Ardını oxu...
Rusiyada yeni növ koronavirusa yoluxanların sayı artıb.
Yeniavaz.com "Ria.ru"ya istinadla xəbər verir ki, Rusiyada son 24 saatda yeni növ koronavirusa 954 nəfər yoluxub. Beləcə yeni növ koronavirusa yoluxanların sayı 6 min 343-ə çatıb. Yoluxmaların 591-nin Moskvada qeydə alındığı bildirilib. Son rəqəmlərə görə, Rusiyada yeni növ koronavirusdan ölənlərin sayı 47 nəfərdir.
Ruslan Yusibov
Ardını oxu...
Çində zəlzələ olub.

Publika.az xəbər verir ki, Sintzyan-Uyğur Muxtar Vilayətində 6,2 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

Tələfat və dağıntı barədə məlumat verilməsə də, zəlzələnin dağıdıcı kateqoriyada olduğu açıqlanıb.
Ardını oxu...
Fransada COVID-19 infeksiyasından dünyasını dəyişənlərin sayı 8 078 nəfərə yüksəlib.

Trend-inTASS-a istinadən verdiyi məlumata görə, bu barədə “Sant publique France” agentliyi xəbər yayıb.

Məlumatda bildirilir ki, ölkədə koronavirusa yoluxanların sayı 70 478 nəfərə çatıb, 6978 nəfər reanimasiyadadır, 16 183 nəfər sağalıb və xəstəxanalardan buraxılıb. Daha əvvəl 7560 nəfərin öldüyü və 68,6 min nəfərin yeni növ koronavirusa yoluxduğu bildirilirdi.
Ardını oxu...
ABŞ kəşfiyyatı prezident Donald Trampa yeni növ koronavirusun təhlükəsi barədə dəfələrlə xəbərdarlıq etsə də, dövlət başçısı məsələyə ciddi yanaşmayıb.

Publika.az xəbər verir ki, bu barədə “Washington Post” qəzeti məlumat yayıb. Məlumata görə, kəşfiyyat hələ yanvarın 3-də təqdim etdiyi məruzədə koronavirusun ağır fəsadları olacağı barədə xəbərdarlıq edib. Buna baxmayaraq, hakim dairələr ciddi tədbirlər görməyib. Bildirilir ki, pandemiyaya qarşı ən böyük səhlənkarlıq testlərin vaxtında hazırlanmaması olub.

Qəzetin yazdığına görə, testlər tez hazırlansaydı infeksiya ocaqlarının ilk xəritələrini tərtib etmək və karantin tədbirlərini vaxtında həyata keçirmək mümkün olardı.
Ardını oxu...
ABŞ-ın Nyu-York ştatında bir gün ərzində koronavirus xəstələrinin sayı daha 600 nəfər artıb.

Bu barədə ştatın qubernatoru Endryü Kuomo bildirib.

O, qeyd edib ki, virusa yoluxanların sayı 113 704 nəfərdən 122 031 nəfərə yüksəlib.

“Qurbanların sayı 3 565-dən 4 159-a qədər artdı”, – mətbuat konfransında Kuomo deyib. Ölənlərin sayı ilk dəfə əvvəlki günlə müqayisədə azalıb.

Qubernatorun sözlərinə görə, aprelin 2-də koronavirusdan 562 insan ölüb. Bundan bir gün sonra 630 nəfər, ayın 4-də isə 594 insan pandemiyanın qurbanı olub.

Nyu-York ştatı hazırda ABŞ-da epidemiyanın mərkəzidir. Şənbə günü bildirilib ki, ştatda xəstələrin sayı 113,7 min nəfərdir/Report.
Ardını oxu...
Fransanın "Reyms" klubunun həkimi Bernard Qonzales intihar edib.

Apasport.az saytının məlumatına görə, buna səbəb onun koronavirus infeksiyasına yoluxması olub.

Koronavirus testi müsbət çıxdıqdan sonra evdə həyat yoldaşı ilə birlikdə karantinə alınan Qonzales özünü öldürüb. O, məktub yazaraq, hərəkətinin səbəbini də izah edib.

Klub rəhbərliyi hadisə ilə bağlı bəyanatında həm onların, həm də həkimin ailəsinin şokda olduğunu vurğulayıb.

Ardını oxu...
 

Taliban zorakılığa son qoymalıdır.

Publika.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın Əfqanıstadakı hərbi qüvvələrinin sözçüsü Sonni Leqqet Talibanın ittihamlarına cavabında deyib.

O bildirib ki, zorakılığın dayandırılması əfqan xalqının tələbidir:

“Əfqanlara uyğun olacaq müqavilə ilə bağlı irəliləyiş əldə olunmalıdır. Bütün tərəflər koronavirusla mübarizəyə köklənməlidir”.

Qeyd edək ki, bu ilin fevralın sonunda Qətərdə ABŞ və Taliban razılaşma imzalamışdılar. Razılaşmaya əsasən, ABŞ 14 ay ərzində öz qoşunlarını Əfqanıstan ərazisindən çıxarmalı idi.

Taliban isə bu günlərdə ABŞ-ı razılaşmanı pozmaqda ittiham edib. Belə ki, Taliban həbsdə olan 5 min talibin azad olunması prosesinin ləngidildiyini bildirib.


Ardını oxu...
 

Koronavirusa yoluxan Böyük Britaniyanın Baş naziri Boris Conson xəstəxanaya yerləşdirilib.

Publika.az xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb.

Hökumət başçısının səhhəti barədə məlumat verilmir. Xatırladaq ki, 55 yaşlı baş nazirin martın 27-də koronavirusa yoluxduğu üzə çıxıb

   
Ardını oxu...
Böyük Britaniyada koronavirusdan sağalan 3 nəfər BBC-yə açıqlama verib.

Publika.az xəbər verir ki, onlar xəstəliklə mücadilələri barədə danışıb.

"Övladım üçün mücadilə etdim"

Kent şəhərində yaşayan və dördüncü uşağa hamilə olan 39 yaşlı Karen Mannerinq: "Mart ayının ortasından etibarən yüksək hərarətim var idi və davamlı öskürürdüm. 11-ci gün dözə bilməyib tibbi yardıma müraciət etdim. Güclə nəfəs alırdım, mənə dərhal oksigen verdilər. Xəstəxanada edilən testin nəticəsi pozitiv çıxdı. Bir neçə gün yataqda qaldım. Ayaqyoluna belə gedə bilmirdim. Nəfəs ala bilmədiyimdə düyməni basırdım, həkimlər gəlirdi. Həm özüm, həm də bətnimdəki körpə üçün hər gün mübarizə aparırdım. Xəstəxanadan çıxdıqdan sonra üzümə vuran təmiz havanı unuda bilmirəm".

"Hər yerim ağrıyırdı"

Şeffildə yaşayan 26 yaşlı Cesi Klak: "5 il öncə keçirdiyim xəstəlik səbəbilə bir böyrəyim çıxarılmışdı. Buna görə də Kovid-19-a yoluxsam, onu çətin keçirəcəyimi bilirdim. Öskürməyə və nəfəssiz qalmağa başlayanda çox qorxdum. Xəstəxanaya aparıldığımda bütün bədənim çox ağrıyırdı. Üzümə yaşıl maska, burnuma isə qəribə şnur taxdılar. 5 gün sonra evə buraxıldım. Lakin hələ də öskürürəm və yeriməkdə çətinlik çəkirəm. Amma rahat nəfəs alıram. Gündə 18 saat yatıram".

"Yaşamaq istəyirdim"

64 yaşlı Stüart Boyl: "Sağlamlığım 10 gün içərisində pozuldu. Əvvəlcə xüsusi ağrılar yox idi, bir müddət sonra nərdivanları çıxa bimədim. Yaşamaq istəyirdim. Həkimlər əllərindən gələn hər şeyi etdi. Hazırda bol maye qəbul edirəm".
Ardını oxu...
Çinlə bağlı yeni sensasion iddia irəli sürülüb.

Teleqraf.com xəbər verir ki, "Radio Free Asia" media orqanı Çində cəsədləri yandırma mərkəzlərinin fasiləsiz işlədiyi barədə iddia ortaya atıb.

"The New York Times" nəşri isə rəqəmlərin gizlədildiyi və koronavirusdan ölənlərin sayının 40 mindən çox olduğu barədə məqalə dərc edib.

Ami Qin və Sao Li adlı müəlliflərin yazdığı məqalədə Çin hökumətinin meyitləri gizli basdırdığı, insanlara da cəsədləri gizli basdırmaq üçün təzyiq göstərdiyi qeyd olunur.

Çin kəşfiyyatı tərəfindən prosesin yaxından izlənildiyi və foto çəkildiyi bildirilir.

Dünyapress TV

Xəbər lenti