Ardını oxu...
Ödəmə sərt karantin rejimi tətbiq edilən 13 şəhər və rayonda həyata keçiriləcək.

İlham Əliyev bu gün Azərbaycanda koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib ki, sosial dəstək bundan sonra da davam etdirilməlidir. Hazırda Azərbaycanın 13 şəhər və rayonunda sərt karantin rejimi tətbiq edilir. Həmin rayonların bu kateqoriyaya aid insanları bu dəstəklə bundan sonra da əhatə olunmalıdır. Sizə göstəriş verirəm ki, avqust ayında da onlara 190 manat ödənilsin.
Teref.az yazır ki, bu fikirləri Qubad İbadoğlu öz araşdırmasında yazıb.
Bu müzakirədə iştirak edənlər heç biri iyul ayında da 190 manatlıq birdəfəlik yardımın ödənilməsini zəruriliyini qeyd etməyib. Necə ola bilər ki, aprel, may, iyun aylarından sonra avqust ödənilsin. Axı arada iyul qalır. İyulda karantin rejimi daha sərt olub.
Bundan əlavə hesab edirəm ki, avqust ayında bu ödənişin verilməsi biz tərəfdən davamlı aparılan müzakirələrin nəticəsidir. Eyni zamanda bu müşavirə göstərdi ki, 190 manatın veriılməsi də, verilməməsi də yalnız İlham Əliyevdən asılıdır. Göründüyü kimi, o şəxsən göstəriş verməzsə, hətta insanlar acından ölsə belə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzrəinə düşən funksiyanın icrası istiqamətində qorxusundan 1 addım belə ata bilməz. Nə isə buna da şükür, amma hesab edirəm ki, iyul ayının da ödənişi avqustla birlikdə verilməlidir və 190 manat yalnız sərt karantin rejimində olan şəhər və rayonlarda deyil, bütün Azərbaycanda yaşayan aztəminatlı işsizlərə ödənilməlidir.
Qubad İbadoğlu
Teref.az
Ardını oxu...
“İctimai iaşə obyektləri, turizm, xidməti, iri alış-veriş mərkəzləri fəaliyyət göstərmir”

“Ona görə də ölkəmizdə işsizliklə bağlı ciddi problem hələ qalmaqdadır”

Ölkəmizdə 190 manat yardımın yenidən verilməsi gündəmə gəlib. Milli Məclisin bugünkü iclasında ödənişlərin avqust ayında da verilməsi müzakirə olunub. Deputatların əksəriyyəti karantin rejiminin uzadılması səbəbindən aztəminatlı vətəndaşların növbəti dəfə 190 manat sosial yardım almasının tərəfdarıdır.

Məlumdur ki, karantin rejimi avqusutun sonuna qədər uzadıldı. Bir çox iş yerlərinin bağlı olması, əhalinin gəlir faizinin aşağı düşməsi baxımından sosial müavinətlərin yenidən verilməsi məqsədəuyğundur. Maraqlıdır, dövlət 190 manat birdəfəlik yardımın növbəti dəfə verilməsini həyata keçirə bilərmi?

İqtisadçı-ekspert Natiq Cəfərli “Sherg.az”a bildirib ki, 190 manat sosial müavinətlər bu ay da verilməlidir. Ekspert qeyd edib ki, karantin rejimi avqustun sonuna qədər yenidən uzadılıb. Bir çox iş yerləri bağlıdır:

“İctimai iaşə obyektləri, turizm, xidməti, iri alış-veriş mərkəzləri fəaliyyət göstərmir. Ona görə də ölkəmizdə işsizliklə bağlı ciddi problem hələ qalmaqdadır. Bu səbəbdən 190 manat yardımın yenidən verilməsi məntiqli olardı. Təəssüf ki, iyun ayında 190 manat yardım 600 min insandan yalnız 284 minə şamil edildi. Digərlərinə verilməməsinin səbibi həmin şəxslərin karantin olmayan bölgələrdə yaşamaları idi. 190 manatın verilməsi ilə bağlı büdcəyə yenidən baxılır. Düşünürəm ki, əlavə qərarların verilməsinə ehtiyac yaranıb. Çünki ölkəmizdə işsizliklə bağlı ciddi problemlər var”.
Ardını oxu...
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun (DSMF) gəlir hissəsində transferin məbləği Fondun maliyyə qənaəti kimi əldə edilmiş 238 mln. manat azaldılacaq.

Bununla bağlı olaraq DSMF-nin cari ilin əvvəlinə ehtiyat yastığı olan 197,2 mln. manat vəsait ilk dəfə olaraq Fondun gəliri qismində nəzərə alınacaq, Fondun xərclərindən isə 40,8 mln. manat azaldılacaq.

Bu, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə yeni qanun layihəsində əksini tapır.

Son illər DSMF xərclərinin optimallaşdırılması, əsassız pensiya işlərinin dayandırılması və qeyri-qanuni maliyyə yükünün aradan qaldırılması, vəsaitlərin ödənişinə nəzarətin gücləndirilməsi və digər islahat tədbirləri Fondun xərclərində ciddi maliyyə qənaətləri formalaşdırıb.

Qeyd edilən 238 mln. manat da 2018-2019-cu illər və 2020-ci ilin 6 ayı ərzində (indeksasiya göstəricisi nəzərə alınmaqla) əsassız vəsait ödənişlərinin qarşısının alınması nəticəsində əldə olunmuş maliyyə qənaətidir.

Bununla bərabər, nəzarət-yoxlama tədbirləri nəticəsində həmin dövrdə müavinət xərclərində 23,6 mln. manat həcmində artıq (əsassız) ödəmə aşkar edilərək dayandırılıb. Həmçinin 2018-ci ildə 1055, 2019-cu ildə 2656, 2020-ci ilin birinci yarımilliyində 2603 saxta əlillik işinin aşkar edilərək ləğv edilməsi nəticəsində aylıq 2,4 mln. manat, illik 29 mln. manat təşkil edən əsassız ödənişin qarşısı alınıb.

Aktual hesablamalara əsasən müəyyən edilib ki, həmin saxta işlər üzrə ödənişlərin davam etdirilməsi Fondun büdcəsindən 735 mln. manat həcmində əsassız ödənişin həyata keçirilməsinə səbəb ola bilərdi.

Qeyd edilənlər sosial ödənişlərin artımı (bu ilin 6 ayında pensiyaların maliyyələşdirilməsi üçün 2019-cu ilin eyni dövrünə nisbətən 436,51 mln. manat və ya 24,09% çox vəsait sərf edilib) şəraitində Fondun transfert (büdcədən vəsaitin köçürülməsi) asılılığının əhəmiyyətli dərəcədə azalması ilə nəticələnir.

Qanun layihəsində həmçinin aparılmış nəzarət-yoxlama tədbirləri nəticəsində nominal pensiya xərclərinin azalması ilə bağlı olaraq, Fondun illik pensiya xərclərinin 26,8 mln. manata yaxın azaldılması və s. təkliflər yer alıb.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən layihə birinci oxunuşda parlamentin plenar iclasına tövsiyə edilib.
avropa.info
Ardını oxu...
“Pandemiya ilə bağlı aprel və may aylarında 600 min vətəndaşa 190 manalıq birdəfəlik ödəmə edilib”. “Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev deyib.

Onun sözlərinə görə, “Məşğulluq haqqında” qanuna əsasən, birdəfəlik ödəmə işsiz kimi qeydiyyata alınan şəxslərə verilir: “Bundan sonra epidemioloji vəsiyyət nəzərə alınaraq 16 şəhər və rayonda məhdudiyyətlər tətbiq edilmişdi. Həmin yerlərdə də yaşayan və 190 manat alan şəxslərə yenidən 190 manat ödəniş etdik. Biz bu proqramı şəffaf şəkildə icra etdik. Torpaq və pay mülkiyyətçiləri məşğul şəxslər sayılır. Bu mənada həmin şəxslər məşğul şəxslər hesab olunur. Hazırda məşğulluq mərkəzlərində 26 minə yaxın iş yerləri var. 190 manatla bağlı şikayətlər nazirlik tərədindən araşdırılır. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev göstəriş verib”.

Nazir müavini qeyd edib ki, uzun müddət bank kartlarını götürməyən şəxslərə yenidən ödəniş edilmir: “Çünki biz hesab edirik ki, əgər şəxsin buna ehtiyacı varsa gəlib həmin kartı götürəcək”.

Maraqlıdır, əvvəla, adına 20-30 sot torpaq olan vətəndaş orada nə əkməlidir ki, il boyu heç olmasa minimum fizioloji təlabatını ödəyə bilsin?

İkincisi, vətəndaşın kartları gec götürməsinin onun ehtiyacı ilə nə əlaqəsi ola bilər? Bəlkə, vətəndaşdan asılı olmayan hansısa problem yaranıb?

Ardını oxu...
Bir qrup vətənpərvər gənc “Karabakh is Azerbaijan” platforması yaradıb.
"Sherg.az"ın məlumatına görə, platforma bu ilin iyulun 23-dən fəaliyyətə başlayıb.
Qısa müddətdə Facebook üzrə 16 min , Telegram üzrə 1000 və Whatsapp üzrə əməkdaşlıq etdiyi digər qruplar ilə birlikdə 7000-dən çox üzv toplamağa nail olub.
Platforma üzvləri qeyd edir ki, bütün fərqlilikləri bir kənara qoyaraq ortaq bir hədəf altında birləşiblər.
“Məqsədimiz informasiya müharibəsində iştirak edərək Azərbaycan ordusuna və xalqımıza dəstək olmaq, dünyanı Qarabağ və Azərbaycan həqiqətlərindən xəbərdar etməkdir. Siz də bu gənclərlə birlikdə mübarizəyə qoşularaq səsimizi daha çox insana çatdıra bilərsiniz.
Hazırda gənclərimizin təşəbbüsü ilə 14 günlük marafon təşkil olunub.. Marafonumuzun məqsədi Twitter sosial şəbəkəsi üzərindən məkanı müvafiq ölkəyə dəyişərək vahid bir heşteq altında müxtəlif ölkələrin gündəminə düşməklə dünyaya səsimizi çatdırmaqdır. Qarabağ və Azərbaycan həqiqətlərini, ermənilərin bizə qarşı olan aqresiyasını dünya arenasında işıqlandırmaq üçün beynəlxalq dil olan ingilis dilində videolarımız hazırlanıb və yeni videolar hazırlanmağa davam edəcək.
Layihədə idarə heyəti -- Urfan Sərkərov, Yusif Xəlilov, Mürsəl Mürsəlli, İlkin Namazlı, Lalə Həmidli, Nərmin Seyidova, Rüstəm Səfərli, Uğur İmaməliyev, Yunus Babasoylu, Sənan Ağayev, Nihad Ataxanlı və bizə dəstək olan üzvlərimiz hər biri həmrəy olaraq vətəni üçün bu informasiya müharibəsində iştirak edir.
Platformanın saytı: https://www.karabakhisazerbaijan.com/
Ardını oxu...
Abituriyentlər imtahan prosesindən şikayətlənirlər.

Onların sözlərinə görə, xüsusilə sonuncu imtahanlardakı suallar xeyli çətin idi. Bundan başqa şagirdlər xarici dil fənnindəki dinləmə tapşırıqlarını da yerinə yetirməkdə problemlə üzləşdiklərini bildiriblər.

Səbəb isə dinləmə aparatının yaxşı işləməməsi olub.

Təhsil Eksperti Kamran Əsədov da Baku TV-yə açıqlamasında şagirdlərin narazılıqlarına haqq verib. Onun sözlərinə görə, tətbiq edilən tele və virtual dərslərin effektivliyi ənənəvi dərslərlə eyni deyil. Məhz şagirdlər bu müddət ərzində zəruri bilik və bacarıqlara yiyələnə bilmədilər. Ona görə də keçiriləcək imtahanlarda bu meyarlar nəzərə alınmalı idi.

Daha ətraflı süjetdə…oxu.az
Ardını oxu...
Jurnalist Rauf Soltanov hazırda 17 saylı cəzaçəkmə müəssisəsində məhkumdur. Həbsdən azad edilməsinə 5 ay qalıb. Birinci qrup əlildir, üstəlik də koronavirus xəstəsidir. Başqa xəstəlikləri də var, durumu ağırdır.

Bunu Axar.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib. O bildirib ki, bu il əfv sərəncamı imzalanmasa da, Ədliyyə Nazirliyində fəaliyyət göstərən komissiya 1 il və daha az həbs müddəti qalan şəxslərin azad edilməsi üçün hər həftə bir araya gəlir:

“Ərizələri toplanır və Əfv Komissiyasına göndərilir. Sonra da azad edilirlər. İndiyə qədər xeyli məhbus azad olunub. Lakin Rauf Soltanov hələ də azad edilmir”.

Məsələ ilə bağlı Ədliyyə Nazirliyindən saytımıza bildirilib ki, adı çəkilən məhbusla bağlı məsələ nəzarətə götürülüb və araşdırılacaq.
Ardını oxu...
Ölkəmizdə idarəetmə aparatında ciddi çatışmazlıqların olması bir müddət öncə Dövlət Təhlükəsizlik Xidmətinin bir sıra rayon icra hakimiyyətlərində keçirdiyi əməliyyatlar zamanı da ortaya çıxdı.

İllərdir ki, ölkə gündəmində geniş müzakirələrə səbəb olan məsələlərdən biri də idarəetmə aparatının optimallaşdırılmasıdır. Bu, həm də dövlət büdcəsinin yükünün azaldılması deməkdir.

Ölkəmizdə bu istiqamətdə addımlar atılmaqdadır. Məlumatlara görə, Maliyyə Nazirliyinin rayon şöbələri ləğv edilir. Məlumata görə, rayonlardakı yerli şöbələrin rəhbərliyi və əməkdaşları işdən azad olunub. Ləğv olunmuş şöbələrin əvəzinə, bir neçə rayonun birləşdiyi regional maliyyə departamentləri idarələri yaradılacaq. 11 maliyyə departamentinin yaradılması nəzərdə tutulur. Departamentin işçi heyəti isə ləğv olunmuş şöbələrin birinin işçi personalının sayına bərabər olacaq. Yəni, ləğv olunmuş rayon şöbəsinin əməkdaşlarından yalnız birində olan qədər işçi heyəti saxlanılacaq.

Regional idarəetmənin üstünlüyü nədir? Mərkəzi icra aparatlarında idarəetmə optimallaşdırıldığı halda, bu üsulun yerli idarəetmə sistemində də tətbiq olunmasına ehtiyac varmı?

“Konstitusiya Araşdırmaları” Fondunun prezidenti, sabiq deputat Əlimməməd Nuriyev Cebhe.info-ya açıqlamasında bildirib ki, Azərbaycan idarəetmə aparatının “şişməsi” mövcuddur:

“Aparatın şişməsi əlavə bürokratiya, əlavə xərclərdir. Şübhəsiz ki, idarəetmənin optimalaşdırılmasına ehtiyac var. Əslində 2016-cı ildə Konstitusiyaya əlavə və dəyişikliklər ediləndə əsas məsələlərdən biri kimi qarşıya idarəetmənin optimalaşdırılması məsələsi qoyulmuşdu. Növbədənkənar prezident seçkiləri zamanı da dövlət başçısı tərəfindən idarəetmənin təkmilləşdirilməsinin vacibliyi bildirildi. Sonrakı müddətdə də idarəetmənin təkmilləşdirilməsi istiqamətində mühüm addımların həyata keçirildiyini gördük. Həm Prezident Administrasiyasında struktur dəyişikliyi baş verdi, növbədənkənar parlament seçkiləri keçirildi, ayrı-ayrı nazirliklərin birləşdirilməsi, ləğv edilməsi ilə bağlı addımlar atıldı. Şübhəsiz ki, bunların hamısı idarəetmənin optimallaşdırılmasına və büdcə xərclərinin azaldılmasına xidmət edən addımlar idi”.

Əliməmməd Nuriyev bildirib ki, bu addımlar bütün sahələri əhatə etməlidir: “Təkcə mərkəzi icra hakimiyyəti orqanını yox, eyni zamanda yerli icra hakimiyyəti orqanlarında da idarəetmənin optimalaşdırılmasına ehtiyac var. Yerlərdə həm mərkəzi icra orqanının, həm də yerli icra orqanlarının strukturları var. Həmin strukturlarda da zəruri olan dəyişikliklər edilməlidir ki, həm bütövlükdə idarəetmə aparatı şişməsin. Bundan əvvəl də bir sıra qurumların, o cümlədən Vergilər Nazirliyinin regional şöbələri yaradılıb. Hesab edirəm ki, Maliyyə Nazirliyində də bu istiqamətdə addımlar atılırsa, bu, həmin məqsəddən irəli gəlir. Bir sözlə, ölkə başçısının da dediyi kimi, sistem dəyişiklikləri baş verməkdədir. Sistem dəyişikləri idarəetmənin bütün pillələrində dəyişiklikləri zəruri edir. Eyni zamanda, bir idarəetmədən başqa bir idarəetmə sisteminə keçidi zəruri edir ki, bu idarəetmə həm optimal, həm çevik olsun, bürokratiya, xərclər azalsın”.

Ə.Nuriyev deyir ki, Azərbaycanda “ASAN hökumət” modelinə keçid gedir: “Bu istiqamətdə İqtisadiyyat Nazirliyi mühüm dəyişikliklər edir və təkliflər verir. Hesab edirəm ki, bu yanaşmalar daha da genişlənməlidir. Azərbaycan idarəetmə sistemində paralellik mövcuddur, onun aradan qaldırılması strukturların minimuma endirilməsini zəruri edir. Bu baxımdan da hesab edirəm ki, bu istiqamətdə atılan addımlar ölkədə atılan sosial-iqtisadi islahatların tərkib hissəsidir. Pandemiya da ölkələr qarşısında yeni şərtlər qoydu ki, onlardan biri də idarəetməyə yeni baxışın ortaya qoyulmasından ibarətdir. Pandemiyanın nəticələrinin aradan qaldırılması üçün çoxlu qərarlar qəbul edirlər, amma onların həyata keçirilməsi ilə bağlı da müəyyən çətinliklər üzə çıxır. Bəzi idarəetmə formalarında paralelliklərin olması ilə bağlıdır. Bu baxımdan da yaxşı idarəetmənin formalarını ehtiva edən yeni təhcizatların yaranması zəruridir və yeni islahatların ruhuna uyğundur. Çünki islahatları həyata keçirən hər şeydən əvvəl aparatdır. Həmin aparat nə qədər çevik olacaqsa, o qədər də qərarların qəbul edilməsi proseduru asanlaşacaq”.
Ardını oxu...
Teref.az xəbər verir ki, Zahirə İmanova adlı vətəndaş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində baş verən qanunsuzluqlardan şikayət edir!
Zahirə İmanova şikayətində yazır:
Bilmirəm mövzu qrupa nə qədər uyğundur, yenə də əsas odur şikayətim var! Özü də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən.
Deməli, min bir çətinlikdən sonra, bacım üçün haqqı olan 190 manatlıq aylıq ödənişi əldə edə bildik. İlk ay poçt vasitəsilə verildi, gec də olsa (artıq ay bitirdi) çağırdılar. Sonra deyildi ki, bəs kartla ödəniş olacaq, mesaj gələcək filan. Yeni ay da gəldi, keçdi, nə mesaj var, nə xəbər. Fikirləşdik ki, yəqin keçən ay ayın sonu (hətta, səhv eləmirəmsə, digər ayın ilk həftəsi) verildi deyə, yəqin o qayda ilə veriləcək, gözləyək. Xəbər çıxmayandan sonra özümüz maraqlandıq yenə ki, kart, pul hazırdı, amma heç kim xəbər verməyib gözləyiblər ki, bəs 6-cı hissimiz bizə desin ki, filan bankda, filan vaxt pul gələcək, get götür. Nə isə, ikinci ay da belə getdi. İndi də, yenə kartı yoxlayırıq, pul yoxdu. Yenə eləmədik tənbəllik zəng elədik ki, bəs nə məsələdi, indi hansı maraqlı bəhanələr deyəcəklər? Deməli, utanmaz-utanmaz deyirlər ki, bəs siz ikinci ay pulu kartdan gec çəkmisiniz deyə, sizin adınızı gecikənlər siyahısına salmışıq, gərək məktub yazasınız yenidən, nəbilim nə, verilsin pul.
Teref.az xəbər verir ki, Zahirə İmanova daha sonra yazır ki, mənə maraqlıdır ki, pul mənim, kart mənim, istəyərəm yığıb saxlayıb birdən nəğdləşdirərəm, istəyərəm, günə 1 manat nəğdləşdirib 190 gün xərcləyərəm. Bax, bundan SİZƏ NƏ?! Camaat haqqı olan pulu, sizin kefivizə görə nağdlaşdırıb xərcləməlidi? Hamısı bir qırağa, mesaj gəlməyib, xəbər olunmayıb, vətəndaş əlinin için iyləyib ki, aha hansısa Allahın unutduğu bankda mənə kart təyin olunub və pul gəlib gedib nağdlaşdırım? Siz ümumiyyətlə, beyniniz ilə fikirləşib qərar verdiyinizə əminsiniz? Təzə üsuldur bu da kiminsə (harınlamışlardan birinin) cibinə əlavə pul getməyi üçün?!
Teref.az olaraq aidiyyətli qurumarın mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az
Ardını oxu...
 
 

Dünyapress TV

Xəbər lenti