Ardını oxu...
Ermənistan rusiyalı aparıcı Vladimir Solovyovun “Vladimir Solovyovla axşam” və “Vladimir Solovyovla bazar axşamı” müəllif proqramlarının ölkədə yayımını qadağan edib.
Bu barədə Ermənistan Yüksək Texnologiyalar Sənayesi Nazirliyi məlumat yayıb.
Bu qərarın səbəbi kimi Ermənistan Televiziya və Radio Komissiyası tərəfindən son vaxtlar qeydə alınan daimi pozuntular göstərilir.

Məsələ ilə bağlı "Sherg.az"a danışan tanınmış teletənqidçi, BDU-nun "Multimedia və elektron kommunikasiya” kafedrasının rəhbəri Qulu Məhərrəmli bildirib ki, son günlər muzdlu aparıcı, Moskva rəsmi dairələrinin və Ermənistan meyilli qüvvələrin danışan dili olan Solovyovun verilişlərilə bağlı müəyyən müzakirələr gedir:
"Bu müzakirələrə səbəb isə Solovyovun antiazərbaycan və antiermənistan mövqeyindən çıxış etməsidir. Hazırda Ermənistanda siyasi qüvvələr arasında yeni düşüncəli insanlar ortaya çıxıb. Onlar, Azərbaycanla Ermənistan qarşıdurmasının hardan qaynaqlandığını və bunun kimlərə sərf etdiyini çox gözəl anlayırlar. Ona görə də həmin qüvvələr düşünürlər ki, münaqişənin əsas katalizatoru Rusiyadır. Eyni zamanda iki xalqın bir-birilə toqquşdurulması Rusiyanın mövqeyidir. Bu səbəbdən də Ermənistan Yüksək Texnologiyalar Sanayesi Nazirliyi Solovyovun hər iki proqramının ölkədə yayımını ləğv edib. Bunu daimi pozuntular və texniki səbəblər baxımından izah etməyin əhəmiyyəti yoxdur. Uzun illər Ermənistanı müdafiə edən Solovyovun indi rəsmi İrəvan əleyhinə çıxış etməsi erməni siyasi qüvvələrini qane etmir”.

Q.Məhərrəmli vurğulayıb ki, məsələ ilə bağlı Ermənistan tərəfinin mövqeyi çox doğrudur:
“Belə muzdlu təbliğatçıların səsi duyulmasa, yaxşıdır. Hər iki tərəf bilməlidir ki, bu münaqişəni qızışdırmaq Rusiyanın məqsədidir. Ermənistanın getdikcə Qərbə meyillənməsi Rusiyadakı erməni diasporunun, Moskva və İrəvan arasında əlaqələri düzəltməyə çalışan Solovyov kimi şəxslərin maraqlarına tamamilə ziddir. Ümumiyyətlə bundan sonra Ermənistan ərazisində Rusiyanın heç bir televiziya və radio kanalının səsi eşidilməyəcək".
Ardını oxu...
Adər - Od, Bayd - sevmək, AN - ölkə - AZƏR BAYC AN - ODU (GÜNƏŞİ) SEVƏNLƏRİN ÖLKƏSİ deməkdir. Gil yazıda da bizim inamımızın qədimlərdə Şəməş (Günəş), Ahura, Şimşək allahı Mərduk olduğu təsdiq edilir.
Poema gil yazılardan tərcümələrimin məcmusu olmuş 1997-də Sietldə nəşr etdiyim "ƏCDAD" (472 səh.) kitabına istinadan yazılıb və u kitabda da gedib:
İnandırmağa çalışıram ki, bütün ömrü boyu nüvədililər demişgən, "düzdə (yəni yerdə) karrax" qalıb:
"- A səni imam, a Azərbaycan Akademiyası deyə bilərsənmi, mən kimnən törəmişəm?",
Bu kitabı (indi kitabları) min zillətlə gil yazılardan birər-birər əvdiyib sirrlərini aça bildiyim Türk sözlərindən, mətnlərindən tərtib edib bildiyim 3 dildə yazdım ki,
"- Sən allah, İqrar Musayeviç (Tarix institutunun ölmüş direktoru Əliyoff ), bəlkə sən düzüni deyəsən, mən kimin turuğuyam?.." suallarını ətrafa qığılcım kimi səpən və bütün varlığını ərəbdən, farsdan aldığını mütləq təbliğ edən, bununla öyünən millətimin gözü açıla.
İranda, Türkiyədə, İrakda, Suriyada 20-dən çox azlqıları olan (adlarını bura yazsam, bir saat bu səhifədə qalacaqsız), amma hamısınnan xəbərsiz qalmış və bu gün "azərbaycanlı" adlandırılan mənim bədgüman TÜRK millətim oxuyub, bəlkə inamını özünə qaytara.
İnana ki, 6 min illik Mixi Yazısı, 3 min illik Etrusk yazıları (yeni tapıntıdır) onun şaquli ulularının icadıdır.
HEYHAT !
M.F. Axundov aça bildimi?
Mirzə Cəlil aça bildimi?
M.Ə. Sabir aça bildimi?
Bəxtiyar Vahabzadə aça bildimi?
AMMA AÇILACAQ !!
***
... Götür Ata,
Götür Ana,
budur sənin
gözlərinə
gün İşığı.
Budur
sənin qollarına
yeni qüvvət;
vur belinə,
budur sənə
yeni dayaq,
güc qurşağı.
İç də,
qorxma,
babaların,
nənələrin
bu müdriklik
şərbətini.
İç,
cana gəl,
təzələnsin
qoy ağ nurun,
təmiz ruhun,
beynindəki
fikirlərin
qarışığı.
Dinləmə gəl,
rus dilində,
fars dilində
taleyinin sazın
çalan
yad aşığı,
yad ozanı.
Dinləmə gəl
Sazıı qəsdən kökdən salıb
Tarixinin ahəngini
pərdə-pərdə pozanını.
Öz dilindir
Özəə dayaq,
Tanı onu,
Tanıt onu,
Andır onu,
Qandır onu.
Geydir
balaa öz əyninə
anasının
öz donunu.
Oxu
əski tarixini
bu KİTABDAN!* -----*artıq "bu KİTABLARDAN"
Keçmişinin
dərinliyin
dizlərinə
dayaq et ki,
sabahının
genişliyin
qurasan sən.
Gələcəyin zirvəsinə
yüksələsən.
Ürəyinə
təpər verər
bu eliksir.
Haramlaşmış
ulu dünyan
halallaşar.
Dil təkinin qatlarına
enərsən də,
sən özünə
dönərsən də.
Bilərsən ki,
azdırılmış
Onminillik
Gil Yazılı
yollarında
sən
heç kəsdən
dönməmsən!
Sən özünsən!
Sən özünsən!
Səni səndən
döndərənii
tanı, baba,
tanı, nənə,
tanı,
"ınqa" deyən
körpə balam!
Tanı,
"Vağzalıda"
gəlin köçüb
astanada
çini qıran
ərkan qızım,
Təzə evə gələn yazım.
Öz dilində
öz balana
döşlərindən
halal süd ver,
Gəlin tacım!
Oxu ona…………………..oğluna
oxu ana*.....................*qızına - ana - burda qadın cinsidir.
bu KİTABIN
min illərin
qübarına
saralmayan,
zaman adlı
qasırğanın,
dalğasına daralmayan
u müqəddəs
gil yazılı
səhifələrin.
Ulu dünyan
budur, oğlum,
budur, qızım,
Öyrənibən,
öyrət onu,
Sən özünə
səcdədə ol!
Tək özünə
inam olsa
heç bir qüvvə
u Torpaqda,
səni səndən
ayırammaz!
Ulu VƏTƏN ! -
u sənindir!
Heç bir yannan
gəlməmisən
sən u elə.
Unutma gəl
bu kəlməmi:
At da getsin
zibilliyə
Necə atdın
sırığını,
Oxuyub da
yorma özüü,
Türkə azğın,
farsa satqın
İqrar yazan
qaralanmış,
paralanmış
"Azərbaycan tarixi"ni.
Onu yazan
xain əli,
xain beyni,
xain dili,
xain eyni* *şüuru
Yazan biclər -
kəsrəvilər,
yağıların diqtəsilə
yazıb onu.
Onu bil ki,
Azərbaycan dünyasından
həcv yazıb,
indiyəcən
kitab yazan
tarixçilər.
Unutma ki,
heç bir yandan
gəlməmisən
bu Torpağa.
Köç ediblər
sənin yanaa,
sənin şanaa,
sənin yurdaa,
sənin odaa
qızınmaqçın
qan qardaşın,
can sirdaşın -
Oğuz Baban -
Bayat Baban,
Qıpçaq Nənən,
Səlcuq Dədən,
Hun oğullar,
Hun noğullar:
"Əridə udsiz Kür deyə ki, Arazu deyə,
Gələ edə savab, hunca deyə,
barı hunca deyə!"*........................Şairə Bida Həmmədani (3200 il)
BİDA NƏNƏN
HƏMMƏDANDA
nə yazırdı
gil lövhəyə?
Yalanımı qazıyırdı
Sal naməyə
damarından
Həqiqəti
doğan NƏNƏN?
Zamanlara
səmalardan
şimşək təki
çaxan NƏNƏN?!
Bu Torpağın
təkindəcə
Öz kökündür,
kövərindir
rişələnən:
Babilanda,
Türükküdə,
Apennində* ......*yeni tapıntılar əsasında yeni əlavədir
Nan Elamda*,...................*Nan - Şan, Şanlı
İrəvanda!
Naxçıvanda-
Odur, sənin
öz ilkindir.
İnanmırsan?..
İnanmırsan,
al külüngü,
al düsəri,
iti beli,
qaz dərinə.
Bax, yazılı xəzinələr,
Bu Torpağın təkindədir,
Mixi yazı nümunələr
İlandağın,
Kəbir Kuhun*.....................*Luristanda - qədim Türükküdə dağ
Tarkitaun*...........................*Mahaçqala üstündə dikələn dağ
sal qayalı yükündədir.
- Onu bu gün
qayalarda bərpa etdi
nər cigitlər,
Kumukdakı
ər igidlər...*....*Yazı, açılışımda Tarkitauda 2020-də yenidən qazıldı
İrbunyedə*,....*İrəvanın gil yazıdakı türkcə adı
Xudafərin
kəndindədir.*.......*Oradakı mumiya yazısı təmiz türkcədir
İnanmırsan?
İnanmırsan,
al da lingi
vur torpağın
damarına,
TÜRKÜ DİLİN,
TÜRKÜ ELİN
ÖZ DÜNYƏVİ
KÖKÜNDƏDİR!
KAİNATIN
TƏKİNDƏDİR!..
_________________________
Şəkildə: ƏCDAD - ABŞ, Sietl, "Tariyel V Ali" İnc.", 1997, 472 s., azərbaycanca;
Poema 1997-də Sietldə nəşr etdiyim "Əcdad" kitabımın şərəfinə yazılıb (solda) və u kitabda da gedib. İndi u kitab dəy tək deyil.
Poemadakı qüdsal arzular vaxtilə "ƏCDAD"ın millətə tövsiyəsi idisə, indi artıq 4 ölkədə nəşr edilmiş 1300 səhifəlik 2-cildlik rusdilli davaçmısının da (ortadakı qoöşa şəkil) və
ABŞ-da iUniverse (Ay Yunivörs) nəşriyyatında lap elə bu günlərdə çapdan çıxacaq 900 səhifəlik ingilisdilli turuğunun da (törəməsinin) (sağdakı şəkil) və "Mixi yazılı basmaqəlib lövhələr və Etrusk yazıları" (sonuncu kitab) adlı "torun" da özünü danan xalqa müraciətidir.
Kitablar isə əsil yazılı kökünü dünyaya tanıdacaq millətin Qəbaləsidir.
Tariyel Azerturk
TEREF
 
Ardını oxu...
“Respublika Endokrinoloji Mərkəzində uşaqlara boy artımı ilə bağlı pulsuz verilən “Biosidus” firmasına məxsus hormon iynəsi tapılmır”.

Bu şikayətlə “Qafqazinfo”ya valideynlər müraciət ediblər. Qeyd edilib ki, problem artıq bir neçə həftədir ki, davam edir.

Onların sözlərinə görə, mütəmadi olaraq vurulmalı olan iynəni bu səbəbdən bir aya yaxındır ki, yubatmaq məcburiyyətində qalıblar:

“Hər ay Endokrinoloji Mərkəzə müraciət edib iynəni götürürdük. Martın əvvəlində yenə müraciət edəndə məlum oldu ki, iynə yoxdur. Mərkəzdən bizə deyirlər ki, iynələr sifariş olunub, lakin gömrükdə saxlanılıb. Səbəbini isə bilmirik”.

Şikayətçilər iynənin xüsusi temperaturda saxlanmalı olduğunu bildirirlər. Valideynlər qorxurlar ki, gömrükdə uzun müddət qalmaqla preparat öz keyfiyyətini itirə bilər:

“Bu iynəni biz soyuducuda saxlayırıq. Hətta mərkəzdən alıb evə gətirmək üçün də buz torbasından istifadə edirik. İndi gömrükdə hansı şəraitdə saxlanılır, niyə saxlanılır, bilmirik. Axı bu dövlət proqramıdır, uşaqları bu hormonsuz qoymaq olmaz”.
Ardını oxu...
Yaranmış problemlə əlaqədar Dövlət Gömrük Komitəsinə müraciət olunub. Komitədən sorğuya cavab olaraq bildirilib ki, qeyd edilən dərman vasitələri martın 3-də ölkəyə gətirilib və mallar Bakı Karqo Terminalının anbarında xüsusi soyuducularda saxlanılır:

“Yubanmanın səbəbi isə odur ki, idxalatçı şirkət ƏDV ilə bağlı ödənişlərinin həyata keçirilməsi üçün vəsaitinin olmadığını bildirərək qanunvericiliklə tələb olunan gömrük bəyannaməsini belə gömrük orqanlarına təqdim etməyib. Mallar gömrük bəyannaməsi ilə gömrük orqanlarına təqdim edildikdən sonra gömrük prosedurlarına uyğun olaraq əməliyyatlar həyata keçiriləcək və malların buraxılışı təmin olunacaq”.

Qeyd edək ki, bundan əvvəl də boy artımı üçün istifadə olunan “Norditropin” preparatının verilməsi ilə bağlı problem ortaya çıxıb. Təxminən üç ay ərzində uşaqlara sözügedən iynənin verilməsində fasilə yaranıb. Həmin vaxt Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən yayılan açıqlamada “Novo Nordisk” əczaçılıq şirkəti tərəfindən uşaqlarda boy hormonunun müalicəsi üçün istifadə olunan dərman vasitəsinin istehsalının dayandırıldığı bildirilib. Sonradan isə Respublika Endokrinoloji Mərkəzi hormon təminatı üçün başqa şirkətlə müqavilə bağlayıb.

Xatırladaq ki, həmin preparatla yalnız xüsusi komissiyada xəstənin sağlamlıq vəziyyəti, preparata ehtiyac səviyyəsi və əks-göstərişlər nəzərə alınmaqla imtiyazlı qrupa daxil olan xəstələr təmin edilir.
 
 
 
       
Ardını oxu...
Məşhur türk aktyoru, “Yeşilcam”ın ustad sənətçisi Kadir İnanırın son vəziyyəti məlum olub.

Bu barədə aktyorun yerləşdirildiyi Ümraniye Elmi Araşdırmalar xəstəxanasının baş həkimi, professor Necdet Sağlam açıqlama verib.

O qeyd edib ki, 74 yaşlı sənətçinin səhhətində irəliləyiş var.

“Artıq şüuru üstündədir. Mesajlara gülümsəyərək cavab verir, ünsiyyət qurur. Artıq onu danışmağı üçün heç bir problem olmayacaq, lakin indi danışmaq üçün çox yorğundur”, - həkim bildirib.

Xatırladaq ki, martın 24-də Kadir İnanır Beykozdakı evində huşsuz vəziyyətdə tapılmışdı.
Ardını oxu...
Ardını oxu...
 
 
 
         
Ardını oxu...
Müğənni Alla Puqaçova "Crocus City Hall" konsert zalında törədilən terror aktından sonra sənətçi Manija Sanqindən bağışlanmasını istəyib.

32gun.az bildirir ki, Puqaçova bu barədə "instagram"da yazıb.

Manija terror aktından sonra Tacikistan və Orta Asiya sakinlərinə qarşı nifrətin qızışdırılmasından göz yaşları içində danışdığı videomüraciət yazıb . Rəssam uşaqlıqda hər yayı nənəsi ilə Düşənbədə necə keçirdiyini xatırlayıb. O, qohumunun ona təvazökar olmağı və taleyin verdiyini qəbul etməyi öyrətdiyini paylaşıb. Həm də “sizə aid olmayanı heç vaxt götürməyin”.

“Bu gün nənəm 14 ildir ki, yoxa çıxıb. Son bir neçə il ərzində çox düşünürdüm ki, o, bizim və dünyada baş verənləri yaşamadığı üçün sevinirəm. Mən həm də sevinirəm ki, taciklərin və bütün Orta Asiyanın sakinlərinin başına gələcək fəsadlar ona təsir etməyəcək. Mən də sevinirəm ki, o, amansız gecəni görmədi. O, açıq-aşkar vəhşiliklərə cavab olaraq ictimai işgəncənin nə qədər qanun olduğunu görmür”, - deyə müğənni bildirib.

Qeyd edək ki, Manija terrorun milliyyətinin olmadığını xatırladıb və insanları “insan olaraq qalmağa” çağırıb.

Puqaçova nəşrə münasibət bildirib.

"Bağışlayın!" - deyə Diva yazıb.

Manija Puqaçovaya cavab verib ki, onu çox sevir.

Martın 22-də axşam saatlarında bir qrup naməlum şəxs Moskva yaxınlığındakı Crocus City Hallda Piknik qrupunun konsertinə gələnlərə avtomat silahdan atəş açıb. Binada bir neçə partlayış baş verib və yanğın başlayıb.
 

 

Ardını oxu...
 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Azərbaycan klassiklərinin əsərlərinin tərcüməsi və nəşrinə dair daha bir layihə həyata keçirilib.

Musavat.com xəbər verir ki, görkəmli yazıçı Məmməd Səid Ordubadinin “Qılınc və qələm” tarixi romanının özbək dilinə tərcüməsi nəşrinin təqdimatı ilə bağlı Xarəzm vilayətinin mərkəzi şəhəri olan Ürgəncdə yerləşən Ürgənc Dövlət Universitetində tədbir keçirilib.

Universitetin Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı mərkəzində baş tutan tədbiri Ürgənc Dövlət Universitetinin prorektoru professor Sərdar Xocaniyazov açaraq “Qılınc və qələm” tarixi romanının özbək dilində nəşrinin Özbəkistan-Azərbaycan ədəbi-mədəni əlaqələrinin möhkəmlənməsi istiqamətində atılmış yeni bir addım kimi qiymətlənirib.

Çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin inspektoru Kərimulla Məmmədzadə iki ölkə arasında ədəbi-mədəni əlaqələrdən söz açaraq bu istiqamətdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihələrindən danışıb. Özbəkistanlı oxucularda Azərbaycan yazıçılarının əsərlərinə böyük maraq olduğunu qeyd edən K. Məmmədzadə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən indiyə qədər müxtəlif mövzulara çox sayda əsərin özbək dilinə tərcümə edilərək nəşr olunduğunu diqqətə çatdırıb. Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzinin apardığı sistemli iş nəticəsində Azərbaycan yazıçılarının əsərlərinin tərcümə və çapının həyata keçirildiyini qeyd edən natiq bu sahədə mövcud olan boşluqların böyük ölçüdə aradan qaldırıldığını vurğulayıb.

Daha sonra çıxış edən Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov iki qardaş ölkə arasında əlaqələrinin dərin, qədim tarixi köklərindən söz açaraq ədəbi əlaqələrin də mədəni əlaqələr kimi yüksək səviyyədə olduğunu, Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən bu sahə üzrə məqsədyönlü işlərin aparıldığını qeyd edib.

Ürgənc Dövlət Pedaqoji İnstitutunun Pedaqogika fakültəsinin dekan müavinin Şadyar Dostcanov, ədəbiyyat fakültəsinin dekanı Dilşod Qayipov, pedaqogika fakültəsinin dekan müavini Şadyar Dostcanov çıxış edərək, “Qılınc və qələm” tarixi romanını özbək dilində tərcüməsinin nəşrini ədəbiyyatşünaslıq baxımından mühüm hadisə kimi qiymətləndirərək Azərbaycanın tarixinin, mədəniyyətinin, ədəbiyyatının öyrənilməsi baxımından çox dəyərli bir mənbə olduğunu vurğulayıblar.

Qeyd edək ki, Daşkənd şəhərində fəaliyyət göstərən “Niso naşriyot va matbaa uyi” poliqrafiya mərkəzində nəfis şəkildə çap olunan “Qılınc və qələm” tarixi romanının özbək dilinə tərcüməçiləri – Nazira Aliyeva, Muhsin Hamidov və Rustam Komilovdur, nəşrin redaktoru və ön sözün müəllifi isə Özbək alim Abdulla Uluqovdur.

Özbək dilində nəşr olunmuş “Qılınc və qələm” romanının Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistanın aparıcı kitabxanalarına, ali təhsil ocaqlarına əvəzsiz olaraq paylanması nəzərdə tutulub.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 

Ardını oxu...
“Bəzən mənə də iradlar olurdu. Söyləyirdilər ki, biz səni filan tamaşada və ya serialda görmək istəmirik. Mən bunu çox xoş qəbul edirdim. Deyirdim ki, gör məni nə qədər çox istəyirlər. O “tərəzi” məsələsi... Tənqidi çox gözəl qəbul edirəm”.

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Firəngiz Mütəllimova qonaq olduğu “Danışır radio” verilişində deyib.

Müasir serialların məzmununu və tərtibatını bəyənmədiyini söyləyən aktrisa həmçinin, onlara baxmadığını və onun üçün maraq kəsb etmədiyini bildirib:

“Son zamanlar çəkilən seriallar bir-birinə çox oxşayır. Orada çəkilən eyni aktyorlar, simalardı. Mən seriallarla ümumiyyətlə işlərimi bitirmişəm. O vaxt o seriala çəkilərəm ki, tarixi bir əsər, ciddi çəkiliş olsun, yoxsa nəyinsə xətrinə istəmirəm. Son zamanlar çəkilən seriallar mənə cılız gəlir. Yerli serialları izləmirəm, baxmıram və mənə maraqlı deyil”.

F.Mütəllimova ona paxıllıq edib, arxasından iş çevirən həmkarlarından da söz açıb:

“Mən heç zaman heç kimə paxıllıq etməmişəm. Hərənin öz ruzisi var. Allah paxıllıq hissini məndən uzaq edib. Amma mənə paxıllıq edən çox olub. Üzümə gülə-gülə... Bu sənət elədir ki, mənim başımın arxa hissəsində də gözüm var. Bunu deyəndə isə çoxları mənə gülür. Mənim çox güclü hissiyatım var. Məsələn, bir insan yadıma düşsün ki, filankəsi çoxdandır görmürəm. Üzərindən 10 dəqiqə keçir həmin o filankəs ya önümə çıxır, ya da ki, zəng edir. Hamı buna məəttəl qalır”.
 
Ardını oxu...
Vaqif Mustafazadənin "Mart" kompozisiyası.
Adını "Mart" qoyub, amma bu ölməz parçada Novruz yoxdur.
Novruzsuz Mart olarmı heç?
Yəqin siz də hiss etmirsiz burada Novruzu.
Doğrudur, Baharın havası var, əriyən qarların səsi gəlir, bəlkə yağış damcılarının səsidir, bilmirəm…ancaq qəribə, dərin bir nisgil var…
Bəlkə mən nəyisə görə bilmirəm…
Vaqifin özünün hiss etdiyi, amma dilləndirməyə ehtiyat etdiyi başqa bir şey var sanki...
Boz aydır, cığaldır, cırnadıb çəkiləcək, təslim olacaq.
Sonra qan qaynayacaq, çağlayan tüğyan edəcək, Novruz gələcək.
Ancaq Vaqif bunu görmür sanki, o daha uzaqlardadır hələ…
Niyə?
Bunu çözə bilmirəm...
Fatalist olub bəlkə Vaqif?
İbrahim Nebioğlu
TEREF
 
Ardını oxu...
Ötən ilin isti avqust günüdü. İşə hazırlaşıram. Anam dedi, telefonun zəng çalır. Dedim işdəndi, dəymə. Dedi, yox, Səxavətdi (elə bil Səxavəti tanıyır).
Təəccübləndim ki Səxavət kimdi?
Bu dar macalda yadıma bircə onu sala bildim ki, Səxavət adında tanıdığım bircə qrup yoldaşım var, ona da çox vaxt səxavətsiz deyirəm. Axırıncı dəfə keçən il telefona cavab verməmişəm deyə küsüb, axtarmır məni. Amma onda var, bir il sonra küsdüyü yadından çıxır, zəng vurub təzədən küsür. Dedim, yəqin küsməyə zəng vurub yenə. Baxdım ekrana Seyran Səxavət yazılıb. Fikirləşdim o günlərdə polkovnik onun şeirini paylaşmışdı, mən də eləməyib tənbəllik bəyənməmişdim, Azərbaycanda bircə çatdırılıma, quraşdırılma pulsuzdu axı. Yəqin kimsə görüb şairə çatdırıb, o da eləməyib tənbəllik, küsməyə zəng vurub. İndi deyəcək, bala, sən kimsən ki, Seyran Səxavətin şeirini bəyənmirsən?
Verməyə cavabım yox idi düzü, axı haqlıydı.
Evdən çıxmışdım artıq, yolda bizim müavinə zəng vurdum ki, Seyran Səxavət mənə niyə zəng vurub, sən bilərsən.
Dedi, Seyran Səxavətin katibi işləmirəm e, bala, nə bilim niyə zəng vurub. Fikirləş gör yenə neyləmisən də.
-Neyləyəcəm, şeirini bəyənməmişəm. Amma inanmıram Seyran Səxavət durub hər şeirini bəyənməyənə bir-bir zəng vura, indi Allah bilir hansı romanının üstündə işləyir.
Müavinlə danışa-danışa gördüm ekrana yenə Seyran Səxavət yazılıb.
Bir xeyli götür-qoydan sonra nəhayət, “Salam, Seyran müəllim” deyə bildim.
Telefonun o başından şeirə, poeziyaya oxşayan ilıq, şirin, həzin bir səs gəldi: Təranə, "Ədəbiyyat qəzeti"ndə yazını oxudum, zəng vurdum deyim ki, böyüyüb o qədər boy atasan ki, müəlliminin baxdığı ucalıqdan görə biləsən özünü. Müasir Azərbaycan ədəbiyyatından hər yerdə adını çəkdiyim iki dəyərli qadın yazar var; biri Təranə Turan Rəhimlidi, biri Təranə Vahid, icazə versən onların adıyla birgə bundan sonra sənin də adını çəkərdim. Bir yazıyla da insanı tanımaq olurmuş sən demə. Sən bu boyda sevgini içinə necə sığdırmısan, qızım? Hətta yazını oxuduqca elə bildim mənim də sevgi payıma şərik çıxmısan.
Onu dinlədikcə sadəcə susa bilirdim, Təranə Turan Rəhimli deyildimsə də, istədim elə susum ki, daş bilib, divara hörsünlər məni...
Bir zənglə onun adı daha çox bütövləşdi mənim üçün, daha böyük məna kəsb etməyə başladı. Zəngi açanda “Seyran müəllim” deməyim də yadından çıxmamışdı. Hardan bildin ki zəng vuran mənəm?
Yadımdadır, həmin gün “Seyran Səxavətin nömrəsini bilməyən adamdan ədəbiyyat adamı olmaz” deyib sağollaşdım onla...
İndiysə deyirəm Seyran Səxavəti tanımayan, Seyran Səxavətin nömrəsini bilməyən, “Sahil”də gözü Seyran Səxavəti axtarmayan, hər dəfə Yazıçılar Birliyi tərəfdən keçəndə Seyran Səxavətə rast gəlməyən, onun necə maraqlı, necə “orijinal” biri olduğunun fərqinə varmayan adamdan nə söz adamı olar, nə köz. Sözlə köz həmqafiyə deyil məncə, həm də sinonimdir. Ürək və qəlb kimi... Söz yanıb köz olmayanda mənası olmur. İndi hamı yazır, indi hər yer sözdü, amma baxırsan, közü çatmır. Gərək sözü də sözə qalayıb bayram tonqalı tək yandıra biləsən. İndi hamı yazır, amma hamı sözü alışdıra bilmir.
Seyran müəllimin hansısa müsahibəsindən oxumuşdum, deyirdi, “Söz səni Tanrıya qədər aparıb çıxara bilər”.
Necə də haqlıydı şair, “Ədəbiyyat qəzeti”ndəki kiçik bir yazım məni Seyran Səxavətə qədər aparıb çıxarmışdı. Tez “kösk”ə girib Ədəbiyyat qəzeti aldım ki, yazımı təzədən oxuyum, görüm nə yazmışam. Oxudum, amma özümü Seyran Səxavətin gözündən görə bilmədim düzü.
Bu boyda sevgini içinə necə sığdırmısan? deyən Seyran Səxavət özü daha böyük sevgidi məncə. Oxuyub bəyəndiyi yazı müəllifinin yaşına, başına baxmadan ona zəng vurub ürək sözünü deməsi, gənc bir yazarı ruhlandırmaq həvəsi, eşqi Seyran Səxavəti gözümdə də, könlümdə ayrı bir mərtəbəyə ucaltdı. Nolsun ki onun mərtəbəsi hər kəsə bəllidir.
Seyran Səxavətin 78 yaşı mənə “Günəş olsam birdənbirə sönərdim, insan idim, yavaş-yavaş əridim” deyir... Şeirdən nəsrə, nəsrdən romana keçə-keçə əriyən, yanan və yandıqca da “sən yanmasan, mən yanmasam, necə çıxar qaranlıqlar aydınlığa” deyən Seyran Səxavət də bu gün ədəbiyyatımızın ayrı bir pilləsidir, ona ədəbiyyatımızın Seyran Səxavət mərtəbəsi də demək olar. Tərcümə edəndə isə ədəbiyyata Səxavətlə xərclənən bir ömrün Seyranı... yəni seyri. Ən gözəl istirahət səyahətdir deyirlər, məncə ən gözəl səyahət elə ədəbiyyatdır... çünki
... illər öncə oxuduğum müsahibəsində Seyran Səxavət “Söz səni Allaha qədər aparıb çıxara bilər, Seyran Səxavət isə səni çox uzağa apara bilməz” deyib təvazökürlıq etsə də, Seyran Səxavət oxucusunu dünyanın o başınacan, lap Tanrıyacan aparıb çıxara bilər, çünki Tanrının bir adı da sevgidi.
Ona görə də Seyran Səxavəti 14 yaşında yazdığı bu "Sevgi" şeiri ilə təbrik etmək istəyirəm.
Çünki O, bü gün də həyatı, insanı, sözü 14 yaşıyla sevir, yəni bu şeir kimi...
O dədəni, nənəni, qardaşını sevirəm.
Görürsənmi, gözəl qız, neçənizi sevirəm...
O daşlı, o kəsəkli küçənizi sevirəm.
Evinizin başına mənim kimi dolanan barını da sevirəm,
Keçən il baxçanızda məni dilin tək sancan arını da sevirəm,
Qonşunuzda yaşayan o sifəti qırışmış, o dişləri tökülmüş qarını da sevirəm.
Hərdən məni duymayıb, gözümə düz baxmayan gözünü də sevirəm,
Lap mənə acı gəlib ürəyimə od vuran sözünü də sevirəm.
Məndən incimə, ay qız, yeri gəlib deyəcəm, özünü də sevirəm.
Terane Elizade
TEREF
Ardını oxu...
Dindar bir adamdı Aziz Nesin'in babası. Hatta oğlunu hafız yapacak kadar dindar. Ama hayatta herşey bizim elimizde değildir, bu çocuğumuz bile olsa. Ateist olmuştur Nesin ve bu şiir her şeye rağmen onun babasına duyduğu sevgiyi anlatır.
BABAM
Dünyaların en iyi babası benim babamdır.
Düşmandır düşüncelerimiz, dosttur ellerimiz.
Dünyada tek elini öptüğüm, Babamdır.
“Kırkını geçtin, adam olmadın” der,
Başım önümde dinlerim,
Önünde tek baş eğdiğim Babamdır.
Sabahlara dek Kur'an okur anamın ruhuna,
İnanır ona kavuşacağına.
Bana gâvur der, diş bilemeden..
Dünyada tek bağışladığı Ben, tek bağışladığım O’dur..
Başım derde girdikçe bakar çocuklarıma,
“Bi türlü ölemiyorum..!” der.
“Senin yüzünden çocuklar ortada kalacak..!”
Ölemez kahrımdan benim,
Yaşamak zorunda benim yüzümden..!
Gözlerindeki ateş, bakışlarında söner,
“Tuttuğun altın olsun” der.
Çocukluğumu tek anlayan O’dur,
Dünyaların en iyi babası, benim Babamdır…
Aziz Nesin...
Sani Erol
TEREF
 

Dünyapress TV

Xəbər lenti