxla, əlaqə saxlayacağıq. Tədbirlər olur, ona belə çağırmırlar. Çağırılanlar da göz önündə. Yəqin, elə bilirlər, biz çox səviyyəsiz adamlarıq. Vallah, çoxundan qat-qat səviyyəliyəm, qoruduğum dəyərlər var, dövləti, milləti, vətəni sevirəm”, - deyə, o, söyləyib.

E. Cəfərov həmçinin, fəxri adının olmamasıyla bağlı sualı cavablandırıb:

“Deyirəm ki, Mədəniyyət Nazirliyi qapıdan içəri buraxmır, fəxri ad verəcəklər? Kimsə bu ada təqdim etməlidir, ya yox? Yoxsa, rusdilli deyilik deyə? Görünür, onlar daha çox bu “sekta”ya yönəlirlər. Mənə cənab Prezident fəxri ad versə, təbii ki, xoş olar. Amma ora gedib çıxmaq üçün prosedur var və o da bəllidir. Mənim onlarla heç bir problemim yoxdur, bəyəndiyim işləri də var, sadəcə, vəziyyətin necə olduğunu deyirəm”.
 
Ardını oxu...
ABD'li aktris Dakota Fanning, kendisine her yıl aynı tarihte hediye gönderen dünyaca ünlü yıldızı açıkladı. Kariyerine 2000'li yılların başında adım atan 30 yaşındaki oyuncu, hiçbir doğum gününü atlamayan ünlü ismin Tom Cruise olduğunu söyledi.
"HAVALI HİSSETMİŞTİM"
Fanning, ilk telefonunu Tom Cruise'nin aldığını söyledi. Ünlü isim açıklamasında şu ifadeleri kullandı:
O dönem arayacak kimsem yoktu ama çok heyecanlanmıştım. 11 yaşındaydım. Telefonum olmasına çok sevinmiştim. Çok beğendim. Havalı hissetmiştim.
19 YILDIR HİÇ ATLAMADI
I am Sam, Uptown Girls, Man On Fire gibi projelerde boy gösteren başarılı oyuncu Fanning, daha sonra Tom Cruise'un hiçbir doğum gününü atlamadığını söyledi.
DijitalNews
TEREF
 
Ardını oxu...
İsveçin Malmö şəhərində hava məkanı “Eurovision-2024” Mahnı Müsabiqəsi zamanı bağlı olacaq.

Şəhər rəhbərliyi mümkün terror aktlarından narahat olduqları üçün belə bir addımı atmağa qərar verib.

Buna görə də yerli polisdən mümkün kütləvi nümayişlərə və və terrorla bağlı şayiələrə operativ reaksiya verməsi tələb olunacaq. Hüquq-mühafizə orqanları həmçinin hava məkanını bağlayacaq.

Bundan əlavə, küçələrdə polis nəzarəti gücləndiriləcək. Yerli polisə Danimarka və Norveçdən silahlı qüvvələr və polislər qoşulacaq. Onlar arenadan tutmuş əlaqəli tədbirlərə, otellərə və nümayişlərə qədər hər şeyə nəzarət edəcəklər.
 
Ardını oxu...
Türkiyənin məşhur aktyorlarından olan Çağlar Ertoğrul etirafı ilə gündəm olub. Belə ki, o, uşaq vaxtı ibtidai sinif müəllimləri tərəfindən tez-tez döyüldüyünü, bu səbəbdən də yetkin olduqdan sonra məktəbi satın aldığını və sökdürdüyünü açıqlayıb.

Oxu.Az-ın məlumatına görə, aktyor bu barədə özünün sosial şəbəkə hesabından bildirib.

Ertoğrul məktəbin qalıqları qarşısında fotosunu da paylaşıb.

“İbtidai sinif müəllimlərim məni həmişə döyürdülər, ona görə də məktəbin binasını alıb sökdürdüm. Yerində heç nə tikdirməyəcəyəm. Onun yeri dağıntılara çevrilmiş travmalarım kimi qalsın”, - deyə o, şəklinə rəy yazıb.

Ulduzun bu paylaşımı sosial şəbəkələrdə çoxsaylı müzakirəyə səbəb olub.
Qeyd edək ki, istedadlı aktyor 2012-ci ildə “Dağ” adlı filmdə rolu ilə məşhurlaşıb. Bundan sonra “Benim İçin Üzülme”, “Kurt Seyit ve Şura”, “Boynu Bükükler”, “Bana Masal Anlatma”, “Medcezir”, “Dağ 2”, “Biz Size Döneriz”, “Fazilet Hanım ve Kızları”, “Ailecek Şaşkınız”, “Yanımda Kal”, “Kızım Gibi Kokuyorsun” kimi film və seriallarda iştirak edib.

O, “Afili Aşk” və “Teşkilat” serialındakı rollarına görə “Ən Yaxşı Aktyor” kateqoriyasında “Altın Kelebek” mükafatına layiq görülüb.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Türkan qəsəbəsində yerləşən mərhum muğam ustadı Ağaxan Abdullayev adına olan Mədəniyyət Mərkəzinin baxmsız halda olduğu və fəaliyyət göstərmədiyi iddia olunur.
Mədəniyyət Mərkəzinin yerləşdiyi istirahət parkının isə qəsəbə sakinlərinin üzünə bağlı olduğu bildirilir.

Bununla bağlı Bizim.Media-ya qəsəbə sakinlərindən videogörüntülər daxil olub.
Kadrlarda Mədəniyyət Mərkəzinin binasının üzərində adını həkk edilən lövhənin olmaması, üçrəngli bayrağımızın yer almaması, şüşələrinin çirkab içində, həyəti natəmiz, yerləşdiyi parkın qapılarının isə vətəndaşların üzünə bağlı olduğu əks olunub. Sakinlərin dediyinə görə Mədəniyyət mərkəzində cəmi iki - rəqs və rəsm dərnəyi fəaliyyət göstərir. Hansısa mədəni-əhəmiyyət daşıyan tədbirlərin keçirilməsinə isə icazə verilmir.

Qəsəbə sakini və İctimai Yeni Baxış İctimai Nəzarət təşkilatının mətbuat katibi Vüqar Əmirov saytımıza açıqlamasında bildirib ki, vaxtilə Türkan Mədəniyyət Mərkəzinin direktoru İradə Məlikova ona mərhum muğam ustadı Ağaxan Abdullayevə ithaf etdiyi və ideya müəllifi olduğu “Bir ömür muğam” kitabının təqdimat mərasimini adını daşıdığı Mədəniyyət Mərkəzində keçirməsinə imkan verməyib.

Vüqar Əmirov qeyd edib ki, Mədəniyyət Mərkəzinin baxımsız və fəaliyyətsiz olması ilə bağlı bu günlərdə sosial şəbəkələrdə görüntülər paylaşıb. Həmin kadrlardan sonra Mədəniyyət Mərkəzinin binasının şüşələri təmizlənib və binaya Azərbaycan bayrağı sancılıb. Amma vətəndaşların istirahəti üçün tikilən park sakinlərin üzünə açılmayıb.

Məsələ ilə bağlı Türkan Mədəniyyət Mərkəzinin direktoru İradə Məlikova ilə əlaqə yaratsaq da, bizi baş idarəyə yönləndirib.

Mədəniyyət Nazirliyinin mətbuat katibi Aynur Kərimova isə sorğumuzu belə cavablandırıb:

“Məlumat üçün bildiririk ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan A.Abdullayev adına Mədəniyyət Mərkəzində hal - hazırda 4 kurs (idman, qadın bərbəri, ərəb dili, rəqs), şahmat və rəsm dərnəkləri fəaliyyət göstərir. Mədəniyyət Mərkəzində tarixi və əlamətdar günlər ilə bağlı olan bütün tədbirlər həyata keçirilir, konsert proqramları və tamaşalar təqdim olunur. Qəsəbə sakinləri müəssisədə keçirilən bütün tədbirlərdə iştirak edirlər. Qeyd etdiyiniz park isə bizim deyil, yerli icra hakimiyyətinin balansındadır”.

Məsələ ilə bağlı Xəzər Rayon İcra Hakimiyyəti ilə də əlaqə yaratdıq. İcra hakimiyyətinin İnformasiya Təminatı və Təhlil Sektorunun müdiri Anar Qəmbərov sözügedən parkın yaxın vaxtlarda təmizlənərək vətəndaşların istifadəsinə veriləcəyini bildirib:

“Hazırda təmizlik işləri gedir və bu yaxınlarda qapılar açılacaq. O parkın qapıları Mədəniyyət Mərkəzinin rəhbərliyi tərəfindən qapadılmışdı. Tezliklə problem həll olunacaq”.
 
 
 
Ardını oxu...
"Mən öldüm. Yox, Bu mənim hekayəmin xülasəsi deyil. Bu, başıma gələn hadisədir. Hər şey apreli 6-sı gecə və yubiley günü, aprelin 7-də baş verdi. Mən yenidən doğuldum. Ölümü necə təsvir etmək olar? Bütün daxili orqanlar eyni vaxtda funksiyasını dayandırır, nəfəs dayanır və ürək döyünmür. Komaya və ya kliniki ölümə bənzəyən bir neçə dəqiqə insanı "tərəvəzə"ə çevirir".

Bakupost.az xəbər verir ki, bunu aprelin 6-sı səhhətində yaranmış problemi ilə bağlı Mərkəzi Gömrük Hospitalına aparılan və bir neçə günlük müalicədən sonra bu gün evə buraxılan Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Çingiz Abdullayev paylaşdığı postda bildirib.

O, daha sonra qeyd edib ki, Allah onu ölümdən xilas edib: "Bəlkə də Allah fikirləşdi ki, hələ tezdir və məni geri qaytardı. Bir neçə gün ərzində yaxınlarıma və doğmalarıma necə böyük acı yaşatdığımı təsəvvür etmək dəhşətlidir. Hamıya təşəkkür edirəm - Prezidentimə, bütün dostlarıma, tanışlarıma, oxucularıma və ümumiyyətlə, bu günlərdə mənim üçün narahat olan tanımadığım hər kəsə. Hamınız sağ olun! Sizin etimadınızı doğrultmağa çalışacam. Mən oranı görüb gəldim. İndi qətiyyən qorxmuram. Bir dəfə ölənlər ikinci dəfə ölməyə qorxmurlar. Ancaq tələsməyin. Yəqin ki, hərəmizin öz vaxtı var. Bu gün mən xəstəxanadan çıxdım. Şəkildəki insanlar məni geri qayıtardılar. Onların hər birinə təşəkkür edirəm!"
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti